Turizmin inkişafı: potensial və problemlər? ARAŞDIRMA
Bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.
Səbuhi Həsənov: İxtisaslaşmış turizm sənayesi Naxçıvanın tanıdılmasında mühüm rol oynaya bilər
Zəngin tarix və mədəni irs, nadir təbiət və memarlıq abidələri, müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvan Muxtar Respublikasında turizmin inkişafını şərtləndirən əsas amillərdir. Ötən dövrdə müxtəlif dövlət proqramlarının uğurlu icrası, o cümlədən həyata keçirilən mühüm infrastruktur tədbirləri muxtar respublikada bu sahənin inkişafına əlverişli şərait yaradıb.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə danışan tədqiqatçı-jurnalist Səbuhi Həsənov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası muxtar respublikada turizm fəaliyyətinin güclənməsinə geniş imkanlar açıb.
Naxçıvana gələn turistlərin sayı son illərdə artaraq muxtar respublika əhalisinin sayına yaxınlaşıb
“Görülən işlərin nəticəsidir ki, rəsmi statistikaya görə, ötən il muxtar respublikaya ölkəmizin digər bölgələrindən, həmçinin xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlib. Bu, müxtəlif turizm növlərinin inkişaf etdirildiyi muxtar respublika üçün ciddi rəqəmdir. Nəzərə alaq ki, 1 aprel 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı 456 min 700 nəfər təşkil edib. Yəni qədim diyarımıza səfər edən turistlərin sayı son illərdə artaraq muxtar respublika əhalisinin sayına yaxınlaşıb”, – deyən Səbuhi Həsənov bildirib ki, turizm səfərlərində artımın əhali artımına nisbətdə sürətli olduğunu nəzərə alsaq, yaxın zamanda bura gələn turistlərin sayının əhali sayını ötüb keçdiyinin şahidi olacağıq. Nəzərə alaq ki, inkişaf etmiş turizm ölkələrində bu say ayrılıqda həm ölkə, həm də regionlar (şəhər, rayon və sair) üzrə ölçülür. Buna görə də əhali sayından 4-5 dəfə, hətta daha çox turist qəbul edən şəhərlər bu gün dünyada turizm mərkəzləri kimi tanınır. Naxçıvanın isə bu sahədə perspektivləri daha çoxdur. Çünki Naxçıvan təkcə şəhər deyil, həm də muxtar respublikadır. Yəni turistlərin təkcə Naxçıvan şəhərini gəlib görməsi və geri qayıtması məntiqsizdir. Təbii olaraq bu qədim diyara yolu düşənlər muxtar respublikanın bölgələrinə də baş çəkəcəklər. Çünki bölgələrdə də insanların marağını təmin edəcək obyektlər mövcuddur.
Tədqiqatçı-jurnalistin sözlərinə görə, yaxın gələcəkdə Naxçıvana turist axınının artmasına imkan verən bir çox səbəblər vardır. Ancaq bütün bunlarla yanaşı, dünya turizmində baş verən dəyişikliklər də unudulmamalıdır. Bu dəyişikliklər içərisində ən çox diqqəti cəlb edən isə turizmdə ixtisaslaşmadır. Müasir dövrdə ixtisaslaşma istənilən sahənin marketinqində ön sırada dayanır. İxtisaslaşma istehlakçılar üçün daha geniş seçim imkanları yaradır. Turizmdə də belədir. Bu mənada əminliklə demək olar ki, Naxçıvan qədim tarixə, zəngin mədəni dəyərlərə malik bir diyar kimi diqqəti daha çox cəlb edir. Lakin tarixi məkanlar turizmdə yalnız müəyyən bir kütlənin maraqlarına cavab verir. Deməli, turizm marketinqinə görə burada fərqli obyektlərin və ya turizm növünün təbliğinə ehtiyac yaranır. Naxçıvanda belə imkanlar da mövcuddur.
Əshabi-Kəhf ziyarətgahı və Duzdağ Fizioterapiya Mərkəzi ön plandadır
Səbuhi Həsənov bildirib ki, muxtar respublikaya səfər edən ölkə vətəndaşları və yaxud əcnəbilərin ən çox Əshabi-Kəhf mağarasını və Duzdağ Fizioterapiya Mərkəzini ziyarət etdiyi məlumdur. Deməli, Əshabi-Kəhf ziyarətgahı dini turizmin təbliği üçün ideal məkandır. Adı “Qurani-Kərim”də çəkilən bu mağara təkcə müsəlman aləminin deyil, ümumilikdə, dünyada təkallahlığın rəmzi, atributu kimi diqqətçəkicidir. Buna görədir ki, adıçəkilən obyekti qeyri-müsəlmanlar da maraqla ziyarət edirlər.
Duzdağ Fizioterapiya Mərkəzinin mövcud imkanlarını yüksək qiymətləndirən tədqiqatçı-jurnalist deyib ki, son illərdə dünya turizmində ən çox diqqətçəkən və daha çox insanı özünə cəlb edən turizm sahələrindən biri sağlamlıq turizmidir. Sağlamlıq turizminin səviyyəsi ona görə ildən-ilə yüksəlir ki, müasir dünya inkişaf etdikcə bu və ya digər səbəblərdən insan sağlamlığı daha çox təsirə məruz qalır və insanlar öz sağlamlıqlarını bərpa etmək üçün hər il xeyli vəsait xərcləyirlər. Duzdağ isə Ulu Yaradanın lütfüdür ki, bu qeyri-adi və dünyada analoqu olmayan məkan Naxçıvanın payına düşüb. Buna görə də hər il bura dünyanın müxtəlif ölkələrindən pasiyentlər müraciət edirlər. Ancaq fikir versək, görərik ki, bura gələn turistlərin böyük əksəriyyəti Rusiya Federasiyası və MDB məkanından olanlardır. Bunun da səbəbi odur ki, 40 il bundan əvvəl yaradılmış Duzdağ Fizioterapiya Xəstəxanası sovetlər dövründən SSRİ məkanında tanınıb. Necə deyərlər, bu məkanın insanları Duzdağın müalicəvi əhəmiyyətini digər ölkələrdən daha çox bilirlər. Digər tərəfdən MDB məkanı bizim üçün böyük və potensial bir bazardır. Bu baxımdan düşünürük ki, müalicə mərkəzinin imkanları haqqında bu məkanda, eləcə də digər yaxın ölkələrdə təbliği üçün sistemli marketinq layihələri ardıcıl şəkildə aparıla bilər. Duzdağ, artıq bizim yerli sağlamlıq turizmində bir ixtisaslaşmadır. Bir məqamı da vurğulamaq lazımdır ki, sağlamlıq turizmi üçün ölkəyə üz tutan turistlər digər turistlərdən daha çox pul xərcləyirlər. Çünki burada sağlamlığın təmin olunması əsas rol oynadığından məcburi xərcləmələr qaçılmazdır.
Duzdağın dünya sağlamlıq turizmindəki rolu onun brendləşməsini labüd edir
“Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Yol Xəritəsində ölkəmizdə sağlamlıq turizmi üçün dünyada analoqu olmayan iki mühüm obyekt – Naftalan nefti və Duzdağın təbii ehtiyatlarından istifadə mühüm prioritet kimi qarşıya qoyulub. Eyni zamanda, bu iki potensial baza, həm də ölkəmizə uzaq məsafələrdən turist cəlb etmək üçün düşünülüb”, – deyən Səbuhi Həsənov qeyd edib ki, bu baxımdan Duzdağ Fizioterapiya Mərkəzinin Naxçıvan, ümumilikdə isə ölkəmiz üçün böyük əhəmiyyəti var. Duzdağın təbliği muxtar respublika ərazisində mövcud olan müxtəliftərkibli və çoxsaylı mineral suların, şəfalı bitkilərin, müalicəvi tərkibli ekstarktların tanıdılması, satışı, hədiyyə olunması, ümumilikdə isə ixracı imkanlarını artırır.
Səbuhi Həsənov deyib: “Bütün bunlara əsasən qeyd edə bilərik ki, Duzdağın dünya sağlamlıq turizmindəki rolu onun brendləşməsini labüd edir. Duzdağın bir dünya brendinə çevrilməsi üçün isə böyük potensialı var. Bizə bu potensialdan sistemli şəkildə istifadə etmək qalır”.
Turizmin inkişafı: potensial və problemlər? – ARAŞDIRMA
Dünya üzrə ümumi məhsulun 10, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli əhalinin 8 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Bəzi ölkələrinin gəlirlərinin yarıdan çoxu bu sahənin payına düşür. Turizm sektoru iqtisadiyyatın daimi xarakter daşıyan ekoloji baxımdan zərərsiz və tükənməyən sahəsi kimi böyük perspektivlərə malikdir. Bəs əlverişli təbii-coğrafi vəziyyəti, böyük turizm potensialı olan Azərbaycanda bu sektor hansı perspektivlər vəd edir? Bu sahədə hansı irəliləyişlər, hansı problemlər var? Bunu aydınlaşdırmağa çalışacağıq.
Xaricə istirahətə gedən turistlərin sayı artır
“2010-2014-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda turizm sektoru qeyri-neft sektorunun prioritet sahəsi kimi təsbit edildi. Rəsmi elan olunan hədəf Azərbaycanda turizmin ÜDM-də payını 2008-ci ildəki 0,8%-dən 2025-ci ilədək 3%-ə çatdırmaq idi. Artıq 2020-ci ilədək bu hədəfə nail olunmuşdu. Lakin pandemiyanın başlaması bütün düenyada olduğu kimi, Azərbaycanda da bu sektoru tənəzzülə uğratdı. Pandemiyadan sonrakı dövrdə turzim sektorunun bərpası üçün imkanlar bərpa olunur. Əksər ölkələr quru sərhədlərini açıb və milyonlarla turist qəbul etməyə başlayıblar. Lakin turizm mövsümünün qızğın çağında Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalması ölkəyə turist axınını dayandırır.
Hazırda ölkədə 150-yə yaxın turizm şirkəti, 500-ə yaxın mehmanxana fəaliyyət göstərir. Pandemiyadan qabaq ölkəyə ildə 2 milyon turistin gəlirdi, indi bu rəqəmin bərpa olunması və hətta bundan daha yüksək göstəriciyə çatdırılmnası üçün bütün imkanlar var.
Lakin bu sahədə bəzi problemlər var ki, onlar tutrzimin inkişafına mae olur. Bu da əsasən qiymətlərin yüksəkliyi və xidmətlərin zəifliyi ilə bağlıdır. Məlum olduğu kimi, ölkəmizdə istirahət ocaqlarının böyük əksəriyyəti ildə yalnız 4-5 ay fəaliyyət göstərir və onlarda yay mövsümündə qiymətlər xarici ölkələrdəki daha üstün istirahət mərkəzlərinin qiymətlərindən yüksək olur. Bu obyektlərdə servis sahələri lazımi tələblərə cavab vermir.
Aydındır ki, turizm mərkəzinə üz tutan xarici turistlər istirahəti yalnız dadlı yemək, yatmaq və təbiəti seyr etməkdə görmür. Turistlərin böyük əksəriyyətinin arzusu istirahət zamanı tarixi və mədəni abidələr ilə tanış olmaq, maraqlı marşrutlarla (at üstündə, velosipedlə, qayıqla, piyada və s.) səyahət etməkdən ibarətdir. Bu xidmətlər isə demək olar ki, yoxdur. Məhz bu səbəbdən, öz vətəndaşlarımız da ölkədəki istirahət mərkəzlərinə üz tutmurlar.
Azərbaycanlıların ən çox istirahət etdiyi ölkələr sırasında qonşu ölkələr- Türkiyə, Rusiya, Gürcüstan, İran əsas yer tutur. Hər il minlərlə turistimiz bu ölkələrə üz tutur. Göründüyü kimi, yerli turistlərin istirahət üçün qonşu ölkələrə marağı daha çoxdur. Bəs bunun səbəbləri nədir?
Turistlər yerli turizm mərkəzləri haqda nə düşünür?
Mövzu ilə bağlı sosial şəbəkədə kiçik bir sorğu keçirdik. “Azərbaycanda turizmin inkişafına əngəl olan hansı problemləri qeyd edərdiniz” sualına respondentlər maraqlı cavablar veriblər.
Anar Həsənov: Ən böyük problem xidmət səviyyəsindədir. Bizdə nəinki daha tələbkar xarici turisti, heç o qədər də tələbkar olmayan yerli turistləri belə qane edəcək normal xidmət səviyyəsi yoxdur. Əgər bir araşdırma aparsalar görərlər ki, ölkəyə gələn xarici turistlərin heç biri 2-ci dəfə bura gəlmir.
Leyla Əliyeva: Məncə ən çox zərər vuran qiymətlərin bütün dünyadan baha olmasıdır. Bir neçə il əvvəl Gürcüstanda, Batumidə istirahət etdim, günü 25 manata 3 ulduzlu oteldə, normal istirahət mərkəzində dincəldik. Hər gün 2-3 saatlıq ekskursiyalar təşkil olunurdu. Turist bu qiymətə belə imkanı buraxıb bizim bahalı turizm mərkəzlərinə niyə gəlsin ki?
Kəmalə Məmmədova: Bizdə turizm oteldə yatmaq yerini və yeməkləri çox baha qiymətə satmaq kimi başa düşülür. Ən yaxşı halda iri bir hovuz düzəldirlər. Belə mərkəzlərdə tünlük olur və istirahət etmək mümkün deyil. Səs-küydən qulaq tutulur. Bizim turizm mərkəzlərinin çoxunda gəziləsi, görüləsi yerlər yoxdur. Ağac, hovuz, gül-çiçək, heyvan heykəlləri elə hər yerdə var.
Hikmət Həsənov: Turizm sahəsi üzrə mütəxəssis kimi deyə bilərəm ki, bizdə hələ ki müvafiq infrastruktur və xidmət bərbad vəziyyətdədir. Turizm deyəndə turizm obyektləri sahiblərinin ağlına ancaq kabab satmaq və otağı baha qiymətə müştəriyə sırımaq gəlir. Əslində, turizm tam fərqli bir şeydir. Floristləri, faunaçıları, arxeoloqları, etnoqrafları ölkəyə cəlb etmək lazımdır. Eyni zamanda, coğrafi, tarixi, etnoqrafik, nəbatat və müalicəvi turizmi də inkişaf etdirib, ölkəyə kulli miqdarda pul qazandırmaq olar.
Turizmin inkişafı təkcə dövlətin işi deyil.
Ekspertin fikrincə, geniş imkanlar olmasına baxmayaraq, Azərbaycana nəinki əcnəbi turistlərin marağı artmır, hətta yerli vətəndaşlar da ölkəmizdə mövcud olan müalicəvi turizm xidmətlərindən yararlanmırlar. Yerli turistlərin böyük əksəriyyəti müalicəvi istirahət üçün Rusiyaya, istirahət və əyləncə üçün isə Türkiyəyə və Gürcüstana üz tuturlar.
Qonşu ölkələr turizmin inkişafına böyük diqqət ayırırlar. Bu səbəbdən də böyük gəlirlər əldə edirlər. Biz belə bir güclü rəqabət şəraitində turizmi inkişaf etdirməliyik. Bunun üçün də bu sektora daha böyük diqət ayrılmalı, problemlər həll olunmalıdır.
Turizmin Azərbaycanda bütün növlərinin inkişafı üçün potensial da var, iş də görülür. Bizdə ekoturizmin, kənd turizminin, nəqliyyat turizminin, arxoturizmin, ekstrim (idman) turizmi, qış turizminin inkişafı üçün ciddi işlər görülür. Bizim milli yeməklərimiz var ki, onlar həm ucuz başa gəlir, həm də dadlı və xeyirli yeməklər kimi turistləri cəlb edə bilər. Onları markalaşdırmaq, təbliğ etmək, dünyaya tanıtmaq lazımdır. Bunun üçün də qida mütəxəssisləri hazırlamağa ehtiyac var. Turizm sektorunun inkişafı həm də məşğullluq probleminə müsbət təsir edə bilər. Yüz minlərlə insan işlə təmin oluna bilər.
Nəqliyyat turizmi üçün də yaxşı imkanlarımız var. Dənizdə, çaylarda, xüsusilə Kür çayında gəmi turizmi, dəmiryolunda turist marşrutları, avtomobil, velosiped turları təşkil edilməsinə çalışmalıyıq. Regionlarda maraqlı muzeylər, təbii adibələr, tarixi abidələrimiz var. Onlara turist marşrutları təşkil etmək işini gücləndirmək lazımdır.
Turizmin inkişafı ilə bütövlükdə xidmət sektoru inkişaf edəcək. Bu sahə inkişaf etmiş ölkələrin ümumi daxili məhsulun yarısına qədər qalxır. Düzdür biz turizmdən çox da böyük gəlir götürə bilmərik, amma bunu heç olmasa 10 faizə qaldırmaq olar.
Hesablamalara görə, turizm sektoru 60-dan çox iqtisadiyyat sahəsinin inkişafına müsbət təsir edir. Ölkəyə gələn turistlərdən həm aqrar sektor, həm yüngül sənaye, həm xidmət sektoru, həm maliyyə-bank-sığorta sistemi, həm nəqliyyat, həm rabitə, həm səhiyyə sektoru qazanır. Ona görə də, turizm ümummili iş olmalıdır.
Beynəlxalq miqyasda Azərbaycanın turizm potensialı reklam və təbliğ olunur, böyük layihələr və konfranslar keçirlir. Dövlət əlindən gələni edir. Amma bunu təkcə dövlət etməli deyil, turizm şirkətləri də burda maraqlı olmalıdır. Görülən işlər qanedici olmalıdır. Potensial çoxdur, perspektivlər yüksəkdir, qalır bu işləri ardıcıl yerinə yetirmək.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanı
Restoranda musiqiyə görə öldürülən şəxs DSX əməkdaşı imiş – YENİLƏNİB + TƏFƏRRÜAT
Bakıda restoranda musiqi sifarişinə görə öldürülən və yaralanan şəxslərin çalışdıqları qurum məlum olub.
Oxu.Az-ın məlumatına görə, Nəsimi rayonu ərazisində baş vermiş hadisə zamanı öldürülən 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 16-da saat 00:30 radələrində DSX-nin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat edib:
“Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.
09:42
Bakıda restoranda musiqi sifarişinə görə müştərini öldürən şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
08:36
Martın 16-da saat 3 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə, eləcə də 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddələri cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
İlhamə Əbülfət
Comments are closed, but trackbacks and pingbacks are open.