I nsan anatomiyası və fiziologiyası
Taksonomiya və filogenetik canlıların təsnif edilməsinə gəldikdə ilk ön cəbhələrdir, çünki təşkilatlanmayan bu qədər həyat elmi səviyyədə əsl xaos olardı. İnsanlar genetika və ortaq əcdadlarına görə bizi əhatə edən bütün canlıları əhatə etmək üçün ailələr, əmrlər, cinslər və daha çox şey kimi terminlər hazırladılar.
Anatomiyanın tarixi
Insanın anatomiyası insan orqanizminin zahiri şəklindən, daxili quruluşundan, inkişaf və mənşəyindən bəhs edən elmdir. «Anatomiya» sözü yunanca «anatemno» — yarıram, şərh edirəm sözündən alınmışdır. Yarma üsulu orqanizmin quruluşunu öyrənmək məqsədi ilə istifadə edilən əsas üsullardan biridir. Beləliklə, anatomiya elmi tədqiq metodlarından birinin adını daşıyır.
Anatomiya elminin inkişaf tarixi çox qədim zamanlardan başlayır. Hələ tarixdən əvvəl, yazı olmayan dövrlərdə ehtimal ki, insanın quruluşu haqqında səthi məlumata rast gəlinir. Bizim eradan bir neçə min il qabaq çinlilərdə və hindlilərdə heyvan orqanizminin quruluşu haqqında bəzi məlumat olmuşdur. Hindlilərin kitablarında insanın bədənində 7 qişa, 90 vətər, 900 bağ, 300 sümük, 3 maye olması haqda məlumata təsadüf edilir.
Babilistan mədəniyyəti zamanı cərrahlığın yüksək dərəcədə inkişafına əsasən, cərrahların bir sıra üzvləri və toxumaları bildikləri gümanı vardır. Bəzi qədim mədəni xalqların da (misirlilərdə, yunanlarda və romalılarda) heyvanların və insanın quruluşu haqqında məlumata malik olduqları güman edilirdi.
Misir mədəniyyəti zamanı meyitlərin balzamlanmasının (mumiyalanmasının) geniş inkişaf etməsi, bu işlə məşğul olanların (paraxistlərin) bəzi daxili üzvlərin və damarların quruluşu haqqında məlumatlanmalarına imkan yaranmışdı. Lakin İ.Hirtl demişkən «onların anatomiyadan qətiyyən başları çıxmırdı». O zamanlar cərrahlıq kahinlərin əlində olduğu üçün bunların da insan orqanizminin quruluşu haqqında bir qədər məlumatları olmuşdur. Lakin kahinlərin bilikləri dinə xidmət etdiyindən elm onlardan az məlumat əldə etmişdir.
Yunan mədəniyyəti zamanı heyvan və insan orqanizminin öyrənilməsi Misirə nisbətən daha yüksək səviyyədə idi. Hələ eramızdan beş əsr əvvəl insan anatomiyası haqqında ilk əsəri Kroton məktəbinin alimi Alkmeon (Alkmeon — xalq arasında böyük hörmət qazanmış, hələ də bu vaxtadək kim olduğu dəqiq öyrənilməmiş məşhur Loğman bəzi tarixi məlumata görə həmin yunan həkimi Alkmeondur) yazmışdır.
Qədim Yunanıstanın məşhur xadimləri təbabətin atası Hippokrat — Buqrat (yeni eradan qabaq 460 — 377ci il) və Aristotel — Ərəstu (eramızdan qabaq 384 — 322ci il) olmuşdur. Tamamilə sübut olunmuşdur ki, Alkmeon, Hippokrat və Aristotel insan meyiti yarmamışlar, lakin çoxlu miqdarda heyvan yarıb öyrənmişlər. Hippokrata kəllənin örtük sümükləri, qara ciyərin qan yaradıcı üzv olduğu məlum idi. Hippokratın fikrincə, hava nəfəs borusundan və ağ ciyərlərdən keçib ürəyə daxil olur və buradan «pnevma» halında orqanizmə yayılır. Aristotel qədim dövrün məşhur filosofu və təbiətşünası olmuşdu. O, heyvan anatomiyası haqqında qiymətli məlumat toplamış, qan dövranı prosesində ürəyin əhəmiyyətini göstərmişdir.
Anatomiya Ellin dövründə yeni eradan qabaq III əsrdə İskəndəriyyə məktəbində tərəqqi etmişdir. Bu məktəbdə insan meyiti yarılmışdı. O vaxtın böyük ticarət şəhəri hesab olunan İskəndəriyyədə çoxlu miqdarda qullar, əsirlər və sahibsiz şəxslər olduğundan, həkimlər üçün həmin şəxslərin meyitlərini yarmaq imkanı var idi. İskəndəriyyə məktəbinin ən görkəmli alimlərindən Herofil (eramızdan əvvəl 304-cü il) beyin, vegetativ sinir sistemini, duyğu üzvlərini və damar sistemini öyrənmişdir. Erazistrat (eramızdan əvvəl 300 — 250-ci il) hərəki sinirləri hissi sinirlərdən ayırmış, ürəyi öyrənmiş, onun qapaqlarını müəyyən etmişdi. İnanmışdı ki, venalarda qan, arteriyalarda isə hava cərəyan edir.
Kiçik Asiyada Perqam şəhərində anadan olmuş Roma şəhərinin görkəmli həkim-alimi və filosofu Klavdi Qalen (e.ə. 201 — 131) bir çox elmi əsərlər yazmışdır. Alim böyük nüfuz sahibi olmaqla onun əsərləri üç əsr istifadədə olmuşdur. Meyit yarmamış, it və digər heyvanlar üzərində tədqiqatlar aparmışdır.
Ərəb hakimiyyəti dövründə anatomiya sahəsində o qədər də mühüm tədqiqatlar aparılmamışdır ki, bunun səbəbi islam və musa dini olmuşdur. Çünki dində meyit yarmaq müsəlman və yəhudilərə qadağan idi.
Əl Razi (850 — 923) dövrünün Qaleni adlandırılmışdır. Çox istedadlı filosof olaraq «Əl-havi», «Mənsuri» adlı böyük əsərlər yazmışdır.
Əbu Əli ibn-Sina (980 — 1037) Buxara yaxınlığında Afşanda anadan olmuş, kiçik yaşlarında zəkası ilə fərqlənmiş, hüquq, fəlsəfə, riyaziyyat, astronomiya və təbabətlə məşğul olmuşdur. O, 5 kitabdan ibarət «Təbiət qanunu» və ondan başqa yüzə qədər böyük əsərlər yazmışdır.
Qədim və orta əsr xalqlarının ictimai-siyasi həyat şəraitinin pis olması, arasıkəsilməz müharibələr, dini təriqətlər və bunlardan doğan mövhumat, meyit yarmanın qadağan edilməsi orta əsrlərdə anatomiyanın inkişafını çox ləngitmişdi. Onun həqiqi inkişafı yalnız XVI əsrdən İntibah dövründən başlanmışdır. O Dövrün məşhur alimləri əsasən Vezali, Fallopi və Yevstaxi olmuşdur.
Andrey Vezali (1514 — 1564) 1537-ci ildə Bazeldə doktorluq elmi dərəcəsi almış, anatomiya professoru olmuşdur. Anatomiya elmi sahəsində böyük islahatçı olmaqla müasir anatomiyanın banisi hesab edilir. O, bir çox heyvan və insan meyitləri üzərində tədqiqatlar aparmaqla Qalenin doqmatik anatomiyasına böyük zərbə vurmuşdur. Böyük əsərlərindən biri «İnsan orqanizminin quruluşu haqqında 7 kitab» olmuşdur.
Qalendən sonra birinci anatomik əsəri XIV əsrin əvvəllərində Boloniya universiteti professoru Mondino de Lyutsi yazmışdır. O, yalnız iki insan meyiti yarmış, lakin günah etməkdən qorxaraq, kəllə sümüklərini müayinə etməmişdi. Yalnız Vezali o vaxta qədər toplanmış bütün materialı, Qalendən qalmış irsi sistemləşdirmiş və yeni anatomiyanın əsasını qoymuşdu.
Vezalinin şagirdi Qabriel Fallopi (1523 — 1562) 1548-ci ildə əvvəlcə Ferrare və sonra Piza şəhərlərində anatomiya professoru olmuşdur. İlk dəfə müfəssəl olaraq skeleti və onun inkişafını, eşitmə üzvünü tədqiq etmişdir. Bəzi anatomik törəmələr: uşaqlıq borusu, üz siniri kanalı onun adını daşıyır.
Roma şəhərində anatomiya və təbiət professoru Bartolomeo Yevstaxi (1510 — 1574) dişlərin və böyrəyin inkişafını tədqiq etmişdir. Aşağı boş venanın qapağı və eşitmə borusu onun adı ilə adlanır.
Orta əsrlərin sonunda yaşamış məşhur alimlərdən biri də Leonardo da Vinçidir (1452 — 1519). O, İntibah dövrünün məşhur incəsənət nümayəndəsi, rəssam, heykəltəraş, musiqiçi, şair və alimi Leonardo da Vinçi xüsusi olaraq anatomiya ilə də məşğul olmuşdur.
XVI əsrdən etibarən anatomiya obyektiv müayinə yolu ilə inkişaf etməyə başlamışdır. Odur ki, XVI və XVII əsrlər boyu bir sıra kəşflər edildi. Onlar kəşfləri edən alimlərin adı ilə adlandırılmışdır.
Varolio (1543 — 1575) beyin və beyin sinirlərini tədqiq etmişdir. Q.Arantsi (1530 — 1589) insan dölünü müayinə etmiş və ürəyin aypara qapaqlarını müəyyənləşdirmişdir. N.Stenon (1638 — 1687) vəzilərin anatomiyası və limfa sistemi ilə məşğul olmuşdur. M.Malpigi (1628 — 1694) mikroskopik anatomiyaya dair əsərlər yazmış, kapillyarları kəşf etmişdir.
XVII əsrdə mikroskopun yaradılması olunması ilə əlaqədar olaraq mikroskopik anatomiya inkişaf etməyə başlamışdır. V.Harvey (1578 — 1657) XVII əsrin əvvəllərində qan dövranının indiki təlim əsaslarını yaratmış, bütün heyvanların yumurtadan inkişaf etdiklərini sübuta yetirmişdir.
XVIII əsrdən başlayaraq cərrahlar və terapevtlər anatomik məlumatlardan istifadə etməyə başlayırlar. Anatomiya elmi ali məktəbdə tədris edilməyə başlayır.O zaman anatomiya hüquqən meyiti sərbəst surətdə yarmaq ixtiyarı əldə etdisə də, işdə bunun tətbiq olunmasına din və şəriət imkan vermirdi.
Rusiya elmlər akademiyasının üzvü K.F. Volf (1733 — 1794), əsərləri ilə anatomiyada embrioloji müayinə metodunun əsasını qoydu. XIX əsrdə K.M. Ber (1792 — 1876) və başqa rus alimləri bu metodu daha da genişləndirdilər. Müqayisəli anatomiyanın inkişafı ilə əlaqədar həmin dövrdən müqayisəli anatomiya metodu anatomiyada tətbiq edilməyə başlanmışdır.
Vyana anatomik muzeyinin professoru, sonra Praqada anatomiya professoru və nəhayət, Vyanada təsviri, topoqrafik və müqayisəli anatomiya professoru olmuş, Y.Hirtl (1811 — 1894), keçən əsrin sonunda Rusiyada geniş yayılmış məşhur anatomiya dərsliyini yazmışdır.
XVIII — XIX əsrlərdə təbiət elmləri və anatomiya sahəsində çalışmış məşhur rus alimlərindən M.V. Lomonosov, A.F. Kaverznev, M.İ. Şein, A.P. Protasov, S.Q. Zıbelin, A.M. Şumlyanski, P.A. Zaqorski, N.İ. Piraqov və İ.V. Buyalskini göstərmək olar.
M.V. Lomonosov (1711 — 1765), Rusiyada təbiət elminin əsasını qoymuş, ilk dəfə enerjinin itməməsi qanununu söyləmişdir.
A.F. Kaverznev XVIII əsrin məşhur rus təkamülçüsü olmaqla, Ç.Darvindən 100 il əvvəl «Heyvanların dəyişkənliyi haqqında» dissertasiyada belə nəticəyə gəlmişdir ki, növlər daimi deyildir, orqanizm xarici mühitin təsiri nəticəsində dəyişir.
M.İ. Şein (1712 — 1762) — həkim, anatom olmuş, 1744-cü ildə ilk dəfə Rusiyada çap olunmuş anatomiya atlasının şəkillərinin əksəriyyətini hazırlamışdır.
A.P. Protasov (1723 — 1796), rus anatomlarından birinci olaraq Peterburq Elmlər Akademiyasının nəzdində olan universitetdə rus dilində anatomiya kursunu oxumuşdur. O, rusca anatomik terminləri tərtib edənlərdən biri olmuşdur.
Akademik S.Q. Zıbelin (1723 — 1796) Moskva universitetinin nəzəri təbabət professoru olmuşdur.
Böyrəklər haqqında dissertasiya müdafiə etmiş A.M. Şumlyanski (1748 — 1815) 1793-cü ildə böyrəkdə olan kapsulu kəşf etmişdir (lakin kapsul səhvən Boumen kapsulu adlanır).
Akademik, məşhur anatom, rus dilində ilk dəfə yazılmış anatomiya dərsliyinin müəllifi P.A. Zaqorski (1764 — 1846) olmuşdur.
Görkəmli cərrah, hərbi-tibb akademiyasının anatomiya professoru İ.V. Buyalski (1789 — 1866) dünya şöhrətli iki atlas tərtib etmiş və meyitləri balzamlamaq metodunu işləmişdir.
Məşhur alim və cərrah N.İ. Piraqov (1810 — 1881) əvvəlcə Derpt universitetində cərrahlıq kafedrasının və sonra (1841-ci ildən) Peterburq tibb-cərrahlıq akakdemiyasında hospital cərrahlıq kafedrasının müdiri olmuşdur. O, cərrahlığa və anatomiyaya aid bir çox əsərlər yazmış, cərrahi anatomiyanın əsasını qoymuşdur. N. İ. Piraqov rus cərraşlığının atası sayılır. O, ilk dəfə üzvlərin topoqrafiyasını öyrənmək məqsədi ilə dondurulmuş meyitlərdən kəsiklər hazırlamaq metodunu təklif və tətbiq etmişdir.
V.L. Qruber (1814 — 1890), hərbi-tibb akademiyasında anatomiya institutunun əvvəlcə prorektoru, sonra direktoru və nəhayət, professoru olmaqla zəngin muzey təşkil etmiş və anatomiyaya aid əsərlər yazmışdır.
XIX əsrin ikinci yarısında Çarlz Darvinin (1809 1882) təkamül nəzəriyyəsi meydana çıxmışdır. Ç.Darvin «Növlərin mənşəyi» adlı əsərində heyvan növlərinin yaşadıqları şəraitə uyğunlaşmaları prosesində onların dəyişkənliyini isbat etdi. O, insanın yüksək dərəcədə inkişaf etmiş insanabənzər meymunlardan əmələ gəlməsini göstərdi. F.Engels isə onun səbəbini izah etdi və insanın ictimai əmək nəticəsində meydana çıxdığını göstərdi.
O dövrdə yaşamış digər alimlərdən: Kiyev universitetində anatomiya professoru olmuş V.A. Bets (1834 — 1894), beynin mikroskopik quruluşu haqqında qiymətli əsərlər yazmışdır. Beyin qabığı sitoarxitektonikasının əsasını qoymuşdur. Beyin qabığında olan div — piramid hüceyrələri onun adı ilə adlanır.
P.F. Lesqaft (1837 — 1909) «Nəzəri anatomiya əsasları» adlı qiymətli əsər yazmış və Rusiyada bədən tərbiyəsinin əsasını qoymuşdur. Əsərlərində formanın, inkişaf proseslərinin fizioloji proseslər ilə əlaqədar olduğunu təbliğ etmişdir.
V.L. Qruberin şagirdi A.İ. Tarenetski (1845 1905), kəllə və kor bağırsaq haqqında əsərlər yazmışdır.
Klinisist, pediatr və anatom N.P. Qundobin (1860 -1908) yaş anatomiyasının banisi olub, böyük əhəmiyyətə malik «Uşaq yaşının xüsusiyyətləri» adlı əsərini yazmışdır.
Görkəmli histoloq və embrioloq, A.S. Dogel (1852-1922), Petroqrad universitetinin professoru olmaqla, sinir sisteminə aid bir çox əsərlərin müəllifidir.
Biologiya, anatomiya, histologiya və fiziologiya sahəsində görkəmli əsərlər yazmış bir sıra başqa alimlər A.O. və V.O. Kovalevski qardaşları, İ.İ. Meçnikov, V.M. Bexterev, M.V. Şimkeviç, K.A. Timiryazev, İ.V. Miçurin, A.N. Severtsov, A.A. Zavarzin, B.İ. Lavrentyev, S.İ. Şelkunov, məşhur fizioloqlar İ.M. Seçenov, A.L. Ostroumov, İ.P. Pavlov və başqaları morfologiyanın inkişafına böyük təsir göstərmişlər.
Böyük rus fizioloqu, akademik, hərbi-tibb akademiyasının professoru İ.P. Pavlov (1849 — 1936), müasir həzm fiziologiyasının, şərti reflekslər və ali sinir fəaliyyəti nəzəriyyəsinin əsasını qoymuşdur. Böyük eksperimentator, mahir operativ müdaxilə aparan Pavlov dünya miqyasında böyük əhəmiyyəti olan məşhur fizioloji məktəbini yaratmışdır.
XX əsrdə insan anatomiyası üzrə görkəmli tədqiqatçılar, alimlər yetişmişdir.
Moskva universitetinin professoru D.N. Zernovun (1843 — 1917), «İnsanın təsviri anatomiyasından rəhbər kitab» adlı məşhur dərslik 14 dəfə nəşr olunmuşdur. O, mərkəzi sinir sistemi və duyğu üzvləri haqqında da bir çox əsərlər yazmışdır.
P.İ. Karuzin (1864 — 1939), Moskva universitetində normal anatomiya professoru olmaqla, mərkəzi sinir sisteminin aparıcı yolları haqda bir çox müayinələr aparmışdır. O, rus dilində birinci və yeganə «Anatomik terminlər lüğəti»ni tərtib etmişdir.
Anatom və rəssam N.K. Lısenko (1865 — 1941) Odessa universitetində tibb fakültəsinin professoru vəzifəsində işləmişdir. O, V.İ. Buşkoviçlə birlikdə «İnsanın normal anatomiyası» adlı dərs kitabını yazmışdır. Bu əsərin beşinci nəşri M.Q. Privesin iştirakı ilə 1958-ci ildə çapdan çıxmışdır.
Moskva II tibb institutunun professoru A.A. Deşin (1869 — 1946) D.N. Zernovun dərsliyinə «Onurğa beyninin, beynin aparıcı yolları və vegetativ sistemi təlimi» adlı bölmə əlavə etmişdir (1939).
Q.M. İosifov (1870 — 1833), Tomsk və Voronej universitetlərində anatomiya professoru olmuş, limfa sistemi sahəsində bir çox tədqiqatlar aparmış, «İnsanın limfa sistemi» adlı böyük əsərini yazmışdır (1908).
Akademik, əməkdar elm xadimi V.P. Vorobyov (1876 — 1937) Xarkov tibb institutunun normal anatomiya kafedrasının müdiri olmuş, sinir sisteminin makro-mikroskopik metod üzrə müayinə edilməsinin əsasını qoymuş və bir sıra daxili üzvlərin innervasiyası haqda müayinələr aparmışdır. Anatomiyadan dərs kitabı yazmış və öz şagirdi, professor R.D. Sinelnikovla birlikdə 5 cilddən ibarət atlas tərtib etmişdir. V.P. Vorobyov, B.İ. Zbarski ilə birlikdə xüsusi metodla V.İ. Leninin bədənini mumiyalamışdır.
V.N. Tonkov (1872 — 1954), keçrmş SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, hərbi-tibb akademiyasında normal anatomiya kafedrası professoru, eksperimental (funksional) anatomiyanın banilərindən biri olmuşdur. Öz şagirdləri ilə birlikdə kollaterial qan dövranı təlimi üzərində çalışmışdır. O, anatomiyanı öyrənmək üçün ilk dəfə rentgen şüalarından istifadə etmişdir (1896). Anatomiyadan yazdığı qiymətli dərs kitabının 6-cı nəşri 1962-ci ildə çapdan çıxmışdır. Onun məşhur şagirdlərindən B.A. Dolqo-Saburov (1900 1960) sinir-damar rabitələri və venaların innervasiyası haqqında qiymətli əsər yazmışdır.
V.N. Şevkunenko (1872 — 1952), keçmiş SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, hərbi-tibb akademiyasının topoqrafik anatomiya professoru olmuşdur. Fərdi dəyişkənliyin kənar formaları haqda təlimi genişləndirmiş və bu təlimin cərrahlıqda əhəmiyyətini göstərmişdir. O, öz şagirdi və sonradan onu əvəz edən professor A.N. Maksimenko ilə birlikdə «Ucqar sinir və venoz sistemlərin atlası» adlı böyük əsər yazmışdır. Alim bu əsərə görə Dövlət mükafatına layiq görülmüşdür.
Azərbaycan Tibb İnstitutunun normal anatomiya kafedrasına vaxtilə rus alimlərindən V.İ. Razumovski, K.N. Malinovski və N.İ. Anserov rəhbərlik etmişlər. Onlardan V.İ. Razumovski (1857 — 1935) — məşhur cərrah və təşkilatçı olmuşdur. Kazanda 25 ilədək operativ cərrahlıq kafedrasının müdiri işləmiş, bir çox əsərlər yazmış, neyrocərrahiyyə sahəsində böyük xidmət göstərmişdir. 1909-cu ildə Saratov universitetini təşkil etmiş, 1919-cu ildə Bakı universitetinin təşkilində çalışmış və onun ilk rektoru olmuşdur. Eyni zamanda 1919-cu ildən 1920-ci ilə kimi tibb fakültəsinin normal anatomiya kafedrasına rəhbərlik etmişdir.
K.N. Malinovski (1876 — 1926) — böyük alim, görkəmli anatom olmuş, Kuban Dövlət Tibb İnstitutunun təşkilində iştirak etmiş və həmin institutun normal anatomiya kafedrasına rəhbərlik etmişdir. 1922ci ildən 1926-cı ilə kimi Bakı universitetində tibb fakültəsinin normal anatomiya kafedrasının müdiri olmaqla, limfa sistemi və dayaq-hərəkət aparatına dair bir çox əsərlər yazmışdır.
N. İ. Anserov (1893 — 1944) — təcrübəli anatom olmuş, Rostov universitetində çalışmış, əvvəlcə Perm Tibb İnstitutunda və sonra 1926-cı ildən 1937-ci ilə kimi Azərbaycan Dövlət Tibb İnstitutunda normal anatomiya kafedrasının müdiri olmuşdur. Orqanizmin fiziki inkişafı, bir sıra üzvlərin qan damarları ilə təchizi, sümüklərin arxitektonikası və antropologiyaya dair əsərlər yazmışdır.
1937-ci ildən Azərbaycan Tibb İnstitutunun normal anatomiya kafedrasına K.A. Balakişiyev rəhbərlik etmişdir.
Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası
Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA
I nsan anatomiyası və fiziologiyası
İnsan fiziologiyası fiziologiya elminin ən böyük sahələrindən biri olub, müasir təbiətşünaslıq elmləri arasında mühüm yer tutur. Onun qədim inkişaf tarixi vardır və təbabətin nəzəri əsaslarından biri sayılır. İnsan fiziologiyasının bir sıra müddəaları, heyvan orqanizmlərinin həyat fəaliyyəti prosesləri təcrübə (eksperiment) yolu ilə öyrənilərkən əldə edilən nailiyyətlərə əsaslanır və heyvan fiziologiyasının əsas müddəalarına müəyyən dərəcədə uyğun gəlir.
İnsan fiziologiyası insan orqanizmi, onun üzv və toxumaları, üzvlər sistemlərinin həyat fəaliyyətini və funksiyalarını, onların qarşılıqlı əlaqə və təsirlərini, idarə və tənzim mexanizmlərini, orqanizm ilə xarici mühitin vəhdətini öyrənən elmdir. Fizioloji funksiyalar orqanizmi təşkil edən hüceyrə, toxuma, orqan və orqanlar sistemlərinin funksiyaları kimi təzahür olunurlar. İnsan orqanizmində iki yüzə yaxın müxtəlif növ hüceyrələrə rast gəlinir. Fəaliyyət göstərən, eyni funksiya yerinə yetirən hüceyrələrin birləşməsindən müxtəlif növ sinir toxuması, əzələ toxuması, epiteli toxuması, birləşdirici toxuma əmələ gəlir. Bu toxumalar və onların əsasında əmələ gələn orqanların və orqanlar sistemlərinin funksiyaları müxtəlifdir. Sinir toxuması sinir siqnallarının nəqli və yenidən işlənməsi funksiyasını, əzələ toxumasının yığılma funksiyasını, sümük toxumasının dayaq funksiyasını, epiteli toxumasının ötürücü və sekresiya funksiyalarını icra edir.
İnsan orqanizmində olan üzvlər bir və ya bir neçə funksiyanı yerinə yetirirlər. Qaraciyər qanın tərkibinə keçən bəzi zərərli maddələri zərərsizləşdirir, öd ifraz edir və sairə, böyrəklər sidiyin ifrazını təmin edir, ağciyərlər tənəffüs vəzifəsini həyata keçirirlər. Eyni və ya oxşar funksiyaların icrası üçün müəyyən və oxşar orqanların sistemləri formalaşdırılır ki, onların vəzifəsi hər hansı həyat fəaliyyəti prosesini bütün mərhələlər üzrə bir-birindən asılı və bir-birilə əlaqəli şəkildə icra etməkdir. İnsan orqanizmində sinir sistemi, sümük, əzələ sistemi, tənəffüs sistemi, ürək-qan damar sistemi, daxili sekresiya vəziləri sistemi, cinsiyyət orqanları sistemi və digər sistemlər və yarımsistemlər fəaliyyət göstərir. Quruluş (struktur) və funksiya dialektik vəhdətdə olan anatomik və fizioloji göstəricilərdir. Orqanizmdə funksiyasız struktur və ya struktursuz funksiya olmur. İnsan orqanizminin quruluşu və ona xas olan funksiyalar fərdi inkişaf (ontogenez), xüsusilə də doğulandan sonrakı inkişaf (postnatal ontogenez) dövründə formalaşıb yetkinləşir. Quruluş və funksiyaların fərqlənməsi, yetişməsi və fəallaşması prosesləri ontogenezdə zaman etibarilə müxtəlif (heteroxron) xarakter daşıyır: bəzi toxumalar, orqanlar və ya sistemlər fərdi inkişafda tez, digərləri isə gec formalaşıb yetkinləşirlər.
Hər hansı bir toxuma, orqan və ya orqanlar sistemi başlıca olaraq bir mühüm funksiyanı aparmaq üçün fəallıq göstərir. Lakin orqanizm həyati vacib bir davranış aktı və ya funksiyanı yerinə yetirmək məcburiyyətində qaldıqda, bir neçə orqanın və ya orqanlar sisteminin funksiyaları müvəqqəti olaraq, verilmiş davranış aktı başa çatana, məqsədəuyğun faydalı nəticə alınana qədər birgə fəallaşırlar. Fizioloq P.K.Anoxin bu cür birgə aktiv fəaliyyət göstərən və müxtəlif sistemlərin birliyi kimi çıxış edən fızioloji mexanizmləri funksional sistem adlandırmışdır. Məsələn, qida davranışı zamanı sinir, həzm, ürək-damar, tənəffüs və hərəkət aparatları, müdafıə reaksiyaları zamanı sinir, dayaq-hərəkət, tənəffus, ürək-damar sistemləri sanki sinxron olaraq və ya ardıcıl şəkildə birlikdə fəallaşırlar.
Beyincik hərəkət aparatının tonusu və fəaliyyətini idarə edən və əlaqələndirən mühüm mərkəzdir. Qabıqaltı törəmələrindən olan hipotalamus orqanizmin qidalanmasına xüsusilə fəal təsir göstərir. Burada “aclıq”, “toxluq”, “susuzluq” hissləri ilə sıx bağlı olan vegetativ mərkəzlər yerləşmişdir. Hipotalamusun ifraz etdiyi neyrohormonlar bilavasitə baş endokrin vəzi olan hipofızə, hipofız isə öz növbəsində ön paydan qana ifraz etdiyi trophormonlar vasitəsilə müəyyən periferik endokrin üzvlərə (qalxanvari vəzi, böyrəküstü vəzi, cinsiyyət vəziləri) aktiv təsir edir. Onurğa beyin sinirləri bədənin baş hissəsi istisna olmaqla qalan bütün hissələrini – dərini, əzələləri, daxili üzvləri sinirləşdirir və reflektor reaksiyalarda mühüm rol oynayırlar.
Əsas sinir prosesləri – oyanma və ləngimə beyin fəaliyyətinin tərkib hissəsidir. Beyindaxili əlaqələrin formalaşmasında müxtəlif sinir hüceyrələri və onların çıxıntıları arasında əmələ gələn sinaptik rabitələrin rolu xüsusilə böyükdür. Sinir lifləri ilə yayılan oyanma siqnallarının sinapslardan keçməsi mexanizmləri xüsusi vasitəli neyromediatorların (asetilxolin, noradrenalin, serotonin və s.) təsirləri ilə əlaqədardır. Sinir siqnalları (impulslar) elektrokimyəvi təbiətə malikdir və sinir membranasından Na + və K + ionlarının qarşılıqlı hərəkətləri sayəsində yaranır. Beyinin, o cümlədən, onun ayrı-ayrı strukturlarının və hüceyrələrinin (neyronların) bioelektrik potensialları beyin fəaliyyətini əks etdirən mühüm göstəricilərdən birisidir. Bu potensialiarı xüsusi cihazlar (elektronsefaloqraf) vasitəsilə qeydə alıb təhlil etməklə beyinin və ya onun hissələrinin fəaliyyəti haqqında mühakimə yürüdülür.
İnsan orqanizmi üçün sinir sistemi kimi daxili sekresiya vəziləri (hipofız, epifız, qalxanvari vəzi, mədəaltı vəzi, böyrəküstü vəzilər, cinsiyyət vəziləri) də mühüm rol oynayırlar. Onların ifraz etdiyi hormonlar orqanizmin bütün həyat fəaliyyəti proseslərinə bilavasitə və ya dolayı olaraq aktiv təsir göstərirlər. Hormonlar funksiyaların kimyəvi tənzimləyiciləri kimi məlumdurlar. Onların əsas təsir “hədəfləri” hüceyrələrdə gedən maddələr mübadiləsi prosesləridir. Onlar şəkər və zülal mübadiləsinə, su və duz və digər mübadilələrə, o cümlədən orqanizmin genetik aparatına, sinir sisteminin fəaliyyətinə stimuləedici təsir göstərirlər. Cinsiyyət və böyrəküstü vəzilərinin hormonları orqanizmin baladoğma və müdafıə-uyğunlaşma funksiyalarının həyata keçməsində mühüm rol oynayırlar.
nsanda tənəffüs funksiyası üçün yüksək dərəcədə ixtisaslaşmış orqanlar (xarici və daxili tənəffus yolları, ağciyərlər) sistemi inkişaf etmişdir. İnsanda ağciyərlərin hava tutumu əmək və idman fəaliyyətinin növündən asılı olaraq xeyli dərəcədə (4000-6000 sm 3 ) arta bilər. Tənəffüs sistemi orqanları atmosfer havasından molekulyar oksigenin (O2) qana daxil olmasına və qanda yığılmış karbon qazının (CO2) havaya xaric olmasına xidmət edirlər. İnsanın dəqiqə ərzində 14-16 dəfə yerinə yetirdiyi ritmik reflektor tənəffus aktları nəticəsində onlar toxuma (hüceyrə) tənəffusü (qida maddələrinin oksidləşməsi prosesləri) üçün sərf olunan O2-ni toxumalara mütəmadi olaraq çatdırır və oksidləşmə prosesləri nəticəsində əmələ gələn və bədən üçün zərərli olan CO2-ni elə də orqanizmdən xaric edirlər.
İnsan orqanizmində ürək və qan-damar sistemi bir neçə həyati vacib funksiyanı yerinə yetirir. Əslində bu funksiyalar qan və onun hərəkəti ilə əlaqədardırlar. Ürək və qan damarları qanın hərəkətini təmin edən orqanlardır. Qanın tənəffus, qidalanma, təmizləmə, müdafıə, daşıyıcı və ifrazat funksiyaları məlumdur. O, həm də orqanizmin daxili maye mühitinin əsas tərkib hissəsidir. Ürək və qan damarlarının fasiləsiz ritmik reflektori hərəkətləri sayəsində qan bu qapalı sistemdə daim dövran edir. Kiçik qan dövranı (venoz qanın ürəkdən ağciyərlərə və geriyə hərəkəti) venoz qanın O2-lə zənginləşməsinə və CO2-dən təmizlənməsinə xidmət edir. Böyük qan dövranı (arterial qanın ürəkdən orqanlara və orqanlardan isə venoz qanın geriyə hərəkəti) qida maddələrinin və O2-nin toxuma və hüceyrələrə daşınmasına, böyrəklər vasitəsilə bəzi tullantı məhsullarından (sidik cövhəri, sidik turşusu və s.) azad olmasına xidmət edir. Ürək və qan damarlarının fəaliyyəti vegetativ sinir sisteminin simpatik və parasimpatik mexanizmləri vasitəsilə tənzimlənilir. Simpatik oyanmalar ürəyin fəaliyyətini sürətləndirir və qüvvətləndirir, parasimpatik təsirlər isə əksinə, onu zəiflədir və ləngidir.
İnsanın ürəyi dəqiqədə orta hesabla 70-75 dəfə yığılıb-boşalır və hər yığılma zamanı aorta damarına 70 ml-ə qədər qan qovur. Qanın ürəkdən zərbə ilə qovulması və qan damarları divarının qanın hərəkətinə göstərdiyi müqavimət sahəsində aşağı (minimal) və yuxan (maksimal) qan təzyiqi fərqləri əmələ gəlir ki, bu göstərici insanda orta hesabla 80-120 mm civə sütununa bərabərdir. Qanın orqanlar arasında normal paylanması və qanın fıziki-kimyəvi tərkibinin nisbi sabitliyi orqanizmin bütün funksiyalarının icra olunması üçün vacib şərtlərdən birisidir. Qan bədəndə humoral (hümora-maye deməkdir) tənzimlənməni həyata keçirən mühüm vəsilədir.
Anatomiyanın 5 qolu (və onların xüsusiyyətləri)
Son araşdırmalara görə, planetimizdə təxminən 8,7 milyon canlı növü var, baxmayaraq ki bu rəqəm 3 ilə 100 milyon arasında ola bilər. İndiyə qədər insanlar 1,400,000 heyvanı və demək olar ki, 324,000 bitkini təsvir etdilər, bu səbəbdən qlobal biomüxtəlifliyə gəldikdə buzdağının ucunu cızıqladığımızı demək olar.
Taksonomiya və filogenetik canlıların təsnif edilməsinə gəldikdə ilk ön cəbhələrdir, çünki təşkilatlanmayan bu qədər həyat elmi səviyyədə əsl xaos olardı. İnsanlar genetika və ortaq əcdadlarına görə bizi əhatə edən bütün canlıları əhatə etmək üçün ailələr, əmrlər, cinslər və daha çox şey kimi terminlər hazırladılar.
Buna baxmayaraq, daha çox “pərdə arxasında” işləyən, bizi və hətta özümüzü əhatə edən həyatın funksional mexanizmlərini təsnif edən və təsvir edən digər vacib elmlər var. Anatomiyadan danışırıq və bu gün sizə bütün qollarını və xüsusiyyətlərini izah edirik.
- Əlaqədar məqalə: “İnsan bədəninin 12 sistemi (və necə işlədikləri)”
Anatomiya nədir?
Ümumi səviyyədə anatomiyanı araşdıran elm kimi təyin edə bilərik canlıların quruluşu, yəni orqanlarının yeri və düzülüşü və aralarında mövcud olan əlaqə / əlaqə. Bəzi qollar, bu morfoloji xüsusiyyətləri təsvir etməklə yanaşı, onları taksonlar arasında müqayisə edirlər.
Anatomiya canlıların üzvi hissələrinin təsviri analizinin aparılmasına cavabdeh olsa da, “nöqtələrin” hər birinin dərk edilməsi onun funksionallığı və ətraf mühitlə əlaqəsinin birləşdirilməsini tələb edir. Buna görə bir çox hallarda anatomiya və fiziologiya (müqayisəli anatomiya da deyilir) praktik olaraq ayrılmazdır. İnkişaf biologiyası, fiziki antropologiya və histologiya (toxumaların öyrənilməsi) da bu intizamın etibar etdiyi aksesuar elmləridir.
Anatomiyanın qolları hansılardır?
Bu termini ümumi səviyyədə atdıqdan sonra, anatomiyanın X qollarını və xüsusiyyətlərini təsvir etməyə hazırıq. Bunun üçün gedin.
1. İnsan anatomiyası
Adından da göründüyü kimi, insan anatomiyası insan bədəninin makroskopik quruluşlarının öyrənilməsindən məsul olan bir elmdir. Ümumiyyətlə, növlərimiz birbaşa özünə aid olan şeylərə daha çox meyllidir və buna görə də ümumiyyətlə məktəblərdə və institutlarda ən çox tədris olunan anatomiya şöbəsidir. Hamımızın anatomiya dünyası ilə əlaqəli ilk əlaqə nöqtəsidir.
Terminlə bağlı müəyyən müşahidələr aparmaq lazımdır, çünki, məsələn, vücudumuzun hüceyrələri hüceyrə biologiyası, histoloji toxumaları və fiziologiya və biokimya elementləri arasındakı metabolik yollar / əlaqə. İnsan anatomiyası bizi “sistemlər” və “cihazlar” əsasında öyrənir, onları meydana gətirən makroskopik orqanların və ya mərkəzi baltaların hər birinə xüsusi əhəmiyyət verir.
Eyni vaxtda, insan anatomiyası daha çox digər alt fənlərə bölünə bilərbunlar arasında aşağıdakıları tapırıq:
- Sistematik / təsviri anatomiya: bədəni sistemlər və aparatlar səviyyəsində araşdırır.
- Regional anatomiya: insan bədənini bədən bölgələrinə görə öyrənmək. Əgər döş qəfəsi öyrənilirsə, buraya daxil olan bütün strukturları təsvir etmək lazımdır.
- Səthi anatomiya: bədənin səth morfologiyasının xüsusiyyətlərini (məsələn, sümüyün relyefi) araşdırdığı üçün işdə vacib bir sahədir.
- Funksional anatomiya: strukturların məqsədini öyrənmək. “Form işləyir.”
İnsan anatomiyasındakı xətlər və xətlər zamanı kəsikləri siyahıya almağa davam edə bilərik, çünki biyoskopik, klinik, cərrahi və tətbiqi anatomiya kimi mürəkkəb terminlərdə buraxmışıq, məsələn tibb sahəsində bir xəstəyə diaqnoz qoymaq və ya müalicə etmək üçün istifadə olunur. effektiv forma.
- Sizi maraqlandıra bilər: “İnsan bədəninin 25 əsas orqanı”
2. Heyvan anatomiyası
Heyvanların fərqli daxili və xarici hissələrinin sayını, quruluşunu, ölçüsünü, formasını, düzülüşünü, vəziyyətini və əlaqələrini öyrənən elm. Şəxsi təcrübəmizə görə bu mövzuda mütəxəssislərin əksəriyyətinin zooloqlar olduğunu söyləyə bilərik, çünki bu ixtisas üzrə təhsil müddətində planetdəki bütün heyvan filaları haqqında anatomik ümumiliklər öyrənilir.
Heyvan anatomiyası mütəxəssisinin bütün canlıların bədənini deyil, ixtisaslaşdıqları filumun və taksonun orqanlarını və xüsusiyyətlərini təsvir etdiyini bilmək maraqlıdır. Məsələn, nematodun cəsədinin quş cəsədi ilə çox az əlaqəsi var, xüsusən köhnəsinin öz skelet quruluşu olmadığından.
3. Bitki anatomiyası
Bitki anatomiyası bitki və yosun taksonlarında hüceyrə (hüceyrə biologiyası) və toxuma (histologiya) səviyyələrində aparılan işləri birləşdirir bu filomun meristemlərini və digər spesifik strukturlarını öyrənmək və təsvir etmək. Bu vəziyyətdə anatomiya, hüceyrə biologiyası və histologiyası praktik olaraq bir-birindən fərqlənmir, çünki ümumiyyətlə orqan və sistemlərdən deyil, ixtisaslaşmış toxumalardan və hüceyrə təşkilatlarından danışırıq.
4. Müqayisəli anatomiya
Müqayisəli anatomiya orqanizmin müxtəlif morfoloji quruluşları arasındakı oxşar və fərqli cəhətləri öyrənən bir biologiya sahəsidir. Taksonomiya və ya filogeniya kimi fənlərə baş vururuq, çünki genetik və molekulyar tədqiqat texnikalarının inkişafından əvvəl müqayisəli anatomiya növlər arasındakı qohumluq əlaqəsini çıxarmaq üçün mövcud vasitə idi.
Bu “həyat ağacları” na əlavə olaraq müqayisəli anatomiya zooloqların anlamağa çalışmalarına imkan verir niyə canlı varlıq necədir. Məsələn, iki növ eyni əcdaddan gəlsə və sümük quruluşunu paylaşırsa, niyə su növləri üzgəc formalı bir üzv, digəri isə bir qol inkişaf etdirdi? Eyni anatomik əsasları (eyni təkamül mənşəli, homologdur) bölüşməsinə baxmayaraq, bu ekstremitələrin məqsədi və xarici mövqeyi tamamilə fərqlidir.
Homoloji, plesiomorfiya və ya apomorfiya kimi terminlər canlıların müqayisəli anatomik tədqiqindən irəli gəlir. Onun sayəsində insan özünü genetika dünyasına qərq etməzdən əvvəl taksonomiyanın əsaslarını qoya bildi.
5. Patoloji anatomiya
Patoloji anatomiya budaqdır insan təbiətindəki orqan və toxumaların pozulmasının əsaslarını morfoloji üsullarla öyrənməklə məşğul olan dərman. Tamamilə bioloji təbiət baxımından daha da uzaqlaşdırılan, tibbi xidmətin funksional bir vahididir. Bu ixtisasın əsas məqsədi, xəstənin xəstəliyini düzgün şəkildə həll etmək üçün biopsiya, cərrahi nümunələr, sitologiyalar və yarılmaların düzgün diaqnozu.
Bu intizama görə, 3 xüsusi hadisə insan toxumaları səviyyəsində hüceyrə dejenerasiyasını təşviq edir:
- İltihab: -it ilə bitən xəstəliklər, məsələn apandisit.
- Dejenerasiya: bunlar osteoartrit kimi -oz ilə bitən xəstəliklərdir.
- Nəzarətsiz hüceyrə böyüməsi: xərçənglər, yəni melanoma kimi -oma ilə bitən terminlər.
Yekun fikirlər
İnsan səviyyəsində növümüzün anatomiyasının budaqlarını özbaşına parametrlərə bölmək nisbətən faydasızdır, çünki bir toxuma və ya onu poza bilən xəstəlikləri təsvir edərkən “makroskopik” və “mikroskopik” arasında fərq qoyulması klinik səviyyəyə çox uyğun gəlmir. İnsanın anatomik tədqiqatı, müxtəlif qolların çoxsahəli müdaxiləsini tələb edir, bir mütəxəssisin hüceyrəyə, digərinin də bir toxuma üçün ayrıldığı bir “montaj xətti” deyil.
Digər tərəfdən, müqayisəli, bitki və heyvan anatomiyası başqa bir elmi intizamla əvəz edilə bilməz. Buna baxmayaraq və bu günə qədər müqayisəli anatomiya da çox güc itirdi, çünki genetik analizlər (xüsusilə mitokondrial DNT və digər texnikalar) canlıların taksonları arasında filogenetik əlaqələr qurmaq üçün istifadə olunur. Buna baxmayaraq, Bu alətlərin hamısı tarixən çoxsaylı elmi fənlərin əsaslarını tarixi səviyyədə qurmaq üçün vacib olmuşdur..
Xülasə
Bu sətirlərdə oxuduğunuz kimi, anatomiya bir-birindən tamamilə fərqli dallara ayrılan bir elmdir.Bir qurdun öyrənilməsi, məsələn, orqan və sistemlərin təsviri və ya insanın özünəməxsus patologiyaları ilə heç bir əlaqəsi yoxdur.
Heyvan və bitki anatomiyasının günümüzdə istifadəsiz olduğu görünsə də, məsələn, hər il kəşf olunan növlərin fizioloji xüsusiyyətlərini təsvir etmək üçün hələ də vacib alətlərdir. Anatomiyada bizi əhatə edən hər şeyin morfoloji təsviri yatır.
Biblioqrafik istinadlar:
- Anatomiya, konsepsiya. 29 dekabrda toplandı https://conbeto.de/anatomia/#:~:text=Anatom%C3%ADa%20funcional%20o%20fisiol%C3%B3gica.,estructura%20interna%20de%20las%20plantas.
- Anatomiya, medlineplus.gov. 29 dekabr tarixində https://medlineplus.gov/spanish/anatomy.html saytından alındı.
- Bloom, H. (2011). Təsir anatomiyası. Meksika: Redaksiya Buğa.
- Anatomiyanın dallarının diaqramı, qarışıqlıq. 29 dekabr tarixində https://coggle.it/diagram/Wyw9nTCAbussaibl/t/ramas-de-la-anatom%C3%ADa ünvanından alındı.
- Frandson, R. D. (1967). Ev heyvanlarının anatomiyası və fiziologiyası (No 636.0891 F735 1976.). Interamerican.
- Latarjet, M., & Liard, A. R. (2004). İnsan anatomiyası. Panamerican Medical Ed.
- Moore, K. L., & Dalley, A. F. (2009). Klinik yönümlü anatomiya. Panamerican Medical Ed.
- Tortora, G. J., & Derrickson, B. (2013). Anatomiya və fiziologiyanın əsasları. Panamerican Medical,.
Comments are closed, but trackbacks and pingbacks are open.