Pis düşüncələr hardan gəlir
Qızlıq pərdəsinin bərpası üzrə bir neçə üsul mövcuddur; hər şey sizi ginekoloqun qəbuluna gətirib çıxaran səbəbdən asılıdır.
Qızlıq pərdəsi haqqında 12 sual
Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir.
Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçün bir və ya bir neçə dəliyi vardır.
2. Bakirəlikdən məhrum etmə nədir?
Bakirəlikdən məhrum etmə haqqında yalnız qızın ilk cinsi əlaqəyə girməsindən sonra danışmaq düzgün olardı. Adətən ilk cinsi əlaqədən sonra qızın qızlıq pərdəsi zədələnir.
Buna baxmayaraq, elə hallar olur ki, qızlıq pərdəsi cinsi əlaqədən deyil, başqa səbəbdən zədələnir. Bu halda qız yenə də bakirə sayılır, çünki onun kişi ilə yaxınlığı olmayıb.
3. Qızlıq pərdəsi yalnız cinsi əlaqə zamanı zədələnir?
Qızlıq pərdəsi tək cinsi əlaqə nəticəsində deyil, digər səbəblərə görə zədələnə bilər.
Məsələn, qızlıq pərdəsi velosiped və ya at sürərkən, gimnastika ilə məşğul olarkən zədələnə bilər. Həmçinin qızlıq pərdəsi yuyunma zamanı uşaqlıq yoluna barmaqları saldıqda və ya menstruasiya zamanı böyük ölçülü tampondan istifadə etdikdə zədələnə bilər. Bəzən cinsi həyata başlamamış qıza ginekoloji müdaxilə tələb oluna bilər, və bu zaman həkim-ginekoloqun özü pərdəni zədələyə bilər.
Bütün bu hallar “qızlıq pərdəsinin travmatik zədələnməsi” adlandırılır termininə və bunun bakirəlikdən məhrum etməyə heç bir aidiyyatı yoxdur. Bakirəlikdən məhrum etmə haqqında yalnız qızın kişi ilə cinsi yaxınlığından sonra danışmaq olar.
4. Bakirəlikdən məhrum etmə zamanı həmişə qan olur?
Xeyr, heç də həmişə olmur. Qızın bakirə olub olmadığı haqqda, onda birinci cinsi əlaqə zamanı qanın olub olmaması əsasında fikir söyləmək düzgün deyil. Bir çox hallarda qan ilk cinsi əlaqədən bir neçə dəqiqə və ya saat sonra, və ya ümumiyyətlə meydana gəlmir.
Bəzən qızlıq pərdəsi çox elastik olur, cinsi əlaqə zamanı dartılır. Bu halda qəzlıq pərdsi yalnız doğuş zamanı cırılır.
5. Qızlıq pərdəsini özbaşına göz və ya əl ilə müəyyən etmək olarmı?
Baxmayaraq ki, qızlıq pərdəsi uşaqlıq yolunda o qədər də dərin yerləşmir, onu özbaşına göz ilə müəyyən etmək mümkün deyil. Həmçinin pərdəni barmaqlar ilə “əlləmək” məsləhət görülmür, çünki bu manipulyasiyalar zamanı pərdəni təsadüfən zədələmək və ya uşaqlıq yoluna infeksiya salmaq olar.
6. Ginekoloqa müraciət etmədən qızlıq pərdəsinin olub olmamasını öyrənmək mümkündürmü?
Heç bir qız onun qızlıq pərdəsinin nə “vəziyyətdə” olmasını dəqiq bilə bilməz. Qızlıq pərdəsi bir azca cırılmış ola bilər, hətta səndə seks olmayıbsa belə, və ya öz bütövlüyünü ilk cinsi əlaqədən sonra qoruyub saxlaya bilər.
Qızlıq pərdəsinin bütöv və ya zədəli olub olmamasını yalnız ginekoloji kresloda müayinə zamanı həkim ginekoloq müəyyən edə bilər.
7. Uzun müddət sekslə məşğul olmadıqda qızlıq pərdəsi yenidən “bitə” bilərmi?
Xeyr, bu praktiki olaraq mümkün deyil. Bir gün bakirəliyi itirdikdən sonra sən bir də heç vaxt bakirə olmayacaqsan, hətta bir neçə il ərzində cinsi əlaqəyə girməsən belə.
8. Qızlıq pərdəsini bərpa etmək mümkündürmü?
Bəli, mümkündür. Qızlıq pərdəsinin bütövlüyünü demək olar ki, hər bir ginekoloq bərpa edə bilər. Tibbdə bu prosedur gimenoplastika və ya, daha az hallarda, reflorasiya adlanır.
9. Qızlıq pərdəsinin bərpası kimə lazım ola bilər?
Əksər hallarda gimenoplastikaya sosial və ya dini səbəblərdən müraciət edirlər. Bəzi mədəniyyətlərdə ilk nigah gecəsi zamanı kişi qızlıq pərdəsinin olmamasına şübhələndikdə qadının həyatı təhlükə altında ola bilər. Bu zaman ətrafdakıları, qızlıq pərdəsinin hansı şəraitdə zədələndiyi (ola bilsin ki, qız həqiqətən də hələ bakirədir, lakin pərdə gimnastika və s. ilə məşğul olarkən zədələnmişdir) maraqlandırmır.Ə lbəttə ki, bu hallarda qızlıq pərdəsinin bərpası – kosmetik prosedurdan daha böyük bir şeydir.
Həmçinin bir çox hallarda ginekoloqlara bir gün səhv etmiş və onu düzəltmək istəyən qızlar müraciət edirlər. Zorakılığın qurbanlarını da xatırlamamaq olmaz, hansıların ki, əlbəttə ki, heç bir günahları yoxdur.
Qadının qızlıq pərdəsini bərpa etmək istəməsi üçün bir çox səbəb mövcuddur, və gimenoplastika üçün əsas göstəriş qadının istəyidir.
10. Qızlıq pərdəsinin bərpası kimlər üçün qadağandır?
Qızlıq pərdəsinin bütövlüyünün bərpası üçün heç bir əks-göstərişlər mövcüd deyil. Buna baxmayaraq, sizə prosedurdan əvvəl bir sıra müayinələri keçmək lazım gələcəkdir, o cümlədən yaxma nümünəsinin götürülməsini. Əgər yaxma nümunəsi sizdə uşaqlıq yolunda iltihabın olmasını göstərərsə, pərdənin bərpası üzrə proseduru iltihabın keçməsinə kimi təxirə salmaq lazım gələcəkdir.
11. Qızlıq pərdəsini necə bərpa edirlər?
Qızlıq pərdəsinin bərpası üzrə bir neçə üsul mövcuddur; hər şey sizi ginekoloqun qəbuluna gətirib çıxaran səbəbdən asılıdır.
Qızlıq pərdəsinin tikilməsi
Əgər bakirəliyin bərpası təcili tələb olunursa (məsələn, toy bir həftədən sonra baş verəcək), o zaman qızlıq pərdəsinin xüsusi tikiş materialı (sapları) vasitəsi ilə adi tikişi həyata keçirilir. Bu saplar qızlıq pərdəsinin ayrı-ayrı fraqmentlərini bir yerdə saxlayır, bu isə cinsi partnyora bakirə qadınla seks zamanında olduğu hissləri yaşamağa imkan verir. Seks zamanı qadında həmçinin qan müşahidə oluna bilər (lakin həmişə deyil, çünki “həqiqi” bakirələrdə də qan heç də həmişə əmələ gəlmir)
Bu prosedurun üstünlükləri;
– ən çoxu 30 dəqiqə çəkir
– prosedurdan sonra bərpa cəmi bir neçə saat çəkir
Bu prosedurun çatışmazlıqları:
– effekt ən çoxu 2 həftə davam edir; artıq 2 həftədən sonra saplar sorulub gedir və qızlıq pərdəsi əməliyyətdən öncə olduğu kimi olacaqdır
– Müayinə zamanı digər ginekoloq qızlıq pərdəsinin bərpası üzrə əməliyyatın keçirildiyini anlaya biləcəkdir.
Üçqatlı gimenoplastika
Bu prosedur ginekoloq tərəfindən daha çox vaxt və səy tələb edir, lakin üçqatlı gimenoplastikanın nəticələri buna dəyər. Bu prosedur zamanı ginekoloq uşaqlıq yolunun selikli təbəqəsinin sahələrini də tutaraq qızlıq pərdəsinin fraqmentlərini bir yerə yığaraq tikir. Bunun sayəsində“həqiqi”qızlıq pərdəsindənpraktiki olaraq fərqləndirmək mümkün olmayacaq yeni pərdə formalaşır.
Bu prosedurların üstünlükləri:
– əgər qadın cinsi həyat keçirmirsə, bu “bakirəlik” effekti 2-3 il saxlanılır
– “yeni” bakirləlik pərdəsi cəmi 2-3 həftədən sonra “əsl”dən heç nə ilə fərqlənməyəcəkdir, və hətta təcrübəli ginekoloq anlaya bilməyəcək ki, sizə əməliyyat tətbiq edilmişdir.
Bu prosedurun çatışmazlıqları:
– iki saata yaxın davam edir
– əməliyyatdan sonra bərpa bir həftədən çox vaxt aparır
– cinsi əlaqə zamanı güclü ağrılar və ya çoxlu qan əmələ gələ bilər
12. Mənim partnyorum fərqi hiss edəcəkmi?
Qızlıq pərdəsinin bərpa üsulundan asılı olmayaraq sizin cinsi partnyorunuz fərqi hiss edə və sizin ondan əvvəl cinsi həyat sürdüyünüzü bilə bilməyəcəkdir.
Saglamolun.Az
Pis düşüncələr hardan gəlir
Sual: Qəlbimizə müxtəlif düşüncələr gəlir. Bunlar hardan gəlir? Hansının yaxşı, hansının pis olduğunu necə biləcəyik?
CAVAB
İnsanın qəlbinə mələkdən, şeytandan və öz nəfsindən də müxtəlif düşüncələr gəlir. Mələkdən gələnə ilham, şeytandan gələnə vəsvəsə, nəfsdən gələnə isə həva deyilir. Bunların bir-birindən fərqi necə bilinir? Hədisi-şərifdə, “Mələkdən gələn ilham, İslamiyyətə uyğun olur. Şeytandan gələn vəsvəsə, İslamiyyətdən uzaqlaşmağa səbəb olur” buyuruldu [Tirmizi]. O halda vəsvəsəni ilhamdan ayırmaq üçün dinin əmrlərini yaxşı bilmək lazımdır.
Qeyri-müsəlmanlardan pendir, kolbasa kimi ərzaq alarkən, “Bunların içinə nəcis maddə qatıblar” düşüncəsi gəlirsə, dərhal dinin bu xüsusdakı hökmü xatırlanmalıdır. Dinimiz almağın caiz olduğunu bildirirsə, almaq olar. Bu düşüncənin şeytandan olduğu aydın olur.
Vəsvəsəyə diqqət verilməsə, şeytan bundan imtina edib, başqa vəsvəsə verəcək. Nəfsimizdən gələn düşüncə isə davamlıdır. İnsan ölənə qədər davam edəcək.
Şeytan, xeyirli, yaxşı bir işə mane olmaq üçün daha az yaxşı olanı etdirmək məqsədilə vəsvəsə verir. Böyük günaha sürükləmək üçün kiçik yaxşılıqları etdirməyə çalışır. Şeytan, dinini bilən insanı heç vaxt aldada bilməz. Hər insan Allahın qulu olduğu halda, dinini bilən, Allahu təalanın əmr və qadağalarına riayət edən kimsələr üçün Qurani-kərimdə şeytana xitab edilərkən, “Mənim qullarıma sənin sultanlığın [hakimiyyətin] yoxdur” buyurulur. (İsra 65)
Şeytanın vəsvəsəsinə aldanmamaq üçün Allahü təalanın, “Mənim qulum” dediyi kimsələrdən olmalı, yəni düzgün bir etiqada, elmə sahib olmalı və elmi ilə əməl etməlidir!” Məsələn, şeytan vəsvəsə verdikdə, onu dərhal uzaqlaşdırmalıdır! Hədisi-şərifdə, “Şeytan vəsvəsə verir. Allahın ismi zikr edildikdə, söyləndikdə qaçır. Söylənməzsə, vəsvəsələrinə davam edir” buyuruldu. (Əbu Yala)
Sünnətə uyğun dəstəmaz almağı bilməyən, yaxşı dəstəmaz alım deyə suyu həddindən artıq istifadə edir. Bu isə vəsvəsədir. Vəsvəsə edən, dinə gözəl tabe olmaq niyyətilə yeni bir şeylər çıxarır, bu isə bidətdir. Bidət isə haramdır. Başqalarının yemək-içməklərinin və geyimlərinin təmiz olub-olmadığında şübhə edir. Bu da sui-zənnə səbəb olur. Müsəlmana sui-zənn etmək haramdır. “Mən hər yeməyi yemərəm, ehtiyatlı davranıram” deyərək təkəbbürə düşür. Halbuki, zərrə qədər təkəbbürü olanın Cənnətə girməsi çətindir.
Fətr surəsi 6-cı ayəti-kəriməsində məalən, “Əlbəttə şeytan sizə düşməndir. Onu özünüzə düşmən bilin!” buyurulur. Vəsvəsə edən, şeytanı özünə dost və qardaş etmiş olur. Sünnətləri, məkruhları, digər əmr və qadağaları bilməyən vəsvəsə xəstəliyinə tutulur. Bunları bilib yerinə yetirən insan şübhəyə düşməməlidir! Vəsvəsə edən rüxsətlərlə əməl etməlidir! Üzərində nəcasət görünməyən hər şey təmiz qəbul edilir. Şübhə etməklə nəcis olmaz. Qidalarda nəcis maddələr var zənnilə ərzaq almamaq vəsvəsədir, ifratdır. Hədisi-şərifdə, “Həddi aşanlar həlak oldu” buyuruldu. (Müslim)
İfrat və təfritdən, yəni həddi aşmaqdan uzaq olmaq, orta yolu tutmaq lazımdır. Deyləmidəki hədisi-şərifdə, “İşlərin xeyirlisi vəsat olanıdır” buyuruldu. (Hadiqa)
Pis fikirlərdən necə qorunmalıyıq?
Salam men yaxşılıq etmeyi sevirem ve hemiş yaxşılıq etmeyide bacarmışam indi bilmek isdeyirem ki menim axlıma hemişe pis pis fikirler gelir herşeye qarşı pis fikirler gelir sanki icimden kimse mene deyir ki get pis işler gör günahlı işler gör amma men buna fikir vermirem nece dim ki bufikirler axlıma gelmesin ümumiyetle bu şeytan işi ola biler insan axlına girim pis fikirler pis işler gördürmeye bacarsın
Aleykum salam. Bilin ki, insanın beyninə gələn və ya onu əhatə edən pis fikirlər, hisslər əmələ keçmədikcə insana günah yazılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir. İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlib belə dedi: “Ey Allahın elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur”. O (salləllahu aleyhi və səlləm) buyurdu: “Allahu Əkbər! Şeytanın işini vəsvəsəyə çevirən Allaha həmd olsun!” (İbn Hibban, 147).
Həmçinin Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: “Həqiqətən, sizdən birinizə şeytan gəlib vəsvəsə edir: “Səni kim yaradıb? “O da: “Allah!” – deyir. (Sonra şeytan belə vəsvəsə edir): “Bəs Allahı kim yaradıb?” Sizdən biriniz bunu özündə hiss etdikdə: “Əməntu billəhi və rusulihi – Allaha və peyğəmbərlərinə iman etdim” – desin. Həqiqətən, belə demək, vəsvəsini ondan uzaqlaşdırar”. (Əhməd; əl-Əlbəni, “Sahih ət-Tərğib va ət-Tərhib” kitabında (1610) səhih olaraq təsnif etmişdir). Hədisdən də göründüyü kimi pis fikirlər şeytandandır. İnsan bu fikirlərə əməl etmədikcə heç bir günah qazanmır. Ona görə də ağıla pis fikirlər gələndə bilmək lazımdır ki, bu fikirlər insanın özündən deyil, şeytandandır və bu fikirlərlə mübarizə etmək yox, sadəcə əhəmiyyət verməmək lazımdır. Həmçinin bundan xilas olmaq üçün Allaha və dinə aid bütün pis fikirlərin şeytandan gələn vəsvəsə olduğunu bilməkdir. Şeytandan gələn pis fikirləri ürəkdən çıxartmaq lazım deyil. Çünki bu fikirlər qıraqdan gəlir və sizin ürəyinizə bunun heç bir aidiyyatı yoxdur. Bunun əlacı odur ki, bu fikirləri özünüzdən hesab etməyin, fikirlərə qarşı mübarizə aparıb onları çıxartmağa çalışmayın, sadəcə olaraq heç bir əhəmiyyət verməyin. Bilin ki, insanın ürəyinə gələn fikirlərə görə insan heç bir məsuliyyət daşımır. Həmçinin oxuyun:
Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?
İmanda şəkkə düşənin duası
Comments are closed, but trackbacks and pingbacks are open.