Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”
Həyat fəaliyyətinin təhlükəsizliyi elmi biliklərə əsaslanan sahə olaraq, insanların bütün fəaliyyət sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri və əməli qaydalarını əhatə edir, onların yaşayış mühitində təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi güdür. Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir:
bdrnk
Əsas səhifə > Azərbaycan, BDRNK > “HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ” DEYƏNDƏ BİZ NƏYİ NƏZƏRDƏ TUTURUQ?
“HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ” DEYƏNDƏ BİZ NƏYİ NƏZƏRDƏ TUTURUQ?
Fevral 23, 2011 bdrnk Bir şərh yazın Go to comments
İnsanın həyat fəaliyyətindən irəli gələn təhlükələr
Həyat fəaliyyətinin son məqsədi təhlükəsizlikdir. Lakin nə qədər paradoksal olsa da, həyatdakı bir çox təhlükələrin mənbəyi elə insanın həyat fəaliyyətinin özüdür.
İnsan tərəfindən dəyişdirilən ətraf mühit insanın özü üçün təhlükələr yaradır. Bəzi təhlükələr isə elə müdafiənin özündən doğur. Sadə bir misal gətirək: cinayətkarın əlindən qaçıb-qurtarmağa çalışan insan öz qüvvəsini düzgün qiymətləndirməməsi nəticəsində ciddi zədə, hətta infarkt da ala bilər. İnsanın öz fəaliyyətindən doğan təhlükələr onun gündəlik qeyri-sağlam həyat tərzindən, o cümlədən zərərli vərdişlərindən də irəli gələ bilər.
Yaşadığımız dövrün xüsusiyyətləri bizim diqqətimizi insan tərəfindən dəyişdirilmiş ətraf mühitin yaratdığı yeni təhlükələrə yönəldir. Dünyada bu gün də böyük coşqu ilə müzakirə olunan nüvə silahı problemi buna əyani misaldır.
Yeni dövrdə təhlükəsizlik problemlərinin xüsusiyyətləri
Cəmiyyətin təhlükəsizlik problemləri – həm milli, həm də qlobal səviyyədə hər bir insanın fərdi təhlükəsizliyi üçün həyatı əhəmiyyət kəsb edir. Bunu konkret misalda göstərək. Ehtimal nəzəriyyəsinə görə, hər bir insanın ümumi təhlükəsizliyi (ÜT) onun fərdi təhlükəsizliyi (FT), milli təhlükəsizliyi və qlobal təhlükəsizliyinin (QT) hasilindən ibarətdir.
Tutaq ki, əhalisi yüz miliyon nəfər olan qeyri-sabit ölkədə hər hansı bir insan fərdi imkanları hesabına özünün şəxsi təhlükəsizliyinə tam təminat yaratmışdır (sağlam həyat tərzi, ekoloji təmiz qida, təbiət qoynunda yaşayış məkanı, güclü şəxsi mühafizə və s). Onun fərdi təhlükəsizliyini 1,00 (100 faiz) kimi qiymətləndirək. Ölkədə hökm sürən qeyri-sabit vəziyyətə görə milli təhlükəsizliyi 0,7 əmsalı ilə (70 faiz – bu özü də kifayət qədər yüksək göstəricidir) müəyyən edək. Və nəhayət, ölkənin qlobal təhlükələrdən (təbii fəlakətlər, qonşu dövlətlərlə gərgin münasibətlər və s) heç vaxt sığortalanmadığını nəzərə alaraq ona da 0,7 (70 faiz) qiymətini verək.
ÜT=FT x MT x QT=1,00 x 0,7 x 0,7 = 0,49 (49 faiz).
Alınan nəticə göstərir ki, öz şəxsi təhlükəsizliyini 100 faiz sığortalamış şəxsin ümumi təhlükəsizliyi yalnız 50 faizlikdir. Bu isə o deməkdir ki, milli təhlükəsizlik (Çernobıl faciəsi, terror aktları) və qlobal təhlükəsizlik (Nüvə müharibəsi, qlobal istiləşmə) məsələləri həll olunmayınca ümumi təhlükəsizlik, fərdi təhlükəsizliyin səviyyəsindən asılı olmayaraq, həmişə arzu olunan səviyyədən aşağı olacaqdır. Məsələn: öz ölkələrindəki təhlükədən qaçaraq ABŞ-da sığınacaq tapmış bəzi emiqrantlar 2001-ci il sentyabr ayının 11-də Ümumdünya Ticarət Mərkəzində baş vermiş terror aktının qurbanı oldular.
Məhz buna görə, hər bir insan tək öz təhlükəsizliyində deyil, həm də qlobal və milli təhlükəsizliyin təmin olunmasında maraqlı olmalıdır.
Təhlükəsizlik problemlərini öyrənərkən şəxsiyyətin, cəmiyyətin və onun müxtəlif təbəqələrinin, dövlətin və ümumilikdə bəşəriyyətin maraqları arasında olan ziddiyyətlərə toxunmamaq mümkün deyil. Həyatda bu subyektlərin hər birinin öz marağı var. Lakin maraqlarını reallaşdırma səviyyəsi tək onlardan deyil, həm də digər subyektlərin atdığı addımlardan asılıdır. Məqsədinə nail olmaq istəyən subyekt öz əməllərini əlaqədə olduğu digər subyektlərlə razılaşdırır, bir sıra hallarda onlarla birbaşa ziddiyyətə girməmək üçün bəzi maraqlarından könüllü olaraq imtina edir. Burada kompromis öz əksini başqaları ilə razılaşmaqda və öz maraqlarına imtina etməkdə tapmışdır. Müasir həyatda da dayanıqlı inkişaf yalnız müxtəlif sivilizasiyalar və xalqlar, dövlət və biznes, “yaşlılar” və “vətənpərvərlər”, “ekoloqlar” və “təsərrüfatçılar”, “qlobalistlər” və “antiqlobalistlər” arasında kompromis hesabına reallaşa bilər. Əks halda, konfliktin həlli mümkün deyil – müxtəlif subyektlərin üst-üstə düşməyən maraqlarının eyni zamanda həllini təmin edən standart üsul ümumiyyətlə mövcud deyil. Lakin elə hallar da var ki, tərəflər arasında kompromislərin tapılması prinsipcə mümkün olur. Qarşılarında ümumi məqsəd duran, lakin özləri tamamilə müxtəlif olan subyektləri “bir qayıqda üzən səyahətçilər”ə oxşadırlar. Çünki səyahətçilər nə qədər müxtəlif olsalar da, onları bir ümumi məqsəd – qarşıdakı sahilə çatmaq məqsədi birləşdirir. Qayıq birdir və ümumi işin uğuru hər bir səyahətçinin səylərindən asılıdır. Deməli kompromis üçün əsas yaranır.
İnsanın və cəmiyyətin maraqları arasında kompromis əsrlər boyu formalaşmış və öz əksini milli mənəviyyat və əxlaq normalarında tapmışdır ki, bu da cəmiyyətin özülünü təşkil edir. Dövlətin yaranması zamanı maraqların kompromisi dövlətin qanunları şəklində tərtib olunur və bu qanunlara riayət olunması dövlətin hər bir vətəndaşı üçün vacib sayılır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qorunub-saxlanan ən qiymətli dəyərlərdən biri cəmiyyətdaxili sabitlik və əmin-amanlıqdır. Bu dəyər ölkəmizdə əhalinin həyat fəaliyyətininin təhlükəsizliyinin təmin olunmasının əsas təməl daşlarından biridir. Fövqəladə hallar orqanları əməkdaşlarının bu nailiyyətdə özünəməxsus payları var və onlar bununla qürur duyurlar.
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”
Tədris yükü: mühazirə 60 saat, seminar (məşğələ) 30 saat, Cəmi 90 saat.
Auditoriya: № 1007 Saat: ________
2. Müəllim haqqında məlumat:
Adı, atasının adı, soyadı və elmi dərəcəsi –dos.Ş.D.Danyalov
Kafedranın ünvanı: Bakı,şəh. A.Sultanova küçəsi,5. AzMİU, II korpus,10-cu mərtəbə
Məsləhət saatları. günlər,Saat 10.00-13.00
E-mail ünvanı: danyalov53@mail.ru İş telefonu: 539-07-75
- Ocaqov H.O., Hacıyev A.L. Sabitliyi pozan amillər və onların nəticələrinin xarakteristikası. B.2003. 2.Ocaqov H.O., Fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı. B.2005. 3.Ocaqov H,O,FH-da həyat fəliyyətinin təhlükəsizliyi B.2010
Giriş
İnsan təbiətin bir funksiyası olub,onunla sıx əlaqədardır. İnsan həyatında və fəaliyyətində təbiətin rolunu qiymətlindirmək çətindir. Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır və saf su içirdilər. lakin XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab ekosistemdə ciddi dəyişikliklərə gətirib çıxardı. Belə ki, kimya sənayesi, nüvə energetikası,aviasiya , avtomobil nəqliyyatı və digər sahələr təbiətə zərər vurmaqla yanaşı, təbii (resursların) ehtiyatların azalmasına, tükənməsinə,ekoloji tarazlığın pozulmasına,insanların sağlamlığına və həyatına ciddi təhlükələrə gətirib çıxardı. Buna görə də təhlükəyə düçar olmamaq üçün ehtimal oluna biləcək texnogen və təbii hadisələri, onların xüsusiyyətləri haqqında məlumatlar olmalıdır ki, bu hadisələr zamanı əhalinin düzgün davranması mümkün olsun.
Fənn proqramı kredit sistemi üzrə tədris prosesinin təşkili və tələbələrin biliklərinin test üsulu ilə qiymətləndirilməsi metodikaları əsasında işlənib hazırlanmışdır. Fənn proqramı müəllimlərin və kursantların istifadəsi üçün nəzərdə tutulmuşdur.
1.Ümumi qaydalar
- Fənn tədrisinin məqsədi.
- Fənn tədrisinin əsas vəzifələri.
- Fənn üzrə bilik və bacarıqlara olan tələblər:
- ➝ Məişətdə təhlükəsizlik
- ➝ İstehsalatda təhlükəsizlik
- ➝ Sülh dövründə fövqəladə hadisələr zamanı təhlükəsizlik
- ➝ Ölkədə mülki müdafiə işinin təşkili;
- ➝ Ayrı-ayrı istehsalat sahələrində, iqtisadiyyat obyektlərində proseslərin təhlükəsiz görülməsi;
- ➝ Baş verə biləcək fövqəladə halların qarşısının alınması;
- ➝ Baş vermiş fövqəladə hallara çevik reaksiya verilməsi;
- ➝ Bütün təsərrüfatlarda təhlükəsizliyin təmin ediməsi;
- ➝ Azərbaycan Memarlıq və İnşaat Universitei
- ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- ➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
- ➝ Azərbaycan Texniki Universiteti
- ➝ Fövqəladə Hallar Nazirliyi Akademiyası (hərbi)
- ➝ FHN-nin qurumları: Mülki Müdafiə Qoşunlarının hərbi hissələri və şöbələri, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran vəziyyətlərdə idarəetmə mərkəzləri (ən çox statistika və maarifləndirmə ilə məşğuldurlar);
- ➝ Neft-qaz, tikinti və s. sahələrində: əməyin mühafizəsi mütəxəssisləri, SƏTƏMM (Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mühəndisləri (təhlükəsizlik texnikasına cavabdeh şəxslər).
- ➝ Əsasən, qanunvericiliyi yaxşı bilməlidir (xüsusən də texniki təhlükəsizlik və yanğından mühafizə sahəsində biliklər çox vacibdir);
- ➝ İşlədiyi vəzifəsinə müvafiq olaraq, təlimatları tam dərk etməli və yüksək səviyyədə mənimsəməlidir;
- ➝ Təlim və maarifləndirmə bacarıqları olmalıdır;
- ➝ Əksər hallarda fiziki aktivlik və bu cəhətdən yaxşı hazırlanmış olmalıdır;
- ➝ İlkin tibbi yardım bilikləri mütləq şərtlərdəndir.
2.Fənnin məzmunu
2.1.Fənn üzrə saatların bölüşdürülməsinin qısa təsnifatı
1. Fövqəladə hallar haqqında anlayış və əsas terminlər———————————————4s
2. Fövqəladə hallar,xarakteristikası və onların təsnifatı və zədələyici amilləri—————— 6s
3.Təbii xarakterli fövqəladə hallar,zəlzələlər, xarakteristikası və onların nəticələri————4s
5.Metroloji və aqrometroloji, təhlükəli hadisələr, xarakteristikası və onların nəticələri——–4s
6. Quruda və dənizdə hidroloji təhlükəli hadisələr, xarakteristikası və onların nəticələri——2s
7. Geoloji təhlükəli hadisələr, xarakteristikası və onların nəticələri ——————————-2s
8. Təbii yanğınlar, xarakteristikası və onların nəticələri ——————————————-4s
9. Bioloji xarakterli təhlükəli hadisələr, xarakteristikası və onların nəticələri —————— 4s
10.Texnogen xarakterli təhlükəli hadisələr,onların baş vermə səbəbləri ————————- 2s
11.İstehsalat müəssisələrində qəzalar, xarakteristikası və nəticələri——————————- 2s
12.Yanğınlar,partlayışlar, xarakteristikası və onların nəticələr————————————–6s
13. Hidrodinamik qəzalar,səbəbləri və onların nəticələri———————————————2s
14. Kimyəvi təhlükəli obyektlərdə qəzalar, xarakteristikası,nəticələri——————————4s
15.Radiasiya təhlükəli obyektlərdə qəzalar, xarakteristikası və onların nəticələri ————–4s
16. Nəqliyyat qəzaları, xarakteristikası və nəticələri ————————————————-2s
17. Biosferə təsir edən amillər , xarakteristikası və nəticələri—————————————-4s
18. Atmosferin çirklənməsi və onun qlobal nəticələri————————————————-2s
19. İqlim dəyişməsinin təbii və sosial-iqtisadi nəticələri ——————————————–2s
20. Hidrosferə təsir edən antropogen amillər və nəticələri——————————————–4s
21. Litosferə təsir edən antropogen amillər və onların nəticələri ———————————-4s
22. Azərbaycanda torpaqların erroziyaya uğraması və səhralaşma problermi———————2s
23. Sosial- siyasi təhlükəli hadisələr,onların növləri,baş vermə səbəbləri və xarakteristikası –2s
24. Hərbi xarakterli fövqəladə hallar, baş vermə səbəbləri ——————————————2s
25. Nüvə silahları, onların zədələyici amilləri, nəticələri ——————————————-6s
26. Kütləvi- qırğın silahları, onların zədələyici amilləri və xarakteristikası ———————–2s
27. Kimyəvi və bakteroloji silahlar,onların zədələyici amilləri, xarakteristikası——————4s
2.2.Kursun semestrlərə bölünməsi.
Həyat fəaliyyətinin təhlükəsizliyi kitab
Həyat fəaliyyətinin təhlükəsizliyi elmi biliklərə əsaslanan sahə olaraq, insanların bütün fəaliyyət sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri və əməli qaydalarını əhatə edir, onların yaşayış mühitində təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi güdür. Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir:
Təhükəsizlik texnikası – təhlükəli şəraitdə və ZM (zəhərli maddə) işləyənlərin təsirinin qarşısını alan təşkilatı tədbirlərdən ibarət bir sistemdir. Həyat fəaliyyətinin təhlükəsizliyi elə bir şərait və şərtlərdir ki, hansı işçilərin olduğu mühitdə neqativ təsirlər mümkün deyil.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
Harada bu ixtisasa sahiblənmək olar?
Bu ixtisas üzrə harada çalışmaq olar?
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
İxtisasın gələcəyi
Sahənin gələcəyi indiki vəziyyətinə görə perspektivli görünür. Bu sahə üzrə kadrlara tələb son illərdə artmağa başlamışdır.
Əmək haqqı
Dövlət şirkətlərində orta hesabla əmək haqqı 500-600 AZN-dən başlayır və çox yüksək məbləğə çata bilər. Özəl şirkətlərdə də 600 AZN-dən başlayır. Xarici şirkətlərdə isə bu məbləğ bir az daha yüksəkdir.
Comments are closed, but trackbacks and pingbacks are open.