Press "Enter" to skip to content

Xəbər verir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 39-VIQD nömrəli Qanununun tətbiqi haqqında Prezident İlham Əliyev Sərəncam imzaladı

Digər dəyişiklik isə tikinti ilə bağlı cərimələrin 50 faizinin inzibati protokolu tərtib edən qurumun hesabına köçürülməsi ilə bağlıdır.

Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi

Parlamentin bu gün keçirilən plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

Həmçinin, qeyd olunub ki, hazırda məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub.

Digər dəyişiklik isə tikinti ilə bağlı cərimələrin 50 faizinin inzibati protokolu tərtib edən qurumun hesabına köçürülməsi ilə bağlıdır.

Bununla bağlı, Məcəlləyə edilən əlavədə qeyd olunur ki, icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək.

Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 39-VIQD nömrəli Qanununun tətbiqi haqqında Prezident İlham Əliyev Sərəncam imzaladı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 39-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi

Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa – Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.

Sonxeber.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə sənədin 2.2-ci maddəsində “7 il” sözü “8 il” sözü ilə əvəz edilib.

Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.

Sosial Baxılıb: 974 Tarix: 30 mart 2020

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

Susuzluğun yaratdığı XƏSTƏLİKLƏR

Su içmək insan sağlamlığı çox vacibdir. Bədəndə maye itkisi yaranarsa, bu çox ciddi fəsadlar törədə bilər. Yorğunluq, halsızlıq, iştahasızlıq kimi adi görülən problemlərin səbəbi məhz kifayət qədər su içməməklə əlaqəli ola bilər. -a istinadən bildirir ki, insan orqanizmi gündəlik maye qəbulu tələbat

Evdə 42 kilometr qaçdı

Marafon həvəskarı Tim Franklin evi tərk etmədən də məşq etməyin mümkün olduğunu əyani şəkildə sübuta yetirib. “Daily Mail” xəbər verir ki, hazırda Avstraliyada koronavirus pandemiyası səbəbindən insanların evlərini tərk etməsi tövsiyə edilmir. Tim Franklin formasını saxlamaq məqsədilə mənzili

65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

ABŞ-ın Çikaqo şəhərində 65 il evli olan cütlük koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onların nəvəsi öz tvitter mikrobloqunda məlumat yayıb. Stiven Neşin sözlərinə görə, nənə-babası eyni gün bir neçə saat fərqi ilə vəfat edib. Qeyd olunu

Koronavirus xəstələri hərbi təyyarələrlə daşınır – Səhiyyə sistemi ÇÖKDÜ

İtaliya koronavirus xəstələrini müalicə üçün Almaniyaya göndərir. Xəstələrin daşınması İtaliya hökumətinin xahişi ilə Almaniyanın hərbi hava qüvvələri tərəfindən həyata keçirilir. Məlumata görə, yüzlərlə xəstə artıq Almaniyaya göndərilib. Onlar Bohum və Bonn xəstəxanalarına yerləşdirilib. Qeyd edək ki

Diabetin müalicəsində yeni üsul təklif olundu

Şanxay Biokimya və Hüceyrə biologiyası institutunun alimləri kök hüceyrələrindən mədəaltı vəzinin kiçik seqmentlərini (Langerhans adacıqları) yetişdiriblər. Mütəxəssislərin fikrincə, bu, diabetin müalicəsində irəliyə doğru atılmış mühüm addımdır. bildirilir ki, kök hüceyrələri yetkin siçanların mədəalt

Qaxda gözəgörünməz varlıq fermanı bir-birinə qatdı

Qaxda qeyri-adi və qorxunc hadisə yaşanıb. xəbər verir ki, rayon ərazisində olan fermaların birinin təhlükəsizlik kamerasına maraqlı və bir o qədər də qorxulu görüntülər əks olunub. Belə ki, fermanın mühafizəçisi gecə saatlarında həyətdə bir neçə əşyanın yerinin dəyişdiyini görüb. Daha sonra o, təhlükəsizli

Dünyanı ayağa qaldıran 20 trilyon dollarlıq İDDİA – Koronavirus kütləvi ölümlərə yol açmaq üçün yaradılıb

ABŞ-dan olan vəkillər koronavirusla bağlı Çinə qarşı 20 trilyon dollarlıq iddia qaldırıb. Amerikalı vəkillərin iddiasına görə, koronavirus Çində istehsal olunan bioloji silahla hücum nəticəsində ortaya çıxıb. Vəkillər Çini terrorizmə dəstək verməkdə, ABŞ vətəndaşlarının zərər görməsinə və ölümünə yo

Bir öskürək 35 min dollara başa gəldi – FOTO / VİDEO

Bir qadının məhsulların üzərinə öskürməsi səbəbindən market sahibi koronavirus ehtimalı ilə əlaqədar 35 min dollar (59500 AZN) dəyərində olan ərzaqları zibilə atıb. xəbər verir ki, hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib. İşçilərin mağazadan çıxardıqları qadının daha sonra polislər tərəfindən həb

Comments are closed, but trackbacks and pingbacks are open.