Press "Enter" to skip to content

Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimat mərasimi keçirilmişdir

Qiymətli kağızların dövlət reyestri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən, qiymətli kağız sahiblərinin reyestri isə Milli Depozit Mərkəzi tərəfindən aparılır

Oxuyuram.com

Hadisələrin, proseslərin, sistemlərin mütləq mənalı ayrılmaz xassəsi. Bunsuz hadisələrin, sistemlərin özləri mövcud ola bilməzlər.

Audit nədir?

İdarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemi.

Assosiasiyalar və ittifaqlar nədir?

Sahibkarlıq fəaliyyətlərini əlaqələndirmək və birgə əmlak münasibətlərini tənzimləmək məqsədilə kommersiya təşkilatlarının müqavilə əsasında birləşməsi.

Absentizm nədir?

Hüquqi normalara, o cümlədən əmək qanunçuluğuna məhəl qoymadan, heç bir üzürlü səbəb olmadan işə çıxmama.

Açıq sistem nədir?

Xarici mühitlə əlaqəsi (informasiya, iqtisadi və s.) olan sistem.Belə əlaqə həmin sistemin, o cümlədən təşkilatların səmərəli fəaliyyətinin mühüm şərtidir. İqtisadi və sosial sistemlər açıq sistemlərdir.

Additivlik və qeyri-additivlik nədir?

Sistemin hissələri və tamlığı arasındakı əlaqə, nisbət. Additivlik sistemin, obyektin hissələrinin məcmusundan ibarət olmasıdır. Lakin elə ünsürlər var ki, onlar həmin sistemin xassələrinə uyğun gəlmir, ona görə də qeyri-additivlik təşkil edir.

Akselerator nədir?

İnvestisiya həcmi və dinamikasının istehlak mallarına olan tələbatdan asılı olmasını şərtləndirən iqtisadi model.

Aksiz nədir?

Latınca “accido”, fransızca “accise” – “kəsirəm” deməkdir, bəzi istehlak mallarına və xidmətlərə qoyulan dolayı vergi; əmtəənin qiymətinə və ya xidmət tarifinə əlavə edilir və beləliklə, istehlakçılar tərəfindən ödənilir.

Akt nədir?

Latınca “actus” – “hərəkət”, “actum” – “sənəd” deməkdir; iş, hərəkət, hadisə, qərar, hökm və bir hadisəni təsdiq edən sənəd mənalarında işlədilən çoxmənalı sözdür.

Aktivlər nədir?

Keçmiş dövrə aid olan fəaliyyət nəticəsində yaranmış, müəssisənin nəzarətində olan və gələcəkdə iqtisadi mənfəət gözlənilən resurslar.

Aliment nədir?

Latınca “yemək”, “qidalanma” deməkdir; aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir.

Alqoritm nədir?

Fəaliyyət ardıcıllığının, məsələn, texniki sistemlərdə maşın əməliyyatlarının ardıcıllığının dəqiq təsviri.

Alternativ nədir?
Bir-birinin əksinə olan imkan və qərarlar içərisində yeni bir variantın seçilməsi.
Analoq, analogiya nədir?
Hər hansı prosesi, qanunauyğunluğu adekvat halda əks etdirən anlayış, nəzəriyyə və tədqiqat üsulu.
Aprobasiya nədir?

Ayrı-ayrı nəzəri müddəaların, iqtisadi modellərin real həyatda, praktikada yoxlanılması, sınaqdan çıxarılması.

Arbitraj (iqtisadi məhkəmə) nədir?

İqtisadi mübahisələri (müqavilə şərtlərinin pozulması, mülkiyyət hüququnun tanınması, zərərin ödənilməsi, bəzi dövlət aktlarının qanunsuzluğunun aşkar edilməsi, iflasa uğrama ilə bağlı məsələlər və s.) və digər təsərrüfat problemlərini araşdıran məhkəmə orqanı.

Aval nədir?

Veksel zaminlik kağızı, bank təlimatı. Burada avalist veksel sahibi qarşısında vekseldən irəli gələn bütün öhdəlikləri öz üzərinə götürür.

Avtomatlaşdırılmış idarəetmə sistemi nədir?

Kompleks texniki vasitələrdən istifadə əsasında uçot, idarəetmə və müxtəlif hesablamalar məqsədilə informasiyaların toplanmasını, işlənib hazırlanmasını (emalını), saxlanması və verilməsini təmin edən isarəetmə sistemi.

Avuar nədir?

Xarici banka saxlanılmaq üçün qoyulmuş qiymətli kağız və qızıl, bir sözlə, hər hansı bir ölkə bankının xarici bankdakı valyuta vəsaiti.

Azad iqtisadi zona nədir?

Azad iqtisadi zonaya bir növ ixtisaslaşmış iqtisadi zona, birgə sahibkarlıq zonası, azad ticarət zonası və s. daxildir. Azad iqtisadi zona – milli və xarici sahibkarlar üçün güzəştli iqtisadi şərtlərlə nəzərdə tutulmuş məhdud ərazi hissəsinə deyilir.

Azərbaycan Respublikası ərazisindən tranzit nədir?

Gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma.

Bank nədir?

Fiziki və hüquqi şəxslərin pul əmanətlərinin cəlb edilməsi, qaytarılması, onlar üçün bank hesablarının açılması, kassa xidmətlərinin göstərilməsi və s. əməliyyatlarla məşğul olan kredit təşkilatı.

Barter sövdələşməsi nədir?

Birbaşa, müstəqil mal mübadiləsi. Belə sövdələşmə müasir dünya bazarının deyil, inkişaf etməmiş, sadə əmtəə münasibətləri dövrü üçün səciyyəvidir.

Bazar nədir?

Zahirən mübadilə, tədavül sferalarında, alqı-satqı mühitində təşəkkül tapan, lakin istehsal sistemləri ilə bağlı olan iqtisadi əlaqələr sistemi.

Bazar qiyməti nədir?
Malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti.
Bazarın seqmentasiyası nədir?

İstehlak bazarının hər hansı bir əlamətinə görə ayrı-ayrı seqmentlərə bölünməsi. Burada valyutanın tipi, regionun, ölkənin, qrup istehlakçılarının, fərdi istehlakçıların xüsusiyyətləri, tədiyə qabiliyyəti və s. nəzərə alınır.

Beynəlxalq daşıma nədir?

Yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikasının sərhədlərindən) digər dövlətlərdəki məntəqə arasında daşınma sayılır.

Bələdiyyə nədir?

Ərəbcə “şəhər idarəsi” deməkdir; seçkili yerli idarə və özünüidarə orqanı; əsas gəlir mənbəyi əhalidən tutulan yerli vergilərdir.

Birbaşa vergilər nədir?
Hüquqi və fiziki şəxslərin gəlirindən və ya əmlakından bilavasitə tutulan vergilər.
Birja nədir?

Əmtəələrin, qiymətli kağızların birbaşa satışı və topdansatış ticarətini təşkil edən rəsmi qeydiyyata alınan bazar.

Biznes nədir?
Ticarət, iş, sövdələşmə
Biznes-planlaşdırma nədir?

Sahibkarlıq, investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi, firma və şirkətlərin inkişaf etdirilməsi üzrə tədbirlər sistemi.

Borc nədir?

Müəyyən edilmiş müddətdə ödənilməli olan maliyyə və kreditor borclarından ibarət olur, yəni müvafiq olaraq təşkilatın hesabına daxil olmalı vəsait və kreditor qarşısında maliyyə öhdəliyi.

Büdcə nədir?

Dövlətin, firmanın, ev təsərrüfatının və s. müəyyən dövr üçün gəlirlərinin və xərclərinin siyahısı; ingiliscə “budget” – “çanta” sözündən götürülmüşdür.

Büdcələşmə nədir?

Əməliyyat (satış büdcəsi, istehsal büdcəsi, xərclər büdcəsi) və maliyyə (investisiya büdcəsi, kassa büdcəsi, balans hesabatı) büdcələrinin hazırlanması, mənfəət və zərərlər, pul vəsaitinin hərəkəti, onların sistemli təhlili, habelə balans hesabatının proqnozlaşdırılması.

Büdcənin vergi gəlirləri nədir?
Vergiyə cəlb etmə qaydasında büdcəni formalaşdıran gəlirlər növü.
Büdcələşmənin idarə edilməsi nədir?

İnformasiya axınının, maliyyə vəziyyətinin debitor-kreditor borclarının, planlaşdırma və uçotu işlərinin və s. təhlili, bu və digər sferalara nəzarət sisteminin optimallaşdırılması, büdcənin formalaşmasına strateji baxımdan yanaşılması, müvafiq proqnozların (balans proqnozu, pul vəsaitlərinin hərəkəti proqnozu və s.) verilməsi.

Büdcə təşkilatı nədir?

Büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.

Daimi nümayəndəlik nədir?

Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.

Davalsiya xammalı nədir?
Sahibi üçün hazır məhsul istehsal etmək məqsədilə digər ölkədən gətirilən xammal.
Deflyasiya nədir?

İnflyasiyanı azaltmaq məqsədilə dövlətin dövriyyədə olan pulun bir hissəsini götürməsi, əmtəə qiymətlərinin aşağı düşməsi.

Defolt nədir?
Borc alanın nəzərdə tutulan müddətdə öz borcunu ödəyə bilməməsi haqqında xəbərdarlıq etməsi.
Dempinq nədir?

Bir ölkənin istehsal etdiyi əmtəəsini öz ölkəsindəkinə nisbətən digər ölkənin ərazisində ucuz qiymətə satması. Bu həmin məhsul satışı bazarında potensial rəqibini sıxışdırmaq, satışın həcmini çoxaltmaq məqsədilə edilir.

Departament nədir?
Bəzi ölkələrdə dövlət idarəsinin bir formasıdır; Fransada isə inzibati ərazi bölgüsüdür.
Depozit nədir?

Müəyyən məqsədlə saxlanmaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul və ya qiymətli kağız.

Determinizm nədir?

Sosial-iqtisadi və digər hadisə və proseslərin səbəbiyyət şərtlənməsi, onların qanunauyğunluqları haqqında təlim.

Dividend nədir?

1) Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

2) Səhmlərə görə müəssisənin illik gəlirindən ayrılan pay.
Dolayı vergilər nədir?

Əmtəənin və xidmətin qiymətindən tutulan vergilər; qismən və ya tamamilə əmtəənin dəyərinə köçürülür.

Dövlət qulluqçusu nədir?

Dövlət vəzifəsini tutan və onu yüksək peşəkarlıqla yerinə yetirən şəxs. Dövlət qulluğu icraedici, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlıdır və müəyyən edilmiş səlahiyyətlər, qanunlar və prinsiplər çərçivəsində formalaşır, fəaliyyət göstərir.

Dövlət qulluqçularının gəlirləri haqqında deklarasiya nədir?
Gəlirlər, əmlak haqqında məlumat. Deklarasiya aşağıdakı hallar üçün zəruridir:
– vergiyə cəlb etmə;
– dövlət vəzifəsinə təyin etmədə.
Dövlət qulluqçularının vəzifə cinayəti nədir?

Vəzifə səlahiyyətindən istifadə etməklə vəzifəli şəxslərin təhlükəli fəaliyyət göstərməsi. Bu fəaliyyətin məzmunu və xarakteri ayrı-ayrı dövlət orqanlarında müxtəlif olur.

Dövlət qulluqçularının vəzifə təlimatları nədir?

Dövlət hakimiyyətində müxtəlif vəzifələr üzrə çalışan işçilərin vəzifələrini (funksional fəaliyyəti, səlahiyyətlərini, vəzifə öhdəliklərini, hüquq və məsuliyyətlərini, struktur əlaqələrini) əks etdirən sənəd.

Ehtimallıq nədir?

Hadisələr sistemində təsadüflərin baş verməsini səciyyələndirən kəmiyyəti, miqdarı və təkrarlanmasının qeyri-mehdudluğu dərəcəsi.

Ekspert nədir?
Müəyyən bir məsələ barədə mütəxəssis kimi fikir söyləyən şəxs.
Elmi idarəetmə nədir?

Mövcud və gələcək qanunauyğunluqları, meyilləri, elmi mülahizələri, müddəaları sistemli qaydada əsas götürməklə makro və mikro proseslərə, sistemlərə şüurlu təsir etməklə onların optimal gedişatını, fəaliyyətini, inkişafını yəmin etmə.

Etatizm nədir?

Dövlətin cəmiyyətin sosial-siyası həyatına fəal müdaxilə etməsi zəruriyyətini irəli sürən konsepsiya.

Əks əlaqə nədir?

İdarəetmədə, canlı orqanizmdə idarəetmə prosesini səciyyələndirən və idarə olunan obyektin idarəedici orqana əks təsirini ifadə edən bir prosesdir.

Əks əlaqə qaydasında idarəetmə nədir?
Obyektdən subyektə informasiya çatdırma qaydasında idarəçilik fəaliyyətidir.
Əmək bölgüsü nədir?

Əmək fəaliyyətinin bir-birindən fərqlənməsi, ixtisaslaşması. Müəssisələrdə bu, funksional (istehsal funksiyası, idarəetmə, istehsala xidmət etmə, peşə ixtisaslaşması), texnoloji (istehsal proseslərinin hazırlıq, emaledici, yığma mərhələlərinə ayrılması) və ixtisas (işin müxtəlif mürəkkəblik, dəqiqlik, məsuliyyətli məzmuna, səviyyəyə ayrılması) əlamətlərinə görə fərqlənir.

Əmək ehtiyatlarının idarə edilməsi nədir?

Onların formalaşması, bölüşdürülməsi, istifadəsi, hazırlanması, məşğuliyyəti, planlaşdırılması və s. əhatə edən makro və mikro səviyyəli fəaliyyət növüdür.

Əmək haqqının dövlət tənzimlənməsi nədir?

Təminatlı minimum əmək haqqınln müəyyən edilməsi, əmək haqqının indeksasiyası, əmək haqqının vergi qaydası ilə tənzimlənməsi, əmək haqqının hüquqi tənzimlənməsi, gəlirlər və qiymət siyasəti, sosial müdafiə, əmək haqqının istehsalının səmərəliliyi, işçinin əməkdə iştirak dərəcəsi, müəssisənin gəlir səviyyəsilə əlaqələndirilməsi, mükafatlandırma sisteminin düzgün seçilməsi.

Əmək kollektivləri nədir?

Fəaliyyətini özü tənzimləyəm sosial sistemdir. Əmək təşkilatları müəyyən məqsədlər üçün yaradılır, adamların fəaliyyəti və davranışını proqramlaşdırma, əlaqələndirmə funksiyasını icra edir.

Əmək metodları və fəndləri nədir?

Əmək hərəkətləri ünsürkərinin müxtəlif qaydada əlaqələndirilməsi, bu məqsədlə ən az iş vaxtının, fiziki və psixiki səylərin, enerjinin sərf edilməsi, iş hərəkətlərinə qənaət edilməsi, hərəkət trayektoriyasının fizioloji və psixoloji cəhətdən əsaslandırılması, hərəkətdə ahəngdarlığın təmin edilməsi, əməliyyatların səmərələşdirilməsi, artıq hərəkətlərin aradan qaldırılması və s. tədbirlərin həyata keçirilməsi.

Əmək şəraiti nədir?

Əmək prosesində işçilərin sağlamlığı və iş qabiliyyətinə təsir edən istehsal mühiti amilləridir. Həmin amillər qrupu aşağıdakı kimi təsnifata ayrılır:

– sanitariya-gigiyena şəraiti;
– psixofizioloji şərait;
– estetik şərait;
– sosial-psixoloji şərait.
Əmlak nədir?

Hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri.

Əmlakın qalıq dəyəri nədir?

Əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.

Əmtəə nədir?
Mübadilə üçün istehsal edilən əmək məhsulu.
Əmtəə birjası nədir?

Bura eyni cinsli malların müntəzəm satışı ilə məşğul olan kommersiya müəssisələri daxildir. Bu birjada sövdələşmə işlərini brokerlər aparırlar, burada birja qiymətləri müəyyən edilir.

Əsas vəsaitlər nədir?

İstifadə müddəti bir ildən çox olan və dəyəri şərti maliyyə vahidinin 100 mislindən çox olan bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.

Faizlər nədir?

Borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə.

Fiskal nədir?

“Fisk” latın sözüdür, “hörmə zənbil” deməkdir; qədim Romada pulları belə zənbillərdə saxlayırdılar, hazırda “fiskal” dedikdə toplanmış pulun dövlət xəzinəsinə verilməsi xüsusiyyəti başa düşülür.

Fiziki şəxs nədir?
Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.
Fond birjası nədir?

Bu, mütəşəkkil olaraq qiymətli kağızların alınıb-satılması ilə məğul olur. Aşağıdakı başlıca xüsusiyyətləri vardır:

– müvəqqəti azad olan pul vəsaitlərini səfərbər etmək;
– qiymətli kağızların bazar dəyərini müəyyən etmək;
– kapitalın şirkətlər, sahələr üzrə axınını təmin etmək.
Forvard kontraktı nədir?

Şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə (satmağa) öhdəliyini təsdiq edən müqavilədir.

Gəlir nədir?
Fiziki və hüquqi şəxs tərəfindən əmək haqqı, məvacib, faiz, mənfəət və s. şəklində alınan pul.
Hərrac nədir?
Əmlakın açıq satışı.
Hüquqi şəxs nədir?

Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.

Xalis mənfəət nədir?
Mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.
Xeyriyyə təşkilatı nədir?
Xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
Xeyriyyəçilik fəaliyyəti nədir?

Fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud bu Məcəllədə digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: – bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;

-bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;

-bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə.

Xidmət (iş) nədir?
Malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.

ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

– Satışdankənar gəlirlər ??” digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri.

– Vergi ödəyicisinin, alıcının, sifarişçinin və ya hər hansı şəxsin adı” hüquqi şəxsin dövlət qeydiyyatına alınmış adı, fiziki şəxsin adı, atasının adı və soyadı. Maliyyə xidmətləri:

– kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;

– müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;

– qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;

– səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;

– törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar;

“Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimat mərasimi keçirilmişdir

Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Beynəlxalq Mətbuat Mərkəzində “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, nəşr Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Hüquqşünaslar Assosiasiyası tərəfindən hazırlanmışdır.

Tədbiri giriş sözü ilə açan Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsi rəisinin müavini, mətbuat xidmətinin rəhbəri Eldar Sultanov kitabın təmsil etdiyi qurumun KİV-lər üçün bu adda hazırladığı sayca ikinci nəşr olduğunu bildirmişdir. O, kitabda Azərbaycan Konstitusiyası, cinayət, cinayət-prosessual, əmək, mülki, inzibati xətalar məcəllələrinin yer aldığını diqqətə çatdırmış, həmçinin jurnalistlər üçün vacib sayıla biləcək qanunların da öz əksini tapdığını qeyd etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bu təşəbbüsü yüksək qiymətləndirərək, kitabı dövlət orqanları ilə mətbuatın əməkdaşlığına verilən bir töhfə kimi dəyərləndirmişdir. Azərbaycanda mətbuata dövlət qayğısından söhbət açan V.Əliyev ölkədə söz və mətbuat azadlığının müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırmışdır. O, hüquqi terminlərin düzgün yazılmasında bu kitabın jurnalistlərə yardımçı vəsait olacağını, digər dövlət qurumlarının da bu istiqamətdə müəyyən addımlar atmasını məqsədəuyğun saydığını bildirmişdir.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli jurnalistlərdən terminlərdən düzgün istifadəni tələb etmək üçün belə nəşrlərə ehtiyac olduğunu demişdir. Ə.Hüseynli hüquqi nəşrlər seriyasından “Müasir Hüquq Ensiklopediyası”nın hazırlanması işinə də başlanıldığını diqqətə çatdırmışdır.

Təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, mətbuat orqanlarının rəhbərləri, jurnalistlər və hüquqşünaslar çıxış edərək nəşrin əhəmiyyətindən danışmışlar.

“Hüquq ədəbiyyatı” nəşriyyatında çapdan çıxmış kitab ilk dəfə 2005-ci ildə nəşr olunmuşdur. Kitabın təkrar nəşrinə səbəb ona əyani vəsait kimi media təmsilçilərinin artan tələbatıdır.

Hüquq elmləri namizədi, Əməkdar Hüquqşünas Eldar Əfəndiyev tərəfindən nəşrə hazırlanan kitab kütləvi informasiya vasitələrinin redaksiyalarına və jurnalist birliklərinə pulsuz paylanması nəzərdə tutulmuşdur.

Terminlər lüğəti

Kapital bazarları ilə bağlı terminlərin izahını aşağıdakı listdən əldə edə bilərsiniz:

Anderraytinq

Emitentin adından çıxış edərək investorların cəlb edilməsi və emitentin buraxdığı qiymətli kağızların bazarda yerləşdirilməsi öhdəliyinin götürülməsi

Broker

Qiymətli kağızlar bazarinda alıcı və satıcı arasında vasitəçilik funksiyasını həyata keçirən peşəkar maliyyə şirkəti. Broker həmçinin investorlara və emitentlərə maliyyə məsləhətixidmətlərini də göstərir.

Dividend

Səhmdarlarına şirkətin mənfəətindən ödənilən məbləğ

Delistinq

Qiymətli kağızların listinqdən ,çıxarılması

Emissiya Prospekti

Şirkət və buraxılan qiymətli kağız haqqında məlumatların əks olunduğu sənəd

Emissiya

Yeni qiymətli kağızların bazara buraxılması

Emitent

Kapital cəlb etmək məqsədi ilə səhm və borc qiymətli kağızlarını investorlara satan hüquqi şəxs

İstiqraz

Müəyyən edilmiş müddət və faiz dərəcəsi ilə maliyyə vəsaitlərinin əldə edilməsinə və əsas məbləğin müddətin sonunda, faizlərin isə rüblük, yarımillik və ya illik ödənilməsinə imkan verən qiymətli kağızdır

İlkin Kütləvi Təklif

Şirkət tərəfindən səhmlərinin ilk dəfə olaraq geniş ictimaiyyətə təklif olunması və ya ilkin bazarda açıq satışa buraxılması

İlkin Bazar

Yeni buraxılmış qiymətli kağızların emitent tərəfindən ilk dəfə satışa çıxarılması

İnvestisiya Memorandumu

Marketinq sənədi kimi investorlara təqdim etmək üçün hazırlanmış sənəddir. İnvestisiya Memorandumu rəhbərliyin mükafatlandırılması, əməliyyatlar və maliyyə vəziyyəti, gəlirlərin istifadəsi və Emitentin dividend siyasəti və kapitallaşması haqqında və digər məlumatları əhatə edir.

Kapital Bazarı

İstiqraz və səhmlər də daxil olmaqla, qiymətli kağızların ticarət olunduğu bazardır.

Klirinq Və Hesablaşma

Qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsidir

Kupon

İstiqrazın nominal dəyərindən ödənilən faiz məbləği. Kuponlar adətən rüblük, yarımillik və illik olur. İstiqrazların nominalının faizi formasında ifadə olunur. Məsələn, nominal dəyəri 1000 manat, illik kupon faizi 9% və ildə iki dəfə ödəyən istiqrazın sahibi hər altı aydan bir 45 manat məbləğində pul alacaqdır

Likvidlik

Bazarın, ticarətin yüksək fəallığı, müxtəlif maliyyə alətlərinin alıcı və satıcıların çoxluğu ilə xarakterizə olunan vəziyyəti

Listinq

Fond birjasının şərtlərinə və tələblərinə uyğun gələn qiymətli kağızların tənzimlənən bazarda satışa çıxarılması

Reyestr

Qiymətli kağızların dövlət reyestri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən, qiymətli kağız sahiblərinin reyestri isə Milli Depozit Mərkəzi tərəfindən aparılır

Səhm

Sahibinə hər hansı bir müəssisənin aktivlərində müəyyən bir paya sahiblik və payına uyğun olaraq müəssisənin gəlirinin bir hissəsini dividend şəklində əldə etmək hüququ verən qiymətli kağız

Təkrar Bazar

Qiymətli kağızların yerləşdirilməsindən sonra onların bazar iştirakçıları tərəfindən ticarət olunduğu bazar

Yerləşdirmə

Qiymətli kağızların ilk sahibləri tərəfindən alınması

Bazar seqmenti

Birjanın təşkil etdiyi bazarların bu Qaydaların tələbləri üzrə təsnifləşdirilməsidir. Birjada premium bazar və standart bazar seqmentləri mövcuddur

Marketmeyker

Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri bazarında mütəmadi olaraq öz hesabına və Birja ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı- satqısını həyata keçirən Birja üzvüdür

Repo əməliyyatı (Repo müqaviləsi)

Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır)

  • Dövri statistika
  • Kotirovkalar
  • Xəbərlər
  • Səhmdarların sayı 50+ olan ASC Siyahısı
  • Broşurlar və təqdimatlar
  • Terminlər lüğəti
  • Tez-tez verilən suallar
  • İllik statistika
  • Ticarətə buraxılan digər qiymətli kağızlar

Dövlət istiqrazları 1 il – 6.52 ▼ -0.45% Dövlət istiqrazları 2 il – 9.04 ▼ -0.12% Dövlət istiqrazları 3 il – 9.11 ▼ -0.39% Dövlət istiqrazları 5 il – 9.32 ▲ 1.02% Dövlət istiqrazları 7 il – 7.57 ▲ 1.10% NOT (28 gün) – 6.71 ▲ 0.01% NOT (84 gün) – 7.95 ▲ 0.26% NOT (168 gün) – 8.57 ▲ 0.35% NOT (252 gün) – 9.29 ▲ 0.35% BOKT Embafinans QSC – 10.50 ▼ -0.50% İpoteka istiqrazları (20 il) – 3.25 ▲ 0.25% AzerGold – 3.35 ▼ -0.03% ARMB (NOT) Repo – 7.59 ● 0.00% 1W AINA – 4.55 ▼ -0.09%

SOCAR [ AZ2002019894 ] Alış: 1000.00 / Satış: 1027.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10000.00 / Satış: 10284.53 Unibank KB ASC [ AZ2013002020 ] Alış: 10295.91 / Satış: 1014.69 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2003019711 ] Alış: 987.84 / Satış: 1007.60 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 872.24 / Satış: 915.85 BOKT “EMBAFİNANS” QSC [ AZ2008020607 ] Alış: 1048.22 / Satış: 1074.41 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1002.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya – 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73

Comments are closed, but trackbacks and pingbacks are open.