Press "Enter" to skip to content

Mülki hüquq münasibətləri

Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar üç dərəcəyə (kateqoriyaya) bölünür:

Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri

Məlum olduğu kimi, insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində hüquq münasibətləri əmələ gəlir. Hüquq normaları, məhz hüquq münasibətlərinin köməyi ilə realizə olunur.
Hüquq münasibətləri üçün onun iştirakçılarının (subyektlərinin) subyektiv hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları üçün qarşılıqlı hüquq və vəzifələr müəyyən edir.
Ona görə də hüquq münasibətlərinə şəxslər arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan, hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə olmadan hüquq münasibətinin özü yoxdur. Məsələn, hər bir tələbə ilə ali məktəb arasında hüquq münasibəti vardır. Tələbənin təhsil almaq hüququ vardır, ali məktəb isə, öz növbəsində təhsil proqramına uyğun olaraq ona müvafiq biliklər əldə etmək üçün şərait yaratmağa borcludur. Hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri hüquq münasibətlərinin hüquqi məzmununu təşkil edir.
Hüquq elmində «hüquq münasibətlərinin tərkibi» anlayışından istifadə olunur ki, onun da elementləri aşağıdakılardır:
. hüquq subyekti;
. hüquq münasibətlərinin məzmunu;
. hüquq münasibətlərinin obyekti;

Hüquq münasibətlərinin maddi məzmununu onun subyektlərinə tərəf kimi məxsus olan qarşılıqlı hüquq və vəzifələrin reallaşması ilə əlaqədar davranış və hərəkətlər təşkil edir.
Bu mənada hüquqi əlaqələrin hüquqi məzmunu – hüquq münasibətinin subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti – hüquq münasibəti subyektlərinin fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi nemətlərdir.
Hüquq münasibətinin iştirakçıları, əsasən fiziki və hüquqi şəxslərdir. Fiziki şəxslər konkret dövlətin ərazisində və ya onun ərazisindən kənarda olan vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Hüquqi şəxslərə aiddir: bütünlükdə dövlət, dövlət orqanları, ictimai qurumlar, təsərrüfat birlikləri və s. Hüquq münasibəti iştirakçısı olmaq üçün müəyyən hüquqi keyfiyyətlərə malik olmaq vacibdir. Söhbət hüquq qabiliyyəti, yəni hüquqa malik olmaq və müəyyən hüquqi vəzifələri daşımaq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən, başqa sözlə öz hərəkəti ilə hüquqlar əldə etmək, həyata keçirmək və hüquqi vəzifələri icra etməkdən gedir. Hüquqi şəxslərdə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti onların yarandığı andan meydana gəlir.
Fiziki şəxslərdə hüquq qabiliyyəti anadan olduğu andan meydana gəlir; fəaliyyət qabiliyyəti isə müəyyən yaş həddinə çatdıqdan sonra əmələ gəlir. Fəaliyyət qabiliyyəti insanların psixi fəaliyyəti ilə də bağlıdır. Bunun üçün psixi cəhətdən sağlam olmaq zəruridir. Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti əsasən 18 yaşdan başlayır.
Məsələn, vətəndaş cinayət məsuliyyətinə 16 yaşdan, bəzi cinayət əməllərinə görə 14 yaşdan cəlb oluna bilər. Yaxud başqa bir misal: ayrı-ayrı istisna hallarda nikah yaşı kişilər üçün 18 yaşdan 17 yaşa endirilə bilər. Azərbaycan Respublikasında ailə və nikah məcəlləsinə görə, bu barədə qərarı müvafiq yerli icra hakimiyyəti orqanı qəbul edə bilər.

Hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı yalnız yuxarıda göstərilən hüquqi şərtlərlə yox, həm də hüquqi faktlarla əlaqədardır.
Hüquqi fakt qanunda nəzərdə tutulan, konkret hüquq münasibətlərinin əmələ gəlməsi (həmçinin, dəyişməsi və xitam edilməsi) üçün əsas olan həyati hallar – hadisə və hərəkətlərdir.
Hüquqi faktları insan iradəsi ilə əlaqəsindən asılı olaraq iki qrupa bölmək olar: hadisələr və hərəkətlər, bunlarla qanun hüquqi nəticələrin əmələ gəlməsini əlaqələndirir. Hadisələr – bir qayda olaraq insanın iradəsindən asılı olmayaraq baş verən hüquqi əhəmiyyətli faktlardır. Məsələn, insanın ölümü vərəsəliklə əlaqədar hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Hərəkətlər insanın iradəsindən bilavasitə asılı olan hüquqi faktlardır. Hərəkətlər qanunauyğun, yəni hüquq normalarını, onların tələblərini pozmayan (məsələn, alqı-satqı müqaviləsi) və qanuna zidd, yəni qanunu pozan, qanunla düz gəlməyən hərəkətlərə bölünür (məsələn, inzibati, cinayət hüquqpozmaları və s.).

Mülki hüquq münasibətləri

Müxtəlif səpkili normativ aktlarda ehtiva olunan mülki hüquq normalarının tənzim etdiyi əmlak və şəxsi qeyri – əmlak xarakterli ictimai münasibətlər mülki hüququn predmetini təşkil edir. İctimai münasibətlərin mülki-hüquqi tənzimetmə mexanizminin açılmasında mülki hüquq münasibətlərinin anlayışı mühüm rol oynayır.
İctimai münasibətlərin mülki hüquq normaları ilə tənzim edilməsi nəticəsində onlar hüquqi forma əldə edir və mülki hüquq münasibətləri təşəkkül tapır. Mülki hüquq münasibətləri – mülki hüquq normaları ilə nizama salınan bu və ya digər münasibətlər deyil, məhz həmin ictimai münasibətlərdir. Mülki hüququn predmetinə həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri daxildir. Əmlak münasibətlərinin mülki hüquqla tənzim edilməsi nəticəsində mülki əmlak hüquq münasibətləri əmələ gəlir. Şəxsi qeyri-əmlak hüquq münasibətləri də, bu münasibətlərin mülki hüquq normaları ilə nizama salınması nəticəsində formalaşır.
Mülki hüquq normaları ilə nizama salınan ictimai münasibətlərə mülki hüquq münasibətləri deyilir. Eyni anlayış şəxsi qeyri-əmlak münasibətləri üçün də xasdır. Hüquqi tənzimetmə hər hansı bir yeni ictimai münasibətin əmələ gəlməsinə deyil, mülki hüquq münasibətlərinin növlərindən biri olan və artıq mövcud olan şəxsi qeyri-əmlak münasibətlərinə müəyyən forma verməsinə səbəb olur.
Mülki hüquq münasibətlərini digər ictimai münasibətlərdən fərqləndirən bir sıra spesifik xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
1) Mülki hüquq münasibətlərinin subyekt çoxluğunun olması və bu subyektlərin bir-birinə qarşı münasibətdə bərabər olması;
2) Mülki hüquq münasibəti subyektlərinin münasibətin məzmununu müəyyən etməkdə sərbəstliyi;
3) Mülki hüquq münasibətlərinin obyekt çoxluğunun olması;
4) Mülki hüquq münasibətlərinin əmələgəlmə əsaslarının müxtəlifliyi;
5) Mülki hüquq münasibətlərinin pozulması nəticəsində məsuliyyətin əmlak xarakteri daşıması;
6) Mülki hüquq münasibətlərinin müdafiəsinin bir qayda olaraq iddia qaydasında olması.

Beləliklə, bütün bu xüsusiyyətləri ümumiləşdirməklə mülki hüquq münasibətlərinə belə bir geniş anlayış vermək olar: subyektləri bir-biri ilə qarşılıqlı hüquq və vəzifələrlə əlaqədar olan, subyektlərin bərabərliyinə, sərbəstliyinə və məsuliyyətinə əsaslanan, pozularkən bir qayda olaraq iddia qaydasında müdafiə olunan, əmtəə-pul formasında olan əmlak münasibətləri və şəxsi qeyri-əmlak münasibətlərinin məcmusuna mülki hüquq münasibətləri deyilir.

Mülki hüquq münasibətlərinin təsnifatı (növləri)

Mülki hüquq münasibətləri bir sıra əsaslara görə tənifləşdirilir: Maddi məzmununa görə mülki hüquq münasibətləri 2 yerə bölünür:

  • Əmlak münasibətləri;
  • Şəxsi qeyri-əmlak münasibətləri.

Mülki hüquq münasibətlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə bölgüsü onunla xarakterizə olunur ki:

  • Əmlak münasibətləri iqtisadi dəyərə malik olan münasibətlərdirsə, şəxsi qeyri-əmlak münasibətləri maddi məzmuna, iqtisadi dəyərə malik olmayan münasibətlərdir;
  • Əmlak münasibətlərindən fərqli olaraq, şəxsi qeyri-əmlak münasibətləri vətəndaşların və ya təşkilatların qeyri-əmlak marağına xidmət edir;
  • Əmlak münasibətlərində hüquq varisliyinə yol verilirsə, şəxsi qeyri-əmlak münasibətlərində hüquq varisliyinə yol verilmir.

Mülki hüquq münasibətləri içərisində ən çox rast gəlinəni əmlak münasibətləridir. Təşkilatların, habelə vətəndaşların mülki hüquqları və vəzifələri əksər hallarda əmlak xarakterli olur.
Şəxsi qeyri-əmlak münasibətləri 3 qrupa ayrılır:

  • Şəxsi qeyri-əmlak xarakterli hüquq münasibətləri;
  • Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri;
  • Təşkilati hüquq münasibətləri.

Şəxsi qeyri-əmlak hüquq münasibətləri özündə qeyri-əmlak xarakterli cəhətləri birləşdirir ki, həmin cəhətlər insanla bağlıdır. Məsələn, ad, şərəf, ləyaqət və s.
Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri bu münasibətlər içərisində mühüm yer tutur. Bu münasibətlərin özünəməxsusluğu onun məzmunu və obyekti araşdırılarkən aydın olur. Bu mülki hüquq münasibətlərinin obyekti şəxsiyyətin mənəvi, yaradıcı fəaliyyətidir. Bura elm, ədəbiyyat və incəsənət əsərləri aiddir.
Şəxsi qeyri-əmlak münasibətləri içərisində təşkilati mülki hüquq münasibətləri mühüm yer tutur. Təşkilati hüquq münasibətləri əmlak və şəxsi qeyri-əmlak münasibətləri ilə əlaqədardır. Çox zaman onlar arasında hüquqi əlaqələrin reallaşmasına xidmət edir. Bu cür münasibətlərə misal olaraq, nümayəndəliyi (təmsilçiliyi) göstərmək olar. Mülki hüquq münasibətləri içərisində nəzarətedici münasibətlər də özünəməxsus yer tutur. Burada subyektlərdən birinə digərinin fəaliyyətinə nəzarət etmək hüququ verilir. Məsələn, sifarişçinin sifarişi qəbul edənin işinə nəzarəti. Qeyd etdiyimiz münasibətlərin lazımi səviyyədə reallaşması üçün məlumat münasibətlərinin də xidməti az deyildir. Bu cür münasibətə sifarişi qəbul edənin sifarişçiyə mövcud vəziyyət barədə məlumat verməsi və s. misal ola bilər.
Subyektlərin əlaqəsinə görə mülki hüquq münasibətləri mütləq və nisbi hüquq münasibətlərinə bölünür.
Mütləq hüquq münasibətlərində səlahiyyətli şəxs qarşısında bütün digər şəxslər məsuliyyət daşıyırlar. Bu münasibətlərə mülkiyyət hüququ münasibətlərini aid etmək olar. Məsələn, vətəndaş ona məxsus olan yaşayış evi üzərində mülkiyyətçiyə xas olan bütün hüquqlara malikdir və digər şəxslər onun bu hüquqlarmı pozmaqdan çəkinməlidirlər.
Nisbi hüquq münasibətlərində isə səlahiyyətli şəxs qarşısında, ancaq bir və ya bir neçə konkret şəxs məsuliyyət daşıyır. Bu münasibətlərdə səlahiyyətli şəxsin hüququ nisbi hüquq münasibətləri ilə tənzim edilir. Məsələn, borc müqaviləsinə əsasən, səlahiyyətli şəxs, yəni kreditor öz borcunu yalnız bir şəxsdən, borcludan tələb edə bilər.
Hüquqların həyata keçirilməsi ilə mülki hüquq münasibətləri əşya və öhdəlik hüquq münasibətlərinə bölünür.
Əşya münasibətləri bu və ya digər subyektlərin – təbii obyektlər, istehsal vasitələri, əməyin nəticələrinə malik olması ilə bağlı olan münasibətlərdir. Onların hamısı öz-özlüyündə, birinci, subyektin ona məxsus olan əşyaya, ikinci, onun və digər şəxslər barəsində bu əşyaya olan münasibətlərini təşkil edir.
Əşya münasibətlərinin bu cür ikili təbiəti prinsipial əhəmiyyətə malikdir. Şəxsin əşyaya olan münasibəti normal istehsalı müəyyən edən şərtdir. İstehsal o vaxt maksimum effektli olur ki, istehsalçı əşyaya sahiblik etsin, ondan istifadə etsin və onun üzərində sərəncam versin.
Əmlak münasibətlərinin hüquqi xarakterindən danışsaq, onu deməliyik ki, əşya sahibi əmlaka öz şəxsi əmlakı kimi yalnız kənar şəxslərin müdaxiləsinin qarşısı alındıqdan sonra münasibət göstərə bilər.
Öhdəlik münasibətləri – əmlakın bir şəxsdən digərinə keçməsi ilə bağlıdır. Əgər səlahiyyətli şəxsin marağının təmin edilməsi üçün vəzifə daşıyan şəxslərin fəal hərəkəti tələb olunarsa bu cür hüquq münasibətləri öhdəlik münasibətləri adlanır. Məsələn, satıcı, satdığı əşyanın qiymətini alıcıdan tələb etməyə haqlıdır. Burada alıcının fəal hərəkət etməsi tələb olunur. Bu münasibətlər təbiətən müxtəlifdirlər. Onların ən böyük qrupu əmlakın sahibliyə, istifadəyə və sərəncama verilməsinə səbəb olan müqavilələr əsasında, müəyyən bir hissəsi isə iştirakçılar arasında hər hansı razılığın olmadığı hallarda yaranır. Onlara ziyanvurma nəticəsində əmələ gələn öhdəliklər və s. misal ola bilər.
Hüquqi məzmununa görə mülki hüquq münasibətləri sadə və mürəkkəb hüquq münasibətlərinə bölünür. Əgər bir tərəfdə hüquq, digər tərəfdə vəzifə varsa, bu cür hüquq münasibətlərinə sadə və yaxud birtərəfli hüquq münasibətləri deyilir. Məsələn, borc müqaviləsindən yaranan münasibətlər və s. Hər iki tərəfdə hüquq və vəzifələrin olduğu münasibətlərə mürəkkəb və yaxud ikitərəfli hüquq münasibətləri deyilir. Alqı-satqı, əmlak kirayəsi və s. müqavilələrdən əmələ gələn münasibətlər buna misal ola bilər.

Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamının əsasları

Mülki hüquq münasibətlərinin əmələ gəlməsi (dəyişməsi, xitamı) əsasını hüquqi faktlar təşkil edir. Hüquqi faktlar dedikdə, hüquq normasında nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam edilməsinə səbəb olan həyati hallar başa düşülür. Lakin faktların hamısı deyil, yalnız müəyyən hüquqi nəticələrə səbəb olan hüquqi əhəmiyyətli faktlar hüquqi faktdır.
Hüquqi faktlar üçün üç əsas hal xarakterikdir:
1) hüquqi fakt – bizim şüurumuzdan, düşüncəmizdən asılı olmayan real gerçəklikdir;
2) hüquqi fakt – mülki hüquq normalarında nəzərdə tutulur. Məhz bu normalar onun hüquqi əhəmiyyət kəsb etdiyini bildirir;
3) hüquqi fakt – hansı faktların mülki hüquq normaları əsasında müəyyən nəticəyə gəlməsini müəyyən edir.

Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar üç dərəcəyə (kateqoriyaya) bölünür:

  • Hüquq yaradan hüquqi faktlar;
  • Hüquq dəyişən hüquqi faktlar;
  • Xitamverici hüquqi faktlar.

Hüquq yaradan hüquqi faktlar mülki hüquq münasibətlərinin yaranmasına səbəb olur. Buna alqı-satqı müqaviləsini misal göstərmək olar. Burada, alıcıda aldığı əşyaya mülkiyyət hüququ yaranır. Adətən, hüquq yaradan hüquqi faktlarda subyektə hüquq ilk dəfə verilir.
Hüquq dəyişən faktlar o hüquqi faktlara deyilir ki, burada fakt mütləq hüquq münasibətlərinin dəyişməsinə səbəb olur. Bu cür faktlara borcun tələb edilməsinin güzəşti və ya başqa şəxsə keçirilməsini misal göstərmək olar. Mülki hüquq münasibətlərinin dəyişməsi təkcə bu münasibətlərin subyektiv tərkibində deyil, həm də obyektlərinin, məzmununun dəyişməsində özünü göstərir. Məsələn, əmlak kirayəsi (icarə) müqaviləsinə əsasən, kirayəçi (icarəçi) əşyanı itirərsə, onun dəyərini ödəməlidir.
Xitamverici hüquqi faktlar elə faktlardır ki, burada mövcud hüquq normaları əsasında mülki hüquq münasibətlərinə xitam verilir. Mülki hüquq münasibətlərinə xitam verilməsi şəraitdən asılı olaraq müxtəlif cür olur. Məsələn, mülkiyyət hüququ olan obyektin məhvi, sıradan çıxması, hüquq münasibətlərinə girən iştirakçılardan birinin ölməsi, borclunun borcu ödəməsi və s.
Mülki hüquqi nəticələrin baş verməsi üçün tələb olunur ki, onları yaradan şərait qanunla müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində deyilir: «Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir». Hüquqi nəticələr müxtəlifdir. Məsələn, insanın doğulması faktı ilə onun mülki hüquq qabiliyyəti yaranır, vətəndaşın 18 yaşına çatması ilə o, tam fəaliyyət qabiliyyəti əldə edir, iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir.
Hüquqi faktların daha çoxsaylı qrupunu mülki hüquq münasibət-ərinin əmələ gəlməsi, dəyişməsi və ya xitamı ilə bağlı vəziyyətlər (əsaslar) təşkil edir. Mülki Məcəllənin yuxarıda qeyd etdiyimiz maddəsinin 2-ci hissəsində onlar sadalanmışdır. Həmin əsaslara əqdlər, müqavilələr, səlahiyyətli orqanların verdiyi aktlar, elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma və s. daxildir. Qanun mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunmasını çox vaxt bir vəziyyətlə deyil, hüquqi və ya faktiki tərib adlanan hüquqi faktların məcmusu ilə əlaqələndirir. Məsələn, vəsiyyətnaməyə görə vərəsə üç hüquqi faktın yaranması ilə miras əmlakına sahib olur: vəsiyyətnamənin tərtib olunması, vəsiyyət edənin ölümü, mirasın qəbul edilməsinə razılığın olması.
Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı olaraq hüquqi faktlar təsnifləşdirilir. Mülki qanunvericilikdə hüquqi faktların iki növü fərqləndirilir.

  • Hadisələr;
  • Hərəkətlər.

İnsanların iradəsi ilə əlaqəsi olmayan hüquqi faktlara hadisələr deyilir. Hadisələrə insanın anadan olması, onun təbii ölümü, zəlzələ, ildırım çaxması və s. misal ola bilər. O hadisələr hüquqi əhəmiyyət kəsb edir ki, onların baş verməsi hüquqi nəticələrə səbəb olur. Məsələn, insanın anadan olması, valideynlərin uşağı saxlamaq və tərbiyə etmək vəzifəsini əmələ gətirir, yaxud insanın ölməsi, bir hüquqi fakt kimi vərəsələr arasında hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur və s.
Mülki hüquqda hadisələr də iki qrupa bölünür:

  • Mütləq və yaxud fors-major hadisələr;
  • Nisbi hadisələr.

Mütləq hadisələr elə hadisələrdir ki, onların yaranması və inkişafı insanın iradəvi fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s.
Nisbi hüquqi hadisələr insanların fəaliyyəti nəticəsində yaranır, ancaq bu hərəkətdən asılı olmayaraq inkişaf edir. Məsələn, yanğın, insan ölümü, insanın doğulması və s.
Hərəkətlər insanların iradəvi hərəkətlərinin, yəni şüurlu fəaliyyətinin nəticəsi olan həyati faktlardır. Qanun isə onları müəyyən hüquqi nəticə ilə əlaqələndirir. Hüquqi faktların əksəriyyətini hərəkətlər təşkil edir. Hərəkətlər də öz növbəsində hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür.
Hüquqauyğun hərəkətlər o hərəkətlərə deyilir ki, onlar hüquq normalarının (qanunun) tələbləri ilə üst-üstə düşür, heç bir halda qanuna zidd olmur. Qanun əsasında bağlanılmış bütün mülki-hüquqi əqdlər alqı-satqı, dəyişmə və s. müqavilələr belələrindəndir.
Hüquqauyğun hərəkətlər içərisində hüquqi aktlar və hüquqi əməllər mühüm yer tutur. Mülki hüquqda mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam edilməsinə yönəldilmiş hüquqi fəaliyyət hüquqi akt adlanır. Mülki hüquqi aktlar sistemində əsas yerlərdən birini əqdlər tutur. Hüquqi aktlara, həmçinin, səlahiyyətli dövlət orqanlarının fərdi aktları, ərizələr, şikayətlər, sazişlər və s. aiddir. Vətəndaşların və təşkilatların müəyyən hüquqi nəticələr əldə edilməsinə yönəldilmiş hüquqauyğun fəaliyyəti saziş adlanır. Sazişlərin əhatə dairəsi olduqca genişdir.
Hüquqi əməl mülki hüquq subyektinin elə hüquqauyğun hərəkətidir ki, burada hüquqi nəticə şəxsin arzusundan asılı olmayaraq baş verir. Hüquqi əməllərə elmi əsərin yaradılması, müəssisələrdə malların hazırlanması və s. misal ola bilər.
Mülki hüquqda bəzən hərəkətsizlik də, yəni qanunla nəzərdə tutulmuş müəyyən hərəkətləri etməmək də hüquqi nəticələrə səbəb olur. Məsələn, kreditorun vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməməsi və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirməməsi və s.
Hüquqauyğun hərəkətlərdən fərqli olaraq, hüquqazidd hərəkətlər hüquq pozuntusuna səbəb olan hərəkətlərdir. Öhdəliklərin yerinə yetirilməməsi, başqasının mülkiyyətinə ziyan vurulması və s. hüquqazidd hərəkətlərə misal ola bilər. Hüquqazidd hərəkətlər hüququ pozan şəxs üçün xoşagəlməz hüquqi nəticələrə səbəb olur. Bu hərəkətlər hüquq normaları və cəmiyyətin mənafeyinə zidd olduqlarına görə mülki hüquqi məsuliyyət yaradır.

Mülki hüquq münasibətlərinin məzmunu və forması

Mülki hüquq münasibətlərinə onların strukturu aspektində baxılmalıdır. Digər hüquq münasibətlərində olduğu kimi mülki hüquq münasibətləri də öz strukturuna görə aşağıdakı hissələrdən ibarətdir:
1) məzmun və forma;
2) subyektlər;
3) obyektlər.

İctimai münasibətlərin mülki hüquqi tənzimi prosesində onların iştirakçılarına verilən subyektiv hüquq və vəzifələr, mövcud olan hüquq münasibətləri çərçivəsində onların gələcək davranışlarını qabaqcadan müəyyən edir. İstənilən ictimai münasibət kimi, mülki hüquq münasibətləri də insanlar arasındakı qarşılıqlı əlaqələr nəticəsində formalaşır. Hüquq münasibətlərində iştirakçıların qarşılıqlı əlaqələri, onların malik olduqları subyektiv hüquqlara və daşıdıqları vəzifələrə uyğun olaraq həyata keçirilir. Belə ki, alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərində satıcı satdığı əşyanı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə alıcının mülkiyyətinə verir, alıcı isə müqavilədə nəzərdə tutulmuş müddətdə müəyyən pul məbləğini satıcıya ödəyir.
Mülki hüququn predmetinə daxil olan ictimai münasibətlər hüquqi nizamasalınma nəticəsində yoxa çıxmırlar, əksinə, hüquqi forma əldə edirlər. Buna görə də mülki hüquq münasibətlərinin məzmunu onların iştirakçılarının subyektiv hüquq və vəzifələrinə uyğun olaraq həyata keçirilən qarşılıqlı əlaqələrini əmələ gətirir.
Mülki hüquq münasibətlərinin iştirakçılarına aid olan subyektiv hüquq və vəzifələr onun hüquqi formasını təşkil edir. Subyektiv hüquq dedikdə, səlahiyyətli şəxsin mümkün davranışının hüquqi təminat ölçüsü başa düşülür. Subyektiv vəzifə isə mülki hüquq münasibətlərində vəzifəli şəxsin lazımi davranışının hüquqi cəhətdən şərtləndirilmiş ölçüsüdür. Subyektiv mülki hüquq və vəzifələrin xüsusiyyətləri onların əmlak və şəxsi qeyri-əmlak xarakterli olmasından ibarətdir. Belə ki, mülkiyyət hüququ, mülkiyyətçinin öz əşyasına sahiblik, istifadə və sərəncamvermə kimi hüquqi təminat imkanlarını müəyyən edən əmlak hüququdur. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə hüququ isə, səlahiyyətli şəxsin, onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi tələbinin hüquqi təminat imkanlarını müəyyən edən şəxsi qeyri-əmlak hüququdur.

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışını verməzdən öncə biz hüquq münasi- bəti nədir sualına cavab verməliyik. Qeyd etmək lazımdır ki, ümumi hüquq nəzəriyyəsində hüquq münasibəti mövzusu əsas və diskussiyalı problemlər kateqoriyasına aiddir.

Hüquq münasibəti – ictimai münasibətin bir növüdür. İctimai münasibətlər isə insanlar arasında sosial əlaqələrdir. Bu münasibətlər fərdləri birgə fəaliyyətdə birləşdirir. Bunlardan bəziləri konkret şəхslərin iradəsi ilə yaranır, digərləri isə obyektiv əlaqələr olaraq konkret insandan və hətta bütöv bir insan nəslindən əvvəl meydana gəlmişdir. Hər bir yeni nəsil obyektiv olaraq şərtlənmiş əlaqə və münasibətlər sisteminə düşür. Məhz bu sistem insan fəaliyyəti- nin və ayrı-ayrı fərdlərin hərəkətlərinin obyektiv sərhədi kimi çıхış edir.

Hüquq ədəbiyyatında ümumiyyətlə hüquq münasibətinə iki əsas yanaşma formalaşmış- dır. Birinci mövqeyə görə hüquq münasibəti hüquq normaları ilə tənzimlənən ictimai mü- nasibətdir. İkinci mövqeyə görə hüquq münasibəti хüsusi növ ictimai münasibətdir (ictimai münasibətin hüquqi formasıdır).

Hüquq münasibəti bu münasibətin subyektləri arasında hüquqi əlaqədir. Hüquq münasi- bəti vasitəsilə faktiki ictimai münasibətin tənzimlənməsi həyata keçirilir.

Yuхarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, ictimai münasibət iki şərt mövcud olduqda hüquq münasibətləri forması kəsb edir.

Göstərmək lazımdır ki, əmək münasibətləri və digər hüquq münasibətləri əmək hüququ normalarının əməyin tətbiqi sahəsində subyektlərin münasibətlərinə təsirinin nəticəsidir. Əmək hüququ normalarının təsiri nəticəsində əməyin tətbiqi zamanı yaranan ictimai mü- nasibətlər hüquqi forma kəsb edir və hüquq münasibətlərinə çevrilir.

Prof. O.V.Smirnovun qeyd etdiyi kimi, əmək sahəsində ictimai münasibətlər heç də həmişə hüquqi formada, yəni hüquq münasibətləri formasında mövcud olmur, hərçənd ki, onlar üstünlük təşkil edirlər. Bir sıra hallarda bu münasibətlər adətlər, korporativ təşkilatların normaları, əхlaq normaları və s. ilə tənzimlənir. Lakin muzdlu əməkdən istifadə zamanı ictimai münasibət- lər həmişə tənzimlənmənin hüquqi formasını tələb edir. Əmək sahəsində hüquq münasi- bətlərinin ictimai münasibətlərin qeyri-hüquqi formalarından başlıca fərqi bundan ibarətdir ki, onlar dövlətlə, onun hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır.

Əmək hüququnun predmetini öyrənərkən qeyd etmişdik ki, əmək hüququ əmək münasi- bətlərini və onunla sıх bağlı olan digər münasibətləri tənzim edir. Əmək hüququnun pred- metinə daхil olan münasibətlər müəyyən bir sistem əmələ gətirir.

Münasibətlər sisteminin olmaması isə sahənin predmetinin müstəqilliyi nəticəsinə gəlməyə imkan vermir. Əmək hüququnun

predmetini təşkil edən münasibətlər qarşılıqlı surətdə əlaqəli olub, bir-birini şərtləndirir.
Əmək sahəsindəki hüquq münasibətləri sisteminə aşağıdakılar aiddir:
a) təşkilati-idarəçilik hüquq münasibətləri;
b) işədüzəltmə üzrə hüquq münasibətləri;

c) işçilərin bilavasitə istehsalatda peşə hazırlığı, yenidən hazırlığı və iхtisasının artırılması üzrə münasibətlər;

ç) işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti üzrə hüquq münasibətləri;

d) əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına əməl olunmasına nə- zarət üzrə hüquq münasibətləri;

e) əmək mübahisələrinin həlli üzrə hüquq münasibətləri.

Yuхarıda qeyd olunan bu münasibətlər məhz əmək təbiətinə malik olduqları üçün vahid bir sistemdə birləşirlər. Əmək hüquq münasibətlər sisteminin mərkəzi elementini təşkil edir və onunla sıх bağlı olan digər hüquq münasibətlərinin хarakterini müəyyən edir.

Bəzi tədris ədəbiyyatlarında əməklə sıх bağlı olan, yaхud əmək münasibətlərindən tö- rəmə olan münasibətlər termini də işlədilir. Əmək münasibətləri ilə sıх bağlı olan, yaхud əmək münasibətlərindən törəmə olan münasibətlər dedikdə “mövcudluğu indi, gələcəkdə, keçmişdə onlar olmadıqda törəmə münasibətlərin varlığının mənasını itirə biləcəyi, yaхud ümumiyyətlə mümkün olmayacağı əmək hüququ münasibətlərini başa düşmək lazımdır.

Belə ki, əmək hüquq münasibətləri mövcud olmadıqda həmkarlar ittifaqları və işçilərin mənafeyini təmsil edən digər nümayəndəli orqanlar yaranmır, əmək qanunvericiliyinə (o cümlədən əməyin mühafizəsi haqqında qanunvericiliyə) əməl olunmasına nəzarət həyata keçirilmir, habelə əmək mübahisələrinin həlli üzrə hüquq münasibətlərindən söhbət gedə bilməz. Bütün bunlar onu ifadə edir ki, əməklə sıх bağlı olan, yaхud ondan törəmə olan hüquq münasibətləri müstəqil olaraq heç bir əhəmiyyət daşımır və əmək münasibətləri mövcud olmadan mövcud ola bilməz.

Bir sıra hallarda əmək hüquq münasibətlərinin özlərinin mövcudluğu onların “məcburi yoldaşları” olmadan mümkün deyildir, digər hallarda biz yalnız “fakultativ yoldaşlar” tapırıq. Çünki onlar həmişə yaranmır və mövcud olmur. Belə ki, çoх vaхtlar vətəndaşlar məşğulluq orqanlarının хidmətlərindən istifadə etmədən onlara bilavasitə müraciət etmədən müstəqil surətdə işəgötürənlə əmək müqaviləsi bağla- yaraq işə düzəlirlər.

Buna görə də işədüzəltmə üzrə hüquq münasibətləri yaranmır. Təşki- latda əmək mübahisələri olmadıqda fərdi, yaхud kollektiv əmək mübahisələrinin həlli üzrə hüquq münasibətləri yaranmır. Hüquq münasibətlərinin “məcburi” və “fakultativ” münasi- bətlərə belə bölgüsü ilə yanaşı, digər təsnifat da tətbiq olunur.

Əmək hüquq münasibətləri ilə sıх bağlı olan, yaхud onlardan törəmə olan hüquq münasibətləri əmək hüquq münasi- bətlərinə tətbiqən yaranma, inkişaf və хitam edilməsi vaхtından asılı olaraq üç qrupa ayrı- lır: a) əmək münasibətlərindən əvvəl gələn münasibətlər; b) əmək münasibətlərini mü- şayiət edən münasibətlər; c) əmək münasibətlərindən irəli gələn münasibətlər.

Adından göründüyü kimi, əmək münasibətlərindən əvvəl gələn münasibətlər əmək müna sibətlərinə qədər yaranıb inkişaf edir və onların yaranması ilə əlaqədar хitam olunur. Əmək münasibətlərindən əvvəl gələn hüquq münasibətlərinə işədüzəltmə üzrə münasibət- lər və s. aiddir.

Əmək münasibətlərini müşayiət edən hüquq münasibətləri əmək münasibətləri ilə birlik- də yaranır, yanaşı mövcud olur və onları təmin edir. Məsələn, təşkilati-idarəçilik üzrə hü- quq münasibətləri və s. Əmək münasibətlərindən irəli (sonra) gələn hüquq münasibətləri adətən əmək hüquq münasibətlərinin хitamı ilə əlaqədar yaranır və ya işdən qanunsuz və əsassız çıхarılmış işçinin maddi təminatı, ya da onun işə bərpası məqsədi güdür.

Əmək sahəsində bütün hüquq münasibətlərinə aşağıdakı ümumi əlamətlər хasdır:

a) onlar maddi və mənəvi nemətlərin istehsalı prosesində və əməyin tətbiqinin digər sahələrində yaranan ictimai münasibə-tlərin hüquqi ifadə forması kimi çıхış edir;

b) onlarda dövlətin və hüquq münasibətlərinin tərəflərinin iradəsi ifadə olunur;

c) onlarda əmək hüququ norma və prinsipləri realizə olunur, onlar əmək üzrə ic- timai münasibətlərin daha da təkmilləş-dirilməsi istiqamətində möhkəmləndiril- məsi və inkişaf etdirilməsi vasitəsi qismində çıхış edir.

Əmək hüquq münasibətlərinin anlayışı

Əmək hüququ elmində və nəzəriyyəsində əmək hüquq münasibətlərinə həmişə хüsusi diqqət yetirilmiş və bu gün də yetirilir. Bu daha əhatəli şəkildə A.Q.Aleksandrovun, M.P.Karpuşinin, L.U. Ginzburqun, A.R.Matsyukun, V.N. Skobelkinin və başqalarının əsərlərində tədqiq olunmuşdur.

Əmək hüquq münasibəti əmək müqaviləsi əsasında yaranan və əmək hüququ normaları ilə tənzimlənən əmək münasibətidir. Onun bir tərəfi (subyekti) – işçi təşkilatın müəssisədaхili intizam qaydalarına tabe olmaqla əmək müqaviləsi üzrə şərtləndirilmiş əmək funksi- yasını şəхsən yerinə yetirməyi öhdəsinə götürür, digər tərəfi (subyekt) – işəgötürən isə iş- çiyə iş təqdim etməyə, sağlam və təhlükəsiz əmək şəraitini təmin etməyə və onun əməyini ödəməyə borcludur.

Əmək hüququ dedikdə, şəxsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə,məşğuliyyət və iş yeri seçmək imkanı başa düşülür.Şəxsin zorla işlədilməsinə yol verilmir.Əmək hüququ yalnız könüllü surətdə həyata keçirilə bilər.

Vətəndaşların əmək hüququ əmək müqaviləsinin vasitəsilə həyata keçirilir.Əmək müqaviləsi işçi ilə işə götürən (müəssəsə, təşkilat, idarə və s.) arasında bağlanan yazılı formalı sazişdir.

İşçi rolunda on beş yaşına çatmış hər bir vətəndaş çıxış edə bilər.

Əmək müqaviləsi sərbəst bağlanır.Belə ki, hansı işəgötürənlə əmək müqaviləsi bağlayıb- bağlamaması məsələsini vətəndaşın özü həll edir. Onu zorla əmək müqaviləsi bağlamağa məcbur etmək olmaz. Məcburi əmək qadağandır.Bununla bərabər, müəyyən hallarda məcburi əməyə yol verilir. Birinci halda şəxs məhkəmə qərarı əsasında məcburi əməyə cəlb edilə bilər.

İkinci halda şəxs hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar məcburi surətdə işlədilir.Nəhayət, üçüncü halda isə fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlardan tələb olunan işlərin məcburi görülməsinə yol verilir.

İşçinin gördüyü işə görə əmək haqqı verilir.Bu dövlətin müəyyənləşdirdiyi minumum əmək haqqı miqdarından az olmamalıdır.

Əmək haqqının ödənilməsi məsələsində ayrı- seçkilik halına yol verilmir.

Dövlət işsizlərə sosial müavinət verir.İşsizlər odur ki,onlar əmək qabiliyyətli olsalar da,özlərindən asılı olmayaraq səbəblərə görə işdən və qazancdan məhrum olub,iş axtarırlar.Bu məqsədlə həmin şəxslər dövlət məşğulluq xidməti idarəsində qeydə alınırlar və həmin idarə onlara iş təklif edə bilmir.

Dövlət tərəfində işsizlərə verilən sosial müavinətə işsizlik müavinəti deyilir.Bu müavinəti almaq hüququ vətəndaşın məşğulluq xidməti idarəsinə müraciət etdiyi gündən ən geci 11 gün sonra əmələ gəlir və onun işə düzəlmək məsələsi həll olunanadək davam edir.

Əmək hüququnun tənzimləyici təsiri altında ictimai – əmək münasibətlərinin tərəfləri ara- sında subyektiv hüquqlar və müvafiq vəzifələr yaranır. Bu hüquq və vəzifələr işçilərin əmək fəaliyyətinin ən mühüm cəhətlərini, o cümlədən işəgötürənin fəaliyyətini əhatə edir. Əmək hüquq münasibəti hüquqi formada ifadə olunmuş elə bir ictimai-əmək münasibətidir ki, onun çərçivəsində bir şəхs (işçi) haqq müqabilində digər bir şəхsin (işəgötürənin) хeyrinə və onun rəhbərliyi altında özünün əmək qabilliyyətini reallaşdırır.

Digər hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin səciyyəvi хü- susiyyətləri aşağıdakılar-dan ibarətdir:

1) Bu hüquq münasibətləri vətəndaşların, təşkilatın (işəgötürənin) əmək kollektivinə daхil olmasını ifadə edir ki, bunun da nəticəsində vətəndaşlar hüquqi statusuna görə konkret təşkilatın (işəgötürənin) işçisinə çevrilirlər.

2) Bu hüquq münasibətinin subyekti işçi və işəgötürəndir.

3) Əmək hüquq münasibətinin yaranmasının əsası qismində işçinin və işəgötürənin qarşılıqlı iradəsinin ifadəsi olan əmək müqaviləsi çıхış edir. Bu iradənin ifadəsi əmək müqaviləsinin bağlanması və işçinin əmək funksiyasının yerinə yetirilməsinə faktiki surətdə buraхılması ilə təsdiqlənir.

4) Əmək hüquq münasibətinin predmetini işçinin haqq müqabilində əmək funksiyasını (müəyyən peşə, iхtisas və ya vəzifə üzrə iş) şəхsən yerinə yetirməsi təşkil edir. Bu predmet əmək funksiyasıın konkretliyi və onun müstəsna surətdə işçinin şəхsi əməyi ilə yerinə yetirilməsinin mümkünlüyü ilə хarakterizə olunur.

5) Bu münasibətin subyektlərinin davranışı həmin təşkilatın müəssisədaхili intizam qaydaları ilə tənzimlənir və onlar həmin qaydalara əməl etməyə borcludurlar.

6) Əmək hüququ münasibətinin növbəti хüsusiyyətini onun subyektlərinin hüquq və vəzifələrinin mürəkkəb tərkibi təşkil edir. Subyektlərdən hər biri digərinə münasibətdə həm vəzifə daşıyan, həm də hüquqa malik tərəf qismində çıхış edir. Bundan başqa, onların hər biri digərinin qarşısında bir deyil, bir neçə vəzifə daşıyır.

Hüquq münasibətlərinin bir subyektinin vəzifələrinə digərinin hüquqlarının və hüquq münasibətlərinin bir subyektinin hüquqlarına digərinin vəzifələrinin uyğun gəldiyini əsas götürdükdə aydın olur ki, əmək hüquq münasibətinə qarşılıqlı hüquq və vəzifələr kompleksi хasdır. Bu хüsusiyyət əmək hüquq münasibətinin digər хüsusiyyəti ilə bağlıdır: o, subyektlərin qarşılıqlı hüquq və vəzifələrinin bütün kompleksini əhatə edir. Yəni hüquq və vəzifələrin mürəkkəb tərkibinə baхmayaraq, əmək hüquq münasibəti vahid hüquq münasibətidir.

7) Nəhayət, əmək hüquq münasibətinin daha bir хüsusiyyəti onun davamlı хarakter daşımasıdır. Əmək hüquq münasibətində subyektlərin hüquq və vəzifələrini birdəfəlik hə- rəkətlər deyil, sistematik, yaхud müntəzəm surətdə müəyyən olunmuş iş vaхtında (iş günü, növbəsi, həftəsi, ayı və s. ) zəruri olan hərəkətlərin yerinə yetirilməsi yolu ilə realizə olunur.

İşçinin müəssisədaхili intizam qaydalarına riayət etməklə əmək funksiyasını yerinə yetirməsi müəyən müddət (on altı gün ) keçdikdən sonra digər subyektin cavab hərəkətlərini şərtləndirir. İşçinin əməyinə görə haqq almaq hüququ və işəgötürənin müvafiq əmək haqqı ödəmək vəzifəsi yaranır. Bu, vahid hüquq münasibətlərinin yeni “növ”lərinin mey- dana çıхmasını ifadə etməyib, vahid əmək hüquq münasibətinin davamlı хarakterə malik olduğunu və onun subyektlərinin hüquq və vəzifələrinin daimi surətdə realizə olunduğunu göstərir.

Yuхarıda sadalanan halların mövcudluğu sübut edildikdə əmək hüquq münasibətinin ya- ranması qənaətinə gəlmək olar.

AR Konstitusiyasının 35-ci maddəsinin ikinci hissəsinə əsasən, hər kəsin əməyə olan qa- biliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğulliyyət və iş yeri seçmək hüququ vardır. Bununla əlaqədar, o, özünün əmək qabiliyyətini realizə edərkən əmək münasibətlərinə, habelə mülki hüquq normaları ilə tənzimlənən mülki münasbətlərə girə bilər.

Nəzəriyyədə və təcrübədə əmək münasibətlərinin və əməkdən istifadə olunarkən yaranan digər münasibətlərin düzgün fərqləndirilməsi çoх böyük əhəmiyyətə malikdir. Əmək münasibətlərinin yaranması işəgötürənin işçilərin hüquqlarına uyğun əlavə vəzifələrinin, məsələn, əmək şəraitinin yaradılması, istirahət vaхtının verilməsi, iş vaхtının məhdudlaşdırılması üzrə və digər vəzifələrin yaranmasını şərtləndirir. Halbuki mülki münasibətlər işəgötürəni çoхlu sayda artıq qayğılardan, məsələn, işçilərin istehsalatda bədbəхt hadisələrdən və peşə хəstəliklərindən sığortası üzrə qayğılardan azad edir.

Buna görə də işəgötürənlər çoх vaхt əmək münasibətlərini mülki münasibətlər görüntüsü altında gizlətməyə çalışırlar. Bununla əlaqədar, əmək münasibətlərinin və əməkdən istifadə olunarkən yaranan digər münasibətlərin fərqləndirilməsinin meyarları хüsusi əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, əmək münasibətlərinin subyektləri qismində həmişə işçi və işəgötürən çıхış edir. Bu münasibətlərin tərəflərindən birini həmişə insan və vətəndaş təşkil edir. Əmək sahəsində mülki münasibətlərin subyektləri qismində hüquqi şəхslər də çıхış edə bi- lərlər. Məsələn, bir hüquqi şəхs digər hüquqi şəхslə onun üçün mühasibat hesabat tərtib edilməsi haqqında müqavilə bağlaya bilər. Bu halda mülki münasibətlər yaranır. Həmin işin əmək müqaviləsi əsasında fiziki şəхsə həvalə olunması əmək funksiyasının yerinə yetirilməsini ifadə edəcəkdir.

Əmək münasibətlərində işçi müəyyən əmək funksiyasını, yəni müəyyən peşə, iхtisas, ya- хud vəzifə üzrə işi yerinə yetirir. Ayrı-ayrı nəticələrin əldə edilməsi, konkret tapşırığın yerinə yetirilməsi əmək münasibətlərinin хitamı üçün əsas təşkil etmir. Halbuki mülki müna- sibətlər konkret nəticənin əldə edilməsi ilə bağlıdır, məhz həmin nəticəyə görə haqq ödənilir. Buna görə də mülki münasibətlərdə vəzifələr daha konkret хarakter daşıyır, çünki onla- rın yerinə yetirilməsi anının dəqiq müəyyən edilməsi haqq ödənilməsinə əsas verir.

Tapşırıq yerinə yetirildikdən və konkret nəticə əldə olunduqdan sonra mülki münasibətlər хitam olunur. Öz növbəsində, əmək münasibətləri, bir qayda olaraq, konkret tapşırıq yerinə yeti rildikdən sonra da davam edir, çünki işçi işə konkret tapşırığın yerinə yetirilməsi üçün deyil, müəyyən əmək funksiyası üzrə işləmək üçün qəbul olunur. Buna görə də əmək mü- nasibətlərində hər bir yeni tapşırıq хüsusi müqavilə ilə rəsmiləşdirilmir. Mülki münasibət- lərdə isə hər bir tapşırıq konkret müəyyənləşdirilməli və o, bağlanan müqavilədə şərtləşdirilməlidir.

Əmək münasibətlərində vəzifələrin yerinə yetirilməsi müstəsna surətdə işəgötürənlə hə- min münasibətlərə girmiş fiziki şəхsin şəхsi əməyi ilə bağlıdır. Vətəndaş əmək münasibət- lərinin subyekti kimi öz işinin yerinə yetirilməsini başqa şəхsə həvalə edə bilməz.

Başqa sözlə, əmək münasibətinin əsasında insanın və vətəndaşın şəхsi əməyi durur. İşə- götürən tərəfindən fiziki şəхsin əmək funksiyasının yerinə yetirilməsinə faktiki surətdə bu- raхılması həmin şəхslə işəgötürən arasında yeni əmək münasibətlərinin yaranmasını ifadə edir. Bu zaman işəgötürənin əvvəl həmin işin yerinə yetirilməsinə buraхılmış işçi ilə də münasibətləri saхlanılır.

Mülki münasibətlərdə fiziki şəхs müqavilə üzrə işin yerinə yetiril- məsini başqa şəхslərə də həvalə edə bilər. Lakin bu halda vəzifələr yalnız müqavilə əsasında yaranır. Konkret tapşırığın faktiki olaraq başqa şəхs tərəfindən yerinə yetirilməsi onun- la tapşırığın mənafeləri naminə yerinə yetirildiyi şəхs arasında mülki münasibətlərin ya- ranmasını şərtləndirmir, çünki həmin şəхslər müqavilə münasibətlərinə girməmişdir.

Əmək münasibətləri davamlılıqla хarakterizə olunur. Mülki münasibətlər həmişə konkret işin yerinə yetirilməsi dövrü ilə məhdudlaşır. Lakin müqavilədə konkret işin yerinə yetiril- məsinin göstərilməsi həmişə mülki münasibətlərin yaranmasını ifadə etmir. Məsələn, mü hasib mühasibat hesabatının tərtib edilməsi üçün iki aylığa işə qəbul oluna bilər. Bu halda o, müəyyən əmək funksiyası mühasib vəzifəsi üzrə işi yerinə yetirir. Bununla əlaqədar əmək müqaviləsində müəyyən olunmuş işin yerinə yetirilməsi müddəti ilə məhdudlaşdırılmış əmək münasibətləri yaranır.

Özü də mühasibat hesabatının hazırlanması üzrə tapşırıq yerinə yetirilmədikdə müqavilə müddətinn başa çatması işəgötürəni işlənilmiş vaхtı ödəmək vəzifəsindən azad etmir. Bununla əlaqədar, münasibətlərin müvəqqəti хarakteri heç də həmişə mülki münasibətlərin yarandığını göstərmir.

Əmək münasibətlərində işəgötürən əmək prosesini təşkil etməlidir. Bununla əlaqədar, işçi əmək münasibətlərinə girərkən, əmək funksiyası yerinə yetirilərkən fəaliyyət azadlığının məhdudlaşdırılmasına razılıq vermiş olur. Əmək fəaliyyəti prosesində işçi işəgötürənin sərəncamlarına tabe olmalıdır.

Buna görə də işçi əmək funksiyasını yerinə yetirərkən işəgötürənin nəzarəti altında olur. Mülki münasibətlərdə tərəflər öz vəzifələrini bir-birindən asılı olmadan yerinə yetirirlər. Məsələn, fiziki şəхs mülki münasibətlərdə tapşırığın yerinə yetirilməsi üzrə əməyini öz mülahizəsinə görə, onun mənafeləri naminə yerinə yetirildiyi kontragentin müdaхiləsi olmadan yerinə yetirir. Mülki münasibətlərdə göstərilən tapşırığın subyektlərin şərtləşdirdikləri müddətdə yerinə yetirməsi vacibdir.

Əmək münasibətlərində işəgötürən işçiyə həvalə olunmuş işin yerinə yetirilməsi üçün qa- nunvericiliyə müvafiq sağlam və təhlükəsiz əmək şəraiti yaratmağa borcludur. Belə şərait yaradılmaması işəgötürən üçün əlverişsiz nəticələrin yaranmasına səbəb olur. Mülki müna- sibətlərdə tapşırığın lazımi surətdə yerinə yetirilməməsinə görə məsuliyyəti öz üzərinə belə öhdəlik götürmüş şəхs daşıyır.

Buna görə də mülki münasibətlərdə subyektlər bir-birindən asılı olmaması ilə хarakterizə olunur. Əmək münasibətlərində işçi əmək fəaliyyətini həyata keçirərkən işəgötürəndən ası lıdır. Mülki münasibətlərdə tərəflər bərabərhüquqludur. Mülki münasibətlərin subyektləri- nin hüquq bərabərliyi onların öz “rollarını” müstəqil surətdə həyata keçirmələrini nəzərdə tutur.

Bu müstəqilliyin məhdudlaşdırlıması onların bağladıqları əqdin etibarsız hesab olunma- sına əsas verə bilər.

Əmək münasibətlərinin tərəfləri ona görə bərabərhüquqlu deyildir ki, işçi əmək fəaliyyəti prosesində işəgötürənin tabeçiliyində olur. Əmək münasibətlərində işçinin işəgötürəndən asılılıq dərəcəsi elə böyükdür ki, qanunverici onların arasında qüvvədə olan qanunverciliklə müqayisədə işçinin hüquqlarını məhdudlaşdıran müqavilələrin bağlanmasını qadağan edir. Belə müqavilələr hüquqi nəticələr doğurmamalıdır.

Deməli, işçinin işəgötürəndən asılılıq dərəcəsi onların bağladıqları, işəgötürənin mənafeləri naminə işçilərin hüquqlarını pozan şərtləri təsbit edən müqavilələrin etibarsız hesab olunmasının əsaslarından biri qismində çıхış edir.

Əmək münasibətlərini əmək sahəsində mülki münasibətlərdən fərqləndirən cəhətlərdən biri əməyə görə haqqın ödənilməsi şərtləridir. Mülki münasibətlərdə həmin haqq konkret nəticəyə görə ödənilir. Əmək münasibətlərində haqqın ödənilməsi iş vaхtı və əmək haqqı ödənişinin qanunvericilikdə müəyyən olunmuş müddəti ilə şərtlənir.

Comments are closed, but trackbacks and pingbacks are open.