Press "Enter" to skip to content

İnformasiya texnologiyaları və proqramlaşdırma» kafedrası

olmasıdır. Bu mahiyyətdən irəli gələrək hər iki istiqamət üzrə fəaliyyət onun yekun hesabatında

I nformasiya texnologiyaları və proqramlaşdırma.

Hal-hazırda kafedrada 050655 və 050616 – İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr, 060632 – İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedrada kompüter texnikası üzrə müasir avadanlıaqlarla təhciz olunmuş 2 tədris laboratoriyası fəaliyyət göstərir və laboratoriyalarda qlobal İnternet şəbəkəsinə çıxışı olan lokal kompüter şəbəkəsi yaradılmışdır. Tədrisdə informasiya texnologiyaları sahəsindəki elm və texnikanın son nailiyyətlərindən (tətbiqi proqram paketləri, müasir proqram sistemləri, CAD sistemlər və s.) geniş istifadə olunur.

Kafedranın elmi fəaliyyətinin əsas istiqaməti 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrədir.

Son 5 ildə kafedra əməkdaşlarının apardıqları elmi-tədqiqat işlərinin nəticələri 4 monoqrafiyada, 6 kitabda, respublika və xarici ölkələrin nüfuzlu nəşriyyatlarında dərc olunmuş 384 elmi məqalədə (o cümlədən, 65-i xaricdə), respublika və beynəlxalq səviyyəli simpoziumlardakı məruzələrdə (216) öz əksini tapmış, alınmış elmi nəticələr müəlliflik şəhadətnamələri və patentlərlə (o cümlədən 4 müəlliflik şəhadətnaməsi və 7 patent) təsdiq edilmişdir.Son illər metodik iş planına uyğun olaraq, 69 metodik iş (o cümlədən 36 fənn proqramı və 21 sillabus) hazırlanmışdır.

Kafedra ölkənin aparıcı müəssisələri (AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası və s.) ilə elmi əlaqələri müntəzəm olaraq davam etdirir.

Təhsildə və elmdə göstərdikləri fəaliyyətlərinə görə kafedra müdiri t.e.d., prof. Hüseynov A.H. “Tərəqqi” medalı və “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, kafedranın professoru Əhmədov M.A. “Tərəqqi” medalı ilə təltif olunmuşlar.

Kafedra əməkdaşlarının nəşrləri:

1. Талыбов Н.Г.Создание общей структуры взаимодействия проектных процедур на этапах системотехнического проектирования гибкой про-изводственной системы. Нефтегазовое дело. Уфимский государственный нефтяной технический университет (Уфа) – 2020, Том 18., № 2., cтр.139-145

2. Гусейнов А.Г., Рагимов Ш.Р. Структурное моделирование базы данных и базы знаний активных элементов гибких производственных систем. Вестник. Компьютерных и информационных технологий. 2020.07. pp.015-023.

3. Hüseynov A.H., Həsənov İ. Su mühitində ölçmələr aparan konduktometrik ölçü çeviri-cilərinin dinamik xarakteris-tikalarının tədqiqi. SDU Elmi xəbərlər jurnalı. Təbiət və texnika elmləri bölməsi. Sumqayıt 2020, cild 20. № 2, səh. 74-78.

4. Rəhimov Ş.R.,Məmmədova G.A.Ali təhsil müəssisələrində elektron sənədlərin struktur modelinin işlənməsi. SDU Elmi xəbərlər jurnalı. Təbiət və texnika elmləri bölməsi. Sumqayıt 2020, cild 20, №1. səh.65-71

5. Рагимов Ш. Р. Определение и программирование эффективности функционирования активных элементов гибких производственных систем при структурном моделировании. Автоматизация. Современные технологии, № 3, Москва, 2021, стp .112-116.

6. Hüseynov A.H, TalıbovN.H., HüseynovaA.S. Axin xəttində borunun çəkisinin təyin edilməsi texnoloji prosesinin konseptual modelinin işlənməsi. SDU, Elmi xəbərlər jurnalı. Təbiət və texnika elmləri bölməsi. Sumqayıt 2021, № 2.

7. Əhmədov M.A. Robot kollektivlərinin fəaliyyətinin idarəedilməsinin süni intellektli idarəetmə sisteminin arxitekturasının işlənməsiİnformasiya sistemləri və texnologiyalar, nailiyyətlər və perspektivlər II Beynəlxalq elmi konfrans (9-10 iyul, 2020), SDU, Sumqayıt 2020, səh. 248-249.

8. Ахмедов М.А., Халилов Е.О. Исследование гибкой производственной системы на этапе системотехнического проектирования имитационным моделированиям и анализом результатов имитации анимационными экспериментами. Системы управления и информационные технологии. Научно-технический журнал. 2019. №1 (75), cтр. 56-59.

9. Hüseynov A.H., Talıbov N.H. Konseptual modellər əsasında biliklər bazasının avtomatlaşdırılmış sintezinin proqram vəsaitlərinin işlənməsi. SDU Elmi xəbərlər jurnalı. Təbiət və texnika elmləri bölməsi. Sumqayıt 2019, сild 19. № 2., səh. 59-66.

10. Talıbov N.H.Layihələndirmə prosesində situasiyalı konseptual modelin elementlərinin modelləşdirilməsiSDU Elmi xəbərlər jurnalı. Təbiət və texnika elmləri bölməsi. Sumqayıt 2019, cild 19. № 3, səh. 60-64

11. Гусейнов А.Г.,Талыбов Н.Г.Система автоматизированного проектирования машиностроительных изделий на базе конструктивных элементов Сборник трудов Международной научной конференции. Математические методы в технике и технологиях. 5/2019, Санкт – Петербург, издательство Политехнического университета, (3 – 7 июня, 2019 г.), Россия, стр.127-130

12. Talıbov N.H.Layihələndirmə PAT-TERN-ləri əsasında avtomatlaşdırılmış layihələndirmə sistemlərinin işlənməsi məsələləri Sumqayıt Dövlət Universiteti “Kimya tex-nologiyası və mühən-disliyinin innovativ inkişaf perspektivləri” Beynəl-xalq elmi konfrans. (28-29 noyabr, 2019), Sumqayıt 2019.

13. Əhmədov M.A., Zeynalabdıyeva İ.S.Paralel fəaliyyətli isteh-sal modullarının model-ləşdirmə üsulları ilə təd-qiqinin müasir vəziyyətinin təhlili. SDU Elmi xəbərlər jurnalı. Təbiət və texnika elmləri bölməsi. Sumqayıt 2019, cild 19, № 2, səh. 66- 72.

14. Əhmədov M. A.,Məhəmmədli H. M.Çevik istehsal sistemlə-rinin avtomatlaşdırılmış layihələndirilməsinə qo-yulan təlabatların təyiniİnformasiya sistemləri və texno-logiyalar: nailiyyətlər və pers-pektivlər beynəlxalq elmi konfransın materialları, Sumqayıt: SDU 15-16 noyabr, 2018, səh. 393-395.

15. Əhmədova S.M. İstehsal sistemlərinin imitasiya modelləşdirilməsi ilə tədqiqinin avtomatlaşdırılmış layihələndirmə alətinin işlənməsi ARTN, SDU Elmi xəbərlər jurnalı. Təbiət və texnika elmləri bölməsi. Sumqayıt, 2018, № 2, səh. 51-56.

16. Hüseynov A.H.Süni intellekt elementlərinin avtomatlaşdırılmış layihələndirmə sistemlərinə tətbiqiİnformasiya sistemləri və texnologiyalar, nailiyyətlər və perspektivlər II Beynəlxalq elmi konfrans (9-10 iyul, 2020), SDU, Sumqayıt-2020. s.255-257.

17. Talıbov N.H. Avtomatlaşdırılmış layihələndirmə prosesinə Pattern sisteminin tətbiqiİnformasiya sistemləri və texnologiyalar, nailiyyətlər və perspektivlər II Beynəlxalq elmi konfrans (9-10 iyul, 2020), SDU, Sumqayıt 2020, səh. 242-243.

18. Cəfərova Ş.M. Bulud texnologiyasında informasiya təhlükəsizliyinin qeyri-səlis cəbri Petri şəbəkəsi ilə tədqiqiİnformasiya sistemləri və texnologiyalar, nailiyyətlər və perspektivlər. II Beynəlxalq elmi konfrans (9-10 iyul, 2020), SDU, Sumqayıt 2020, səh. 52-54.

19. Rəhimov Ş.R., Məmmədova G.A. Qeyri-səlis mühitdə məntiqi qərar qəbuletməİnformasiya sistemləri və texnologiyalar, nailiyyətlər və perspektivlər II Beynəlxalq elmi konfrans (9-10 iyul, 2020), SDU, Sumqayıt 2020, səh. 264-266

20. Cəfərova Ş.M.Vf tipli qeyri-səlis Petri şəbəkəsinin tətbiqi ilə texnoloji prosesin modelinin işlənməsi SDU Elmi xəbərlər jurnalı. Təbiət və texnika elmləri bölməsi. Sumqayıt 2020, cild 20, №2, səh. 84-88.

«İnformasiya texnologiyaları və proqramlaşdırma» kafedrası

Magistratura səviyyəsində təcrübə növləri aşağıdakılardır:

Magistr təhsil proqramı həm elmi, həm də tədris hissələrini əhatə edir.

sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq müasir üsullarla

araşdırmaların aparılması, dissertasiya işinin hazırlanması və tədqiqat xarakterli tapşırıqların

yerinə yetirilməsi ilə təmin olunur. Bu proseslərin müəyyən hissəsi empirik olaraq Elmi-pedaqoji

təcrübəsi keçirilərkən reallaşır.

Magistrlik dissertasiyası üzrə eksprementlərin aparılması,

texnologiyaların imkanlarından istifadə olunması,

elmi-praktiki konfranslarda, seminarlarda

iştirak üçün məruzələrin hazırlanması Elmi-pedaqoji təcrübəsinin əsas struktur elementlərini

Elmi-pedaqoji təcrübəsi üzrə fərdi tapşırıqların yerinə yetirməsi sayəsində magistrantın

elmi bilik və bacarıq səviyyəsi yüksəlir, elmi yaradıcılıq qabiliyyəti artır.

Magistrlik təcrübələrinin əsas vəzifələri ali məktəbdə alınan nəzəri bilikləri

möhkəmləndirmək, dərinləşdirmək və gələcək əmək fəaliyyətində istifadəsini təmin

etmək, ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, mütərəqqi iş

üsulları ilə, müasir tədqiqat üsullraı ilə və digər məsələlərlə tanış etmək, magiistrantlarda

işgüzarlıq, təşkilatçılıq və kollektivdə çalışmaq vərdişlərini yaratmaq, informasiya-

kommunikasiya texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək və pedaqoji peşəyə

maraq yaratmaq və təlim-tərbiyə işlərini yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf

I. ELMI-PEDAQOJİ TƏCÜRBƏ

Elmi-pedaqoji təcrübənin məqsədi

Elmi-pedaqoji təcrübənin vəzifələri

Elmi-pedaqoji təcrübənin məzmunu

Elmi-pedaqoji təcrübənin davamlılığı və keçirilmə obyekti

Elmi-pedaqoji təcrübənin keçirilməsin mərhələləri

Elmi-pedaqoji təcrübənin keçirilməsinin təşkilati məsələləri

Elmi-pedaqoji təcrübəyə rəhbərlik

Elmi-pedaqoji təcrübə prosesində magistrantın hüqüq və

Elmi-pedaqoji təcrübənin kitabçası

Elmi-pedaqoji təcrübənin hesabatı

Elmi-pedaqoji təcrübənin hesabat sənədlərinin

Hesabatın yazılış forması

Yekun attestasiyası keçirilməsi qaydaları və

Elmi-pedaqoji təcrübənin keçirilməsinin material təminatı

Magistr təcrübələri müvafiq təhsil proqramlarının tərkib hissəsidir. Təcrübənin təşkili,

həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan müvafiq istiqamətlər

(ixtisaslar) üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir.

pedaqoji təcrübə magistr proqramının mühüm tərkib hissəsi olaraq gələcək

magistrlərın ixtisas yönümlü fənnlərin tədrisi üzrə elmi-pedaqoji fəaliyyətlərinin zəruri elmi-

praktiki bilgi, müvafiq səriştə və bacarıq aşılama ilə zənginləşdirilməsini təmin edən təhsil

prosesinin məcburi formalarından biridir.

Magistr hazırlığında elmi-pedaqoji təcrübənin digər bir vacib xüsusiyyəti ondadır ki,

magistratura məzunlarının gələcək fəaliyyəti əksər hallarda rəhbər vəzifələrdə çalışması, yəni

işçi personalın təlimi (tədris materiallarının hazırlanması üçün bacarıq və vərdişlərin əldə

edilməsi, təlim proqramlarının planlaşdırılması, dərs keçirilməsi) ilə əlaqədardır.

Elmi-pedaqoji təcrübənin prinsipial cəhəti onun həm elmi və həm də tədris tərkibli

olmasıdır. Bu mahiyyətdən irəli gələrək hər iki istiqamət üzrə fəaliyyət onun yekun hesabatında

Elmi-pedaqoji təcrübənin nəticələri magistr dissertasiyasının yerinə yetrilməsində

istifadə oluna bilər.

Elmi-pedaqoji təcrübə magistrantların ali məktəb pedaqogikası üzrə nəzəri biliklərini

dərinləşdirib möhkəmlən-dirməklə yanaşı, onlara bu bilikləri bakalavr təhsil pilləsinin tələbləri

ilə aparılan təlim-tərbiyə işində tətbiq etmək bacarığını aşılayır. Magistrantlar ixtisas fənlərini ali

məktəb audito-riyasında tələb olunan səviyyədə tədris etməyi, bilavasitə praktik fəaliyyət, peşə

bacarıq və vərdişlərini öyrənirlər. Magistrantların tələbələrlə qarşılıqlı fəaliyyətini və ünsiyyətini

təşkil etmək, onlarda pedaqoji fəaliyyətə yaradıcı münasibət oyatmaq, müəllimlik peşəsinə

marağı artırmaq magistr hazırlığının tərkib hissəsidir.

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN MƏQSƏDİ

Elmi-pedaqoji təcrübə pedaqogikanın təcrübi əsaslarının mənimsənilməsi və vərdişlərin

əldə edilməsi, elmi-metodik materialların (işçi tədris planının, fənlərin proqramının, tədris-

metodiki vəsaitlərin və s.) tərtib olunma metodikasının mənimsənilməsi, təcrübəli müəllimlərin

apardığı mühazirə, laboratoriya və məşğələ dərslərində iştirak olunması, bakalavr tələbələri üçün

sınaq dərslərinin keçirilməsi məqsədi daşıyır.

Elmi-pedaqoji təcrübə keçən magistrantlar ali məktəb

pedaqogikası üzrə nəzəri biliklərini

dərinləşdirib möhkəmləndirməklə yanaşı, onlara bu bilikləri bakalavr təhsil pilləsinin tələbləri ilə

aparılan təlim-tərbiyə işində tətbiq etmək bacarığını aşılayır. Magistrantlar ixtisas fənlərini ali

məktəb audito-riyasında tələb olunan səviyyədə tədris etməyi, bilavasitə praktik fəaliyyət, peşə

bacarıq və vərdişlərini öyrənirlər. Magistrantların tələbələrlə qarşılıqlı fəaliyyətini və ünsiyyətini

təşkil etmək, onlarda pedaqoji fəaliyyətə yaradıcı münasibət oyatmaq, müəllimlik peşəsinə

marağı artırmaq magistr hazırlığının tərkib hissəsidir

Elmi-pedaqoji təcrübənin əsas məqsədi aşağıdakılardan ibarətdir:

magistrantları İnformasiya texnologiyaları yönümlü fənlərin tədrisinin fəaliyyət

xüsüsiyyətləri ilə tanış etmək və onlarda pedaqoji funksiyaların yerinə yetirilmə bacarığını

magistrantların psixoloji-pedaqoji sahədə biliklərini möhkəmləndirmək, onlara müvafiq

məsələlərin həllində yaradıcı yanaşma bacarığı aşılamaq;

magistrantlarda seçilmiş ixtisas istiqamətində peşəkarlıq biliklərini formalaşdırmaq və inkişaf

magistrantların tədris prosesində alınmış nəzəri biliklərini təcrübi vərdişlərlə

magistrantlarda nitq və ünsiyyət mədəniyyətlərini inkişaf etdirmək;

ELMI-PEDAQOJI TƏCRÜBƏNIN VƏZIFƏLƏRI

Magistr hazırlığının minimum məzmununa və səviyyəsinə qoyulan dövlət tələblərinə

uyğun olaraq magistrant elmi-pedaqoji fəaliyyətə hazır olmalıdır. Elmi-pedaqoji təcrübənin əsas

vəzifələri aşağıdakılardan ibarətdir:

Ali təhsil müəssisəsinin idarəetmə sistemi haqqında təsəvvürün formalaşdırılması;

Tədris işinin təşkilinin, məzmununun və planlaşdırılmasının əsas formaları ilə tanış olmaq;

Ali təhsil sahəsində çalışan müəllim üçün peşə vərdişlərinin formalaşdırılması və inkişaf

Ali məktəb pedaqogikası üzrə əsas biliklərin, tədris, metodiki və tərbiyə işlərinin sərbəst

olaraq yerinə yetirilməsində bacarıq və vərdişlərin əldə edilməsi.

Elmi-pedaqoji təcrübə prosesində magistrant aşağıdakıları

həyata keçirməyi bacarmalıdır:

tədris prosesinin layihələşdirilməsi və təşkilinin metodik işlərini əsaslandırmaq və

auditoriyada çıxış etmək və dərs prosesində yaradıcı mühiti formalaşdırmaq;

pedaqoji fəaliyyətdə yaranmış çətinlikləri təhlil etmək və onların həlli istiqamətində hərəkət

müstəqil psixoloji-pedaqoji tədqiqatlar aparmaq;

müstəqil olaraq, pedaqoji fəaliyyət prosesinə nəzərət etmək və onun nəticələrini

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN KEÇİRİLMƏ YERİ

Magistr pilləsində təhsil alanların elmi-pedaqoji təcrübəsı təhsil aldıqları

ixtisas kafedralarında təşkil olunur. Elmi-pedaqoji təcrübə bakalavr pilləsində təhsil alan

tələbələrin akademik qruplarının dərs cədvəlinə uyğun olaraq universitet auditoriyalarında və

tədris laboratoriyalarında keçirilir.

Elmi-pedaqoji təcrübəsi keçən magistrantlar rektorun əmri ilə ixtisas kafedraların təhkim

olunur, təcrübə rəhbərinin başçılığı altında proqramda nəzərdə tutulmiş işləri icra edirlər.

Elmi-pedaqoji təcrübə keçən magistrantların ali məktəb pedaqogikası və ali məktəbdə

ixtisas fənninin tədrisi metodikası üzrə əldə etdikləri bilikləri sınaqdan keçirməsi məqsədilə onlar

kafedra və magistr proqramının rəhbərinin təyin etdiyi bakalavr təhsil pilləsinin akademik

qruplarına təhkim olunurlar.

Elmi-pedaqoji təcrübənin keçirilmə obyektinin təyinatı hər il Rektorun müvafiq əmri ilə

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNIN MÜDDƏTI

Təcrübənin keçirilmə müddəti magistr hazırlığı aparılan müvafiq istiqamətlər (ixtisaslar)

üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir.

Magistranrların Elmi-pedaqoji təcrübəsi II

tədris ilinin II semestrində 4 (dörd) həftə ərzində keçirilir. Magistrantlar təcrübə qurtardıqdan

sonra 2 həftə ərzində hesabat təqdim edirlər.

Təcrübənin başlanma və bitmə tarixləri m

elmi-pedaqoji təcrübənin təşkil

edilməsi və keçirilməsi barədə AZTU-nun rektorunun əmrində göstərilir

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN TƏŞKİLİ

Təcrübənin təşkili , həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan

müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir. Elmi-

pedaqoji təcrübənin keçirilməsinə ümumi nəzarət və rəhbərliyi fakultə, kafedra və magistr

proqramının rəhbərləri həyata keçirirlər.

Elmi-pedaqoji təcrübənin keçirilməsi üçün magistranta kafedra tərəfindən rəhbərtəyin

Elmi-pedaqoji təcrübə «Elmi-Metodik Şura»sında təsdiq olunan müvafiq proqram əsasında

Magist hazırlığı proqramını həyata keçirən ixtisas kafedraları elmi-pedaqoji təcrübənin

başlanmasına azı 1 ay qalmış AzTU-nun «Təcrübə şöbəsi»nə müvafiq təqdimat

göndərməlidirlər. «Təcrübə şöbəsi» isə öz növbəsində elmi-pedaqoji təcrübənin başlanmasına azı

2 həfətə qalmış müvafiq qərar sənədlərini elmi-pedaqoji təcrübənin rəhbərinə və təcrübənin

keçirildiyi kafedra rəhbərinə göndərməlidir.

Magistrant əsaslandıraraq ona göstəriləcək xidmət haqqını öz şəxsi vəsaiti hesabına

ödəməklə müvafiq imkanlara malik kənar təşkilatda da elmi-pedaqoji təcrübə keçə bilər. Bu

qərar rektorun əmri ilə rəsmiləşdirilir.

Elmi-pedaqoji təcrübə bütün hallarda müvafiq tələblər dolğunluğu ilə yerinə yetirilməlidir.

Onun keçrilməsinin materialları və hesabatları təcrübə təcrübə rəhbəri tərəfindən baxılmalı və

təcrübənin yekunlarına həsr edilmiş kafedra iclasında təsdiq edilməlidir.

Elmi-pedaqoji təcrübəni üzürlü səbəbdən keçməyən magistrantlar təkrar təcrübə

keçməlidirlər. Magistrantın təcrübədə iştirak etməməsi və ya təsbit olunmuş normaları yerinə

yetriməməsi elmi-pedaqoji təcrübənin gündəliyindəki qeydlər və sənədlər əsasında

Elmi-pedaqoji təcrübənin son yekunları təsbit olunmuş sənədlərin təqdimatı əsasında

müvafiq ixtisas kafedralarında attestasiya edilir.

ELMİ-PEDAQOJİ TƏCRÜBƏYƏ RƏHBƏRLİK

lmi-pedaqoji təcrübənin ixtisas kafedrasının professor-müəllim heyəti sırasından seçilir

və magistr proqramının rəhbəri ilə razılaşdırılaraq universitetin rektorunun əmri ilə təsdiq edilir.

Magistr proqramının rəhbəri və elmi rəhbər eyni magistrant üçün elmi-pedaqoji təcrübə

rəhbəri ola bilməzlər. Bir pedaqoq 5 nəfərdən çox magistranta elmi-pedaqoji təcrübə üzrə rəhbər

təyin edilə bilməz.

Elmi-pedaqoji təcrübənin rəhbəri təcrübə planının yerinə yetrilməsinə bilavasitə rəhbərlik

və nəzarət edir.

Elmi-pedaqoji təcrürbənin rəhbəri aşağıdakı vəzifələri yerinə yetirir:

magistr proqramının rəhbəri ilə təcrübənin keçirilməsinə dair işçi proqramınıvə təqvim

müddətlərini razılaşdırır və elmi-pedaqoji təcrübənin gündəliyini təsdiq edir;

təcrübə proqramının keçirilməsi vəzifələrindən irəli gələn təşkilati tədbirləri həll edir;

müəyyənləşdirilməsində və köməklik göstərir ona təcrürbənin sərbəst keçməsi üçün tapşırıqlar

Magistrantla birlikdə elmi-pedaqoji təcrübə keçmək üçün uyğun fənni müəyyənləşdirir və

onların akademik qruplara təhkim olunmasında iştirak edir və fərdi iş planını (tapşırığı) təsdiq

elmi-pedaqoji təcrübə zamanı sual doğuran təşkilati, elmi-pedaqoji məsələlərlə bağlı

magistranta məsləhətlər verir;

elmi-pedaqoji təcrübə zamanı magistrantların müsətiqil fəaliyyətini ilkin qiymətləndirir;

elmi-pedaqoji təcrübənin yekun attestasiyasında komissiyanın iclasında iştirak edir.

Tələbələrə təcrübə proqramının yerinə yetirilməsi barədə hesabat tərtib edilməsində

metodiki yardım göstərir.

Elmi-pedaqoji təcrübənin rəhbəri həmçinin təcrübə günü magistrantların təcrübə kafedraya

təqdim olunması prosesini reallaşdırır və

Tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası

qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır;

/ Elmi-pedaqoji təcrübənin rəyi elmi-pedaqoji təcrübənin gündəyliyində öz əksini tapır/.

ELMİ-PEDAQOJİ TƏCRÜBƏ KEÇƏN MAGISTRANTIN VƏZIFƏLƏRI

Elmi-pedaqoji təcrübə prosesində magistrant aşağıdakıları həyata keçirməyə borcludur:

Elmi-pedaqoji təcrübənin keşirilməsi üçün seçilmiş fənn üzrə mütləq bir neçə (ən azı 3 (üç) )

mühazirədə və seminar məşğələlərində iştirak olunması;

Mühazirələrin və seminar məşğələlərinin keçirilməsi üçün tədris və metodik materialların

hazırlanması və təcrübə rəhbəri ilə müzakirə olunması;

Tanışlıq həftəsi olan I həftə ərzində universitetin strukturu ilə və elmi-pedaqoji təcrübə

keçirilən bölmədəki tədris və pedaqoji fəaliyyətlə tanış olunması, fəaliyyət planının

müəyyənləşdirilməsi və hazırlıq işlərinin aparılması;

Sonrakı üç həftə ərzində mühazirə, laboratoriya və ya məşğələ dərsinin aparılması;

Keçirilmiş dərslərin həm məzmun, həm də metodik nöqteyi-nəzərdən digər magistrantlarla

Seçilmiş fənn üzrə ən az 6 saat mühazirədə iştirak olunması, müəllimin keçirdiyi dərs

haqqında və tələbələrin aktivliyi haqqında öz düşüncələrini yazması;

Eyni ixtisasdan təcrübə keçən digər magistrantların dərslərində iştirak olunması və öz

mülahizələrinin təcrübənin hesabatında göstərilməsi;

Elmi-pedaqoji və Elmi-pedaqoji təcrübəsi üzrə hesabatın hazırlanması və onun gündəliklə

birlikdə təcrübə qurtardıqdan sonra 2 həftə ərzində təcrübə rəhbərinə təqdim olunması.

Magistrantlara təcrübə obyektinə daxil olduqları andan etibarən əmək mühafizəsi və daxili

əmək intizamı qaydaları tətbiq olunur. Bu qaydaların pozulması zamanı müvafiq intizam cəzası

tətbiq edilə bilər.

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİ KEÇİRİLMƏ

Magistrant keçiriləcək elmi-pedaqoji təcrübənin ilk – I mərhələsində /1-2-ci həftələr/ fərdi

plan (tapşırıq) hazırlayır və onun təcrübə rəhbərləri ilə razılaşdıraraq təsdiq etdirir. Fərdi plan

(tapşırığı) magistrantın elmi-pedaqoji təcrübə kitabçasında öz əksni tapır.

Fərdi plana (tapşırığa) uyğun olaraq magistrant aşağıdakı işləri yerinə yetirməlidir:

ali təhsil müəssisəsində tədris problemləri üzrə psixoloji-pedaqoji ədəbiyyatlarla tanış olmaq

və onları öyrənmək;

mühazirə, seminar, laboratoriya və praktiki dərslərin hazırlanması və keçirilməsi metodikası

ilə tanış olmaq;

kurs və buraxılış işlərinin, məqbul və imtahanların layihələndirilməsi prosesini öyrənmək;

innovasiyalı, mütərəqqi təhsil texnologiyalarını mənimsəmək;

tədris kompüter proqamları və digər müvafiq texniki vasitələrlə tanış olmaq.

I mərhələnin nəticələri üzrə magistrant müvafiq icmal sənədi /konspekt/ hazırlayır.

II mərhələdə /2-ci həftə/ magistrant təcrübəli pedaqoqların dərslərində müşahidəçi kimi

Magistrant müşahidəçi rolunda iştirak etdiyi dərslərdə pedaqoji prosesin təşkilini müəllim-

tələbə qarşılıqlı münasibətləri baxımından təhlil edir. Apalılmış təhlilin nəticələri müstəqil olaraq

yazılı qaydada tərtib olunur.

Resenziya-reytinqin cədvəl şəkilli yazılış formiası elmi-pedaqoji təcrübənin gündəliyində

öz əksini tapır.

Magistrant eyni zamanda müşahidəçi qismində digər magistrantların da apardığı dərslərdə

də iştirak etməlidir.

Elmi-pedaqoji təcrübənin III mərhələsində /3-cü həftə/ magistrant sərbəst hərəkət edir:

mühazirə, seminar, parktiki məşğələ, laboratoriya işi və sair üzrə məsləhətləşmələr aparır;

müxtəlif multimedia məhsullarını və hazırlanmış əyani vəsaitləri nümayiş etdirir;

psixoloji-pedaqoji testlər keçirir;

keyslər, işgüzar oyunlar və dərslərin digər innovasiya formalarını hazırlayır

Son mərhələdə magistrant /4-cü həftə/ ali təhsilin keyfiyyətinin artırılmasına həsr olunmuş

«dəyirmi masada» iştirak edir. Elmi-pedaqoji təcrübənin hesabatını hazırlayır və onu müdafiə

edir. Elmi-pedaqoji təcrübə haqqında hesabata keçirilmiş dərslərin metodik təminatı (dərsin qısa

məzmunu, yoxlama sualları, məsələlər, testlər və ədəbiyyat siyahısı) daxil edilməlidir.

YEKUN ATTESTASİYANIN KEÇİRİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Yekun attestasiyası elmi-pedaqoji təcrübənin hesabatının müdafiəsi formasında magistr

proqramının rəhbərinin iştirakı ilə təqdim olunmuş müvafiq sənədlər əsasında kafedrada keçirilir.

Bu məqsədlə ixtisas kafedrasında 3 nəfərdən az olmayaraq attestasiya komissiyası yaradılır.

Komissiyanın tərkibinə kafedranın müdiri /sədr/, elmi-pedaqoji təcrübənin rəhbəri və ixtisas

kafedrasının müəllimləri sırasında üzv və üzvlər daxil edilir.

Elmi-pedaqoji təcrübənin yekunları differensial məqbul formatında beş ballı sistem üzrə

qiymətləndirilir və nəzəri təlim qiymətləri ilə eyni səviyyədə götürülür.

Magistrant elmi-pedaqoji təcrübənin hesabatının müdafiəsi zamanı çıxışını təcrübə

prosesində əldə olunmuş nailiyyətlər və özünün şəxsən qazandığı yeni biliklər əsasında quraraq

Qiymətləndirmə hesabat materialları əsasında kompleks şəkildə aparılır və buraya ümumi

ixtisas fənlərinin tədrisi üzrə müəllimin müstəqil funksional fəaliyyəti üçün bütün vacib

xüsüsiyyət və keyfiyyətlərdə əhatə olunan aşağıdakı göstəricilər daxil edilir:

psixoloji-pedaqoji və metodoloji biliklər;

pedaqoji bacarıq /tədris etmə, layihələndirmə, konstruktivlik, kommunikativlik, təşkilatçılıq,

təribiyəvi funksiyaların yerinə yetirilməsi hazırlığı/;

iqtisadi fənlərin tədrisinə maraq və motivasiya;

məsuliyyət və müstəqillik dərəcəsi;

elmi-pedaqoji və metodik işin keyfiyyəti;

özünü təhlil və özünü qiymətləndirmə səriştəsi.

Müsbət qiymət almaq üçün magistrant elmi-pedaqoji təcrübənin proqram tələblərini tam

yerinə yetirməli, cari və yekun sənədlərini vaxtında tərtib etməlidir.

Magistrantın təcrürbənin nəticələrinə görə fəaliyyətinin qiymətləndirilməsi üçün

aşağıdakılar əsas götürülür:

I.Müasir şəraitdə magistrantın psixoloji hazırlığının qiymətləndirilməsi.

II.Müasir şəraitdə magistrantın texnoloji hazırlığının qiymətləndirilməsi:

tədris-təlim prosesinin təşkili üzrə müvafiq normativ sənədlər üzrə biliklərə malik olma;

tədris olunan fənlər üzrə ümumi biliklərin nümayiş etdirilməsi.

III. Öz fəaliyyətini planlaşdırmaq bacarığının qiymətləndirilməsi:

məqsədlərə çatmaq üçün real imkanların və ehtiyatların nəzərə almınması bacarığı.

magistrantın öz fəaliyyətini planlaşdırma bacarığının proqnozlaşdırılması;

IV. Magistrantın müəllimlik /pedoqoqluq/ fəaliyyətinin qiymətləndirilməsi:

tədris proqramlarının yerninə yetirilməsi;

dərslərin aparılmasının medodikaya uyğunluğu;

tədris edilən predmetə maraq;

tədrisin aktiv metodlarından istifadə səviyyəsi.

V. Magistrantın özünün professional səviyyəsinin yüksəldilməsinin qiymətləndirilməsi:

tədrisin effektiv metod və tiexnologiyalarının axtarışının qiymətləndirilməsi;

özünü təkmilləşdirmə bacarığı.

VI. Magistrantın şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi:

mənəvi-əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi.

VII. Elmi-pedaqoji təcrübəyə və rəhbərin tapşırığının yerinə yetiriməsinə münasibət:

Hər bir göstərici 5 ballıq sistem üzrə qiymətləndirilir və bölgü əsasında orta qiymət

Elmi-pedaqoji təcrübənin yekun attestasiyası müvafiq qaydada protokollaşdırılır.

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN MƏZMUNU

Elmi-pedaqoji təcrübənin keçirilməsində magistrantın pedaqoji fəaliyyətinin müxtəlif növlərini

mənimsəməsi nəzərdə tutulur:

ELMİ-PEDAQOJİ TƏCÜRBƏNİN KEÇRİLMƏSİNİN TƏŞKİLATİ MƏSƏLƏLƏRİ

Elmi-pedaqoji təcürbəsinin keçirilməsinə ümumi nəzarət və rəhbərliyi AzTU-nun

«Doktorontura və magistratura» şöbəsi və magistr proqramının rəhbərləri həyata keçirirlər.

Elmi-pedaqoji təcürbəsinin keçrilməsi üçün magistrantlara AzTU və təcürbənin keçirildiyi

təşkilat /təcrübə obyekti/ tərəfindən ayrı-ayrılıqda rəhbərlər təyin olunur.

Elmi-pedaqoji təcürbəsinin AzTU tərəfindən rəhbəri magistr proqramını həyata keçirən

ixtisas kafedrasının professor-müəllim heyəti sırasından seçilir və magistr proqramının rəhbəri

ilə razılaşdırılaraq universitetin rektorunun əmri ilə təsdiq edilir.

Elmi-pedaqoji təcrübəsi kənar təşkilat tərəfindən realaşdırıldıqda təcürbənin başlanmasına

azı 10 gün qalmış tərəflər arasında müvafiq razılaşdırmalar aparılmalıdır.

Kafedra Elmi-pedaqoji təcrübəsinin başlanmasına azı 1 ay qalmış AzTU-nun

«Doktorontura və magistratura» şöbəsinə müvafiq təqdimat sənədlərini göndərməlidirlər. Şöbə

isə öz növbəsində Elmi-pedaqoji təcrübəsinin başlanmasına azı 2 həftə qalmış müvafiq sənədləri

elmi rəhbərə və təcürbənin keçirildiyi obyektin müdiriyyətinə göndərməlidir.

Elmi-pedaqoji təcrübəsi bütün hallarda bu metodik göstərişin tələbləri səviyyəsində yerinə

yetirilməlidir. Onun keçrilməsinin materialları və hesabatları təcrübə keçrilən təşkilatın təcrübə

rəhbəri tərəfindən baxılmalı və təcürbəsinin yekunlarına həsr edilmiş iclasda təsdiq edilməlidir.

Üzürlü səbəbdən Elmi-pedaqoji təcrübəsi keçməyən magistrantlar bu prosesə təkrar cəlb

olunurlar. Bu zaman bütün xərclər magistrantın şəxsi hesabına təmin olunur və təcrübə tədris

prosesindən kənar vaxtda yerinə yetirilir.

Üzürlü səbəb olmadan təcrübə keçməyən magistrantlar akademik borcu qalır. Magistrantın

təcrübədə iştirak etməməsi və ya təsbit olunmuş normaları yerinə yetriməməsi Elmi-pedaqoji

təcürbəsinin kitabçasındakı qeydlər və sənədlər əsasında rəsmiləşdirilməlidir.

TƏCRÜBƏ ÜZRƏ MAGİSTRANTIN

Elmi-pedaqoji təcrübəsinin son yekunları təsbit olunmuş sənədlərin təqdimatı əsasında

müvafiq ixtisas kafedralarında attestasiya edilir.

Magistrantın Elmi-pedaqoji təcrübəsin üzrə toplaya biləcəyi yekun balın maksimum

miqdarı 100-ə bərabərdir. Bu balların yarısı təcrübə ərzindəki fəaliyyətə, digər yarısı isə yekun

atestasiyanın (müdafiənin) nəticələrinə görə toplanır:

Davamiyyət – 10 bal

Yekun hesabat – 30 bal

Təcrübə rəhbərinin rəyi – 10 bal

Təqdimat (müdafiə) – 50 bal

Çatışmayan göstəricilər “0” olaraq qiymətləndirilir. Qeyri-kafi qiymətləndirilmiş magistrantlar

akademik borcu qalır.

Magistrant fərdi tapşırıq (plan) əsasında kompüterdə standarta uyğun yığılmış 20

səhifədən (probelsiz 40 min

50 min arası sayda işarədən) ibarət Elmi-pedaqoji təcrübəsinin

məzmununu əks etdirən hesabat hazırlayır. Elmi-pedaqoji təcrübəsinin çap edilmiş və Microsoft

Word (və ya Adobe Reader) formatda yekun hesabatı təcrübənin son günü kafedraya təhvil

verilir. Rəhbər tərəfindən müsbət rəy verilən hesabat müdafiəyə təqdim olunur. Köçürülmə

halları aşkarlanan və ya standarta uyğun hazırlanmayan hesabat müdafiəyə buraxılmır.

Yekun attestasiya Elmi-pedaqoji təcrübəsinin hesabatının müdafiəsi formasında magistr

proqramının və elmi rəhbərlərin iştirakı ilə təqdim olunmuş müvafiq sənədlər əsasında ixtisas

kafedralarında keçirilir. Bu məqsədlə ixtisas kafedrasında 3 nəfərdən az olmayaraq attestasiya

kommisiyası yaradılır. Kommisiyanın tərkibinə ixtisas kafedrasının müdiri /sədr/, Elmi-pedaqoji

təcürbəsinin rəhbəri və ixtisas kafedrasının müəllimləri sırasında üzv və üzvlər daxil edilir. Elmi-

pedaqoji təcrübəsi AzTU-da keçirildiyi təqdirdə təcrübə obyektinin rəhbəri də kommisiyaya üzv

kimi daxil edilir.

Magistrant hesabatın müdafiəsi üçün hesabatın əsas müddəalarını əks etdirən 7

7 slayddan ibarət elektron təqdimat (məruzə) hazırlamalıdır. Komissiya tələbənin

hazırladığı məruzəni onun keçdiyi Elmi-pedaqoji təcrübəsinin ən vacib və əhəmiyyətli hissəsi

Yekun attestasiyada hesabatın müdafiəsi zamanı magistrant Elmi-pedaqoji təcrübəsi

zamanı əldə olunan nailiyyətlərlə çıxış etməli, özünün qazandığı yeni təcrübi bilikləri təqdim

Yekun attestasiyasının nəticələri magistrantlar tərəfindən hazırlanmış hesabat

materiallarının keyfiyyəti və həcminə müqabil olaraq təcrübə proqramı və fərdi iş planının

(tapşırığı) yerinə yetrilməsi səviyyəsi ilə müəyyən edilir.

Attestasiya zamanı rəhbər hesabatın müvafiq balla qiymətləndirilməsi üzrə əsaslandırılmış

qısa rəy tərtib edir. Komissiyanın yekun qərarından sonra təkrar müdafiəyə icazə verilmir.

ELMİ-TƏDQİQAT TƏCÜRBƏSİNİN HESABATI

Elmi-pedaqoji təcrübəsinin yekun hesabatı keçrilən təcrübə prosesinin qiymətləndirmə

sənədidir. Onun strukturu və məzmunu mövcud standartlara cavab verməlidir

Elmi-pedaqoji təcrübəsinin yekun hesabatı aşağıdakı strukturda tərtib olunur:

magistrantin Elmi-pedaqoji təcrübəsi üzrə fərdi

İXTISARLARIN SIYAHISI (hesabatda varsa)

Əsas hissə (hesabatın məzmunu)

1. Birinci bölmə və ya paraqrafın adı

2. İkinci bölmə və ya paraqrafın adı.

İRAD VƏ TƏKLIFLƏR

Elmi-pedaqoji təcrübəsinin hesabatının struktur hissələri aşağıdakı məlumatları əks erdirməlidir:

Üz səhifə (1 səh.)

Standart (titul vərəqi (təhsil müəssisəsi, fakültə, ixtisas, təcrübənin rəhbəri, magistrant adı

göstərilməklə) –kafedra tərəfindən təqdim olunur.

Elmi-pedaqoji təcrübəsi üzrə magistrant təqdim edilmiş plan əsasında tərtib olunur

Hesabata daxil olan struktur elementlərinin siyahısı

Şərti işarələrin, abbravitura, vahidlər və terminlərin siyahısı

Təcrübənin məqsədi, başlanma və davam etmə müddəti, keçirilmə obyekti, təcrübə zamanı

yerinə yetrilmiş iş və tapşırıqların təsnifatı, təcrübə zamanı əldə edilmiş səriştə və bacarıqlar

haqqında təsviri məlumat.

Elmi-pedaqoji təcrübəsi üzrə tapşırığın yerinə yetirilməsinin təsviri

Nəticə (1-2 səhfə)

Təcrübənin əsas nəticələr və təkliflər

Hesabatın hazırlanması üçün tədbiq olunan mənbələr

Hesabatda məzmunun tələblərinə uyğun olaraq bir və ya bir neçə əlavə verilə bilər. Əlavələr

hesabatın əsas hissəsində göstərilməyən informasiya materiallarından: cədvəllər qrafiklər,

sxemlər və digər sənədləri əks etdirir və hesabatın ümumi həcminə aid olunmur.

İrad və təkliflər

Elmi-pedaqoji təcrübəsinin təşkili üzrə arzu, istək, təklif və iradlar (Hesabata əlavə oluna

Elmi rəhbər hesabatın strukturunun və həcminin müəyyən olunmasında əlavə göstərişlər

ELMI-PEDAQOJI TƏCRÜBƏSININ HESABATININ TƏRTIBAT QAYDALARI

Elmi-pedaqoji təcrübəsinin hesabatı aşağıdakı tələb və qaydalarla tərtibat olunmalıdır:

Üz (titul) vərəqi

İxtisarların (Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı)

İstifadə edilmiş ədəbiyyat və onlara istinad

Elmi-pedaqoji təcrübəsinin hesabatı MS Word proqramında A4 formatlı səhfə üzrə sətirlərarası

Line Spacing

) stil, 14 ölçü (Size) və Times New Roman şrifti (Font)

(Justified) yığılır. Səhifədə sətirlərin sayı 29

31, sətirdəki işarələrin probelsiz sayı 65

Mətndəki bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqda olmalıdır. Kursiv (Italic)

və yağlanmış (Bold) sözlər və mətn hissələr istifadə edilməməlidir .

Mətn boş sahələrin (Page Setup) aşağıdakı ölçüləri gözlənilməklə çap edilir:

sol boş sahə (Left) – 30 mm, sağ boş sahə (Right) – 10 mm,

yuxarı (Тор) və aşağı (Bottom) – 20 mm, yeni sətirin başlanması (First line) -1,27sm

Mətn A4 (210×297 mm) formatlı ağ kağızın bir üzündə, şəkillər və cədvəllər A3 (297×420 mm)

formatda çap oluna bilər.

Hesabatın həcmi 20-25 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna

olmaqla) təşkil etməlidir.

Əsas mətni bəndlərə bölünür. Əsas hissənin adı mətnə simmetrik şəkildə, böyük hərflərlə,

bölmələrin başlıqları isə abzasdan başlayaraq birinci baş hərf istisna olmaqla sətri (kiçik) hərflərlə

yazılmalıdır. Başlıqların yazılışında sözlər sətirdən sətrə məcburi keçirilməməli, başlığın sonunda nöqtə

qoyulmamalıdır. Əgər başlıq iki cümlədən ibarətdirsə, onları nöqtə qoymaqla bir-birindən ayırmaq

lazımdır. Başlıqlar, eləcə də başlıq və mətnin (bəndin) arasındakı məsafə 2 interval olmalıdır. Başlığın

altından xətt çəkmək olmaz.

«MÜNDƏRİCAT», «GİRİŞ», «NƏTİCƏ », «İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT», «ƏLAVƏLƏR»

sözləri hesabatın struktur hissəsinin başlığı kimi qəbul edilməlidir. Bu sözlər vərəqin yuxarı hissəsində

simmetrik yazılmalı və sonunda nöqtə qoyulmamalıdır

Hesabatın səhifələri üz vərəqi də nəzərə alınmaqla ərəb rəqəmləri ilə ardıcıl olaraq nömrələnir. Üz

vərəqində nömrə çap edilmir, ondan sonra gələn səhifə “2” rəqəmi, sonrakı səhifələrdə isə ardıcıl

nömrələr səhifənin yuxarı sağ küncündə çap edilir

Əsas hissənin bölmələri, istifadə olunmuş ədəbiyyat siyahısına daxil olan bütün nəşrlər ərəb

rəqəmləri ilə ardıcıl nömrələnməlidir. Mündəricat, giriş və nəticəyə nömrə qoyulmur .

Bölmələrin daxilində bəndlər olduqda isə məsələn: 2..1. (ikinci bölmənin birinci bəndi) kimi

Ayrıca səhifədə yerləşən illüstrasiyalar da (cədvəllər, çertyojlar, sxemlər, qrafiklər) hesabatın

səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan illüstrasiyalar bir səhifə kimi qəbul edilir

və hesabatın sonunda nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir.

Rəqəmli materiallar, adətən, cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı olmalıdır. “Cədvəl”

sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından xətt çəkilməməlidir.Cədvəl, mətndə ona

ilk istinaddan sonra elə yerləşdirilir. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir

neçə səhifədə yerləşdirmək olar. Fəslin içindəki cədvəllər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir

(əlavədə verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin

nömrəsindən və cədvəlin ardıcıl nömrəsindən ibarətdir. Məsələn: cədvəl 1.2. (birinci fəslin ikinci

cədvəli). Əgər hesabatda cəmi bir cədvəl varsa, onu nömrələmək və “Cədvəl” sözü yazmaq lazım

deyildir. Cədvəlin adı və nömrəsi cədvəlin üstündə, sağ küncdə yerləşdirilir. Nömrə çap edilir. Cədvəlin

sütun və sətirlərin başlıqları, içərisindəki məlumatlar üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval

Mətni izah edən illüstrasiyalar (cədvəllər, çertyojlar, sxemlər, qrafiklər və ya başqa təsvirlər)

keyfiyyətli olmalıdır. Hesabatda ancaq kompüter və ya cizgi yolu ilə yerinə yetirilmiş şəkillərdən və

orijinal fotolardan istifadə etmək olar.İllüstrasiyalar elə yerləşdirilməlidir ki, hesabatı döndərmədən və ya

saat əqrəbi istiqamətində döndərdikdə onlara baxmaq mümkün olsun. İllüstrasiyalar mətndə onlara birinci

istinaddan sonra yerləşdirilməlidir.İllüstrasiyalar (cədvəllərdən başqa) “Şək.” sözü ilə nişanlanır və

hesabatın daxilində ərəb rəqəmləri ilə nömrələnir.

Riyazi ifadələr (tənliklər, düsturlar və başqa riyazi təsvirlər) MS Word proqramının düstur

redaktoru (Equation 3.0) ilə tərtib olunur. Mətndə verilən riyazi ifadələr (sayı birdən artıqdırsa) ərəb

rəqəmləri ilə ardıcıl nömrələnməlidir. Riyazi ifadənin nömrəsi bir-birindən nöqtə ilə ayrılmış fəslin və

formulun ardıcıl nömrələrindən ibarətdir. Riyazi ifadənin nömrəsi onunla bir səviyyədə səhifənin sağ

tərəfində və sətrin sonunda mötərizənin içində yazılır. Məsələn: (3.1)-yəni üçüncü fəslin birinci

formulu. Riyazi ifadədə rast gəlinən simvolların qiyməti və ədədi əmsalların izahı, onların bu ifadədə

yerləşmələr ardıcıllığını nəzərə alaraq, bilavasitə ifadənin altında verilir. Hər bir simvolun və ədədi

əmsalın qiyməti yeni sətirdə yerləşdirilir. İzahatın birinci sətri “Burada” sözü ilə başlanır. Riyazi ifadələri

mətndən boş sətirlər vasitəsilə ayırırlar. Hər riyazi ifadənin üstündə və aşağısında bir boş sətir olmalıdır.

Əgər ifadə bir sətrə yerləşməyibsə, onun ardı bərabərlik (=) və ya plyus (+), minus (-), vurma (x), bölmə

(:) işarələrindən sonra yeni sətrə keçirilə bilər

İstifadə edilmiş ədəbiyyat və onlara istinad

Elmi-pedaqoji təcrübəsinin hesabatı yazılması prosesində müəllif müvafiq istiqamətdə mövcud

mənbələrə istinad edə bilər. Bunun üçün də o, istinad etdiyi və sitat gətirdiyi ədəbiyyatın siyahısını tərtib

etməlidir. Bu zaman ədəbiyyatın adı ilə yanaşı müəllifin adı, şəhər, nəşriyyat, buraxılış tarixi və

səhifələrin sayı göstərilməlidir. Hesabatın mətnində istifadə olunmuş informasiya mənbələri ədəbiyyat

siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat

siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir (məsələn: [1] və

İstifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə: Azərbaycan, sonra türk, rus, ingilis,

fransız, ərəb və s.) əlifba sırası ilə yazılır və ardıcıli nömrələnir. İstifadə edilmiş ədəbiyyat siyahısında son

5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir. İstinad olunan mənbələrin biblioqrafik təsviri onun

növündən asılı olaraq verilməlidir.Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi

göstərilir: Kitabların (monoqrafiya, dərsliklər və s.) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə

tərtib edilir, müəlliflər dörd nəfərədək oduqda müəllifin və ya müəlliflərin soyadı və ya inisialları veirlir.

Müəllifi göstərilmiyən və dörddən artıq müəllifii kitablar (kollektiv monoqroafiya və dərsliklər) kitabın

adı ilə verilir.Mətnin altında sətiraltı istinadlar məqsədəuyğyn deyildir.

Əgər hesabatda spesifik terminoloqiya, həmçinin geniş yayılmamış ixtisarlar, yeni simvollar,

işarələr və s. istifadə edilmişsə, onların siyahısı «İxtisar siyahısı» başlığı altında ayrıca vərəqlə hesabatın

əvvəlində verilməlidir. Siyahı sütün şəklində yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ

tərəfində isə onun dəqiq açılışı verilir.Əgər hesabatda xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç

dəfədən az təkrar edilirsə, onda siyahı tərtib edilmir

Əlavələr kurs işinin davamı kimi tərtib olunur və son səhifələrdə mətndəki istinad ardıcıllığı ilə

yerləşdirilir. Əlavədə müdafiyəyə təqdim olunan illyuİllüstrasiyalar haqqlnda məlumat, alqoritmlərin blok

sxemi, proqramın listinqi və icrasının nəticəltəri əks olunur.

NORMATIV ISTINADLAR:

1.«Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu»

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanı

2.«Ali təhsil pilləsinin dövlət standartı və proqramı»

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli qərarı (№75)

3. «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə

tədrisin təşkili Qaydaları»

4.Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 1997-ci il

tarixli qərarı (№ 15)

5. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı

6. “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında

Azərbaycan Respublikası Təhsil Nazirinin əmri 20.04.1998-ci il № 202

7. “Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar haqqında”

Azərbaycan Respublikası Təhsil Nazirinin əmri 10.11.98-ci il tarixli 742 saylı əmri

İnformasiya texnologiyaları

“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetiri­lən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin olmasına şərait yaradır. Avtomatlaş­dırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.

Informasiya nəzəriyyəsi

İnformasiya termini latınca “information” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin əksəriyyətində “informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi adlandırılır.
İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur. İnformasiya təsvir edil­miş məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir. Obyekt və ya proses haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər.
Verilənlər uzun müddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən dəqiq qeyd olunmuş informasiyadır.
Bilik təcrübədə dəfələrlə sınaqdan çıxmış, təsdiqini tapmış və müxtəlif məsələlərin həllində istifadə edilən informasiyadır.
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə də informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:

  • Obyektivlik. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır.
  • Tamlıq. İnformasiyanın tamlığı tədqiq edilən obyekt və ya proses haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən edilir.
  • Dəqiqlik. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni informasiya dəqiq olmalıdır.
  • Adekvatlıq. İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir.
  • Aktuallıq. İnformasiya mövcud zaman anına uyğun olmalıdır.
  • Anlaşıqlıq. İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa düşülməlidir.

Verilənlər də informasiyanın növü olmaqla bərabər özlərinə məxsus xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardır:
1. Mötəbərlilik. Mötəbərliliyin təmin olunması üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:
– verilənlərin toplanması üçün obyektin düzgün seçilməsi;
– ölçmələr üçün ən əhəmiyyətli əlamətlər yığımının müəyyənləşdirilməsi;
– obyektlərin miqdarının kifayət qədər olması;
– verilənlərin həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olması.
2. Verilənlərin dəqiqliyi. Verilənlərin dəqiqliyi də özlüyündə aşağıdakı kimi təsnif olunur:
– formal dəqiqlik- hansısa formallığa istinad edilərək müəyyənləşdirilən dəqiqlikdir;
– real dəqiqlik- real şəraitə uyğun olaraq mövcud olan dəqiqlikdir;
– maksimal və ya əldə oluna bilən dəqiqlik- bu dəqiqlik verilənlərin toplanmasının konkret şəraitinə uyğun olaraq müəyyənləşdirilir;
– tələb olunan lazımi dəqiqlik- həlli qarşıya məqsəd qoyulmuş məsələnin tələblərinə uyğun olaraq müəyyənləşdirilir.
3. Verilənlərin gerçəkliyi. Bu xüsusiyyət verilənlərin ən başlıca xüsusiyyətidir. Başqa sözlə “ lazımi informasiya keyfiyyətsiz verilənlərdən alına bilməz” prinsipi burada ali prinsip kimi qəbul edilir. Praktikada verilənlərin gerçəkliyinə təsir edən əsas amillər aşağıdakılardır:
– – ölçülən verilənlərin dəqiqliyi;
– – ölçmə və hesabat metodikası;
– – maraqlı şəxslər tərəfindən informasiya prosesinin müxtəlif mərhələlərində edilmiş təhriflər.

Biliklər də informasiya növü kimi informasiyanın əsas xüsusiyyətlərindən əlavə yalnız özünə məxsus xüsusiyyətlərlə xarakterizə edilir. Əslində bu xüsusiyyətlər biliklərin mövcudluq növlərində özünü büruzə verirlər. Biliklər aşağıdakı mövcudluq növlərinə malikdirlər:
– konkret sahəyə aid informasiyadan istifadə edən maddi və ya konkret biliklər. Bu biliklər çox vaxt konkret qoyulmuş məsələnin həlli metodikaları olurlar.
– Müxtəlif sahələr üzrə informasiyalardan alınmış konseptual və ya ümumiləşmiş biliklər. Adətən bu cür biliklər informasiyadan yeni biliklərin alınması metologiyaları olur.
– Metabiliklər- biliklər haqqında biliklər- yeni biliklər yaradan elmdir.
Göründüyü kimi informasiya, verilənlər və biliklər əslində informasiyanın növləri olduqlarından, onların malik olduqları həm ümumi xüsusiyyətlər, həm də fərdi xüsusiyyətlər müəyyən anda eyniləşir. Bu isə informasiya növləri arasında olan əlaqələr və onların bir-birinə çevrilməsindən irəli gəlir.

İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.
Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır. Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar. İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər. Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir.

İnformasiyanın həcmi çox vaxt üç növ ölçü vasitəsilə hesablanır:

  • işarələr ilə;
  • informasiyanın quruluş vahidləri ilə;
  • informasiya daşıyıcıları ilə.

İnformasiyanı təsvir etmək məqsədilə şifahi danışıqdan, qrafiklərdən də istifadə etmək olar.

Informasiya texnologiyaları

İnformasiya texnoloji nöqteyi-nəzərdən ötürülmə, saxlanma, işlənmə obyekti kimi müəyyən edilir. İnformasiyaya formal olaraq məzmun cəhətdən baxıldıqda o, işlənməyə, emala məruz qalır. Belə olan halda informasiya proseslərinin girişində olan məlumatlar “xammal” rolunu, çıxışındakı məlumatlar isə “hazır məhsul” rolunu oynayır.
İnformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Digər tərəfdən cəmiyyətin informasiya resusrlarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur.
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaramnışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.
İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
İnformasiya texnologiyasında məqsəd insan tərəfındən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə informasiya emalı texno­logiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticə informasiyanın keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və telekommu­nikasiya vasitə­lərindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı.

Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da aşağı­dakılardır:
– kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
– proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
– həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
İnformasiya istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək yeni keyfıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Proqram vasitələri istifadəçi tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kompüterlər üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir. Belə vasitələr kimi fərdi kompüterlər üçün geniş yayılmış müxtəlif sahələrə aid tətbiqi proqramlardan istifadə edilir.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə sıx bağlıdır. İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan proses­dir. İnformasiya texnologiyasınm əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələ­rindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya və idarəetmə texnologiya­larından birgə və bacarıqla istifadə olunmasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqo­ritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.
Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Əvvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq araşdırıldıqdan sonra əsas təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil edilir. Daxil edilmiş məlumatlar ümumi qanunlar əsasında sistemləşdirilir və emala göndərilir. Emal prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına göndərilir. Göründüyü kimi ümumilikdə informasiyanın müasir kompüterlərdə işlənməsi vahid proses olmaqla bərabər, ayrı-ayrı yerinə yetirilə bilən və özünəməxsus xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir.
İnformasiya adətən tədqiq edilən proses və ya obyektə uyğun ilkin sənədlərdən və təcrübələrdən əldə edilərək toplanır. Toplanmış informasiyanın saxlanılması və ötürülməsi məqsədilə kodlaşdırmadan istifadə edilir.

Ümumiyyətlə, əsas informasiya proseslərinə məlumatların yığılması, onların qeyd edilməsi və kodlaşdırılması, çoxaldılması, bir yerdən başqa yerə ötürülməsi, saxlanması, axtarılması, təhlili və istifadə edilməsi aiddir. Bu informasiya prosesləri içərisində məlumatların yığımasının texniki səviyyəsi xeyli aşağı, əməliyyatların həcmi isə yüksək olur. İnformasiyaların yığımasının ardınca onun müxtəlif sənədlərdə, məlumat daşıyıcılarında qeyd edilməsi ilə yanaşı əks etdirilməsi əməliyyatları da baş verir.
İlkin informasiyanın qeydiyyatı ilə nəticə informasıyanın qeydiyyatını bır–birindən fərqləndirmək lazımdır. İlkin informasiyanın toplanması və qeydiyyatı adətən eyni zamanda baş verdiyi üçün onlar əlaqəli surətdə nəzərdən keçirilir. Çox zaman informasiyanın növbəti qeyd edilməsi ilə onun kodlaşdırılması prosesi birgə yerinə yetirilir. Məlumatların kodlaşdırılması onların daha yığcam və tez əks etdirilməsini, fərdi kompüterlərin köməyi ilə təhlilinin həyata keçirilməsini, ötürülməsi ilə yanaşı saxlanılmasını asanlaşdırır. Bu zaman sözlər və informasiya elementləri şərti rəqəm və ya hərf işarələri- kodlarla ifadə olunur. Müasir kompüterlərdə informasiyanın kodlaş­dırılması məqsədilə ikilik say sisteminin rəqəmlərindən istifadə edilir.
İnformasiyamn saxlanması və axtarışı prosesi onun uzun müddət öz əhəmiyyətini itirməməsi, dövri xüsusiyyət daşıması, təkrar işlənməsi məqsədləri üçün istifadə olunmasından və sairədən irəli gəlir. İstər ilkin, istərsə də törəmə informasiya müxtəlif müddətli saxlanmaya və axtarışa məruz qalır. Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq informasiyanın saxlanmasının və axtarişinın forma və üsulları, texniki vasitələri ildən-ilə təkmilləşdirilir.
Əslində informasiya daşıyıcısı kimi insan beynini, kağızı, kitabları, jurnal və qəzetləri, audio və video kasetləri, maqnit diskləri və lentlərini, compakt diskləri, DVD diskləri, fleş diskləri və s. hesab etmək olar. Lakin müasir kompüterlər bu qurğulardan daha çox tutma və sürətlə işləmə qabliyyətinə malik olanlardan istifadə edir.

İnformasiyanın saxlanması məqsədilə fayllardan istifadə olunur. Fayl diskin və ya informasiya daşıyıcısınin adlandırılmış hissəsidir. Hər bir fayl özündə eyni ad altında birləşdirilmiş müəyyən informasiyanı saxlayır. Fayllar ada malik olurlar. Eyni bir informasiya daşıyıcısında eyni adlı iki fayl ola bilməz. Belə halda birinci məzmun silinərək ikinci yeni məzmun saxlanılır. Faylin adı MS DOS əməliyyatlar sistemində maksimum 11, Windows əməliyyatlar sistemində isə 256 simvol ola bilər. Faylın adı iki hissədən : xüsusi ad və tipdən ibarət olur. Faylın tipi üçün maksimum 3 simvol ayrılır. Faylın xüsusi adı və ya tipi verilməyə də bilər. Adətən fayla verilən ad elə seçilir ki, o istifadəçiyə ilk baxışda fayl və ya onun məzmunu haqqında müəyyən məlumat versin. Faylların bir çox tipləri onlar haqqında əlavə məlumatın alınmasını təmin edir. Beləki, bu tiplər onda olan mılumatların növü, faylın yaradıldığı redaktor və ya proqram vasitəsi haqqında məlumatın əldə olunmasına imkan yarada bilər.
Bəzi tez-tez rast gəlinən fayl tiplərini göstərək:
SYS – sistem faylları;
COM – əmrlər faylları;
DOC – Word mətn faylı;
XLS – Excel faylı;
PAS – Paskal dilinin mətn faylı;
BAS – Basic dilinin mətn faylı və sair.
Fayllarla işləməni asanlaşdırmaq məqsədilə hər hansı oxşar əlamətə görə onları kata­loqlarda və ya qovluqlarda birləşdirirlər. Bu həm axtarış , həm də fayllar üzərində əməliy­yatların daha asan və sürətlə yerinə yetirilməsini təmin edir. Kataloq və qovluqların yaradıl­masında da fayllar üzərinə qoyulan şərtlər yerinə yetirilməlidir.
Adətən yaddaş qurğularında saxlanan faylların yaradılma tarixləri, onların yaddaşda tutduqları yaddaşın həcmi, fayl üzərində edilən dəyişikliklər haqqında məlumatları almaq müasir kompüterlərdəki sistemlərlə mümkündür.
İnformasiyanın emalı prosesi aşağıdakı ümumi sxem üzrə aparılır:

Giriş informasiya ilkin sənəd və mənbələrdən toplanır. Toplanmış informasiya texniki qurğularla emal edilir. Bu qurğular icəricində böyük həcmli informasiyaları emal edən kompüterlər xüsusi yer tutur. Çıxış informasiya insan yaxud qurğu tərəfindən emal nəticə­sində alınan informasiyadır.
İnformasiyanın çoxaldılmasının başlıca vəzifəsi idarəetmə məqsədləri üçün yayıl­masını təmin etməkdən ibarətdir. Xüsusilə nəticə informasiyası artırılaraq çoxlu ünvanlara göndərilir.
İnformasiyanın ötürülməsinin zəruriliyi ayrı-ayrı informasiya proseslərinin müxtəlif yerdə baş verməsi, onlar arasında sıx əlaqənin və asılılığın olması ilə bağlıdır. İnformasiya­nın ötürülməsi onun ötürülmə üsullarından, istiqamətindən, informasiyanın hansı daşıyıcı formasında olmasından, məzmunundan asılıdır.
Qeyd etmək lazımdır ki, informasiyanın ötürülməsi iqtisadi informasiyanın məruz qaldığı çevrilmələrin biri ktmi nəzərdən keçirilməlidir. Hazırda bu mərhələ əsasən avtomat­laşdırma elementiərinin və müasir telekommunikasiya vasitələrinin geniş istifadə edilməsi ilə səciyyələnir. Təbii ki, bu halda informasiyanın avtomatlaşdırılaraq işlənməsi imkanlari xeyli artır. Burada ən perspektivli istiqamət rabitənin avtomatlaşdırılmış sisteminin yaradılması, “intellektual” terminalların və mütərəqqi kommunikasiya vasitələrinin tətbiq edilməsidir.
İnformasiyanın ötürülməsi aşağıdakı sxem üzrə aparılır:

İnformasiya qəbul edən

Sxem 2. İnformasiyanın ötürülməsi sxemi.

İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu ola bilər. Kodlaşdırıcı qurğu alınan informasiyanı ötürülmə və əks etdirmə üçün əlverişli formaya çevirir. Rabitə kanalından keçən informasiya dekodlaşdırıcı qurğuya düşür və burada qəbul edənin başa düşdüyü formaya çevrilir.
Rabitə növünün seçilməsi informasiyanın ötürülməsinin texniki vasitələrinin tərkibini müəyyənləşdirir. Rabitənin texniki vasitələri seçilərkən informasiyanın hansı miqyasda mübadilə edilməsi əlaməti əsas götürülür. Belə ki, əgər müəssisə daxili (və ya firma daxili) informasiya mübadiləsində naqil, radio əlaqəsi, həmçinin qismən terminalların tətbiqi məqbuldursa, kənar mühitlə (müəssisədən kənar) informasiya mübadiləsində terminalların və elektron rabitə vasitələrinin istifadəsinə üstünlük verilməlidir.

Informasiya ölçü vahidləri

İnformasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik ölçü vahidi bitdir (ingilis dilində binary digit- ikilik rəqəm sözündən götürülüb). Kompüterin daxilində elektrik siqnalları iki vəziyyətdə ola bilər: siqnal var (gərginlik var)-1; siqnal yoxdur (gərginlik yoxdur)-0. Məhz bu səbəbdən də kompüter öz işində ikilik məntiqdən istifadə edir.
Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün 7 bit kifayət edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8 bit=1 bayt ən kiçik yaddaş vahidi kimi qəbul edilir. İnformasiya yaddaşda saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük informasiyaölçü vahidləri aşağıdakılardır:
8 bit= 1 Bayt
1024 Bayt= 1 KiloBayt (KB)
1024KB=1 Meqa Bayt(MB)
1024 MB=1QiqaBayt (QB)
1024 QB=1 TeraBayt(TB)
1024 TB=1 Petabayt (PB)
Kompüterlərdə bir Bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 Bayt və ya 16 bit 1 maşın sözü, 4 bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır.

  • Teqlər:
  • informatika
  • , informasiya
  • , informsiya texnologiyaları

Comments are closed, but trackbacks and pingbacks are open.