Press "Enter" to skip to content

Ağahüseyn Huseynov

Möhsümov Əşrəf Möhsüm oğlu

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İŞÇİLƏRİNƏ“ƏMƏKDAR MÜƏLLİM” FƏXRİ ADININ VERİLMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilsin:

Abbasov Ələmşah Zeynalabdin oğlu

Abbasov Qılman Məhərrəm oğlu

Abbasov Vaqif Məhərrəm oğlu

Abdullayev Oqtay Rza oğlu

Abdullayeva Ruhəngiz İsa qızı

Abdullayeva Şəkər Məhəmməd qızı

Ağadadaşov Ağa Balaqardaş oğlu

Ağamalıyev Rəhim Ağamalı oğlu

Ağayev Teymur Mahmud oğlu

Ağayeva Gültəkin İldırım qızı

Alqayev Cavanşir Üzeyir oğlu

Aslanova Rəna Aslan qızı

Bağırov İltifat Həmid oğlu

Bayramov Vaqif Rza oğlu

Cahangirov Əlican Abbasqulu oğlu

Cəfərova İlhamiyyə Cəfər qızı

Çələbiyeva Natella Yusif qızı

Eyvazov Gülməmməd Məhəmməd oğlu

Əfəndiyeva Hökümə Məşədi qızı

Əhmədov Aydın Əhəd oğlu

Ələkbərova Faina Emanuilovna

Əliyev Əli Rüstəm oğlu

Əliyev Əvəz Cabbar oğlu

Əliyev Viktor Əli oğlu

Əliyeva Aidə Vəli qızı

Əliyeva Hökümə Nizami qızı

Əliyeva Xanım Soltan qızı

Əliyeva Rəhimə İsmayıl qızı

Əmiraslanov Mehman Bazar oğlu

Fərzəliyeva Yaqut Əliheydər qızı

Heydərov Bayram Mirabbas oğlu

Heydərov Heydər Alməmməd oğlu

Həsənov Ağahüseyn Məmmədhüseyn oğlu

Həsənov Möhübbət Qüdrət oğlu

Həsənov Oqtay İlya oğlu

Həsənov Yadigar Həsən oğlu

Həsənova Dilarə Saməddin qızı

Həsənova Nəzakət Nüsrət qızı

Hüseynov İsa Məmməd oğlu

Hüseynova Məhbubə Oruc qızı

Xanlarova Sara Cəbrayıl qızı

Xəlilov Fikrət Məhəmməd oğlu

Xudiyev Murad Cavad oğlu

Xudiyeva Sevil Fəsi qızı

İbrahimova Zəhra Hüseyn qızı

İsgəndərov İsgəndər Barat oğlu

İsgəndərova Lətafət Ənbək qızı

İsmayılov Mayıl Yolçu oğlu

Kazımov Kamil Cəmil oğlu

Kərimov Məhəmməd Ağahəsən oğlu

Kərimov Musavəddin Alı oğlu

Kərimov Şahin Bəkir oğlu

Kərimova Bilqeyis Zümür qızı

Kərimova Fizzəxanım Ağakərim qızı

Qarayev Elman Cərulla oğlu

Qasımov Eldar Bəşir oğlu

Qazıyeva Dilavər Halay qızı

Qədirov Ağaverdi Mirzə oğlu

Qədirov Fərzəli Dövlət oğlu

Qədirova Sevinc Ağakərim qızı

Quliyev Yusif Astan oğlu

Qurbanov Rüfət Əsgər oğlu

Qurbanova Rahilə Mürsəl qızı

Mahmudov Mütalib Həsən oğlu

Mehdiyev Əsgər Vəli oğlu

Məmmədova Almaz Novruz qızı

Məmmədova Çimnaz Məlik qızı

Məmmədova Mehriban Mədəd qızı

Məmmədova Ofelya Mirağa qızı

Məmmədova Vəfa Bəhram qızı

Məhərrəmov Fazil Yaqub oğlu

Mərdanova Dilşad Qaçay qızı

Mirzəyev Mustafa Şövkət oğlu

Mirzəyev Sabir Soltanağa oğlu

Möhsümov Əşrəf Möhsüm oğlu

Murquzov Mirzəli İsmayıl oğlu

Musayeva Səmənnaz Cabbar qızı

Mustafayev İlham Abdulla oğlu

Nadirov Firudin İsmayıl oğlu

Nadirova Gülzadə Məhəmməd qızı

Nağıyev Hüseyn Xanəli oğlu

Nağıyeva Tahirə Nağı qızı

Namazova Göyçək Bəşir qızı

Nəcəfov Nəcəf Həsən oğlu

Orucov Akif Məhərrəm oğlu

Orucova Adilə Murad qızı

Pirməmmədov İlham Teymur oğlu

Rüstəmova Gülyaz Çərkəz qızı

Rüstəmova Xalidə Ədalət qızı

Rzayeva Seyidxanım Ağabala qızı

Sadıqov Şahbala Mirzaağa oğlu

Salahova Sevil Lətif qızı

Səfərov Məhəmmədəli Eyvaz oğlu

Səfərova Seyran Əmən qızı

Səmədov Səməd Məmməd oğlu

Səmədova Zenfira Bəhlul qızı

Seyidəhmədov Əhməd Cəbi oğlu

Şahtaxtinskaya Samirə Rəşid qızı

Şərifov Talıb Kamal oğlu

Şıxəliyeva Gültəkin Atamalı qızı

Şirinova Əlvanxanım Əmir qızı

Şükürov Murad Əliş oğlu

Verdiyev İmran Allahverdi oğlu

Yusifova Afayət Allahverdi qızı

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2005-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin

Ağahüseyn Huseynov

Страна проживания: Азербайджан
Город: Баку
Родом из города: A
Высшее образование:
Вуз: UNEC (ADİU, АГЭУ (Нархоз)) , Заочное отделение , Студент (специалист)
Факультет: İnformatika və idarəetmə fakültəsi (Факультет информатики и управления)
Кафедра: İqtisadi kibernetika (Экономическая кибернетика)
Телефон: 0703487886
Skype: huseynov_010
Текущая деятельность: UNEC (ADİU, АГЭУ (Нархоз))

Ağahüseyn Huseynov

Страна проживания: Россия
Город: Казань
Дата рождения: 3 августа 1991
Высшее образование:
Вуз: ADNSU (ADNA, бывш. АГНА, АзИНЕФТЕХИМ) , 2012
Факультет: Neft-mexanika fakültəsi (Нефтемеханический факультет)
Кафедра: Maşın hissələri (Детали машин)
Текущая деятельность: ADNSU (ADNA, бывш. АГНА, АзИНЕФТЕХИМ)

Ağahüseyn Huseynov

Страна проживания: Азербайджан
Город: Агдаш
Среднее образование:
Школа: 8 saylı T. İsmayılov adına şəhər orta məktəbi Агдаш

DƏrs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji

A.M.Nəzərov. Müasir təlim texnologiyaları. Dərs vəsaiti.

ADPU-nəşriyyatı. Bakı-2012. 103 səh

Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-

teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal

didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin

açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.

Hazırkı dövrdə Azərbaycanın təhsil sistemində zəruri

islahatın aparıldığı bir şəraitdə tədris proqramlarının təkmilləş-

dirilməsinə, yeni dərsliklərin yazılmasına böyük ehtiyac duyulur.

Dünyada gedən qloballaşma və Azərbaycan təhsil sisteminin

Avropa təhsil sisteminə inteqrasiyası təhsil sistemində yeni təlim

texnologiyalarından, fəal və interaktiv təlim metodlarından, yeni

texnologiyalardan istifadə edilməsini tələb edir. Bu baxımdan,

“Müasir təlim texnologiyaları” fənni üzrə hazırladığımız dəsr

vəsaiti (mühazirə xülasələri) aktuallığı ilə seçilir.

Bu vəsait “Məktəbəqədər və ibtidai təhsilin pedaqogika və

metodikası”, “Pedaqogika və psixologiya” ixtisasları üzrə təhsilin

bakalavr pilləsi üçün hazırlanmışdır.

Vəsaitdə müasir təhsil metod və texnologiyalardan isti-

fadənin nəzəri və təcrübi məsələlərindən geniş bəhs olunmuşdur.

Burada pedaqoji texnologiyalara tarixi-nəzəri baxış, təlim texno-

logiyaları haqqında anlayış, təlim texnologiyalarının struktur və

funksional komponentləri, təlim texnologiyalarının yaradılması və

tətbiqi prinsipləri, fəal və interaktiv təlim metodları, habelə tər-

biyə texnologiyaları kimi aktual problemlərin təhlilinə xüsusi

Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-

teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal

didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin

açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.

Həmçinin, vəsaitdə pedaqoji texnologiyalarla təlim pro-

sesinin idarə olunmasına, təlim texnologiyalarnın spesifik əlamət-

lərinə diqqət yetirilmişdir. Ən nəhayət, vəsaitdə nəzərdə tutulmuş

hər bir ayrı-ayrı mövzunun sonunda istifadəsi zəruri sayılan ən

vacib pedaqoji-psixoloji ədəbiyyatın siyahısı verilmişdir.

Dərs vəsaitindən bakalavr təhsili alan tələbələrlə yanaşı

magistrlər, habelə pedaqoji ictimaiyyət də faydalana bilər.

Rüfət Lətif oğlu Hüseynzadə,

Pedaqogika üzrə elmlər doktoru, professor,

Əməkdar Müəllim

PEDAQOJİ TEXNOLOGİYALARA

TARİXİ-NƏZƏRİ BAXIŞ

1. Təlim və tərbiyənin bəşəriyyətin mədəni fəaliyyətinin

ən qədim növü hesab edilməsi

2. Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab

3. Eramızın bütün əsrlərində təhsil, təlim, tərbiyənin

təkamül və inkişafının əsas vasitəsi hesab edilməsi

4. XX əsr təhsilin insanları peşəkar fəaliyyətə və həyata

hazırlanmasının önə çəkildiyi dövr kimi

5. Hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil

siyasəti, təhsil və inkişaf konsepsiyasına malik olması.

Tərbiyə işi insan cəmiyyəti mövcud olan gündən daim

insanların diqqət mərkəzində olmuşdur. Məlumdur ki, ibtidai

icma quruluşu dövründə heç bir məktəb, heç bir təhsil sistemi yox

idi. İnsanlar hamısı bir yerdə müəyyən mağaralara toplaşır, ov-

çuluqla məşğul olur və ehtiyaclarını ödəməyə çalışırdılar. Qul-

darlıq quruluşunda oğlanların tərbiyəsi ilə kişilər, qızların tərbi-

yəsi ilə isə qadınlar məşğul olurdular. Kişilər oğlanlara ov ovla-

mağı öyrədir, qızlar isə mağarada onlara məxsus olan işlərdə

fəaliyyət göstərməklə məşğul olmuşdular. Lakin təlim isə savadla,

yazı ilə əlaqədar olduğu üçün sonralar meydana çıxmışdır.

Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab ya-

zının meydana çıxması ilə yarandı. Çünki yazı meydana çıxandan

sonra savad təlimi yarandı. Müəllimlər şagirdlərə dərs deməyə

başladılar. Həyat inkişaf etdikcə elm, təhsil, savad da inkişaf

etməyə başlayır. Məktəblərin şəbəkəsi genişlənir. Bu məktəblərdə

dünyəvi elmlər və dini elmlər öyrədilməyə başlandı. Qədim

Hindistanda, Çində, Yunanıstanda, Romada təlim və təhsil sahə-

sində olduqca böyük uğurlar və nailiyyətlər əldə edildi. Qədim

Romada və Yunanıstanda Sokrat, Aristotel və Platon kimi dahi

filosoflar öz dövrünün eradan qabaq yaşamış çox görkəmli

filosofları olmuşdur. Qədim Çində Konfutsi adlı dahi filosof

meydana gəlmişdir. Azərbaycanda isə zərdüştlük fəaliyyət

göstərməyə başlamışdır. Eradan qabaq VI əsrdə yaşayıb-yaradan

Zərdüşt bir azərbaycanlı olaraq dünya mədəniyyəti xəzinəsinə

“Avesta” adlı məşhur əsərini bəxş etmişdir. Neçə min öküz dərisi

üzərində yazılmış bu əsərin olduqca çox cüzi bir hissəsi gəlib bizə

çatmışdır. “Avesta”da təlim-tərbiyə məsələlərinə çox geniş yer

verilmişdir. Burada torpağa bağlılıq, torpağı sevmək, zəhmətə

aludə olmaq, böyüklərə, uşaqlara, qocalara, ata və analara hörmət

və qayğı, vətən torpağını qorumağa daim hazır olmaq və s. bu

kimi yüksək əxlaqi, etik normalar öz əksini tapmışdır. Elmə,

təhsilə, müəllimə böyük ehtiram və və hörmət bəsləyən Zərdüşt

“Avesta” əsərində bu məsələlərin də şərhinə və izahına xüsusi

Eramızın bütün əsrlərində təhsil, təlim, tərbiyəçinin təka-

mül və inkişafı əsas vasitə hesab edilmişdir. Tərbiyəçi-müəllim

öyrədən, şagird isə öyrənəndir. Bu mənada yaxşı müəllim

şagirdlər üçün ideallıq rəmzinə çevrilməlidir. Onlar üçün əsl

nümunə, örnək olmalıdır. Rusiya ilə birləşəndən sonra rus mədə-

niyyətinə, rus ədəbiyyatına, rus elminə sonsuz maraq yarandı.

Rusiyada təhsillərini davam etdirən çoxlu azərbaycanlı balaları

rus dili vasitəsilə dünya mədəniyyətinə yiyələnməyə və onun

nailiyyətlərinin öyrənilməsinə imkan tapdılar. XIX əsr Azər-

baycanın bir sıra bölgələrində Şəki, Şamaxı, Gəncə, Naxçıvan,

Bakı, Lənkəranda rus dilində qəza məktəbləri açıldı və həmin

məktəblərdə mütəxəssis müəllimlər dərs deməyə başladılar.

XIX əsrdə artıq təhsil modellərində aktuallaşma prosesi

gedirdi. Təhsilin insanları peşəkar fəaliyyətə, həyata hazırlan-

masının ön plana çəkildiyi hiss olunmağa başladı.

Çar Rusiyasına Azərbaycan dilini bilən məmurlar lazım

idi. Ona görə də Bakı, Şamaxı, Şəki, Lənkəran, Gəncə və bu kimi

Azərbaycanın iri yaşayış, sənaye mərkəzlərində Azərbaycan dili

ilə yanaşı Rus dili məktəbləri də açıldı. Məsələn, məşhur yazıçı və

dramaturq M.F.Axundov 1830-cu illərdə Şəkidə açılan rus-tatar

məktəbində oxumuşdur. Məşhur yazıçı, şair, filosof Bakıxanov

Bakıda açılmış eyni tipli məktəbdə təhsil almışdır. Sonralar hər

iki dahi şəxsiyyət çar ordusunda xidmət edərək palkovnik rütbə-

sinə qədər yüksəlmişlər. Məktəblərin açılması xalqın maariflən-

məsində çox böyük rol oynadı.

Hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil siyasəti,

təhsil və inkişaf konsepsiyası vardır. 70 il SSRİ dövründə inzibati

amirlik metodu hökm sürmüşdür. Yəni yuxarıdan əmr və sərən-

camlarla məktəblər idarə olunurdu. Demokratizm və prularizmin

hökm sürdüyü müstəqil Azərbaycan hökumətinin isə özünə-

məxsus təhsili və təhsil konsepsiyası vardır. Məktəblərin yenidən

qurulması ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Qanunu

və Təhsil Haqqında İslahat proqramları qəbul edildi. İstər Təhsil

Qanunu, istərsə də təhsil haqqında İslahat proqramlarının tələb-

lərinə uyğun olaraq Respublika Pedaqoji ictimaiyyətinin qarşısına

aşağıdakı vəzifələr qoyulmuşdur:

1. Yeni insan şəxsiyyətinin hərtərəfli və ahəngdar inki-

şafını təmin etmək

3. Qabaqcıl pedaqoji təcrübəni ümumiləşdirmək və yay-

4. Müəllimin təlim-tərbiyə fəaliyyətini nəzəri metodika

əsasında işləyib hazırlamaq

5. Gənc nəslin təlim-tərbiyə işini təşkil etmək.

Hər bir xalq dünya mədəniyyətinin inkişafına öz töhfəsini

vermişdir. Bu mənada böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlı

yaranmış baxışların, nəzəriyyə və təcrübənin inkişafına təsir

göstərən pedaqoji ideyaları bu və ya digər xalqın müstəsna

xidmətlərinin nəticəsi hesab etmək olmaz. Elm və sənət hansı

ölkədən gəlirsə gəlsin bütün insanlara aiddir. Ona görə də xüsusi

qeyd olunmalıdır ki, dünya pedaqoji fikrinin dəyər statusu

qazanmış nümunələri ayrı-ayrı seçilmiş xalqa və millətə deyil,

bəşər mədəniyyətinə məxsusdur. Ona görə də, bu tarixi-pedaqoji

irs dünya xalqları tərəfindən eyni dərəcədə öyrənilməli, tədqiq və

təbliğ olunmalıdır. İndiki dövrdə bu böyük aktuallıq kəsb edir.

Müasir pedaqoji nəzəriyyələr tarixi inkişafın nəticəsidir. Tərbiyə

və təhsilin müasir nəzəriyyəsi bükülüb-örtülmüş tarix, zəngin

xəzinə və qiymətli mənbədir. Tarixsiz nəzəriyyə, nəzəriyyəsiz sə-

mərəli təcrübə yoxdur. Keçmişlə hazırkı dövr və gələcək arasında

qarşılıqlı əlaqənin dinamikası belədir. Buna görə də bizim bilik və

təcrübəmiz zaman keçdikcə elə bir əsasa çevriləcəkdir ki, gələcək

nəsil ona istinad edərək öz övladlarına təhsil, tərbiyə verə biləcək

və eynilə bizim kimi öz dövrünün tələblərinə uyğun olaraq əldə

etdiyi nəticələrlə bu təcrübəni zənginləşdirəcəkdir. Təkcə bu gün

deyil, gələcəyi dərindən dərk etmək və qiymətləndirmək nöqteyi

nəzərindən keçmişi yaxşı bilmək lazımdır. Keçmiş bu günlə sıx

bağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Bir çox

məsələlərdə gələcək üçün zəmin təşkil edəcək bu günün ağıllı,

qabaqcıl fikirli ideyaları keçmişin mütərəqqi irsi ilə bağlıdır.

Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir.

Eyni zamanda gələcək üçün daha yaxşı perspektivin yaradıl-

masına, təhsil və tərbiyənin daha optimal üsulunun tapılmasına

yardım edir. Məktəb və pedaqogika ideyalar və konsepsiyalar

məcmusundan tədricən artıq elmə çevrilmişdir. Pozitiv pedaqoji

ideyalar tarixin ayrı-ayrı məqamlarında tez-tez öz əhəmiyyətini

itirərək aradan çıxmış, lakin sonralar başqa şəkildə özünü büruzə

vermişdir. Təhsil, tərbiyə təchizatlarının inkişafı müxtəlif və

ziddiyyətli olmuşdur. Zaman keçdikcə səviyyəsi, miqdarı və

nəticələri daha da yüksəlmişdir. XX əsr təhsil modelləri cərə-

yanlarının meydana çıxdığı, təhsilin insanları peşəkar fəaliyyətə

və həyata hazırlanmasının ön plana çəkildiyi bir dövr kimi səciy-

yələnir. Ənənəvi təhsildən fərqli olaraq müasir təhsil model-

lərinin, konsepsiyalarının əsas ideyaları sadəcə olaraq təhsil

alanların yaddaşını nəzəri faktlarla doldurmağa yönəlmişdir.

Ənənəvi təhsildə fakt və hadisələri əzbərləməyə diqqət yetirilir-

disə, müasir məktəbin əsas məqsədi isə rəqabətə qabil, tənqidi

təfəkkürə malik, çevik idarəetmə təfəkkürünə malik, onu əhatə

edən təsirlərə tənqidi yanaşmaq bacarığına malik, sərbəst qərar

qəbul etmək qabiliyyətinə malik, dəyişən şəraitə çevik uyğun-

laşmaq qabiliyyətinə malik, əməkdaşlıq etmə, “ünsiyyətqurma”,

müstəqil öz fikrini ifadə edə bilən şəxsiyyət formalaşdırmaqdır.

Müasir təhsil sisteminin əsas tərəfi təhsilalana subyekt kimi ya-

naşmaqla yeni insanın formalaşmasını cəmiyyətin əsas məqsədinə

çevirməkdir. Bu isə insanların öz bacarıq və qabiliyyətlərinin

reallaşması üçün maksimum şərait yaratmağı tələb edir. Müasir

şəraitdə ölkələrdə tərbiyə işinin əsas məqsədi böyüyən nəsildə əsil

vətəndaşlıq keyfiyyətlərini formalaşdırmaqdan ibarət olmalıdır.

Çünki, təhsil insanın özünü və dünyanı dərk etməsinin təminatçısı

rolunda çıxış edir. Təhsilin hərtərəfli və ahəngdar inkişafına təkan

verir. Buna görə də, təlim təhsil vasitəsilə şəxsiyyətin yetkin-

ləşməsi prosesində daha üzvi amilə çevrilir. İlk növbədə, təhsil

vasitəsilə şəxsiyyətin inkişafı və tərbiyəsinin daha optimal,

səmərəli, daha düzgün elmi əsaslarla qurmaq barəsində düşünmək

lazım gəlir. İnsan 3 cəhətdən tərbiyə olunursa, o, şəxsiyyət

bütövlüyünə yiyələnə bilər. Bunlar aşağıdakılardır:

1) mənəvi-ruhi tərbiyə;

2) əxlaqi və etik tərbiyə;

3) ağlın, iradə və xarakterin tərbiyəsi.

bütövlüyünün meyarı kimi götürülmüşdür. Azərbaycan pedaqoji-

ictimai fikrində şəxsiyyətin mənəviyyatı dedikdə, bütün insanlığın

xeyrinə xidmət edən ümumbəşəri mənəviyyat nəzərdə tutulur.

Müasir təhsil sistemində insanlara subyekt kimi yanaşmaq onun

unikal, fəal, daxilən azad və mənəviyyatlı bir şəxsiyyət kimi ta-

nınması əsas faktor kimi qəbul olunur. Fərdin imkanlılığı dedikdə,

hər bir şəxsin təkrarolunmazlığı, bənzərsizliyi başa düşülmüşdür.

Unikallıq fərdi xüsusiyyətlər və qabiliyyətləri müxtəlif

olan şagird kontingentləri üçün variativ təhsil proqramlarının

hazırlanması və tətbiqi yolu ilə təlim-tərbiyə proseslərini fərdi-

ləşdirməyi və differensiallığı təmin edir.

Təhsilin keyfiyyətini yaxşılaşdırmaq və bununla da XXI

əsrdə ölkənin sosial, siyasi və iqtisadi tələbatlarını təmin etmək

təhsil sahəsində islahatın əsas məqsədi kimi qarşıya qoyulmuşdur.

“Bu məqsədlə Azərbaycan hökuməti maliyyə üçün ABŞ,

İngiltərə, Yaponiya, Çin, Almaniya, Rusiya, Hollandiya kimi

inkişaf etmiş ölkələrlə və Dünya Bankı, UNİSEF, SOROS Fondu

kimi təşkilatlarla iş birliyi qurmuşdur. Odur ki, 1999-cu ildən

Təhsil Sahəsində İslahat Proqramı həyata keçirilməyə başlanmış

və bu layihə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi

və səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi

istiqamətinə yönəldilmişdir. Bunun da mərkəzində ilkin müəllim

hazırlığı, təhsilin məzmununun təkmilləşdirilməsi, idarəetmənin

yeniləşdirilməsi, maliyələşmənin, qiymətləndirmənin yeni mode-

linin işlənməsi və sairə durmuşdur”. (Bax: A.Mehrabov, Ə.Abba-

sov, Z.Zeynalov, R.Həsənov. Pedaqoji texnologiyalar. Bakı-2006,

Texnologiya yunan mənşəli söz olub, sənətə sistemli

yanaşma deməkdir. Başqa sözlə texnologiya xüsusi sahələrdə

biliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadə

edərək tapşırığı yerinə yetirmək tərzi kimi dərk olunur.

1. Ağamalıyev R. Azərbaycan təhsili XXI əsrə doğru:

idarəetmə, prioritet, islahatlar. Bakı, 1998.

2. Ağayev Ə., Talıbov Y., Eminov A., İsayev İ. Pedaqogika.

3. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.

Ə. Müasir Azərbaycan təhsilinin psixoloji

5. Əsgərov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.

6. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri.

TƏLİM TEXNOLOGİYALARININ MAHİYYƏTİ

1. Pedaqoji texnologiyanın təlim prosesinə yeni baxış

kimi daxil olması

2. Ənənəvi yanaşma və texnologiyanın köməyi ilə

təlim prosesinin idarə olunmasındakı başlıca fərqlər

3. Əməkdaşlıq (kollektiv) təlim texnologiyası

4. Layihələr metodu ilə təlim texnologiyası

5. Modullu təlim texnologiyası

Pedaqogika texnoloji təlim prosesinə yeni baxışdır. Bu

baxışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq mak-

simum idarə olunan proses olmalıdır. Təlim texnologiyasının

tarixi XX əsrin II yarısında bilikləri yoxlamaq üçün texniki

qurğuların meydana gəlməsindən başlamışdır. Bir müddət təlim

texniki vasitələrdən istifadə

düşülürdü. Alimlər belə hesab edirlər ki, texnikadan istifadə daha

çox informasiya vermək üçün köməkçi xarakter daşıyır. Amma

tədris prosesinin ayrı-ayrı mərhələlərində texnikanın tədris pro-

sesinə daxil edilməsi aktiv inkişaf edir. Alimlər gələcəkdə müəl-

lim və məktəbin köməyi olmadan öyrədici (təlimedici) sistem-

lərdən müstəqil istifadə olacağını praqnozlaşdırırlar.

XX əsrin 50-ci illərindən başlayaraq alimlərin axtarışları

başqa istiqamət götürdü. Nəticədə təlim texnikası və texnizasiyası

deyil, təlim texnikasə və texnologizasiyası anlayışları elmi döv-

riyyəyə daxil olur. Proqramlaşdırılmış təlim, daha sonra infor-

matika, kibernetika və sistemli yanaşma təlim prosesini texno-

logiya kimi başa düşmək üçün bir əsas oldu. Təlim prosesinə

geniş sistem kimi baxmağa başladılar. Buraya məqsədlərdən

tutmuş, nəticələrə nəzarətə qədər hər şey daxil oldu. Başlıca ideya

öyrədici (təlimedici) texnologiyanı ekranda canlandırmaq ideyası

Mütəxəssislər və müəllimlərin özləri, təlimin texnikası

ideyasına birmənalı münasibət bəsləmirlər. Müəllim əməyi hələ

də mexanikləşdirilməmiş əl əməyi olaraq qalır. Bir çox peda-

qoqlar belə hesab edirlər ki, bu belə də olmalıdır, çünki yalnız

canlı insan oxuda, öyrədə bilər. Lakin təlim texnologiyasının

inkişafı göstərir ki, hər bir fənni öyrətmək üçün texnoloji prosesi

yaratmaq mümkündür. Texnologiya üzrə mütəxəssislər “Texno-

loji proqramlar” təlim layihələri işləyib hazırlayırlar.

Müəllimlər həmin paketlər və layihələrlə işləyən zaman

məsləhətçi – təşkilatçı funksiyasını yerinə yetirirlər. Çoxlarına elə

gəlir ki, bu hamının müqəddəs saydığı müəllimlik peşəsinə

hörmətsizlikdir. Amma yadda saxlamaq lazımdır ki, bir çox müəl-

limlər metodistlərin onlar üçün hazırladığı metodiki işləmələrdə,

dərs planlarından məmnuniyyətlə istifadə edirlər. Köhnə əmək

əməliyyatlarından azad olan müəllim sözün həqiqi mənasında

pedaqoji işlə, şagirdlərin inkişafı ilə məşğul olur. Təlimdə şəxsiy-

yətin, yaradıcılığın və mexanikləşdirmənin nisbəti məsələsi

həqiqətən adi məsələ deyil, həll olunmalıdır. Beləliklə, pedaqoji

texnologiya dedikdə, qabaqcadan verilmiş xarakteristikalar üzrə

kompüter təlimi üçün işlənib hazırlanmış, optimal, didaktik

proseslər başa düşülür.

Bundan başqa, praktik planda pedaqoji texnologiya

müəllimin hər hansı bir texnoloji cəhətdən işlənib hazırlanmış

metodlar və priyomlar sistemini, nəhayət tərbiyə işinin meto-

dikasını və metodlarını da ifadə edə bilər.

Texnologiyanın köməyi ilə həll olunan başlıca problem

təlim prosesinin idarə olunmasıdır. Ənənəvi “qeyri-təlim texno-

logiyası” metodlarının nöqsanları vardır. Qeyri müəyyənlik öy-

rənmə əməliyyatlarının az idarə olunması mənimsənilmənin yox-

lanılmasının obyektiv və epizodik xarakter daşıması buna misal

Ənənəvi yanaşmada müəllim teoremi öyrətmək, şeri təhlil

etmək, kvadrat tənlikləri həll etmək və s. məqsədləri qoyur. Bu

məqsədlər şagirdlərin fəaliyyətini təsvir etmir. Texnologiyaya

görə təlimin məqsədi şagirdin vəziyyətini, onun biliklərini,

fikirlərini, hisslərini, davranışını dəyişməkdir. Texnologiyanın

vəzifəsi təlimedici sistemin bütün elementlərini öyrənmək və

təlim prosesini layihələşdirməkdir.

Təhsil məktəblərində geniş yayılmış, lakin şəxsiyyətin

hərtərəfli inkişaf etməsində imkanları məhdud olan ənənəvi təlim

texnologiyaları XX əsrin sonunda bir çox yaradıcı, yenilikçi

pedaqoqlar tərəfindən təhsildə effektiv olmayan, hətta zərərli

nəticələr verən texnologiyalar kimi qiymətləndirilməyə başlandı.

Bu cür qiymətləndirmə inkişaf etmiş ölkələrdə cəmiyyətin məlu-

matlılıq səciyyəsinin kifayət qədər yüksək olması ilə qiymət-

ləndirilirdi. Tədris prosesində təhsil alanın hərtərəfli şəxsiyyət

kimi formalaşması üçün yeni pedaqoji texnologiyalardan məq-

sədəuyğun və kompleks şəkildə istifadə edilməsi daha yüksək

nailliyyətlər əldə etməyə imkan verir. Burada məqsədə və təlimin

məzmununa uyğun texnologiyalar seçilməsi və onların ardıcıl,

qabaqcadan müəyyənləşdirilmiş vaxtda yerinə yetirmək məqsədə-

müvafiqdir. Hazırda müasir pedaqoji praktikada daha geniş tətbiq

olunan şəxsiyyətyönümlü-inkişafetdirici pedaqoji texnologiyalar

1) Əməkdaşlıqla təlim texnologiyası;

2) Layihələr metodu ilə təlim texnologiyası;

3) Modulla təlim texnologiyası.

Son illər tədris prosesində istifadə olunmağa başlayan

daha artıq maraq göstərilən təlim texnologiyasının mahiyyəti və

məzmunu ilə bir qədər ətraflı tanış olaq:

Comments are closed, but trackbacks and pingbacks are open.