Hüquqşünaslığın əsasları
ruhunu ilkin səbəb, cəmiyyətə isə onun ayrılmaz xassəsi, insanın fərdi özünüqorumasına xidmət edən vasitə kimi
Konstitusiya hüququnun əsasları.
Plan:
1. Konstitusuya hüququnun anlayışı.
2. Dövlətin əsas qanunu kimi Konstitusiyanın anlayışı və mahiyyəti.
3. AR vətəndaşlığı.
4. İnsan və vətəndaşın əsas hüquq, azadlıq və vəzifələri.
5. Dövlət hakimiyyətinin anlayışı.
6. Yerli özünüidarəetmə.
Konstitusiya termini latın mənşəli olub təsis etmək , qurmaq deməkdir.
Konstitusiyanın dövlətin əsas qanunu kimi meydana gəlməsi burjua dövlətinin yaranması ilə bağlıdır.Konstitusiya tipli ilk aktlar ilk dəfə İngiltərədə qəbul edilmişdir.Ancaq B.Britaniya özü dünyada yeganə ölkədir ki,yazılı konstitusiyaya maliki deyildir.
İlk yazılı konstitusiya ABŞ-da 1787-ci ildə qəbul edilmişdir. Avropada isə ilk yazılı konstitusiya Polşa və Fransanın 1791-ci il Konstitusiya hesab edilir.
Konstitusiya – xüsusi hüququ xassələrə malik olan hüquqi aktdır.Konstitusiyada aşağıdakı əsas məsələlər öz əksini tapır:
– cəmiyyət və dövlət quruculuğunun əsas prinsipləri təsbit olunur.
– Dövlət hakimiyyətinin məxsusluğu və onu həyata keçirilməsi mexanizmi müəyyən olunur.
– Insan və vətəndaşın dövlət tərəfindən etiraf və mühafizə olunan hüquqları, azadlıqları və vəzifələri təsbit olunur.
Konstitusiya əsas qanun kimi təsbitedici xarakterə malikdir. Bu özünü konstitusiyanın tənzimetmə predmetində göstərir. O dövlətin konstitusiya quruluşunun əsaslarını, ərazi quruluşunu , insan və vətəndaşın əsas hüququ , azadlıqları və vəzifələrini, dövlət hakimiyyətinin və yerli özünüidarəetmənin təşkili və sistemini təsbit edərək ictimai həyatın bütün sahələrinə hüquqi təsir göstərir.Ona görə də konstitusiya normaları bütün dövlət idarəçili və hakimiyyət orqanları , siyasi və ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar üçün əsas hesab olunur.Konstitusiya normaları bütün digər hüquq normalarına münasibətdə ilkin hesab olunur.
AR Konstitusiyası 12.11.1995-ci ildə referendum yolu ilə qəbul edilmiş və 27.11.1995-ci ildə qüvvəyə minmişdir.2002-ci ilin 24 avqustunda və 19 mart 2009-cu il tarixdə keçirilən referendum nəticəsində ona bəzi əlavə və dəyişikliklər edilmişdir. O 5 bölmədən , 12 fəsildən və 158 maddədən ibarətdir.
AR Konstitusiyanın hüquqi xassələrinə aşağıdakılar aiddir:
– alilik
– ən yüksək hüquqi qüvvəyə malik olması
– hüquqi sistemin əsasını təşkil etməsi
– xüsusi hüquqi mühafizəsi
– qəbul edilməsi, əlavə və dəyişikliklər edilməsinin xüsusi qaydası.
AR Konstitusiyanın ilk bölməsi dövlət və cəmiyyətlə bağlı münasibətlərin tənzimlənməsinə həsr olunub. Dövlət və xalq konstitusiya hüququnun əsas subyektləridir. Konstitusiyanın 1-ci maddəsinə görə AR-da dövlət hakimiyyətinin yeganə mənbəyi azərb.xalqıdır. Xalq dedikdə AR ərazisində və ondan kənarda yaşayan , AR dövlətinə və onun qanunlarına tabe olan AR vətəndaşları başa düşülür. Xalq anlayışı ilə vətəndaşların məcmusu üst-üstə düşür.
Dövlət siyasi sistemin əsas ünsürü hesab olunur. Konstitusiyanın 7-ci maddəsinə əsasən Azərb.dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Dövlətin konstitusion əsasları bütün digər normalara münasibətdə ilkindir, çünki 3 əsas subyektin- şəxsiyyətin, cəmiyyətin, dövlətin qarşılıqlı münasibətlərinin ən əsas istiqamətlərini müəyyən edir.
Dövlətin hüquqi- siyasi əsaslarına dövlətin ərazi və quruluşunu, dövlət başçısı kimi prezidenti, silahlı qüvvələri, dövlət dilini, paytaxt və rəmzləri, demokratiyanı göstərmək olar.
– Dövlətin iqtisadi əsaslarına mülkiyyəti, pul vahidini, təbii ehtiyatları, borclara qoyulan məhdudiyyətləri aid etmək olar.
Dövlətin sosial əsasları kimi ailəni, dini, sosial inkişafı göstərmək olar.
Hər bir dövlət onun sosial –siyasi və hüquqi mahiyyətini müəyyən edən əlamətlərdən əlavə, həm də onun bir növ simasını müəyyən edən formal əsaslara, əlamətlərə malikdir. Bu cür əlamətlərə dövlətin inzibati mərkəzi, dövlətin dili və rəmzləri aiddir.
Hər bir dövlətin atributlarından biri onun öz dövlət orqanlarına malik olmasıdır. D/ orqanları dövlətin öz funksiyalarını həyata keçirmək üçün yaratdığı xüsusi təşkilatdır. Dövlət orqanı hakimiyyəti realizasiya etdiyindən dövlət adından çıxış edir.
AR-da dövlət hakimiyyəti orqanları müəyyən sistem təşkil edir və hakimiyyətlərin bölünməsi prinsipi əsasında qurulur. Konstitusiyanın 7-ci mad-nin 3-cü hissəsinə əsasən
1) qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir;
2) icra hakimiyyəti AR prezidentinə mənsubdur;
3) məhkəmə hakimiyyətini AR məhkəmələri həyata keçirir.
Bu cür bölgü onunla əsaslandırılır ki, dövlət 3 əsas funksiyanı yerinə yetirməlidir;
1) qanunların qəbul edilməsi.
2) Qanunların icra edilməsi.
3) ədalət mühakiməsinin həyata keçirilməsi.
Ancaq bu işin siyasi tərəfi də vardır. Belə ki, demokratiyanın saxlanması, hakimiyyət səlahiyyətlərinin bir şəxsin və ya orqanın əlində cəmləşməsinin qarşısını almaq məqsədilə bu prinsip son dərəcə vacibdir.Belə olduqda hakimiyyətin bu 3 qolu bir-birinə nəzarət etmək, qanun pozuntularınıın qarşısını almaq imkanına malik olurlar.
Konstitusiyanın 81-ci maddəsinə əsasən qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir. Bu dövlət hakimiyyətinin nümayəndəli orqanıdır, yəni xalqın seçdiyi nümayəndələrdən – deputatlardan ibarətdir.Onların sayı 125-dir. MM-in deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilir.
MM-in hər bir çağırışının səlahiyyət müddəti 5 ildir. Hər çağırışın seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirlir. Deputatlığa passiv seçki hüququ 25 yaşdan əmələ gəlir.
MM yalnız 83 deputat seçildikdən sonra səlahiyyətli hesab olunur və ilk iclasını çağıra bilər.
MM-in əsas funksiyası qanunvericilik fəaliyyətidir. Qəbul olunmuş qanunlar 14 gün müddətində imzalanmaq üçün AR prezidentinə təqdim olunmalıdır.
MM- in səlahiyyətlərinə aşağıdakılar aiddir:
– inzibati ərazi bölgüsü
– dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
– prezidentin təqdimatına əsasən dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət.
– AR hərbi doktrinasının təsdiqi
– AR Prezidentinin təqdimatına əsasən Konstitusiya Məhkəməsi , AR Ali Məhkəməsi və AR Apellyasiya məhkəməsi hakimlərinin təyin edilməsi
– Amnistiya elan edilməsi və s.
Konstitusiyanın 99-cu maddəsinə əsasən AR-da icra hakimiyyəti AR Prezidentinə mənsubdur.Prezidentin səlahiyyət müddəti 5 ildir. O səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bir şəxs iki dəfədən artıq AR Prezidenti seçilə bilməz.
Azərbaycan prezidentli respublika olunduğundan dövlətin də əsas vəzifəli şəxsi prezident hesab olunur. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərb.dövlətini təmsil edir. Prezident Azərb.dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün , AR-nın tərəfdar olduğu beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
Prezident AR MM-nə seçkiləri təyin edir, qanunları imzalayır və dərc etdirir; nisbi veto hüququna malikdir və s. AR Prezidenti qanunları ona təqdim olunduğu gündən başlayaraq 56 gün ərzində imzalayır.
Prezident səlahiyyətinə vətəndaşlıq məsələləsinin həlli, siyasi sığınacaqlar verilməsi, dövlət təltifləri ilə təltif etmə, fəxri adların verilməsi, əfv etmə məsələləri də aid edilmişdir.
Prezident müəyyən hüquqi aktlar verir. Bunlar fərman və sərəncam adlanır.
Prezident öz səlahiyyətlərini həyata keçirmək məqsədilə AR Nazirlər Kabinetini yaradır. NK Prezidentin yuxarı icra orqanıdır. NK Prezidentə tabedir və onun qarşısında məsuliyyət daşıyır.
Məhkəmə hakimiyyəti AR Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi , Apellyasiya
Məhkəməsi, AR ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirilir.
Ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən həyata keçirilir.
Məhkəmə hakimiyyətinin konstitusion prinsipləri aşağıdakılardır:
– məhkəmələrin( hakimlərin) müstəqilliyi.
– Işlərə obyektiv baxılması
– Məhkəmələrin fəaliyyətinə təsir edilməsinin yol verilməzliyi.
– Vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi.
– Aşkarlıq
– Məhkəmə icraatının bilavasitəliyi
– Çəkişmə prinsipi və s.
“ Məhkəmə və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli qanuna əsasən AR məhkəmə sisteminə aşağıdakılar daxildir.
1) rayon( şəhər ) məhkəmələri.
2) Ağır cinayətlərə dair işlər üzrə AR məhkəməsi
3) Hərbi məhkəmələr
4) Ağır cinayətlərə dair işlər üzrə AR Hərbi Məhkəməsi
5) Yerli iqtisad məhkəmələri
6) Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair AR İqtisad Məhkəməsi
7) NMR-nın Ali Məhkəməsi
8) AR Apellyasiya Məhkəməsi
9) AR Ali Məhləməsi.
Konstitusiyada səlahiyyəti, fəaliyyət istiqamətləri daha ətraflı şəkildə təsbit olunmuş yeganə məhkəmə hakimiyyəti orqanı Konstitusiya Məhkəməsidir.Konstitusiya Məhkəməsi vasitəsilə Konstitusiya nəzarəti tənzimlənir.
Konstitusiyada insan və vətəndaşların hüquq və azadlıqları da təsbit olunmuşdur. Bu hüquq və azadlıqlar aşağıdakı kimi təsnifləşdirilir.
1) şəxsi hüquq və azadlıqlar:
a) yaşamaq hüququ
b) bərabərlik hüququ
c) azadlıq hüququ
d) toxunulmazlıq hüququ
e) nigah hüququ və s.
2) siyasi hüquq və azadlıqlar
a) sərbəst toplaşmaq azadlığı
b) məlumat azadlığı
c) seçki hüququ
d) birləşmək hüququ və s.
3) iqtisadi , sosial mədəni hüquq və azadlıqlar.
a) mülkiyyət və əqli mülkiyyət hüququ
b) əmək hüququ,
c) tətil hüququ
d) sosial təminat hüququ
e) təhsil hüququ
f) azad sahibkarlıq hüququ və s.
Konstitusiya ilə tənzimlənən məsələlərdən biri də vətəndaşlıq hüququdur.( maddə 53). Vətəndaşlıq dövlət ilə insan arasında davamlı hüquqi əlaqədir. 52-ci maddəyə əsasən Azərb.dövlətinə mənsub olan , onunla siyasi və hüquqi bağlılığı , habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs AR vətəndaşıdır.
Vətəndaşlıq müəyyən prinsiplərə əsaslanır. Vətəndaşlıq prinsipləri dövlətin vətəndaşlığa münasibətini əks etdirir. Bu prinsiplər aşağıdakılardır:
1) ayrılmaz vətəndaşlıq 2) bərabər vətəndaşlıq 3) vahid vətəndaşlıq 4) vətəndaşın müdafiəsi.
Vətəndaşlıq fərd doğulduğu anda yaransa da onun dəyişdirilməsi mümkündür. Odur ki, qanunvericilikdə vətəndaşlığın yaranması və xitam mexanizmini işə salan hüquqi faktlar əks olunur və vətəndaşlığın əldə edilmə üsulları müəyyənləşdirilir. Bu üsullar aşağədakılardır:
1) filiasiya – fərdin doğulduğu andan dərhal vətəndaşlıq əldə etməsi.
2) Naturalizasiya – fərdin könüllü olaraq bir dövlətin vətəndaşlığını əldə etməsi
3) Optasiya – fərdin bir neçə dövlətin vətəndaşlığından birini seçməsi.
4) Transfert – dövlətlər arasında ərazi dəyişməsi zamanı və ya yeni dövlət yarandıqda müvafiq ərazidə olan əhalinin bütövlükdə yeni dövlətin vətəndaşlığını qəbul etməsi.
Vətəndaşlığı təsdiq edən sənədlər aşağıdakılardır:
1) doğum haqqında şəhadətnamə; 2) AR vətəndaşının şəxsiyyət vəsiqəsi ; 3) pasport.
– Doğum haqqında şəhadətnamə vətəndaş doğulduqda müəyyən yaşa qədər müvəqqqəti verilən sənəddir.
– Şəxsiyyət vəsiqəsi yalnız dövlət daxilində tətbiq edilir.
– Pasport AR hüdudlarından kənara çıxdıqda istifadə olunur və 3 kateqoriyaya bölünür:
1) ümumvətəndaş; 2) xidməti ; 3) diplomatik.
Hüquqi dövlət
Hüquqi dövlət – dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur.
Hüquqi dövlət («Rechtsstaat») termini də, «polis dövləti» termini kimi, Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub. Çağdaş ictimai həyatda və siyasi sistemdə “hüquqi dövlət” çox önəmli prinsipdir. Konstitusiya qurumu olan “hüquqi dövlət” prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır. Anglo-sakson ölkələrində “hüquqi dövlət” isə “hüququn hegemonluğu” mənasına gələn “rule of law” termini ilə ifadə olunur. [1] Hüquqi dövləti bəşəriyyətin nail olduğu ən yaxşı, ən ideal nizam olaraq qəbul etmək mümkündür. Sosial dövlət, demokratik dövlət, dünyəvi dövlət hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir. [2]
Siyasət elmi də zaman keçdikcə makiavelist məntiqdən ayrılaraq hüquqilik zəmininə əsaslanmaq məcburiyyətində qalıb. Çağdaş dövlət idarəçiliyi hüquqi qaydalara bağlıdır. Totalitar-avtoritar sistemlər, diktaturalar hələ də mövcud olsa da, bunların fəaliyyəti geniş ölçüdə hüququn xaricindədir. Ancaq bunlar da legitimlik axtarışları səbəbindən hər zaman hüquqa dayanıqlı fəaliyyət göstər-diklərini iddia edirlər. Hüquqi dövlət olduqlarını onlar avtoritar dövlətin əhalisinə KİV-lər vasitəsi ilə təlqin etməyə çalışırlar. Lakin hüquqi dövlətdə siyasi iqtidarın akt və hərəkətləri hüquqla məhdudlaşdırılır, Konstitusiya və qanunlara bağlıdır. Demokratiya da hüquqi dövlətin conditio sine qua non şərtindən biridir. [3]
Prinsipləri
Siyasi cəmiyyətdə hüquqi dövlətin varlığı üçün bəzi qurumlar olmalıdır. Bu qurumlar məsələsində doktrinada fikir birliyi olmasa da, hüquqi dövlətin müəy-yən sine qua non şərtlərinin olduğunu demək mümkündür. Çünki hüquqi dövlə-tin bəzi “bünövrə daşları” var ki, bunlar olmadan hüququn üstünlüyündən da-nışmaq mümkün deyil. Bunlar aşağıda incələnib, bununla bərabər, qeyd etmək lazımdır ki, hüquqi dövlətin varlığı üçün fərqli cəmiyyətlərdə siyasi ehtiyaclar bəzi qurumların da olmasını tələb edə bilər. Bunlar aşağıdakılardır:
- Hakimiyyət bölgüsü prinsipi;
- Demokratiya;
- İnzibati aktlar üzərində məhkəmə nəzarətinin olması prinsipi;
- Hüquq və azadlıqların üstünlüyü prinsipi;
- İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi;
- Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət qarşısında və dövlətin şəxs qarşısında məsuliyyəti;
- Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.
Tarixən hakimiyyət və qanun həmişə yanaşı mövcud olmuş və inkişaf etmişdir. Əksər hallarda hakimiyyət qanunu üstələmişdir. Belə bir halda qanunujn aliliyi, təbii ki, hər şey üzərində onun mütləq üstünlüyü demək deyildir. Dövlət hakimiyyəti qanunla deyil, mübarizə ilə yaranır və yalnız sonra qanunla təsbit olunur. Bu mənada, yəni mənbəyinə, təkamülünə görə üstünlük hakimiyyətə məxsusdur. Bununla belə, özbaşınalığın qarşısını almaq üçün qanun hakimiyyətə nəzarət etməlidir. Qanunun aliliyi onda öz ifadəsini tapmış xalqın ümumi iradəsinin suverenliyinə əsaslanır. Lakin dövlət hakimiyyətinin ali nümayəndəli orqanının fəaliyyəti buna heç də təminat vermir. Qanunun ümumxalq iradəsindən kənara çıxması, birincisi, o, qəbul edilən məqamda mümkündür: ikincisi, qanun köhnələ bilir və artıq əhalinin iradəsini adekvat əks etdirə bilmir. Nəhayət, qanunun aliliyi yalnız dövlət aparatı tərəfindən onun təmin edilməsinin dönməzliyində ifadə olunmur, o, habelə onun sərəncamlarında vətəndaşların əməl etməsinə inamın olmasını nəzərdə tutur. Hələ XVIII əsrdə böyük alman alimi İ.Kant “hüquqşünaslığın metafizik əsasları” adlı kitabında “vətəndaşların və dövlət hakimiyyətinin qarşılıqlı məsuliyyətini necə təmin etmək olar?” – sualınna cavab verərək yazırdı ki, bütün sınanmış idarə formalarından ən yaxşısı respublikadır, lakin əgər hakimiyyət bölgüsü yoxdursa, hətta onun özü də hakimiyyətin özbaşınalığının və korlanmasının qarşısını almağa təminat verə bilmir. Onun fikrincə, burada qanunverici orqana ilkin mövqe məxsusdur, çünki yalnız burada vətəndaş özü üçün səmərəli müdafiə tapa bilir və tapmalıdır. O yazırdı ki, məhkəmə hakimiyyətinin müstəqilliyi təcrübədən irəli gəlir: hakimiyyət başında olanlar həmişə qanunu öz mənafeyinə uyğun şərh etməyə can atırlar. Buna yol verməmək üçün konstitusiya məhkəməsi təsis etmək lazımdır. [4]
İstinadlar
- ↑ Daver Bülent, Siyaset bilimine giriş, Siyaset Kitabevi, Ankara, 1993, s. 165.
- ↑ Fərhad Mehdiyev, İnzibati Hüquq, Bakı 2010, Adiloglu Nəşriyyat, s.42
- ↑ Özay İl Han. Günışığında yönetim, Alfa Basımevi, İstanbul, 1996, s.104.
- ↑ Həsən Şirəliyev, Əli Əhmədov, Bakı 1997, səh.181-182
Həmçinin bax
Avqust 12, 2021
Ən son məqalələr
Qızılqaya (dağ, Şərur)
Qızılqaya dağı
Qızılqaz
Qızılsu-Qırğız Muxtar dairəsi
Qızılsu çayı (Çirçik)
Qızılsəbət
Qızıltəpə
Qızıltəpə (İmişli)
Qızılvəng
Qızılvəng (bulaq)
Ən çox oxunan
Qüsl
Qüstav Flober
Qüstav Le Bon
Qürah
Qürub
hüquqi, dövlət, liberalizmideyalarazadlıqkapitalizm, bazar, iqtisadiyyatıinsan, hüquqlarıictimai, müqaviləbərabərlik, millətplüralizm, demokratiyaideyadaxili, hərakatlarlibertarianlıqneoliberalizmsosial, liberalizm, şablon, dövlətin, təşkilinin, fəaliyyətinin,. LiberalizmIdeyalarAzadliqKapitalizm Bazar iqtisadiyyatiInsan huquqlariHuquqi dovletIctimai muqavileBeraberlik MilletPluralizm DemokratiyaIdeyadaxili herakatlarLibertarianliqNeoliberalizmSosial liberalizm sablon Huquqi dovlet dovletin teskilinin ve fealiyyetinin ele bir formasidir ki burada insan ve vetendasin huquqlari ve azadliqlari temin olunur dovlet hakimiyyetinin fiziki sexsler ve onlarin muxtelif birlikleri ile elaqeleri huquq esasinda qurulur Huquqi dovlet Rechtsstaat termini de polis dovleti termini kimi Almaniyada ortaya cixib Bununla bele bu termin Fransada inkisaf edib ve Fransa bu meselede hem Almaniyaya hem de Avropa olkelerine ornek olub Cagdas ictimai heyatda ve siyasi sistemde huquqi dovlet cox onemli prinsipdir Konstitusiya qurumu olan huquqi dovlet prinsipi xususile kontinental Avropa olkelerinde yaygin anlayisdir Anglo sakson olkelerinde huquqi dovlet ise huququn hegemonlugu menasina gelen rule of law termini ile ifade olunur 1 Huquqi dovleti beseriyyetin nail oldugu en yaxsi en ideal nizam olaraq qebul etmek mumkundur Sosial dovlet demokratik dovlet dunyevi dovlet huquqi dovleti tamamlayan xususiyyetlerdir 2 Siyaset elmi de zaman kecdikce makiavelist mentiqden ayrilaraq huquqilik zeminine esaslanmaq mecburiyyetinde qalib Cagdas dovlet idareciliyi huquqi qaydalara baglidir Totalitar avtoritar sistemler diktaturalar hele de movcud olsa da bunlarin fealiyyeti genis olcude huququn xaricindedir Ancaq bunlar da legitimlik axtarislari sebebinden her zaman huquqa dayaniqli fealiyyet goster diklerini iddia edirler Huquqi dovlet olduqlarini onlar avtoritar dovletin ehalisine KIV ler vasitesi ile telqin etmeye calisirlar Lakin huquqi dovletde siyasi iqtidarin akt ve hereketleri huquqla mehdudlasdirilir Konstitusiya ve qanunlara baglidir Demokratiya da huquqi dovletin conditio sine qua non sertinden biridir 3 Prinsipleri RedakteSiyasi cemiyyetde huquqi dovletin varligi ucun bezi qurumlar olmalidir Bu qurumlar meselesinde doktrinada fikir birliyi olmasa da huquqi dovletin muey yen sine qua non sertlerinin oldugunu demek mumkundur Cunki huquqi dovle tin bezi bunovre daslari var ki bunlar olmadan huququn ustunluyunden da nismaq mumkun deyil Bunlar asagida incelenib bununla beraber qeyd etmek lazimdir ki huquqi dovletin varligi ucun ferqli cemiyyetlerde siyasi ehtiyaclar bezi qurumlarin da olmasini teleb ede biler Bunlar asagidakilardir Hakimiyyet bolgusu prinsipi Demokratiya Inzibati aktlar uzerinde mehkeme nezaretinin olmasi prinsipi Huquq ve azadliqlarin ustunluyu prinsipi Insan ve vetendasin huquq ve azadliqlarinin real teminati prinsipi Qarsiliqli mesuliyyet yeni sexsin dovlet qarsisinda ve dovletin sexs qarsisinda mesuliyyeti Mehkeme hakimiyyetinin musteqilliyi prinsipi Tarixen hakimiyyet ve qanun hemise yanasi movcud olmus ve inkisaf etmisdir Ekser hallarda hakimiyyet qanunu ustelemisdir Bele bir halda qanunujn aliliyi tebii ki her sey uzerinde onun mutleq ustunluyu demek deyildir Dovlet hakimiyyeti qanunla deyil mubarize ile yaranir ve yalniz sonra qanunla tesbit olunur Bu menada yeni menbeyine tekamulune gore ustunluk hakimiyyete mexsusdur Bununla bele ozbasinaligin qarsisini almaq ucun qanun hakimiyyete nezaret etmelidir Qanunun aliliyi onda oz ifadesini tapmis xalqin umumi iradesinin suverenliyine esaslanir Lakin dovlet hakimiyyetinin ali numayendeli orqaninin fealiyyeti buna hec de teminat vermir Qanunun umumxalq iradesinden kenara cixmasi birincisi o qebul edilen meqamda mumkundur ikincisi qanun kohnele bilir ve artiq ehalinin iradesini adekvat eks etdire bilmir Nehayet qanunun aliliyi yalniz dovlet aparati terefinden onun temin edilmesinin donmezliyinde ifade olunmur o habele onun serencamlarinda vetendaslarin emel etmesine inamin olmasini nezerde tutur Hele XVIII esrde boyuk alman alimi I Kant huquqsunasligin metafizik esaslari adli kitabinda vetendaslarin ve dovlet hakimiyyetinin qarsiliqli mesuliyyetini nece temin etmek olar sualinna cavab vererek yazirdi ki butun sinanmis idare formalarindan en yaxsisi respublikadir lakin eger hakimiyyet bolgusu yoxdursa hetta onun ozu de hakimiyyetin ozbasinaliginin ve korlanmasinin qarsisini almaga teminat vere bilmir Onun fikrince burada qanunverici orqana ilkin movqe mexsusdur cunki yalniz burada vetendas ozu ucun semereli mudafie tapa bilir ve tapmalidir O yazirdi ki mehkeme hakimiyyetinin musteqilliyi tecrubeden ireli gelir hakimiyyet basinda olanlar hemise qanunu oz menafeyine uygun serh etmeye can atirlar Buna yol vermemek ucun konstitusiya mehkemesi tesis etmek lazimdir 4 Istinadlar Redakte Daver Bulent Siyaset bilimine giris Siyaset Kitabevi Ankara 1993 s 165 Ferhad Mehdiyev Inzibati Huquq Baki 2010 Adiloglu Nesriyyat s 42 Ozay Il Han Gunisiginda yonetim Alfa Basimevi Istanbul 1996 s 104 Hesen Sireliyev Eli Ehmedov Baki 1997 seh 181 182Hemcinin bax RedakteMenbe https az wikipedia org w index php title Huquqi dovlet amp oldid 5563086, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Hüquq elmiNİn metodologiyasina dair hüseynov Əbülfəz İbrahim oğlu
yaranması müxtəlifliklərini irəli sürən elmi ideyanın formalaşmasına gətirib çıxardı.
Tarixi baxımdan hüquqşünaslığın əsaslarının meydana gəlməsində İtaliyanın şimal hissəsində fəaliyyət
göstərən humanist-alimlərin böyük rolu vardır. Bu prosesdə XVI əsrin 20-ci illərində Mərkəzi Fransanın Burje
universitetinin professoru Andrea Alçiatinin (1492-1550) xüsusi rolu vardır. Bu zaman öz dövründə böyük təsirə
malik olan fransız hüquqşünas-tarixçilər məktəbi inkişaf etməyə başladı, onun elmə gətirdiyi ümumi nailiyyət isə
özlüyündə müasir hüquq tarixi elminin inkişafının əsaslarını yaratdı. Humanist-hüquqşünaslardan olan Fransua
Boduenin (1520-1573) Almaniyanın Heydelberq şəhərində 1561-ci ildə söylənilmiş mühazirələr əsasında nəşr
edilmiş “Universal tarixin təsisatı və onun hüquqşünaslıqla birləşməsi” əsəri, əslində öz-özlüyündə elmdə tarixi
metodun ifadəsi idi. O dövrün əksər alimləri kimi, Boduenin də həyatı və yaradıcılığı ətrafda baş verən hadisələrlə
müşayiət olunurdu. Dini və siyasi pərakəndəliklə seçilən Fransada, məsələn, krallar gah katolik Roması və
Müqəddəs Roma imperiyasının, gah da kalvinçiliyin və protestantlığın köməkliyi ilə hakimiyyətə bütövlükdə nail
olmaq uğrunda mübarizə aparırdılar.
Belə bir şəraitdə Boduenin dini və hüquqi hakimiyyətin əsaslarına yenidən baxılması məqsədilə atdığı əzmli
addımlar tarix və hüquqi yaddaşı ali siyasətin instrumentinə çevirdi. Boduenin “universal tarix” axtarışı onun ənənə
ilə əxlaqı birləşdirəcək xristianlığa qovuşmaq cəhdi idi. O yazırdı: “İnsanı və ilahi predmetlər haqqında həqiqi və
ümumi bilikləri arzulayırıqsa, onda biz universal tarixi öyrənməliyik” (3, s. 133). Lakin belə dəyərlər 1572-ci ildə
müqəddəs Vorfelemey gecəsində fransız protestantlarının işgəncəyə məruz qalması ilə məhv edildi. Buna
baxmayaraq, tarixin siyasi və hüquqi məqsədlərə xidmət etməli olması haqqında ideal təsəvvürlər müəyyən edildi.
Belə kontekstdə hüquqşünaslıq yalnız ritorikanın bir həlqəsi olaraq qalmadı, səbəb-nəticə əlaqələrini üzə çıxarmağa
yönəlmiş və öz xüsusi metodlarına malik olan sistematik bir predmetə, yəni elmə çevrildi.
Tarixi metodun əsas üsulları filologiyadan, humanistlərin linqvist tədqiqatlarından, həmçinin hüquqi anlayış
və terminlərin dili və mənşəyini araşdırmağa cəhd edən hüquqşünasların yaradıcılığından irəli gəlir. Boduenin ifadə
etdiyi kimi, alimin vəzifəsi nəyin bütöv və hissə, nəyin köhnə və yeni olduğunu müəyyən etməkdən ibarətdir (3, s.
121). Tarixi və hüquqi inkişaf sadəcə olaraq olanları xatırlatmaqla yox, onu incəsənət kimi deyil, elm kimi yazmaq,
mətni və linqvistik təhlilin inkişaf vərdişlərindən, xüsusən ilkin mənbələri sonrakı əlavələrdən “təmizləmək”
bacarığından çox asılı idi.
Hadisələri bilavasitə görən və görməyənlər arasında fərqləri müəyyən edərkən hüquqşünaslar da məhz belə
üsullardan istifadə etməyə çalışırdılar. Məhkəmələr baxılan işlərin hallarının bərpası qaydalarını müəyyən etməyə
cəhd edirdilər və akademik hüquqşünaslıq da belə qaydaları formal qaydada müəyyən etdi. Çıxartdıqları qərarların
gələcəkdə fəaliyyət üçün əsas olmasını təmin etmək məqsədilə məhkəmələr keçmiş hadisələri mümkün olduğu
səviyyə və dərəcədə real bərpa etməyə çalışırdılar. Belə qayda ilə tarixçilər də hadisələri öz səbəbləri və nəticələri
ilə əhatəli bərpa etməyə və yenidən canlandırmağa cəhd edirdilər.
Boduenin universal tarix ideyasını inkişaf etdirən Jan Boden, onu coğrafiyanın fiziki şəraiti ilə
əlaqələndirməyə cəhd edirdi. Bu kontekstdə o, sübut etmə arqumentasiyasının tarixi və hüquqi metodlarını təhlildən
keçirdi. Maraqlıdır ki, Boden kimi, hüquqşünaslar da, bir tərəfdən tədris prosesinin əsasını qoyacaq təlim işi, digər
tərəfdən siyasi inkişafı və yaxud faciəli hərəkətlərə görə xəbərdarlığı tələb edən praktikanın formalaşmasında
maraqlı idilər. Daha irəliyə gedərək, Boden göstərirdi ki, tarix “hər şeydən əvvəl tarixçilərin faktların şərhini
müdrik göstərişlərlə əlaqələndirdikləri vaxtdan” elmdir (5, s. 758). Bu nöqteyi-nəzərdən tarix müasir adamların,
görkəmli insanların həyatı və yaradıcılığını öyrənən və mühakimə edən bir məktəbə çevrildi.
Beləliklə, hüquqi və tarixi tədqiqatlar əxlaq fəlsəfəsi tədqiqatları ilə birləşdi, bununla da düzgün idarəetmə və
iqtisadiyyata müəyyən təsir edildi və beləliklə əslində bu da insanın öyrənilməsi sahəsində geniş imkanlar açdı. Bu
tədqiqatları daha da ciddi edən metodlar inkişaf etdi. İnsan həyatı haqqında müxtəlif fikirlər onu deməyə əsas verdi
ki, onlar artıq özünüyaradıcılıq prosesinə qoşulmuşlar.
Renesans dövründə bəşəri hissin valehediciliyi təkcə incəsənət və təhsillə deyil, eləcə də mülki həyat və
sərvətin meydana gəlməsi ilə də əlaqədar idi. Mədəniyyət dövlətlərin və imperiyaların taleyi ilə sıx bağlı idi. Siyasi
və hərbi işlərdə stabillik, şübhəsiz ki, nisbi xarakter daşıyırdı və alimlər yeni şəraitdə hakimiyyətlə sıx münasibət
saxlayırdılar. Nəticə etibarilə öz daxili müxtəliflikləri ilə fərqlənən və yeni dəyişikliklərə hazır olan akademik
mədəniyyət formalaşmağa başladı. Əvvəlki dövrlərlə əlaqələrin hələ də saxlanılmasına baxmayaraq artıq XVII əsrə
yaxınlaşdıqca İntibah dövrü arxada qaldı. Fransa və Rusiya dövlətlərinin mərkəzləşdirilməsi, Mərkəzi Avropada
otuz illik (1618- 1648) müharibənin başa çatması, İspaniyanın təsirinin tədricən azalması, İngiltərədə vətəndaş
müharibəsi və avropalıların Amerikanın şərq sahillərini və dünyanın digər hissələrini mənimsəməsi ilə Yeni dövrün
siyasi qaydasını xatırladan bir vəziyyət yarandı. Kommersiya və mədəniyyətin ağırlıq mərkəzi tədricən şimali-şərqi
Avropaya keçdi, belə ki, İngiltərə və Niderland mühüm iqtisadi və mədəni nailiyyətlər əldə etdilər ki, bu da öz
növbəsində əməyə, investisiyaya, ticarətə, eləcə də kənd təsərrüfatına söykənirdi. İlkin Yeni dövrün tədqiqatçıları
insanın və cəmiyyətin dəyişikliklərinin səbəblərini axtarıb tapmağa çalışırdılar. Məhz onların belə düşüncələri
müasir hüquqşünaslığın və sosial elmlərin əsaslarını yaratdı.
Mülki cəmiyyətin simvolu onun qanunla yaşaması olub və indi də belədir. Hüquq sistemləri və hüquq
nəzəriyyəsi ictimai münasibətlərinin qaydaya salınmasında mühüm rol oynayırlar. İctimai elmlərin əsasında belə bir
ideya durur ki, faktlar hansısa bir yeni qaydanın nəticəsidir, məhz bu qaydanın dərk edilməsi də son nəticədə
cəmiyyət haqqında elmin mövcud olmasının şərtidir.
XVII əsrin hüquqşünasları və siyasi mütəfəkkirləri belə hesab edirdilər ki, bəşər qanunları öz mənbəyini ilahi
tərəfindən yaradılan təbii qaydadan alır, təbiətin və insanın yaratdığı qanunlar arasındakı münasibətlər insan
haqqında müasir elmi formalaşdırır. Bu tezisin radikal variantlarından biri ruhun və onun təzahürlərinin maddi
təbiət terminində şərh edilməsi oldu. Nəticə etibarilə diqqət maddi işlərdə – əxlaqi davranışda, iqtisadi fəaliyyətdə
və siyasətdə fərdi insan faktoruna verilməyə başlandı. Buna müvafiq olaraq alimlər qanuna ilk nəzərdə bir-birinə
zidd olan iki mənada yanaşmağa başladılar: bir tərəfdən təbii vəziyyət və təbii qanun, digər tərəfdən isə insanın
yaratdığı qanun. Hər iki konsepsiya Avropada özünə yer tapmış və inkişaf etmişdir.
Bu baxımdan onu qeyd edə bilərik ki, əlbəttə, hüquq sistemi sosial məqsədlərə çatmağın praktik vasitəsidir.
Hüquq tarixi, demək olar ki, belə bir tezisin aşkar təsdiqinə çevrilmişdir ki, bilik formaları insan varlığı sahəsində
gündəlik həyatın əxlaqi, iqtisadi və siyasi reallıqları ilə birgə inkişaf etmişdir. Hüquqşünaslıq, son nəticədə isə
sosial elmlər akademik fənlər kimi ictimai münasibətlərin praktik tənzim edilməsinin tərkib hissəsi kimi inkişaf
etmişlər. Bu mənada haqqında söhbət gedən fənlər eyni vaxtda bəzən bir-birinə əks kimi görünən iki məqsədə nail
olmağa yönəlmişlər: sistematik, nəticə etibarilə elmi olmaq; praktik, nəticə etibarilə konkret hallarda tətbiq edilə
Zaman keçdikcə hüquqşünaslıq peşəsi yüksək nüfuz qazandı və hətta orta əsrlər Avropasında əksər vaxtlarda
siyasi hakimiyyətə də təsir etdi. Bu həm də onunla bağlı idi ki, mülkiyyət, vərəsəlik məsələlərini, kilsə hakimiyyəti
ilə münasibətləri, eləcə də sosial və siyasi borc problemlərini həll etmək üçün hüquqşünasa böyük ehtiyac var idi.
Bu zaman onu da qeyd edək ki, Roma hüququnun ənənələri çox güclü idi və Avropada hesab edirdilər ki, ən
mühüm mənbələri Bizans imperatoru Yustinian tərəfindən IV əsrdə tərtib olunan “Diqestlər” və “İnstitusiyalar”
olan hüquq Romanın sivilizasiyaya verdiyi ən ciddi nailiyyətlərdən biridir. Yustinian, həqiqətən də o zaman belə bir
göstəriş vermişdi: “Sonralar hüquqşünaslardan heç biri buna şərhlər verməyə və özünün sözçülüyü ilə bu
məcəllənin yığcamlığına xələl gətirməyə cəsarət edə bilməz. ” (2, s. 154). Lakin buna baxmayaraq orta əsrlər
hüquqşünasları məhz elə bu məcəllənin şərh edilməsi ilə bağlı fəaliyyət göstərdilər. Sonralar XV-XVI əsrlərdə də
hüquqşünaslar humanizm müddəalarından istifadə edərək hüquq elmini əxz etdikləri ənənələrlə əlaqədar inkişaf
etdirdilər. Eyni zamanda Avropanın əksər hissələrində yerli ənənələr hüququn həm məzmununa, həm də onun
formasına təsir etdi. Bununla yanaşı, hüquq sistematik rasional fənn kimi tanınmağa başlandı ki, bu və yuxarıda
haqqında danışılan ənənələr İngiltərədə ümumi hüquqda özünü daha bariz göstərirdi. Tarixi presedentə söykənmiş
“ümumi hüquq” ideyasının özü elmə deyil, əsasən təcrübəyə üstünlük verirdi.
Bu zaman formalaşmaqda olan kommentatorlar belə hesab edirdilər ki, bütün insanlar Allah tərəfindən
verilən ilkin təbiətə malik olduqlarına görə qanun üçün universal əsaslar mövcuddur və buna görə də Roma hüququ
hər yerdə tətbiq edilə bilmə, yəni universal tətbiqedilmə xüsusiyyətinə malikdir. Bu dövrdə hüquqşünasların
düşüncəsində adətlər insanın müxtəlif vaxtlar və müxtəlif xalqların həyatlarının sosial xüsusiyyətlərinin
müxtəlifliyini büruzə verən “ikinci təbiət” idi. Belə ki, VII əsrdə İsidor Sevilski yazırdı ki, “bəşəriyyəti iki üsulla
idarə edirlər: onun təbiətinə və adətin gücünə görə” (4, s. 8). Bu isə onu nəzərdə tuturdu ki, hüquqi sistemlər
haqqında sistematik düşüncənin məqsədi bu ikili xarakterdə olan insan təbiətləri arasında (birinci və ikinci təbiət)
lazımi tarazlığın tapılmasından ibarətdir.
Sistematik şəkildə daha çox Akvinat tərəfindən inkişaf etdirilən orta əsrlər xristian sintezi təbii hüququ –
qanunu, insanın ilkin təbiətini idarə edən İlahi qanunla eyniləşdirirdi. Lakin Roma hüququ ilə faktiki orta əsrlər
qanunu arasında münasibətləri öyrənən kommentatorlar belə bir ümumi fikrə gəldilər ki, təbii hüquqla yanaşı, adətə
əsaslanan və insanın yaratdığı qanunlar da mövcuddur. Romanın qanunları İntibah dövrü dövlətlərinin qanunları ilə
üst-üstə düşməyə bilər. Bütün bunların nəticəsi kimi, artıq XI əsrdə hüquqşünaslar, hər şeydən əvvəl, Şimali
İtaliyada, Boloniya universitetində Romanın sosial və siyasi şəraitini belə cəmiyyətlərdən fərqləndirməyə başladılar
və bununla da ictimai dəyişikliklərə müasir baxışın əsasını qoydular. Tarixi baxımdan insanların həyatında adətinmi
və yaxud təbiətin qanunlarının fayda gətirməsi məsələsi müzakirələrin mövzusu oldu. Hüquqşünas-alimlər elə bir
təfəkkür sxemi yaratdılar ki, bu sxem, ümumiyyətlə ictimai elmlərin gələcək inkişafına mühüm töhfə verdi.
Renessans dövründən başlayaraq bizim günlərədək hüquqşünaslar hüquqi sistemlərin əsaslandırılmasında
rasional prinsiplər və adətlərin qarşılıqlı nisbəti haqqında müxtəlif fikirlərə malik idilər. Əvvəlki təsəvvürləri
bəyənənlər hüquqşünaslığa bir elm kimi baxırdılar. Məsələn, deyək ki, buna misal olaraq Fransa hüquqşünaslıq
tarixi məktəbinin əsasını qoymuş hüquqşünas Alsiatonu göstərmək olar. O belə hesab edirdi ki, “idrak-ayrıca
götürülmüş qanunun ruhu və həyatıdır” (4, s. 138). O və onun ardıcılları sistematik olaraq belə bir ideyanı təbliğ
edirdilər ki, mövcud qanunlar təbiətin özündən irəli gəlir və olduğu kimi də qəbul edilir. Lakin digər hüquqşünaslar
isə belə bir problemə diqqəti cəlb edirdilər ki, yerli adətlər və yerli şərait ayrı-ayrı qanunların formalaşmasına və
hüquqi reallıqları dəyişdirməyə qadirdirlər. Belə müşahidələr universal insani təbiətlə təsadüfi, lokal tarixi və
coğrafi şəraitlər arasında mövcud olan münasibətləri öyrənməyə kömək etdi. Bu tendensiyalar XVIII əsr
sivilizasiyalarının yüksəlişi və süqutunun fiziki səbəblərinin, bilavasitə Şarl Monteskyenin 1748-ci ildə nəşr etdiyi
“Qanunların ruhu” əsəri ilə zirvəyə çatmış axtarışına gətirib çıxardı.
Roma hüquqşünası Ulpianın şərhində Yustinianın “Corpus Iuris Civiltis”ində təbii hüquq (1, s. 157), məhz,
özünümüdafiə və nəsil saxlamaq arzusu hesab edildi. O zaman belə qəbul edildi ki, təbii hüquqdan sonra xalqların
hüququdur (ius gentium), qanundur ki, bu da insanları rasional varlıq kimi ayırır. Hüquqşünaslar, bununla belə, ius
gentium-a üç əsas kateqoriyada da baxıblar: fərd, əşya və fəaliyyət. Bu kateqoriyalar hüququn təhlilində hələ XX
əsrdə də qüvvədə qalmışdır. Bu kateqoriyalar arasında münasibətləri hüquqşünaslar sosial təhlilin əsas
terminlərinin əsasında dəqiqləşdirdilər: iradə (voluntas), hakimiyyət (auctoritas), səbəb (causa), öhdəlik (obliqatio)
və s. Onlar şəxsiyyət-fərd anlayışını formalaşdıra bildilər ki, o da vücud, mülkiyyət və azad iradə, həmçinin təbiəti
etibarilə sosial olduğu üçün öhdəlik və məsuliyyətə malikdir. Bu təfəkkürdə qadın kişinin mülkiyyəti hesab edilirdi.
Xristianlıq, fərdi ilahi ruhun daşıyıcısı hesab etdiyi üçün şəxsiyyətin belə bir konsepsiyasını irəli sürürdü. Xristian
dini, həmçinin xalqların ümum hüququnun mövcudluğuna inamı təlqin edirdi. Belə ki, bu ideya ümumi, universal,
ilahi məntiqin və yaxud rasional ruhun mövcudluğuna inam yaradırdı.
Eyni zamanda hələ orta əsrlər dövründən başlayaraq insanı və dövləti hüquqi “varlıq” kimi əlaqələndirmək
ideyası üzərində araşdırmalar davam edirdi. Həm dövləti və həm də insanı hüquqi əsaslarda iradəyə malik olan
fiziki bütövlük kimi təsəvvür etmək qəbul edilirdi. Bu isə eyni zamanda həm mülkiyyəti və həm də öhdəliyi nəzərdə
tuturdu. Dövlətin iradəyə və bütövlüyə malik şəkildə fəaliyyət göstərmək ideyası geniş yayılmışdı. Siyasi orqanizm
anlayışı metafora deyildi, o özündə insan və dövlət üçün ümumi olan cəmiyyətin hüquqi strukturunu inikas
etdirirdi. Monarxiyada bu “orqanizm” və “iradə” hərfi mənada belə hökmdarın simasında təcəssüm edilirdi. Fransa
kralı XIV Lüdovikin timsalında bu daha bariz görünürdü.
“Siyasi orqanizm” anlayışı o zaman artıq Avropanın hər yerində geniş yayılmışdı. Baldasar Kastilyone (1478-
1529) hesab edirdi ki, monarxiya idarəetmənin daha təbii formasıdır, belə ki, bizim bədənimizin bütün üzvləri
ürəyin qaydalarına əməl etməli olduqları kimi, dövlətin üzvləri də ürəyə – suverenə itaət etməlidirlər (2, s. 188).
Digərləri isə hesab edirdilər ki, həkim insanın orqanizmində qayda yaratdığı kimi, dövlət başçısı da dövlətdə hüquqi
qayda yaratmalıdır. Kastilyonun öz əsərini yazmasından keçən yüz ildən sonra da İngiltərədə vətəndaş
müharibəsindən, xüsusən Parlamentin bir zərbə ilə dövlət başçısı I Karlın boynunu vurdurmasından (1649)
yazanların əksəriyyəti belə bir dildən və stildən istifadə etdilər. “Siyasi orqanizmin” belə parlaq nümunəsi təbiət
haqqında və insan haqqında elmlərin eyni zehni əsaslara malik olmasını əsaslandıran faktlardan birinə çevrildi.
Təbiət elmlərinin guya birinci olaraq, sonradan isə onun ardınca sosial elmlərin inkişaf etməsini iddia edən
konsepsiya doğru deyildir. Elmin bu iki sahəsi həmişə bir-biri ilə qarşılıqlı şəkildə inkişaf etmişdir. Obyektiv
cəhətdən bu belə olmuşdur, lakin zaman və subyektiv amil də bu prosesə öz təsirini göstərmiºdir.
Təbii qanunun və vətəndaş müharibəsinin daha böyük nəzəriyyəçisi, heç şübhəsiz ki, hollandiyalı
hüquqşünas Quqo Qrotsiy (1583-1645) hesab edilir. Birləşmiş əyalətlərlə İspaniya arasında müharibə, onun ardınca
baş verən otuzillik müharibə alimin 1625-ci ildə “Müharibə və sülh hüququ” əsərinin meydana gəlməsinə səbəb
oldu. Bu əsərlə də müasir beynəlxalq hüququn əsası qoyuldu. Müharibələr, vətəndaş qırğınları və s. Qrotsini belə
bir fikrə gətirib çıxardı ki, çoxlu siyasi birliklərin, dövlətlərin mövcud olması zəruridir və birləşmiş xristian
dünyasına ümid etmək olmaz. O, müasiri İ.V. Andree kimi yer üzündə “Allahın şəhərinin” axtarışı ilə məşğul
deyildi, əksinə belə müharibələrin bəşəriyyətə gətirdiyi zərərin aradan qaldırılması yollarını axtararaq ədalətli
müharibə ideyasına gəlib çıxmışdı.
Q.Qrotsini müasir təbiətşünaslıq fəlsəfəsinin əsasını qoyanlarla, məsələn, XVII əsrin mütəfəkkirlərindən
Qaliley, Qobbs, Dekart və b. ilə müqayisə etmək olar. Onlar hiss edirdilər ki, insan idrakı əsaslı səhihlik və aşkarlıq
tələb edir. Bunun əsasını isə əxlaq fəlsəfəsi yarada bilər. Bu fəlsəfə isə məntiqi, ardıcıl, dəqiq və sistematikdir, yəni
elmidir. Elmin nümunəsi, məsələn, Qaliley üçün həndəsə idisə, digərləri üçün isə bu, riyaziyyat idi. Qalileyin
həndəsədən istifadə etməsi, demək olar ki, Qrotsini də həvəsləndirdi.
Belə ki, Qrotsi öz müasirləri ilə əlaqəni kəsərək, əxlaq fəlsəfəsini təkcə praktik predmet kimi yox, eləcə də
elm kimi təqdim etdi. O, hesab etdi ki, yalnız elm skeptisizmi aradan qaldıra və insani münasibətlərin möhkəm
əsaslarını yarada bilər
Həqiqətən də skeptisizm qorxusu həm təbii və həm də əxlaqi təmayüllü əksər filosofları təbii
qanuna belə münasibət göstərməyə sövq edirdi. Bekon kimi, Qrotsi də insanın təbii dünyası ilə maraqlanırdı.
Onların fikrincə, bu bilik insanın həyatını təkmilləşdirə bilər. Bekon tarixin, yəni nüfuzlu biliklər üçün əsas ola
biləcək təbiət aləminin şərhini zəruri hesab edirdi. O, bu tarixin vəzifəsini insanı elmi sahəyə daxil etməkdə görür
və insanın müxtəlif dövrlərdə və yerlərdə yaşayış tərzinin şərh edilməsini vacib hesab edirdi. Qrotsiy məhz belə bir
biliyi hüquqşünaslığa gətirməyə cəhd edirdi.
Qrotsi fərdi hüquq və öhdəliklər sahəsində təbii hüquq nəzəriyyəsinin tətbiqi üçün və eləcə də belə bir
yanaşmanı əsaslandırmaq məqsədilə, insan təbiətinin özəyində nəyin durduğunu ən ciddi surətdə təhlil etmişdir.
Avropanı münaqişələr dağıda bilərdi, lakin o, qeyd edirdi ki, insanlar məhz insani təbiətə malik olduğu üçün onların
hamısını özünü qorumaq məqsədi birləşdirir. O əsaslandırırdı ki, davranışların əsaslarını tədqiq etmək üçün
inamların dərinliklərinə nüfuz etmək lazımdır. Belə halda biz görürük ki, insanlar həqiqətən də özlərini qorumaq
vəzifələrinin əleyhinə yönəlmiş fəaliyyət göstərmirlər və əks halda onların həyatı rasional müstəviyə keçməz. Eyni
zamanda, bəzi hallarda insanların özlərini qorumaq hissinə qarşı fəaliyyət göstərdiyi vaxtlar olub. Qrotsi hesab edir
ki, belə hallarda idrak əsas rol oynamayıb, hisslər üstünlük təşkil edib. İnsanlar üçün ən əhəmiyyətlisi onların
fəaliyyətini istiqamətləndirən idrakın olmasıdır. Ona görə də Qrotsiyə görə, “şəxsi marağa yönələn fəaliyyət təbii
qaydanın bütövlüyünün ilkin prinsipidir” (6, s. 111). O hesab edirdi ki, məhz insan təbiətinin özünümarağında,
əsasında sosial razılıq yarada biləcəyimiz fundament durur.
Q. Qrotsi universal bəşəri gerçəkliyi insanların rasional özünüqoruma davranışı ilə empirik yolla
eyniləşdirməyə cəhd edirdi. Belə bir tələbi elan etməklə bərabər o, müəyyən ilahi anlayışları, o cümlədən məhz
Allahın öz yaratdıqlarına məhəbbətini də nəzərdə tuturdu. Qrotsinin fikrinə görə Allah insanı sosial cəhətdən
mövcud olması üçün yaradıb və bu baxımdan da insan təbiətində özünüqoruma və sosiallığa cəhd yaradıb. Bundan
başqa, insan fiziki cəhətdən zəif olduğu üçün özünüqorumanın sosiallığa ehtiyacı vardır. Beləliklə, yalnız
əməkdaşlıq bizim təbiətimizi dini və praktik səbəblərdən məmnun edə bilər. Belə arqumentlərin əsasında Qrotsi
özünün teoloji köklərindən ayrılan və sonralar müasir liberal əxlaqi və hüquqi fəlsəfənin aparıcı prinsipinə çevrilən
aşağıdakı müddəanı irəli sürdü: əgər özgələrinə ziyan vurmursa hər bir kəsin öz şəxsi marağını güdməsi hüququ
vardır. O yazırdı: “Bir halda ki, cəmiyyətin niyyəti bundan ibarətdir, onda hər bir kəs çox rahat şəkildə öz
mülkiyyətinin sahibi olmalıdır” (6, s. 113). Bununla da Qrotsi, “öhdəliklərə köklənmiş” orta əsrlər hüquqi şüur
tərzindən fərqli olaraq təbii hüquq nəzəriyyəsinin inkişafının yeni istiqamətini yaratdı, bu gün liberal
nəzəriyyəçilərin insan hüquqları adlandırdıqları ideyalara daha çox üstünlük verdi.
Qrotsi hər bir fərdin özünüqoruma qanununda eyni zamanda istənilən ailə, dövlət idarəetməsi, hüquq
sisteminə və yaxud dövlətlərarası münasibətlərə və s. aid olan insan qanununun əsasını görürdü. Burdan belə çıxırdı
ki, insanın təbii mahiyyəti haqqında bilik onun işlərinin düzgün aparılmasının əsasıdır. Qrotsi fərdin özünüqoruma
ruhunu ilkin səbəb, cəmiyyətə isə onun ayrılmaz xassəsi, insanın fərdi özünüqorumasına xidmət edən vasitə kimi
baxırdı. O, insan təbiəti haqqında biliklərin, ilk növbədə, insanın fərdi təbiətinə aid olmasına inanırdı.
Özünüqoruma və insanın təbii ayrılmaz xassələri kimi bu iki müddəa insanın təbiəti və onun idarə olunması
haqqında XXI əsrə qədər Qərb mədəniyyəti üçün xas olan fərdi düşüncələr üçün əsas oldu. Müasir Qərb alimlərinin
də dəfələrlə qeyd etdikləri kimi, özünün müsbət tərəfləri ilə yanaşı olaraq neqativ nəticələri ilə də bəlli olan
individualizmin kökləri məhz buradan irəli gəlir. Bütün bunlarla yanaşı bir şey aydındır: hüquqşünaslıq özünün
müxtəlif istiqamətləri ilə inkişaf edirdi və metodologiyada yeni nailiyyətlər əldə olunurdu.
İstifadə olunmuş mənbələr:
1.Памятники римского права: Законы 12 таблиц. Институции Гая. Дигесты Юстиниана. М.:Зерцало,
2.Burke P. The Italian Renaissance: Sulture and Society in Italy. 2 ed. Cambridge: Polite Press, 1987
3.Kelley D.R. Foundations of Modern Historical Scholarship: Lanquaqe, Law and History in the French
Renaissance N.Y.: Columbia University Press, 1970
4.Kelley D.R. The Human Measure: Social Though in the Western Legal Tradition. Cambridge, MA:
Harvard University Press, 1990
5.Kelley D.R. The Theory of history// The Cambridge history of Renaissance Philosophy, 1972
6.Tick R. The “Modern” Theory of Natural Law //The Languages of Political Theory in Early Modern
Europe / ed. A.Pagden. Cambridge: Cambridge University Press, 1987
Гусейнов Абульфаз
К методологии юридических наук
В статье отмечается, что со всеми своими особенностями, включающими в себя и изменения,
относительности, случайности и стабильность в период своего расцвета, историческое развитие
характеризовалось присоединением юриспруденции, теории права с гуманистическими учениями.
Поколение комментаторов, которое было тесно связано с Римским правом, исследовало историю права
разных народов и государств. Эти исследования создали основы методологии правоведения и тем самым
дали толчок идее о разнообразии происхождения и развития права.
Huseynov Abulfaz
The author notes that jurisprudence that is theory of law with all its features including changes, relativity
randomness and stability, in its historical development joined with the humanistic doctrines. Generation of
commentators who have been closely connected with Roman law, investigated history of law of the different people
and states. These researches have created bases of methodology of jurisprudence and so appeared the idea about
diversity of origin and development of law.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.