Press "Enter" to skip to content

Eyx Sənan (dram)

Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi.

Hüseyn Cavidin “Şeyx Sənan” əsəri İranda nəşr olunub

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Şeyx Sənan” dramı Azərbaycanın “Kaspi” Təhsil Şirkətinin himayədarlığı ilə İran İslam Respublikasında nəşr olunub.

Ərəb qrafikalı Azərbaycan türkcəsində və farsca nəşr olunan kitabın “Ön söz” müəllifi “Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Həmçinin kitabda mütərcimin, türkoloq alim Hüseyn Sədiqin, yazıçı və tədqiqatçı Mustafa Quluzadənin də əsər, müəllif və tərcümə haqda məqalələri yer alıb.

Sona Vəliyeva böyük şairimizin yaradıcılığını belə qiymətləndirib: “Hüseyn Cavid bəşəri sənətkardır. İnsan haqlarının yüksəlişi, dünyada haqq və ədalətin qorunması, sülh və sabitlik, İslam dəyərlərinin təbliği və yayılması Cavid yaradıcılığının ana xəttini təşkil edir. Bütün müsəlman xalqlarının Hüseyn Cavid şəxsiyyətinin ucalığından öyünməyə, onun yaradıcılığından bəhrələnməyə mənəvi haqqı var. Çünki böyük şairimiz ülvi hissləri və bəşəri ideyaları ilə müqəddəs İslam dininin pak əxlaqi dəyərlərini tərənnüm edib. Cavid İslam dinini, bütün aləmi işıqlandıran və bütün bəşəriyyəti zülmətlərdən, qara günlərdən, haqsızlıqlardan qurtaran bir günəş adlandırır. Odur ki, “Şeyx Sənan” dramının İranda nəşr olunması dünya ədəbiyyatına dəyərli nümunələr bəxş edən fars dilində yaradılmış ədəbiyyat xəzinəsinin daha da zənginləşdirilməsi üçün qiymətli töhfədir”.

İranın nüfuzlu “Avayi-Münci” nəşrlər evində çap olunmuş kitab 400 səhifədən ibarətdir. Nəfis şəkildə tərtib olunmuş kitabda böyük şair və dramaturq Hüseyn Cavidin müxtəlif illərdə çəkilmiş fotoları da əks olunub.

Əsər, böyük Cavid yaradıcılığını İran ədəbi-ictimai mühitində tanıtdırmağı qarşısına məqsəd qoyan görkəmli tədqiqatçı, şair-publisist Əkbər Əlyar Həmidinin mənzum tərcüməsində nəşrə hazırlanıb. Nəşrin rəhbəri Azərbaycan Dövlət İnformasiya Agentliyinin Türkiyə və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtıdır.

İki min nüsxə tirajla nəşr olunan əsər İran İslam Respublikasının böyük kitabxanalarına, o cümlədən ali təhsil ocaqlarına paylanılacaq, İranda keçirilən kitab sərgilərinə çıxarılacaq, ölkənin görkəmli şair və yazıçılarına hədiyyə olunacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Şeyx Sənan (dram)

ƏŞXAS
Şeyx Kəbir – fəzilət və irfanilə, irşad və ictihadilə məşhur, ağsaqal və nurani bir mürşid.
Şeyx Əbuzər – Şeyx Kəbirin ailəsinə məhrəm, ev işlərinə nəzarət edər bir ixtiyar.
Zəhra – Şeyx Kəbirin qızı.
Əzra – Zəhranın rəfiqəsi, Şeyx Əbuzərin qızı.
Şeyx Sən’an – otuz yaşında, xoşsima bir tələbə.
Şeyx Hadi
Ş e y x S ə d r a – Şeyx Sən’anın yaqın arqadaşları. Əbülüla
Şeyx Mərvan – təkgözlü, orta yaşlı bir şəxs.
Şeyx Nəim – Şeyx Mərvanın məsləkdaşı.
Şeyx Əbülləhyə orta yaşlı, iki zahidməslək arqadaş. Fəqət Əbdülləhyə Şeyx Cəfər nin saqalı aşırı dərəcədə uzundur.
Oğuz – iki gürbüz dəliqanlı
Özdəmir – iki gürbüz dəliqanlı
Dərviş – nurani bir ixtiyar.
İki kor ərəb, dəvəçi, mələklər, sair şeyxlər və müridlər.
Xumar (Tamara) – olduqca gözəl və mə’sum ruhlu bir gürcü qızı.
Nina – Xumarın rəfiqəsi.
Anton – şıq dəliqanlı.
Simon – şıq dəliqanlı.
P l a t o n – Xumarın babası.
Serğo – Platonun xidmətçisi.
Papas – sağlam vücudlu, mühib simalı bir keşiş.
S a i r d ə l i q a n l ı l a r , q ı z l a r və ço c u q l a r .
Ş e y x l ə r və m ü r i d l ə r – ərəb qiyafətində; gürcülər isə əski gürcü qiyafətindədirlər.

Mündəricat [ redaktə ]

Hüseyn cavid şeys sənan

Oktyabrın 24-ü Azərbaycanın, Türk Dünyasının böyük şairi Hüseyn Cavidin anadan olmasından 130 il ötür. Uşaqlıq çağımdan bəri Cavidin insan soraqlı əsərlərinin, şəxsiyyətinin vurğunuyam. Çünki o, sifətini dəyişmədi. Hüseyn Cavidi böyük anlamda İnam Atanın onun haqqında yazdığı möhtəşəm, bənzərsiz “Yerdəkilərin Göy həsrəti” fəlsəfi-bədii məqamından tanıdım.

Ümumiyyətlə, Cavid ruhunu açan ən gözəl əsər sayıram “Yerdəkilərin Göy həsrəti”ni. Az sonra ADPU-da diplom işim olaraq “Asif Atanın fəlsəfi-bədi tənqidi” adlı 5 fəsilli əsər yazdım. Həcmi böyük olduğundan 2 fəslini müdafiəyə təqdim etdim. Birinci fəsil Atanın “Ömür üstə” əsərinin, ikinci fəsil isə “Yerdəkilərin Göy həsrəti”nin təhlili idi. “Yerdəkilərin Göy həsrəti”nin ruhu, dili məni ovsunlamışdı. Əsər başdan-başa şeiriyyət idi!

Hüseyn Cavid nəinki Azərbaycanın, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır.
Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…

1937-ci ilin qorxunc repressiyaları ilk olaraq aydınların sıradan çıxarılmasına, ümumən millətimizin sarsıdılmasına yönəlmişdi. Bunun ilk zərbəsini alanlardan biri də Hüseyn Cavid oldu. O, həmin il iyunun 4-də həbs edilərək Sibirə sürgün edildi. 1941-ci il dekabrın 5-də imperiyanın İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində öldü.

Oktyabr ayı Cavidin doğum günü ilə əlamətdar olsa da, bir neçə aydınımızın da qətli ilə yadda qalıb. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış aydınları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildilər. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu bütünlüklə sarsıtsın.

Bununla bağlı İnam Ata (Asif Ata) yazır: “1920-ci ildə xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini yedilər”.

Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir.

Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi çox sevdiyim əsərlərdəndir. İnsanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə qovuşmaq ehtirasını özündə əks etdirən bu əsər misilsizdir. Şişirtməsiz demək olar, dünya dramaturgiyasında “Şeyx Sənan” ruhlu ikinci bir əsər tapmaq çox çətindir.

Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı başlıca yer tutur:

“Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur”.

Şeyx Sənanı həqiqətə yetmək istəyi yandırıb-yaxır. O, sanki eşqini qarşıda gözləyən fəlakətlərdən xəbərdardır.

Zəhra ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə olduğunu anlayır. Bilir ki, Şeyx Sənanın hüsnünün gözəlliyi, elmi-kamalının ucalığı ruhunun qeyri-adiliyindəndir.

“Şeyx, gəl-gəl!
Sevimli Sənan, gəl-gəl!
Sənə layiq deyil o yer, yüksəl!”

Bu, artıq Sənanın Xumarın şəxsində həqiqətin səsini eşitməsidir. Sənan bu halını kimsəyə anlada bilmir.

“Ər kişidə olur bir söz, bir məram,
Əzm eylədim məhv olsa aləm tamam
Dönməm geri, hər yana yol açıq”.

Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin yalvarışlarına baxmayaraq Şeyx Sənan – “Yüksələn fəqət enməz, hər kim məni istərsə, göyə yüksəlsin”-deyir.

Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi.

Şeyx Sənan – göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək – insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, həqiqətə, ülviyyətə çatmasıdır.
İnam harayı səslənir Sənanların göyündə – ardıcıl, qəti!

Şeyx Sənanların, Xumarların göyləşmək həsrəti var.

Xumar – Sənanın illərlə aradığı, sonda tapdığı idealıdır.

Sənan dəyişməzliyin, bütövlüyün bütün çalarlarını Xumarda tapır və ona dəlicəsinə vurulur.

O, Xumarı səcdəgah saydığı dərəcədə, özü də onun üçün səcdəgah olur.

Sənan Xumarını, yəni həqiqətini tapır, İnama yüksəlir, göyləşir, durulaşır, özümlüyünə qovuşur.

Həqiqətinə doğru yol gedən, əzab içində qovrulan, əzabdan fərəh alan, həqiqətinə yetəndir Sənan!

Ancaq Sənanın və Xumarın yanındakılar naşı inamlara tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox uzaqdırlar.
Fitnə-fəsadla, həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə düçar olublar.

Cavid «Şeyx Sənan»da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir.

İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir.

Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı bitir, fərəh, inam meyvələri yetişir.

Göy qətiyyəti gəlir göy oğlu Sənanın ömrünə – İradə Göyünə yüksəlir.

İdrakın göy səviyyəsi var – gerçək idrakdan göy qədər uca, əlçatmaz.

Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir.

Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir.

Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər. Bu obrazlar insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, üviyyətsizliyinə qarşı durmağa çağırırlar.

Cavid «Peyğəmbər» əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib.

Peyğəmbərin peyğəmbərliyinin ilk illəri peyğəmbər halı kimi təhlil, təqdir olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib, amala sevgisi onu ülviləşdirir, ilahiləşdirir.

Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində. Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində ruhani duyum ustalığıyla açılır.

Yer iradəsi qorxusuyla, tərəddüdüylə Göy hökmünə, qətiyyətinə qarşıdır.

Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir.

Göy hökmü, Göy çağırışı düşür göy İnamlı Səyavuşun aqibətinə.
Səyavuş da göy idrakına yüksəlir, yetir, göy inamına layiq bilinir.
Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə calanır.

Oxu daşa dəyir göyinamlıların – göy həsrətilə yana-yana qalırlar. Göysüzlər yazırlar göylülərin aqibətini: hərcayilik, insansızlıq törədirlər. «Uçurum»da insan faciəsi bütün çılpaqlığı ilə açılır.

Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır.

Yerdəkilərin İblis adlı səcdəgahı var: yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər.

Cavid haray çəkir: İblisləşən Yerdə xurafat göysüzlüyü yaranıb.
Yerdəkilərin yaşamında İblis halı yaranır – zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır.

Fitnə-fəsad, şərdən yoğrulmuş işlər törəyir Yer idrakından. Xurafat, cəhalət, anlamsız adət-ənənələr mənəviyyat göysüzlüyü yaradır.

Şairin qəhrəmanları zəlilləşmənin yaratdığı qələbəyə inanmır. Mənəviyyat göysüzləri Vicdanın səsini eşitmirlər.

Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik – İnsansızlıqdan yaranır.

Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar.
Yadlaşma yağılığından ayrıla bilmirlər mənəviyyat korları, çünki iradəsizdirlər.

Cavid “Topal Teymur”unda fatehliyin faciəsini dahiyanə şəkildə açıb göstərir. Şair demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürəklərə yiyələnmək istəyirlər, ancaq bacarmırlar.

İnam Ata “25 söz” izharında bəşərin oxumasını gərəkli saydığı 25 nəfər söz yiyəsi sırasında Hüseyn Cavidin də adını çəkir.

Yüzillər ötəcək, Cavidin yaradıcılığı yenə də öz bənzərsizliyini qoruyacaq, yaşadacaq. Onun İnsan soraqlı əsərləri bəşərin bütün çağlarında öz ilahi dəyərini daha da yüksəldəcək, artıracaq.

Comments are closed, but trackbacks and pingbacks are open.