Azərbaycan Ordusunun topoqraflarının döyüş hazırlığı yoxlanılıb
İbrahim Ağa Vəkilov – general, ilk azərbaycanlı hərbi topoqraf.
Hərbi topoqrafiya
İbrahim Ağa Vəkilov – general, ilk azərbaycanlı hərbi topoqraf.
1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olan İbrahim ağa Vəkilov on bir yaşında atadan yetim qalıb. Atası Paşa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, qürrələnirdi.
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi Gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur.
1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı Ģöbəsində çalışır.
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləĢdirilməsində iştirak edir.
Belə bir ciddi işi vaxtından əvvəl-iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək “Şire-Xurşid” ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.
1912-1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülür.
İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Əsrin əvvələrində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. general İ.Vəkilov 1934-cu il iyunun 2-də vəfat edib
Azərbaycan Ordusunun topoqraflarının döyüş hazırlığı yoxlanılıb
Azərbaycan Ordusunun topoqraflarının döyüş hazırlığı yoxlanılıb 2022-ci ilin hazırlıq planına uyğun olaraq, N nömrəli topoqrafiya hərbi hissəsində döyüş hazırlığı yoxlanılıb. Əvvəlcə şəxsi heyətin xidməti, elektron xəritələrin yoxlanılması və ərazi maketinin hazırlanması otaqlarına, eləcə də topoqrafik xəritələrin sa
3 İyun , 2022 16:37
https://static.report.az/photo/b6030d16-2a32-3e4b-84b8-12dc174a7e0f.jpg
2022-ci ilin hazırlıq planına uyğun olaraq, N nömrəli topoqrafiya hərbi hissəsində döyüş hazırlığı yoxlanılıb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə şəxsi heyətin xidməti, elektron xəritələrin yoxlanılması və ərazi maketinin hazırlanması otaqlarına, eləcə də topoqrafik xəritələrin saxlanclarına baxış keçirilib. Daha sonra şəxsi heyətin iştirakı ilə ərazidə səmtləşmə, Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir avadanlıq və proqram təminatından istifadə etməklə topogeodeziya təminatı üzrə tapşırıqlar praktiki icra olunub. Şəxsi heyətin nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılıb, qiymətləndirmə aparılıb. Görülən tədbirlərin əsas məqsədi topoqrafiya ixtisaslı hərbi qulluqçuların bilik və bacarıqlarını təkmilləşdirmək, hərbi topoqrafiya ixtisasını müasir tələblər səviyyəsində təşkil etmək, habelə topogeodeziya təminatı tapşırıqlarını operativ şəkildə yerinə yetirməkdir.
Hərbi topoqrafiya
2019-06-26 11:02:00
Şərqdə ilk hərbi topoqrafiya məktəbinin yaradan Cümhuriyyət generalı – Mirzə Cəlilin qohumu, Tolstoyun “dost”u
XIX əsrin sonları. Çar Rusiyasında siyasi vəziyyət daha da gərginləşməkdədir. Çar rejimi bütün diqqətini hərb sahəsinin inkişafına yönəltməkdə davam edirdi. Belə bir məqamda hərbi topoqrafiyanın inkişafı da labüdləşmişdi. Bu məqsədlə bir sıra gəncləri Peterburqda yerləşən hərbi-topoqrafiya məktəbinə oxumağa yollayırdılar. Həmin hərbçilər sonradan münaqişəli zonaların xəritələrini hazırlamaq, sərhədlərdə dəqiqləşdirmə aparmaq və digər məsul vəzifələri yerinə yetirəcəkdilər. Onlardan biri də ilk azərbaycanlı hərbi topoqraf İbrahim ağa Vəkilov idi. Sonradan general rütbəsinədək qalxacaq Vəkilov məktəbi bitirəndən sonra çar Rusiyasına əvəzsiz xidmət göstərir. Rusiyanın İranla dövlət sərhədlərinin müəyyənləşməsi işinə rəhbərlik edir. Onun rəhbərliyi altında Qafqazın bir sıra rayonlarının, Krımın xəritələri hazırlanır. İbrahim ağa Vəkilov nəinki Azərbaycanda, eləcə də bütün Qafqazda hərbi topoqrafiya sahəsində general-mayor rütbəsi alan yeganə şəxsdir. Qazaxdan olan bir hərbçinin hazırladığı topoqrafik xəritələr I Dünya Müharibəsində rusların işinə çox yarayıb. Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa Vəkilovun xidmətləri Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın “Şire-Xorşid” ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Ximdətlərinə görə bir çox nüfuzlu çar ödüllərinə layiq görülür. Həmçinin Qafqazda ilk dəfə olaraq hərbi-topoqrafiya sahəsində general-mayor rütbəsinə yükəlir. Lakin bütün bu xidmətlərin müqabilində Vəkilova çar rejimi bir məsələdə heç cürə gözəştə getmirdi. Və o məsələ, yəni, Rus gözəlinə dərin məhəbbəti Vəkilovun şəxsi həyatında xeyli problemlər yaradır. Dövrün qanunlarına görə müsəlmanın xristian olan şəxslə evlənməsi üçün öncə dinini dəyişməsi lazım idi. Lakin Vəkilov bunu etmirdi. Bütün yaxınlarının ondan üz döndərəcəyindən qorxurdu. Sevdiyi kiçik rus məmurunun qızı Yelena Yefimova da eyni aqibəti yaşayırdı. Aralarında qarşılıqlı münasibət olmasına baxmayaraq, ailəsi dinini dəyişdirəyəcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər. Lakin sevgi sonda qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir, orda qeyri-qanuni də olsa evlənirlər. 1891-ci ildə isə İbrahim bəyi gözlənilmədən Rusiyaya hərbi atteşe qismində ezam edirlər. Bu zaman onların böyük oğlu Borisin 7, Qlebin isə 6 yaşı var idi. Mayor rütbəsində olan Vəkilov nikahlarının rəsmi olaraq tanınması üçün çara, III Aleksandra müraciət edir. İbrahim Vəkilovun xaricdə və ölkə daxilində gördüyü xidmətlər nəzərə alınaraq xahişi qəbul olunur. Generalın arvadı Tolstoya niyə məktub yazır? İbrahim bəy Vəkilovun oğlanları onun təsiri ilə çox yaxşı tərbiyə almış və maarifçilik dünyagörüşü ilə maksimal dərəcədə təmin edilmişdilər. Onlar vətənə, Azərbayacana çox bağlı idilər. Odur ki, hər ikisi dinlərini dəyişib, müsəlman cəmiyyətinə yaxınlaşmaq fikrinə düşdülər. Amma valideynləri bu istəyin onların gələcək perespektivlərinə sədd çəkəcəyini əsas gətirərək, mane olmağa çalışdılar. Xüsusən də Yelena çox təşvişə düşmüşdü. Yelena gizli olaraq dövrünün tanınmışlarından olan Lev Tolstoya məktub yazaraq ondan kömək istəyir. Beləliklə, 1909-cu il mart ayının 2-də Tolstoyun yaşadığı Yasnaya-Polyanaya onun adından məktub göndərilir. Yelena böyük yazıçıdan çıxış yolu istəyir: oğlanları İslamı qəbul etsinlər, yoxsa provaslav kimi qalsınlar? Tolstoyun məktuba cavabı: Cavab çox gecikmir. Qafqaz müsəlmanlarına xüsusi rəğbəti olan Tolstoy 15 mart 1909-cu ildə podpolkovnik, topoqraf İbrahim ağa Vəkilovun xanımına cavab məktubu yazır: “Oğullarınızın Azərbaycan tatar xalqının maarifləndirilməsinə töhfə vermək arzusunu təqdir edə bilmərəm. O ki, qaldı müsəlmanlığı provaslavlıqdan üstün tutmağa, bu keçidə bütün qəlbimlə hüsn-rəğbət göstərə bilərəm. İnsanın qarşısında iki seçim olsa- kilsə provaslığı, yoxsa islama etiqad etmək, heç bir ağıllı insan bu seçimdə tərəddüd etməz. Xristianlığın mürəkkəb ibadətlərindənsə vahid Tanrısı və peyğəmbəri olan İslamı seçmək daha yaxşı olar. Başqa cür ola da bilməz. Müsəlmanlığın yüksəkdə durmasına elə bircə müsəlmanlığın xristianlıqdan 600 il sonra yaranması və nəticədə bu ən səmərəli vəziyyətdə qərar tapması kifayətdir. Bu din öz təlimlərindən səthi şeyləri atsa Məhəmməd peyğəmbərin təliminə uyğun getsə, ən böyük dinlərdən olacaqdır. Sizə ona görə belə uzun-uzadı yazıram ki, mənim bu fikirlərimi öz oğullarınıza çatdıracağınızı və bu fikirlərin onlara öz gözəl niyyətlərini həyata keçirməkdə lazımlı olacağını düşünürəm. Məsləhətim nəyəsə yarasa, siz və oğullarınız öz qərarları və bundan sonrakı fəaliyyətləri barədə məni xəbərdar etsələr çox şad olaram”. (Qeyd, məktub ixtisarla verilib-red.) Məktubun sonrakı taleyi. Vəkilovlaırn övladları öz əqidələrinə sonadək sadiq qaldılar. İslamı qəbul edib adlarını dəyişdilər. Boris özünə Fariz, Qleb isə Qalib adını götürür. Böyük oğlu mühəndis olmaqla yanaşı, Azərbaycan maarifçi cəmiyyətinin üzvü olur, atasının yolunu davam etdirən Qalib isə elə onun sağlığında rus ordusunun polkovkini rütbəsinə yüksəlir. Sonradan Vəkilovlar ailəsi mədəni şəkildə desək, darmadağın olur. Belə ki, çar rejimi iflasa uğrayandan sonra 1920-ci ilin iyununda İbrahim Vəkilov başqa generallarla birgə Nargin adasına aparılaraq güllələnir. Lakin atalarının yolunu davam etdirən Vəkilov qardaşları Sovet dövründə də öz xidmətlərini əsirgəmədilər. Amma bu da onları xilas etmədi. 30-cu illərdə baş verən kütləvi repressiyalar onlardan da yan ötmədi. 1937-ci ildə hər ikisi həbs edildi. Qalib elə həmin il güllələndi. Əvvəlcə Mordaviyaya, sonra isə Karaqandaya sürgün edilən Fariz isə 1956-cı ildə Bakıya döndü. Maraqlı fakt odur ki, bu məşəqqətli illərdə Fariz Tolstoyun onun anası Yelenaya yazdığı məktubu xoş və dəyərli bir xatirə kimi özündə qoruyub saxlaya bilir. 1978-ci ildə Tolstoyun anadan olmasının 150 illiyi münasibətilə Fariz Vəkilov məktubu yazıçının dostlarına hədiyyə verir. Hazırda həmin məktub Tolstoyun yaşadığı Yasnaya Polyanada əlyazmalar bölməsində saxlanılır.
Comments are closed, but trackbacks and pingbacks are open.