Press "Enter" to skip to content

İntiqam Əliyev 3 aylıq həbs olundu – Video-Yeniləndi

Yəqin çoxlarımız boşanma zamanı cütlüklərin ev davası “döydüyünün” şahidi olmuşuq. Ər mülkiyyət hüququ olduğunu əsas gətirməklə ailə qurmamışdan əvvəl aldığı evdə keçmiş həyat yoldaşının yaşamasına izn vermək istəmir, qadın da qarşı tərəfin mülkiyyət hüququna hörmətlə yanaşıb, bayırda qalmağı qəbul etməyə razı olmur.

Boşananların ev davası: mülkiyyət, yoxsa qadın hüququ üstündür?

Yəqin çoxlarımız boşanma zamanı cütlüklərin ev davası “döydüyünün” şahidi olmuşuq. Ər mülkiyyət hüququ olduğunu əsas gətirməklə ailə qurmamışdan əvvəl aldığı evdə keçmiş həyat yoldaşının yaşamasına izn vermək istəmir, qadın da qarşı tərəfin mülkiyyət hüququna hörmətlə yanaşıb, bayırda qalmağı qəbul etməyə razı olmur.

Pencəyi götürüb evdən çıxmaq, yoxsa…

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bizimlə söhbətində bildirdi ki, kifayət qədər qadın boşanma zamanı yaşamağa evlərinin olmadığı, həyat yoldaşının evində yaşama hüququnun təmin edilməsi üçün onlara müraciət edir: “Təbii ki, biz də bu cür qadınlara ancaq hüquqi yardım göstərə bilirik. Hazırda vəziyyət belədir ki, əgər mülkiyyət birgə yaşayış vaxtı alınıbsa, mülkiyyət boşanma zamanı cütlüklər arasında yarı bölünür. Eyni zamanda, əgər qadın həyat yoldaşının, yaxud qayınata və qayınanasının evində qeydiyyata düşübsə, bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Yaşamaq hüququ veriləndə isə, əksər vaxtlarda qadın münasibətlərin korlandığı evə qayıda bilmir, yaxud heç həyat yoldaşı buna icazə vermir. Əgər kişi qadının həmin evdə yaşamasını istəmirsə və qadın da bununla razıdırsa, bu zaman qadına kompensasiya verilir. Bizim təcrübədə bu, 3-5 min manat arasında olub. Bu pula təbii ki, ev almaq mümkün deyil, bunu yalnız ev kirayəsi üçün istifadə etmək olar. Onu da deyim ki, nadir hallarda boşanma zamanı yalnız pencəklərini götürüb evdən çıxan kişilər də var”.

M.Əzizova onu da qeyd etdi ki, kişilər nikah vaxtı ev alanda çox vaxt mülkü öz adlarına qeydiyyata salmırlar ki, sabahısı gün boşanma olarsa, qadın bundan yararlana bilməsin: “Amma qadın yeni alınan evə qeydiyyata düşməsini istəsə, bu, ər və ərin qohumları tərəfindən yaxşı qarşılanmaya bilər. Buna görə də qadınlarımız heç bunu tələb də etmirlər”.

İntiqam Əliyev 3 aylıq həbs olundu – Video-Yeniləndi

Vəkil Anar Qasımlı APA-ya bildirib ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

17:38

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin nədə ittiham olunduğu açıqlanıb.

Vəkil Cavad Cavadov APA-ya bildirib ki, İ. Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub və yaxın saatlarda onun barəsində məhkəmə qərarı veriləcək.

17:01

Hüquqşünasa verilmiş suvenir xəncərlər də götürülüb

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, tanınmış hüquqşünas İntiqam Əliyevin Saray qəsəbəsindəki mənzilində axtarış başa çatıb. Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, mənzildən 2 noutbuk, 2 stolüstü kompyuter (onlardan biri işləmir), hesabatlar, disklər, yaddaş kartları və suvenir xəncərlər götürülüb.

Əməliyyata rəhbərlik edən şəxs müxbirin “suvenirləri niyə götürmüsüz” sualına cavab vermək istəməyib. Vəkil Anar Qasımov isə bunun səbəbini belə açıqlayıb: “Ola bilsin ki, həmin xəncərləri soyuq silah kimi qeyd etsinlər”.

Vəkil Cavad Cavadov tanınmış hüquqşünasın həbsini gözləyir

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ofisində axtarış yekunlaşıb, onu hazırda Nəsimi Rayon Məhkəməsinə aparırlar.

Bu barədə Meydan TV-yə onun vəkili Cavad Cavadov məlumat verib: “İntiqam Əliyevə qarşı ənənəvi ittihamlar irəli sürülüb. Həbs qərarını gözləyirəm”.

İntiqam Əliyevin Saray qəsəbəsi, Dədə Qorqud küçəsindəki evində prokurorluq əməkdaşlarının axtarışı hələ davam edir.

Hadisə yerində olan AzadlıqRadiosuunun müxbirinin verdiyi məlumata görə, axtarışla bağlı jurnalistlərə heç bir məlumat verilmir.

«Ailə üzvlərinin iştirakı ilə axtarışlar davam edir. Məlumat aldıq ki, hüquq müdafiəçisinin özünə və övladlarına məxsus bütün komputer və noutbookları götürmək istəyirlər. Amma hələki bu, məlumatı içəridə axtarış aparan prokurorluq əməkdaşlarından dəqiqləşdirə bilməmişik».

«SİZ HƏBSDƏKİLƏRİN MÜDAFİƏSİLƏ MƏŞĞUL OLUN, MƏNƏ EHTİYAC YOXDUR. »

İntiqam Əliyevə «təqsirləndirlən şəxs» qismində ittiham elan olunub. Bunu ofisində axtarış aparılan zaman İntiqam Əliyev jurnalistlərə özü deyib.

«Ölkədə insan hüquqlarını müdafiə edənləri, seçkilərin saxtalaşdırılmasına etiraz edənləri, siyasi məhbusları müdafiə edənləri cinayətkar sayırlar. Mən də o, «cinayətkar»lardan biriyəm. Dostlar, siz həbsdəkilərin müdafiəsi ilə məşğul olun, mənə ehtiyac yoxdur. »

saat 15.30

musavat.com-un əməkdaşı yazır:

Müstəntiqin çağırışı əsasında ofisə gələn hüquqşünas Ənnağı Hacıbəyli axtarış aparılan otağa buraxılmayıb. Bu barədə jurnalistlərə açıqlamasında özü deyib:”Axtarış aparılan otağa məni buraxmadılar. Çox qarışıqlıq idi. Mən İntiqam müəllimin uşaqlıq dostuyam. O,Azərbaycanın sərvətidir. Əslində ona xidmətlərinə görə mükafat verilməlidir. Özüm də bilmirəm bu nədir – onun başına gələnlər”.

Hazırda hadisə yerində olan müxbirimiz Cavanşır Abbaslı məlumat verir ki, İntiqam Əliyev Baş prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən ofisinə gətirilib və axtarış onun iştirakı ilə aparılır. Media təmsilçiləri və bir sıra partiyaların fəalları Azadlıq Prospekti 71 ünvanında yerləşən ofisin qarşısındadır.

«AXTARIŞ İNTİQAM ƏLİYEVİN İŞTİRAKI OLMADAN APARILIR»

İntiqam Əliyev indilərdə istintaqdan çıxıb, polisin müşaiyəti ilə axtarış aparılması üçün rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisinə aparılır.

AzadlıqRadiosunun müxbiri İntiqam Əliyevin ofisində axtarışlara başlandığını xəbər verir.

«Axtarış İntiqam Əliyevin iştirakı olmadan aparılır. Hüquq müdafiəçisi özü ofisin qarşısında dayanan polis maşınındadır, amma prokurorluq əməkdaşları vəkilin iştirakı ilə ofisdə axtarışlara başlayıblar».

BAŞ PROKURORLUQ MƏLUMAT YAYACAQ

Baş Prokurorluq İntiqam Əliyevin istintaqa çağırılması ilə bağlı məlumat yayacaq.

Prokurorluğun sözçüsü Eldar Sultanov AzadlıqRadiosuna İntiqam Əliyevin saxlanması və həbs olunması barədə məlumatların doğru olmadığını deyib:

«Kiminsə istintaqa ifadə verməyə çağırılması həbs deyil. Biz indi onun istintaqa çağırılması ilə bağlı məlumat hazırlayırıq və bir azdan yayacağıq».

İNTİQAM ƏLİYEV BAŞ PROKURORLUĞA APARILIB, EVİNDƏ AXTARIŞ GEDİR

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.

Bu barədə AzadlıqRadiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib.

«Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar».

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

İNTİQAM ƏLİYEV KİMDİR?

İntiqam Əliyev BDU-nun hüquq fakültəsini bitirib. Hüquqşünas fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub.

Xəzər, Qərb, Azərbaycan, Odlar Yurdu universitetlərində mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib.

Bir sıra beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir.

2013-cü il martın 4-də o, «People in Need» insan haqları təşkilatının mükafatına layiq görülüb.

«Homo Homini» adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.

Mükafat yüzlərlə yerli və xarici qonağın, insan haqları müdafiəçilərinin qatıldığı mərasimdə Çex Respublikasının Baş nazirinin müavini, Xarici işlər naziri Karel Shwarcenberg tərəfindən təqdim olunub.

O, 1962-ci ildə anadan olub.

12:34

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.

Bu barədə “Azadlıq” radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib.

O, deyib: “Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar”.

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Qeyd edək ki, bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

12:14

Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) prezidenti İntiqam Əliyev bu səhər polis tərəfindən saxlanılıb.

MediaPost.az-ın məlumatına görə, vəkil naməlum istiqamətə aparılıb.

Hazırda polis əməkdaşları onun evində axtarış aparırlar.

Hüquq Maarifçiliyi Cəmiyyəti məhkəmələrin monitorinqinə dair hesabat hazırlayıb

Hüquq Maarifçiliyi Cəmiyyəti 2006-cı ilin may-noyabr ayları ərzində Azərbaycan məhkəmələrinin monitorinqinə dair hesabat harızlayıb. Bu barədə Trend ə Hüquq Maarifçiliyi Cəmiyyətindən məlumat verilib.

Monitorinq ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) ilə əməkdaşlıq çərçivəsində reallaşdırdığı Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsi çərçivəsində həyata keçirilib.

Monitorinqlər əsasən mülki işlər üzrə məhkəmə proseslərini əhatə edib. Hesabat İqtisad məhkəmələri, 11 şəhər və rayon (Siyəzən, Gəncənin Nizami və Kəpəz rayon məhkəmələri, Masallı, Lənkəran, Şamaxı, Qazax, Tovuz, Ağstafa rayon məhkəmələri), o cümlədən Bakının 9 rayon məhkəməsi (Nizami, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Nəsimi, Səbail, Nərimanov, Yasamal rayon məhkəmələri) üzrə 250-dən çox proseslə bağlı aparılan müşahidələrin nəticəsində hazırlanıb.

Hesabat ədalətli məhkəmə araşdırması hüququnun müxtəlif aspektlərini, o cümlədən media, birləşmək, azad seçki, mülkiyyət və digər hüquq və azadlıqlarla bağlı proseslərin ədalətlilik standartlarına nə dərəcədə cavab verməsinin vəziyyətini əks etdirib.

Məhkəmə proseslərinin müşahidəsi zamanı yenə də məhkəmə araşdırmasının açıqlığı prinsipinin pozuntusu halları qeydə alınıb. Müşahidə aparılan məhkəmələrin əksəriyyətində həftəlik siyahıların yerləşdirildiyi lövhələr asılsada işə baxan hakim, məhkəmə baxışının yeri və vaxtı, cavabdehlər haqqında məlumatlar siyahıda əks olunmur.

Məhkəmələrin monitorinqinə dair geniş hesabat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.