İlkin yardım – Huşin itirilməsi zamanı
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Huşun itməsi zamani ilk tibbi yardim
TƏLİMAT Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım GİRİŞ Bədbəxt hadisələr zamanı zərərçəkənə düzgün ilk tibbi yardımın göstərilməsində naliyyətin qazanılması, köməklik göstərən şəxsin bacarığından, tez və düzgün köməklik göstərməsindən aşlıdır. Bu isə o zaman mümkündür ki, köməklik göstərən şəxs daim öz biliklərini artırsın və ilk tibbi yardım göstərmək üçün məşğələlərdə təcrübə yığsın.Zərərçəkənə bu işdə mütəxəssis olmayan şəxs tərəfindən göstərilən ilk tibbi yardım, ancaq həkim gələnə qədər ki, yardımdan ibarət olmalıdır. YARALANMA ZAMANI İLK TİBBİ YARDIM. İlk növbədə qanaxmanı saxlamaq, yaranı infeksiyadan qorumaq lazımdır. Yaralanma zamanı ilk tibbi yardım göstərən şəxs aşağıdakı qaydalara əməl etməlidir: a) ilk tibbi yardım göstərən əllərini sabunla təmiz yumalı və ya barmaqlarını yodla silməli; b) yaranı su və dərman maddələri ilə yumaq, yaraya toz dərman tökmək və maz sürtmək olmaz; v) yarada olan qumu, torpağı və s. yumaq olmaz; q) yarada əmələ gəlmiş bərkimiş qam (qasnağı) qopartmaq olmaz. Yaralama zamanı yaranın üzərinə steril sarğı materialı qoyub sarımaq lazımdır. Əgər hadisə yerində belə ləvazimatlar yoxdursa onda yaranın üzərinə təmiz əl dəsmalı qoyub bağlamaq lazımdır. Əl dəsmalını yaranın üzərinə qoymazdan əvvəl dəsmalın üzərinə bir neçə damcı yod əlavə etmək lazımdır. ELEKTRİK CƏRƏYANI İLƏ ZƏDƏLƏNMƏ ZAMANI İLK TİBBİ YARDIM. Elektrik cərəyanı vuran insanın həyatını xilas etmək çox zaman zərərçəkəni vaxtında cərəyandan azad etməkdən və ilk tibbi yardımın düzgün göstərilməsindən asılıdır. Bu işdə yubanmaq, elektrik cərəyanı vuran adamın Ölümü ilə nəticələnə bilər. Əgər elektrik cərəyanı vuran adam (zərərçəkən) hələ də gərginlik altındadırsa ilk növbədə onu elektrik cərəyanından azad etmək lazımdır. Bu zaman yadda saxlamaq lazımdır ki, elektrik gərginliyi altında olan adama təhlükəsizlik qaydalarına əməl etmədən toxunmaq, köməklik göstərənin özü üçün də təhlükəlidir. Bununla əlaqədar olaraq köməklik göstərən adam, ilk növbədə tez zərərçəkənin elektrik cərəyanı ilə təmasda olan qurğunun cərəyanını söndürməlidir. Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır: • əgər zərərçəkən hündürlükdədirsə, onun yerə təhlükəsiz düşməsi tədbirlərini görmək; • hadisə havanın qaranlıq vaxtı baş verərsə elektrik qurğuları söndürüldüyündən xəsarət alana köməklik göstərmək üçün başqa işıqlandırma mənbəylərindən • (fonar, şam, qəza işıqlandırması, akkumulyator fonarı və s.) istifadə etmək lazımdır. • Yadda saxlamaq lazımdır ki, yüksək gərginlikli xətləri (1000 voltdan yuxarı) söndürüldükdən sonra da xəttdə tok ola bilər. • Zərərçəkəni elektrik cərəyanından azad etmək üçün quru paltardan, ipdən taxtadan və başqa elektrik cərəyanı keçrirməyən əşyalardan istifadə etmək olar. Bu məqsəd üçün dəmirdən və yaş (nəm) əşyalardan istifadə etmək qadağandır. • Zərərçəkəni elektrik cərəyanından azad etmək üçün onun (zərərçəkənin) paltarından o vaxt tutub dartmaq olar ki, paltar quru və bədənindən aralı olsun. • Zərərçəkəni elektrik cərəyamnan azad etmək üçün köməklik göstərən adam əlinə dielektrik əlcək geyinməlidir. Əgər bu mümkün deyilsə əlcək yerinə şərfdən, pencəyin, paltonun ətəyindən istifadə etmək olar. Köməklik göstərən adam özünü qorumaq üçün ayağının altına quru taxta, tok keçirməyən əşya (bu özünün üst paltarı da ola bilər) qoymalıdır. Elektrik cərəyanı vuran adamı tokdan azad edən zaman imkan daxilində bir əllə fəaliyyət göstərmək lazımdır. • Elektrik cərəyanı vuran adamı elektrik cərəyanından ayırmaq çətinlik yaradarsa cərəyan xəttini balta (sapı taxtadan və quru olmalıdır) və başqa izolyası olan kəsici vasitələrdən istifadə etməklə kəsmək lazımdır. • Zərərçəkəni yüksək gərginlikli (lOOOv yuxarı) cərəyandan azad etmək üçün köməklik göstərən adam əlinə dielektrik əlcək, ayağına isə rezin çəkmə geyinməli, bu gərginliyə hesablanmış vasitələrdən istifadə (ştanq və ya kəlbətin) etməlidir. Zərərçəkəni elektrik cərəyanından azad etdikdən sonra əgər o huşunu itirməyibsə onu rahat yerə uzadmalı, üstünü örtməli, həkim gələnə qədər sakit şərait yaradmalı, nəbzinə və nəfəs almasına nəzarət etməlidir. • Əgər zərərçəkən huşunu itiribsə, çətin nəfəs alırsa, nəbzi pis vurursa, onda onu düz və rahat yerə uzadmalı, yaxasını açmalı, onu təmiz hava axını ilə təmin etməli, naşatır spirti iylətməli, üzünə su səpməli və tam sakitlik yaradılmalıdır. Əgər zərərçəkənin nəbzi vurmursa, nəfəs almırsa və ya o çox çətin və gec-gec nəfəs alırsa, iflic vəziyyətindədirsə onda ona süni nəfəs verməli və ürəyini masaj etmək lazımdır. Buna zərərçəkənin elektrik cərəyanından azad edilməsindən dərhal sonra başlamalı və həkim gəlincə fasiləsiz davam etmək lazımdır. • SÜNİ NƏFƏS VERMƏK ÜSULLARI. • Daha effektli və əksər hallarda münasib sayılan süni nəfəs vermə üsulu “ağızdan- ağıza” və “ağızdan – buruna” hava verilməsidir. • Orqanizm nəfəs almadıqda ona süni nəfəs verilir. Bu zaman zərərçəkənin ağzını açaraq, əgər ağzında selik maddəsi varsa təmiz burun dəsmalı, və ya tənzif ilə qurutmaq və çıxarıla bilən diş protezlərini çıxarmaq lazımdır. • Zərərçəkəni arxası üstə uzadaraq onun çıxarılması mümkün olan paltarlarını çıxarmaq və başını arxaya əymək lazımdır ki, dili qırtlaq yolunu tutmasın. • Zərərçəkənin burun deşiklərini tıxayıb, dərindən nəfəs alaraq öz ağzınzı tənzifin üstündən onun ağzına bərk sıxın və sinəsi qalxana qədər güclü nəfəs verin. Özünüzün bütün ehtiyyat nəfəsinizi verəndən sonra dərindən nəfəs alm. Bu zaman zərərçəkəndə zəif nəfəs verməyə başlayır. • Zərərçəkənin alt çənəsi yaralandıqda və ya çənələri kip bağlandıqda “ağızdan- buruna” süni nəfəs vermək üsulundan istifadə olunur. • ÜRƏYİN ZAHİRİ MASAJI • Əgər zərərçəkənin təkcə nəfəsi deyil, həm də yuxu arteriyası, nəbzi dayanmışsa bu zaman yalnız süni nəfəs verməklə ilk tibbi yardım göstərmək mümkün deyil, belə ki, oksigenin miqdarının azaldığından qanın digər orqanlara və toxumalara ötürülməsi mümkün deyil. Belə hallarda qan dövranının süni yolla bərpa edilməsi üçün ürəyin zahiri masaj edilməsi vacibdir. Bunun üçün zərərçəkəni bərk səthin üzərində arxası üstə uzadmaq lazımdır, çünki, yumşaq səthdə döş qəfəsinə olan təzyiqlər heç bir nəticə vermir. • Zərərçəkənin yan tərəfində dizlərinizin üzərində oturaraq onun döş qəfəsinin aşağı qurtaracağını əlinizlə tapın, iki barmaq yuxarı ovçunuzun içini və onun üstündən o biri əlinizin ovcunu düz bucaq altında yerləşdirin. Bu zaman barmaqlar döş qəfəsinə toxunmamalıdır. Gövdənizin ağırlığının köməyi ilə ritmik təkanlı təzyiqlər edin. Təzyiqlər arasındakı vaxt 0,5 saniyə olmalıdır. Hər təzyiqdən sonra qollarınızı boşaldın, lakin əllərinizi zərərçəkənin döş qəfəsinin üstündən götürməyin. • Yardım göstərən şəxs dəqiqədə 60 təzyiq etməlidir. Bu zaman ürək döş qəfəsi ilə onurğa sütunu arasında sıxılaraq qanı ürək nahiyəsindən digər toxumalara ötürərək qan dövranı prosesini tənzimləyir. • Şimşək vuran zaman ilk tibbi yardım, elektrik cərəyanı vurmada olduğu kimidir. • QANAXMA ZAMANI İLK TİBBİ YARDIM. • Ətraflardan qanaxma zamanı yaralı ətrafı yuxarı qaldırmalı, yaraya sarğı materialı qoyub yaranın yuxarı hissəsindən 4-5 dəqiqə sıxmaq lazımdır. Əgər qanaxma dayanarsa yaraya qoyulan sarğını götürməmək şərti ilə sarğının üstünə pambıq qoyub yaranı sanmaq lazımdır. • Əgər qanaxma güclü olarsa yuxarıdakı üsul kömək etməzsə yaraya gələn qan damarlarım dərz bağı (jqut) vasitəsi ilə sıxmaq, qanaxma ətraflardan olarsa, ətrafları diz və ya dirsək yerlərindən bükmək lazımdır. • Bədənin ayrı-ayrı hissələrindən axan qanı saxlamaq üçün yaradan yuxanda yerləşən damarı barmaqla sümüyə sıxmaq lazımdır: c) üzün aşağı nahiyəsindən axan qanı saxlamaq üçün çənə arteriyasını alt çənənin qırağına sıxmaq; d) qicgah və aim nahiyəsi yaralananda qulağın qabağında olan arteriyanı sıxmaq; v) başın və boyunun böyük yaralanmasında axan qam saxlamaq üçün yuxu arteriyasını boyun fəqərəsinə sıxmaq; q) qoltuğaltı və çiyin yaralanmasında axan qanı saxlamaq üçün körpücük altı arteriyam körpücük sümüyün üstündə olan batığa sıxmaq; • bazu önünün (çiyinin boyna yaxın hissəsi) yaralanmasında axan qanı saxlamaq üçün çiyin arteriyasını çiyinin ortasına sıxmaq; • əlin və əl barmaqlarının yaralanmasında axan qanı saxlamaq üçün iki arteriyanın aşağı 1/3 bazu önündən (qol dirsəyi ilə pəncə arasındakı hissə) qolu sıxmaq; j) ayaq yaralanmasında axan qam saxlamaq üçün omba arteriyasını çanaq sümüyünə sıxmaq; z) pəncə yaralanmasında axan qam saxlamaq üçün pəncənin arxa tərəfi ilə gedən arteriyam sıxmaq; Qan axan damarı barmaqlarla kifayət qədər bərk sıxmaq lazımdır. Dərz bağı (jqut) ilə bağlanmalıdır ki, qanaxma dayansın. Qoyulmuş dərz bağım 1,5-2 saatdan artıq saxlamaq olmaz bu ərtraflarda (əl-ayağ) toxumaların cansızlaşmasma gətirə bilər. Hər saatdan bir 5-10 dəqiqə dərz bağını açmaq lazımdır ki, qan dövranı bərpa olunsun. Dərz bağım (jqut) tədricən açmalı, bu zaman arteyanı barmaqla sıxmalı. Burundan qan axan zaman zərərçəkəni oturtmalı və ya uzandırmalı, başım arxaya əyməli, yaxasını açmalı, burununun üstünə yaş dəsmal qoymalı, burunun aşağı hissəsindən sıxmalı. SINIQLAR, ÇIXIQLAR, ƏZİLMƏLƏR ZAMANI İLK TİBBİ YARDIM. Sınıq və çıxıq zamanı zərərçəkəni onun üçün rahat olan vəziyyətdə rahatlayıb, tam hərəkətsizliyini təmin etmək lazımdır. Kəüə qapağının sınığı zamanı – zərərçəkənin başına soyuq əşyalar (soyuq su, içərisində buz olan rezin yastıq) qoymaq lazımdır. Onurğa sütunun sınığı zamanı – zərərçəkəni yerindən qaldırmadan onun altına taxta qoymalı və ya onu üzü üstə çevirməli, gözləmək lazımdır ki, bədən qattalanmasm. Körpücük sümüyünün sınığı və çıxığı zamanı: a) zədələnmiş yer tərəfindən qoltuq altına yumurlanmış halda pambıq və ya əsgi qoymalı; b) qolu duzbucaq formasında qatlamalı və bədənə sarımalı; v) qolu dirsəyin altından yaylıqla boyuna bağlamalı. Qol sınıqları və çıxıqları zamanı – həmin yerə lövhəcik (şina) qoymaq lazımdır. Əgər lövhəcik yoxdursa qolu yaylıqla bağlayıb boyundan asmalı, qoltuq altma heçnə qoymadan qolu bədənə sarımalı. Qolun və ya əl barmaqlarının sınığı və çıxığı zamanı – qolu enli lövhəciyin (şinanın) üzərinə qoyub sanmaq lazımdır. Lövhəcik dirsəkdən barmaqlann ucuna qədər olmalıdır. Zədələnmiş qolun əlinin içərisinə pambıq və ya bint topası qoymaq lazımdır ki, barmaqlar bir qədər qatlanmış vəziyyətdə olsun. Aşağı ətrafların sınığı və çıxığı zamanı – ağrıyan ətrafı lövhəciyə, fanerə, kartona və ya digər əşyaya bağlamaq lazımdır. Ətrfa (ayağa) bağlanan əşyanın uzunluğu çanaq sümüyündən qoltuq altına, digər ucu isə dabana qədər olsun. Qabırğa sınığı zamanı – zərərçəkən nəfəsini buraxan anda onun sinəsini bint və ya dəsmalla möhkəm sıxıb bağlamaq lazımdır. Bütün sınıq və çıxıqlar zamanı – çıxan və ya sınan yerə soyuq kompress qoymaq lazımdır. Əzilmə və zədələnmə zamanı – əzilən və ya zədələnən yerə soyuq əşya qoyub bintlə bağlamaq lazımdır. Qarın nahiyəsindən zədələnən zaman – huşunu itirrilməsi, üz rənginin dəyişməsi, kəsgin ağrıların olması, həmçinin hündürlükdən yıxılan zaman kəsgin ağrıların olması zamanı təcili tibbi yardıma müraciət etmək lazımdır. Toxumaların (əzələlərin) burxulması (dartdması) zamanı – burxulan yerə soyuq kompress qoyub bağlamaq lazımdır. KƏNAR ƏŞYALARIN BƏDƏNƏ DAXİL OLMASI ZAMANI İLK TİBBİ YARDIM. Dəriyə daxil olan hər hansı bir əşyanı (taxta qırıntısı, dəmir qırıntısı, daş qırıntısı və s.) dərhal çıxarmağa səy göstərməyin. Tam əmin olduqda ki siz həmin əşyanı ağrısız tam çıxara biləcəksiz ancaq onda bunu etməyə çalışın. Əşyanı çıxartdıqdan sonra həmin yerə yod sürtüb, üstünə steril sarğı qoyun. Gözə düşən hər hansı bir əşyam çıxartmaq üçün gözü bor turşusu və ya təmiz su ilə yumaq lazımdır. Yuyulma, gözün gicgaha tərəf olan hissəsindən buruna tərəf olmalıdır. Gözün içini silmək olmaz. DONVURMA ZAMANI İLK TİBBİ YARDIM. Ətraf mühitin temperaturunun aşağı olması və mayeləşdirilmiş karbohidrogen qazlarının bədənin açıq hissəsinə düşməsi nəticəsində donma halları baş verə bilər. Əgər zərərçəkən mühitin temperaturunun aşağı olması nəticəsində donmaya məruz qalıbsa, bu zaman bədənin donan hissəsini quru mahlıc barmaqlıq, yun əlcək və s. ilə qızarana qədər ovxalamaq lazımdır. Donan hissəni qar ilə ovuşdurmaq olmaz. Otaq şəraitində, donmuş ətrafı otaq temperaturunda suya qoymalı, sonra isə suyun temperaturunu tədricən bədən temperaturuna qədər artırmaq lazımdır. Donan hissə qızarandan sonra onu piy (yağ, borlu maz) ilə yağlamaq və isti şal və ya yun şərflə sarımaq lazımdır. Bədənin açıq hissəsinə mayeləşdirilmiş karbohidrogen qazlan (propan, butan və s.) düşərsə, bu zaman donan hissəni güclü su axını ilə yumaq və həmin yerə yanğına qarşı maz sürtmək lazımdır. Daha ağır donvurmalarda (qabarcıqlann əmələ gəlməsi, dərinin cansızlaşması, bədənin qaralması və s.) dərini ovuşdurmalı təmiz steril sarğı qoymalı və zərərçəkəni tibb məntəqəsinə çatdırmalı. YANIQLAR ZAMANI İLK TİBBİ YARDIM. Ağır yanıqlar zamanı ilk növbədə zərərçəkənin paltar və ayaqqabılarını çıxarmaq lazımdır. Dərinin yanan hissəsinə (ağır yanıqlar zamanı) əl ilə toxunmaq, maz, vazalen sürtmək olmaz. Yanan hissədə əmələ gələn suluqları, deşmək, yaraya yapışmış kənar əşyaları (həmçinin paltarı – əgər paltar dəriyə yapışıbsa paltarı kəsib çıxarmaq lazımdır.) qoparmaq olmaz. Yanmış yerə təmiz steril sarğı, sarğının üzərinə isə pambıq qoyub bağlamaq lazımdır. Dəridə olan bütün yanıqlar zamanı (buxardan, elektrik qövsündən, isti qətrandan, konifoldan və s.) ilk tibbi yardım göstərmək üsulu eynidir. Termiki yanıqlar 4 qrupa bölünür: e) – dərəcəli (yüngül) yanıq zamanı – dərinin qızarması və ağrılarla səciyyələnir. Bu zaman yanan yerə yanmaya qarşı maz və ya vazalen sürtmək və tibb məntəqəsinə müraciət etmək lazımdır, f) -dərəcəli (orta ağır) yanıqlar zamanı – yanan yerdə içərisi maye ilə dolu qabarcıqlar əmələ gəlir. g) -dərəcəli yanıqlar zamanı – bütün dəri qatı keyləşir. h) -dərəcəli (ən ağır) yanıqlar zamanı – yalnız dəri deyil, daha dərin toxumalar (əzələlər, vətərlər, sümüklər) zədələnir. II, III, və IV-cü dərəcəli yanıqlar zamanı – yanan yerə steril sarğı qoymaq və zərərçəkəni tez tibb məntəqəsinə çatdırmaq lazımdır. Kimyəvi yanıqlar – qatı turşularla, qələvilərlə və digər aşmdırıcı maddələrlə yanma zamanı zədələnən bədən hissəsini əvvəlcə 10-15 dəqiqə güclü su axını ilə sonra isə həmin yeri 10%-li çay sodası ilə yuyub zərərçəkəni təcili olaraq tibb məntəqəsinə çatdırmaq lazımdır. Gözün elektrik qövsü ilə yanması zamanı – bor tutşusu ilə kompres edib təcili həkimə çatdırmaq lazımdır. Turşular və ya onların buxarları gözə və ya ağıza düşdükdə – gözü çay sodası ilə yumaq, ağızı isə çay sodası ilə yaxalamaq lazımdır. HALSIZLIQ VƏ GÜN VURMASI ZAMANI İLK TİBBİ YARDIM. Halsızlıq zamanı (başgicələnməsi, ürəkbulanması, döş qəfəsinin sıxılması, hava çatışmaması, göz qabağının qaralması) zərərçəkəni başı aşağı, ayaqları bir balaca yuxarı qaldırılmış vəziyyətdə uzatmaq, içməyə su vermək və naşatır spirti iylətmək lazımdır. Başa soyuq əşya və ya buz qoymaq olmaz. Günəş və isti vurması zamanı – zərərçəkəni’ işdən azad etməli, təmiz havaya çıxartmaq lazımdır. ZƏHƏRLƏNMƏ ZAMANI İLK TİBBİ YARDIM. Zəhərli qazlardan zəhərlənmə zamanı – (dəm qazı, asetilen, təbbi qaz, benzin buxarı) zərərçəkəni təcili təmiz havaya çıxarmaq, nəfəs almaq üçün oksigen vermək lazımdır. Əgər oksigen vermək mümkün deyilsə (yoxdursa) onda zərərçəkəni yerə uzadmaq (başı aşağı, ayaqlan bir qədər yuxarı) içməyə süd vermək lazımdır. Xlorla zəhərlənmə zamanı – yuxarıda göstərilənlərdən başqa zərərçəkənə nəfəs almaq üçün güclü ammiak (su ilə qarışdırılmış) vermək lazımdır. Qurğuşun və ya onun birləşmələrindən zəhərlənmə zamanı – təcili surətdə zərərçəkənin mədəsini 0,5- 1%-li ingilis duzu ilə yumaq lazımdır. Civə və ya onun birləşmələri ilə zəhərlənmə zamanı – zərərçəkənin mədəsini əhəngli su ilə yumalı və süd içirtmək lazımdır. NEFTLİ QAZLARLA ZƏHƏRLƏNMƏ ZAMANI İLK TİBBİ YARDIM. Tərkibinə hidrogen sulfıd birləşmələri daxil olan neftli qazlardan zəhərlənmə daha təhlükəlidir. Çünki belə qazların iyi ya zəif, ya da demək olar ki, olmur. Hidrogen sulfid ilə zəhərlənmə zamanı – zərərçəkəni təmiz havaya çıxarmaq, əynindən ust və nəfəsalmaya maneyəçilik törədən paltarfarı çıxarmaq, bədəni isti yorğanla bükmək, ayağının altına isti qrelka qoymaq, tünd çay və ya süd vermək lazımdır. Əgər imkan varsa qısa fasilələrlə amma uzun müddət oksigen verməli, hiss olunsa ki, nəfəs alması çətinləşir onda süni nəfəs vennək lazımdır. HUŞUN İTRİLMƏSİ ZAMANI İLK TİBBİ YARDIM. Zərərçəkən şəxs huşunu itirən zaman – onu təmiz hava axını ilə təmin etmək, rahat nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, üzünə su çiləmək və naşatır spirti iylətmək lazımdır. Nəfəsalma kəsildikdə zərərçəkənə təcili olaraq süni nəfəs vermək lazımdır. ZƏRƏRÇƏKƏNİN DAŞINMASI QAYDALARI Zərərçəkənin daşınması (xərək, nəqliyyat vasitələri) zamanı – çalışmaq lazımdır ki, zərərçəkən əlavə narahatlıq və ağrı hiss etməsin. Zərərçəkəni xərəklə daşımaq lazımdır. Bunun üçün onu yerdən bir az qaldırıb (çox ehtiyatla) altına xərək qoymaq lazımdır. Bu əsasən smıq zamanı vacibdir. Əgər xərək yumşaqdırsa – onurğa sütununun, həmçinin alt çənənin sımqı zamanı (əgər zərərçəkən nəfəs ala bilmirsə) boğulma baş verərsə, zərərçəkəni xərəyə üzü üstə uzatmaq lazımdır. Zərərçəkən ağır vəziyyətdədirsə onu nəqliyyat vasitəsi ilə aparan zaman yaxşı olar ki, xərəktə olan zərərçəkəni nəqliyyat vasitəsinə qoymazdan əvvəl, xərəyin altına küləş döşənsin. Zərərçəkəni daşıyan zaman ehtiyatlı olmalı, silkələməyə yol verməmək lazımdır.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
İlkin yardım – Huşin itirilməsi zamanı
Huşin itirilməsi – beyin toxumasında qidalanmanın qəflətən pozulması (hipoksiya) nəticəsində huşun itməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.
Beyin damarlarında qısamüddətli spazmaya və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsinə səbəb olan ən müxtəlif amillər huşun itirilməsinə gətirə bilər: mənfi emosiyalar, ağrı, qanqlioblokatorların və bəzi digər farmakoloji preparatların həddən artıq qəbulu, sinokarotid zona, vestibülyar aparat və s. reseptor zonaların kəskin surətdə qıcıqlanması, həddən artıq fiziki gərginlik, ürəyin blokadası, ekstrasistoliyadan sonrakı kompensator pauza və s.
Huşun itirilməsinin ilkin əlamətləri nədir?
✔️ Xəstə narahatlıq hiss edir;
✔️ Ümumi zəiflik;
✔️ Başağrısı;
✔️ Ürək nahiyəsində xoşagəlməz hissiyyat;
✔️ Öyümə qeyd edilir.
Huşun itirilməsi zamanı nə etməli?
✔️ Xəstə yatağa uzadılır, başı aşağı, ayaqları isə nisbətən yuxarı vəziyyətdə yerləşdirilir;
✔️ Xəstə sıxıcı paltradan azad edilir;
✔️ Xəstənin alnına soyuq dəsmal qoyulur və ya üzünə soyuq su vurulur;
✔️ Qaytarma olduqda xəstə boğulmasın deyə onu rahat vəziyyətdə yan üzərində uzadılır;
✔️ Xəstə özünə gəldikdə belə onu qaldırmağa tələsməməli və təkrar bayılma halında olduqda tibbi yardım çağırılmalıdır.
Huşun itməsi zamani ilk tibbi yardim
1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına düşüb buynuz qişanı zədələyə bilər. Buna görə də çalışıb ondan tez xilas olmaq lazımdır. Yad cisim adi qum və ya kül dənəciyi ola bilir və insanda narahatçılıq hissi yaradır. Gözə yad cisim düşdükdə ovuşdurmaq olmaz, çünki buynuz qişa zədələnə bilər. Gözdən yad cismi cıxarmaq üçün aşağı və ya yuxarı göz qapağını qabağa doğru dartır, suda islanmış təmiz yaylığın ucu ilə çıxardırlar. Əgər bu da kömək eləmirsə, dərin qaba su töküb gözü suyun içində bir-neçə dəfə açıb yumaq lazımdır.
2. Gün vurması zamanı xəstədə baş ağrıları, ürəkbulanma, qarında ağrılar və huşun itməsi baş verir. İlk yardım məqsədilə xəstəni sərin yerdə uzatmaq və təmiz havaya çıxarmaq, onu soyundurub nəm mələfəyə bükmək, başına buz və ya soyuq kompres qoymaq, buzlu içkilər vermək lazımdır.
3. Günəş yanıqları əmələ gəlməsin deyə dəriyə badam, qoz və ya şit yağ sürtmək lazımdır. Xalq arasında günəş yanıqları zamanı dəriyə xiyar suyu və ya qatıq sürtülür.
4. İldırım vurması zamanı xəstəyə təcili süni tənəffüs vermək və naşatır spirti iylətmək lazımdır. Xəstə təcili həkimə çatdırılmalıdır.
5. Qida zəhərlənmələri zamanı xəstəni təcili qusdurmaq lazımdır. Mütləq həkimə müraciət etmək lazımdır.
6. Oynaqların gərilməsi zamanı oynaqlarda ağrı, şişkinlik, hərəkətin çətinləşməsi baş verir. Gərginlik hiss olunan yerə sarğı qoyulub həkimə müraciət etmək lazımdır.
7. Sınıq və çıxıq şübhəsi olduqda həmin hissədə siddətli ağrılar olur və xəstə həmin nahiyyəni hərəkət etdirə bilmir. Bu zaman sınıq şübhəsi olan hissəni tərpənməz hala gətirib, xəstəni təcili xəstəxanaya çatdırmaq lazımdır.
8. Ürək -damar xəstəliklərinin əlamətləri təngnəfəslik, taxikardiya, sifətin göyərməsi, soyuq tər və sairədir. Bu zaman xəstəyə sakitlik vermək lazımdır. Onu yatağa uzatmalı başının altını isə hündür etmək lazımdır. Xəstənin üzünə və döşünə soyuq su çiləyir, pışikotu dəmləməsi və ya korvolol vermək olar. Xəstəni vəziyyətdən çıxardıqdan sonra mütləq həkimə müraciət edilməlidir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.