Press "Enter" to skip to content

Metodiki Tövsiyə

v hərəki qabiliyyətlərin təmin olunması və inkişafı üzrə müəyyən edilmiş normativləri yerinə yetirir;

Kurikulum nədir?

«Kurikulum» latın sözü olub, mənası «kurs», «yol» deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.

Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar «təhsil planı» kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: «Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir» (Ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, «Təhsil», 2005). Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi”(“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, ”Hüqüq ədəbiyyatı”,2009). Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-çı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir. Azərbaycanda hazırlanmış kurikulumlar təhsilin məqsəd və məzmununu, təlim strategiyalarını, qiymətləndirmə mexanizmlərini əhatə edir. Maraqlı tərəflərdən biri olan valideynlərin də tələbatlarına, arzu və istəklərinə uyğun qurulur
Milli Kurikulumun hazırlanmasında nəzərə alınmış tələbyönümlülük prinsipinin mahiyyətini necə başa düşmək olar?

Dünyanın təhsil quruculuğu təcrübəsində iki mühüm prinsipin olduğu məlumdur. Bunlardan birincisi təklifyönümlülükdür. Bu prinsipə əsasən, təhsil sahəsində görülən işlər yuxarıdan verilən tapşırıq və göstərişlər əsasında qurulur. Bu zaman təhsildə maraqlı olan, daha çox ictimaiyyəti təmsil edən tərəflərin ehtiyacları arxa planda qalır. Belə yanaşma qeyri-demokratik xarakter daşıdığından təhsildə şagird marağının aşağı düşməsi, valideyn-məktəb münasibətlərinin formal qurulması ilə nəticələnir.

İkincisi isə tələbyönümlülükdür. Bu prinsip təhsildəki bütün fəaliyyətlərin tələbatlar əsasında qurulmasını zəruri şərt kimi qarşıya qoyur. Bu zaman cəmiyyətin, o cümlədən marağı olan insanların ehtiyac və tələbatlarının öyrənilməsi ön plana çəkilir. Təhsilin məzmun və strateji cəhətdən qurulmasında ona istinad edilir.

Azərbaycanda təhsil islahatının ilk günlərindən bu məsələlərə xüsusi əhəmiyyət verilmiş, təhsildə “. bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm şərt kimi qarşıya qoyulmuşdur. «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanarkən tələbyönümlülük əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Bunun üçün aşağıdakı tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülmüşdür:

•ilkin olaraq, təhsilin bütün sahələrinin, o cümlədən ümumi təhsilin vəziyyəti öyrənilmiş, onun hazırkı durumu müəyyənləşdirilmişdir;

•qloballaşma şəraitində Azərbaycan cəmiyyətinin inkişaf istiqamətləri öyrənilərək ümumiləşdirilmiş, yeni kurikulumlardakı standartların hazırlanmasında onlar nəzərə alınmışdır

•cəmiyyəti, xüsusən təhsildə maraqlı olan tərəfləri təmsil edən işçi qrupları yaradılmış, yeni kurikulumların hazırlanmasında onların qüvvəsindən istifadə olunmuşdur;

•kurikulumların hazırlanmış layihə variantlarının daha geniş miqyasda müzakirə olunmasına diqqət yetirilmişdir.Milli Kurikulumda tələbyönümlülük müəyyənləşdirilərkən Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında təsbit olunmuş demokratikləşdirmə və humanistləşdirmə prinsiplərinə istinad edilmişdir.

Mənbə:Kurikulum.az
KuriKulum Dərslikləri:

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Eylül 2015 Cumartesi

Həyat Bilgisi Kurikulumu

Paylaşıldı 04:18 by Leyla Bayramova
Məzmun xətti aşağıdakı alt-xətləri əhatə edir:
Fərd, ailə, cəmiyyət və dövlət
Cəmiyyətin sosial-iqtisadi həyatı
İnsan hüquqları və vətəndaşlıq
1.4. Fəaliyyət xətləri

Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların köməyi ilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə nümayiş etdirilir. Buna görə standartlar müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

 Mühakiməyürütmə və əsaslandırma
 Əlaqələndirmə
 Tədqiqetmə
 Problemin həlli
 Təqdimetmə

Fəaliyyət xətləri məzmunun mənimsənilməsinin, ondan istifadə olunmasının, fənnin öz daxilindəki mövzularla və digər fənlərin mövzuları ilə əlaqə yaratmağın ən yaxşı yollarıdır. Fəaliyyət xətləri fənni bir-birilərindən təcrid olunmuş bilik və bacarıqlar toplusu kimi yox, bütöv bir tam kimi başa düşməyə kömək göstərir.

1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
• müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir;
• sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir;
• canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;
• ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir;
• insanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir;
• sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir;
• dövlət rəmzlərini tanıdığını nümayiş etdirir;
• hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir;
• ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
• insan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir;
• mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir;
• mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;

• sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir;

• həyat və sağlamlıq üçün təhlükə törədən mənbələrə dair bilik və bacarıqlar nümayiş etdirir;
• fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqları, hadisələri sadə şəkildə təsvir edir.
1.1.2. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri (dağ, təpə, dərə, düzənlik, çay, göl) əlamətlərinə görə fərqləndirir.
1.2.2. Yaşadığı ərazinin sadə coğrafi təsvirini verir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) tanıyır.
1.3.2. Canlıların yaşamasını şərtləndirən amilləri sadalayır.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

1.4.1. Ətraf mühitin (evin, sinifin, həyətin, havanın, suyun) təmiz saxlanmasının vacibliyini sadə şəkildə şərh edir.

2. Fərd və cəmiyyət
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. “Fərd”, “ailə” və “kollektiv” anlayışları barədə təsəvvürlərini bildirir.
2.1.2. Birgə fəaliyyətin faydasını nümunələr əsasında izah edir.
2.1.3. Ailədə və kollektivdə üzərinə düşən vəzifələri sadalayır.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Gün rejimi haqqında təsəvvürlərini sadə şəkildə ifadə edir.
2.2.2. “Büdcə” anlayışını sadə şəkildə izah edir.
2.2.3. Azərbaycan Respublikasının pul nişanlarını tanıyır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Azərbaycan Respublikasının Dövlət rəmzlərini sadə şəkildə izah edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarını sadalayır.
2.4.2. Şagird hüquqlarını sadalayır.
3. Mənəviyyat
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

3.1.1. İnsanlararası ünsiyyət etiketlərinə (salamlaşmaq, özünütəqdim, müraciət, müraciətə cavab, xudahafizləşmək) əməl edir.

3.1.2. Etiketdənkənar davranışları fərqləndirir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.

3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (düzlük, doğruçuluq, çalışqanlıq, səmimilik) sadə şəkildə şərh edir.

3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. Təsvirlərdə dini rəmzləri (ibadətgahlar, nişanlar, dini kitablar, əşyalar) fərqləndirir.
3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.

3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.

4. Sağlamlıq və təhlükəsizlik

4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.

4.1.1. Sağlam həyat tərzinin şərtlərini (təmizkarlıq, düzgün qidalanma, yuxu və istirahət) sadalayır.

4.1.2. Hava durumuna uyğun geyim seçiminin əhəmiyyətini sadə formada əsaslandırır.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbələrə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Həyat və sağlamlıq üçün təhlükə törədə bilən məişət alət və avadanlıqlarını (elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətlər) sadalayır.

4.2.2. Ətrafdakı şübhəli əşyalara toxunmağın və tanımadığı insanlarla ünsiyyətin təhlükəsini izah edir.

4.2.3. Sadə yol hərəkət qaydalarını (səki və yolun kənarı ilə hərəkət etmək, svetoforun işarələrinə əməl etmək) sadalayır.

4.2.4. Nəqliyyat vasitələrini (lift, eskalator, avtomobil, avtobus, qatar, gəmi, təyyarə) tanıyır.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.

4.3.1. Təbii fövqəladə hadisələri (daşqın, subasma, qasırğa, ildırım, zəlzələ, torpaq sürüşməsi, qar uçqunu) və texnogen qəzaları (partlayış, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zəhərli maddələrlə çirklənməsi) təsvirlərdə tanıyır.

4.3.2. Mülki-müdafiə siqnallarını və qəzalardan mühafizə vasitələrini (əleyhqaz, respirator, yanğınsöndürmə balonu, su, qum) tanıyır.

4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə su, qum, respiratordan istifadə bacarıqları nümayiş etdirir.

II sinif
II sinfin sonunda şagird:

 varlıq və hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır və müvafiq avadanlıqlardan sərbəst istifadə edir;

 coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) yaranma səbəblərini izah edir;
 canlılar aləminə aid olan varlıqları spesifik xüsusiyyətlərinə görə fərqləndirir;
 ətraf mühiti çirkləndirən mənbələri şərh edir;

 “fərd”, “ailə” və” kollektiv” anlayışlarını, özünün ailədə və kollektivdəki vəzifələrini şərh edir;

 şəxsi büdcəsini tərtib edir və müvafiq hesablamalar aparır;
 dövlətin əlamətlərini tanıdığını nümayiş etdirir;
 məktəbdaxili nizam-intizam qaydalarını izah edir;
 özünün və yoldaşlarının hüquqlarını bilir;
 insanlararası ünsiyyət etiketlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir;
 şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətlərə münasibət bildirir;
 mənəviyyatın formalaşmasında dinin rolunu izah edir;
 müxtəlif dinlərin ümumi cəhətlərini şərh edir;
 insanlara qayğı göstərməyin mənəvi borc olması barədə fikirlərini şərh edir;
 mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir;
 sağlam həyat tərzi və yoluxucu xəstəliklər barədə fikirlərini şərh edir;
 məişətdə və ətraf mühitdə insan sağlamlığı üçün zəruri olan təhlükəsizlik qaydalarını izah edir;
 təbii və texnogen qəzalardan mühafizə vasitələrini bilir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır.
1.1.2. Varlıq və hadisələri öyrənmək üçün müvafiq avadanlıqlardan sərbəst istifadə edir.
1.1.3. Suyun təbiətdə dövranını sadə şəkildə təsvir edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) yaranma səbəblərini izah edir.
1.2.2. Üfüqün cəhətlərini təyin edir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) təsvir edir.
1.3.2. Tanıdığı canlıları spesifik xüsusiyyətlərinə görə fərqləndirir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Ətraf mühiti çirkləndirən mənbələri ayırd edir.
1.4.2. Təqdim olunmuş materiallarda ətraf mühitə münasibəti qiymətlən-dirir.
2. Fərd və cəmiyyət
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1.” Fərd”, “ailə” və” kollektiv” anlayışlarını fərqləndirir.
2.1.2. Özünün və yoldaşlarının kollektiv daxilindəki fəaliyyətinə münasibət bildirir.
2.1.3. Ailədə və kollektivdə vəzifələrin əhəmiyyətini izah edir.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Gün rejiminin nümunəsində vaxtdan səmərəli istifadə etdiyini nümayiş etdirir.
2.2.2. Verilmiş şərtlərə uyğun şəxsi büdcəsini tərtib edir.
2.2.3. Milli pulla müvafiq hesablamalar aparır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Dövlətin əlamətlərini (ərazi, ordu, milli pul, rəhbər, paytaxt) tanıyır.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarının mahiyyətini sadə formada izah edir.
2.4.2. Özünün və yoldaşlarının hüquqlarının pozulması hallarına münasibət bildirir.
3. Mənəviyyat
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

3.1.1. İnsanlararası ünsiyyət etiketlərinə (yoldaşını təqdim etmək, hal-əhval tutmaq, təbrik etmək, kömək təklif etmək) əməl edir.

3.1.2. Etiketdənkənar davranışlara tənqidi münasibət bildirir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.

3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (mərhəmət, ailəyə və vətənə məhəbbət, düşmənə nifrət, səhvini etiraf etmək) şərh edir.

3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (kin, nifrət, laqeydlik) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. Nümunələr əsasında müxtəlif dinlərin mövcudluğunu izah edir.
3.3.2. Dinlərin ümumi cəhətlərini izah edir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.

3.4.1. Mənəvi borc (dəstək olmaq, mərhəmət, şəfqət və yardım göstərmək) haqqında biliklərini izah edir.

4. Sağlamlıq və təhlükəsizlik

4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.

4.1.1. Sağlam həyat tərzi haqqında mülahizələrini şərh edir.
4.1.2. Yoluxucu xəstəliklərdən (qrip, angina) qorunma yollarını sadə formada şərh edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.

4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarının, habelə alışdırıcı, deşici və kəsici alətlərin hansı hallarda təhlükə mənbəyinə çevrildiyini sadə formada təsvir edir.

4.2.2. Ətrafda həyat üçün təhlükəli olan yer və obyektləri (gəzinti qadağan olunan yerlər, elektrik və qaz qurğuları) sadalayır.

4.2.3. Zəruri yol hərəkət qaydalarını (piyada keçid nişanları olan və olmayan yerlərdə) izah edir.

4.2.4. Nəqliyyat vasitələrində (lift, eskalator, avtomobil, avtobus, qatar) təhlükəsizlik qaydalarını (minmək, düşmək, pəncərədən boylanmamaq, qolunu çıxarmamaq, sallanmamaq) izah edir.

4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halları əlamətlərinə görə (təbii, texnogen) fərqləndirir.
4.3.2. Qəzalardan mühafizə vasitələrini təyinatına görə izah edir.

4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə (zəlzələ, subasma, yanğın, partlayış təhlükəsi zamanı həyəcan siqnalı) özünümühafizə bacarıqları nümayiş etdirir.

III sinif
III sinfin sonunda şagird:

• varlıq və hadisələr arasındakı əlaqələri şərh edir, maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir;

• coğrafi obyektləri əlamətlərinə görə fərqləndirir;
• sadə əşyaların və evinin planını çəkir;
• canlılar arasındakı əlaqəni, ətraf aləmin dərk edilməsində duyğu orqanlarının rolunu izah edir;
• ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu izah edir;
• təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir;
• “cəmiyyət” anlayışı və onun tərkibi barədə fikirlərini şərh edir;

• mövcud resurslardan (ərzaq, su, qaz, elektrik enerjisi) qənaətlə istifadə, “gəlir”, “xərc” və “ailə büdcəsi” anlayışları barədə fikirlərini şərh edir;

• Azərbaycanın dövlət rəmzlərini tanıdığını nümayiş etdirir;
• “qayda” və “qanun” anlayışlarının fərqini izah edir;
• uşaq hüquqları haqqında müvafiq sənədləri sadalayır;
• ünsiyyət zamanı nəzakət qaydalarına əməl edir;
• digər xalqların ünsiyyət qaydalarına tolerant yanaşır;
• mənəviyyata zidd xüsusiyyətlərə münasibət bildirir;

• müxtəlif dinlərin peyğəmbərlərini və səmavi kitablarını tanıyır, dinlərin təbliğ etdiyi dəyərləri şərh edir;

• mənəvi borc haqqında biliklərini həyat təcrübəsi incəsənət əsərləri əsasında şərh edir;

• sağlam həyat tərzinə zidd olan vərdişlərin, mövsümə görə yayılan xəstəliklərdən qorunma yollarını şərh edir;

• məişətdə istifadə olunan qaz, elektrik avadanlıqlarından vaxtı ötmüş qida məhsullarından istifadənin təhlükəli olması barədə fikirlərini şərh edir;

• nəqliyyat vasitələrindən təhlükəsizlik qaydaları barədə bilik və bacarıqlarını nümayiş etdirir;

• fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə görə izah edir və qəzalardan mühafizə qaydalarını bilir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqlar, hadisələr arasındakı əlaqələri sadə formada şərh edir.

1.1.2. Maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir.

1.1.3. “Zaman”, “məkan” və “hərəkət” anlayışlarını sadə şəkildə izah edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri (dəniz, okean, ada, materik) əlamətlərinə görə fərqləndirir.
1.2.2. Azərbaycanın sadə coğrafi təsvirini verir.
1.2.3. Sadə əşyaların və evinin planını çəkir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Bitkiləri və heyvanları səciyyəvi əlamətlərinə görə qruplaşdırır.
1.3.2. Canlılar arasındakı əlaqəni izah edir.
1.3.3. Ətraf aləmin dərk edilməsində duyğu orqanlarının rolunu izah edir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu şərh edir.
1.4.2. Təbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir.
2. Fərd və cəmiyyət
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. Fərd-ailə və fərd-kollektiv münasibətlərini şərh edir.
2.1.2. “Cəmiyyət” anlayışı haqqında təsəvvürlərini ifadə edir.
2.1.3. Cəmiyyətin tərkibi (ailə, kollektiv) barədə biliklərini sadə şəkildə şərh edir.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.2.1. Mövcud resurslardan (ərzaq, su, qaz, elektrik enerjisi) qənaətlə istifadə barədə fikirlərini ifadə edir.

2.2.2. “Gəlir” və “xərc”, ailə büdcəsi, anlayışlarını sadə şəkildə izah edir.
2.2.3. Digər dövlətlərin pul nişanlarını tanıyır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Verilmiş əlamətlərə uyğun olaraq Azərbaycan dövlətini təsvir edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. “Qayda” və “qanun” anlayışlarının fərqini sadə şəkildə izah edir.

2.4.2. Uşaq hüquqları haqqında müvafiq sənədləri (Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları haqqında Azərbaycan Qanunu) sadalayır.

3. Mənəviyyat
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

3.1.1. Ünsiyyət zamanı nəzakət qaydalarına (müsahibini sonadək dinləmək, sözü kəsməmək, müsahibinə təşəkkür etmək) əməl edir.

3.1.2. Başqa xalqların ünsiyyət qaydalarındakı milli ünsiyyət etiketlərimizə uyğun gəlməyən fərqliliklərə tolerant yanaşır.

3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.

3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (sadəlik, təvazökarlıq, səbrlilik, iradəlilik, çətin vəziyyətlərdə özünü itirməmək) şərh edir.

3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (lovğalıq, qorxaqlıq, xəyanət) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anla¬dığını nümayiş etdirir.
3.3.1. Dinin mahiyyətini sadə formada şərh edir.
3.3.2. Dinlərin təbliğ etdiyi dəyərləri şərh edir.
3.3.3. Peyğəmbərləri və səmavi kitabları tanıyır.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.

3.4.1. Mənəvi borc haqqında biliklərini nümunələr (həyati, bədii və təsviri sənət əsərləri) əsasında şərh edir.

4. Sağlamlıq və təhlükəsizlik

4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.

4.1.1. Ətraf mühitdə orqanizmə mənfi təsir göstərən amilləri, sağlam həyat tərzinə zidd olan vərdişləri izah edir.

4.1.2. Mövsümə görə geniş yayılan xəstəliklərdən qorunma yollarını izah edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.

4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını sadalayır.

4.2.2. Vaxtı ötmüş qida məhsullarından, dərman preparatlarından icazəsiz istifadənin həyat üçün təhlükəli olduğunu izah edir.

4.2.3. Zəruri yol nişanlarını (xəbərdarlıq, qadağan, məlumatverici) fərqləndirir.

4.2.4. Nəqliyyat vasitələrində (gəmi, təyyarə) təhlükəsizlik qaydalarını (göyərtənin kənarlarına yaxınlaşmamaq, xilasedici gödəkçədən və təhlükəsizlik kəmərindən istifadə, ayaqüstə durmamaq, mobil telefondan və digər texniki vasitələrdən istifadə etməmək) izah edir.

4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə görə izah edir.
4.3.2. Qəzalardan mühafizə vasitələrindən istifadə qaydalarını şərh edir.

4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə (əleyhqaz, yanğınsöndürmə balonu) özünümühafizə bacarıqları nümayiş etdirir.

IV sinif
IV sinfin sonunda şagird:
• varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir;
• coğrafi obyektləri xəritədə göstərir, yaşadığı məhəllənin planını çəkir;

• bitki, heyvan və mikroorqanizmin insan həyatında rolunu, insan orqanlarının funksiyalarını sadə şəkildə izah edir;

• ekologiyanın sağlamlaşdırılması, qorunması ilə bağlı kiçik təqdimatlar edir;
• insanı sosial varlıq kimi səciyyələndirən cəhətlər barədə təqdimatlar edir;
• “vergi”, “dövlət bücəsi” və “sığorta” anlayışlarını sadə şəkildə izah edir;
• ”qənaət”, “israf” anlayışlarını müqayisə edir;
• dövlət orqanlarının (təhsil, səhiyyə, vergi, daxili işlər, məhkəmə) funksiyalarını izah edir;
• öz hüquqlarını uşaq hüquqları sənədləri baxımından şərh edir;
• ünsiyyət mədəniyyətinə aid kiçik təqdimatlar edir;
• müzakirə və diskussiyalarda mənəvi keyfiyyətləri nümayiş etdirir;
• dini dəyərləri xurafatdan fərqləndirir;
• ailə və vətən qarşısında mənəvi borcla bağlı kiçik təqdimatlar edir;
• sağlamlığa mənfi təsir göstərən əsəbilik və digər emosional gərginlikləri nümunələrlə izah edir;

• məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından təhlükəsiz istifadə qaydalarını izah edir

• yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə bağlı kiçik təqdimatlar edir;
• fövqəladə hallar zamanı tibbi yardım barədə biliklərini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
1.1. Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir.

1.1.2. Təbii resurslardan, təbiət hadisələrindən (“işıq”, “səs” və “enerji”) istifadədə elmin rolunu izah edir.

1.1.3. Azərbaycanda mövcud olan enerji mənbələri haqqında kiçik təqdimatlar edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri xəritədə göstərir.
1.2.2. Yerin təbii zonalarını sadə şəkildə təsvir edir.
1.2.3. Yaşadığı ərazinin, məhəllin planını çəkir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
1.3.1. Canlı və cansız təbiət arasındakı əlaqələri izah edir.
1.3.2. Bitki, heyvan və mikroorqanizmlərin insan həyatında rolunu izah edir.
1.3.3. İnsan orqanlarının funksiyalarını sadə şəkildə izah edir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
1.4.1. Yaşadığı ərazidə ekologiyanın sağlamlaşdırılması üçün kiçik layihələr hazırlayıb təqdim edir.
1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir.
2. Fərd və cəmiyyət
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.
2.1.1. Cəmiyyətdə fərd, ailə, kollektivin rolunu sadə şəkildə izah edir.
2.1.2. İnsanı sosial varlıq kimi səciyyələndirən cəhətlər barədə kiçik təqdimat hazırlayır.
2.1.3. Ailə və kollektivdə üzərinə düşən vəzifələr haqqında təqdimatlar hazırlayır.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. “Qənaət” və “israf “ anlayışlarını müqayisə edir.
2.2.2. “Vergi”, “Dövlət büdcəsi” və “Sığorta” anlayışlarını sadə şəkildə izah edir.
2.2.3. Milli pul nişanları ilə digər dövlətlərin pul nişanlarını fərqləndirir.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Dövlət orqanlarının (təhsil, səhiyyə, vergi, daxili işlər, məhkəmə) funksiyalarını izah edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.4.1. Müvafiq situasiyalarda qanun və qaydalara əməl edir.
2.4.2. Öz hüquqlarını uşaq hüquqları haqqında müvafiq sənədlər baxımından şərh edir.
3. Mənəviyyat
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

3.1.1. Tənqidi münasibətdə nəzakət qaydalarına (şəxsiyyətə toxunmamaq, kobud ifadələr işlətməmək, sərt formada etiraz etməmək, qəbuledilməz təkliflərə “yox” demək ) riayət edir.

3.1.2. Ünsiyyət mədəniyyətinə həsr olunmuş kiçik təqdimatlar edir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri anladığını nümayiş etdirir.
3.2.1. Bədii əsər, film və tamaşa qəhrəmanlarının nümunəsində mənəvi keyfiyyətləri izah edir.
3.2.2. Yiyələnmiş olduğu mənəvi keyfiyyətləri müzakirə və diskussiyalarda nümayiş etdirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir.
3.3.1. İslam dininin böyük şəxsiyyətlərini tanıyır.
3.3.2. İslam peyğəmbərinin həyat və fəaliyyəti haqqında kiçik təqdimatlar edir.
3.3.3. Dini dəyərlərlə xurafatı fərqləndirir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
3.4.1. Ailə və Vətən qarşısında mənəvi borcla bağlı kiçik təqdimatlar edir.
4. Sağlamlıq və təhlükəsizlik

4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.

4.1.1. Əsəbi halların və digər emosional gərginliklərin insan sağlamlığına mənfi təsirini izah edir.
4.1.2. Nümunələr əsasında sağlamlığın qorunmasına aid kiçik təqdimatlar edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və obyektləri tanıyır və nəzərə alır.

4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını izah edir.

4.2.2. Müvafiq nişanlara (yüksək gərginlik, minalanmış sahə, yanğın təhlükəsi, radioaktivlik, zəhərli maddə, torpaq sürüşməsi, uçqun, daşqın və çimərlik nişanları) görə həyat üçün təhlükə mənbələrini fərqləndirir.

4.2.3. Yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə bağlı kiçik təqdimatlar edir.
4.2.4. Nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halların nəticələrinə dair kiçik təqdimatlar edir.
4.3.2. Qəza zamanı ilkin tibbi yardım barədə biliklərini şərh edir.

4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə mühafizə və tibbi yardım bacarıqları nümayiş etdirir.

V sinif
V sinfin sonunda şagird:
• varlıq və hadisələrin sadə təsnifatını verir;
• canlıların həyatında ekoloji mühitin rolunu əsaslandırır;

• cəmiyyətin sosial tərkibini, dövləti onun həyatını tənzimləyən vahid siyasi təşkilat kimi izah edir;

• insan hüquqlarını müdafiə edən qurumları fərqləndirir, topladığı materialları təqdim edir;
• iqtisadi resursları və iqtisadi vasitələri fərqləndirir;
• sağlamlığın mənəvi, fiziki və emosional aspektlərini fərqləndirir;

• ünsiyyəti mənəvi tələbat kimi qiymətləndirir, əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir;

• mənəvi borcun əhəmiyyətini izah edir, dini inancları fərqləndirir;

• həyat fəaliyyəti zamanı yarana biləcək təhlükəli və xoşagəlməz halları, fövqəladə hadisələri izah edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz

1.1. Varlıq, təbiət və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Cisim, maddə və təbiət hadisələrinin sadə təsnifatını verir.
1.2.Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Canlıların həyatında ekoloji mühitin rolunu əsaslandırır.
2. Fərd və cəmiyyət
2.1.Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Cəmiyyətin sosial tərkibini izah edir.
2.1.2. Dövləti cəmiyyətin həyatını tənzimləyən vahid siyasi təşkilat kimi izah edir.
2.2.Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.2.1. İnsan hüquqlarını müdafiə edən qurumları fərqləndirir.
2.2.2. İnsan hüquqlarını müdafiə edən qurumlar haqqında topladığı materialları təqdim edir.
2.3.İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.3.1. İqtisadi resursları və iqtisadi vasitələri fərqləndirir.
3. Mənəviyyat
3.1.Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Ünsiyyəti mənəvi tələbat kimi qiymətləndirir.
3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir.
3.2.2. Mənəvi borcun əhəmiyyətini izah edir.
3.3.Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.
3.3.1. Dini inancların ümumi və fərqli cəhətlərini müqayisə edir.
4. Sağlamlıq və təhlükəsizlik
4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Sağlamlığın mənəvi, fiziki və emosional aspektlərini fərqləndirir.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik bacarıqlar nümayiş etdirir.

4.2.1. Məişətdə və ictimai yerlərdə yarana biləcək təhlükəli və xoşagəlməz halları izah edir.
4.2.2. Yol nişanları və yol hərəkəti qaydalarının əhəmiyyətini izah edir.
4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdririr.
4.3.1. Fövqəladə hadisələr zamanı yarana biləcək təhlükəni qiymətləndirir.
VI sinif
VI sinfin sonunda şagird:
• maddələrin xassələrini onların daxili quruluşu ilə əlaqələndirir;
• insanı təbiətin bir hissəsi kimi səciyyələndirir;
• cəmiyyətin idarə olunmasını və dövlətin funksiyalarını izah edir;

• insan hüquqlarını müdafiə edən qurumların fəaliyyətini sadə şəkildə təsvir edir, topladığı materialları təqdim edir;

• iqtisadiyyatın inkişafında qiymət, tələb və təklifin inkişafındakı rolunu izah edir;
• sağlam həyat tərzinin əsas şərtlərini fərqləndirir;

• ünsiyyət mədəniyyətinin formalaşmasına təsir edən amilləri dəyərləndirir, əxlaq və davranış normalarının cəmiyyətin həyatındakı rol və əhəmiyyətini izah edir;

• ailə və ictimai mühitdə mənəvi borcunu nümunələrlə izah edir, dini ibadət və mərasimləri müqayisə edir;

• fövqəladə hadisələr və həyat fəaliyyəti zamanı tələb olunan təhlükəsiz davranış qaydalarını izah edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz

1.1.Varlıq, təbiət və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Maddələrin xassələrini onların daxili quruluşu ilə əlaqələndirir.
1.2.Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. İnsanı təbiətin bir hissəsi kimi səciyyələndirir.
2. Fərd və cəmiyyət
1.3.Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Cəmiyyətin idarə olunmasını şərh edir.
1.3.2. Cəmiyyətin idarə olunmasında dövlətin funksiyalarını izah edir.
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.2.1. İnsan hüquqlarını müdafiə edən qurumların fəaliyyətini sadə şəkildə təsvir edir.

2.2.2. İnsan hüquqlarını müdafiə edən qurumların fəaliyyəti ilə bağlı topladığı materialları təqdim edir.

2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.3.1. İqtisadiyyatın inkişafında qiymət, tələb və təklifin rolunu izah edir.
3. Mənəviyyat
3.4.Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Ünsiyyət mədəniyyətinin formalaşmasına təsir edən amilləri dəyərləndirir.
3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Əxlaq və davranış normalarının cəmiyyətin həyatındakı rol və əhəmiyyətini izah edir.
3.2.2. Ailə və ictimai mühitdə mənəvi borcunu nümunələrlə izah edir.
3.3.Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.
3.3.1. Dini ibadət və mərasimləri müqayisə edir.
4. Sağlamlıq və təhlükəsizlik
4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzinin əsas şərtlərini fərqləndirir.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarını fərqləndirir.
4.2.2. Yol nişanlarının təyinatına uyğun bacarıqlar nümayiş etdirir.
4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdririr.
4.3.1. Fövqəladə hadisələr zamanı tələb olunan davranış qaydalarını izah edir.
VII sinif
VII sinfin sonunda şagird:
• təbiətdə baş verən hadisələri enerji çevrilmələri, hərəkət və qarşılıqlı təsirlə əlaqələndirir;
• insan fəaliyyətinin təbiətə təsirini qiymətləndirir;
• cəmiyyətin və dövlətin idarəetmə formalarını fərqləndirir;

• hüquqi sahələri fərqləndirir, normativ hüquqi sənədlərə istinad etməklə hüquq sahələrinə dair təqdimatlar hazırlayır;

• əmək və onun növlərinin iqtisadi proseslərdəki rolunu şərh edir;

• ünsiyyət qaydalarından istifadə bacarıqları nümayiş etdirir, müxtəlif əxlaqi keyfiyyətləri nümunələrlə əsaslandırır;

• təbiət və cəmiyyət qarşısında mənəvi borcunu dəyərləndirir, dini-əxlaqi dəyərlərin mədəniyyətlərin formalaşmasına təsirini şərh edir;

• sağlamlığın mənəvi, psixoloji və emosional aspektlərini fərqləndirir;

• təhlükəsiz davranış qaydalarına riayət etməməyin nəticələrini qiymətləndirir, ictimai nəqliyyatda davranış qaydalarına dair bacarıqlar nümayiş etdirir;

• fövqəladə hadisələr zamanı ilkin yardım göstərir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz

1.1.Varlıq, təbiət və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Təbiətdə baş verən hadisələri enerji çevrilmələri, hərəkət və qarşılıqlı təsirlə əlaqələndirir.

1.2.Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. İnsan fəaliyyətinin təbiətə təsirini qiymətləndirir.
2. Fərd və cəmiyyət

2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Cəmiyyəti idarəetmə formalarını fərqləndirir.
2.1.2. Dövlətin idaretmə formalarını fərqləndirir.
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.2.1. Hüquq sahələrini fərqləndirir.
2.2.2. Normativ hüquqi sənədlərə istinad etməklə hüquq sahələrinə dair təqdimatlar hazırlayır.
2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.3.1. Əmək və onun növlərinin iqtisadi proseslərdəki rolunu şərh edir.
3. Mənəviyyat
3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Ünsiyyət qaydalarından istifadə bacarıqları nümayiş etdirir.
3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Müxtəlif əxlaqi keyfiyyətləri nümunələrlə əsaslandırır.
3.2.2. Varlıq və cəmiyyət qarşısında mənəvi borcunu dəyərləndirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.
3.3.1. Dini-əxlaqi dəyərlərin mədəniyyətlərin formalaşmasına təsirini şərh edir.
4. Sağlamlıq və təhlükəsizlik
4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzini şərtləndirən amillərin əhəmiyyətini əsaslandırır.

4.2.Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Təhlükəsiz davranış qaydalarına riayət etməməyin nəticələrini qiymətləndirir.
4.2.2. İctimai nəqliyyatda təhlükəsiz davranış qaydalarına dair bacarıqlar nümayiş etdirir.
4.3.Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdririr.
4.3.1. Fövqəladə hadisələr zamanı ilkin yardım göstərir.
VIII sinif
VIII sinfin sonunda şagird:

• materiyanın quruluşunun və kainatda baş verən proseslərin ümumi qanunlara tabe olmasını əsaslandırır;

• ekoloji tarazlığın qorunması və bərpasına dair layihələr hazırlayır;

• cəmiyyətin inkişafında inteqrasiyanı və cəmiyyətin idarə olunmasında dövlət hakimiyyətinin bölünməsini əsaslandırır;

• tarixi hadisələrin, faktların və ədəbi əsərlərin nümunəsində insan hüquqlarının pozulmasına dair təqdimat hazırlayır;

• istehsal infrastrukturlarına dair təqdimat hazırlayır;

• insanlararası münasibətlərdə ümumi cəhətlərin, insan mənəviyyatının formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini dəyərləndirir;

• vətən və dovlət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir, cəmiyyətdə birgəyaşayış qaydalarının formalaşmasında dini-əxlaqi dəyərlərin rolunu qiymətləndirir;

• reproduktiv sağlamlığın qorunmasını sağlam həyat tərzinin əsas şərti kimi dəyərləndirir;
• konkret situasiyalarda təhlükəsiz davranış və yol hərəkəti qaydalarından istifadə edir;

• fövqəladə halların nəticələrinin aradan qaldırılmasında birgəfəaliyyət bacarıqları nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
1.1. Varlıq və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Materiyanın quruluşunun və kainatda baş verən proseslərin ümumi qanunlara tabe olmasını əsaslandırır.

1.2. Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Ekoloji tarazlığın qorunmasına və bərpasına dair layihələr hazırlayır.
2. Fərd və cəmiyyət

2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Cəmiyyətin inkişafında sahələrarası inteqrasiyanın əhəmiyyətini əsaslandırır.
2.1.2. Cəmiyyətin idarə olunmasında dövlət hakimiyyətinin bölünməsi prinsipini əsaslandırır.
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.2.1. Əsas insan hüquqlarını fərqləndirir.

2.2.2. Tarixi hadisələrin, faktların və ədəbi əsərlərin nümunəsində insan hüquqlarının pozulmasına dair təqdimatlar hazırlayır.

2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.3.1. İstehsal infrastrukturlarına (maliyyə, vergi, sığorta) dair təqdimatlar hazırlayır.
3. Mənəviyyat
3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanlararası münasibətlərdə ümumi cəhətlərin əhəmiyyətini dəyərləndirir.
3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. İnsan mənəviyyatının formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini dəyərləndirir.
3.2.2. Vətən və dovlət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.

3.3.1. Cəmiyyətdə birgəyaşayış qaydalarının formalaşmasında dini əxlaqi dəyərlərin rolunu qiymətləndirir.

4. Sağlamlıq və təhlükəsizlik
4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Reproduktiv sağlamlığın qorunmasını sağlam həyat tərzinin əsas şərti kimi dəyərləndirir.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Təhlükəsiz davranış qaydalarına əməl etdiyini konkret situasiyalarda nümayiş etdirir.
4.2.2. Konkret situasiyalarda yol hərəkəti qaydalarından istifadə edir.
4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdririr.

4.3.1. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında birgəfəaliyyət bacarıqları nümayiş etdirir.

IX sinif
IX sinfin sonunda şagird:
• dünyanın dərk olunmasında elmi və dini dünyagörüşləri müqayisə edir;
• qlobal ekoloji problemlərin həllinə dair təqdimat və layihələr hazırlayır;

• insanın sosial proseslərdə iştirakını, vətəndaş cəmiyyətinin formalaşması və inkişafında demokratik dəyərlərin rolunu qiymətləndirir;

• beynəlxalq və milli hüquqi sənədlərin əlaqəsinə dair təqdimatlar hazırlayır.
• iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur və təqdim edir;
• mədəniyyətlərarası münasibətlərdə və müxtəlif dinlərə münasibətdə tolerantlıq nümayiş etdirir;
• bəşəriyyət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir;
• sağlam ailənin qurulmasında sağlam həyat tərzinin əhəmiyyətini dəyələndirir;
• təhlükəsiz davranış qaydalarına əməl etdiyini konkret situasiyalarda nümayiş etdirir;
• yol hərəkətinə dair davranış mədəniyyəti nümayiş etdirir;
• fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair layihələr hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
1.1. Varlıq və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dünyanın dərk olunmasında elmi və dini dünyagörüşləri şərh edir.
1.2. Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Qlobal ekoloji problemlərin həllinə dair təqdimat və layihələr hazırlayır.
2. Fərd və cəmiyyət

2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. İnsanın sosial proseslərdə iştirakını dəyərləndirir.

2.1.2. Vətəndaş cəmiyyətinin formalaşması və inkişafında demokratik dəyərlərin rolunu qiymətləndirir.

2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.2.1. Əsas insan hüquqlarının beynəlxalq hüquq normalarında təsbit olunduğunu əsaslandırır.
2.2.2. Beynəlxalq və milli hüquqi sənədlərin əlaqəsinə dair təqdimatlar hazırlayır.
2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.3.1. İqtisadi səmərəliliyə dair kiçik layihələr hazırlayır və təqdim edir.
3. Mənəviyyat
3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Mədəniyyətlərarası münasibətlərdə tolerantlıq nümayiş etdirir.
3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. Mədəniyyətlərarası münasibətlərdə əxlaq və davranış normalarının ümumbəşəri əhəmiyyətini dəyərləndirir.

3.2.2. Bəşəriyyət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir.
3.3.Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.
3.3.1.Müxtəlif dinlərə münasibətdə tolerantlıq nümayiş etdirir.
4. Sağlamlıq və təhlükəsizlik
4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin əhəmiyyətini dəyərləndirir.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarından istifadəyə dair təqdimatlar hazırlayır.

SABAHA İNAMLA

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası – Milli Kurikulumu (bundan sonra Milli Kurikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.

Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.

Milli Kurikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:

v ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;

v fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;
v təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
v nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;

v təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;

v şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.
Milli Kurikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır:
v milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;

v ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;

v tələbyönümlülük;
v nəticəyönümlülük;
v şagirdyönümlülük.;
v inteqrativlik.
I. ÜMUMİ TƏHSİLƏ VƏ ÜMUMİ TƏHSİLLİ
ŞƏXSƏ VERİLƏN TƏLƏBLƏR

Ümumi təhsil insanın, ailənin, cəmiyyətin və dövlətin marağına, milli və ümumbəşəri dəyərlərə, dünyəvilik, sistemlilik, varislik, inteqrativlik, demokratiklik prinsiplərinə əsaslanan, nəzəri və təcrübi fəaliyyət vasitəsilə şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial və fiziki inkişafına, təhsilini davam etdirməsinə, əmək fəaliyyətinə başlaması üçün zəmin yaradılmasına yönəlmiş məqsədəuyğun proses olub şagirdlərin yaş, fizioloji, psixoloji, fərdi xüsusiyyətləri və potensial imkanları nəzərə alınmaqla sürətlə dəyişən dünyada gedən prosesləri, problemləri və inkişaf tendensiyalarını başa düşmək və qiymətləndirmək, zəruri bilik, bacarıq və vərdişlər əldə etmək, öyrəndiklərini tətbiq etmək, sərbəst surətdə əlavə biliklər almaq bacarıqlarını, bazar münasibətləri şəraitində cəmiyyətin məhsuldar üzvünə çevrilə bilmələrini, şəxsiyyətin azad inkişafını təmin edir.

Ümumi orta təhsilli şəxs ana dilini dərindən bilən, Vətəninin tarixi və mədəniyyəti haqda ətraflı məlumatlara malik olan, incəsənəti, ədəbiyyatı, elmi nailiyyətləri, insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi bacaran, demokratik prinsiplərə hörmətlə yanaşan, dövlətçiliyə və dövlət mənafeyinə sadiqlik nümayiş etdirən, müasir texnika və kommunikasiya vasitələrindən səriştəli istifadə edən, insanlara, milli adət-ənənələrə, təbiətə, əxlaqi-mənəvi dəyərlərə tolerant, həssas və ədalətli münasibət bəsləyən, təhsillənməyi və məlumatlanmağı bacaran, bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı olmaq və həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək, inkişaf etmək, sağlam həyat tərzi qurmaq, müstəqil mövqeli olmaq keyfiyyətlərinə yiyələnən, cəmiyyətin tələbatına uyğun zəruri bilik, bacarıq və vərdişlər qazanan, ana dili ilə yanaşı, xarici dillərdən birində və ya bir neçəsində ünsiyyət saxlamağı bacaran şəxsdir.

II. ÜMUMİ TƏHSİLİN MƏZMUN STANDARTLARI
2.1. ÜMUMİ İBTİDAİ TƏHSİL
2.1.1. İbtidai təhsilin məqsədi
İbtidai təhsilin məqsədi aşağıdakılardır:
v uşaqlarda oxu, yazı və hesablama vədişləri yaratmaq və möhkəmləndirmək;

v uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək;

v uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək;

v uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaq.

2.1.2. İbtidai təhsil üzrə ümumi təlim nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:

v zəruri riyazi bilikləri həyatda tətbiq etməyi və sadə alqoritmləri yerinə yetirməyi, kompyuter texnikasından istifadə etməyi;

v müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;

v müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi;
v ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi;
v mədəni davranış, şəxsi gigiyena və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi;

v tapşırılan işi, habelə yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;

v öz vəzifələrini yerinə yetirməyi, özünün və digərlərinin hüquqlarına hörmət etməyi;

v Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi;

v yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumağı, mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi, lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə etməyi;

v insanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi estetik qavramağı.

2.1.3. İbtidai təhsil pilləsində tədris olunan fənlər

«Ana dili», «Azərbaycan dili», «Xarici dil», «Riyaziyyat», «İnformatika», «Həyat bilgisi», «Texnologiya», «Fiziki tərbiyə», «Musiqi», «Təsviri incəsənət».

2.1.4. İbtidai təhsil pilləsində tədris olunan fənlərin əsaslandırılması, fənlər üzrə ümumi təlim nəticələri

ANA DİLİ

Fənnin əsaslandırılması. Əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur.

Ümumi nəticələr
Şagird:
v sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və savadlı yazır;
v dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;
v oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir;
v ayrı-ayrı mətnlərdən əsas faktları seçib qruplaşdırır, kiçikhəcmli mətnlər qurur;

v Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin məlumatları sadə formada təqdim edir;

v lüğətlərdən, məlumat kitablarından, kataloqlardan istifadə edir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ[*]

Fənnin əsaslandırılması. Təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan əlifbasının, çoxişlək sözlərin, söz birləşməsi və cümlə modellərinin, ən zəruri nitq etiketlərinin, tələffüz və yazı qaydalarının mənimsənilməsi təmin olunur, şagirdlərdə dinləyib anlama, düzgün və sürətli oxu, ilkin şifahi nitq və tərcümə bacarıqları formalaşdırılır.

Ümumi nəticələr
Şagird:
v kiçikhəcmli mətnləri düzgün və sürətli oxuyur, məzmununu izah edir;

v söz birləşməsi və cümlə nümunələrindən, zəruri tələffüz və yazı qaydalarından istifadə edərək kiçikhəcmli şifahi və yazılı mətnlər qurur və təqdim edir;

v müşahidə etdiyi şəkil və illüstrasiyaların məzmun və əlamətlərini təsvir edir;
v məlumat xarakterli kiçikhəcmli mətnləri lüğət vasitəsilə ana dilinə və əksinə tərcümə edir.
XARİCİ DİL

Fənnin əsaslandırılması. Dinləyib anlama, şifahi nitq, əlifbanın öyrənilməsi və ilkin yazı bacarıqlarının formalaşdırılması, düzgün və ifadəli oxu qabiliyyətlərinin yaradılması və inkişaf etdirilməsi təmin olunur.

Ümumi nəticələr
Şagird:

v gündəlik həyatda və məişətdə istifadə olunan əşyaları, habelə onlara aid hərəkət və əlamətləri adlandırır;

v sadə nitq etiketləri əsasında ünsiyyət yaradır, süjetli şəkillər üzrə nitq nümunələri qurur;
v öyrəndiyi dilin hərf və hərf birləşmələrini oxuyur və yazır;
v öz ana dili ilə müqayisədə fərqli səsləri ayırır və tələffüz edir;
v kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir.
RİYAZİYYAT

Fənnin əsaslandırılması. Şagirdlərin hesab əməllərini yerinə yetirmələri, yazılı və şifahi hesablama alqoritmlərinə yiyələnmələri, ədədi ifadələri hesablamaları, mətnli məsələləri həll etmələri, ilkin ölçmə vərdişlərinə, fəza və həndəsi təsəvvürlərə malik olmaları, verilmiş məlumatları təsnif etmələri təmin olunur, onlarda riyazi bilikləri gündəlik həyatda tətbiq etmək vərdişləri formalaşdırılır.

Ümumi nəticələr
Şagird:

v milyon dairəsində natural ədədlər və sıfır üzərində dörd hesab əməlini yerinə yetirir, onluq say sistemində rəqəmlərin ədədlərdə mövqeyini və xüsusi çəkisini (mərtəbə vahidlərini) müəyyənləşdirir;

v hesab əməllərində naməlum komponenti məlum komponentlərlə ifadə edir;
v kəmiyyətlərdən (pul, çəki, uzunluq, sahə, zaman) həyati məsələlərin həllində istifadə edir;
v sadə müstəvi fiqurların və fəza cisimlərinin xüsusiyyətlərini müəyyənləşdirir və təsvir edir;
v ədədi məlumatları toplayıb qeyd edir, sistemləşdirir, nümayiş etdirir və şərh edir.
İNFORMATİKA

Fənnin əsaslandırılması. Şagirdlərdə alqoritmik təfəkkür elementlərinin yaradılması, kompyuter texnikasından istifadə etmək qabiliyyətinin formalaşdırılması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v eynicinsli obyektlər qrupunda artıq əşyanı seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;

v hərəkətlər ardıcıllığında səhvləri tapır, buraxılmış addımı müəyyən edir;
v qanunauyğunluqları tapır və onların əsasında sadə modellər qurur;
v sadə riyazi alqoritmlər və layihələr tərtib edir;
v kompyuterlə sərbəst davranır, sadə əməliyyatları icra edir;

v qrafiki redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;

v mətn redaktorunda sadə mətnləri yığır, redaktə edir və onlara rəsmlər daxil edir.
HƏYAT BİLGİSİ

Fənnin əsaslandırılması. İnsan hüquqları və azadlıqları, mənəvi-əxlaqi dəyərlər, həyat fəaliyyətinin təhlükəsizliyi, təbiət, insan-təbiət, insan- cəmiyyət münasibətləri haqqında zəruri məlumatların mənimsənilməsi, obyekt və hadisələri mahiyyətinə görə fərqləndirmək, onlara münasibət bildirmək, iqtisadi, ekoloji, kommunikativ fəaliyyətlər üzrə ilkin bacarıqların formalaşdırılması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v öz hüquqlarını dərk etməsini, başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, onu əhatə edən insanlara həssas münasibət bəsləməsini nümayiş etdirir, həmin məsələlərlə bağlı şəxsi fikirlərini bildirir;

v insan həyatı və sağlamlığının qorunması ilə bağlı ən zəruri təhlükəsizlik qaydalarını izah edir;

v düzlük, ədalətlilik, humanistlik, rəhmdillik nümayiş etdirir, bu mənəvi keyfiyyətlərin mahiyyəti barədə mülahizələrini şərh edir;

v iqtisadi biliklərdən məişətdə istifadə edir;

v təbiətə, ekologiyaya həssas və qayğıkeş yanaşmaqla təbiət hadisələri üzərində müşahidələr aparır və onlara münasibət bildirir;

v cəmiyyətdə baş verən hadisələri öz yaş səviyyəsinə uyğun şərh edir.
TEXNOLOGİYA

Fənnin əsaslandırılması. Şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal, özünəxidmət və birgəfəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat, modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqları, ölçü, mütənasiblik, simmetriya və digər həndəsi anlayışlar formalaşdırılır, sadə konstruksiyalar və yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v materialları müqayisə edir və çeşidləyir, müvafiq texnoloji vasitələrdən (ölçmə, kəsmə, bicmə, birləşdimə və s.) istifadə edir, sadə məmulatlar hazırlayır;

v sadə məişət xidmətlərini yerinə yetirir;

v birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının hazırladığı məmulatlara münasibət bildirir;

v təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və praktik fəaliyyətdə onlara riayət edir;

v yaradıcılıq tələb edən sadə tapşırıqları yerinə yetirir, model və layihələr qurur.
FİZİKİ TƏRBİYƏ

Fənnin əsaslandırılması. Sağlamlığın möhkəmləndirilməsi və qorunmasında fiziki tərbiyənin mühüm amil olduğunun dərk edilməsi, müvafiq vasitə və üsullarla şagirdlərin hərəki qabiliyyətlərinin inkişafı və hərəki vərdişlərinin formalaşdırılması, idmanın müxtəlif növləri ilə tanışlıq, şəxsi gigiyena və orqanizmin təbii vasitələrlə möhkəmləndirilməsi qaydalarının mənimsənilməsi, insan bədəninin quruluşu haqqında ilkin anatomik təsəvvürlərin, intizamlılıq, dözümlülük, iradəlilik, müstəqillik keyfiyyətlərinin yaranması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v hərəki qabiliyyətləri formalaşdıran alətli və alətsiz fiziki hərəkətləri icra edir, müəyyən edilmiş normativləri yerinə yetirir;

v vərdiş və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik hərəkətləri icra edir;
v idman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini təqdim edir;
v şəxsi gigiyena və təbii vasitələrlə orqanizmi möhkəmləndirmək qaydalarını izah edir;
v fiziki tərbiyə prosesinin həyata keçirilməsində intizam və rejim qaydalarına əməl edir.
İNCƏSƏNƏT
(musiqi, təsviri incəsənət)

Fənnin əsaslandırılması. Şagirdlərin musiqi və təsviri sənət növlərinin forma, janr, üslub və ifadə vasitələri, xalqımızın incəsənət tarixi haqqında ümumi məlumatlarla tanış olmaları, yaradıcı-estetik fəaliyyətlə bağlı (mahnı oxumaq, rəqs etmək, rəsm çəkmək və s.) ən sadə və ilkin bacarıqlara yiyələnmələri təmin edilir, onlarda bədii zövq, estetik mədəniyyət, rəng, forma və məkan hissiyyatı, milli musiqi və tətbiqi sənət növlərinə məhəbbət, habelə ümumbəşəri sənət nümunələrinə maraq, yaradıcılığa meyil, mücərrəd və obrazlı təfəkkür, əməksevərlik və digər iradi keyfiyyətlər formalaşdırılır.

Ümumi nəticələr
Şagird:

v mahnı oxumaq qaydalarından istifadə edir, mahnıları mətnlərinin məzmununa görə səhnələşdirməyi bacarır;

v musiqi alətlərini və musiqi əsərlərini xarakterinə görə bir-birindən fərqləndirir;
v müxtəlif janrlı musiqi əsərlərini fərqləndirir, onlara münasibət bildirir;
v musiqini emosional qavrayır, onun xarakterinə uyğun ritmik hərəkətlər edir;
v musiqi notlarını izah edir, onları sadə musiqi alətlərində ifa edir;
v əşyaları və hadisələri praktik yolla təsvir edir;
v yaş səviyyəsinə uyğun təsviri sənət nümunələrini izah edir, onları fərqləndirir;
v əşyanın məzmunu və forması arasındakı əlaqəni şərh edir;
v rəng çalarlarını ayırır, rəngləri emosional məna çalarlarına görə müqayisə edir;
v sadə kompozisiyalar qurur və onların ayrı-ayrı hissələrini mütənasib qaydada yerləşdirir;
v sadə tərtibati işləri yerinə yetirir.
2.2. ÜMUMİ ƏSAS TƏHSİL
2.2.1. Əsas təhsilin məqsədi
Əsas təhsilin məqsədi aşağıdakılardır:

v şagirdlərdə kommunikativ bacarıqların, şifahi və yazılı nitq vərdişlərinin formalaşdırılmasını, idraki fəallığın gücləndirilməsini təmin etmək;

v Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, təbiəti, sosial-iqtisadi imkanları və inkişafı, ayrı-ayrı ölkələrin bəşər sivilizasiyasının yaranmasındakı rolu haqqında təsəvvürləri və məlumatları genişləndirmək;

v şagirdlərdə təhlil və tətbiq, araşdırma və ümumiləşdirmə aparmaq, informasiya-kommunikasiya texnologiyalarından istifadə, müxtəlif mənbələrlə işləmək, özünün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, hadisələri və mahiyyətləri dəyərləndirmək, problemləri həll etmək bacarıqları formalaşdırmaq;

v sağlam həyat tərzi, fiziki və estetik mədəniyyət, əməkdaşlıq, hüquqlara hörmət keyfiyyətlərinin formalaşdırılmasını təmin etmək.

2.2.2. Əsas təhsil üzrə ümumi təlim nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:

v ətraf aləmi dərk etmək üçün müxtəlif üsul, vasitə və metodlardan, o cümlədən müşahidə, ölçmə, hesablama, təcrübə, nümayiş və qiymətləndirmədən istifadə etməyi;

v təlim tapşırığını yerinə yetirmək üçün müvafiq üsullar seçməyi və verilmiş alqoritm əsasında onları həll etməyi;

v müxtəlif faktları, fikirləri, dəlilləri bir-birindən fərqləndirməyi, onları müqayisə, təsnif və təqdim etməyi;

v təlim prosesində yaradıcılıq tələb edən müxtəlif işləri müstəqil olaraq yerinə yetirməyi;

v nitqin monoloji və dialoji formalarından istifadə etməyi, dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan materialları təhlil etməyi, onların məzmununu yığcam və geniş formada başqasına çatdırmağı;

v plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı, nümunələr göstərməyi, dəlillər gətirməyi və nəticələri ümumiləşdirməyi;

v idraki və kommunikativ yönümlü tapşırıqları yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən (lüğətlər, ensiklopediyalar, kompyuter, internet, dövri mətbuat və s.) istifadə etməyi;

v öz imkanlarını, meyil və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi, gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşıya çıxan problemlərin optimal həllini tapmağı;

v ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;

v öz fəaliyyətində əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə malik olduğunu nümayiş etdirməyi;

v problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;

v xarici dildə ünsiyyət qurmağı.
2.2.3. Əsas təhsil pilləsində tədris olunan fənlər

«Ana dili», «Azərbaycan dili», «Ədəbiyyat», «Xarici dil», «Riyaziyyat», «İnformatika», «Azərbaycan tarixi», «Ümumi tarix», «Fizika», «Kimya», «Biologiya», «Coğrafiya», «Həyat bilgisi», «Texnologiya», «Fiziki tərbiyə», «Musiqi», «Təsviri incəsənət».

2.2.4. Əsas təhsil pilləsində tədris olunan fənlərin
əsaslandırılması, fənlər üzrə ümumi təlim nəticələri
ANA DİLİ

Fənnin əsaslandırılması. Şagirdlərdə ifadəli və şüurlu oxu, aydın, səlis, düzgün şifahi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi, nitqin leksik, qrammatik və üslubi cəhətdən zənginliyi, təcrübi baxımdan əhəmiyyətli olan dilçilik anlayışları və qaydalarının mənimsənilməsi, dil hadisələri zəminində şagirdlərin idrak fəaliyyətinin və ünsiyyət bacarıqlarının inkişafı, şagirdlərdə ana dilinə məhəbbət və hörmət hissinin formalaşdırılması təmin edilir.

Ümumi nəticələr
Şagird:

v zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, onları bir-birindən fərqləndirir, mülahizələrini müxtəlif üsullarla əsaslandırır və təqdim edir;

v şifahi və yazılı nitqində dilə aid qaydaları mənimsədiyini nümayiş etdirir;

v verilmiş mətni düzgün və ifadəli oxuyur, onu məzmun xətlərinə görə hissələrə ayırır, mətni müvafiq meyarlar əsasında təhlil edir;

v dil vahidlərindən məqsədyönlü istifadə etməklə nitqin müxtəlif tip və üslublarında mətnlər qurur, onları təkmilləşdirir;

v ana dilinə aid tədbirlərin təşkilində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ

Fənnin əsaslandırılması. Azərbaycan dilinin praktik öyrənilməsi üçün zəruri fonetik, leksik, qrammatik xüsusiyyətlərin, dil və nitq vahidlərinin məna və intonasiyasının mənimsənilməsi, şüurlu və ifadəli oxuya, nitqin müxtəlif forma və tiplərinə dair bacarıqların, dövlət dili kimi Azərbaycan dilinə hörmət və məhəbbət hissinin formalaşdırılması təmin olunur.

Ümumi nəticələr
Şagird:
v dinlədiyi mətnin məzmununa münasibət bildirir;
v mətni şüurlu və ifadəli oxuyur;

v ünsiyyət prosesində dil vahidlərindən, nitqin müxtəlif formalarından məqsədyönlü istifadə edir, müstəqil surətdə mətnlər qurur;

v öz fikirlərini ardıcıl və aydın ifadə edir;

v praktik fəaliyyətində Azərbaycan dili üzrə nitq vərdişlərinə yiyələnməsini, bu dilə hörmət və məhəbbət bəsləməsini nümayiş etdirir;

v nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə edir, öz ana dilinə və əksinə tərcümələr edir.

ƏDƏBİYYAT

Fənnin əsaslandırılması. Şagirdlərdə ədəbiyyatın söz sənətkarlığı əsasında təşəkkül tapmış şifahi və yazılı yaradıcılıq nümunələrini özündə birləşdirən incəsənət növü, hər bir xalqın sivilizasiya və mədəni-intellektual səviyyəsini əks etdirən milli sərvət və qüdrətli təsir vasitəsi olması barədə ətraflı təsəvvürlər yaradılır, onlarda yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla şifahi və yazılı ədəbiyyat nümunələri vasitəsilə şüurlu və ifadəli oxu, sözə və söz sənətinə həssas, bədii-emosional münasibət bildirmək, təhlil etmək, aydın, sistemli, müxtəlif üslubi çalarlarda ədəbi-bədii məna tutumlu şifahi və yazılı nitq, obrazlı təfəkkür, mütaliə vərdişləri formalaşdırılır, ədəbiyyat nəzəriyyəsinə aid zəruri biliklərin mənimsənilməsi təmin edilir.

Ümumi nəticələr
Şagird:

v şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, şifahi ədəbiyyat nümunələrinin xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;

v cəmiyyətdə və insan həyatında ədəbiyyatın rolunu və əhəmiyyətini şərh edir, bununla bağlı şəxsi fikir və mülahizələr irəli sürür;

v ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;

v fikir və ideyanı ifadə etmək baxımından poeziya, nəsr və dramaturji materialların imkanlarını müqayisə edir, onları yaradıcılıq və sənətkarlıq xüsusiyyətlərinə görə qiymətləndirir;

v müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;

v ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;

v ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı başqalarının fikrinə səbrli, obyektiv və ədalətli münasibət göstərməklə yanaşı, öz mülahizələrini müdafiə etməyi və əsaslandırmağı, ümumi rəyə gəlməyi bacarır;

v məzmun istiqamətinə görə ayrı-ayrı ünsiyyət məqamlarında öz fikrini aydın, ardıcıl, məqsədyönlü, yığcam və yeri gəldikcə bədii təsvir vasitələri ilə obrazlı şərh edir, yazılı nitqdə məzmuna uyğun üslub müəyyənləşdirməyi, orfoqrafiya və orfoepiya qaydalarına əməl etməyi, söz ehtiyatından səmərəli istifadə etməyi, fikirləri ümumiləşdirmə aparmağı bacarır.

XARİCİ DİL

Fənnin əsaslandırılması. Şifahi nitqin inkişafı əsas tələb kimi götürülməklə şagirdlərin ünsiyyət bacarıqlarının formalaşdırılması, lüğət ehtiyatının zənginləşdirilməsi, ən zəruri qrammatik anlayışların və dil konstruksiyalarının mənimsənilməsi, oxu, yazı texnikası və yazılı nitq, dinləyib-anlama vərdişlərinin inkişaf etdirilməsi təmin olunur.

Ümumi nəticələr
Şagird:

v mətnləri sərbəst oxuyur, leksik və qrammatik vahidlərdən dialoji və monoloji nitqin formalaşdırılmasında istifadə edir;

v dilin qrup formasında öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaşlarının nitqinə münasibət bildirir;

v öz fikirlərini sadə formada yazılı ifadə edir;
v öz nitqini planlaşdırır, eyni fikri müxtəlif formalarda ifadə edir;

v lüğət nümunələri hazırlayır, dil öyrənmə prosesində lüğətlərdən, yardımçı vəsaitlərdən, texnoloji vasitələrdən məqsədyönlü istifadə edir.

RİYAZİYYAT

Fənnin əsaslandırılması. Gündəlik həyati problemlərin həlli, digər müvafiq fənlərin öyrənilməsi, profilli siniflərdə təhsilin davam etdirilməsi, başqa formalarda orta təhsil almaq üçün zəruri riyazi biliklərin əldə edilməsi, şagirdlərin intellektual inkişafına, uğurlu praktik fəaliyyətinə zəmin yaradan təfəkkür tərzinin formalaşdırılması, ümumbəşəri mədəniyyətin ayrılmaz hissəsi kimi sivilizasiyanın və cəmiyyətin inkişafında riyaziyyatın müstəsna əhəmiyyəti haqqında dolğun təsəvvürlərin yaradılması, riyaziyyat sahəsi üzrə şagirdlərin öz yaş həddinə uyğun müvafiq bacarıqlar əldə etməsi, müxtəlif forma və məzmuna malik məlumatların məntiqi cəhətdən dərk və təhlil edilməsi, həyatda təsadüfi hadisələrin ehtimal xarakteri daşımasının mahiyyətcə başa düşülməsi təmin olunur.

Ümumi nəticələr
Şagird:

v ölçmə və hesablama ləvazimatlarından istifadə edir, şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;

v simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir;

v rasional ifadələr üzərində eynilik çevrilmələri aparır, xətti və kvadrat tənlikləri, xətti bərabərsizliklər sistemini həll edir;

v funksiya anlayışı və qrafiklərdən real asılılıqların öyrənilməsində və şərhində istifadə edir;

v müstəvi fiqurların və sadə fəza cisimlərinin xassələrini praktik həndəsi məsələlərin həllində tətbiq edir, sadə həndəsi qurmalar və ölçmələr aparır;

v riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir;
v statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır;

v mühakimələrini məntiqi əsaslandırır, yazılı və şifahi nitqində fikirlərini dəqiq, aydın və yığcam ifadə edir;

v müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir;

v fəaliyyətlərini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və qiymətləndirir.

İNFORMATİKA

Fənnin əsaslandırılması. Şagirdlərdə ətraf aləmi informasiya sistemi baxımından təhlil və qərar qəbul etmək bacarıqlarının formalaşdırılması, onların informasiya və kommunikasiya texnologiyalarından istifadəyə hazırlanması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;

v gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;
v kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;

v mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;

v qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;

v obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;
v obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;

v informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;

v şəbəkə növləri vasitəsi ilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;

v müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir;
v elektron cədvəllərdən istifadə etməklə yeni sənədlər tərtib edir;

v müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir, sadə ”Web” səhifələr yaradır.

AZƏRBAYCAN TARİXİ

Fənnin əsaslandırılması. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, dövlətçilik ənənələri, Azərbaycan xalqının, onun milli, sosial, əxlaqi-mənəvi dəyərlərinin təşəkkülü və formalaşması, geosiyasi məkanda mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına təsiri, Azərbaycanın məruz qaldığı təcavüzlər və onlara qarşı mübarizə, tarixi şəxsiyyətləri, maddi və mənəvi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur, şagirdlərdə tarixi hadisələri təhlil etmək və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq və sistemləşdirib təqdim etmək, tarixi mənbələrlə işləmək bacarıqları formalaşdırılır, onlarda vətənpərvərlik, milli iftixar hissləri aşılanır.

Ümumi nəticələr
Şagird:

v tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;

v tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir;

v müxtəlif mətnlərlə işləyir, lazım olan tarixi materialları seçib toplayır, ümumiləşdirir və təqdim edir.

ÜMUMİ TARİX

Fənnin əsaslandırılması. Dünya tarixinin sivilizasiyaya qədərki dövrü, müxtəlif dövrlərdə insan birliklərinin yaranması, dövlətin meydana gəlməsi və sivilizasiyaların formalaşması, bəşər sivilizasiyasının inkişafında ayrı-ayrı dövlətlərin və xalqların rolu, sivilizasiyaların tənəzzülü və dağılmasının ictimai, iqtisadi, siyasi səbəbləri, ümumbəşəri, əxlaqi-mənəvi və maddi mədəniyyətlər haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur, şagirdlərdə tarixi hadisələrə obyektiv mövqedən yanaşma, onları müvafiq zaman və məkan kontekstində qiymətləndirmək bacarıqları formalaşdırılır.

Ümumi nəticələr
Şagird:

v tarixi dövrləri xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları dövr baxımından qiymətləndirir və onlara münasibət bildirir;

v tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf tendensiyalarını, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir;

v müxtəlif tarixi mənbələri araşdırmaqla lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.
FİZİKA

Fənnin əsaslandırılması. Təbiətdə baş verən fiziki hadisələrin mahiyyətinin, onların qanunauyğunluqlarının və maddi aləmin dərk edilməsi, maddələrin quruluşu, zaman və məkan anlayışları əsasında fəza təsəvvürləri və empirik təfəkkürün formalaşdırılması, cəmiyyətin sosial-iqtisadi inkişafında təbiət elmlərinin əsası kimi fizikanın rolu, fizika elminin görkəmli nümayəndələri və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi təmin edilir.

Ümumi nəticələr
Şagird:
v fiziki hadisələri mahiyyətinə görə fərqləndirir, onların başvermə səbəblərini izah edir;

v təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir;

v fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir;

v fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir;

v fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizik alimlərin yaradıcılığı barədə təqdimatlar edir.

Fənnin əsaslandırılması. Gündəlik həyatda baş verən hadisələrin kimyəvi mahiyyətinin, ətraf aləmin maddiliyinin dərk edilməsi cəmiyyətin iqtisadi-sosial inkişafında kimyanın rolunun qiymətləndirilməsi, şagirdlərdə fəza təsəvvürlərinin genişləndirilməsi, səbəb-nəticə əlaqələri barədə anlayışların və təhlil bacarıqlarının, ekoloji mədəniyyətin formalaşdırılması, müxtəlif həyat şəraitlərinə çevik uyğunlaşma, kimya elminin görkəmli nümayəndələri və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi təmin edilir.

Ümumi nəticələr
Şagird:

v kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr və təcrübələr aparır, alınmış nəticələr əsasında onlara münasibət bildirir;

v maddələrin quruluşunu, xassələrini, onların çevrilməsinin səbəblərini izah edir;
v maddələrin çevrilməsini tətbiq və idarə edir;

v ətraf aləmə həssas və qayğıkeş münasibət nümayiş etdirir, müşahidə etdiyi hadisələri ümumiləşdirib təqdim edir;

v kimya sahəsində görkəmli alimlər və onların xüsusi əhəmiyyətə malik elmi kəşfləri, nailiyyətləri haqqında məlumatların ötürülməsi və yayılmasında iştirak edir.

BİOLOGİYA

Fənnin əsaslandırılması. Şagirdlərdə canlı aləmin yaranması, quruluşu, funksiyaları, təsnifatı, yayılma qanunauyğunluqları, inkişafı və mühafizəsi, onların bir-birilə və cansız aləmlə qarşılıqlı əlaqəsi, maddi aləmin vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər formalaşdırılır, onlarda özünə, ətraf mühütə qayğıkeş və həssas münasibət yaradılır.

Ümumi nəticələr
Şagird:

v canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir, bu barədə mülahizələrini şərh edir;

v bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyur, nəticələri ümumiləşdirir, onları şifahi və yazılı təqdim edir;

v canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarının səbəbini izah edir və təcrübədə tətbiq edir;

v bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir;

v fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsirləri barədə nəzəri biliklərdən ekoloji problemlərin aradan qaldırılmasında istifadə edir;

v zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.
COĞRAFİYA

Fənnin əsaslandırılması. Coğrafi təbəqənin əmələ gəlməsi və inkişaf qanunauyğunluqları, Günəş sistemində Yer planetinin mövqeyi, Yer kürəsinin təbii kompleks olması, təbiət hadisələrinin və təbii proseslərin başvermə səbəbləri, iqtisadiyyatın inkişafında Yerin təbii imkanlarından istifadə olunması, Azərbaycanın təbii şəraiti, təbii ehtiyatları, əhalisi və demoqrafik vəziyyəti, dünya ölkələri ilə müqayisədə Azərbaycanın iqtisadi və sosial- coğrafi xüsusiyyətləri haqqında şagirdlərdə ümumi təsəvvürlər yaradılır, təbiətə, ekoloji problemlərə həssas münasibət, vətəndaşlıq mövqeyi formalaşdırılır, onların idraki qabiliyyətləri inkişaf etdirilir.

Ümumi nəticələr
Şagird:

v təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiət hadisələrinin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir;

v coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini müvafiq dəlillər əsasında izah edir;

v coğrafi cihazlardan ətraf mühitin öyrənilməsində, müxtəlif şərait və vəziyyətlərdə istifadə edir;
v müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər aparır;

v xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək müvafiq hesablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər qurur;

v Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplayır, sistemləşdirir, onların əsasında təqdimatlar edir.

HƏYAT BİLGİSİ

Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsi üzrə müəyyən olunmuş bacarıqlar daha da təkmilləşdirilməklə şagirdlərdə təbiət və cəmiyyət hadisələri nümunəsində qanunauyğunluqların mahiyyəti haqqında ətraflı təsəvvür formalaşdırılır, reproduktiv sağlamlıq, insan hüquqları, mənəvi kamillik, əxlaqi yetkinlik, vicdan azadlığı, iqtisadi maarifləndirmə, sağlam həyat tərzi, təbii qəza və fəlakətlərdən qorunmaq yolları barədə məlumatlar dərinləşdirilir, onlarda saflıq, düzlük, əqidəlilik, dözümlülük, tolerantlıq, özünüqiymətləndirmə, özünəxidmət keyfiyyətlərinin aşılanması, planlı fəaliyyət bacarıqlarının və iqtisadi təfəkkür elementlərinin yaradılması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v təbiət və cəmiyyət hadisələri ilə bağlı qanunauyğunluqların mahiyyətini izah edir, həmin məsələlərlə əlaqədar bu fənn daxilində əldə etdiyi məlumatları digər fənlərdəki eyni məzmunlu məlumatlarla müqayisə edir, onları sistemləşdirir və ümumiləşdirmələr aparır;

v zərərli vərdişlərin insan həyatı üçün təhlükəli olduğunu və ağır nəticələr verdiyini konkret nümunələr əsasında şərh edir, sağlam həyat tərzi keçirdiyini gündəlik fəaliyyətində nümayiş etdirir;

v həyat fəaliyyətinin təhlükəsizliyi qaydalarına yiyələndiyini yazılı və şifahi təqdimatlarında, təlim-məşq tədbirlərində nümayiş etdirir;

v müvafiq normativ-hüquqi sənədlərdə təsbit olunmuş insan hüquq və azadlıqlarına dair müddəaların mahiyyətini konkret tarixi hadisələrin, faktların, ədəbi əsərlərin nümunəsində şərh edir, özünün və başqalarının hüquqlarına hörmətlə yanaşdığını nümayiş etdirir;

v mənəvi-əxlaqi mövzulara həsr olunmuş müzakirələrdə, diskussiyalarda və digər tədbirlərdə müvafiq problemlə bağlı rəy və mülahizələrini bildirir, hadisə və faktları mahiyyətinə görə qiymətləndirməklə şəxsi mövqeyini və münasibətini büruzə verir;

v gündəlik həyatda iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur, onları təqdim və tətbiq edir.
TEXNOLOGİYA

Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsində təyin olunmuş funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri inkişaf etdirməklə texnoloji və tətbiqi bacarıqların təkmilləşdirilməsi, sadə olmayan texnoloji proseslərin idarə olunması və həyata keçirilməsi, yaradıcı texniki təfəkkürün formalaşdırılması, şagirdlərin müasir informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, onların peşəseçməyə istiqamətləndirilməsi, zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur.

Ümumi nəticələr
Şagird:

v müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə gündəlik məişətdə vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır;

v sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların hazırlanmasında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-tikinti işlərini yerinə yetirir;

v texnoloji proseslərə aid informasiyaları toplayıb sistemləşdirir, məmulatların hazırlanmasında onlardan istifadə edir;

v şəraitə və təbii imkanlara uyğun olaraq bitkiləri becərməyi, ev heyvanlarına qulluq etməyi, kənd təsərrüfatı məhsullarını tədarük və emal etməyi bacarır;

v əmək fəaliyyətini səmərəli qurmaq üçün onu əvvəlcədən planlaşdırır və idarə edir;
v əmək fəaliyyəti prosesində fərdi, habelə qrup tərkibində işləməyi bacarır.
FİZİKİ TƏRBİYƏ

Fənnin əsaslandırılması. Şagirdlərdə fiziki tərbiyənin insan şəxsiyyətinin formalaşmasında mühüm amil və ümumi mədəniyyət səviyyəsinin əsas göstəricilərindən biri olması barədə təsəvvürlər dərinləşdirilir, onlarda öz fiziki imkanlarına inam hissi yaradılması, potensial qüvvələrinə inamsızlıqla bağlı yaranmış psixoloji maneələrin aradan qaldırılması, sağlam həyat tərzinin normaya çevrilməsi, idman növləri və oyunlar vasitəsilə hərəki qabiliyyətlərinin dinamik inkişaf etdirilməsi, müstəqil və məqsədyönlü şəkildə fiziki hazırlıqlarının təkmilləşdirilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki hərəkətlər icra olunarkən təhlükəsizlik qaydalarına əməl edilməsi təmin olunur, birgə fəaliyyət, cəldlik, çeviklik, qüvvə, sürət, hərəkət koordinasiyası, elastiklik, dözümlülük, intizamlılıq, çətin anlarda fiziki imkanlarını səfərbər etmək və digərlərinə kömək göstərmək keyfiyyətləri, tibbi-gigiyenik bacarıqlar formalaşdırılır.

Ümumi nəticələr
Şagird:

v hərəkət keyfiyyətlərinin inkişafı üzrə müəyyən edilmiş normativləri yerinə yetirir, müstəqil olaraq fiziki hazırlığını təkmilləşdirmək və sağlamlığını möhkəmləndirmək üçün rejim və tədbirlər müəyyənləşdirib icra edir;

v fiziki hazırlıq fəaliyyəti prosesində müvafiq təhlükəsizlik qaydalarına, tibbi-gigiyenik tələblərə əməl edir;

v kollektiv fəaliyyət zamanı öz yerini və rolunu dəqiq müəyyənləşdirir, zəruri məqamlarda qabaqcıl və həlledici mövqe tutur;

v ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün səmərəli və məqsədyönlü hərəkətlər kompleksi seçib yerinə yetirir.

MUSİQİ

Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsi üzrə müəyyən olunmuş fəaliyyətlər inkişaf etdirilməklə milli musiqi tariximizin ən zəruri məqamları, görkəmli şəxsiyyətləri haqqında məlumatlarla, aşıq musiqisi, muğamlar, dünya musiqi mədəniyyətinin geniş yayılmış nümunələri ilə tanışlıq, xorla ifa və vokal vərdişlərin mənimsənilməsi, musiqini qavrama mədəniyyətinin formalaşdırılması, şagirdlərin səs imkanları, arzu və istəkləri nəzərə alınmaqla ifaçılığa cəlb olunmaları təmin edilir.

Ümumi nəticələr
Şagird:

v Azərbaycanın görkəmli klassik və müasir musiqi xadimləri, dünya musiqi sənətinin tanınmış nümayəndələri, onların geniş yayılmış məşhur əsərləri haqqında təqdimatlar edir;

v aşıq havalarını, muğamları və onların tərkib hissələrini tanıyır, musiqi əsərlərini ifadə vasitələrinə görə müqayisə edir, onları janr və formasına görə fərqləndirir;

v musiqi əsərlərini melodik istiqamətlərinə, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir;
v musiqi mətnlərini notla oxuyur;
v qrup və kollektiv daxilində ifaçılıq bacarığı nümayiş etdirir.
TƏSVİRİ İNCƏSƏNƏT

Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsi üçün müəyyən edilmiş bacarıqlar inkişaf etdirilməklə Azərbaycanın, eləcə də dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri ilə tanışlıq, gerçəkliyin və sənət əsərlərinin bədii-emosional qavranılması, estetik zövqün inkişafı, təbiətin və təsviri sənət nümunələrinin timsalında ölçü, forma, simmetriya, harmoniya məfhumlarının mahiyyəti barədə təsəvvürlərin dərinləşdirilməsi, şagirdlərdə müqayisə, təhlil və təsvir qabiliyyətlərinin təkmilləşdirilməsi, təsviri sənət üzrə istedadlı uşaqların üzə çıxarılması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında məlumatları şərh və təqdim edir;

v təsviri sənət növlərini onları təşkil edən əsas janrlara ayırır, bunların xarakterik xüsusiyyətlərini izah edir;

v həyati görüntüləri real təsvir edir;
v bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə görə müqayisə və izah edir;
v bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.3. ÜMUMİ ORTA TƏHSİL
2.3.1. Orta təhsilin məqsədi
Orta təhsilin məqsədi aşağıdakılardır:

v təhsilin meyil, maraq və potensial imkanlar nəzərə alınmaqla təşkilini təmin etmək, istedad və qabiliyyətin reallaşdırılması üçün lazımi şərait yaratmaq;

v şagirdlərdə ünsiyyət mədəniyyəti, sərbəst və müstəqil surətdə bilik və bacarıqlar qazanmaq və praktik işdə tətbiq etmək qabiliyyəti, icraçılıq, təşkilatçılıq, proqnozlaşdırma, tədqiqatçılıq və birgəfəaliyyət vərdişləri formalaşdırmaq;

v şagirdləri müstəqil həyata, cəmiyyətdə fəal və gərəkli mövqe tutmağa, şüurlu peşəseçməyə hazırlamaq;

v şagirdlərdə tənqidi, obrazlı və yaradıcı təfəkkür formalaşdırılmasını, nailiyyətlərin və yeniliklərin mahiyyətini dərk edib onları qiymətləndirə bilmək bacarıqlarını təmin etmək;

v şagirdlərdə ana dilinə, ədəbi-bədii irsə, Vətənin tarixi keçmişinə, bu gününə, gələcəyinə məhəbbət və nikbinlik hissi yaratmaq, onlarda təbiəti sevmək və qorumaq, milli və ümumbəşəri dəyərlərə, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmaq və tolerant münasibət bəsləmək keyfiyyətləri aşılamaq;

v şagirdlərin texniki vəsaitlərdən, iqtisadi biliklərdən gündəlik fəaliyyətdə səmərəli istifadə etmələrini, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaya bilmələrini təmin etmək.

2.3.2. Orta təhsil üzrə ümumi təlim nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:

v problemləri təyin etməyi və onlara münasibət bildirməyi, problemlərin həlli istiqamətində düşünülmüş qərarlar qəbul etməyi;

v məlumatları axtarıb toplamağı, sistemləşdirməyi, müqayisə, təhlil və tətbiq etməyi, qiymətləndirməyi və onlardan səmərəli istifadə etməyi;

v müstəqil, tənqidi və yaradıcı düşünə bilməyi, yeni ideyalar irəli sürməyi;
v komanda, qrup, təşkilat daxilində başqaları ilə səmərəli əməkdaşlıq etməyi;

v yazılı və şifahi nitq vərdişləri əsasında dialoqa girməyi, müzakirələrdə iştirak etməyi, müstəqil surətdə rəy və mülahizələr irəli sürməyi, müxtəlif məlumat mənbələrindən istifadə etməyi, ayrı-ayrı üslublarda yazılmış mətnlərlə işləməyi və əməli-yaradıcı yazılar yazmağı;

v müasir texnika və kommunikasiya vasitələri ilə davranmağı;
v elm, incəsənət, mədəniyyət və ədəbiyyat sahəsindəki nailiyyətlərə münasibət bildirməyi;
v xarici dillərdən birində və ya bir neçəsində ünsiyyət saxlamağı;
v dəyişən həyat şəraitinə çevik uyğunlaşmağı;
v icraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi;

v zəngin mənəviyyata malik olmaqla öz intellektual və mədəni səviyyəsini, bacarıq və qabiliyyətini müntəzəm inkişaf etdirməyi, gerçəkliyi estetik və obrazlı qavramağı;

v insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, mənəvi-əxlaqi dəyərlərə, təbiətə həssas və tolerant münasibət bəsləməyi;

v sağlam həyat tərzi, liderlik, rəqabətə davamlılıq keyfiyyətlərini nümayiş etdirməyi;

v ana dilini dərindən bildiyini, milli adət-ənənələr, Vətən tarixi və mədəniyyəti barədə ətraflı məlumatlara, milli qürur və milli iftixar hisslərinə malik olduğunu nümayiş etdirməyi.

2.3.3. Orta təhsil pilləsində tədris olunan fənlər

«Ana dili», «Azərbaycan dili», «Ədəbiyyat», «Xarici dil», «Riyaziyyat», «İnformatika», «Azərbaycan tarixi», «Ümumi tarix», «Fizika», «Kimya», «Biologiya», «Coğrafiya», «Fiziki tərbiyə», «Çağırışaqədərki hazırlıq».

2.3.4. Orta təhsil pilləsində tədris olunan fənlərin əsaslandırılması, fənlər üzrə ümumi təlim nəticələri

ANA DİLİ

Fənnin əsaslandırılması. Əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri inkişaf etdirilməklə ədəbi dilin üslublarından istifadə imkanlarının genişləndirilməsi, şifahi və yazılı nitq prosesində nitq mədəniyyətinin tələblərinə riayət edilməsi, natiqlik vərdişləri elementlərinin yaradılması təmin olunur.

Ümumi nəticələr
Şagird:
v üslubi xüsusiyyətinə görə mətnləri müqayisə edir, qiymətləndirir, rəy və mülahizələrini bildirir;
v təqdim olunmuş mövzuya uyğun üslub seçir, fikirlərini şifahi və yazılı şərh edir;

v nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları şifahi və yazılı nitqində tətbiq edir;

v müxtəlif üslublarda rəy, çıxış, məruzə və təqdimatlar hazırlayır;

v müzakirə, görüş, diskussiya və s. tədbirlərin hazırlanması, təşkili və keçirilməsində yoldaşları ilə səmərəli əməkdaşlıq edir.

AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ

Fənnin əsaslandırılması. Əsas təlim pilləsində müəyyən olunmuş fəaliyyətlər inkişaf etdirilməklə nitqi müxtəlif üslublarda dəqiq və düzgün qurmaq, Azərbaycan dilində düşünmək, ünsiyyət məqamına görə fikri sərrast ifadə etmək, zəruri yazı qaydalarını tətbiq etmək bacarıqları formalaşdırılır.

Ümumi nəticələr
Şagird:
öz fikirlərini Azərbaycan dilində sərbəst ifadə edir;
v nitqin müxtəlif üslub və tiplərində mətnlər qurur;
v yazılı nitqində orfoqrafiya və durğu işarələri qaydalarını tətbiq edir;

v Azərbaycan dilində olan mətnlər üzərində işləyir, onların məzmunu və üslubu haqqında rəy və mülahizələrini bildirir;

v Azərbaycan dilində aparılan tədbirlərdə çıxış və təqdimatlar edir;
v sərbəst tərcümə bacarığı nümayiş etdirir.
ƏDƏBİYYAT

Fənnin əsaslandırılması. Şagirdlərin əsas təhsil pilləsində qazandıqları bacarıq və vərdişlər təkmilləşdirilməklə tarixi-xronoloji ardıcıllıqla Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr öyrənilir, ədəbiyyat nəzəriyyəsinə dair məlumatlar genişləndirilir, şagirdlərin ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir, onları mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;

v bədii əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;

v ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazır;

v mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır;

v ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir.
XARİCİ DİL

Fənnin əsaslandırılması. Əsas pillə üçün nəzərdə tutulan fəaliyyətlər inkişaf etdirilməklə şagirdlərin xarici dil üzrə kommunikativ bacarıqlara və ünsiyyət mədəniyyətinə yiyələnmələri, lüğət ehtiyatının zənginləşdirilməsi, onlarda xaricil dili dərindən öyrənməyə maraq oyadılması, dilini öyrəndiyi ölkə (ölkələr) ilə tanışlıq əsasında dünyagörüşlərinin genişlənməsi təmin olunur.

Ümumi nəticələr
Şagird:
v mətni ifadəli oxuyur, onun üslubi xarakterini və əsas fikri müəyyən edir;

v ilk dəfə təqdim edilmiş və tərkibində 10 faizə qədər naməlum sözlər olan mətni lüğət vasitəsilə oxuyur, məzmununu izah edir;

v oxunmuş mətnin planını tərtib edir, məzmununu yazılı tezislə ifadə edir, müstəqil surətdə sadə süjetli mətnlər qurur;

v sadə olmayan cümlə konstruksiyalarından şifahi və yazılı nitqində istifadə edir.
RİYAZİYYAT

Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində müəyyən olunmuş fəaliyyətlərin genişləndirilməsi və inkişaf etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü praktik vərdişlərin aşılanması, riyazi dili inkişaf etdirməklə nitqin zənginləşdirilməsi, gələcək təhsil və peşə fəaliyyətinin davam etdirilməsinə zəmin yaradan riyazi biliklərin mənimsənilməsi, alqoritm mədəniyyətinin formalaşdırılması təmin olunur.

Ümumi nəticələr
Şagird:

v riyazi materiallara aid alqoritmləri yerinə yetirir, real həyatda riyazi anlayış və düsturlardan istifadə edir;

v xüsusi halların və təcrübənin ümumiləşdirilməsinə əsasən, kəmiyyətlər arasındakı asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;

v cəbri çevrilmələrdən və funksional asılılıqlardan yaxın fənlərin öyrənilməsində və ətraf aləmin mövcud qanunauyğunluqlarının araşdırılmasında istifadə edir;

v genişləndirilmiş fəza təsəvvürlərindən çertyoj, şəkil və sxemlərin çəkilməsində, ətraf aləmdəki əşyaların təsvirində istifadə edir;

v ətraf aləmdəki ehtimal və statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları izah edir, ehtimalın klassik modelinə əsasən, hadisələrin baş verməsini proqnozlaşdırır.

v ölçmə və hesablama vasitələrindən istifadə edir, yazılı və şifahi əməliyyatlar aparır;

v mühakimələrini riyazi faktlarla əsaslandırır və məntiqi nəticələrini şərh edir, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir.

İNFORMATİKA

Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində mənimsənilmiş bacarıq və vərdişlər inkişaf etdirilməklə şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları, kompyuterdə daha çox populyar olan proqram vasitələrinfən istifadə vərdişləri formalaşdırılır, onların alqoritmik təfəkkürünün və intellektual səviyyəsinin inkişafı, peşə seçiminə hazırlıqları təmin olunur.

Ümumi nəticələr
Şagird:
v informasiyaları ölçür, təsvir edir və informasiya daşıyıcıları ilə işləyir;

v sadə məsələlərin həlli üçün müxtəlif strukturlu alqoritmlər tərtib edir, proqramlar hazırlayır və icra edir;

v sadə informasiya modellərinə uyğun informasiyaların işlənməsi alqoritmlərini qurur və qurulmuş modeli kompyuterdə tədqiq edir;

v kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir və lazımi əməliyyatları icra edir;

v qrafik redaktorda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktorunda cədvəl-mətnlər yığır, formatlaşdırır, cədvəllər üzərində hesablamalar aparır, sənədləri çap edir;

v müxtəlif təqdimatlar hazırlayır, redaktə edir və ona multimedia effektlərini əlavə edir;
v elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;
v internetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı “Web” səhifələr yaradır.
AZƏRBAYCAN TARİXİ

Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində nəzərdə tutulmuş fəaliyyətləri genişləndirməklə müstəmləkə şəraitlərində yürüdülən siyasi xəttin Azərbaycanın ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərinə təsiri, bu dövrlərdə sosial-iqtisadi, mədəni inkişaf tendensiyaları, milli azadlıq hərəkatı, dövlətçiliyin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər haqqında məlumatlar mənimsənilir, demokratik cəmiyyət şəraitində şagirdlərdə sosial-siyasi tarixi hadisələrə münasibət bildirmək və qiymətləndirmək bacarıqları formalaşdırılır.

Ümumi nəticələr
Şagird:

v tarixi hadisələrin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;

v müasir texnologiyalardan istifadə etməklə tarixi informasiyaları toplayır, təhlil edir və təqdimatlar hazırlayır;

v tarixi hadisələrlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir;

v debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsələlər ətrafında təkliflərlə çıxış edir, hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət azadlığı və s.) həyatda reallaşmasına münasibət bildirir.

ÜMUMİ TARİX

Fənnin əsaslandırılması. Əsas təhsil pilləsindəki fəaliyyətləri genişləndirməklə tarixi inkişafa və sivil mədəniyyətə nümunə ola biləcək, habelə tarixən bağlı olduğumuz ölkələrin və xalqların tarixinin mühüm məqamları, sosial-iqtisadi, siyasi və mədəni proseslər, beynəlxalq münasibətlər, cəmiyyətlərin inkişafının islahat və inqilab yolları, aqrar sivilizasiyadan sənaye sivilizasiyasına keçid, müasir informasiya cəmiyyəti, dünyada gedən inteqrasiya prosesləri, bəşəriyyəti narahat edən qlobal problemlər haqqında ümumi məlumatlar mənimsənilir, şagirdlərdə sosial-iqtisadi və siyasi prosesləri, hakimiyyət, cəmyyət və şəxsiyyət münasibətlərini səciyyələndirən faktları, siyasi və ictimai hərəkatlar, ictimai inkişafda maddi və mənəvi mədəniyyətin, insan faktorunun rolu haqqında informasiyaları sistemləşdirmək və təqdim etmək bacarıqları formalaşdırılır.

Ümumi nəticələr
Şagird:

v müxtəlif mənbələr əsasında tarixi faktları təhlil edir, onların arasındakı oxşarlıqlar və ziddiyyətlərin səbəblərini izah edir, konkret tarixi hadisələrə dair əlavə məlumatlar toplayır, onları sistemləşdirir və təqdim edir, şəxsi mülahizələri əsasında referat, məruzə və tezislər hazırlayır;

v dünya tarixinin hadisə və təzahürlərini Azərbaycan tarixinin eyni dövrləri ilə tarixi konteksdə müqayisə edir, təhlillər aparır və öz mülahizələrini bildirir;

v tarixi mövzulardakı dialoqlarda, keçmiş və müasir dövrün hadisə, təzahür və proseslərinin müzakirəsində öz mövqeyini bildirir və əsaslandırır;

v cəmiyyətlərin inkişafında islahat və inqilabların rolunu fərqləndirir, onlara öz münasibətini bildirir;

v aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, onların xarakterik cəhətlərini izah edir;

v tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirir;

v bəşəriyyəti narahat edən qlobal problemləri şərh edir, onların aradan qaldırılması istiqamətində müxtəlif fərziyyələr irəli sürür.

FİZİKA

Fənnin əsaslandırılması. Əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri dərinləşdirilməklə fəza və zaman təsəvvürlərinin daha da genişləndirilməsi, fiziki qanunauyğunluqların və fundamental fiziki qanunların mahiyyəti və onların tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi, canlı materiyanın öyrənilməsində və texnikanın inkişafında onun aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, şagirdlərdə elmi dünyagörüşün formalaşması, tənqidi təfəkkürün inkişafı təmin olunur.

Ümumi nəticələr
Şagird:

v fundamental fiziki qanunları digər fiziki qanunlarla müqayisə edir, onların fərqli və oxşar cəhətlərini izah edir;

v fiziki hadisələrin müəyyən qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir;

v eksperiment və təcrübələr aparmaqla nəzəri biliklərin praktikada reallaşdırılması imkanlarını nümayiş etdirir.

Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində nəzərdə tutulan fəaliyyətlər inkişaf etdirilməklə kimyanın əsas qanunlarının mənimsənilməsi, maddələrin quruluşu əsasında fəza təsəvvürlərinin genişləndirilməsi və dərinləşdirilməsi, cansız və canlı təbiət arasında həyati əlaqələrin, kimyəvi təbii sərvətlərin iqtisadiyyatın inkişafına təsiri amillərinin öyrənilməsi, canlı maddi aləmin mövcudluğunu şərtləndirən əsas qanunauyğunluqların dərk edilməsi, müşahidə, təhliletmə, tətbiq və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi təmin olunur.

Ümumi nəticələr
Şagird:
v qeyri-üzvi və üzvi maddələri müqayisə edir və onları fərqləndirir;
v ən zəruri kimyəvi qanun və hadisələrdən məişətdə istifadə edir;
v kimyəvi maddələri xüsusiyyətlərinə görə fərqləndirir və onlardan istifadə qaydalarına əməl edir;

v eksperimentlər aparır, nəticələrini ümumiləşdirir, mülahizələr yürüdür və bu barədə şifahi və yazılı təqdimatlar edir.

BİOLOGİYA

Fənnin əsaslandırılması. Şagirdlərdə həyatın əmələ gəlməsi, hüceyrə, üzvi aləmin inkişafı və təkamülü, insanın mənşəyi, genetika və seleksiyanın əsasları, ekologiyanın problemləri və həlli yolları haqqında anlayışlar yaratmaqla müvafiq bilik və bacarıqlar aşılanır, canlı maddi aləmin tamlığı və vəhdət təşkil etməsi barədə elmi dünyagörüşü və məntiqi təfəkkür formalaşdırılır.

Ümumi nəticələr
Şagird:

v bioloji varlıqların yaranması və inkişafı ilə bağlı, habelə canlı orqanizmlərdə gedən bioloji prosesləri şərh və izah edir;

v insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji problemlərin başvermə səbəbləri və aradan qaldırılması yolları və s. barədə materiallar toplayır, sistemləşdirir, müqayisə və təhlil edərək qiymətləndirir;

v irsiyyətin qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəticələrini şərh edir;
v seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir.
COĞRAFİYA

Fənnin əsaslandırılması. Coğrafi təbəqənin fəaliyyət mexanizmi və onun ətraf mühitin inkişafına təsiri, Yer kürəsində təbii komplekslərin əmələ gəlməsi və onlarda baş verən proseslərin yaratdığı qlobal ekoloji problemlər, ətraf mühitin antropogen dəyişilməsinin bəşəriyyətin inkişafına təsiri, təbii resurslarla təminat sahəsində yaranan problemlərin həlli yolları və Azərbaycanın qloballaşma prosesində iştirakı barədə məlumatlar verilir, dünyanın səbəb-nəticə zəminində kompleks qavranılması, şagirdlərdə iqtisadi təfəkkürün inkişaf etdirilməsi, ekoloji mədəniyyətin formalaşması təmin edilir.

Ümumi nəticələr
Şagird:

v coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticələrini izah edir, təbii komplekslərin müqayisəli təhlilini aparır, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edir;

v ətraf mühitin dəyişilməsi prosesini müşahidə etmək üçün təcrübələr aparır, sinaqlar keçirir, onların nəticələrini ümumiləşdirib təqdim edir;

v müvafiq nəzəri biliklər əsasında iqtisadi səmərəliliyin təmin olunması ilə bağlı fərdi qaydada, habelə qrup daxilində kiçik layihələr hazırlayır, hesablamalar aparır, nəticələrin tətbiqi üzrə mülahizələr irəli sürür;

v müxtəlif məzmunlu plan və xəritələr hazırlayır, ayrı-ayrı sahələr üzrə coğrafi hesablamalar aparır və müvafiq diaqram, sxem və cədvəllər tərtib edir;

v geosiyasi dəyişiklikləri təhlil edir və ümumiləşdirmələr aparır, bü dəyişikliklərin ölkəmizə təsiri barədə mülahizələr irəli sürür;

v öz biliyini və məlumat dairəsini genişləndirmək üçün kommunikasiya-texnologiya vasitələrindən istifadə etməklə əlavə materiallar toplayır, onları sistemləşdirib yazılı və şifahi təqdim edir.

FİZİKİ TƏRBİYƏ

Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində irəli sürülən tələblər inkişaf etdirilməklə müəyyən olunan ümumi bacarıqlar daha da təkmilləşdirilir, fiziki tərbiyə prosesinin təminatı üçün zəruri nəzəri məlumatlar mənimsənilir, bu və ya digər idman növünə meyil və marağı olan şagirdlərin istedad və potensial imkanlarının reallaşdırılması üçün lazımi şərait yaradılır, onların peşə seçiminə istiqamətləndirilməsi təmin edilir.

Ümumi nəticələr
Şagird:

v hərəki qabiliyyətlərin təmin olunması və inkişafı üzrə müəyyən edilmiş normativləri yerinə yetirir;

v fiziki tərbiyə prosesinin təşkili ilə bağlı nəzəri məlumatları izah edir və bu məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;

v seçdiyi idman növünün xüsusiyyətlərinə uyğun hərəkətlər kompleksi müəyyənləşdirir və icra edir;

v fərdi, yaxud komanda tərkibində fəaliyyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlıq, dözümlülük, ümumi mənafeyə xidmət etmək keyfiyyətləri nümayiş etdirir.

ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ

Fənnin əsaslandırılması. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında ümumi məlumatların, zəruri hərbi nizamnamə qaydalarının mənimsənilməsi, ordu həyatı ilə tanışlıq, şagirdlərdə mülki müdafiə və tibbi yardım bacarıqlarının formalaşdırılması, onların hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları, topoqrafik vərdişlərə yiyələnmələri təmin olunur, onlarda Azərbaycan Respublmkasının Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradılır, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlər gücləndirilir.

Ümumi nəticələr
Şagird:

v Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması, tərkibi və inkişafı haqqında məlumatları, çağırış və hərbi xidmət barədə qanunun tələblərini şərh edir;

v Silahlı Qüvvələrin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;

v qeyri-müəyyən hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün müvafiq üsul və vasitələrdən istifadə edir;

v fiziki hazırlıq, mülki müdafiə və sıra təlimi ilə bağlı normativləri yerinə yetirir, bu proseslərin icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.

III. ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ FƏNLƏR
ÜZRƏ HƏFTƏLİK DƏRS SAATLARININ MİQDARI
Təlim dilləri
Həftəlik dərs saatlarının miqdarı
ibtidai təhsil pilləsi
əsas təhsil pilləsi
orta təhsil pilləsi
I-IV siniflər
V-IX siniflər
X-XI siniflər
I-XI siniflər
Azərbaycan
Digər dillər

Qeyd: Kəsrin surətindəki rəqəm dərs saatlarına, məxrəcindəki rəqəm isə dərsdənkənar məşğələ saatlarına aiddir.

IV. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ
PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:

pedaqoji prosesin tamlığı – pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;

təlimdə bərabər imkanların yaradılması – bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

şagirdyönümlülük – şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;

inkişafyönümlülük – şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;

fəaliyyətin stimullaşdırılması – pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;

dəstəkləyici mühitin yaradılması – pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.

V. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ ŞAGİRD
NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl və sistemli proses olub təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi bilavasitə təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarı ilə onun yüksəlməsinə xidmət edir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyəti və inkişafı haqqında müvafiq məlumatların toplanılması və onların təhlili ilə müşayiət olunur.

Məlumatların toplanılması, test tapşırıqlarının verilməsi və yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra vəziyyətinin, şagird və müəllimlərin fəaliyyətinin müşahidə olunması, qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və s. üsullarla həyata keçirilir.

Toplanmış məlumatlar, bir qayda olaraq, şagirdlərin təlimə münasibətlərini və onların nailiyyətlərini, müəllimlərin hazırlıq səviyyəsini, kurikulumların məqsədəmüvafiqliyini, təlim resursları ilə təminatını və idarəetmə üsullarını əhatə edir.

Məlumatların təhlilinə görə aparılmış qiymətləndirmənin nəticələri ölkədə təhsil siyasətinin qurulması və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün etibarlı mənbə hesab edilir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədəuyğunluq, qarşılıqlı dəyərləndirmə, müvafiqlik və etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli, beynəlxalq olmaqla 3 istiqamətdə aparılır.

Məktəbdaxili qiymətləndirmə 3 komponentdən ibarətdir:

şagird irəliləyişlərinin monitorinqi – məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi qiymətləndirilir;

kurrikulum üzrə qiymətləndirmə – şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirimək məqsədilə aparılır;

təhsil pillələri (əsas və orta) üzrə yekun qiymətləndirmə – mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi ilə başa çatır.

Orta təhsil pilləsində şagirdlərin müvafiq təmayüllər üzrə, yaxud minimum standartlara uyğun təhsil almaları əsas təhsil pilləsində keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə görə müəyyən olunur.

Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurrikulumların keyfiyyətini və ümumi təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir.

Beynəlxalq qiymətləndirmə, bir qayda olaraq, hər 3 ildən bir seçmə yolla şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək məqsədilə aparılır.

VI. FƏNN KURİKULUMLARININ STRUKTURU
Fənnin məqsəd və vəzifələri, onun əhəmiyyətinin əsaslandırılması
Fənnin xarakterik xüsusiyyətləri
Fənnin məzmunu
Təhsil pillələri üzrə ümumi təlim nəticələri
Fənn üzrə məzmun xətləri və onların əsaslandırıması
Hər bir sinif üzrə ümumi təlim nəticələri (əsas məzmun standartları)

Ümumi təlim nəticələri əsasında zəruri minimum və daha yüksək səviyyəli alt-standartların müəyyənləşdirilməsi və əsaslandırılması

Fəndaxili və fənlərarası inteqrasiya
Ümumi təlim nəticələrinə əsasən, şagird nailiyyətlərinə verilən minimum tələblərin təsviri
Təlim strategiyaları
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Qiymətləndirmə nümunələrinin hazırlanması
Kurrikulum üzrə qiymətləndirmə vasitələri
Təhsil pillələri üzrə yekun qiymətləndirmə vasitələri.
[*] Təlim digər dillərdə aparılan məktəblərdə tədris edilir .
1. Təhsil islahatı neçənci illəri əhatə edir?

a) 1999—2007 b) 2001—2011
d) 1999—2013
c) 1999—2009

2. Kurrikulum nədir?
a) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
b) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
c) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
d) Təlim metodu, forma və vasitələrin məcmusu

3. Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?

a) tələbyönümlük
b) nəticəyönümlük
c) subyektivlik
d) şəxsiyyətyönümlük

4. İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
a) 10 b) 9
c) 11 d) 12

5. Kurrikulumlarda fənnin məzmunu necə verilmişdir?
a) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
b) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
c) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasında
d) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında

6. Kurrikulumda məzmun standartı nədir?
a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
c. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
d. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir

7. Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
a. əsas standartın tərkib hissəsi olub ona xidmət edir
b. təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
c. təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
d. təhsil pillələri üzrə dəyişməz qalır

8. 4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
a) deklorativ bilik bilik – idraki fəaliyyət b) kontekstual bilik – psixomator fəaliyyət
c) prosedural bilik – idraki fəaliyyət d) deklorativ və kontekstual bilik

9. Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
a) Qiymətləndirmə standartları b) Fənnin məqsədləri c) Valideynin arzusu
d) Fənnin məqsəd və vəzifələri

10. Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
a) Fənnin təliminə verilən əsas tələblər
b) Təlimin təşkilində istifadə olunan forma və üsullar
c) Fənn üzrə təlimin planlaşdırılması
d) Kurrikulum islahatının mərhələləri

11. Təlim üsullarını seçin
1. Müzakirə 2. Qeyri —standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar
7. Dərs oyun
a) 1,3,5,6 b)1, 2,4,6 c) 1, 4,5, 7 d) 3,4,5,6

12) Təhsildə qiymətləndirmə nədir?
a) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
b) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
c) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
d) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir

13. Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
a) diaqnostik qiymətləndirmə b) formativ qiymətləndirmə
c) summativ qiymətləndirmə d) milli qiymətləndirmə

14. Summatıv qiymətləndirmə nə vaxt aparılmır?
a) yarımilin sonunda b) dərs ilinin əvvəlində
c) ayın sonunda d) bölmə başa çatdıqda

15. Qiymətləndirmə standartları nədir?
a. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.
b. tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.
c. təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
d. Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb

16. Qiymətləndirmə standartları sxem üzrə neçə səviyyədə hazırlanır?
a) 3 b) 5 c) 4 d) 2

17. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların bölgüsü necə olmalıdır?

a) 1-ci səviyyə üzrə suallar 20%
2-ci səviyyə üzrə suallar 30%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%

b) 1-ci səviyyə üzrə suallar 20%
2-ci səviyyə üzrə suallar 20%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%
5-ci səviyyə üzrə suallar 10%

c) 1-ci səviyyə üzrə suallar 30%
2-ci səviyyə üzrə suallar 30%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 10%

d) 1-ci səviyyə üzrə suallar 30%
2-ci səviyyə üzrə suallar 20%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%

18. Qeyd olunan bəndlərdən hansı qiymətləndirmə standartıdır?
a) 3.4.1.Q1.Borc analayışını izah etməyi bacarır.
b) 3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
c) 3.3.2. Dinlər haqqında ilkin təsəv¬vürlərini sadə şəkildə izah edir.
d) 3.2.2. Mənəviyyata zidd xüsu¬¬siyyətlərə(yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.

19. Test nümunələri nəyin əsasında hazırlanır?
a) Əsas standartların b) Qiymətləndirmə standartlarının c) Alt standartların
d) Əsas və alt standartların

20. “Beyin həmləsi” nədir?
a) İş üsulu b) Dərs forması c) Təlim üsulu d) Dərs nümunəsi
1 — d
2 – b
3 – c
4 – c
5 – a
6 – c
7 – d
8 – a
9 – c
10 – d
11 – a
12 – b
13 — d
14 – b
15 – c
16 – c
17 – a
18 – a
19 – b
20 – c

Şagird nailiyyətlərinin qiymətləndirilməsi

Təlim prosesində müvafiq əksəlaqənin təmin edilməsi üçün şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin olması çox mühümdür.Bu sistemə aşağıdakılar daxildir:

-qiymətləndirmə üsulları (onların çeviklik, uyğunluq, fərqləndirilmə dərəcəsi və s. )
-qiymətləndirmənin ümumi meyarlarının məzmunu.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi ənənəvi olaraq onların əldə etdikləri bilik, bacarıq və dəyərlərin kəmiyyətcə qiymətləndirilməsinə əsaslanır. Lakin şagirdlərin təlimin nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təəccüblüsü budur ki, təlimin məqsədlərini əks etdirən sənədlərin hamısında təlim-tərbiyə prosesində formalaşmalı olan müxtəlif şəxsi keyfiyyətlərdən bəhs olunur. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətləndirilməsi praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna baxmayaraq, ancaq şəxsi keyfiyyətlərin qiymətləndirilməsi təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu sahədə məktəbdə psixoloji xidmətin üzərinə mühüm vəzifələr düşür.

Bununla əlaqədar olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesinə aid məsələlərindən ən başlıcasını onun şəxsi keyfiyyətlərinin diaqnostik yolları və metodlarının işlənib hazırlanması təşkil edir.

Ənənəvi təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar yoxlama yazı işləri ( və ya testlər) və şifahi cavablardır. İki qiymət növü mövcuddur: cari və yekun qiymət. Cari qiymət ayrı-ayrı mövzu və bölmələrin şagird tərəfindən mənimsənilməsini yoxlayır, yekun qiymət isə tədrisin nəticələrini ümumiləşdirir.

Nəticəyönümlü təlimdə isə vəziyyət başqa cürdür. Belə ki, burada şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:

-şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi);
-təlim prosesində qərarların qəbulu;
-şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.

Qiymətləndirmə və təlim prosesləri təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi götürülməlidir. Sistemli proses olan qiymətləndirmə-təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur.

1) Qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin hazırlıq səviyyəsini, fənn kurrikumlarının səciyyəvi cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri daxildir.

2) Məlumatların toplanması. Bu proses test yoxlamalarının keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müsahibələrin aparılması, layihələrin yerinə yetirilməsi, şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb sənədlərinin təhlili kimi üsullarla həyata keçirilir.

3) Qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşıdırlması və istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsl siyasətinin qurulması və onun təsirliliyinin monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, təhsilin keyfiyyətinin dəyərləndirilməsində istifadə olunur, eyni zamanda geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

4) Qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətləndirmə prosesinin qanuniliyinə zəmanət verir.

Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə ri ayət olunur:
-məqsədəuyğunluq;
-nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;
-toplanmış məmulatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması;
-qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq;
-təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.
Müasir təlimdə əsas qiymətləndirmə növləri

Məzmun standartlarının mənimsənilməsi istiqamətində, əsasən, aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri aşaığda qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

1) İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymtələndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Onlar tədris olunmuş materialın hansı hissələrini bilirlər və ya bilmirlər?

2) İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər hansı səviyyədə irəliləyə bilmişlər?

3) Yekun (summativ qiymətləndirmə). Şagirdlər verilmiş standartlar və standartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışlarmı?

Qiymətləndirmənin bu növləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə olunmasına yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edir.

1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlərin artıq nələri bildiyini müəyyən edir və təlim prosesinin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır.

İlkin səviyyə qiymətləndirilməsinin sualları bir biri ilə elə əlaqələndirilib tən­zim­lənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digər­ləri isə yeni materialı mənimsədiyi güman olunan şagirdləri müəyyən etsin. Əgər il­kin sə­viyyə qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafının qiymətləndirilməsi üçün məlumat bazasını yaratmaq məqsədilə isti­fadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir.

2) Şagird irəliləyişlərinin montorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədri­sin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən isti­fadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi ba­rə­də ehtiyaclar müəyyənləşdirilir.

Qəbul edilmiş standartların reallaşmasına istiqmətlənən irəliləyişlərin moni­to­rinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici ami­linə, təlimin həlledici komponentinə çevrilir. Müəllim yalınz belə monitorinq vasitə­silə təlim prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni za­manda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kö­məklik göstərir. Bu mənada şagirdlərin faktik fəaliyyətlərinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.

Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etmək və ev tap­şırıqlarını nəzərdən keçirməklə, yaxud daha formal qiymətləndirmə tipindən isti­fadə etməklə aparıla bilər. Monitorinqlərin hansı formada aparılmasından asılı olma­ya­raq onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olma­yaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.

Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara uyğunluğunu öyrənmək məqsədilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. Həmin məlumatlar əsasında müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:

-Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha çox vaxt sərf etməliyəm?

-Şagirdlər öyrəndiklərini sərbəst təqdim edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına ehtiyac vardır?

-Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi? Əgər belədirsə bunun üçün ən yaxşı yol hansıdır?

3) Yekun (summativ) qiymətləndirmə təlim materiallarında müəyyən olunmuş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını müəyyən edir. Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir:

-Şagird materialı bilir və başa düşürmü?
-Bildiklərini tətbiq edə bilirmi?
-Daha irəliyə getmək üçün lazımi səviyyəyə çatmışdırmı?

Yekun (summativ) qiymətləndirmə materialların mənimsənilməsi istiqamətində şagirdin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.

Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi qiymətin iki əsas funksiyasınınəzərə almalıdır:

– şagirddə öz nailiyyətlərini yüksəltmək həvəsini saxlamaq məqsədilə bu və ya digər bilik sahəsində irəliləyiş dərəcəsi barədə şagirdlərə, onun müəllimlərinə və valideynlərə bildirmək (formativ);

– şagirdlərin tədris proqramında qoyulmuş təlim məqsədlərinə/nəticələrinə nail olması dərəcəsi haqqında məlumat vermək (summativ).

Təəsüüf ki, qiymətləndirmənin ənənəvi praktikası ancaq cəmləyici qiymətə əsaslanır. Həm yekun qiyməti, həm də cari qiymət cəmləyici xarakter daşıyır. Bundan başqa qiymətləndirmənin əsas problemlərindən biri yekun qiymətinin cari qiymətdən asılılığıdır. Yekun qiymətinin verilməsi praktikası şagirdin bütün cari qiymətlərinin ortalanmasından ibarətdir. Bu halda cari qiymət özünün biliklərə doğru hərəkətdə yeni məqsəd və vəzifələrin formalaşdırılması funksiyasını itirir, çünki biliklərin əsl səviyyəsini əks etdirmir. Cari qiymət dəyişməz xarakter alır və şagirdlərin nailiyyətlərinin gələcək qeyri-obyektiv mənzərəsini «formalaşdırmağa» başlayır.

Şagirdin uğursuz öyrənilmiş materialı yenidən cavab verməyə ( bununla da əvvəlki cari qiyməti ləğv etməyə) imkanının olmaması aşağıdakılara gətirib çıxarır:

-keçmiş kurs üzrə bilik, bacarıq və dəyərlərin təkmilləşdirilməsinə meyilin əvvəlcədən azalmasına;

dərs materialının uzunmüddətli deyil, operativ yaddaşa arxalanmaq vərdişinə (biliklərin ümumi, tam mənzərəsini yaratmaq yox, ancaq yaxın dərsə hazırlaşmaq vərdişinə) əsaslanan hissə-hissə mənimsənilməsinə;

-nailiyyətləri sabit olmayan şagirdlərə «məhkumluq» hissinin əmələ gəlməsinə, qiymətləndirmənin qeyri-obyektivliyinə və nəticə etibarilə romantik dona salınmış «qəhrəman-ikialan» rolu, dərsə biganəlik, və s. kimi psixoloji mühafizə mexanizmlərinin meydana gəlməsinə.

Bütün bu çatışmazlıqlar cari dərs fəaliyətinə görə verilən cəmləyici qiymətdən fərqli olaraq dəyişən olub təkrar cavabla düzələ bilən formalaşdırıcı (formativ) qiymət vasitəsilə aradan götürülür.

Əgər şagirdin onu qane etməyən qiyməti düzəltməyə hüququ varsa, bunun sayəsində əldə olunan psixoloji nəticələr aşağıdakılardan ibarətdir:

  • təsadüfi xoşagəlməz hallardan qorunma hissi;
  • daha yaxşı nəticələr əldə etmək imkanı;
  • özünütəkmilləşdirməyə, nailiyyətlərini yaxşılaşdırmağa olan həvəsi;
  • özünə sabit müsbət münasibəti;
  • seçim azadlığı və öz hərəkətlərinə görə məsuliyyət hissi;

Summativ qiymətləndirilmənin üsulları daha çevik və diferensiallaşdırılmış olmalıdır. Onlar imkan daxilində qiymətləndirmə təcrübəsində mövcud olan yoxlamalar və ya testlərlə məhdudlaşmamalıdır. Fənnin xüsusiyyətlərindən asılı olaraq yaradıcı, nəzəri və ya praktiki kompleks tapşırıqlar, məsələn, layihələr, referatlar, inşalar, tədqiqatlar və s.-dən istifadə oluna bilər.

Məktəb hər bir uşağa özünü tam mənada şəxsiyyət hiss etmək kimi həyatın ən əsas tələbatını həyata keçirmək üçün yol açmalıdır.

Bütün uşaqların müvəffəqiyyətlə oxuya bilməsi və öz imkanlarını aşkara çıxarması üçün müəllim və tədris prosesinin başqa iştirakçıları tərəfindən nailiyyətlərə həvəsləndirən dayağın olması, onların xeyirxahlığının, uşağın şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir.

Təlimə müsbət həvəsləndirici təsirin yaradılması təbii idrak tələbatının formalaşması, yarış həvəsinin oyadılması kimi üsullara istinad edilir.

Təəssüf ki, təlim prosesində qiymətin rolu o dərəcədə böyükdür ki, o yeganə təlim motivinə çevrilir. Halbuki qiymət ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi kimi çıxış etməlidir. Özünü­qiy­mətləndirmə vərdişlərini yaratmaq üçün bütün sinif və müəllimin iştirakı ilə qiy­mətin şagirdin özü tərəfindən qoyulması, eləcə də şagirdlərin bir-birinin işinə qiymət verilməsi üsulunu tətbiq etmək faydalı olar.

Qeyd olunmalıdır ki, interaktivliyə əsaslanan təlim prosesində şagirdlərin özünü və sinfi, hətta bütövlükdə dərsin özünü qiymətləndirməsi imkanları çox genişdir. Yeni təlim metodları ilə işləyən müəllimlər bu qiymətləndirmə üsulundan müntəzəm istifadə edir və çox yaxşı nəticələr əldə edirlər. Bu üsulun tətbiqi nəticəsində şagirdlərdə:

-müstəqillik və özünəinam bacarıqları formalaşır;
-obyektivlik, özünə və yoldaşlarına qarşı tələbkarlıq vərdişləri inkişaf edir;
-ədalətli, əməksevər və özünəgüvənən iradi keyfiyyətlər yaranır.

Qiymətləndirmənin əsas problemlərindən biri obyektiv qiymətin təmin edilə bilməsinin çətinliyidir: şagird qiymətin obyektivliyinə əmin olmalıdır və qiymtin tədris prosesinin real tənzimləyicisi ola bilməsi üçün onun nəyə görə verildiyini dəqiq təsəvvür etməlidir.

Obyektiv qiymət verilməsinə mane olan amillər aşağıdakılardır:

  • kəmiyyət xarakterli qiymətlərin verilməsi üçün dəqiq olmayan (şərti) normativlərin mövcudluğu;
  • Şagirdə daha obyektiv əksəlaqə həyata keçirməyə imkan verən qiymətləndirmənin kəmiyyət meyarlarının differensiallaşdırılmış və daha dəqiq sisteminin işlənib hazırlanmaması.

Formalaşdırıcı (formativ) qiymətin alınmasına yönəlmiş işlər:

  • yazılı və şifahi sorğu;
  • referatlar;
  • yaradıcı işlər şəklində ola bilər.

Formalaşdırıcı (formativ) qiymətin tətbiq olunması üsullarından biri müasir pedaqogikada mövcud olan fərdi tədrisin dinamikasını əks etdirən və aşağıdakı xüsusiyyətləri əhatə edən metoddur:

  1. Hər bir şagirdin müəyyən fənn üzrə tədris proqramına əsasın müəllim tərəfindən nəzərdə tutulmuş uzun dövr üçün (rüb, semestr) kompleks tapşırığı vardır;
  2. Bu tapşırıqların yerinə yetirilməsi vaxtı dəqiq müəyyən edilməmişdir: şagird onları cari materialın öyrənilməsi gedişində ondan tez və ya sonra da yerinə yetirə bilər. Əgər şagird hər hansı bir səbəbdən ev tapşırığını vaxtında yerinə yetirməyibsə, o bu tapşırığı sonra yerinə yetirə bilər və ya heç yerinə yetirməyə bilər. Bu azad seçiminə görə məsuliyyəti o özü daşıyır və bununla nailiyyətlərinin istədiyi səviyyəsini müəyyən edir;
  3. Tapşırıqların yerinə yetirilməsinin fərdi dinamikası haqqında məlumat sinifdə lövhədən asılır və müəllim orada kimin nə qədər tapşırıq yerinə yetirdiyinin qeyd edir. Qiymətləndirmənin meyarını (neçə tapşırığa görə hansı qiymət verildiyini) bilərək nəzərdə tutulmuş dövrün sonunda hər bir şagird özünün qiymətini əvvəlcədən bilir;
  4. Hər bir şagirdin nailiyyətlərinin aşkar olması və bu səbəbdən şagirdin sinifdə yüksək qiymət almağa təbii olaraq can atması (sinifdaxili yarış) tədris proqramının yerinə yetirilməsi üçün psixoloji stimuldur. Beləliklə seçim azadlığına və real meyarlara əsaslanan qiymət özünün formalaşdırıcı funksiyasını yerinə yetirir.

Obyektivliyin təmin edilməsi yollarından biri qiymətləndirmə prosesində şəffaflıq və aşkarlığın aşağıdakı prinsiplərinin gözlənilməsidir:

  • şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanışlığı;
  • qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verərkən onu əsaslandırmalıdır;
  • qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə proseduralarından istifadə edilməsi.

Diaqnostik, formativ və summativ qiymətləndirmə ilə yanaşı, şagird nailiyyətlərinin qiymətləndirilməsinin başqa formaları da vardır:

  1. Bu üsullardan ən mühümü sözdür: o, müəllimin psixoloji dayağını, təqdirini və tənbehini ifadə edə bilər. Bu üsuldan əsasən ibtidai siniflərdə istifadə olunur, lakin qiymətləndirməyə bu yanaşmanın orta məktəbə tətbiqi də real və məqsədəuyğundur. Qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi verbal (sözlə) qiymətləndirmənin üstün rolu və qiymətin əhəmiyyətinin azalması ola bilər.
  2. «Portfolio» sistemi; bu formadan ibtidai siniflərdə geniş istifadə olunur və yaxşı səmərə verir. «Portfolio» sistemi hər şagirdin xüsusi dosyesidir. Burada şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər qeydə alınır:
  • cari qiymətlər;
  • şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdlarına və yaşlılara münasibəti üzərində gündəlik müşahidələr;
  • meydana çıxan problemlərin təsviri və onların təhlili;
  • müəllimin şagirdə yanaşmaya düzəlişlər etməsi, onun təliminin fərdiləşməsi istiqamətləri haqqında qeydləri və proqnozları;
  • valideynlərlə əlaqələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, şagirdin ailə şəraiti haqqında qeydlər;
  • psixoloqların psixoloji müayinənin nəticələri əsasında rəyi.

Qiymətləndirmə sistemi

Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas göstəricisini onların bilik, bacarıq və dəyərlərin mənimsənilməsi səviyyəsini göstərən 5 fəaliyyət növünə ayırmaq olar:

  1. 1. yazılı testlər;
  2. 2. şifahi cavablar;
  3. 3. ev və müstəqil sinif yoxlama tapşırıqları ( o cümlədən laboratoriya tapşırıqları) ;
  4. 4. yaradıcı tapşırıqlar;
  5. 5. oyun xaraterli fəaliyyət (viktorina, krossvord həlli və s.)

Məlumdur ki, fəaliyyət növlərinin hər birinin qiymətləndirilməsində öz xüsusiyyəti var. Bu da onlara məxsus meyarların müxtəlifliyindən asılıdır:

-Yazılı testlərin qiymətləndirilməsi ümumi test tapşırıqlarının, həmçinin mürəkkəblik dərəcəli test suallarının sayından asılıdır;

-Şifahi cavabların qiymətləndirilməsi zamanı cavabların dolğunluğu, əhatəliliyi, konkretliyi, düzgünlüyü, dəqiqliyi, nəticələrin xüsusən nitqin ardıcıllığı və məntiqindən asılıdır;

-Sinif və müstəqil ev tapşırıqlarının qiymətləndirmə meyarları hər bir tapşırığın əsasını təşkil edən konkret təlim məqsədindən asılıdır. Onların qiymətləndirilməsi daha çox keyfiyyət xarakteri daşıyır;

-Yaradıcı tapşırıqların qiymətləndirilməsi ideyaların məhsuldarlığından, çevikliyindən, orijinallığından, adekvatlığından və başqa yaradıcı tpşırıqların yerinə yetirilməsi göstəricilərindən asılıdır.

4. Səviyyə üzrə qiymətləndirmə standartları

Şagirdlərin nailiyyətlərini stimullaşdırmaq məqsədilə qabiliyyət dərəcəsinə görə differensiallaşdırmaq üçün 4 səviyyəli qiymətləndirmə standartları müəyyənləşdirilir. Şagirdlərin bilik, bacarıq və dəyərlərinin müəyyənləşdirilmiş səviyyələrini aşağıdakı cədvəldə ifadə etmək olar:

ən aşağı (qeyri-kafi)
14 %-dən aşağı
Yuxarı (əla)

Səviyyə-1 ən aşağı, səviyyə-4 isə ən yüksək səviyyələri əks etdirir. Səviyyə-1 və səviyyə-2 əksər şagirdlər, səviyyə-3 və xüsusilə səviyyə-4 isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.

Şagirdlərin səviyyələrə görə qiymətləndirmə meyarları isə aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Mənimsəmə səviyyəsi
5 ballıq sistemlə
Mənimsəmə səviyyəsi
10 ballıq sistemlə
ballar
20 %-dən aşağı
20%-dən aşağı
20-49%
50-79%
80-100%

1. Kurikulum nədir?

a) planlaşdırma b) konseptual sənəd c) standart d) qiymətləndirmə
2. Aşağıdakı anlayışlardan hansı fənn kurikulumuna aid deyil?

a) məzmun standartı b) məzmun xətti
c) ümumi təlim nəticələri d) həftəlik dərs saatlarının miqdarı

3. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir?

a) bilikyönümlüdür b) nəticəyönümlüdür c) müəllimyönümlüdür

4. Bunlardan biri əsas qiymətləndirmə növünə aid deyil?
a) diaqnostik b) rüblük c) formativ d) summativ

5. Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?
a) psixomotor b) deklarativ c) idraki d) ünsiyyət

6. Kurikuluma nə daxil deyil?
a)təlim strategiyaları
b)məzmun standartları
c) təhsil qanunu
d) qiymətləndirmə mexanizmləri


7. Məzmun standartı neçə hissədən ibarətdir?
a) 2 b) 1 c) 3 d) 5

8. “Tələbyönümlülük” deyəndə nə nəzərdə tutulur?
a) məktəbin tələbatının nəzərə alınması.
b) fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
c) şagirdin tələbatının nəzərə alınması.
d) məktəbin və ailənin tələbatının nəzərə alınması.

9. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?
a) dəstəkləyici mühitin yaradılması
b) fəaliyyətin stimullaşdırılması
c)təlimdə bərabərimkanlarınyaradılması
d) bilikyönümlülük

10. Neçə təlim forması var?
a) 8 b) 5 c) 4 d) 14

11. Aşağıdakılardan hansı iş forması deyil?

a) cütlərlə b) fərdi c) müzakirə d) kollektiv

12. Aşağıdakılardan hansı iş üsuludur?
a) klaster, müzakirə b) qruplarla, müsahibə c) bibö, cütlərlə d) cütlərlə, fərdi

13. Planlaşdırmanın neçə növü var?

a) 1 b) 3 c) 2 d) 6

14. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?

a) aylıq b) illik c) rüblük d) gündəlik

15. Perspektiv planlaşdırma aparmaq üçün müəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. İnteqrasiya imkanlarını müəyyən etmək.
4. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək

. a) 2, 3, 4 b) 1, 2, 3 c) 1,3, 4 d) 1, 2, 4

16. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?

a) xronoloji
b) sadədən mürəkkəb
c) şeirlərin ardıcıllığı.
d) məntiqi ardıcılllıq
17. Aşağıdakılardan hansı ənənəvi qiymətləndirmə sisteminə aiddir?
a) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
b ) qiymətləndirməşagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.
c) şagirdin nailiyyəti (qazanılan dəyərər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir.
d) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.

18. Məktəbdaxili qiymətləndirmənin neçə növü var?

a) 2 b) 4 c) 5 d) 3

19.Diaqnostik qiymətləndirmə hansı məqsədlə aparılır? a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə

20. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır? a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə . b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə

21. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə

22. Summativ qiymətləndirmə hansı mərhələdə aparılır a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda). b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq c) summativ qiymətləndirmə bölmə və bəhslərin, yarımilin sonunda

23. Formativ qiymətləndirmə hansı mərhələdə aparılır? a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda) b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq c) kiçik summativ qiymətləndirmə bölmə və bəhslərin, yarımilin sonunda

24 Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda)
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq
c) bölmə və bəhslərin, yarımilin sonunda

25 Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr?
a) müşahidə, şagirdlərin şifahi cavabları , şagirdlərin yazı işlərinin təhlili , test tapşırıqlarının nəticələri
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi

26 Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
a) müşahidə, şagirdlərin şifahi cavabları ,şagirdlərin yazı işlərinin təhlili , test tapşırıqlarının nəticələri

b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi

27 Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
a) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri

b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi

28) Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur? a) 9 b) 2 c) 6 d) 4

29) Aşağıdakılardan hansı təlim üsuludur?

a) qiymətləndirmə b) kompetensiya c) yazı işləri d) müzakirə

30) İllik planlaşdırmaya hansı daxil deyil?

a) standartlar b) inteqrasiya c) motivasiya d) resurslar

31) Aşağıdakılardan hansı iş formasıdır?

a) müzakirə b) cütlərlə c) söz assosiasiyası d) debat

32) Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırırlır?
a) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 40% təşkil edir.
b) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.
c) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 20% təşkil edir.
d) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 40% təşkil edir.

Comments are closed, but trackbacks and pingbacks are open.