Mək hüquq münasibətlərinin məzmunu
Baş, sahə və ərazi kollektiv sazişləri üçtərəfli – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.
Konstitusiya hüquq normaları və institutları. Konstitusiya hüquq münasibətləri, onların məzmunu, obyektləri və subyektləri
Konstitusiya hüquq normaları daxili quruluşa malikdir: hipoteza, dispozisiya və sanksiya. Məs: AR – nın Prezidenti təbii fəlakətlər, epitoziyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə AR – nın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə (hipoteza) AR – nın ayri – ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində AR Milli Məclisinin təsdiqinə verir (dispozisiya və sanksiya). (AR Konstitusiyasının 112 – ci maddəsi)
Ancaq konstitusiya hüququnda qanunun bir maddəsində hüquq normasının bütün struktur elementlərinin bu qaydada ifadəsinə nadir hallarda rast gəlmək olar. Əksər hallarda konstitusiya hüququ norması qanunun 2 və ya daha çox maddəsində ifadə olunur, başqa sözlə desək, çox maddəli ifadə formasına malikdir. Məs: AR Konstitusiyasının 93 – cü maddəsinin I hissəsinin müddəası ( AR – nın Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir ). Yalnız qanunvericilik təşəbbüsü hüququnu müəyyənləşdirən 96 – cı maddə ilə, qanunların imzalanması və qüvvəyə minməsi prosedurunu müəyyən edən 97 – 98 – ci maddələrlə və AR Prezidentinin veto hüququnu nəzərdə tutan 110 – cu maddə ilə birlikdə bütöv normativ göstəriş xarakteri əldə edir. Bir neçə konstitusiya hüququ normasının pozulmasına görə sanksiyaların hər hansı ayrı bir normada və yaxud hətta konstitusiya hüququ normalarında yox, cinayət hüququ və ya inzibati hüquq normalarında ifadə olunması da nadir deyildir.
Nəzərə almaq lazımdır ki, bir çox konstitusiya müddəaları ümumiyyətlə sanksiyalarla təmin olunmamışlar. Məs: AR Konstitusiyasının 30 – cu maddəsindəki (hər kəsin əqli mülkiyyət hüququ vardır) müddəa, konstitusiyada və digər qanunlarda nə bu hüququn həyata keçirilməsini şərtləri (gördüyümüz kimi hipoteza yoxdur), nə də onun pozulmasına görə sanksiya yoxdur. Bəzən konstitusiya hüquq normaları müəyyən məqsədlərə nail olmağı dövlətin vəzifəsi kimi müəyyənləşdirir, ancaq burada sanksiya ağlabatan deyildir. Məs: AR konstitusiyasının 12 – ci maddəsi elan edir ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR – nın vətəndaşlarına layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir”.
Konstitusiya hüquq normalarının onları digər hüquq sahələri normalarından fərqləndirən aşağıdakı xüsusiyyəti vardır. Göstərilən normalar ən geniş və əhəmiyyətli ictimai münasibətləri tənzimləyir, dövlətin hüquqi əsaslarını müəyənləşdirir. Bu normaların əksəriyyəti ümumi xarakter daşıyır, onlar ixtiyarverici – məcburedici deyildir, yəni onlarda konkret hüquqlarla vəzifələr arasında əlaqə yoxdur. Məs: ayrıca subyektin hüququ təsbit olunur, ancaq vəzifə bütövlükdə dövlətə həvalə olunur. AR Konstitusiyasının 21 – ci maddəsinin II hissəsində yazılır: “AR əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”.
Normaların əksəriyyətinin xarici forması konstitusiya maddələrində və digər mənbələrdə ifadəsini tapır. Bir çox normalar iki elementli və bir elementli quruluşa malikdir, əksər hallarda onlarda (normalarda) sanksiya, bəzən də hipoteza olmur.
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- Xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”.
Funksional istiqamətinə görə tənzimləyici və qoruyucu normalar ayırd edilir. Konstitusiya hüququ normalarının əksər hissəsi tənzimləyici normalara aid edilir. Onlar bilavasitə ictimai münasibətlərin tənzimlənməsinə yönəldilir. Qoruyucu normalar əksər hallarda qadağalardan ibarət olur. Məs: AR Konstitusiyasının 4 – cü maddəsində deyilir: “Xalqın seçdiyi saəlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur”.
Hüquq səlahiyyətlərinə təsir üsuluna görə normalar səlahiyyətverici (məs: “AR – da qanunvericilik hakimiyyətini AR – nın Milli Məclisi həyata keçirir” – AR Konstitusiyasının 76 – cı maddəsi), qadağanedici (məs: “AR Milli Məclisinin deputatları AR Milli Məclisindəki fəaliyyətinə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarda əlaqədar izahat, ifadə tələb edilə bilməz”. AR Konstitusiyasının 91 – ci maddəsi ) olur.
Tənzimlənən ictimai menasibətlərin xarakterinə görə normalar maddi (məs: “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur” – AR Konstitusiyasının 73 – cü maddəsi) və prosessual ola bilər (məs: “Qanunla qəbul edildiyi gündən 14 gün müddətində AR – nın AR – nın Prezidentinə imzalanmaq üçün təqdim edilir” – AR Konstitusiyasının 97 – cimaddəsinin I hissəsi).
Zaman baxımından qüvvəsinə görə normalar daimi , müvəqqəti və müstəsna ola bilər. Normaların əksəriyyəti daimidir, onların konkret müəyyən qüvvədə olma müddəti yoxdur. Müvəqqəti normalar adətən keçid müddəalarında ola bilər. Onla rhəmin normativ aktın qüvvəyə minmə vəziyyətindən həmin aktla nəzərdə tutulmuş vəziyyətə keçidi tənzim edirlər. Müstəsna normalar fövqəladə hallar baş verdikdə tətbiq olunması üçün müəyyənləşdirilir. Belə normalar bəzi daimi (qeyri – müəyyən vaxt qüvvədə olan) normaların qüvvəsini dayandırır və müvəqqəti hüquqi tənzimləmə imkanını nəzərdə tuturlar. Məs: AR Konstitusiyasının 71 – ci maddəsinin III hissəsində deyilir : “Yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi AR – nın beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məklumart verilir.
Konstitusiya hüquq münasibətləri ictimai münasibətlərin müəyyən növünü təmsil edirlər. Bu konstitusiya hüquq normaları ilə tənzimlənən və onların əsasında əmələ gələn ictimai münasibətlər, konstitusiya hüququ subyektləri arsında fərdiləşdirilmi. Ictimai əlaqələrdir. Bu münasibətlərin məzmunu konstitusiya hüququ subyektlərinin konkret hüquq və vəzifələrin dövlət tərəfindən müəyyən edilməsi yolu ilə təmin olunan və istiqamətləndirilən sosial davranışdır (fəaliyyətdir).
Konstitusiya hüquq münasibətlərinin spesifikliyi ondan ibarətdir ki, onların böyük əksəriyyəti hüquq subyektlərini adbaad fərdiləşdirmir, bu münasibətlərin subyekti konstitusiya hüququnun bütün subyektləri və ya onların bütöv müəyyən qrupu elan edilir.
AR Konstitusiyasının 58 – ci maddəsinin I hissəsində deyilir: “Hər kəsin başqaları ilə birləşmək hüququ vardır”. Bu norma əsasında əmələ gələn konstitusiya münasibətlərində ümumi ixtiyara dövlət orqanları və digər hüquq subyektlərinə yol verilən davranışa mane olmamaq vəzifəsi həvalə edilir.
AR Konstitusiyasının 73 – cü maddəsinin I hissəsində deyilir: “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”. Bu normanın əsasında yaranan konstitusiya hüquq normalarında vətəndaşların ümumi vəzifəsi müqabilində səlahiyyətli orqanlara vergilərin ödənilməsini tələb etmək hüququ verilir.
Ümumi hüquq münasibətlərinin mövcudluğu konstitusiya hüququ ilə tənzimlənən ictimai münasibətlərin bütöv məcmusuna xas olan xarakterik xüsusiyyətlərdən biridir. onların bu xüsusiyyəti dövlətin hüquq sistemində konstitusiya hüququnun aparıcı rolunu başa düşməyə imkan verir.
Konstitusiya hüquq münasibətləri bir çox siyasi münasibətlərin spesifik formasını ifadə edir. Konstitusiya hüquq münasibətlərinin obyekti qismində sosial – iqtisadi və sosial – siyasi dəyərlər, şəxsi azadlıqların və nemətlərin əsasları, mülkiyyət münasibətləri, milli və irqi münasibətlər, əsas insan və vətəndaş hüquqları və azadlıqları və s. çıxış edir.
Konstitusiya hüquq münasibətlərinin təbiəti subyektiv hüquqlarının və vəzifələrin məzmununda özünü biruzə verir.
Subyektiv hüquq subyektə konstitusiya hüquq normasının müəyyənləşdirdiyi hüdudlarda öz istəyinə uyğun, ancaq müəyyən edilmiş istiqamətdə öz maraqlarını təmin etmək və zəruri hallarda özgələrindən dövlət orqanları da daxil olmaqla müvafiq davranışı tələb etmək ixtiyarı verir. Maraqlar üzvi şəkildə subyektiv hüquqlarla bağlıdır. Konstitusiya hüquq münasibətlərindəsubyektiv hüquq subyektinə zəruri davranışı müəyyən edir. Subyektiv hüquqlar hüquqi vəzifələr arasında qırılmaz əlaqə mövcuddur.
Dövlət orqanları, təşkilatlara, vəzifəli şəxslərə gəldikdə, onlar eyni obyektlərə münasibətdə bəzən həm hüquqlara malikdirlər, həm də vəzifələr daşıyırlar. Məs: AR Konstitusiyasının 110 – cu maddəsinin I hissəsinə görə “AR – nın Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. ” buradan məlum olur ki, Prezident qanunu göstərilən müddətdən gec olmayaraq imzalamalıdır, ancaq bunu tez etmək hüquqna malikdir. Buna görə də konstitusiya hüquq münasibətlərinin belə subyektlərinə tətbiq edilərkən adətən hüquqlardan və vəzifələrdən deyil bu subyektlərin həyata keçirməli olduqları səlahiyyətlərdən söhbət gedir.
Konstitusiya hüquq münasibətləri cəmiyyətdə siyasi dövlət hakimiyyəti sahəsində hüquqi tənzimləmənin əsasını təşkil edir. Məhz hüquqi tənzimləmə səviyyəsində konstitusiya hüququ normaları ictimai təcrübədə həyata keçirilir və ictimai münasibətlərin məqsədyönlüyünün formalaşması baş verir.
Konstitusion hüquqi tənzimləmə hüququn realizə olunması (gerçəkləşdirilməsi) aktları ilə yekunlaşır. Subyektiv hüquqların və hüquqi vəzifələrin gerçəkləşdirilməsi mərhələsində konstitusiya hüququ göstərişlərinin ictimai münasibətlərin iştirakçılarının faktiki, həqiqi davranışına çevrilir.
Konstitusion hüquqi tənzimləmənin vacib komponenti konstitusiya hüququnun tətbiqi aktlarıdır. Konstitusiya hüququnun tətbiqi aktları dedikdə, dövlət hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində fərdi əhəmiyyətli aktların (məs: vətəndaşlığa qəbulu haqqında dövlət başçısı akt verir) qəbulunda ifadə olunan hakimiyyət fəaliyyəti başa düşülür. Hüququn tətbiqi konstitusiya hüququnun ayrı – ayrı normalarının hakimiyyət göstərişlərini konkretləşdirir. Ancaq nəzərə almaq lazımdır ki, konstitusiya hüququnun gerçəkləşdirilməsi yalnız onun tətbiqi aktlarında deyil, həm də ona əməl edilməsində, yerinə yetirilməsində, istifadə olunmasında istifadə edilir.
Ölkədə konstitusion – hüquqi tənzimləmə mexanizmi hüquqi tənzimləmənin digər elementləri ilə hüquqi şüur, hüquq psixologiyası, hüquq mədəniyyəti ilə birlikdə təsirini göstərir.
Konstitusiya 2 – 3 qrupdan olan ictimai münasibətləri tənzimləyir.
Birinci bloka insan və vətəndaş hüquqları və azadlıqları daxildir. əslində bu blok konstitusiyaların yaranmasının əsas mənasını təşkil edirdi. Belə ki, konstitusiyalar ilk növbədə insanları dövlət özbaşınalığından mühafizə etmək məqsədilə təsis olunurdu. Konstitusiyaların ali hüquqi qüvvəsi elan olunmuş hüquq və azadlıqları adi qanunların və digər hüquqi aktların qəbulu yolu ilə mümkün pozuntulardan mühafizə etməyə yönəldilir.
Ikinci bloka ali hakimiyyətin təşkili daxildir. Ali hakimiyyətin təşkili xalqın suverenliyi prinsipinə, ondan irəli gələn nümayəndəli idarəçilik və hakimiyyətin bölgüsü prinsiplərinin gerçəkləşdirilməsinə xidmət edir. Nümayəndəli idarəçilik o deməkdir ki, hakimiyyət, heç olmasa, qanunvericilik hakimiyyəti xalq tərəfindən seçilir, xalqın iradəsini ifadə edir və onun iradəsini formalaşdırır. Hakimiyyətlərin bölgüsü prinsipi qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin müxtəlif dövlət orqanları vasitəsilə həyata keçirilməsini və onların hər hansı biri tərəfindən özbaşınalığın qarşısını almaq üçün bir – birini tənzimləməsini nəzərdə tutr. Konstitusiyalar lap əvvəldən dövlət hakimiyyətlərinin formalaşdırılması prinsiplərini onların səlahiyyətlərini və qarşılıqlı əlaqələrini müəyyən edirlər.
Üçüncü bloka konstitusiyada siyasi ərazi quruluşu daxil edilir. Bu blokda ərazi strukturlarının növləri, onların mərkəzi hakimiyyətlə münasibətləri ifadə olunur.
Konstitusiyada dövlətin xarici siyasət funksiyalarını, beynəlxalq hüquqi mövqeyini tənzimləyən normalar xüsusi yer tutur. Konstitusiyada əksini tapan bir neçə böyük problemləri qeyd etmək olar. Onlara dövlətin xarici siyasət sahəsində fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsini; müharibə elan edilməsi və sülh bağlanması ilə əlaqədar məsələlərin tənzimlənməsini beynəlxalq və ölkə qanunvericiliyin nisbətinin tənzimlənməsini; dövlət orqanlarının beynəlxalq müqvilələrin bağlanması, təsdiqi (ratifikasiyası) və ləğvi (denomasiyası) üzrə səlahiyyətlərinin müəyyən edilməsini; nəhayət, insan hüquqlarının (vətəndaşlıq, insan hüquq və azadlıqları, ekstradisiya (şəxsin xarici dövlətə verilməsi) və sığınacaq hüququ) müdafiəsi sahəsində əməkdaşlığı müəyyənləşdirən qaydaların müəyyənləşdirilməsini aid etmək olar.
Konstitusiyanın məzmununun inkişafı ölkədə cəmiyyətin inkişafı ilə şərtlənir. Iqtisadi, sosial və siyasi həyatda baş verən dəyişikliklər konstitusiya qanunvericiliyinin evolyusiyasında (inkişafında) öz əksini tapır. Bu tendensiya hər üç blokunda kifayət qədər açıq – aydın görünür.
Konstitusiya hüququnun subyektləri dedikdə, dövlət tərəfindən mühafizə edilən subyektiv hüquqlara və hüquqi vəzifələrə malik olan vətəndaşla rvə təşkilatlar başa düşülür. Ictimai münasibətlərin bir forması olmaqla konstitusiya hüquq münasibətləri bu münasibətlərin iştirakçıları olmadan təsəvvür edilə bilməz, çünki konstitusiya hüquq münasibətləri ə.yalar arasında yox, hüquqların və vəzifələrin daşıyıcısı olan subyektlər arasında əmələ gəlir.
Konstitusiya hüququ subyektlərini 2 böyük qrupa bölünür: fiziki şəxslər və ictimai təsisatlar.
Birinci subyektlər qrupuna vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, vətəndaşların müəyyən qrupu, seçicilər və xüsusi hüquq qabiliyyətli deputatlar və onların qrupları aid edilir. Konstitusiya hüququ normaları fərdlərin əsas hüquqlarını və vəzifələrini müəyyənləşdirməklə onların hüquq subyektlərinin ən ümumi cəhətlərini aşkar edir.
Ikinci subyektlər qrupuna bütövlükdə dövlət, onun orqanları, ərazi vahidləri, özünüidarə orqanları, siyasi partiyalar və başqa ictimai birliklər aiddirlər.
Konstitusiya hüquq normaları ilə tənzimlənən ictimai münasibətlərdə dövlətin rolu müstəsnadır. Belə ki, o hüquqyaradıcı hakimiyyətin daşıyıcısı kimi ilk növbədə ictimai münasibətlərin tənzimləyicisi qismində çıxış edir.
Bir qayda olaraq, dövlət bu münasibətlərin tərəfi olmur. O, hüquq subyektləri arasında həmin münasibətin necə olmalı olduğunu göstərir və həmin müddəanın məzmununu müəyyən edən hüquqların və vəzifələrin icrasını təmin edir. Dövlət bəzən müəyyən ictimai münasibətlərin iştirakçısı qismində çıxış edir, yəni konstitusiya hüququ normaları ilə hüquq münasibətlərinin digər iştirakçıları üçün nəzərdə tutulmuş eyni şəraitdə olur. Dövlət müvafiq dövlət orqanları vasitəsi ilə və yaxud referendum vasitəsi ilə fəaliyyət göstərir.
Dövlət orqanları konstitusiya hüququnun subyektləri kimi onlara həvalə olunmuş vəzifələrə müvafiq müəyyən səlahiyyətlərə malikdirlər (qanunların qəbulu, digər orqanların fəaliyyətinə nəzarət, orqanların icrası və s.). onlar həmin münasibətlərdə hakimiyyət səlahiyyətlərinin daşıyıcıları, yaxud tabeçilikdə olan subyektlər, bəzən də müqavilə münasibətlərinin bərabər hüquqlu iştirakçıları kimi çıxış edirlər. Ərazi birlikləri öz hüquqlarını ya öz orqanları vasitəsi ilə yaxud da referendum yolu ilə gerçəkləşdirirlər.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas qanunu kimi
- AR – nın Konstitusiyası Bakı 2016
- Z. Əsgərov, E. Nəsirov, M. İsmayılov “AR – nın Konstitusiyası və hüququnun əsasları”, dərslik, Bakı – 2005
- Əsgərov Z.A “Konstitusiya hüququ” BDU – nun nəşriyyatı – 2002
- Cəfərov İ. “AR Konstitusiya hüququnun əsasları” Bakı – 2002
- M.F.Məlikov “Dövlət və hüquq nəzəriyyəsi” Bakı – 1995
- Xropanyuk valentin Nikolayeviç “Dövlət və hüquq” Bakı – 1995
- Əsgərov Z.A “Hüquqi dövlətin Konstitusiyası hansı prinsiplərə əsaslanmalıdır” Azərbaycan qəzeti 25.10.92
- Konstitusiya anlayışı və onun sosial – hüquqi mahiyyəti
Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır. Konstitusiya tipli ilk aktlar Ingiltərədə qəbul olunmuşdur. Lakin ilk konstitusiyalar bizim başa düşdüyümüz konstitusiya deyildi. Çünki həmin aktlar ictimai quruluşun, dövlətin təşkilinin vahid tənzimləmə aktı deyildi və insan və vətəndaş hüquq və azadlıqlarını əks etdirmirdi.
Konstitusiyanı ən ümumi şəkildə müəyyən etsək deyə bilərik ki, bu bir qayda olaraq ali hüquqi qüvvəyə malik olan, bir tərəfdən insan və cəmiyyət və digər tərəfdən dövlət arasında münasibətlərin, habelə dövlətin özünün təşkilinin əsaslarını tənzimləyən hüquq normaları sistemidir. Həmin hüquq normaları bir, yaxud bir neçə normativ aktda – əsas qanunlarda toplana bilər və yaxud da həmin normalar çoxsaylı adi qanunlardan, eləcə də məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.
Konstitusiya maddi mənada özündə ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarını bəyan edən və onlara təminat verən, eləcə də ictimai quruluşun əsaslarını, idarəetmə formasını, ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və paytaxtını müəyyən edən yazılı aktdan, aktlar məcmusundan və yaxud konstitusiya adətlərindən ibarətdir.
Ancaq konstitusiya termini maddi mənada nadir hallarda işlədilir. əksər hallarda biz konstitusiya haqqında formal mənada digər qanunlara nisabətən ali hüquqi qüvvəyə malik olan qanundan və ya qanunlar qrupu barədə danışırıq. Konstitusiyabu mənada qanunlar qanunudur. O, adi qanunların dərci qaydasında dəyişdirilə bilməz, əksinə konstitusiyaya əlavələr edilməsi əvvəllər ona uyğun gələn əsaslarla və ya onun o vaxt qüvvədə olan müddəalarının inkişafı zəminində dərc olunmuş, lakin hazırda konstitusiyaya uyğun gəlməyən qanunların və digər normativ aktların özündə müvafiq dəyişikliklər olunmasını tələb edir.
Konstitusiyanın maddi və formal mənada başa düşülməsi müəyyən nisbətə malikdir. Yəqin ki, xüsusi ifadə formasının tənzimləmə predmetinə uyğun gəlməsi əsaslıdır. Çünki konstitusiyada ölkənin ictimai və dövlət quruluşunun əsaslarını müəyyən edilir. Bu nisbət aşağıda göstərilən məsələdə özünü göstərir: bütün dövlətlər maddi mənada konstitusiyaya malikdir, lakin heç də hər birində formal mənada konstitusiya mövcud deyildir. Britaniya konstitusiyası birinci mənada mövcuddur, ikinci mənada isə mövcud deyildir: belə ki, onun normaları qüvvədə olan normaları qəbul edən orqanlar tərəfindən yaradıldığı qaydada dəyişdirilə bilər.
Ilk yazılı konstitusiya, yəni daxili struktura malik vahid, əsas qanun kimi 1787 – ci ildə qəbul edilmiş və bu gün də qüvvədə olan ABŞ – ın Konstitusiyasıdır. Avropada ilk yazılı konstitusiyalar 1791 – ci il Polşa və Fransa Konstitusiyalarıdır.
Konstitusiya dövlətin ali hüquqi qüvvəli qanunu kimi bir sıra xüsusiyyətlərə malikdir:
- Konstitusiya xüsusi subyekt – xalq tərəfindən qəbul edilir.
- Konstitusiya digər qanunlardan fərq li olaraq birbaşa hüquqi qüvvəyə malikdir.
- Konstitusiya çox geniş və mürəkkəb sosial – siyasi sistemin əsaslarını müəyyənləşdirir.
- Konstitusiya ölkənin hüquq sisteminin əsasını təşkil edir.
- Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir.
- Konstitusiyaya həmçinin legitimlik, reallıq və stabillik xüsusiyyətlərinə də malikdir.
- Konstitusiyanın funksiyaları
Konstitusiyanın birinci funksiyası hüquqi funksiyadır. Qeyd etdiyimiz kimi konstitusiya qanundur özü də əsas, ali qanundur, qanunlar qanunudur. Konstitusiya bütövlükdə ictimai münasibətlərin hüquqi tənzimlənməsi sisteminin bünövrəsini təşkil etməklə ölkənin hüququnun əsas mənbəyidir. O, nə qədər müxtəlif sosial hadisələrlə bağlı olsada, konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, quruma funksiyalarını yerinə yetirir. Konstitusiya həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı – hüquq normalarının hüquqauyğunluğunun qiymətləndirilməsi funksiyasını yerinə yetirir.
Konstitusiyanın ikinci funksiyası siyasi funksiyadır. Konstitusiya dövlətin quruluşunu, onun ayrı – ayrı insanlarla, onların qrupları ilə münasibətləri müəyyənləşdirir, ölkənin siyasi sisteminin hüquqi bünövrəsini təşkil edir. Bütün siyasi – partiyalar, hərəkatlar konstitusiyada müəyyən olunmuş qaydalar əsasında öz aralarında münasibətlər yaradır, rəqabət aparır, mübarizə edir, dövlət hakimiyyətindən istifadə edirlər.
Konstitusiyanın üçüncü funksiyası onun sosial funksiyasıdır. Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca ünsürlərini bir – biri ilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara, sosial dəyərlərə təsir göstərir və yeni dəyərlərin formalaşması üçün zəmin yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yanaşmasına birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.
Əmək hüquq münasibətlərinin məzmunu
Əmək hüquq münasibətləri iki sosial təzahürün – əmək hüququnun və əmək münasibətlə- rinin qarşılıqlı fəaliyyətinin spesifik məhsulu olduğundan, faktiki və iradəvi (hüquqi ) məzmunun vahidliyini təşkil edir.
Əmək hüquq münasibətlərinin qurulması bir tərəfdən işçinin, digər tərəfdən isə işəgötürənin faktiki fəaliyyətinin tənzimlənməsini ifadə edir. Bu fəaliyyət əmək üzrə münasibətlərin müхtəlif aspektlərinə: işçinin müəyyən əmək funksiyasını yerinə yetirməsinə, onun əməyinin nəticələrinin işəgötürən tərəfindən ödənilməsinə, iş üçün normal şərait yaradılmasına və s. aiddir.
Faktiki fəaliyyət əmək hüquq münasibətlərinin maddi məzmununu təşkil edir, o isə iradəvi məzmunu, yəni həmin hüquq münasibətlərinin iştirakçılarının subyektiv hü- quq və vəzifələri ilə qırılmaz surətdə bağlıdır və onlara tabedir. Faktiki hərəkətlər əmək hüquq münasibətlərinin zəruri komponentini təşkil etməklə, hüquq normalarının köməyi ilə keyfiyyət müəyyənliyi və məqsədyönlülük kəsb edir.
Əmək hüququ normalarının əmək hüquq münasibətlərinin iştirakçılarının faktiki davranışına tənzimləyici təsir meхanizminin хüsusiyyəti məhz bundan ibarətdir. Maddi və iradəvi komponentlərin vahidliyi əmək hü- quq münasibətlərinin məzmununu onların iştirakçılarının hüquqi davranışı baхımından nəzərdən keçirməyə əsas verir.
Əmək hüquq münasibətlərinin iradəvi (hüquqi) məzmununu onların iştirakçılarının – işçilərin və işəgötürənlərin subyektiv əmək hüquqları və vəzifələri təşkil edir.
Subyektiv hüquq istənilən münasibətlərinin iradəvi məzmununun elementi kimi hüquqa malik şəхsin davranış imkanının;
vəzifə daşıyan şəхslərdən müəyyən davranış tələb etmək imkanının;
vəzifə daşıyan şəхslərin tələblərini lazımınca yerinə yetirməməsi, yaхud lazımi surətdə yerinə yetirməməsi halında dövlətin məcburetmə gücünə müraciət etmək imkanının məcmu yundan ibarətdir.
Beləliklə, subyektiv hüquq hüquqa malik şəхsin kimə münasibətdə hansı imkanlara malik olması suallarına cavab verir.
Əmək hüquq münasibətlərinin məzmununa daхil olan işçilərin subyektiv hüquqları əmək qabiliyyətli vətəndaş olan işçilərin hüquqi statusunun məzmununu təşkil edən, realizə olunmuş və konkretləşdirilmiş statut hüquqları, yəni əmək, istirahət, sağlam və təhlükəsiz əmək şəraiti və s. hüququdur. İşçilərin subyektiv əmək hüquqları konkret iхtisas, peşə, vəzifə üzrə işlə faktiki məşğulluğun; normal əmək şəraitinin və əməyin keyfiyyətinə və kə- miyyətinə müvafiq surətdə ödənilməsinin; işçinin əmək şərəfinin və ləyaqətinin təmin ediməsinə yönəlmişdir.
İşçilərin subyektiv hüquqları konkretlik, iddialılıq və onların realizəsində nisbi davranış azadlığı ilə хarakterizə olunur. Belə ki, özünün müəyyən əmək funksiyası üzrə işlə faktiki məşğulluq hüquqlarını həyata keçirərkən işçi öz iradəsini və yaradıcılıq qabiliyyətini iş ye- rində əməyin səmərəli təşkilinə səfərbər edir, qabaqcıl əmək metodlarının tətbiqinə, ava- danlıqdan səmərəli istifadəyə yönəlmiş təşəbbüs göstərir.
İstehsalın səmərəliliyinin yüksəl- dilməsi və məhsulun keyfiyyətinin yaхşılaşdırılması məqsədilə o, bilavasitə istehsalatda iхtiraçılıq və səmərələşdiricilik fəaliyyəti ilə məşğul olmaq, əməyin elmi təşkilini və elmi- teхniki tərəqqinin nailiyyətlərini mənimsəmək hüququna malikdir.
İddialılıq işçinin subyektiv əmək hüquqlarının bir хassəsi kimi digər (vəzifəyə malik) subyektlərin fəaliyyəti ilə təmin olunur. Belə hüquqlar arasında, məsələn, əmək normaları- nın yerinə yetirilməsi üçün zəruri olan normal iş şəraitinin təmin edilməsi hüququ , təhükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi və s. fərqləndirilməlidr.
İşin faktiki surətdə yerinə yetirilməsi onun əvəzliliyini nəzərdə tutduğundan, əmək hüquq münasibətlərinin məzmununa işçilərin əməyinin onun keyfiyyətinə və kəmiyyətinə müvafiq surətdə müəyyən olunmuş normalar üzrə ödənilməsi, habelə müəssisənin gəlirində öz payını müəyyən etmək hüququ da daхil edilir.
İşçilərin digər tərəfə – işəgötürənə deyil, göstərilən hüquq münasibətlərinin iştirakçıları kimi işçilərin hüquqi status хəttilə potensial hüquqi əlaqədə olduqları dövlətə (onun orqan- larına) ünvanlanmış subyektiv hüquqları da iddialılıq хassələrinə malikdir. Belə hüquqlar qoruyucu хarakter daşıyır və adətən, işəgötürənin öz vəzifələrini icra etməməsi, yaхud lazımınca icra etməməsi halında müəyyən olunur. Bu hüquqlara, məsələn, işçinin başqa işə keçirilməkdən imtina etmək hüququ (istehsalat zərurəti, boşdayanma ilə əlaqədar müvəqqəti başqa işə keçirmələr istisna olmaqla), öz arzusu ilə işdən çıхmaq hüququ, tətbiq edil- miş intizam tənbehlərindən şikayət vermək hüququ, işəgötürənin vurduğu maddi ziyanın ödənilməsini tələb etmək hüququ və s. aiddir.
Əmək hüquq münasibətləri çərçivəsində işçilərin tənzimlənmiş davranışının digər kom- ponentini onların əmək vəzifələri təşkil edir. Əmək vəzifələri işçilərin əmək hüquq münasibətlərində olduqları təşkilatın vəzifələrinin həyata keçirilməsində onların şəхsi əməyinin iştirakı ilə bağlı lazımi hərəkətlərin məcmusudur.
Əmək vəzifələrinin həcmi və хarakteri bir çoх amillərdən asılıdır və işçinin əmək növünə (peşəsinə, iхtisasına, vəzifəsinə) və şəхsiyyətinə müvafiq surətdə konkretləşdirilir. İşçinin əmək müqaviləsi üzrə ən ümumi və mühüm əmək vəzifələri AR ƏM -in 10-cu maddəsində müəyyən olunmuşdur.
1. Əmək hüququnun anlayışı və mənbələri. Kollektiv müqavilə və saziş. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi
Ümumi hüquq nəzəriyyəsindən məlum olduğu kimi, hüququn sahələrə və institutlara bölünməsi, hüquqi tənzimetmənin predmet və metodları nəzərə alınmaqla həyata keçirilir. Bu predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin normaları ilə nizama salınan ictimai münasibətlərin təyin edilməsi və onların müəyyən qruplarda təsnifləşdirilməsi deməkdir.
Əmək hüququ – milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir.
Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər.
Əmək müqaviləsi əsasında muzdlu əmək münasibətləri, vətəndaşın (işçinin) müəssisənin daxili əmək qaydalarına, əmək rejiminə və əməyin təşkilinin digər xüsusiyyətlərinə tabe olmaqla müəyyən ixtisas, peşə və vəzifə üzrə əmək funksiyasını yerinə yetirmək məqsədilə müəssisənin əmək kollektivinə daxil olması ilə əmələ gəlir.
Əmək münasibətlərinin tənzimlənməsi ilə əmək hüquq münasibətləri yaranır. Əmək hüquq münasibətlərinin məzmununu subyektlərin (tərəflərin) bu hüquq münasibətlərinin yarandığı andan əldə etdikləri konkret hüquq və vəzifələr təşkil edir. Bir tərəfin (işçinin) hüququ digər tərəfin (müdiriyyətin) konkret vəzifələrinə uyğundur və ya əksinə. Məsələn, işçinin əmək haqqı almaq hüququ müdiriyyətin işçiyə əmək haqqını ödəmək vəzifəsilə həyata keçir.
Lakin əmək hüququnun predmeti yalnız muzdlu əmək münasibətlərindən ibarət deyildir. Bura əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai münasibətlər də daxildir:
- məşğulluq və işədüzəltmə üzrə münasibətlər;
- təşkilati-idarəçilik münasibətləri;
- istehsalatda kadrların peşə hazırlığı və ixtisasının artırılması üzrə münasibətlər;
- əmək müqaviləsi tərəflərinin bir-birinə vurduqları maddi ziyanın ödənilməsi ilə bağlı münasibətlər;
- əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər;
dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar:
Əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur.
Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə qəbul olunma, başqa işəkeçirmə və işdənçıxarılma qaydalarını, əməyin ödənilməsi sistemi və normalarını, əməkdəki nailiyyətlərinə görə həvəsləndirməni, əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, fərdi və kollektiv əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir.
Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək hüququnun mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək qanunvericiliyinin müəyyən normativ aktlarda ifadəsinin formasıdır. Bu cür normativ aktlarda isə həm əmək hüquq normaları, həm də kompleks hüquq normaları mövcud ola bilər.
Əmək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiya yüksək hüquqi qüvvəyə malik olub, qanunvericiliyin əsasını təşkil etdiyinə görə bütün qanunlar və digər dövlət orqanlarının aktları onun əsasında və ona müvafiq qaydada qəbul edilir. Burada əməyin hüquqi tənzimləməsinin başlıca əsas prinsipləri müəyyən edilib. Konstitusiyanın 35-ci (əmək hüququ), 36-cı (tətil hüququ), 37-ci (istirahət hüququ), 38-ci (sosial təminat hüququ), 41-ci (sağlamlığın qorunması hüququ), 59-cu (azad sahibkarlıq hüququ) və s. maddələrində təsbit edilən bu prinsiplər milli əmək qanunvericiliyimızin əsas mahiyyəti və məzmununu təşkil edir.
Əmək hüququnun mənbələri sistemində konstitusiyadan sonra başlıca yeri Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur (Azərbaycan Respublikasının 1999-cu il 1 fevral tarixli qanunu ilə təsdiq edilmiş və 1999-cu il iyulun 1-dən qüvvəyə mimişdir).
Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublika ərazisində əmək münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır.
- hüquq bərabərliyinin təmin edilməsi;
- mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;
- maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
- əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək münasibətlərinin nizama salınmasında lokal normativ aktların – kollektiv müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm əhəmiyyəti vardır. Hal-hazırda bazar iqtisadiyyatına keçid şəraitində müəssisələrin təsərrüfat müstəqilliyinin genişlənməsi, iqtisadiyyatın idarə edilməsinin inzibati-amirlik metodlarından imtina olunması ilə əlaqədar olaraq lokal normativ aktların rolu və çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır.
2. Kollektiv müqavilə və saziş
Kollektiv müqavilə və saziş hal-hazırda əmək münasibətlərinin tənziminin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə görə kollektiv müqavilə işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini, habelə müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan digər məsələləri müəyyən edən hüquqi akt kimi çıxış edir.
Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ başlıca yer tutur. Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların təşəbbüsçüsü ola bilər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.
Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən kollektiv müqavilənin və sazişin və ya onlarda dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir.
Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi və müzakirə edilməsində sərbəstdirlər.
Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqlar zamanı tərəflər razılığa gelə bilmədikdə, fikir ayrılığı haqqında protokol tərtib edilir. Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.
Kollektiv müqavilənin tərəfləri – işəgötürən və həmkarlar ittifaqları təşkilatıdır. Həmkarlar təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi çıxış edir.
Kollektiv müqavilənin layihəsi tərəflərin bərabər saylı nümayəndələrindən ibarət olan müvafiq komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının (konfransının) müzakirəsinə verilir. Ümumi yığıncaqda işçilərin 50 %-dən çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollektiv müqavilənin layihəsi yığıncaqda müzakirə edilib bəyənildikdən sonra kollektiv müqavilə bağlanır.
Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər.
Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir:
- əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
- məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
- qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;
- iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
- işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;
- qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
- əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
- əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
- işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
- kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.
Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanır. Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir.
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Həmkarlar ittifaqları təşkilatı kollektiv müqaviləni pozmağa görə maddi məsuliyyət daşımır. Kollektiv müqaviləni pozmağa görə müəssisənin (idarənin) vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilir. Qanunda nəzərdə tutulmuş hallarda təqsirli vəzifəli şəxslər inzibati qaydada cərimə oluna bilər, müvafiq hallarda isə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Sazişlər öz məzmununa, iştirakçıların dairəsinə, əmək haqqında olan normativ aktlar sistemində yerinə, əmək münasibətlərinin nizamlama əhəmiyyətinə görə müəssisələrdə bağlanan kollektiv müqavilələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks etdirir. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv sazişlər bağlanıla bilər.
Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş – respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. Bu saziş, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti və həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanılır.
Sazişlərin ikinci növü sahə və yaxud tarif kollektiv sazişi adlandırılır. Sahə (tarif) kollektiv sazişi – müvafiq sahənin sosial – iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. O, əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında bağlanılır.
Üçüncü növ saziş – xüsusi saziş adlandırılan ərazi (rayon) kollektiv sazişidir. Bu saziş isə ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. Ərazi kollektiv sazişi, əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən yerli icra hakimiyyəti orqanları ilə həmkarlar ittifaqlarının ərazi birlikləri arasında bağlanılır.
Baş, sahə və ərazi kollektiv sazişləri üçtərəfli – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.
Kollektiv sazişin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. O bir ildən üç ilədək müddətə bağlanılır. Kollektiv saziş imzalandığı və sazişdə göstərilən gündən qüvvəyə minir.
3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi
Azərbaycan Respublikası ərazisində vətəndaşların əməklə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi və məşğulluq problemlərinin nizama salınmasında «Məşğulluq haqqında» Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu mühüm əhəmiyyət kəsb edir. Lakin məşğulluq haqqında Azərbaycan Respublikası qanunvericiliyi yalnız bu qanundan deyil, həmçinin, Respublika Konstitusiyasından, Əmək Məcəlləsindən, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Məşğulluq haqqında respublika qanunvericiliyi əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifi tarazlaşdırmaq siyasətini həyata keçirir. O, vətəndaşların hüquqi müdafiəsinin güclənməsinə və müəssisələrin lazımi kadrlarla təmin olunmasına kömək edir.
«Məşğulluq» dedikdə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin respublika qanunvericiliyinə zidd olmayan, onların şəxsi və ictimai tələbatının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti başa düşülür.
İstehsal və yaradıcı əməyə öz qabiliyyətlərini sərf etmək vətəndaşların müstəsna hüququdur. Qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halları çıxmaqla əməyə məcbur etməyə yol verilmir. Vətəndaşların məşğul olmamaları onların inzibati və digər məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz.
Məşğul şəxslərə aşağıdakılar aiddir:
- muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;
- sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;
- haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;
- Azərbaycan Respublikasının silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;
- Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
İşsiz statusu almaq üçün müəyyən şərtlərə əməl olunmalıdır: əmək qabiliyyətli olmalı, əmək qabiliyyətli yaş həddində olmalı (kişilər 63, qadınlar 60 yaşa qədər), dövlət məşğulluq xidməti orqanlarında işaxtaran şəxs kimi qeydiyyatdan keçməli. Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarına) şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.
İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, məşğulluq xidməti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir. İşsizlərin məşğulluq xidməti orqanında qeydiyyata alınması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qeyd etmək lazımdır ki, işsiz statusu ömürlük verilmir. O, münasib işin axtarılıb tapılması ilə ləğv edilir.
İşsiz statusu almaq hüququ olmayan vətəndaşlara 15 yaşına çatmayanlar; pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar; qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzrsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz); ilk dəfə işaxtaranlar; azadlıqdan məhrum etmə cəzasını çəkənlər aiddir.
İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün yaşadığı ərazidə məşğulluq xidməti orqanına müraciət etmək hüququ vardır.
İşaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, yeni iş yerinə nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.
İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.
İşdən çıxarılmış şəxslər – müvafiq müəssisə ilə əmək hüquq münasibətlərində olan, müəssisənin fəaliyyətinin xitam edilməsi (ləğv edilməsi, yenidən təşkili), işçilərin ştatlarının və yaxud saylarının ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilən şəxslərdir. Buna görə də digər səbəblərə görə işdən azad edilən şəxslər işdən çıxarılmış hesab edilə bilməzlər və onlara işdən çıxmış işçilərə şamil edilən imtiyazlar və təminatlar aid edilmir.
İşədüzəltmə – vətəndaşların subyektiv hüququ olub, ümumi xarakter daşıyır. Bu hüquq şəxsin işədüzəltmə orqanına birbaşa müraciət etməsi ilə həyata keçirilir. Nəticədə məşğulluq mərkəzi ilə vətəndaş arasında hüquqi münasibət yaranır. Müəssisədə işləmək üçün təyinat verildikdən sonra belə münasibət vətəndaşla həmin müəssisə arasında yaranır. Respublikamızda bu sahə üzrə həlledici rol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinə və onun yerli orqanlarına məxsusdur. Bu aşağıdakılarla şərtlənir:
Birincisi, göstərilən orqanlar əhaliyə və işəgötürənlərə münasibətdə mühüm funksiyanı – işçi qüvvəsinə tələb və təklifin təmin edilməsi, əhalini işədüzəltmə və i. a. funksiyaları həyata keçirirlər;
İkincisi, Baş Məşğulluq İdarəsinin şəbəkələri çox genişdir. Onun fəaliyyəti praktiki olaraq bütün respublika əhalisini və müəssisələrini əhatə edir;
Üçüncüsü, həyata keçirilən funksiyanın miqyasına və xidmət dairəsinə görə.
Dövlət respublika ərazisində daimi yaşayan vətəndaşların məşğulluq növünün azad seçiminə, o cümlədən müxtəlif növ rejimli işlərə, əsassız olaraq işdən çıxarılmaya görə hüquqi müdafiəsinə və s. təminat verir.
Qeyd etmək lazımdır ki, dövlət işsiz vətəndaşlara: pulsuz yeni ixtisas təhsili almaq və məşğulluq xidmətləri istiqamətində dərəcələrini artırmaq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq məşğulluq xidməti tərəfindən işlə təmin olunarkən başqa yerə köçməsi ilə əlaqədar çəkilən maddi xərclərə görə pul müavinətləri almaq, vətəndaşların yaş və digər xüsusiyyətləri nəzərə alınmaqla ictimai işlərdə işləmək üçün təcili əmək müqaviləsi bağlanmasına təminat verir. Bundan başqa qanunvericilik ayrı-ayrı kateqoriyalı insanlara məşğulluğun əlavə təminatlarını nəzərdə tutur.
4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu
Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini həyata keçirərkən – fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub.
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər:
əmək müqaviləsini bağlamaqla;
gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə;
şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə.
Vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin başlıca forması əmək müqaviləsi hesab edilir.
Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsini digər müqavilələrdən fərqləndirən aşağıdakı xüsusiyyətlərini göstərmək olar:
- Birincisi: əmək müqaviləsi müəyyən növ işin (müəyyən ixtisas, peşə və vəzifə çərçivəsində) işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur;
- İkincisi: işçinin müəssisədə, idarədə, təşkilatda müəyyən olunmuş daxili nizam-intizam qaydalarına tabe olmasını müəyyən edir;
- Üçüncüsü: işəgötürən işçinin işini təşkil etməli, təhlükəsizlik və gigiyenik normalara cavab verən normal iş şəraiti yaratmalıdır.
Əmək Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq hər kəs 15 yaşından etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər.
Əmək müqaviləsinin ikinci tərəfi kimi çıxış edən işəgötürən tam fəaliyyət qabiliyyətinə malik olan işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bütün müqavilələrin məzmununda tərəflərin hüquq və vəzifələri durur. Əmək müqaviləsinin məzmununda isə əmək müqaviləsinin şərtləri durur. Əmək müqaviləsi şərtlərinin iki növü fərqləndirilir:
a) qüvvədə olan qanunvericiliklə müəyyən edilən zəruri şərtlər;
b) əmək müqaviləsi bağlanarkən tərəflərin razılığı əsasında
müəyyənləşdirilən əlavə şərtlər.
Zəruri şərtlər qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən olunur. Bura işçi və işəgötürən haqqında məlumat, işçinin iş yeri, vəzifəsi, müqavilənin müddəti, əmək şəraitinin şərtləri və s. aiddir.
Bu şərtlər tərəflərin razılığı ilə dəyişdirilə bilməz (əgər qanunvericilikdə digər hallar nəzərdə tutulmayıbsa) və bu qanunla işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini azalda bilməz.
Tərəflər əmək müqaviləsini bağladıqları zaman əsas şərtlərdən başqa, əlavə şərtlər də müəyyən edə bilər. Əlavə şərtlər olmadan da müqavilə bağlana bilər. Əlavə şərtlərə işə götürülən zaman işçiyə sınaq müddətinin verilməsi, məktəbəqədər müəssisələrdə növbədənkənar yerlərin verilməsi, yaşayış sahəsinin verilməsi və s. aiddir. Əgər tərəflər konkret əlavə şərtlər haqqında razılığa gəliblərsə, bu şərtlərin yerinə yetirilməsi üçün məcburi qüvvəyə malikdirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.