Press "Enter" to skip to content

Hisslər keçirmək və hislərin keçirilməsi formaları

Bəzi alimlərə görə: “. duyğular, mövcud vəziyyətin hədəflərinizə nə dərəcədə cavab verdiyinə dair mühakimələrdir. Xoşbəxtlik, hədəflərinizin razı qaldığının qiymətləndirilməsidir, çünki lotereyada qalib gələndə maddi problemlərinizi həll edir və soruşulmaq romantik ehtiyaclarınızı təmin etmək vədini daşıyır. Eynilə kədər, hədəflərinizin təmin olunmadığına dair qiymətləndirmədir və qəzəb, hədəflərinizin həyata keçirilməsinə mane olan hər şeyə yönəlmiş mühakimədir. ”

Hisslər haqqında

İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Başqa sözlə, insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müvafiq şəkildə ifadə olunmuş emosional təəssürat əmələ gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.
Dilimizdə «hiss» termini müxtəlif mənalarda işlədilir. Adətən, «hiss» dedikdə, duyma, qavramaq, hiss etmək, dərk etmək anlamı başa düşülür. Cəmiyyət və təbiət hadisələrinə münasibət bildirmək istədikdə də bir elmi termin kimi «hiss» terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə mənasında istifadə etdiyimiz «hiss» anlayışı ilə münasibətləri ifadə edən «hiss» anlayışını bir-birindən fərqləndirmək lazımdır.
«Hiss» termini ilə «emosiya» termini arasında da həm oxşar, həm də fərqli cəhətlər var.
Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək təlabatı ilə bağlıdır. Hiss və emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə yalnız insana xas olan psixi keyfiyyətdir. Hisslər insan cəmiyyətinin inkişafı prosesində formalaşmışdır. Ona görə də hisslər ictimai səciyyə daşıyır. Hisslər insanın cisim və hadisələrə, insanlara bəslədiyi münasibətin mahiyyətini, emosiyalar isə bu münasibətlərin təzahür formalarını ifadə edir. Ona görə də emosiyaları, hisslərin təzahür formaları kimi başa düşmək lazımdır. Emosiyaların inkişafının ali səviyyəsi davamlı hissləridir. İnsanlar öz hisslərini emosiyalar formasında yaşayırlar.
Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. İnsan hiss və emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur. Bu psixoterapevtik funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.
Təsəvvür edin ki, siz yalnız düşünən, hərəkət edən, lakin hiss etməyən varlıq olsaydınız nə baş verərdi?
Hiss və emosiya əslində bədənlə şüurun birgə fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır. Hiss və emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür, təxəyyül və orqanizmin mürəkkəb kombinasiyasıdır.
İnsanın idrak fəaliyyətində hisslərin rolu.İnsanın psixi həyatı çoxcəhətli, rəngarəng olsa da o vəhdətdədir. İdrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül, nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini fəallaşdırmaq yolu ilə, təlim prosesinin məhsuldarlığını yüksəltmək olar.
Təlim prosesində öyrəncilərin emosional cəhətdən fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi meydana çıxır.
İnsan hafizəsi adətən seçici xarakter daşıyır. Hafizənin bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və hadisələrə münasibəti ilə müəyyən olunur. Başqa sözlə desək insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət, hadisə, cism, və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmişdir.
«Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala çatıdan qorxar» tipli atalar sözləri empirik surətdə hisslərin ha­fizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.
Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut olunmuşdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün qavramır. Yaxud da əksinə insan sevinc hissini yaşayanda, sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin, insanların yal­nız yaxşı cəhətini görür, onları dəyişdirmək istəmir, olduğu kimi qavrayır, tənqidi münasibət bəsləyə bilmir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi hissinin qavrayışa göstərdiyi təsir ön plana çəkilir.
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış və hafizə prosesləri ilə məhdudlaşmır. Təfəkkür, təxəyyül və nitq kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkişaf etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır. Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin bu istiqamətdə qurulması daha da ahəngdar, kamil şagird şəxsiyyətinin formalaşdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə hiss arasında funksional – genetik əlaqə mövcuddur. Yeni təhsil konsepsiyası şagirdin, tələbənin təfəkkürünü inkişaf etdirməyi əsas məqsəd kimi qarşıya qoyur. Bu yolda hafizə artıq köməkçi vasitəyə çevrilir. Mütəxəssislərin fikrincə son dövrdə bir çox yerlərdə, təhsil son dərəcədə rasionallaşdırılıb və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv – emosional duyumu öləziyir. Nəticədə insanlar arasında laqeidlik, etinatsızlıq, biganəlik, soyuqluq əmələ gəlir. Odur ki, şagird təfəkkürünün fəallaşdırılması, onun inkişafı hiss və emosiyalardan təcrid olunmuş halda yox, onunla vəhdətdə, onun köməyi ilə həyata keçirilməlidir. Eksperimental şəkildə sübut olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb fikri və praktik məsələnin həlli subyektiv surətdə mümkün deyildir. Odur ki, hər hansı mürəkkəb məsələ iki planda həll edilir: 1) emosional, 2) intellektual.
Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. Məsələnin emosional planda həlli, onun intellektual planda həllini surətləndirir. Belə ki, emosiyalar idrak proseslərini nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın, hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.
Müasir təlim nəzəriyyəsinin mühüm tələbi – şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi problemini yalnız hiss və emosiyaların fəallaşdırılması zəminində, təfəkkürlə hissin vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.
Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində mühüm rol oynayır. O, ilk növbədə hissləri fəallaşdırmağın başlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə münasibəti dəyişir və tələbə daha səylə oxumağa başlayır. Təxəyyülün aktivləşdirilməsi tələbənin emosional cəhətdən fəallaşdırılmasının önəmli şərtlərindən biridir.
Beləliklə, idrak poseslərinin motivasiya əsası bilavasitə hisslərlə bağlıdır. Hiss və emosiyaların köməyi ilə şagirdlərin idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji tələblərdəndir.

Hisslər keçirmək və hislərin keçirilməsi formaları

sslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya.

Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz müsbət təsirini göstərə bilir.

Bunun təsiri altında insan öz işini ruh yüksəkliyi, inamla yerinə yetirir. Mənfi əhval-ru­hiyyə isə insanın fəaliyyətinə ləngidici təsir göstərir. Bir çox hallarda əhvalın yaranması və dəyişməsi böyük emosional təəssürat yaradan, bəzi hissləri canlandıran, digərlərini zəiflədən müxtəlif həyat hadisələrindən ibarət ola bilər. Ona görə də birinci növbədə məktəblilərdə pis əhvalın yaranmasına təsir edən mənbələrin aşkara çıxarılması, imkan daxilində onların aradan qaldırılması, məktəbliyə nəzakətli yanaşmaq lazım gəlir. Bu prosesdə şagirdin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması da zəruridir.

Affektlər. Affektlər surətlə yaranan, qüvvətli, nisbətən tez keçib gedən emosional hallardır. Affektlər insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır. Adətən, insana qarşı ədalətsiz, normalara uyğun gəlməyən, mənliyə toxunan hərəkətlər onu bir anda, sürətlə özündən çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb olur. İnsan bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır. Onun bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji affekt adlanan bu hal tez də keçib gedə bilir.

Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) – insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısındaqaldıqda keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress – insanın keçirdiyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. Belə ki, stress halı bəzi vaxtlarda insanın məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir, bəzən isə əksinə qüvvə və enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. Bu mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi adaptasiya sindromu» adlandırmış və onun üç mərhələdən ibarət olduğunu göstərmişdir:

1. həyəcanlanma.
2. müqavimət.
3. əldən düşmə və üzülmə. H.Selye stressi – hər hansı fövqaladə təsirə qarşı qeyri – spesifik müdafiə reaksiyası adlandırmışdır.

Deməli psixi proseslərin diqqətin, qavrayışın, hafizənin, təfəkkürün gedişinə dolaşıqlıq yaradan psixi vəziyyəti distress adlandırmaq olar. Uzunmüddətli distress vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu, keçəllik, diş tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji stress emosional və informasion stressə bölünür. Emosional stress təhlükəli, çətin, qorxulu şəraitdə özünü biruzə verir.

Belə olan halda psixi fəaliyyətin gedişində neqativ məzmunlu dəyişiklik təzahür edir. İnformasion stress isə informasiya gününün həddən ziyadə çoxluğu nəticəsində tapşırığın öhdəsindən gələ bilməkdə özünü göstərir.
Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər, yaradıcılıq müvəffəqiyyəti, xoşa gələn fiziki iş və s. nəticəsində yaranan müsbət gərginlik vəziyyətidir. Eustress – əmək fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı müqavimətini gücləndirir.

Frustrasiya.Frustrasifa — (latınca frustrasio – aldanma, nahaq gözləmə, əhval pozuntuluğu) – insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun mahiyyətini daha yaxşı başa düşmək üçün aşağıdakı nümunə ilə tanış olaq:

İmatahan olduğu üçün, gecə saat 3-ə qədər yatmayıb suallara hazrlaşmısınız. Gec yatdığınıza görə, otaq yoldaşınızın da nə vaxt oyandığını və evdən çıxdığını da bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan halda, imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan kimi universitetin yanından ötən avtobusun elə indicə uzaqlaşdığını görürsünüz.

İmtahana gecikməmək üçün universitetə qismən yaxın gedən başqa avtobusla getməyə qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq sınağa yarım saat qalıdığı üçün məcbur olub taksi saxlayırsınız. Yolda tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə məcburdu. Elə universitetə azacıq qalmış arxadan gələn maşın sizin maşınla toqquşur.

Sürücü maşını yolun kənarında saxlayaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb imtahana 8 dəqiqə qaldığını görürsünüz. Sürücü «Mən gedə bilmərəm» – deyib, yol polisinin gəlməsini gözləyir. Sürücünün haqqını ödəyib, qalan yolu piyada getməyə məcbur olursunuz. Auditoriyaya girəndə müəllimin sizi soruşduğunu eşidirsiniz. Bileti çəkib əyləşəndə, qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə başınızı əlləriniz arasına alaraq durur və yaxında olan tələbə yoldaşınızdan qələm istəyirsiniz.

Yuxarıda göstərdiyimiz misalda, tələbənin düşdüyü psixi vəziyyət onun keçirdiyi emosional hal, frustrasiya halıdır. Bu cür halı, psixi vəziyyəti elə dilimizdə işlədilən əngəllənmə sözü ilə ifadə etmək olar. Onda frustrasiyanı, əngəllənmə duyğusu, hissi kimi xarakterizə etmək olar.

Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. Başqa sözlə frustasiya insanın hər hansı bir uğursuzluğa, itgiyə əlac­sızlıq hissi, bihadə sərf olunan cəhdlə müşayət olunan mənfi – emosional təəssüratıdır.

Frustrasiya əsasən insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduqda əmələ gəlir. Frustrasiya özünü itirmək, qəzəb aqressiya, küskünlük, həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Həyəcan – frustrasiya halətinin katalizatorudur. Həyəcan – mövcud vəziyyətin və davranışın gələcəkdə ortalığa çıxaracağı nəticə ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi bir durumda olmaqdan qorunmasına yönəldir.
Frustrasiya həyəcan və aqressivliklə müşayət olunan prosesdir. Yuxarıda, imtahana gecikən tələbənin həm həyəcan, həm də frustrasiya halətinə düşməsi bunu sübut edir.

İmtahandan müvəffəqiyyət qazanıb-qazanmamasını dü­şünərkən həyəcanlanan tələbə, onu oyatmadığı üçün otaq yoldaşına, saatı qurmadığı və qələmi unutduğu üçün özünə hirslənir, acığı tutur. Frustrasiya şəraitində narazılıq səviy­yəsi üstünlük təşkil etdiyi üçün ətrafda baş verən hadisələri qavrayarkən və qiymətləndirərkən emosional qiymətləndirmə ön plana keçir. Belə olan halda insanlar, xüsusilə ekstravertlər hər şeydə qərəz axtarırlar və tapırlar.

Frustrasiyanın müxtəlif formaları var. Onlardan biri sosial frustrasiyadır. Sosial frustrasiya yalnız ayrıca götürülmüş bir şəxsdə deyil, həm də ayrı-ayrı qrup və zümrələrdə, hətta xalqın böyük əksəriyyətində özünü biruzə verən psixoloji vəziyyətdir. Frustrasiya haləti müxtəlif səbəblərlə bağlı şəkildə meydana gəlir. Lakin, burada ən əsas şəxsiyyət amilidir.

Yəni baş verən səbəblər, maneə və əngəllərə insanın münasibəti necədir? İstər azərbayan dilli, istərsə də əcnəbi dilli mənbələrdə frustrasiyanın mərkəzində əsasən gecikmə, ləngimə, sosial və ya etnik qadağanın, konfliktin və s. səbəblərin dayandığı qeyd olunur. Şəxsiyyətdaxili konfliktlər frustrasiyanın daha tez təzahür etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt müəyyən edilmişdir.

1.Arzu olunan – arzu olunan tipli konflikt – İnsanın istədiyi iki arzudan birini seçmək zəruriyyəti qarşısında qalması. Məsələn: həm erkən yatıb yaxşı dincəlmək, həm də televiziyadakı gecə proqramına tamaşa etmək istəyi ilə bağlı.

2.İnsanın istəmədiyi iki, lakin birini seçmək məcburiyyəti qarşısında qaldığı zaman düşdüyü konflikt şərait. Məsələn, bir tərəfdən amansız ögey ananın acı sözlərini, kinayəli baxışlarını qəbul edərək onunla bir evdə yaşamaq, digər tərəfdən sevmədiyin 3 uşağı olan dul kişiyə ərə getmək məcburiyyəti.

3.Bu tip konflikt arzu etdiyiniz, gerçəkləşdirmək istədiyiniz müəyyən hərəkət qorxu, ağrı ilə nəticələnən və ya müşayət olunan halda meydana çıxır. Məsələn: ziyafətdə iştirak edən şəxsin bir tərəfdən spirtli içki içmək, şənlənmək istəməsi, digər tərəfdən isə içkili halda maşınla evə qaytmaq üçün uzun yol qət edəcəyini və bu zaman qəzaya düşməsindən ehtiyat etməsi buna misaldır.

Qeyd etdiyimiz konfliktlər frustrasiya törədən amillərdir. Frustrasiya həm də insanın özünü reallaşdıra bilməməsi, özünü aktuallaşdırma tələbatını ödəməməsi ilə də bağlı olaraq yaranır və inkişaf edir. Çox vaxt belə hallar insanın öz peşəsindən, onun məzmunundan və nəticəsindən razı qalmadıqda daha da inkişaf edir. Belə olan halda insan həyatda heç bir iz qoymadığını, öz həyat enerjisini boş-boşuna sərf etdiyini, halbuki daha yaxşı və mənalı yaşamağın mümkün olduğunu etiraf edir. Belələri ömrünün qalan hissəsində psixoloji müdafiə vasitəsi kimi şəraitin olmamasını, maddi vəziyyətin çətinliyini, ailə qayğısının çoxluğunu və başqa bir bəhanə gətirərək özlərindən başqa hamını və hər şeyi günahlandırırlar.
Beləliklə, frustrasiya haləti neqativ emosional vəziyyət kimi insanların davranış və rəftarına mənfi təsir edir.

150+ Duygular, Hisslər və Ruhlar 2020 siyahısı

İnsanlar olaraq bilirik ki, hamımız bir sıra duyğular yaşayırıq – sosial varlıq olaraq kimik. Güclü bir duyğu və ya güclü bir hiss hiss etdikdə, nə olursa olsun, onunla hərəkət etməyə meyllidirik.

Bəzi alimlərə görə: “. duyğular, mövcud vəziyyətin hədəflərinizə nə dərəcədə cavab verdiyinə dair mühakimələrdir. Xoşbəxtlik, hədəflərinizin razı qaldığının qiymətləndirilməsidir, çünki lotereyada qalib gələndə maddi problemlərinizi həll edir və soruşulmaq romantik ehtiyaclarınızı təmin etmək vədini daşıyır. Eynilə kədər, hədəflərinizin təmin olunmadığına dair qiymətləndirmədir və qəzəb, hədəflərinizin həyata keçirilməsinə mane olan hər şeyə yönəlmiş mühakimədir. ”

Duyğu növləri

Robert Plutchik nəzəriyyəsinə əsaslanaraq onları müəyyənləşdirib 8 fərqli kateqoriyaya yerləşdirə bilərik. Robert Plutchik, insan duyğularını araşdıran bir Amerikalı Psixoloq və Professor idi. Plutchikin nəzəriyyəsi 8 fərqli, təməl insani duyğuların olduğu idi: xoşbəxtlik, kədər, qorxu, qəzəb, iyrənclik, təəccüb, qəbul və gözləmə. Bunu bir duyğu çarxı inkişaf etdirərək anladı.

Plutchikin çarxı mürəkkəb duyğularımızla əlaqəli ən məşhur konsepsiyalardan biri olsa da (olsa da), bəzi insanlar yalnız 2 və ya 3 əsas duyğu olduğuna inanır və hər şey ikincil duyğuların və üçüncül duyğuların bir iyerarxiyasına düşür. Məsələn, “sevgi” ikinci dərəcəli duyğulara – “sevgi” və “həsrət” və hətta “sevgi” üçüncül “xoşuma gəlmək”, “qayğı göstərmək” və “mərhəmət” duyğularına bölünə bilər.

Duyğularla yanaşı, emosional cavablarımız da var. Duygusal zəkanı araşdıran psixoloqlar inanırlar ki, ya mənfi, ya da müsbət bir duyğu hiss etdikdə 2 şəkildə cavab veririk: psixoloji və davranışçı.

Qorxu ilə qarşılaşdığınız zaman bunun daha çox şey olduğunu bilirsiniz: mədəniz dönər, ürəyiniz narahatlıqla yarışar və hətta tərləməyə və ya bütün bədəndə üşütməyə başlaya bilərsiniz. Bu, bədəninizin döyüş və ya uçuş reaksiyasıdır, hamısı sinir sisteminiz tərəfindən idarə olunur. Buna görə bu, psixoloji bir cavab olaraq təyin edilə bilər.

İndi bədəniniz döyüşə və ya uçuş rejiminə keçdiyindən bu hisslər üzərində hərəkət etməyə meylliyik. Məsələn, qorxu və ya narahatlıq hiss ediriksə, ağlamağa başlaya bilərik. Yoxsa qorxu və ya narahatlıq bədənimizdən ayrıldıqdan sonra rahatlama hissi yaşayırıqsa, gülümsəməyimiz və ya qaşımızı qaldıran üz təcrübələri ilə cavab verə bilərik.

Duyğuların + Hisslərin Qarışığı

Gözləmə + Sevinc = Optimizm (əksinə rədd edilməklə)

Sevinc + Güvən = Sevgi (əksinə peşman olmaqla)

Güvən + Qorxu = Təslim (əksinə hörmətsizliklə)

Qorxu + Sürpriz = Qorxu (əksinə təcavüz olmaqla)

Sürpriz + Kədər = Təsdiqlənmə (əksinə nikbin olmaq ilə)

Kədər + Nifrət = peşmançılıq (əksinə sevgi olmaqla)

Nifrət + Qəzəb = Nifrət (əksinə təqdim olunmaqla)

Hirs + Gözləmə = Təcavüzkarlıq (əksinə qorxu ilə)

Gündəlik hiss edə biləcəyimiz bir çox duyğu növü var, amma hiss etdiyimiz hər şey əsas hisslərimizdən inkişaf edir.

Beləliklə, bu sözləri inkişaf etdirək və emosional lüğətimiz haqqında daha çox şey başa düşək. Deyək ki, özünü xoşbəxt hiss edirsən. Duygusal təcrübəniz həyəcan, məzmun, sevinc, məmnunluq və hərəkət etdiyiniz fiziki hisslər gülümsəyir, gülür, bədəninizi rahat hiss edir. Mənada?

Duyğuların siyahısı

Budur duyğuların qısa siyahısı və cavablarımız:

  • Xoşbəxtlik
    • xoş bir sevinc, məmnunluq, məmnuniyyət və ümumi rifah vəziyyəti
    • gülümsəmək və ya bəlkə də gülmək kimi üz təcrübələrimiz və rahat bədən duruşu / pozğunluğumuzla cavab veririk
    • kədər vəziyyəti, ümidsizlik, kədər
    • ağlamaq, susmaq və ya insanlardan uzaqlaşmaq / özümüzü təcrid etməklə cavab veririk
    • əsasən pis və ya pis bir şeyə reaksiya – çürük yemək qədər ölü bir cəsəd qədər həddindən artıq sadə bir şey ola bilər
    • üz çevirmək, qusmaq, burnumuzu qırışmaqla cavab veririk
    • Mübarizənizdə və ya uçuş reaksiyanızda rol oynaya biləcək güclü bir duyğu
    • qaşqabaqlı, baxışlı, səs tonundakı dəyişiklik, qırmızıya dönən, tərləyən və ya aqressiv bir şəkildə çırpınan cavab veririk

    İndi əsas hisslər və ikincil duyğular və üçüncül emosiyalar da daxil olmaqla hiss edə biləcəyiniz uzun bir duyğu siyahısı.

    1. Xoşbəxtlik
    2. Qürur
    3. Həyəcan
    4. Sülh
    5. Məmnunluq
    6. Qəbul
    7. Sevgi
    8. Sevinc
    9. Şəfqət
    10. Pərəstiş
    11. İstək
    12. Minnətdaram
    13. Sevgi
    14. Təvazökar
    15. Razı qalmaq
    16. Həsrətli
    17. Əyləncə
    18. Minnətdaram
    19. İnamlı
    20. Optimist
    21. Şən
    22. Qayğısız
    23. Şirin
    24. Xeyirxah
    25. Sadiq
    26. Şəhvət
    27. Şadlıq
    28. Goofy
    29. İlham
    30. Ovsunlandı
    31. Gülməli
    32. Dostluq
    33. Sakit
    34. Həssas
    35. Heyrət
    36. İsti
    37. Romantik
    38. Xəbəri var
    39. Rahatdır
    40. Pulsuz
    41. Cəsarətli
    42. Ümidli
    43. Heyran
    44. Tender
    45. Qürur duyuram
    46. Relyef
    47. İstəkli
    48. Seksi
    49. Anlaşma
    50. Xəstə
    51. Təəccübləndi
    52. Özlem
    53. Merak et
    54. Heyran oldum
    55. Sentimental
    56. Diqqətli
    57. Müəyyən edilmişdir
    58. Qorxunc
    59. Kədərləndi
    60. Diqqəti pozdu
    61. Çaşmış
    62. Ehtiyac var
    63. İtirdi
    64. Özünə yazıq
    65. Bədbin
    66. İsteriya
    67. Çıxarma
    68. Narahat
    69. Şübhəli
    70. Kövrəldi
    71. Kədər
    72. Maraqlıdır
    73. Günahkar
    74. Üzr istəyirik
    75. Dəhşətə gəldi
    76. Darıxdı
    77. Əsəbi
    78. Narahat
    79. Dəhşətə gəldi
    80. Ehtiyatlı
    81. Panik
    82. Özgəninkiləşdirilib
    83. Çağırıldı
    84. Qısqanc
    85. Dələduzluq (özünü hiss etmək)
    86. Vurğuladı
    87. Əzab
    88. Boş
    89. Şok
    90. Ümidsiz
    91. Qarışıq
    92. Tək
    93. Gərgin
    94. Maraqlıdır
    95. Şübhəli
    96. Paranoyak
    97. İstəksiz
    98. Şübhəli
    99. Sulkiness
    100. Dəhşət
    101. Kədər
    102. Bədbəxt
    103. Boşluq
    104. Səfalət
    105. Ağrıyan
    106. Təhlükəsiz
    107. Laqeyd
    108. Məğlub oldu
    109. Yazıq
    110. Müti
    111. Yalnız
    112. Melankoli
    113. Ürək qırıldı
    114. Depressiya
    115. Köhnəlmiş
    116. Sümük
    117. Qorxaqcasına
    118. Qaranlıq
    119. Zərər
    120. Məyus
    121. Yorğun
    122. Sevgilim
    123. Çıxdı
    124. İstefa etdi
    125. Yazıq
    126. Utancaq
    127. Zəifdir
    128. Həsrət
    129. Nostalji
    130. Peşman oldum
    131. Düşüncəli
    132. Qoruyucu
    133. Dismay
    134. Dərd
    135. Wanderlust
    136. Qəzəb
    137. Əsəbi
    138. Acı
    139. Əsəbi
    140. Bəyənmirəm
    141. Baxmayaraq
    142. Narahat
    143. İnciyib
    144. Acı
    145. Qəzəbləndi
    146. Qəzəb
    147. Aldadıldı
    148. İntiqamlı
    149. Səbirsiz
    150. İkrah
    151. Düşmənçilik
    152. Təhqir
    153. Soyuq
    154. Paxıllıq
    155. Narahat
    156. Nifrət et
    157. Ümidsiz
    158. Narahat
    159. Utandım
    160. Sıxıntı
    161. Qəzəb
    162. Təsdiqlənmə
    163. Özlem
    164. Qəzəb
    165. Yöndəmsiz
    166. Nifrət
    167. İnciklik
    168. Tənbəl
    169. Orta
    170. Nifrət
    171. Dəlisov
    172. Təcavüzkar
    173. Dəhşət
    174. Ayıq
    175. Yazıq
    176. Qəddar
    177. İnciyir
    178. İkrah
    179. Məlahətli
    180. İnkar
    181. Diqqət çəkdi
    182. Müdafiə
    183. Dağıdıcı

    Hisslərinizi anlamaq həqiqətən çətin ola bilər. Psixoloq Dacher Keltner hətta uşaq filmini inkişaf etdirmək üçün Pixar ilə birlikdə çalışdı Tərsinə hər obrazın fərqli bir duyğu olduğu yerdə, tamaşaçılara (uşaqlara) duyğularını tanımağa kömək etmək. Sevinc, İyrənclik, Qəzəb, Qorxu və Kədər obrazları ilə bu hekayə bizə duyğulu olmağın və hisslər keçirməyin yaxşı olduğunu başa düşməyimizə imkan verir, çünki səni insan edir.

    Duyğularla bağlı suallar:

    Duygusal hiss etmək və kefli hiss etmək arasındakı fərq nədir?

    “Duyğular” gərgin, lakin qısamüddətli, “əhval-ruhiyyələr” isə daha yumşaq, lakin uzunmüddətlidir. Duygulara da konkret bir şey səbəb olur: kimsə sizi hirsləndirmək və ya iyrənmək üçün bir şey edirsə, bu hissə uyğun davrana bilərsiniz. Əhval-ruhiyyə təsadüfi bir şəkildə baş verir, heç kim və ya heç bir şey tərəfindən tetiklenmez və ümumiyyətlə mövcudluğu üçün əsl bir səbəbi yoxdur. Məsələn, narahatlıq, depressiya və ya bipolyar pozğunluq diaqnozu qoyan insanlar tez-tez izah oluna bilməyən əhval-ruhiyyə yaşayırlar.

    Utanc hissi duyğu çarxında harada yerləşir?

    Duyğu kateqoriyasında utanc kədər və ya iyrəncliyə qarşı duyğusal bir təcrübə kimi qəbul edilə bilər. Çox vaxt günahkarlıqla qarışdırıla bilər. Utanmaq, pozitiv halımız kəsildikdə və özümüzü ləyaqətsiz və qeyri-kafi hiss etdiyimiz zaman əldə etdiyimiz özümüzə şüurlu bir hissdir. “Utanmaq” da “utanmaq” kimi qəbul edilir.

    Biri utanmaya necə cavab verir?

    Bir insan daha çox duyğusallaşaraq hirs və günahkarlıq hisslərini inkişaf etdirərək utanc hisslərinə görə hərəkət edə bilər. Məsələn, bir şeydən utanan biri – bəlkə də özlərini çirkin hiss edirlər və ya kifayət qədər ağıllı olmadıqlarına inanırlar – hirslənməyə başlayacaqlar və başqasına qarşı çıxacaqlar və bunun əvəzinə onlara bir şey hiss etdirəcəklər. Düşünsəniz klassik bir zorakılıq hadisəsidir: hisslər üçün başqasından günah keçisi kimi istifadə etmək.

    Hisslər və hisslər arasındakı fərq nədir?

    İMotions’a görə, “Hisslər duyğulardan qaynaqlanır və şəxsi inanc və ya xatirələrlə formalaşır.” Beləliklə, duyğular şüursuz ağılda hiss olunan və təzahür edən bir şeydir, hisslər həm emosional təcrübədir, həm də uzanmağa və “hopmağa” meyl edən fiziki hisslərdir. Beləliklə, məsələn, xəyallardan və ya qaranlıqdan qorxunuz varsa, bunun altında bir ölüm qorxusu da ola bilər. Bu hiss qorxu davam edir və cavab verməyə səbəb ola bilər emosional (narahatlıq) və fiziki yol (ağlamaq, ürək yarışı). Hisslər duyğu reaksiyalarına şüurlu bir cavabdır.

Comments are closed, but trackbacks and pingbacks are open.