Press "Enter" to skip to content

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları

Fövqəladə Hallar Nazirliyi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nı təsdiq edib.

Bəzi fəhlələr vəsiqə almalı olacaqlar

Fövqəladə Hallar Nazirliyi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nı təsdiq edib.

Day.Az APA-ya istinadən bildirir ki, bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.

Hündürlükdə görülən işlərə işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu, işçinin üfqi səthə nisbətən mailliyi 75 dərəcədən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən, hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən, su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mümkünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər aiddir. İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək üçün körpülər, teleskopik qüllələr, inşaat nənniləri, nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasara alınmış meydançalarda yerinə yetirilən, 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə bölünür. Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar. Hündürlükdə işləri yerinə yetirən işçilər icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır. Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İşçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra hündürlükdə işlərə buraxılırlar. Ayaqaltı vasitələri tətbiq olunmaqla, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasarlı meydançalarda işləri yerinə yetirən, hündürlükdə işlərin təhlükəsiz görülməsi üzrə tələbləri mənimsəmiş, bu sahədə bilik və vərdişlərin yoxlanılmasından müvəffəqiyyətlə keçmiş işçilərə hündürlükdə işləməyə buraxılmaq üçün vəsiqə verilir. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, işləməyə icazə verən naryad-buraxılış vərəqi verilir.

Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri surətdə öyrədilməsi imtahanla yekunlaşır. İmtahan hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsini həyata keçirən təşkilat rəhbərinin əmri ilə yaradılan attestasiya komissiyaları tərəfindən keçirilir. Attestasiya komissiyalarının tərkibi müvafiq hazırlıq və attestasiya keçmiş müəllimlərdən və mütəxəssislərdən təşkil edilir. İmtahandan müvəffəqiyyətlə keçən işçilərə hündürlükdə işlərin yerinə yetirilməsinə buraxılış vəsiqəsi verilir. Kanatla çıxış sistemləri tətbiq olunmaqla hündürlükdə işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin şəxsi uçot kitabçası verilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra işəgötürən işçilərin təcrübə keçməsini təmin edir. Təcrübə müddəti onun məzmunundan asılı olaraq işəgötürən (onun müvəkkil etdiyi şəxs) tərəfindən müəyyən edilir və iki iş günündən (növbəsindən) az olmayaraq müəyyən edilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanması ildə 1 dəfədən az olmayaraq keçirilir.

Açıq yerlərdə hava axınının (küləyin) sürəti 15 m/san və daha çox olduqda, iş cəbhəsi hüdudlarında görünməni istisna edən tufan və ya duman olduğu halda, eləcə də konstruksiyalar buz bağladıqda və avadanlığın, mühəndis konstruksiyalarının xətlərində (o cümlədən elektrikötürücü xətlərin dayaqlarında), ağaclarda buz təbəqəsinin qalınlığı artdıqda, konstruksiyaların küləktutan səthlərinin quraşdırılması (sökülməsi) zamanı küləyin sürəti 10 m/san və daha çox olduqda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə“ Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq, qərara alıram: 1. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları” təsdiq edilsin (əlavə olunur).2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Mehriban Səadətxan) qərarın surətinin nazirliyin Aparatının müvafiq struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin. Nazir Kəmaləddin Heydərov “Təsdiq edirəm ”fövqəladə hallar naziri__________ Kəmaləddin Heydərov Qərar № 20/01-00524 oktyabr 2016-cı il Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun hazırlanmışdır və hündürlükdə işlərin təşkili və həyata keçirilməsi zamanı işlərin təhlükəsizliyinin təmin edilməsini tənzimləyir.1.2. Bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.1.3. Hündürlükdə görülən işlərə aşağıdakılar aiddir:1.3.1. işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər;1.3.2. işçinin üfüqi səthə nisbətən mailliyi 75o-dən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən işlər;1.3.3. hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən işlər;1.3.4. su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mükünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər.1.4. İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər aşağıdakı növlərə bölünür:1.4.1. ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək üçün körpülər, teleskopik qüllələr, inşaat nənniləri, nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasara alınmış meydançalarda yerinə yetirilən işlər;1.4.2. 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlər.1.5. İşəgötürənlər hündürlükdə işlərin görülməsi zamanı bu Qaydaların tələblərinə zidd olmayan təhlükəsizlik normalarını tətbiq etmək hüququna malikdirlər. 2. Hündürlükdə işləyən işçilərə dair tələblər 2.1. Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar.2.2. Hündürlükdə işləri yerinə yetirən işçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 226-cı maddəsinə uyğun olaraq icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin Siyahısı”na müvafiq olaraq hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır.2.3. Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İxtisas səviyyəsi (dərəcəsi) peşə-iхtisas təhsili (təlimi) barədə sənədlə təsdiq edilir.2.4. Aşağıdakılar yerinə yetirildikdən sonra işçilər hündürlükdə işlərə buraxılırlar:2.4.1. əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan sonra;2.4.2. əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından sonra;2.4.3. hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra.2.5. Hündürlükdə işlərə başlamazdan əvvəl işəgötürən və ya onun müvəkkil etdiyi şəxs aşağıdakı işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsi metodlarının və üsullarının öyrədilməsini təşkil etməlidir:2.5.1. ilk dəfə hündürlükdə işləməyə buraxılanlara;2.5.2. əvvəllər müvafiq təlimat almamış, başqa işdən keçənlərə;2.5.3. hündürlükdə işlərə bir ildən çox fasilə vermiş işçilərə .2.6. Hündürlükdə işlərin yerinə yetirilməsinin təhlükəsiz metod və üsullarının öyrədilməsi bu Qaydalarda nəzərdə tutulmuş tələblərə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirilir.2.7. Ayaqaltı vasitələri tətbiq olunmaqla, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasarlı meydançalarda işləri yerinə yetirən, hündürlükdə işlərin təhlükəsiz görülməsi üzrə tələbləri mənimsəmiş, bu sahədə bilik və vərdişlərin yoxlanılmasından müvəffəqiyyətlə keçmiş işçilərə hündürlükdə işləməyə buraxılmaq üçün vəsiqə (2 nömrəli Əlavə) verilir.2.8. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda müəyyən edilmiş formaya (3 nömrəli Əlavə) uyğun tərtib edilmiş, işləməyə icazə verən naryad-buraxılış vərəqi (bundan sonra-naryad-buraxılış) verilir.2.9. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlüyü olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilər, eləcə də hündürlükdə göstərilən işlər yerinə yetirilərkən texniki-texnoloji və ya təşkilati tədbirləri təşkil edən işçilər hündürlükdə işlərin təhlükəsizliyi üzrə aşağıdakı 3 qrupa bölünürlər :2.9.1. 1-ci qrup – briqada tərkibində və ya işəgötürənin əmri ilə təyin olunmuş işçinin bilavasitə nəzarəti altında işlərə buraxılan işçilər;2.9.2. 2-ci qrup – ustalar, briqadirlər, staj rəhbərləri, eləcə də məsul iş icraçıları tərəfindən naryad-buraxılış üzrə təyin olunan işçilər;2.9.3. 3-cü qrup – işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə, eləcə də təlimatların keçirilməsinə, qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər planının (bundan sonra – təxliyyə planı) tərtib edilməsinə cavabdeh işçilər, fərdi mühafizə vasitələrinə xidmət göstərən və vaxtaşırı baxış keçirən işçilər, naryad-buraxılış verən işçilər, hündürlükdə naryad-buraxılış əsasında yerinə yetirilən işlərə cavabdeh rəhbərlər; hündürlükdə işlərin icrası planınını (bundan sonra – icra planı) təsdiq etmək səlahiyyətinə malik vəzifəli şəxslər. 3-cü qrup işçilərə həmçinin, hündürlükdə işlərin öyrədilməsini həyata keçirən mütəxəssislər, eləcə işlərin təhlükəsiz metod və üsullarla yerinə yetirilməsi təlimlərini həyata keçirən təşkilatların attestasiya komissiyalarının üzvləri və işəgötürənlər aiddir.2.10. 1-ci və 2-ci qrup işçilərə hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri olaraq öyrədilməsi ildə bir dəfədən, 3-cü qrup işçilərə isə 3 ildə bir dəfədən az olmayaraq həyata keçirilir.2.11. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri surətdə öyrədilməsi imtahanla yekunlaşır.2.12. İmtahan hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsini həyata keçirən təşkilat rəhbərinin əmri ilə yaradılan attestasiya komissiyaları tərəfindən keçirilir. Attestasiya komissiyalarının tərkibi müvafiq hazırlıq və attestasiya keçmiş müəllimlərdən və mütəxəssislərdən (3-cü qrup işçilər) təşkil edilir. İmtahandan müvəffəqiyyətlə keçən işçilərə hündürlükdə işlərin yerinə yetirilməsinə buraxılış vəsiqəsi verilir (4 nömrəli Əlavə).2.13. Kanatla çıxış sisitemləri tətbiq olunmaqla hündürlükdə işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin şəxsi uçot kitabçası (5 nömrəli Əlavə) verilir.2.14. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra işəgötürən işçilərin təcrübə keçməsini təmin edir.2.15. Keçirilən təcrübənin məqsədi işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə işçilərin nəzəri biliklərinin möhkəmləndirilməsi, həmçinin bilavasitə iş yerində praktiki vərdiş və bacarıqların, işlərin yerinə yetirilməsinin təhlükəsiz metod və üsullarının mənimsənilməsi və inkişaf etdirilməsindən ibarətdir.2.16. Təcrübə müddəti onun məzmunundan asılı olaraq işəgötürən (onun müvəkkil etdiyi şəxs) tərəfindən müəyyən edilir və iki iş günündən (növbəsindən) az olmayaraq müəyyən edilir.2.17. 1-ci və 2-ci qrup işçilər üçün təcrübə rəhbəri işəgötürən tərəfindən, hündürlükdə iş təcrübəsi 1 ildən az olmayan briqadirlər, ustalar, təlimatçılar və ixtisaslı fəhlələrdən təyin edilir.2.18. Bir təcrübə rəhbərinə eyni zamanda iki nəfərdən çox işçi təhkim oluna bilməz.2.19. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanması ildə 1 dəfədən az olmayaraq keçirilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanılması işəgötürən tərəfindən yaradılmış attestasiya komissiyası tərəfindən həyata keçrilir.2.20. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanılmasının nəticələri protokolla rəsmiləşdirilir. Protokolda yoxlamanın keçirildiyi tarix, yoxlama keçən şəxsin soyadı, adı, atasının adı və yoxlamanın nəticələri göstərilir. Protokolu attestasiya komissiyasının üzvləri imzalayırlar. 3. Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi 3.1. İşəgötürən təhlükəsizliyi təmin etmək üçün mümkün olduğu qədər işçilər tərəfindən hündürlükdə yerinə yetirilən işləri ixtisar etməlidir. Hündürlükdə görülən işləri ixtisar etmək mümkün olmadıqda işəgötürən taxta inventarlarıın, körpülərin, ayaqaltı qurğu və vasitələrin, qaldırıcıların, tikinti fasad qaldırıcılarının, asma taxta konstruksiyaların, maşın və mexanizmlərin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməlidir.3.2. İşəgötürən hündürlükdə işlərin yerinə yetirilməsi başlayana qədər aşağıdakı texniki-texnoloji və təşkilati tədbirlərin həyata keçirilməsini təşkil etməlidir:3.2.1. İcra planının hazırlanması və yerinə yetirilməsini, yaxud işlərin icrasına aid texnoloji xəritələrin işlənməsi və təsdiq edilməsini, iş yerlərinin hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə olunmasını nəzərdə tutan texniki-texnoloji tədbirləri;3.2.2. hündürlükdə işlərin təşkilinə və təhlükəsiz yerinə yetirilməsinə, naryad-buraxılışın verilməsinə, qəza vəziyyəti və xilasetmə işlərinin yerinə yetirilməsi zamanı təxliyyə planının tərtib olunmasına, eləcə də fərdi mühafizə vasitələrinə xidmət və vaxtaşırı baxış keçirilməsinə cavabdeh şəxslərin təyin edilməsi daxil olan təşkilati tədbirləri.3.3. Aşağıdakı hallarda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmir:3.3.1. açıq yerlərdə hava axınının (küləyin) sürəti 15 m/san və daha çox olduqda;3.3.2. iş cəbhəsi hüdudlarında görünməni istisna edən tufan və ya duman olduğu halda, eləcə də konstruksiyalar buz bağladıqda və avadanlığın, mühəndis konstruksiyalarının xətlərində (o cümlədən elektrikötürücü xətlərin dayaqlarında), ağaclarda buz təbəqəsinin qalınlığı artdıqda;3.3.3. konstruksiyaların küləktutan səthlərinin quraşdırılması (sökülməsi) zamanı küləyin sürəti 10 m/san və daha çox olduqda.3.4. Hündürlükdə işlərin təşkilinə və təhlükəsiz yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslər aşağıdakıları yerinə yetirməlidirlər:3.4.1. qəza vəziyyəti və xilasetmə işlərinin yerinə yetirilməsi zamanı təxliyyə planının işlənilməsi;3.4.2. stasionar iş yerləri üçün hündürlükdə işlərin icra edilməsinə aid texnoloji xəritələrin işlənməsinin və tətbiqinin təşkil edilməsi;3.4.3. stasionar olmayan iş yerləri üçün icra planının təsdiq edilməsi;3.4.4. naryad-buraxılış sənədinin tərtib olunması;3.4.5. istehsalçının istismar sənədlərinin göstərişlərinə uyğun olaraq kollektiv və fərdi mühafizə vasitələrinin verilməsini təşkil etmək, eləcə də onlara vaxtında xidmət göstərilməsi, vaxtaşırı yoxlanılması;3.4.6. işçilərə hündürlükdə işlərin görülməsinin təhlükəsiz metod və üsullarının öyrədilməsini təşkil etmək, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə müvafiq təlimatların keçirilməsi;3.4.7. hündürlükdə işlərin xüsusi uçot kitabçalarının tərtib edilməsi.3.5. İşəgötürən hündürlükdə yerinə yetirilən işlərin təhlükəsizliyini təmin etmək üçün aşağıdakıları təşkil etməlidir:3.5.1. mühafizə vasitələrinin düzgün seçilməsi və istifadə edilməsi;3.5.2. mühafizə vasitələrinin markalanmasına aid göstərişlərə riayət olunması;3.5.3. istehsalçının istismar sənədlərində göstərilmiş mühafizə vasitələrinə xidmət göstərilməsi və vaxtaşırı yoxlanması. 4. Naryad-buraxılış tərtib olunmaqla hündürlükdə işlərin təşkili 4.1. İşəgötürən hündürlükdə işlər yerinə yetirilməyə başlamazdan əvvəl naryad- buraxılış sənədi tərtib olunmaqla yerinə yetiriləcək işlərin siyahısını təsdiq etməlidir. Siyahıya bu Qaydaların 2.7-ci bəndində göstərilən işlərdən başqa stasionar olmayan iş yerlərindəki işlər də daxil edilməlidir.4.2. İstisna hallarda (qəzaların qarşısının alınması, işçilərin həyatı üçün təhlükənin, qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması) işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə cavabdeh işçilərin rəhbərliyi altında hündürlükdə yerinə yetirilən işlər naryad-buraxılış tərtib olunmadan yerinə yetirilə bilər.4.3. Əgər göstərilən işlər 24 saatdan çox davam edərsə, naryad-buraxılış sənədinin tərtib olunması yerinə yetirilməlidir.4.4. Naryad-buraxılış sənədi hündürlükdə işlərin icra olunma yerini, onların məzmununu, keçirilmə şəraitini, başlama və qurtarma vaxtlarını, işi yerinə yetirən briqadanın tərkibini, işlərin yerinə yetirilməsi zamanı cavabdeh şəxsləri müəyyən edir. Əgər hündürlükdə görülən işlər naryad-buraxılış sənədinin tərtib olunmasını tələb edən başqa növ işlərlə eyni vaxtda yerinə yetirilirsə, o zaman bir naryad-buraxılış sənədi tərtib oluna bilər.4.5. Yerinə yetiriləcək işlərin siyahısında göstərilən işlərin icra edilməsi üçün işəgötürən icra planının işlənilməsini təmin etməlidir. İcra planının məzmunu bu Qaydaların 6 nömrəli Əlavəsində nəzərdə tutulmuşdur.4.6. Tikililərin və ya kommunikasiyaların mühafizə zonalarında hündürlükdə işlərin yerinə yetirilməsi zamanı naryad-buraxılış sənədi bu tikilinin və ya kommunikasiyanın sahibinin yazılı razılığı olduğu halda verilir.4.7. Naryad-buraxılış sənədi tərtib olunmaqla hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək üçün aşağıdakılar təyin olunur:4.7.1. rəhbərlər və mütəxəssislər sırasından naryad-buraxılış sənədi vermək hüququna malik vəzifəli şəxslər;4.7.2. rəhbərlər və mütəxəssislər sırasından məsul iş rəhbəri;4.7.3. fəhlələr (briqadirlər, manqabaşı və yüksəkixtisaslı fəhlələr) sırasından məsul iş icraçısı.4.8. Naryad-buraxılış sənədini verən vəzifəli şəxslər aşağıdakıları yerinə yetirməlidirlər:4.8.1. icra planında işçilərin təhlükəsizliyini təmin edən texniki-texnoloji tədbirləri, işlərin icra edilmə yerlərini müəyyən etmək;4.8.2. məsul iş rəhbərini təyin etmək;4.8.3. eyni vaxtda işlərin icra edilməsi üçün bir məsul iş rəhbərinə verilən naryad-buraxılış sənədlərinin sayını müəyyən etmək;4.8.4. məsul iş icraçısını təyin etmək;4.8.5. işlərin icra edilmə yerini və həcmini müəyyən etmək, naryad-buraxılış sənədində istifadə olunan avadanlığı və mexanikləşdirmə vasitələrini göstərmək;4.8.6. məsul iş rəhbərinə və ya iş içraçısına naryad-buraxılış sənədinin iki nüsxəsini vermək, bu barədə naryad- buraxılış üzrə işlərin uçotu jurnalında (7 nömrəli Əlavə) qeydlər etmək;4.8.7. məsul iş rəhbərini naryad-buraxılış sənədinə əlavə edilən layihə sənədi, texnoloji sənədlərlə, hasarlanmanın sxemi ilə tanış etmək;4.8.8. naryad-buraxılış sənədində nəzərdə tutulmuş işlər icra olunarkən təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarəti təşkil etmək;4.8.9. işlər başa çatdığında naryad-buraxılış üzrə işlərin uçotu jurnalında qeydlər olunmaqla bağlanılmış naryad-buraxılış sənədini məsul iş rəhbərindən qəbul etmək.4.9. Naryad-buraxılış sənədini verən vəzifəli şəxslər aşağıdakılara cavabdehdirlər:4.9.1. naryad-buraxılış sənədinin vaxtında, düzgün tərtib edilməsinə və verilməsinə;4.9.2. naryad-buraxılış sənədində göstərilən və hündürlükdə işlər yerinə yetirilərkən işçilərin təhlükəsizliyini təmin edən tədbirlərə;4.9.3. təhlükəsizliyə cavabdeh olan briqadanın tərkibinə və işçilərin təyin olunmasına;4.9.4. naryad-buraxılış sənədində göstərilən təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarətin təşkilinə;4.9.5. naryad-buraxılış sənədlərinin saxlanılmasına və uçotuna.4.10. Məsul iş rəhbəri və ya iş icraçısı aşağıdakıları yerinə yetirməlidirlər:4.10.1. naryad-buraxılış sənədi verən vəzifəli şəxsdən işlərin icrası üçün naryad-buraxılış almaq, bu barədə naryad-buraxılış üzrə işlərin uçotu jurnalında qeydlər aparmaq;4.10.2. uçot jurnalları ilə işləmək üçün lazım olan icra planı, layihə, texnoloji sənədlərlə, qəza vəziyyəti və xilasetmə işləri zamanı təxliyyə planı ilə tanış olmaq və işlər yerinə yetirilərkən bu sənədin olmasını təmin etmək;4.10.3. məsul iş rəhbərinin iştirakı ilə iş yerlərinin hazırlığını, naryad-buraxılış sənədində nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərini yerinə yetirməsini, briqada üzvlərinin naryad-buraxılış sənədində göstərilmiş alətlərlə, materiallarla, mühafizə vasitələri ilə, nişanlarla, hasarlarla komplektləşdirilməsini, eləcə də briqada üzvlərinin hündürlükdə işlərə buraxılma haqqında vəsiqələrinin və bu vəsiqələrin qüvvədə olma müddətlərinin olmasını yoxlamaq;4.10.4. naryad-buraxılış sənədində göstərilən alətlərin, materialların, mühafizə vasitələrinin, nişanların və hasarların hazırlanması və saz vəziyyətə gətirilməsi üzrə məsul iş icraçısına göstəriş vermək;4.10.5. iş yerinə gələn kimi şəxsən baxış keçirməsi yolu ilə işə başlamaq üçün iş yerinin hazırlanması üzrə tədbirlərin təşkilini, təmin edilməsini və nəzarətini həyata keçirmək, naryad-buraxılış sənədinə və ya icra planına uyğun olaraq xilasedici qəza və təxliyyə vasitələri dəstinin, ilk yardım dəstinin, təhlükəsizlik nişanlarının, qoruyucu hasarların və iş yerlərinin düzgün yerləşdirilməsi də daxil olmaqla hündürlükdən düşməyə qarşı işçilərə verilmiş fərdi mühafizə vasitələrinin tamlığını yoxlamaq;4.10.6. briqada tərkibinin naryad-buraxılış sənədində göstərilənlərə uyğun olduğunu yoxlamaq;4.10.7. hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə tədbirlər barədə məlumatları briqada üzvlərinin diqqətinə çatdırmaq, naryad-buraxılış sənədində göstərilən siyahıya uyğun onları təlimatlandırmaq;4.10.8. təlimat keçirilərkən briqada üzvlərinə işlərin icra edilmə ardıcıllığını, qəza və fövqəladə hallarda hərəkət qaydalarını izah etmək, hüquq və vəzifələrini onların diqqətinə çatdırmaq;4.10.9. təlimatdan sonra hündürlükdə işlərin təhlükəsiz icra edilməsi üzrə tədbirlərin briqada üzvləri tərəfindən tam mənimsənildiyini yoxlamaq;4.10.10. iş yerinin işə başlamaq üçün hazırlanması zamanı, iş icra olunarkən və başa çatdıqdan sonra, hündürlükdə işlərin təhlükəsizliyi üzrə naryad-buraxılış sənədində göstərilən tədbirlərin yerinə yetirilməsini təşkil və təmin etmək;4.10.11. naryad-buraxılış üzrə briqadanın bilavasitə iş yerində işləməsinə icazə vermək;4.10.12. hər bir briqada üzvünə onun iş yerini göstərmək;4.10.13. məsul iş icraçısının icazəsi olmadan briqada üzvlərinə iş yerini tərk etməyi, naryad-buraxılış sənədində nəzərdə tutulmayan işlərin yerinə yetirilməsini qadağan etmək;4.10.14. verilmiş naryad-buraxılış sənədində nəzərdə tutulmayan əlavə təhlükəli istehsal faktorları aşkar olunduğu halda, eləcə də briqadanın tərkibi dəyişdikdə yeni naryad-buraxılış sənədi tərtib olunana qədər işləri dayandırmaq;4.10.15. işlər yerinə yetirilən zaman nizamlı fasilələri təşkil etmək, fasilələrdə briqada üzvlərini iş yerindən çıxarmaq və fasilələr bitdikdən sonra iş yerinə yalnız şəxsi baxış keçirdikdən işçilərin işləməsinə icazə vermək;4.10.16. işlər başa çatdıqdan sonra materialların, alətlərin, qurğuların, hasarların, zibilin və başqa əşyaların yığışdırılmasını təşkil etmək, briqada üzvlərini iş yerindən çıxarmaq.4.11. Məsul iş rəhbəri aşağıdakılara cavabdehdir:4.11.1. naryad-buraxılış sənədində göstərilən bütün zəruri təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə;4.11.2 işlərin yerinə yetirilmə şərtləri üzrə lazım olan, onun tərəfindən qəbul edilən əlavə təhlükəsizlik tədbirlərinə;4.11.3. briqada üzvlərinin təlimatlandırılmasına;4.11.4. hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinin təşkilinə.4.12. Məsul iş icraçısı briqada üzvü sayılır. O, məsul iş rəhbərinin əmrlərini yerinə yetirir. Briqada işə buraxılan andan etibarən məsul iş icraçısı daim iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərin icrasının texnologiyasına əməl etməklə, işlərinə fasiləsiz nəzarət etməlidir. Məsul iş icraçısı müvəqqəti olaraq iş yerini tərk etməli olduğu halda və öz vəzifələrini onu əvəz edə biləcək məsul iş rəhbərinə və ya naryad-buraxılış sənədi vermək hüququna malik işçiyə həvalə etmək imkanı olmadıqda, briqadanı iş yerindən çıxarmalıdır.4.13. Briqada üzvü – fəhlə aşağıdakılara əməl etməlidir:4.13.1. yalnız ona tapşırılan işi yerinə yetirmək;4.13.2. briqadanın başqa üzvləri ilə fasiləsiz vizual əlaqə, eləcə də səsli və ya radiodanışıq rabitəni həyata keçirmək;4.13.3. işçilərin təhlükəsizliyini təmin edən fərdi mühafizə vasitələrindən, alətlərdən və texniki vasitələrdən istifadə etməyi bacarmaq;4.13.4. verilmiş fərdi mühafizə vasitələrinə hər istifadədən əvvəl şəxsi baxış keçirmək;4.13.5. fərdi mühafizə vasitələrini, alətləri və texniki vasitələri saz vəziyyətdə saxlamaq;4.13.6. istehsalatda zərər çəkənlərə ilk yardım göstərməyi bacarmaq.4.14. Naryad-buraxılış üzrə işlərin icrasına başlayan işçi aşağıdakılarla tanış olmalıdır:4.14.1. yerinə yetirilən işlərin növünə və həcminə uyğun olaraq əməyin təhlükəsizliyi təlimatı ilə;4.14.2. iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik şərtləri və vəziyyəti ilə, sağlamlığa zərər verə biləcək mövcud risklərlə, işlərin təhlükəsiz yerinə yetirilmə qaydaları və üsulları ilə;4.14.3. zərərli və təhlükəli istehsal faktorlarının təsirindən mühafizə üzrə tədbirlərlə;4.14.4. kollektiv və fərdi mühafizə vasitələrinin mövcud olması və vəziyyəti ilə, onların tətbiqi üzrə təlimatları ilə;4.14.5. daxili əmək intizamı qaydaları və görüləcək işlərin yerinə yetirilməsi rejimləri ilə.4.15. Hər briqada üzvü məsul iş içraçısının göstərişlərini, eləcə də buraxıldığı işdə əməyin mühafizəsi və texniki təhlükəsizlik, ixtisas, iş növləri üzrə təlimatın tələblərini yerinə yetirməlidir.4.16. Naryad-buraxılış üzrə işlərə başlamazdan əvvəl işçinin düşməsi təhlükəsi ilə əlaqədar risklərin aşkar edilməsi üçün, iş yerinə bu Qaydalara uyğun baxış keçirilməlidir. İş yerinə baxış keçirilməsi məsul iş icraçısının iştirakı ilə məsul iş rəhbəri tərəfindən yerinə yetirilir. İş yerinə baxış keçirilərkən işçinin düşməsinə səbəb ola biləcək təhlükələr, o cümlədən aşağıdakılar müəyyən edilməlidir:4.16.1. anker qurğularının etibarsızlığı;4.16.2. işlərin icra olunduğu zonada kövrək (dağılan) səthlərin, açılan və ya bağlı olmayan lüklərin, dəliklərin olması;4.16.3. hasarlanmayan hündürlük fərqi olan sürüşkən işçi səthlərin olması;4.16.4. inşaat ayaqaltılarının, taxtabəndlərin, asma nərdivanın, söykəmə nərdivanın, qaldırıcı kranın səbəti üzərində işləyərkən onların dayanıqlığının pozulması, dağılması və ya aşması ilə işçinin mümkün ola bilən tarazlığını itirməsi;4.16.5. konstruksiyanın, avadanlığın və ya onun elementlərinin bilavasitə üzərində işləyərkən dağılması.4.17. Qeyri-stasionar iş yerlərinə baxış keçirilərkən aşağıdakılar nəzərə alınmalıdır:4.17.1. hava şəraiti;4.17.2. işçinin üzərinə materialların və əşyaların düşmə ehtimalı;4.17.3. qaynaq və qaz alov avadanlığının, kəsici və ya ətrafa qəlpə səpələyən alətlərdən istifadə olunması;4.17.4. konstruksiyaların elementlərində komponentlərin və mühafizə vasitələrinin hissələrinin zədələnmə riskini yaradan iti ucların olması;4.17.5. anker qurğularının yeri ilə əlaqədar bu Qaydalarda göstərilmiş təhlükəli faktorların (10 nömrəli Əlavə) olması;4.17.6. düşmə faktoru (işçinin düşmə hündürlüyünün amortizatorun işə düşməyə başlayana qədər sığorta sisteminin birləşdirici elementlərinin cəmi uzunluğa nisbəti ilə müəyyən olunan, işçinin mümkün ola bilən hündürlükdən düşməsinin xarakteristikası);4.17.7. ehtiyat hündürlüyün olmaması faktoru (ehtiyat hündürlük, stropun və birləşdiricilərin cəmi uzunluğu, işə düşən amortizatorun uzunluğu, işçinin boyu, eləcə də altdakı səthdən düşmə dayandıqdan sonra işçinin tarazlıq vəziyyətinə qədər qalan boş yer nəzərə alınaraq hesablanır);4.17.8. düşmə zamanı rəqqas faktoru (işçinin düşməsi rəqqasvari hərəkətlə müşayiət olunduqda anker qurğusunun yerinin işçinin yerləşməsinə nisbətən seçilməsi zamanı yaranır).4.18. Naryad-buraxılış sənədində və icra planında nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyini təmin edən kompleks tədbirlərin dəyişdirilməsinə yol verilmir.4.19. Naryad-buraxılış sənədi hündürlükdə iş başlayandan etibarən 15 təqvim günündən çox olmayan müddətə verilir. Naryad-buraxılış sənədini yalnız bir dəfə 15 təqvim günündən çox olmayan müddətə uzatmaq olar. İşdə fasilələr olduğu zaman naryad-buraxılış həmin müddət üçün artırılır. İş prosesində naryad-buraxılışda nəzərdə tutulmayan təhlükəli istehsal faktorları və zərərli əmək şəraiti yarandığı halda məsul iş rəhbərinin qərarı ilə işlər dayandırılır, naryad-buraxılış sənədi ləğv edilir, yalnız yeni naryad-buraxılış sənədi verildikdən sonra işlər bərpa olunur.4.20. Naryad-buraxılış sənədinin vaxtını onu verən işçi və ya naryad-buraxılış sənədini vermə hüququna malik başqa işçi uzada bilər.4.21. Başa çatmış işlərin naryad-buraxılış sənədi bir ay saxlandıqdan sonra məhv edilir. Naryad-buraxılış üzrə işlər yerinə yetirilərkən istehsalatda bədbəxt hadisə baş verərsə, o zaman bu naryad-buraxılış sənədləri istehsalatda bədbəxt hadisənin təhqiqat materialları ilə birgə müəssisənin arxivində saxlanılmalıdır.4.22. Naryad-buraxılış sənədi üzrə görülmüş işlərin qeydiyyatı naryad-buraxılış üzrə işlərin uçotu jurnalında aparılır.4.23. Naryad-buraxılış sənədində və icra planında nəzərdə tutulan işlərin təhlükəsizliyini təmin edən tədbirlər pozulduqda və ya işçilərin həyat və sağlamlığı üçün təhlükəli vəziyyət aşkar olunduqda məsul iş icraçısı tərəfindən briqada üzvləri istehsal sahəsindən çıxarılmalıdırlar. Yalnız aşkar olunan pozuntular aradan qaldırıldıqdan sonra briqada üzvləri yenidən işə buraxılır.4.24. Naryad-buraxılış sənədini verən və ya bu sənədi vermək hüququna malik olan işçiyə briqadanın tərkibini dəyişdirməyə icazə verilir. Briqadanın tərkibinin dəyişdirilməsi barədə göstərişlər naryad-buraxılış sənədində öz imzası ilə göstəriş verən işçinin soyadı, adı, atasının adını yazan məsul iş rəhbərinə və ya məsul iş icraçısına telefon, radiorabitə vasitəsilə və ya birbaşa ötürülür.4.25. Məsul iş icraçısı briqadanın tərkibinə daxil edilmiş işçiləri təlimatlandırmalıdır.4.26. Məsul iş rəhbəri, məsul iş icraçısı və ya briqada tərkibinin yarıdan çoxu dəyişdirildiyi halda, iş şəraiti dəyişdiyində naryad-buraxılış sənədi ləğv olunur və yalnız yeni naryad-buraxılış sənədi verildikdən sonra işlər bərpa olunur.4.27. Naryad-buraxılış sənədini verən şəxs sənəddə müvafiq qeyd aparmaqla briqadanın başqa işə keçirilməsini məsul iş rəhbərinə və ya məsul iş icraçısına həvalə edə bilər.4.28. İş növbəsinin başa çatması ilə əlaqədar işdə yaranan fasilələr zamanı briqada hündürlükdəki iş yerini tərk etməlidir.4.29. Məsul iş icraçısı naryad-buraxılış sənədini məsul iş rəhbərinə və ya sənədi verən şəxsə təhvil verməlidir. O olmadığı halda sənədi naryad-buraxılış üçün ayrılmış yerə qoymalıdır.4.30. Məsul iş icraçısı naryad-buraxılış sənədinin özündə olan nüsxəsində işlərin bitməsini imzası ilə təsdiqləyir.4.31. Hazırlanmış iş yerlərində sonrakı iş növbəsinə təkrar icazənin verilməsini məsul iş rəhbəri həyata keçirir.4.32. Məsul iş icraçısı məsul iş rəhbərinin icazəsi ilə naryad-buraxılış sənədində müvafiq qeyd aparmaqla hazırlanmış iş yerinə briqada üzvlərini buraxır.4.33. Sonrakı iş növbəsi başladığı zaman məsul iş icraçısı hasarların, təhlükəsizlik nişanlarının bütövlüyünə və tamlığına əmin olmalı və bundan sonra briqada üzvlərini işə buraxmalıdır.4.34. İşə buraxılma barədə icazə məsul iş icraçısında olan naryad-buraxılış sənədinin nüsxəsində qeyd edilərək rəsmiləşdirilir.4.35. İşlər başa çatdıqdan sonra məsul iş icraçısı briqadanı iş yerindən çıxarmalı, briqada tərəfindən quraşdırılmış müvəqqəti hasarları sökməli, bunların yerinə daimi hasarlar quraşdırmalı, təhlükəsizlik plakatlarını, bayraqları, anker qurğularını yığışdırmalı, iş yerinin təmizliyini yoxlamalı, alətlərin olmamasına diqqət yetirməli, naryad-buraxılış sənədində işin tam bitməsini öz imzası ilə təsdiqləyərək işin başa çatması barədə naryad-buraxılış sənədini verən işçiyə məlumat verməlidir.4.36. İş yerinə baxış keçirildikdən sonra naryad-buraxılış üzrə işlərin uçotu jurnalının müvafiq qrafasında naryad-buraxılış sənədi üzrə işlərin tamamlanması qeyd olunaraq rəsmiləşdirilməlidir.4.37. Məsul iş rəhbəri iş yerini yoxladıqdan sonra naryad-buraxılış sənədində işin tam bitməsini qeyd edib sonrakı gündən gec olmayaraq, naryad-buraxılış sənədini verən işçiyə təhvil verməlidir.

Комментарии 0

Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25

TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.

добавлена 9 апреля 2022 в 19:44

Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik QAYDALARI açıqlandı

Bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.

Hündürlükdə görülən işlərə işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu, işçinin üfüqi səthə nisbətən mailliyi 75 dərəcədən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən, hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən, su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mümkünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər aiddir. İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək üçün körpülər, teleskopik qüllələr, inşaat nənniləri, nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasara alınmış meydançalarda yerinə yetirilən, 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə bölünür. Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar. Hündürlükdə işləri yerinə yetirən işçilər icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır. Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İşçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra hündürlükdə işlərə buraxılırlar. Ayaqaltı vasitələri tətbiq olunmaqla, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasarlı meydançalarda işləri yerinə yetirən, hündürlükdə işlərin təhlükəsiz görülməsi üzrə tələbləri mənimsəmiş, bu sahədə bilik və vərdişlərin yoxlanılmasından müvəffəqiyyətlə keçmiş işçilərə hündürlükdə işləməyə buraxılmaq üçün vəsiqə verilir. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, işləməyə icazə verən naryad-buraxılış vərəqi verilir.

Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri surətdə öyrədilməsi imtahanla yekunlaşır. İmtahan hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsini həyata keçirən təşkilat rəhbərinin əmri ilə yaradılan attestasiya komissiyaları tərəfindən keçirilir. Attestasiya komissiyalarının tərkibi müvafiq hazırlıq və attestasiya keçmiş müəllimlərdən və mütəxəssislərdən təşkil edilir. İmtahandan müvəffəqiyyətlə keçən işçilərə hündürlükdə işlərin yerinə yetirilməsinə buraxılış vəsiqəsi verilir. Kanatla çıxış sistemləri tətbiq olunmaqla hündürlükdə işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin şəxsi uçot kitabçası verilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra işəgötürən işçilərin təcrübə keçməsini təmin edir. Təcrübə müddəti onun məzmunundan asılı olaraq işəgötürən (onun müvəkkil etdiyi şəxs) tərəfindən müəyyən edilir və iki iş günündən (növbəsindən) az olmayaraq müəyyən edilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanması ildə 1 dəfədən az olmayaraq keçirilir.

Açıq yerlərdə hava axınının (küləyin) sürəti 15 m/san və daha çox olduqda, iş cəbhəsi hüdudlarında görünməni istisna edən tufan və ya duman olduğu halda, eləcə də konstruksiyalar buz bağladıqda və avadanlığın, mühəndis konstruksiyalarının xətlərində (o cümlədən elektrikötürücü xətlərin dayaqlarında), ağaclarda buz təbəqəsinin qalınlığı artdıqda, konstruksiyaların küləktutan səthlərinin quraşdırılması (sökülməsi) zamanı küləyin sürəti 10 m/san və daha çox olduqda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmir. (apa)

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.