I ctimai əlaqələr və bələdiyyələr
3. Kafe istehlakçıların istirahət və bəslənməsinin təşkilində xidmət göstərən xüsusi bir müəssisədir. Restoranlar ilə müqayisədə məhdud məhsul çeşidini təmin edir. Kafedə adətən xüsusi, markalı və orijinal qablar, içkilər və digər məhsulları satır.
İctimai iaşə müəssisələri. Təsnifat
Bu günə qədər çox sayda biznesmen və təşkilat sahibkarlıq fəaliyyəti çərçivəsində iaşə müəssisələrini açır. Rahat istirahət və yaxşı qidalanma ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş bu şirkətlər göstərilən xidmətlərin həcminə, növünə və növünə görə fərqlənir.
GOST-a əsasən, ictimai iaşə müəssisələri kulinariya, qənnadı məmulatları və digər məhsulları istehsal etmək, onları satmaq və (və ya) istehlak təşkil etmək üçün nəzərdə tutulmuş təşkilatlardır. Onları daha ətraflı nəzərdən keçirək.
İctimai iaşə şirkətləri müxtəlif səbəblərə görə təsnif edilə bilər:
1. Restoran – məhsulların optimal çeşidi olan, istehsal etmək çətin olan istehsal. Həm də markalı və xüsusi hazırlanmış, qənnadı və tütün məmulatları, müxtəlif içkilər daxildir. İctimai iaşə belə bir quruluşda istirahət və istirahət təşkili ilə birləşdirilməli olan rahatlıq və xidmət səviyyəsinin artması var.
2. Çubuq güclü spirtli, qarışıq, alkoqolsuz, aşağı spirtli içkilər, həmçinin desertlər, tez qəlyanaltılar, qənnadı məmulatları və digər məhsulları satan bir qurumdur. İçəridə bir raf olmalıdır.
3. Kafe istehlakçıların istirahət və bəslənməsinin təşkilində xidmət göstərən xüsusi bir müəssisədir. Restoranlar ilə müqayisədə məhdud məhsul çeşidini təmin edir. Kafedə adətən xüsusi, markalı və orijinal qablar, içkilər və digər məhsulları satır.
4. Kastin – müəyyən menyuda uyğun olaraq və vətəndaşların xüsusi kontingentinə xidmət edən yeməkləri istehsal edən və satan bir müəssisə. Həftənin günlərində fərqli və tərtib olunmalıdır.
5. Snack sadə yeməklərin məhdud bir sıra olan bir təşkilatdır. Menyu müəyyən xammal növlərindən hazırlanır. Belə iaşə müəssisələri qonaqların sürətli xidmət göstərilməsi üçün nəzərdə tutulub. İndi bütün ölkələrdə onlar müxtəlif növ (sürətli qidalar, pizzacılar və s.) Ilə təmsil olunurlar.
Bununla yanaşı, bu sahənin bir sıra obyektləri də seçilir:
1. Pəhriz yeməkxanaları aşağı kalorili yeməkləri yaratmaq və satmaqda ixtisaslaşan müəssisələrdir.
2. Yemək paylama – digər iaşə müəssisələrindən əldə etdikləri hazır məhsulları (ən çoxu, un məhsulları və tez qəlyanaltılar) həyata keçirir.
3. Bufetlər təşkilatın struktur bölməsidir. Onlar qənnadı məmulatları, parça malları və sadə yeməklərin məhdud bir sıra satmaq üçün nəzərdə tutulmuşdur.
Restoran və ya bar kimi bu tip ictimai iaşə müəssisələrinin xüsusiyyətləri müəyyən edilmiş siniflər əsasında həyata keçirilir: birinci, ən yüksək və “lüks”. Onları daha ətraflı nəzərdən keçirək.
Bir sinif üçün “lüks” xarakterikdir: nəfis daxili, rahat bir mühit, təklif və xidmətlərin optimal spektri, zəngin bir çeşidli menyu.
Üst səviyyədə orijinal daxili və xidmət çeşidi, müxtəlif çeşidli menyular, ixtisaslar və içkilər vardır.
Birinci sinif xüsusiyyətləri ilə fərqlənir: müxtəlif çeşid, istehlakçılara göstərilən xidmətlərin seçimi, geniş çeşidli içkilər və daxili rahatlıq.
Bir ictimai iaşə müəssisəsinin strukturu aşağıdakı xüsusiyyətlərə görə fərqlənir:
- Məhsul çeşidi,
- Yer,
- Ziyarətçilərin şərti.
Müəyyən bir statusu və sinifin təsdiq edilməsi qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış orqanlar tərəfindən həyata keçirilir.
Nəqliyyat və iqtisadi əlaqələr
Nəqliyyat dünya təsərrüfatının qan damarlarına bənzədirlər. O, coğrafi əmək bölgüsünün əsasını təşkil edir. ETİ-nin ən çox təsir göstərdiyi sahələrdən biridir. Son illər nəqliyyatın coğrafiayasında xeyli dəyişikliklər baş vermişdir. İlk növbədə dəmiryolu ilə yük dövriyyəsi digər nəqliyyat növlərinin inkişafı ilə əlaqədar olaraq xeyli azalmışdır.
Dəmiryolu– nəqliyyatı əsasən yük daşımasına, İEOÖ-də isə həm yük həm də sərnişin daşınmasına xidmət edir. Uzaq məsafələrə yük daşınmasında çox səmərəlidir. Dəmiryol xətlərinin uzunluğuna görə ABŞ, Rusiya, Kanada, Braziliya, Yaponiya, Hindistan, Avstraliya, Argentina, Fransa və fərqlənir. Nepal, Butan, ərəb ölkələrində, Əfqanıstanda, Boliviyada, və s dağlıq ölkələrdə zəif inkişaf edib. Elektrikləşdirilmiş dəmiryolu və boru kəməri ətraf mühüti çirkləndirmir.
Avtomobil – Şəhərətrafı sərnişin daşınmasında daha çox istifadə edilir. Dağlıq rayonlarla əlaqədə mühüm rola malikdir. Əsas üstünlüyü yükləri aralıq məsafələrə boşaltmadan istehlakçıya çatdırır. Lakin atmosferi çox çirkləndirir. Şəhər daxilində, şəhərlər arasında( qapıdan-qapıya) yaxın və orta məsafələrə sərnişin və yük daşımalarında daha əlverişli nəqliyyat növüdür.
Son zamanlar bu nəqliyyat növü İEOÖ-də də sürətlə inkişaf edir. Məsələn: Resifi( Braziliya) və Lima( Peru) şəhərləri arasında salınmış Trans- Amazon magistral yolu Latın Amerikası ölkələrinin iqtisadiyyatının inkişafında böyük rol oynamağa başlamışdır. Son dövrlərdə yaxın və orta məsafələrə yük daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə olunur səbəb: yükgötürmə qabiliyyətinin və sürətinin artmasdır.
TRANS AMAZON AVTOMOBİL YOLU
Boru kəməri- Əsasən, neft-qaz idxal edən ölkələrdə sıx şəbəkə yaradır. Ətraf mühiti az çirkləndirir. Azərbaycan, Nigeriya, Liviya, İran, İraq, Venesuela, Əlcəzair və s. Son zamanlar Azərbaycandan ixrac olunan xammalların daşınmasında rolu artmışdır.
Dəniz nəqliyyatı- Təbii şəraitdən daha çox aslıdır. Beynəlxalq kütləvi kontinentlər arası yük daşımada ilk yeri turur. Ən ucuz nəqliyyat növüdür. Atlantik okeanının şimal hissəsi dəniz yollarının ən sıx olduğu ərazidir. (Avropa və Şimali Amerika arası). Yaponiyada, ABŞ-da, Qərbi Avropa ölkələrində xammal idxalı və hazır məhsul ixracı ilə əlaqədar daha sürətlı inkişaf edir və bu İEÖ-də son zamanlar iri liman şəhərlərinin meydana gəlməsinə və bu şəhərlərdə sənayenin yüksək təmərküzləşməsinə səbəb olmuşdur. Bu nəqliyyat növünün inkişafında mühüm kanalların (Süveyş, Panama, Kil- Baltik dənizi ilə Şimal dənizin birləşdirir və s) boğazların (La-Manş, Katteqat, Hörmüz, Malakka, Cəbəllütariq, Dardanel, Bosfor, Kerç, Eresun, Zond və s) əhəmiyəti böyükdür.
Ən böyük dəniz donanmaları:
Yaponiya, ABŞ, Rusiya, Liberiya, Panama, Böyük Britaniya, AFR, Fransa, Norveç və Yunanıstandır. Liberiya və Panama dəniz donanmalarının bu siyahida olması İEÖ gəmilərinin daha az vergi ödəmək məqsədilə “ucuz bayraq” prinsipinə uyğun olaraq, göstərilən ölkələrdə qeydiyyatdan keçməsinə səbəb olur. Gəmilərə edilən qulluq, onlardan alınan vergi, icarəyə götürülməsindən alınan gəlirlər və s fraxt, açıq dənizdə müasir cihazlar vasitəsilə öz hərəkət istiqamətlərini təyin emələri isə naviqasiya adlanır.
Ən böyük dəniz limanları
Rotterdam- Niderland
Yeni Orlean- ABŞ
Marsel- Fransa
Hamburq- AFR
Antverpen- Belçika
Kobe və Naqoya- Yaponiya
Sinqapur- Sinqapur
Kəraçi- Pakıstan
Bəsrə- İraq
Qeyd: Son dövlərdə dəniz nəqliyyatında Sakit okeanın payı artmışdır. Səbəb: Yaponiyanın sürətli inkişafı, ABŞ və Kanadanın qərb hissələrinin sürətli inkişafı və Yeni sənayeləşmiş ölkələrin inkişafı (Malayziya, İndoneziya, Tailand və s)
Çay-göl nəqliyyatı. Azərbaycanda zəif inkişaf etmişdir. İnkişafında suni yaradılmış su obyektlərinin təsiri böyükdür. Əsasən, Müqəddəs Lavrenti, Reyn, Dunay, Oder, Elba, Volqa, Missisipi, Yantsızı, Qanq, Bramhaputra, Mekonq, Ob, Yenisey, Lena, Nil, Parana və s çaylarında inkişaf edir
Çay-göl nəqliyyatının inkişafında Volqa-Don, Volqa-Baltik, Ağ dəniz- Baltik, Göl nəqliyyatı ən çox Böyük Göllər və Xəzərdə inkişaf etmişdir.
Çay gəmiçiliyinin inkişafına müsbət təsir edir:
- Çay yatağında astana və şəlalələrin olmaması
- Bütün il boyu bolsululuq
- Çay yatağının meyilliyinin az olması
Hava nəqliyyatı: əsasən, sərnişin daşınmasına xidmət edir. İEÖ-də güclü inkişaf etmişdir.
Dünya nəqliyyatında yük dövriyyəsinə görə sahələrin payının azalan sırası:
Dəniz, dəmiryol, boru kəməri, avtomobil, hava
Dünya nəqliyyatında sərnişin daşınmasına görə sahələrin payının azalan sırası:
Avtomobil, dəmiryol, hava, dəniz, daxili sualar
Beynəlxalq iqtisadi əlaqələr
Xarici ticarət- iqtisadi əlaqələrin qədim formasıdır. Xarici ticarətin mühüm göstəricilərindən biri də ticarət balansıdır( saldo). Bu, bir il ərazində ölkənin ixrac etdiyi məhsul ilə idxal etdiyi məhsulun dəyəri arasındakı fərqdir. Müsbət ticarət balansı İEÖ üçün, xüsusilə Böyük Britaniya, Yaponiya, AFR üçün, mənfi ticarət balansı isə İEOÖ üçün səciyyəvidir. Lakin ABŞ, Fransada ticarət balansının mənfi olması bu ölkələrin daha çox istehlak məhsulları və xammal idxal etməsidir.
Kapital ixracı- ( maliyyə kredit münasibətləri) son illər mühüm formaya çevrilib. Bir ölkənin başqa bir ölkəyə kredit və ya səhm verməsi, investisiya qoyuluşu adlanır. Kapital ixrac edən ölkələr: ABŞ, Böyük-Britaniya, AFR, Küveyt, Səudiyyə Ərəbistanı, Bruney, Sinqapur, Malayziya, Tayvan və s-dir.
Elmi-texniki əməkdaşlıq– İqtisadi əlaqələrin yeni formasıdır. Elmi-texniki imformasiyaların ( patent, liseynsiya, texniki sənədlər) qabaqcıl texnologiyaların beynəlxalq səviyyədə mübadiləsidir.
Kompensasiya( ödəmə) sazişi – son illərdə ölkələr arasında mühüm iqtisadi əlaqə formasına çevirlmişdir. Bu əlaqə formasının mahiyyəti ondan ibarətdir ki, müəyyən ölkənin krediti hesabına təsərrüfat obyektləri tikilir və hazır məhsul hesabına sonralar həmin kreditlər ödənilir( kompensasiya).
Müxtəli növ xidmətlərin göstərilməsi- “görünməz ixracat da” adlanır. Belə xidmətlərə gəmilərin, təyyarələrin icarəyə verilməsi, limana gələn gəmi və təyyarələrə xidmət göstərilməsidir.
Beynəlxalq istehsal əlaqələri- Müəyyən məhsul istehsalında dövlətlərin birgə iştirakıdır. Bu istehsalın ixtisaslaşması və kooperativləşməsi ilə aparılır. Belə əlaqə daha çox avtomobil sənayesinə aiddir.
Beynəlxaq turizm – Turizmin inkişafı ölkədə məhsualdar qüvvələrin, nəqliyyatın inkişafı səviyyəsini göstərməklə yanaşı, həm də urbanizasiyanın, insanların həyat səviyyəsinin, mədəni inkişafının mühüm göstəricisidir.
Dünyanın beynəlxalq əhəmiyyət kəsb edən turizm mərkəzlərinə Aralıq dənizi, Baltik dənizi, Qara və Karib dənizi ölkələri, Alp ölkələri, Cənubi Amerika sahilləri, Kanar, Maldiv, Baham adaları, Okeaniya və s aiddir.
Hazırladı: Osman Eminov
Qeyd: Müəllimlərin işə qəbulu hazırlıqlarına hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.
Əlaqə nömrələri: ☎️ (+99412) 436 92 67 | (+99455) 787 21 23/24
Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.
Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70
AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyəti təkmilləşdirilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclas Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən təşkil olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən söz açıb. Bildirib ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin yenidən təşkili ilə bağlı məqsədyönlü qərarlar verib, ciddi tədbirlər həyata keçirib.
İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi ilə ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələr genişlənməli, Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində işlər sürətlənməlidir. Alim beynəlxalq əlaqələrin təşkili və gücləndirilməsində mətbuatın rolunu xüsusi vurğulayaraq, internet saytlarının, qəzet və jurnalların siyasi-ideoloji cəhətdən aydın mövqe nümayiş etdirmələrinin zəruriliyini bildirib.
“AMEA-nın ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları elmi və analitik materialların hazırlanmasına xüsusi diqqət yetirməlidirlər” – deyən akademik İ.Həbibbəyli vurğulayıb ki, qələm sahibləri elmi problemləri qabartmalı, akademiyada çalışan alim və mütəxəssislərdən aktual mövzularda müsahibələr götürməlidirlər. O, mətbu fəaliyyətdə dövlətçilik mövqeyi və siyasi maraqların ortaya qoyulmasının, eləcə də peşəkarlıq və obyektivlik kimi meyarların nəzərə alınmasının son dərəcə vacib olduğunu diqqətə çatdırıb.
AMEA-nın rəsmi internet səhifəsi olan “science.az”ın fəaliyyətindən danışan İ.Həbibbəyli son zamanlar portalın işinin daha da təkmilləşdiyini bildirib. Alim AMEA-nın “Elm” qəzeti, eləcə də “Elm və həyat” jurnalının da işinin yeni tələblər əsasında qurulması ilə bağlı tədbirlərin görüldüyünü söyləyib.
Akademik İ.Həbibbəyli Moskvaya səfəri barədə də məlumat verərək orada Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun rəhbərliyi ilə görüşdüyünü, iki qurumun saytları arasında təcrübə mübadiləsinin təşkilinə dair müzakirələrin aparıldığını qeyd edib.
İctimaiyyətlə əlaqələr şöbələri ilə “Vikipediya” arasında münasibətlərin qurulmasının məqsədəuyğun olduğunu deyən AMEA-nın vitse-prezidenti Azərbaycanın dünyada təbliğində bu onlayn ensiklopediyanın əvəzsiz rolunu vurğulayıb. Bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və dövlətçilik mövqeyinin qorunması AMEA-nın qarşısında duran əsas vəzifələrdəndir.
Sonra İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov hesabatla çıxış edib. O, “science.az” veb-portalında yerləşdirilən xəbərlərin statistikasını təqdim edərək, hesabat ilində saytda 2300-ə yaxın xəbərin yerləşdirildiyini, həmçinin Elm Tv sektoru tərəfindən 900-dən çox videonun yayımlandığını bildirib.
A.Şükürov AMEA Rəyasət Heyəti aparatının mətbu orqanı olan “Elm” qəzeti, o cümlədən “Elm və həyat” jurnalının fəaliyyəti barədə də məlumat verib. Onun sözlərinə görə, il ərzində “Elm” qəzetinin nömrələrində Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən informativ və analitik yazılar dərc olunub. “Elm və həyat” jurnalında isə ölkəmizin hüdudlarından kənarda yaşayan və dünyanın müxtəlif elm mərkəzlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin müsahibə və məqalələri yer alıb.
Daha sonra texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev Neft-Kimya Prosesləri İnstitutunun, Məhsəti Qurbanova Botanika İnstitutunun veb-saytlarının idarə edilməsi və informasiya təminatı, hesabat ili ərzində KİV-də işıqlandırılan məlumatların statistik göstəriciləri, elmi tədqiqatların, əldə edilən nailiyyətlərin populyarlaşdırılması, institutun fəaliyyətinin sosial mediada təbliği istiqamətində görülən işlər barədə təqdimatla çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, ictimaiyyətlə əlaqələr şöbələri arasında əlaqələrin, təşkilati işlərin yüksək səviyyədə qurulması ilə bağlı müvafiq qərarlar verilib.
Comments are closed, but trackbacks and pingbacks are open.