Eyx Sənan
Türkü söyləməkdə olan Özdəmirlə Oğuz görünməyə başlar.
Hüseyn Cavid – Şeyx Sənan /İkinci pərdə (I səhnə)
Qafqasyada, şimdiki Tiflis civarında küçük bir dağ ətəyində mənzərəli bir yer. Bir tərəfdə Kür nəhri, digər tərəfdə dağa doğru ucu görünməz əyri bir cığır nəzərləri oqşar. Qarşıda iki-üç çadır görünür. Müridlərdən bir qaç kişi çadırlardan çıqaraq əllərində dəsti Kürdən su gətirir. Bahar mevsimi. Gürcü yortusu. Ikindi çağı. Qürubə qarşı. Şeyx Sən’an Şeyx Sədra ilə bərabər gəzinərək ötüşməkdə olan bülbülləri dinlər və şaşqın bir baqışla ətrafı tamaşa edər.
(məczub bir halda)
İştə Qafqas. Səfalı bir mə’va!
Allah-Allah, nədir bu abü həva!?
Nə qadar şairanə bir xilqət!
Yerə enmişdir adəta cənnət.
Bu tamaşayə qarşı hər insan,
Bəncə biixtiyar olur heyran.
Nə qadar dilrüba yeşil təpələr!
Seyrə daldıqca ruhu cəzb eylər.
Gülüşür pəmbə, al, bəyaz güllər,
Ötüşür hər tərəfdə bülbüllər.
Ninni söylər küçük sular xəndan,
Görünür hər tərəfdə bir orman.
Qarlı, qartallı bir yığın dağlar,
Ta uzaqlarda bəmbəyaz parlar.
O bulutlar nə, öylə rəngarəng!?
Bu nə qüdrət! Nə dilfirib ahəng?!
Burda qızğın günəş də pək munis
Gecələr büsbütün nədimeyi-hiss.
Hələ Kür nəhri başqa bir aləm!
Gecə məhtabə qarşı pək həmdəm
Gah olur bir dərin sükutə varır,
Gah çağlar da bir fəğan qoparır;
Çırpınır Kür boyunca pək dilbər
Qoyu kül rəngi, gök güvərçinlər,
İştə onlar: həp oynaşan, qoşuşan
Dalğacıqlardır öylə xəndəfəşan.
O da bir karivan, aqıb gediyor,
Bir ədəmgahə doğru əzm ediyor,
Bir səfərdir bu adəta məchul.
Qayə məchul, ibtida məchul.
İştə, insanların da halı budur,
Anlaşılmaz niçin gəlib gediyor!?
Bu sırada aşağıdakı türkü eşidilməyə başlar, hər kəs dərin bir məczubiyyətlə dinlər, durur.
Yücə dağlar aşdım, ormanlar keçdim,
Gözəllər içində bir gözəl seçdim,
Bən o gündən yaradana and içdim,
Dünya gözəl olsa, dönməm yarımdan.
Bənim yarım al yanaqlı mələkdir,
Tazə açmış sevimli bir çiçəkdir,
Qəhr olsun o qəhrəman ki, dönəkdir,
Dünya gözəl olsa, dönməm yarımdan.
Türkü söyləməkdə olan Özdəmirlə Oğuz görünməyə başlar.
Bana baq, arqadaşlar!
Hanki soydansınız? Nə dindəsiniz?
Soyumuz türk, dinimiz islam.
Şeyx Sənan
Oyan, ey piri-xoşdil! Qalq, ayıl bir xabi-rahətdən!
Qiyamətdir, qiyamət. Qalq, oyan, zevq al bu fürsətdən.
Mələklər göydən enmiş, feyz alırlar xaki-pakindən,
Seçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən.
Donanmış hər tərəf pürşölə yıldızlarla. caizdir
Ki, Tiflis ərş pürəxtərlə dəm vursun rəqabətdən.
Ayıl, ey şeyxi-vəcdavər! Ayıl, baq gör nə aləmdir?
Cihan sərməst olub rəqs eyliyor şevqi-şətarətdən.
Uyub sən bir mələksimayə satdın dini, imanı,
Atıb ehkami-Quranı, uzaqlaşdın təriqətdən.
Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub getməz,
Cihan durduqca parlar, yüksəlir, düşməz təravətdən.
Ziyarətgahını gülbusələr təzyin edər hər an,
Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən.
“Nədir mənası eşqin?!” söyləyənlər nerdə? Bir gəlsin,
Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.
Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz hiçdir;
Məhəbbətdir, əvət, məqsəd bu pürəfsanə xilqətdən.
Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq
Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır
18 İyun , 2015 11:42
https://static.report.az/photo/0e62ef5f-3665-4f9b-b716-1c61e42e4f54.jpg
Bakı. 18 iyun. REPORT.AZ/ Dahi dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq. Bu barədə “Report”a Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır: “Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq. Tamaşa Gürcüstan və Azərbaycan teatrlarının birgə layihəsi olacaq. Bu, çox orijinal layihədir”. Milli Dram Teatrının direktoru deyib ki, “Şeyx Sənan” faciəsinin ilk nümayişi Bakıda, sonra isə Tbilisidə olacaq: “Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissəsində isə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq”. İ.İsrafilov bildirib ki, artıq “Şeyx Sənan” faciəsi gürcü dilinə tərcümə olunub və əsərin gürcü dilində olan nüsxəsi Gürcüstandan Azərbaycana göndərilib: “Bu tərcüməni çoxdan gözləyirdim. Nəhayət ki, gəlib çıxdı. Bizim üçün fəxr olunası hadisədir. Dəyərli olan odur ki, Hüseyn Cavidin əsəri ilk dəfə gürcü dilində səhnələşdiriləcək. Əgər gələcəkdə hansısa səbəblərdən bu əsər səhnəyə qoyulmasa belə ən azından tərcüməsi əlimizdədir. Onun bütün əsərlərini xarici dillərə tərcümə etmək imkanımız olsaydı, çox gözəl olardı. Mən Hüseyn Cavid yadigarı Turan xanım Cavidin tələbəsi olmuşam. Ona görə də, Turan xanımın ruhu qarşısında hər zaman özümü borclu hesab edirəm”.
Comments are closed, but trackbacks and pingbacks are open.