Press "Enter" to skip to content

Hüseynbala Mirələmov: “O, mənim qızım yerindədir”

2005 , 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü olmuşdur. Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupunun rəhbəri olmuşdur.

Hüseynbala mirələmov

Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” fikirlərinin yer aldığı açıqlaması cəmiyyətdə böyük səs-küyə səbəb olub. Ölkədə iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda, deputatın nə üçün bu cür danışması çox pis qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, dünəndən bəri sosial şəbəkələrdə ünvanına xoş sözlər deyilmədiyindən xəbərdar olan deputat Hüseynbala Mirələmov Modern.az saytına açıqlamasında məsələyə daha ətraflı aydınlıq gətirib.

“Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, “indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir”. Özü də bir neçə dəfə dedim ki, “bu, zarafatdır”. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb.

Jurnalistlə səmimi şəkildə söhbət etdik, zarafatlaşdıq. Bu millətin bəzi üzvləri sanki bir-birinə qənim kəsilib. Belələri sanki 1937-ci ildə bir-birinin qanını içən adamların nəvə-nəticələridir. Belə olmaz axı!

Böyük Vətən Müharibəsində ata-babalarımız nə qədər əziyyət çəkiblər. Çətinlik görüblər. Ac-susuz qalıblar, amma vətənə kömək ediblər. Əgər vətənimiz çətin durumdadırsa, onun yolunda canımızı da verməliyik. Hər bir azərbaycanlı belə düşünməlidir”.

Hüseynbala Mirələmov, qalmaqala səbəb olan müsahibəsi zamanı toxunduğu məqamları xüsusi qeyd edib. “Müsahibədə Azərbaycanın stabil vəziyyətini xüsusi qeyd etmişəm. Bu gün Suriyada, İraqda yaşayan insanların vəziyyəti çox acınacaqlıdır. Nə yaxşı ki, dövlətimiz belə deyil. Azərbaycanın stabilliyi bizim üçün xəzinədir. Bizə qismət olub ki, sülh şəraitində yaşayırıq. Ölkələr var ki, milyonları, sərvətləri, neftləri var, amma rahat nəfəs ala bilmirlər. Qırılırlar. Müsahibədə bunların hamısını demişəm. Amma heç biri verilməyib. Müsahibə verən zaman yanımda bir oğlan vardı. Zarafatla dedim ki, “az yeyək, ayağımızı yorğanımıza görə uzadaq”.

Biz də insanıq da. Nə olar ki, zarafat edəndə. Gərək bir-birimizə düşmən olaq?! Adam var 1000 manat gəlir qazanır. Xərcləyir. Adam da var 200-300 manat əmək haqqı alır. Bu mənada demişəm ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Ailə büdcəsinə uyğun hərəkət etməlidir. Bu fikirlərimdə qəbahətli nə var axı, oturub-durub məni təhqir edirlər?! Əgər 1000 manat qazanıramsa, onu elə xərcləməyə çalışıram ki, bu ay üçün ailəmi saxlaya bilim”.

Deputat bizneslə məşğul olduğu barədə deyilənlərə belə aydınlıq gətirib. “Hüseynbala Mirələmov millət vəkilidir. Hüseynbala Mirələmov yazıçıdır. Hüseynbala Mirələmov alimdir, professordur. Vəssalam! Mən biznesmen deyiləm. Dövlət Neft və Sənaye Universitetində kafedra müdiriyəm. Ola bilər ki, mənim ailəmin digər üzvləri bizneslə məşğul olur. Buna görə onların qarşısını ala bilmərəm. Aldığım məvacib mənə kifayət qədər bəs edir. Mənim yazıçılığım, elə mənim biznesimdir. Dünyanın 39 ölkəsinə kitablarım tərcümə olunub”.

Hüseynbala Mirələmov: “O, mənim qızım yerindədir”

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib.

Sözügedən video ilə bağlı sabiq millət vəkili Unikal.org-a müsahibə verib:

– Hüseynbala müəllim, necəsiniz?

– Məlum video ilə bağlı nə deyə bilərsiniz?

– Həyatdır. Oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.

– Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?

– Ay qardaş, nə danışırsan? O, mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri “Facebook”da onu-bunu lağa qoymaqdır. Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağ olsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım”.

– Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?

– (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. Hadisə universitetdə konfrans zamanı olub. Bu videonu yayan adamlar tapılmalıdır.

Əxlaqsız videosu yayılan Hüseynbala Mirələmov kimdir?

Xəbər verdiyimiz kimi, keçmiş deputat Hüseynbala Mirələmovun əxlaqsız videosu yayılıb.

Bütün ölkənin gündəminə çevrilən bu videonun qəhrəmanı Hüseynbala Mirələmov kimdir?

Onun tərcümeyi-halını təqdim edirik:

Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub.

1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinifini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinin “Sənaye və mülki tikinti” ixtisasını bitirmişdir. 1970-1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur.
1965-ci ildən “Azərbaycan pioneri” qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin “baş ədəbi” işcisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən “Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən “Bakqaz” İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.

2005 , 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü olmuşdur. Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupunun rəhbəri olmuşdur.

Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-cı ildə “Bir tikə çörək” hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – “Tənha durna uçuşu” 1986-cı ildə işıq üzü görüb.

Hüseynbala Mirələmovun “Xəcalət”, “Utanc” və “Mənəviyyatın ekologiyası” adlı əsərləri var./AZXEBER.COM

Xəbərlər Baxılıb: 3798 Tarix: 22 aprel 2021

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

Ağ saçları 5 dəqiqədə qaraldan şampun

Məhsul haqqında. Dexe Black Hair Shampoo. Ağ saçları qaraldan şampun. Artıq bəylərimiz də komplekslərindən asanlıqla qurtula bilər. Sizi cavan göstərəcək bu məhsul vasitəsiylə ağ saçlara əlvida deyin. 100% Təbii Subaru Saç Qaraldan Şampun. İlk İstifadədə Bütün Bəyazlarınızdan kurtulmanızı Sağlar!. Özünüz

Xanımlar, ideal incəliyə əziyyətsiz nail olun!

Məhsul haqqında BURADAN. SİFARİŞ:055 239 54 49. 25 sümüklü təbii Lateks korseti hər hansı bir diskomfort hiss yaratmadan, yorucu pəhriz və mürəkkəb kompleks məşqləri tətbiq etmədən sizin belinizin ölçüsünün 25 gün ərzində 7-10 sm azalmasına səbəb olacaq. Həmdə beli düz saxlayır və geynən kimi əla incəldir

Dexe şampunla daha möhkəm və uzun saçlara sahib olacaqsınız

Saçlarımız xarici görünüşümüzdə böyük rol oynasa da, bəzən stress, bəzən yanlış qidalanma, bəzən genetik, bəzənsə kənar amillər və s. səbəblərdən tökülə bilir. Komplekslərimizdən qurtulmağı nə qədər çox bacarsaq belə, saç tökülməsinin həyatımızdakı mənfi rolu danılmazdır. Tökülən saçların bərpası üçü

“Yeni klinika”nın direktoru həbs edildi – RƏSMİ

“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibb

Hüseynbala Mirələmovun biabırçı videosu ilə bağlı YAP-dan AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb. Məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:

Ərdoğan Azərbaycanla imzalanmış vacib sənədi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib. Bu barədə “Resmi Gazete”də məlumat dərc edilib. Qeyd edək ki, Prezident İlham Əliye

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. -a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən polis polkovnik-leytenantı Yelmar Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinə rəis təyin edilib. Qeyd edək ki

Yasamalda baş verən yanğın söndürüldü – YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. 23:08. Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərd

Güllələnən Aygülün anası qızına deyilən sözlərdən DANIŞDI – FOTO

Tükiyənin Bursa şəhərində Mehmet Yıldız adlı şəxs boşanma ərəfəsində olduğu həyat yoldaşı Aygül Yıldız ilə küçədə mübahisə etdikdən sonra tapança ilə onun başına atəş açaraq öldürüb. -a istinadən xəbər verir ki, öldürülən qadın bu gün dəfn olunub. Dəfn zamanı mərhumun anası qızının davamlı olaraq təhdi

Comments are closed, but trackbacks and pingbacks are open.