Press "Enter" to skip to content

IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi çap olunub

Materialların sadədən mürəkkəbə doğru ardıcıllığı gözlənilib. Yalnız 11-ci

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün “Ərəb dili” dərsliyi

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Dərsliyin məzmunu baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından;

4. Çalışmaların məzmuna uyğunluğu baxımından;

5. “Müəllim üçün metodiki vəsait” in (MMV) məzmunu baxımından.

1. Dərsliyin məzmunu baxımından

Dərslikdə təlim materiallarının dəqiqliyi müəyyən mənada gözlənilib. Tapşırıq

və çalışmalarda yaradıcılıq və rəngarənglik gözlənilsə də, bəziləri 1-ci sinif

səviyyəsinə uyğun deyil. Məsələn, səhifə 20-də şəhər şəkillərinin bayraqlarla

əlaqələndirilməsi tapşırığında 1-ci sinif şagirdləri ABŞ, Fransa, Misir paytaxtlarını və

bu ölkələrin bayraqlarını tanıyıb əlaqələndirə bilməzlər.

Materialların sadədən mürəkkəbə doğru ardıcıllığı gözlənilib. Yalnız 11-ci

səhifədəki “Məktəbim” şeirinin sonrakı dərslərdə keçirilməsi daha məqsədəuyğun

olardı. Ümumiyyətlə, dərslikdə yeddi şeir verilib və bütün bu şeirlərin öyrənilməsi 1-

ci sinif şagirdləri üçün müəyyən çətinlik törədir. Səhifə 27–dəki şeir isə

ümumiyyətlə, 1-ci sinif şagirdləri üçün çətindir. Fəndaxili və fənlərarası inteqrasiya

gözlənilib. Dərslikdə ilkin tələffüz bacarıqlarına yiyələnmə, dinləyib-anlama,

danışma, sözləri və sadə cümlələri təkrar edib yadda saxlamaq üçün materiallar

verilmişdir. Gender, irq, etnik və din məsələlərinə həssas yanaşma təmin olunub.

Dərslikdə ictimai və milli-mənəvi dəyərlər təbliğ olunub. İnteraktiv təlimə imkan

yaradılıb. Nəzəri məlumatlarla praktik tapşırıqlar arasında mütənasiblik gözlənilib.

Lakin dərslik komplektində audio disk verilmədiyindən dinləyib-anlama məzmun

xətti üzrə standartlar tam reallaşmamışdır.

2. Dil və yazı üslubu baxımından

Dərslikdə dil qaydalarına əməl olunub. Üslub cəhətdən şagirdlərin yaş

səviyyəsinə uyğundur. Söz ehtiyatı və nitq inkişafı nəzərə alınıb. Lakin ərəb dilinin

xüsusiyyətlərinə görə bəzi sözlərdə hərəkə səhvləri olub. Məsələn: 4-cü səhifədə

IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi çap olunub

Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.

Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

Comments are closed, but trackbacks and pingbacks are open.