Press "Enter" to skip to content

I smayıl şıxlı

ismayıl, şıxlı, ismayıl, qəhrəman, oğlu, şıxlınski, mart, 1919, 1919, ikinci, şıxlı, gəncə, quberniyası, iyul, 1995, 1995, bakı, azərbaycanlı, nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949, ildən, azərbaycan, yazıçılar, birliyinin, üzvü, a. Ismayil Qehreman oglu Sixlinski Ismayil Sixli 22 mart 1919 1919 03 22 Ikinci Sixli Gence quberniyasi 26 iyul 1995 1995 07 26 Baki azerbaycanli nasir edebiyyatsunas publisist yazici pedaqoq ssenarist 1949 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Azerbaycan SSR xalq yazicisi 1984 Azerbaycan SSR komsomolu mukafati laureati 1976 filologiya elmleri namizedi 1954 Azerbaycan Respublikasi Ali Sovetinin deputati 1986 1990 Azerbaycan Yazicilar Ittifaqinin sedri 1986 1987 Azerbaycan Yazicilar Birliyinin Agsaqqallar Surasinin sedri 1991 M F Axundov adina edebi mukafat laureati 1991 Ismayil SixliIsmayil Qehreman oglu SixlinskiDogum tarixi 22 mart 1919Dogum yeri Ikinci Sixli Qazax qezasi Gence quberniyasi Azerbaycan Xalq CumhuriyyetiVefat tarixi 26 iyul 1995 76 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri Fexri xiyabanVetendasligi AXC SSRI AzerbaycanMilliyyeti azerbaycanliUsaqlari Elcin Sixli Ferrux SixliTehsili Qazax pedaqoji mektebiAzerbaycan Pedaqoji Institutunun dil ve edebiyyat fakultesiFealiyyeti yazici pedaqoqFealiyyet illeri 1938 1995Eserlerinin dili azerbaycancaJanr nesrIlk eseri Quslar seiri 1938 Mukafatlari 1984 1994 Mundericat 1 Heyati 2 Fealiyyeti 2 1 Edebi yaradiciligi 2 2 Ictimai siyasi fealiyyeti 2 3 Vefati 3 Xatiresi 4 Eserleri 4 1 Tercumeleri 5 Filmoqrafiya 6 Istinadlar 7 Xarici kecidler 8 Hemcinin baxHeyati RedakteIsmayil Sixli 1919 cu il martin 22 de 1 Qazaxin Ikinci Sixli kendinde muellim ailesinde anadan olmusdur 1928 ci ilde Qazax rayonunun Kosalar kend orta mektebine daxil olmusdur Orta mektebi bitirdikden sonra 1934 1936 ci illerde Qazax Pedaqoji Texnikomunda oxumusdur Texnikomda tehsil alarken 1935 ci ilde Lenin komsomolu siralarina daxil olmusdur Qazax Pedaqoji Texnikomunu bitirdikden sonra 1936 1937 ci illerde Kosalar kend orta mektebinde muellimlik etmisdir Daha sonra 1937 ci ilde V I Lenin adina Azerbaycan Dovlet Pedaqoji Institutunun dil ve edebiyyat fakultesinde oxumus ve 1941 ci ilde ali tehsilini bitirmisdir Ikinci dunya muharibesi dovrunde sovet ordusu terkibinde on cebhelerde Simali Qafqaz Krim III Belorusiya cebhesi ve Serqi Prussiya istiqametinde doyusen orduda siravi esger olmusdur Terxis edildikden sonra alti ay Kosalar kend mektebinde tedris hisse mudiri islemisdir 1946 Azerbaycan Pedaqoji Institunun filologiya fakultesinde aspirant 1946 1949 muellim bas muellim olmus xarici olkeler edebiyyati kafedrasinin mudiri bir muddet Azerbaycan Yazicilar Ittifaqinin katibi 1965 1968 kimi calismisdir Azerbaycan jurnalinda bas redaktor 1976 1978 Azerbaycan Yazicilar Ittifaqinin birinci katibi 1981 1987 SSRI Yazicilar Ittifaqinin katibi 1981 1987 olmusdur 1986 ci ilde Azerbaycan Yazicilar Ittifaqinin sedri secilmisdir Azerbaycan Yazicilar Birliyinin Agsaqqallar Surasinin sedri secilmisdir 1991 Fealiyyeti RedakteEdebi yaradiciligi Redakte Ilk metbuat eseri Quslar seiri 1938 ci ilde Edebiyyat qezetinde derc olunmusdur Edebi yaradiciliga 1947 ci ilde Inqilab ve medeniyyet jurnalinda cap etdirdiyi Hekimin nagili hekayesi ile baslamisdir Bundan sonra dovri metbuatda muntezem cixis etmisdir Eserleri kecmis SSRI ve xarici olke xalqlarinin dillerine tercume olunmusdur Ictimai siyasi fealiyyeti Redakte Ictimai islerde feal calismisdir Baki zehmetkes deputatlari Sovetinin deputati 1967 1969 1983 Azerbaycan Respublikasi Ali Sovetinin deputati 1986 1995 Azerbaycan KP Baki seher komitesinin 1968 1970 Azerbaycan KP MK nin 1986 1990 Azerbaycan Hemkarlar Surasi reyaset heyetinin SSRI Yazicilar Ittifaqi idare heyetinin uzvu secilmisdir 26 noyabr 1991 ci ilde teskil edilen Azerbaycan Respublikasi Ali Sovetinin Milli Surasinin terkibine daxil edilmisdir 2 Xidmetlerine gore Qizil Ulduz 1945 Seref nisani 1971 Qirmizi emek bayragi 1979 II dereceli Boyuk Veten muharibesi 1985 ordenleri ve medallarla teltif edilmisdir Azerbaycan SSR Ali Sovetinin Fexri Fermanini 1973 ve Azerbaycan Respublikasinin Sohret ordenini almisdir 04 07 1994 3 Vefati Redakte 1995 ci il iyulun 26 da Bakida vefat etmis Fexri xiyabanda defn olunmusdur Xatiresi Redakte28 yanvar 2019 cu ilde Azerbaycan prezidenti Ismayil Sixlinin 100 illik yubileyinin qeyd edilmesi haqqinda serencam imzalamisdir 4 Eserleri RedakteYeter Aslanova Baki Usaqgencnesr 1949 36 seh Kerc sularinda hekayeler Baki Azernesr 1950 139 seh Daglar seslenir Baki Usaqgencnesr 1951 128 seh Daskesen ocerk Baki Usaqgencnesr 1953 44 seh Ayrilan yollar Baki Usaqgencnesr 1957 260 seh Deli Kur roman Baki Genclik 1968 448 seh XVIII esr xarici edebiyyat tarixi Baki 1970 150 seh serikli Secilmis eserler iki cildde I c Baki Azernesr 1971 365 seh Cebhe yollari Baki Genclik 1985 188 seh Secilmis eserler iki cildde II c Baki Azernesr 1971 444 seh XX esr xarici edebiyyat tarixi Baki Maarif 1974 256 seh Menim reqibim Baki Genclik 1975 192 seh Deli Kur roman Baki Genclik 1977 408 seh Xatireye donmus iller Baki Yazici 1980 368 seh Deli Kur roman Baki Yazici 1982 436 seh Deli Kur roman Baki Yazici 1983 436 seh Meni itirmeyin Baki Genclik 1984 364 seh Secilmis eserleri iki cildde I c Baki Azernesr 1986 480 seh Secilmis eserleri iki cildde II c Baki Azernesr 1986 477 seh Daim axtarisda meqaleler publisist cixislar Baki Yazici 1988 358 seh Namerd gullesi hekayeler Baki Yazici 1991 230 seh Oluleri qebiristanda basdirin nesr edebi tenqid publisistika Baki Genclik 1992 270 seh Olen dunyam roman Baki Azernesr 1995 150 seh Tercumeleri Redakte turkce ve ruscadan XIX esr xarici edebiyyat tarixi Baki Maarif 1964 654 seh Mopassan Gi De Hekayeler ve novellalar Baki Yazici 1980 182 seh serikli Eziz Nesin Futbol krali Baki Genclik 1988 333 seh serikli Filmoqrafiya RedakteAyrilan yollar film 1997 Bizim qeribe taleyimiz film 2005 Deli Kur film 1969 Ezize Ceferzade film 1999 Xalq sairi Semed Vurgun film 1969 Isareni denizden gozleyin film 1986 Kure qovusan omur film 2003 Ne yaxsi ki dunyada Semed Vurgun var film 1976 Istinadlar Redakte Seda Novruzda dunyaya gelen gorkemli sexsiyyetler 22 03 2016 Azerbaycan Respublikasi Ali Soveti Milli Surasinin teskil edilmesi haqqinda Azerbaycan Respublikasi Ali Sovetinin 26 noyabr 1991 ci il tarixli 276 XP nomreli Qerari e qanun az olu kecid azerb I Q Sixlilnskinin Ismayil Sixlinin Sohret ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 4 iyul 1994 cu il tarixli Fermani anl az sayti President Az 28 01 2019 Ismayil Sixlinin 100 illik yubileyinin qeyd edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami azerb President az Istifade tarixi 2019 01 28 Xarici kecidler RedakteDeli Kur Ismayil Sixli yukle Hemcinin bax RedakteMenbe https az wikipedia org w index php title Ismayil Sixli amp oldid 5898541, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

İsmayıl Şıxlı

Dünya qələmli ədib, milli ər qırımlı xarakter, xəlqi ədəb-ərkanlı Müəllim — İsmayıl Şıxlı.
Onun Müəllimlik obrazı haqda — dərsləri necə bir məhəbbət və məharətlə deməsi, bu sənətə Məcnun məftunluğu barədə çox danışmamaqçün, 70 illik yubileyində həmkarlarından birinin söylədiyi bir nüansa diqqət edək: “Bizim çoxumuz zamanın havasına uyduq, ad-sanımızı qoruya bilmədik, İsmayıl Şıxlı isə bu adı ürəyi kimi — tər-təmiz saxladı. ”

Bəli, tariximizin “sovet dövrü” illərində tez-tez səslənən “dovşana qaç, tazıya tut”, “dünyanın düz vaxtları”, “bu dünyanın herti-pertisinə lənət!” kimi deyimlər, 3 növ təyini söz birləşmələrindən əlavə, hərdən belə bir “dəvədə buynuz” da eşidərdik: —

“Kristal adam”.
O dövrün ali məktəb tələbələrinin hər birinin ayrılıqda öz “ideal müəllim”i olsa da, İsmayıl Şıxlı hamı üçün ortaq “İdeal Pedaqoq”, milli “Kristal Müəllim” sayılırdı…
Hər tələbə onu öz diapazon-səviyyəsiycə anardı: “Böyük Turanlı”, “Bütöv Azərbaycanlı”, “Şanlı qazaxlı”. O, biz tələbələrçün öz möhtəşəm “Dəli Kür”ündəki “qıllı qaşlar”, “həbəşi dodaqlar” kimi ifadələrilə kolorital Sənətkar, cahanşümul Cahandarı ilə ustad Qələmli, əsl milli ziyalılığı, əfsanəvi nəfs təmizliyilə özgür Şəxsiyyət imic-obrazını yaratmışdı. Yazanların yağışdan sonra göbələk, “Seçilmiş əsərlər”in örüşdən sonra pıtraq sayında olduğu o vaxtlarda biz hələ bu qəbil, bu “qəlib” seçilmiş şəxsiyyətlərin tək elə Azərbaycanda yox, hər xalqın ədəbiyyatında barmaqla sayılası qədər olduğunu yaxşı bilmirdik. Amma adları APİ-nin (indiki ADPU-nun) jurnallarında olmayan tələbələr də yaxşı bilirdi ki, İsmayıl Şıxlı öz mühazirələrinə “legioner” tələbələri də cəzb edən əfsanəvi Əli Sultanlı, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi beş-üç İşıq-Müəllimlərdən biridir.

Bəzilərimiz bunu da bilirdik ki, istedadlı yaradılmışların bilvasitə yaratdığı ədəbi-bədii obraz-şəxsiyyətlər ilə Yaradanın bilavasitə yaratdığı bəşəri-bəndəvi Şəxsiyyətlər arasında yer-göy qədəri fərqlər var. Ən başlıcası da bu ki, birincilərin taleyi qələmdən, ikincilərininki taledən asılıdır. Sənət məziyyətlərindən yaranan birincilərin bütün gərəyi-çörəyi ətrafın “kəllə” dediyi başlardan çıxır, həyat əzab-əziyyətlərindən yoğurulub-yaranan ikincilərinki isə zəllə-zəllə daşdan. Sayca orduya timsal birincilər, uzaq başı, Don Kixotvarı fabulalanır, nadir sərkərdələrə misal ikincilər isə dünya malına göz yummaq kimi — çox müşkül cəbri-nəfslərlə. Və milli “mən”i yaradıcılığı qədər uca, şəxsi nəfsi öz ustad qələmindən də qəlbi Müəllim İsmayıl Şıxlı həmin “ikincilər”in birincilərindən…

Onun qələmiylə yaranmış bədii şəxsiyyətlər milyonlarla oxucu qəlbində, səhnələrdə, kino-teleekranlarda, müxtəlif formatlı məclislərdə sevgi dolu təəssürat, ehtiram-etimadla yaşayıb, öz Obrazını da yaşatmaqda…

Bu Obrazın, demək olar, bütün “ədd-ədəvası” aydın, Müəllimlik “qarası” isə…
Təəssüf, onun hər cür təsvir-təfsir imkanlarına, fırçalarınkından fazla rənglərə malik Qələmi özünə bab bir müəllim obrazı işləmədi. O vaxtların kütləvi “maarif-tarif” bazarı (beş-on təmiz-tarıq müəllimin ruhundan iraq) kimi tanınan bir “taksa”xanada “kristal” qala bilmək, bircə loğma haram yeməmək, çoxu maddiyyata, azı mənəviyyata möhtac tələbələrin tez-tez dəyişdiyi auditoriyalarda mövzudankənar söhbətlərini halallıq, milli vicdan, xəlqi namus, Haqq üstdə quraraq dərs deməyi bacaran (!) bir müəllim obrazı…

Deyirəm, bəlkə onun bu aşırı milli özgürlüyünün, içində bu boyda istedad, gələcək nam-nişanlı görəvlərə namizəd, bu yar-yaraşıqda və xeyli məşhurlaşmış ola-ola, ucqar bir kənd (Kosalar) məktəbində müəllim işləməyi “intixab” etməsinin bir tərəfi də Demokratik Cümhuriyyət illərimizin birində (1919) doğulmağıyla bağlı imiş? Özü də adlı-sanlı bir kənd müəllimi ailəsində və “Rus artilleriyasının Allahı” deyilən Əlağa Şıxlinski kimi bir fenomenin əmiliyi haləsində.

Hələ belə bir zabitəli bir gəncin müharibədə zabit oluban yox, sıravi əsgər kimi döyüşməsi! Bu məqamda deyim ki, İkinci Dünya müharibəsi İsmayıl Şıxlının tək elə yaradıcılığında deyil, şəxsi-psixoloji aləmində də ayrıca bir obrazdır. Bu müdhiş obrazın “doğuluş” xəbərini ömrünün sonunadək çalışdığı Azərbaycan Pedaqoji İnstitutunun axırıncı kursunda — dövlət imtahanı ərəfəsində eşitmiş ədib yazır: “Nahar vaxtı idi, yataqxanadakı yeməkxanaya toplaşmışdıq. Deyə-gülə zarafatlaşmağımız divardan asılmış radionun səsini eşidilməz etmişdi. Şəmistan adlı bir yoldaşım mənə yaxınlaşıb, titrək səslə qulağıma pıçıldadı ki, müharibə başlayıb. İnanmadım. Axı, SSRİ ilə Almaniya arasında on il bir-birinə hücum edilməməsinə dair müqavilə bağlanmışdı. Bu, nə namərdlikdi! . Birdən hiss etdim ki, yeməkxanaya sükut çöküb. Qaşıqlar əldə, xörəklər qabaqda qalıb. Molotov danışırdı. ”

. Beş il keçəcək, elə həmin əl yazacaqdı: “Dan yeri təzəcə qızarırdı. Katerin radiosundan Levitanın səsini eşitdim: “Düşmən danışıqsız olaraq təslim edilmişdir”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Ətrafa sükut çökmüşdü. ” Müharibənin həmin sükutundan sonra bu sənətkarın haylı-haraylı qələbəlikləri başlayır. İyirmi doqquz yaşından APİ-də kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Azərbaycan” jurnalının baş redaktoru, SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, neçə-neçə ordenlər, fəxri fərmanlar, mükafatlar, Xalq yazıçısı… Amma o vaxtların oyaq oxucularının qəlbində belə bir təəssüflü təəssürat da vardı ki, nədən qüdrətli “Dəli Kür” bu qədər az (əslində, o vaxtlarçün ən çox — 80 min!), “Sakit Don” isə imperiya qapsamında — 8 milyon tirajla buraxılır?! Niyə eyni istedad və zəhmət sərf edən rus Şoloxov üç-dörd milyon manat qonorar almalıdır, Şıxlı otuz-qırx min? Budurmu gur-gur guruldanan “sovet bərabərçiliyi” şüarı?!

“Çox “qoşa saat”lara sığışmayası bu Obraz haqda bir “qəzetlik dərs”də nə demək olar ki?” deyib, keçirəm bir vaxtlar deyilmiş, yazılmış, xatirələşmiş mətləblərdən fraqmentlərə.

Məsələn;
Deyirlər, onun dediyi fənnə sevgisi olmayan tələbələr belə, dərsləri İsmayıl Şıxlıya hörmət və ehtiramdan yana əla oxuyarmışlar. Deyirlər, ömrü boyu “tələbə payı”, “semestr sezonu”, “qəbul taranı” kimi çirkablardan uzaq olmuş bu Kişi öz halal qazancı hesabına (neçə illər yalnız ən yaxın həmkarlarına bəlli olan) təqaüd də kəsibmiş. Şərti olaraq “İsmayıl Şıxlı” adlanan bu təqaüdü İsmayıl müəllim “əşhədi-ehtiyacı” olan (və bundan çox-çox sonralar xəbər tutan) tələbələrinə verdirirmiş…
Deyirlər, İsmayıl Şıxlının istər evinə, istər rəhbərlik etdiyi kafedraya gələnlərin ən səmimiyyətsizləri belə, həmin ünvanlardan böyük səmimiyyət yüküylə ayrılarmış…

Yazırlar ki, onu qüdrətli “Dəli Kür”ə gətirən, bundan xeyli əvvəl yazdığı və özünəinam hissini hədsiz dərəcədə artıran “Ayrılan yollar” romanı olub. Canlı həyatın özü qədər dirilik təcəssümü olan “Dəli Kür”ün “irsi-varisi” davamiyyətini bəzi və bəlli səbəblərdən qələmə ala bilməyən ədib xatirələrinin bir məqamında yazıb: “Onların qarşısında özümü borclu və günahkar hesab edirəm.
” Bu məqamda, hər insanın yaddaş sarayının baş hücrəsinin məhz uşaqlıq dövrünə mənsub olması həqiqətini xatırlayaq və onun hələ adi “İsmayıl”lıq dövrü ilə ilgili bir epizodu xatırladaq. Günlərin bir günü silahlı bir dəstənin Qaymaqlı kəndinə gəlib, camaatdakı bütün silahları yığarkən, buna etiraz edənlərdən birinin “sinfi düşmən” adıyla yerindəcə güllələnməsi onun yaddaşına “uşaqlıq illərinə atılmış güllə” kimi həkk olur…

Yazırlar ki, İsmayıl Şıxlı bir vaxtlar “əfsanəvi mühazirə ustadı” Əli Sultanlıya bənzəmək istəyirdisə, sonralar bütün tələbələr İsmayıl Şıxlı olmaq istəyirdi… Özü yazırdı: “Kursumuzda yüz əlli tələbə vardı, yüz əllisi də Əli Sultanlı olmaq istəyirdi”. Onun, xarici ölkələr ədəbiyyatına aid heç bir Azərbaycandilli mənbənin olmadığı vaxtlarda yazdığı “XVIII əsr xarici ədəbiyyat tarixi” (müştərək müəllifliklə), “XX əsr xarici ədəbiyyat tarixi” kitabları, G.Mopassan və başqalarından etdiyi tərcümələr haqda isə kiminsə söyləməsinə ehtiyac yox…

Bütün bu deyilib-yazılanlardan sonra bəndəniz də belə bir “sillagizm” yazmaya bilmir ki, görəsən indilər, bir vaxtlar ona oxşamaq istəyənlərə də oxşamaq istəyənlər varmı.

«Mədəniyyət» qəzeti
Tahir Abbaslı

  • Teqlər:
  • Azərbaycan ədəbiyyatı
  • , İsmayıl Şıxlı

İsmayıl Şıxlı

İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) ( 22 mart 1919 ( 1919-03-22 ) , İkinci Şıxlı , Gəncə quberniyası – 26 iyul 1995 ( 1995-07-26 ) , Bakı ) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Ədəbi yaradıcılığı
    • 2.2 İctimai-siyasi fəaliyyəti
    • 2.3 Vəfatı
    • 4.1 Tərcümələri

    İsmayıl Şıxlı 1919-cu il martın 22-də [1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

    İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

    Fəaliyyəti

    Ədəbi yaradıcılığı

    İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

    İctimai-siyasi fəaliyyəti

    İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir [2] .

    Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994) [3] .

    Vəfatı

    1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

    28 yanvar 2019-cu ildə Azərbaycan prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. [4]

    • Yetər Aslanova. Bakı: Uşaqgəncnəşr, 1949, 36 səh.
    • Kerç sularında (hekayələr). Bakı: Azərnəşr, 1950, 139 səh.
    • Dağlar səslənir. Bakı: Uşaqgəncnəşr, 1951, 128 səh.
    • Daşkəsən (oçerk). Bakı: Uşaqgəncnəşr, 1953, 44 səh.
    • Ayrılan yollar. Bakı: Uşaqgəncnəşr, 1957, 260 səh.
    • Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
    • XVIII əsr xarici ədəbiyyat tarixi. Bakı: 1970, 150 səh. (şərikli)
    • Seçilmiş əsərlər (iki cilddə). I c. Bakı: Azərnəşr, 1971, 365 səh.
    • Cəbhə yolları. Bakı: Gənclik, 1985, 188 səh.
    • Seçilmiş əsərlər (iki cilddə). II c. Bakı: Azərnəşr, 1971, 444 səh.
    • XX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1974, 256 səh.
    • Mənim rəqibim. Bakı: Gənclik, 1975, 192 səh.
    • Dəli Kür (roman). Bakı: Gənclik, 1977, 408 səh.
    • Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980, 368 səh.
    • Dəli Kür (roman). Bakı: Yazıçı, 1982, 436 səh.
    • Dəli Kür (roman). Bakı: Yazıçı, 1983, 436 səh.
    • Məni itirməyin. Bakı: Gənclik, 1984, 364 səh.
    • Seçilmiş əsərləri (iki cilddə) I c. Bakı: Azərnəşr, 1986, 480 səh.
    • Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1986, 477 səh.
    • Daim axtarışda (məqalələr, publisist çıxışlar). Bakı: Yazıçı, 1988, 358 səh.
    • Namərd gülləsi (hekayələr). Bakı: Yazıçı, 1991, 230 səh.
    • Ölüləri qəbiristanda basdırın (nəsr, ədəbi tənqid, publisistika).Bakı: Gənclik, 1992, 270 səh.
    • Ölən dünyam (roman). Bakı: Azərnəşr, 1995,150 səh.

    Tərcümələri

    (türkcə və ruscadan)

    1. XIX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1964, 654 səh.
    2. Mopassan Gi De. Hekayələr və novellalar. Bakı: Yazıçı, 1980, 182 səh. (şərikli).
    3. Əziz Nesin. Futbol kralı. Bakı: Gənclik, 1988, 333 səh. (şərikli).

    Filmoqrafiya

    1. Ayrılan yollar (film, 1997)
    2. Bizim qəribə taleyimiz (film, 2005)
    3. Dəli Kür (film, 1969)
    4. Əzizə Cəfərzadə (film, 1999)
    5. Xalq şairi Səməd Vurğun (film, 1969)
    6. İşarəni dənizdən gözləyin (film, 1986)
    7. Kürə qovuşan ömür (film, 2003)
    8. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)

    İstinadlar

    1. ↑ Səda — Novruzda dünyaya gələn görkəmli şəxsiyyətlər (22.03.2016)
    2. “Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az [ölü keçid] (azərb.)
    3. ↑ İ.Q.Şıxlılnskinin (İsmayıl Şıxlının) “Şöhrət” ordеni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyul 1994-cü il tarixli Fərmanıanl.az saytı
    4. ↑ President.Az (28.01.2019). “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” (azərb.). President.az . İstifadə tarixi: 2019-01-28 .

    Xarici keçidlər

    • Dəli Kür. İsmayıl Şıxlı (yüklə)

    Həmçinin bax

    Avqust 05, 2021
    Ən son məqalələr

    Lukresiya Qarfild

    Lukuv

    Lullubi

    Lulubi

    Lulubi dövləti

    Lulubilər

    Lumbovski adası

    Lumbarda Psefizması

    Luna 1

    Luna Miyoviç

    Ən çox oxunan

    Şona dili

    Şondonq mağarası

    Şonqar

    Şonqar palçıq vulkanı

    Şop salatı

    ismayıl, şıxlı, ismayıl, qəhrəman, oğlu, şıxlınski, mart, 1919, 1919, ikinci, şıxlı, gəncə, quberniyası, iyul, 1995, 1995, bakı, azərbaycanlı, nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949, ildən, azərbaycan, yazıçılar, birliyinin, üzvü, a. Ismayil Qehreman oglu Sixlinski Ismayil Sixli 22 mart 1919 1919 03 22 Ikinci Sixli Gence quberniyasi 26 iyul 1995 1995 07 26 Baki azerbaycanli nasir edebiyyatsunas publisist yazici pedaqoq ssenarist 1949 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Azerbaycan SSR xalq yazicisi 1984 Azerbaycan SSR komsomolu mukafati laureati 1976 filologiya elmleri namizedi 1954 Azerbaycan Respublikasi Ali Sovetinin deputati 1986 1990 Azerbaycan Yazicilar Ittifaqinin sedri 1986 1987 Azerbaycan Yazicilar Birliyinin Agsaqqallar Surasinin sedri 1991 M F Axundov adina edebi mukafat laureati 1991 Ismayil SixliIsmayil Qehreman oglu SixlinskiDogum tarixi 22 mart 1919Dogum yeri Ikinci Sixli Qazax qezasi Gence quberniyasi Azerbaycan Xalq CumhuriyyetiVefat tarixi 26 iyul 1995 76 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri Fexri xiyabanVetendasligi AXC SSRI AzerbaycanMilliyyeti azerbaycanliUsaqlari Elcin Sixli Ferrux SixliTehsili Qazax pedaqoji mektebiAzerbaycan Pedaqoji Institutunun dil ve edebiyyat fakultesiFealiyyeti yazici pedaqoqFealiyyet illeri 1938 1995Eserlerinin dili azerbaycancaJanr nesrIlk eseri Quslar seiri 1938 Mukafatlari 1984 1994 Mundericat 1 Heyati 2 Fealiyyeti 2 1 Edebi yaradiciligi 2 2 Ictimai siyasi fealiyyeti 2 3 Vefati 3 Xatiresi 4 Eserleri 4 1 Tercumeleri 5 Filmoqrafiya 6 Istinadlar 7 Xarici kecidler 8 Hemcinin baxHeyati RedakteIsmayil Sixli 1919 cu il martin 22 de 1 Qazaxin Ikinci Sixli kendinde muellim ailesinde anadan olmusdur 1928 ci ilde Qazax rayonunun Kosalar kend orta mektebine daxil olmusdur Orta mektebi bitirdikden sonra 1934 1936 ci illerde Qazax Pedaqoji Texnikomunda oxumusdur Texnikomda tehsil alarken 1935 ci ilde Lenin komsomolu siralarina daxil olmusdur Qazax Pedaqoji Texnikomunu bitirdikden sonra 1936 1937 ci illerde Kosalar kend orta mektebinde muellimlik etmisdir Daha sonra 1937 ci ilde V I Lenin adina Azerbaycan Dovlet Pedaqoji Institutunun dil ve edebiyyat fakultesinde oxumus ve 1941 ci ilde ali tehsilini bitirmisdir Ikinci dunya muharibesi dovrunde sovet ordusu terkibinde on cebhelerde Simali Qafqaz Krim III Belorusiya cebhesi ve Serqi Prussiya istiqametinde doyusen orduda siravi esger olmusdur Terxis edildikden sonra alti ay Kosalar kend mektebinde tedris hisse mudiri islemisdir 1946 Azerbaycan Pedaqoji Institunun filologiya fakultesinde aspirant 1946 1949 muellim bas muellim olmus xarici olkeler edebiyyati kafedrasinin mudiri bir muddet Azerbaycan Yazicilar Ittifaqinin katibi 1965 1968 kimi calismisdir Azerbaycan jurnalinda bas redaktor 1976 1978 Azerbaycan Yazicilar Ittifaqinin birinci katibi 1981 1987 SSRI Yazicilar Ittifaqinin katibi 1981 1987 olmusdur 1986 ci ilde Azerbaycan Yazicilar Ittifaqinin sedri secilmisdir Azerbaycan Yazicilar Birliyinin Agsaqqallar Surasinin sedri secilmisdir 1991 Fealiyyeti RedakteEdebi yaradiciligi Redakte Ilk metbuat eseri Quslar seiri 1938 ci ilde Edebiyyat qezetinde derc olunmusdur Edebi yaradiciliga 1947 ci ilde Inqilab ve medeniyyet jurnalinda cap etdirdiyi Hekimin nagili hekayesi ile baslamisdir Bundan sonra dovri metbuatda muntezem cixis etmisdir Eserleri kecmis SSRI ve xarici olke xalqlarinin dillerine tercume olunmusdur Ictimai siyasi fealiyyeti Redakte Ictimai islerde feal calismisdir Baki zehmetkes deputatlari Sovetinin deputati 1967 1969 1983 Azerbaycan Respublikasi Ali Sovetinin deputati 1986 1995 Azerbaycan KP Baki seher komitesinin 1968 1970 Azerbaycan KP MK nin 1986 1990 Azerbaycan Hemkarlar Surasi reyaset heyetinin SSRI Yazicilar Ittifaqi idare heyetinin uzvu secilmisdir 26 noyabr 1991 ci ilde teskil edilen Azerbaycan Respublikasi Ali Sovetinin Milli Surasinin terkibine daxil edilmisdir 2 Xidmetlerine gore Qizil Ulduz 1945 Seref nisani 1971 Qirmizi emek bayragi 1979 II dereceli Boyuk Veten muharibesi 1985 ordenleri ve medallarla teltif edilmisdir Azerbaycan SSR Ali Sovetinin Fexri Fermanini 1973 ve Azerbaycan Respublikasinin Sohret ordenini almisdir 04 07 1994 3 Vefati Redakte 1995 ci il iyulun 26 da Bakida vefat etmis Fexri xiyabanda defn olunmusdur Xatiresi Redakte28 yanvar 2019 cu ilde Azerbaycan prezidenti Ismayil Sixlinin 100 illik yubileyinin qeyd edilmesi haqqinda serencam imzalamisdir 4 Eserleri RedakteYeter Aslanova Baki Usaqgencnesr 1949 36 seh Kerc sularinda hekayeler Baki Azernesr 1950 139 seh Daglar seslenir Baki Usaqgencnesr 1951 128 seh Daskesen ocerk Baki Usaqgencnesr 1953 44 seh Ayrilan yollar Baki Usaqgencnesr 1957 260 seh Deli Kur roman Baki Genclik 1968 448 seh XVIII esr xarici edebiyyat tarixi Baki 1970 150 seh serikli Secilmis eserler iki cildde I c Baki Azernesr 1971 365 seh Cebhe yollari Baki Genclik 1985 188 seh Secilmis eserler iki cildde II c Baki Azernesr 1971 444 seh XX esr xarici edebiyyat tarixi Baki Maarif 1974 256 seh Menim reqibim Baki Genclik 1975 192 seh Deli Kur roman Baki Genclik 1977 408 seh Xatireye donmus iller Baki Yazici 1980 368 seh Deli Kur roman Baki Yazici 1982 436 seh Deli Kur roman Baki Yazici 1983 436 seh Meni itirmeyin Baki Genclik 1984 364 seh Secilmis eserleri iki cildde I c Baki Azernesr 1986 480 seh Secilmis eserleri iki cildde II c Baki Azernesr 1986 477 seh Daim axtarisda meqaleler publisist cixislar Baki Yazici 1988 358 seh Namerd gullesi hekayeler Baki Yazici 1991 230 seh Oluleri qebiristanda basdirin nesr edebi tenqid publisistika Baki Genclik 1992 270 seh Olen dunyam roman Baki Azernesr 1995 150 seh Tercumeleri Redakte turkce ve ruscadan XIX esr xarici edebiyyat tarixi Baki Maarif 1964 654 seh Mopassan Gi De Hekayeler ve novellalar Baki Yazici 1980 182 seh serikli Eziz Nesin Futbol krali Baki Genclik 1988 333 seh serikli Filmoqrafiya RedakteAyrilan yollar film 1997 Bizim qeribe taleyimiz film 2005 Deli Kur film 1969 Ezize Ceferzade film 1999 Xalq sairi Semed Vurgun film 1969 Isareni denizden gozleyin film 1986 Kure qovusan omur film 2003 Ne yaxsi ki dunyada Semed Vurgun var film 1976 Istinadlar Redakte Seda Novruzda dunyaya gelen gorkemli sexsiyyetler 22 03 2016 Azerbaycan Respublikasi Ali Soveti Milli Surasinin teskil edilmesi haqqinda Azerbaycan Respublikasi Ali Sovetinin 26 noyabr 1991 ci il tarixli 276 XP nomreli Qerari e qanun az olu kecid azerb I Q Sixlilnskinin Ismayil Sixlinin Sohret ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 4 iyul 1994 cu il tarixli Fermani anl az sayti President Az 28 01 2019 Ismayil Sixlinin 100 illik yubileyinin qeyd edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami azerb President az Istifade tarixi 2019 01 28 Xarici kecidler RedakteDeli Kur Ismayil Sixli yukle Hemcinin bax RedakteMenbe https az wikipedia org w index php title Ismayil Sixli amp oldid 5898541, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

    ne axtarsan burda

    en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

    Текст книги “Hekayələr”

    Arabanın arxa tərəfində cağdan yapışaraq oturmuşdum. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çiskinli payız havası başlanmışdı. Kövşənliklər, otu çalınmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındakı kövşənliklər xışıldayırdı. Dərz tayalarının yeri cücərmişdi. Qalın sirkənlərin içində orağın ağzından salamat qalmış sünbüllər nəmlənib əyilmişdi. Onların üstü ilə qıvrım qabığından yarıya qədər çıxan qara, qoşabuynuzlu ilbizlər sürünürdü.

    Arabanın içinə tara qədər ot döşəmişdilər. Kəndimizin ağsaqqalları oturub ayaqlarını uzatmışdılar. Şəhərə gedirdilər. Hərənin bir işi, özünə əcrə dərdi-azarı vardı. Mən də dərsə tələsirdim. Texnikumda oxuyurdum.

    Söhbət dünənki seçkidən gedirdi. Keçən axşam kəndimizdə böyük iclas olmuşdu. Rayondan da adamlar gəlmişdilər. Onların fikri köhnə sədri saxlamaq idi. İclasdan əvvəl ağsaqqalları dilə tutub deyirdilər ki, “katib özü də dəyişikliyin tərəfi deyil. Təzə adam seçib nə qazanacaqsınız?”

    İclas gecəyarıyacan davam etdi. Çox danışdılar. Ancaq camaat sözündən dönmədi. İşgüzar briqadirlərdən birini, Aydınoğlunu sədr seçdilər.

    Arabadakıların içində Mədəd kişi də vardı. O, ayaqlarını rahatca uzadıb qəlyanını tüstülədirdi. Danışılan lara qulaq asdıqdan sonra yeni sədri tərifləməyə başladı:

    – Adam gərək özününkünün qədrini bilsin. Elindən, obasından irəli çıxana arxa dursun, ona kömək eləsin. Amma biz bir-birimizin ayağından çəkirik, istəyirik ki, qabağa gedənimiz tez yıxılsın. Adamlar yaman korlanıblar. Üzdə bir söz danışırlar, dalda başqa. Bilmirsən dostun kimdir, düşmənin kim? Yadlara yaltaqlanırıq, özümüzünkülərə isə meydan oxuyuruq. Ona görə də başımızdan basırlar. İndi gərək biz elliklə Aydınoğluna arxa duraq, işinə kömək eləyək. Belə olsa, kolxozumuz qabağa gedər, kəndimizin adı dillərə düşər. Aydınoğlu qoçaqdır. Diribaşdır. Mən onu lap uşaqlıqdan tanıyıram. Rəhmətlik atası da diribaş idi. Biz qardaş kimi idik. Onu öz balam kimi istəyirəm. Elə sizə də deyirəm, gərək əl-ələ verək, qoymayaq onun başından bir tük əskik olsun.

    Mən diqqətlə ona qulaq asırdım. Ürəyimdə deyirdim ki, “Aydınoğlunun bəxti gətirib. Onu bu qədər sevən adam var. Mədəd kişi kimilər, deyəsən, ona dayaq olacaqlar. Görəsən, kəndimizdə Aydınoğlunu Mədəd kişi qədər istəyən varmı?”

    Araba torpaq yoldan çıxdı. Şəhərin yaxınlığında daş yola düşdü. Təkərlər qıcırdadı. Biz titrətməli kimi silkələndik. Şəhərin girəcəyindəki körpüyə yaxınlaşdıq. Birdən Mədəd kişi arabanın içində dikəldi. Yolun kənarı ilə piyada gedən təzə sədri səslədi:

    – A bala, niyə piyada gedirsən, qara atı niyə minmirsən?

    Aydınoğlu dinmədi. Çiyinlərini çəkib uzaqlaşdı. Mədəd kişi qəlyanını sümürüb yerini rahatladı:

    – Çox həyalı cavandır, gördünüzmü, pul kimi qızardı. Amma atı nahaq minmir.

    Mən o atı görmüşdüm. Qara at hündür, ayaqları səkil bir atdı. Tövlədə ayrıca saxlayırdılar. Teli ipək kimi yumşaq idi, əl dəyməmiş tökülərdi. Onu tövlədən çıxaranda camaat tamaşasına durardı. Yüyənini iki adam güclə saxlayardı. Oktyabr, ya da May bayramında kəndin dəliqanlıları cıdıra çıxanda qara atı ötən olmazdı. Əvvəllər bu atı əsl sahibi Əmirxan kişi minərdi. O da atı kimi hündür, zəhmli bir kişi idi. Sonra atı kolxoza verdilər…

    Axşam dərsdən evə qayıdarkən mənim bəxtim yenə gətirdi. Səkkiz kilometr yolu piyada gedəsi olmadım. Torpaq yola çıxan kimi arabaya rast gəldim. Səhərki təki, arxada, cağdan yapışıb oturdum. Ayaqlarımı salladım. Hava qaralmışdı. Göyün üzündəki tutqunluq daha da güclənmiş, çiskin çoxalmışdı. Qarşıdakı kənd evlərində təkəmseyrək işıq yanırdı. Arabadakılar, deyəsən, yorulmuşdular. Dinmirdilər. Təkcə Mədəd kişinin qəlyanı közərirdi.

    Arxadan səs eşidildi. Azacıq sonra çiskin içərisindən çıxan qara at yanımızdan güllə kimi ötdü. Dırnaqların-dan qopan palçıq ətrafa səpələndi, bir-ikisi arabaya düşdü, deyəsən, Mədəd kişinin üzünə yapışdı. O sancılanmış kimi qıvrılıb dikəldi. Yəhərdə çəpəki oturmuş Aydınoğlunun kürəyinə, qara atın düyünlənmiş quyruğuna baxdı. Qəlyanını ağzından çıxarıb əlini hirslə dizinə çırpdı:

    – Sən dünyanın işinə bax, gör nə tezcə havalandı!

    ÇİSKİN

    O, dirsəkliyi sürtülmüş kreslonu pəncərənin qaba – ğına çəkdi. Qalın yun şalı kəmər yerinə qədər dartıb dizlərini möhkəm bürüdü. Otağa qaranlıq çöksə də, işığı yandırmadı. Gözünü pəncərəyə zillədi. Pəncərənin nəfəsliyi açıq idi. Çisələyirdi. Arxa tərəfdəki qırmızı işıqlar yaş yollarda közərirdi. Səkilərin yaxası boyu cərgələnən ağacların yarpaqlarını narın damlalar döyəcləyirdi. Onların yeknəsəq tappıltısı qarşıdakı bağçanın xəzəl xışıltılarına qarışıb otağa dolurdu. İçərini nəm yarpaqların rütubəti bürüyürdü.

    Qoca gözünü pəncərə şüşələrinə qonmuş çisəkdən çəkmirdi. O, narın su zərrələrinin birləşərək gilələndiyini və bu damlaların süzülüb şüşədə zolaq-zolaq izlər buraxdığını müşahidə etməkdən son vaxtlar doymurdu. Elə bil ki, bağçadakı ağacların yarpaqlarını yuyub-təmizləyən çiskinli yağışın asta şırıltısı onu sakitləşdirirdi. Qoca belə hallarda saatlarla oturub az qala pəncərədən içəri dolan yarpaqların ucunda gilələnmiş damlalara, onun yuyub-təmizlədiyi zolaqlara, qırov kimi hər yerə qonmuş ağımsov su zərrələrinə baxdıqca bədənində bir sərinlik, əsəblərində insanı mürgülədən bir sakitlik duyurdu.

    O yorulmuşdu. Əlli ildən çox ali məktəblərdə mühazirə oxuyan, elmi konfranslar, müzakirələr keçirən, cild-cild əsərlərin müəllifi bu qoca alim axır illər guşənişin olmuşdu. Bədəninin giziltiləri artmış, ayaqları hərəkətdən qalmışdı. O hiss etmişdi ki, daha əvvəlki maraqla dərs deyə bilmir. Tez-tez dayanıb nəfəsini dərir, adəti xilafına, mühazirə zamanı stul çəkib oturmalı olur. Onun dərsi getdikcə maraqsızlaşırdı. “Hər şeyin məqamını bilmək, ölçü hissini itirməmək ən böyük qabiliyyətdir. Vaxtında səhnədən getməyi bacarmaq, xatirələrdə çağlayan şəlalə kimi yaşamaq hünər istəyir”. Bu sözləri professor dəfələrlə təkrar etmiş, sürünənlərlə barışmadığını hamıya bildirmişdi. Bəs indi? Bəs özü?

    O, ərizə verdi. Təqaüdə çıxdı. İlk aylar onun yanına məsləhətə gələnlər, göstəriş alanlar çox oldu. Ancaq tədricən astanadakı ayaq səsləri, telefon zəngləri azaldı, gedib-gələnlər seyrəldi, bir ildən sonra isə tamam kəsildi. Balacalıqdan övladı kimi yanında saxladığı bacınəvəsi də onu tərk etdi. Qoca tək qaldı. İlk anlar o buna sevindi. Tam sakitlik içində oturub kitabları qabağına tökdü, gecə-gündüz yazıb-pozdu, elə bildi ki, bu məşğələ onu usandırmayacaq, kitablar onu yormayacaq. Bir-iki ay da keçdi. Qoca dəhşətlə hiss etdi ki, bunlar hamısı təsəllidir. Yalqızlıq onu sıxır, evə, qəlbinə getdikcə ağır bir kədər qonur. Fikrini dağıtmaq üçün tez-tez həyətdəki bağçaya endi, əsasına söykənə-söykənə dəniz kənarına yollandı, bir küncdə oturub saatlarla ləpələrə tamaşa etdi. Bu da çox sürmədi. Ayaq larının sızıltısı artdı, yeriməyi çətinləşdi, nəhayət, evdən bayıra çıxmağa ehtiyat etdi…

    Evdəki əşyalar – tavana qədər ucalan kitab rəfləri, küncdəki iri yazı stolu, döşəməni başdan-başa bürüyən naxışlı qədim çilçıraq qaranlığa qarışıb əriyirdi. Arabir maşınların işığı pəncərədə parıldayır, gah divarın bir hissəsində, gah tavanda, gah da kitab rəflərində sürünüb ötürdü. Bu işıq zolaqları bəzən qocanın sifətində sarımtıl iz buraxırdı. Onun oturuşundan, alnındakı qırışların sıxlaşmasından, gözlərinin uzaq məsafə və zaman arxasında nə isə axtarırmış kimi sakit və dalğın dayanmasından hiss olunurdu ki, yorulmuşdur, səksən ildən artıq ömür sürən bu ixtiyar alim qəlbən, ruhən sakitlik və dinclik arayır.

    Qoca azacıq tərpəndi. Əlini uzadıb yanındakı yemək stolunun üstündən qatıq qabını götürdü. İndi yadına düşdü ki, nahar eləməyib. Əslinə baxsan son zamanlar qatıqdan başqa bir şey yemirdi. Həkimlərin məsləhəti belə idi: səhər qatıq, günorta qatıq, yatmazdan əvvəl yenə qatıq.

    Kreslonu geri çəkdi. Titrək əllərini stolun üstündə gəzdirdi. Nə isə xışıltı ilə yerə səpələndi. Qoca kreslodan qalxdı. Əlini dizinə söykəyib azacıq əyildi. Gəbənin üstünə dağılmış kağızları yığışdırdı və birdən xatırladı ki, onun əlindəkilər puldur. Qat-qat, qalaq-qalaq pullar yerə səpələnmişdi. Qolları yanına düşdü. Taqətsiz halda kresloya çökdü. Xışmaladığı pulları stolun üstünə atdı. Onun dodaqlarında qürurqarışıq acı və istehzalı bir təbəssüm oynadı. Sifətini təəssüfü xatırladan, lakin peşmançılıqdan çox dünyanın qəribə işlərinə meydan oxuyan bir ifadə bürüdü.

    Düz bir saat əvvəl, qaranlıq qarışmazdan xeyli qabaq, ona pul gətirmişdilər. Külli miqdarda, gözləmədiyi halda. Ona demişdilər ki, sizin haradasa, haçansa kitabınız çap olunub. Böyük tirajla. Əsərin adını da dedilər, özünü də göstərdilər. Professor kitabı götürüb laqeydcəsinə baxdı. Pullara toxunmadı. O bu əsəri çoxdan yazmışdı, lap çoxdan. Az qala müəllifliyini belə unutmuşdu.

    Yağış yenə çisələyirdi. Təkərlər şırıldayırdı.

    Qapı tərəfdəki iri kəfkirli böyük saat danqıldadı. Dalğa-dalğa otağa yayılan bu səs qocanı diksindirdi. O nə isə xatırlayıb cəld kreslodan durdu. Pəncərəyə yaxınlaşıb ön taxtaya dirsəkləndi. Boynunu irəli uzadıb bağçaya boylandı. Düz bir həftə idi ki, bir cüt gənc, qaranlıq qarışan kimi, qocanın pəncərəsi önündəki bağçaya gələr, divar tərəfə çəkilib ağacların kölgəsindəki balaca skamyada oturar, baş-başa verib gecədən xeyli keçənə qədər astadan pıçıldaşardılar. Qocanın gecə vaxtı alaqaranlıq kölgəliklərə çəkilib qucaqlaşan gənclərdən xoşu gəlməzdi. Onların gah xısıltılı gülüşləri, gah da həyasız səslərini eşidəndə pəncərəni örtüb otağın dərinliklərinə çəkilərdi. Ancaq bu uşaqlardan xoşu gəlirdi. Onlar sakitcə gələr, sakitcə oturar, gecədən xeyli keçəndən sonra sakitcə də durub gedərdilər. Onların ayaqlarının altındakı yarpaqların xışıltısı eşidilməz olduqdan sonra qoca rahatca yerinə uzanardı. Ancaq bu gün narahat idi. Yağışdan, çisəkdən qorxurdu. Aradan altmış il keçməsinə baxmayaraq yağış, çiskin onu yaman qorxudurdu…

    O, Kazan Universitetində oxuyurdu. Fəlsəfə ilə maraqlanırdı, hərdənbir şeir də yazırdı. Eşitmişdi ki, qədim yunan yazıçılarından biri öz əsərlərini yazanda ucqar bir mağaraya çəkilərmiş. Roma natiqləri çıxış etməzdən əvvəl dəniz kənarına gələr, bütün gecə səhərə qədər üzünü sulara tutub öz-özünə danışar, sonsuz dənizi insan dəryası, hirsli ləpələri isə natiqin sehri ilə çalxalanan izdiham sanarmış. Onlara oxşamağa çalışırdı. Dərsdən sonra, ya da imtahanqabağı yoldaşlarından ayrılır, təkliyə, xəlvətə çəkilirdi. Volqanın sahilinə qaçıb gözdən uzaq bir yer tapırdı. Oxuyurdu, danışırdı, uca bir yerə çıxıb sinəsini qabardır, üzünü axar sulara tutub şeir oxuyur, qədim natiqlərin nitqlərindən latınca parçalar söyləyirdi. O, hamını sehrləmək, boğuq-boğuq fit verən gəmilərin səsini batırmaq, çarxlarını dayandırmaq, göyərtədəki adamların diqqətini cəlb etmək, onlara öz nitqini söyləmək istəyirdi. O istəyirdi ki, hamı – sahildəki izdiham da, çay kənarına görüşə gələnlər də, uzaq səfərə hazırlaşanlar da, sahilə yan alan gəmiləri körpüdə qarşılayanlar da onu dinləsinlər, ona qulaq assınlar. Bəzən göyərtədən sahilə əl edirdilər, şlyapalar havada yellənirdi. Ona elə gəlirdi ki, səsi gəmidəkilərə çatıb, dinləyicilər onu alqışlayırlar. Daha da coşurdu, əl-qol atırdı. Ancaq bir dəfə…

    Qız boynunu büküb altdan-yuxarı ona baxırdı. Sarı saçını ortadan ayırıb iri hörük hörmüşdü. Əynində uzun boynunu və qollarını örtən, yaxası işləməli gimnaziya paltarı vardı. Müşəmbəli ağ önlüyünün qatı sınmamışdı. Uzunboğaz, dikdaban çəkmələrinin qaytanı çarpazlarda səliqə ilə çarpazlanmışdı. Qız kitablarını sinəsinə sıxmışdı. Oğlan özünü itirdi. Əli havada qaldı, gözü qızda. Bilmədi sözünü bitirsin, yoxsa yarıda kəssin. Qız gülümsündü. Əlindəki çiçəyi qayanın üstündə heykəl kimi dayanan oğlana atdı. Qaça-qaça uzaqlaşdı. Haradasa, qayanın o tərəfində qızlar gülüşdü…

    Bir həftə görünmədi. Utandığından o tərəflərdə hərlənmədi. Ancaq yarı canı Volqanın sahilində qaldı. Gecələr gözünə yuxu getmədi. Yataqxana yoldaşları sakitləşəndən sonra yerində çöyrükdü, gözünü tavana zillədi, pəncərədən boylandı. Hara baxdısa, sarışın qız gözünün önündə dayandı, boynunu əyib altdan-yuxarı ona baxdı, gülümsündü, əlindəki çiçəyi yuxarı, qayanın üstünə atdı. Görəsən, doğrudanmı, qızın onun şeir oxumasından xoşu gəlmişdi? Yoxsa öz gözəl nitqi ilə dünyanı əsir etmək istəyən gənci elə ilk addımdan adi bir qız ələ salırdı? Bəlkə, bu bir həqiqət idi? Bəlkə, qız, doğrudan da, onun nitqinə aşiq olmuşdu? Bəlkə, bunların hamısı boş xəyal, qəlbində yeni hislər yaranan bir gəncin təxəyyülündə baş qaldıran arzular, istəklər uydurması idi? Bəlkə, bəlkə…

    O dözmədi. Cəsarətini topladı, ürkə-ürkə, ehtiyatla, ətrafına boylana-boylana sahilə getdi. Dikdirə çıxanda gözlərinə inanmadı. Qız dizlərini qucaqlayıb oturmuşdu. Baxışlarını axar sulara zilləmişdi.

    Heç nə soruşmadılar. Qız onun qızarmış qulaqlarına baxdı, o da qızın bədənini kip tutan donunun titrəyən sinəsinə. Gülümsədilər. Köhnə tanışlar kimi əl verdilər. Adlarını dedilər:

    Əl-ələ tutub üzüaşağı, sahilə qədər qaçdılar. Oğlana elə gəldi ki, bu saat hər yeri ayaqyalın keçə bilər, qızı qolları üstünə alıb geniş Volqanın ləpələri ilə addımlayar, istəsə, lap səmada qapaqlanmış ağ bulud laylarının qoynuna qalxıb sonsuzluqlara qədər baş alıb gedər. O istəyirdi ki, çayyuxarı üzən gəmilər dayansın, lap sahilə yan alıb onların önündə dursun, onları göyərtəyə, sonra da bərli-bəzəkli kayuta dəvət etsinlər. Birlikdə aylarla Volqaboyu yol getsinlər, gecələr göyərtənin arxa tərəfində məhəccərə söykənib qoşa dayansınlar, pərlərin köpükləndirdiyi sulara, ləpələrin qoynunda yırğalanan aya, suların sinəsində uzanan işıq zolaqlarının gümüşü pullarına tamaşa etsinlər. Sahildə mürgüləyən meşələrə, kəndlərə, yaşıl çəmənlərə baxmaqdan doymasınlar. Deyəsən, qız da eyni halı keçirirdi. Balaca, zərif əllərini oğlanın əlindən çəkmirdi…

    Qoca pəncərədən bir az geri çəkildi, görünməsindən ehtiyat etdi. Qız gəlmişdi. Ağacın kölgəsində dayanaraq narahatlıqla ətrafa boylanırdı. Tez-tez qolundakı saatına baxırdı. Həyəcanlanmışdı. Narın damlalar yenə də yeknəsəqliklə şırıldayırdı. Oğlan gecikirdi. Qız gah ağacların kölgəsində daldalanır, gah da aşkara çıxıb yollara boylanırdı. Bəlkə, getmək istəyirdi? Qoca az qala pəncərədən əyilib qızın qolundan yapışmaq, onu oğlan gələnə qədər saxlamaq: “Getmə, gözlə, bəlkə, səbəbi var? Sevən adam görüşə səbəbsiz gecikməz, bunu bilirsinizmi, ay qızlar?” – deyə pıçıldamaq istədi. Axı o da altmış il bundan qabaq belə bir çiskinli havada görüşə gecikmişdi.

    Onun pulu yox idi. Sevdiyi qızı bir yana aparmaq, ona bir hədiyyə almaq, nəyəsə qonaq etmək bir yana dursun, görüş yerinə getmək üçün konkaya minməyə belə pulu yox idi, beş-on qəpiyin əlində əsir qalmışdı. Çox vurnuxmuş, ümidi gələn yoldaşlarından borc istəmiş, verən olmamışdı. Bəlkə, onların da pulu yox idi? Tələbələrin cibinin boş anları azmı olur?! O, piyada getmək, qaçaqaça özünü qıza yetirmək, küçələri kəsəsinə addımlayıb konkalardan, faytonlardan sürətlə gedib Ləbibənin yanında olmağı arzulasa da, başa düşmüşdü ki, gecikib.

    Yağış çisələyirdi. Daş döşəməli küçələr islanmışdı. Novçalardan axan sular şırıldayırdı. Daniyal darıxdı, ağzı üstə çarpayıya yıxılıb yastığı didişdirdi…

    Birdən otaqda ayaq səsləri eşidildi. Addımlar yaxınlaşdı və onun çiyninə toxundular. Çevrilib başı üstündə dayanan tələbə yoldaşına baxdı. Bu onların sinfində oxuyan ən sakit, ən kasıb və ən qaradinməz tələbə idi. O, eynəyinin altından sakitcə baxırdı. Bu baxışlar o qədər qayğıkeş, ürəkaçıqlığı və canıyananlıqla dolu idi ki, Daniyal susa bilmədi. Ondan kömək almaq üçün yox, yüngülləşmək, ürəyini boşaltmaq üçün dərdini açdı. Eynəkli oğlan gülümsündü, əlini cibinə salıb üç manat çıxardı. Sakitcə yoldaşına uzatdı. Daniyal əvvəlcə tərpənmədi, mat-mat yoldaşına baxdı və birdən pulu qapıb bayıra cumdu, pillələri üç-üç, beş-beş atılıb küçəyə çıxdı. Dayanacaqdan uzaqlaşan konkanın arxasınca yetib ayaqlığa atıldı. Arxada dayanmadı, məsafəni qısaldacaqmış kimi adamları yara-yara qabağa keçdi, konkanın dayanacağa çatmasını gözləyə bilmədi, dözümsüzlük edib yerə atıldı, qaça-qaça özünü görüş yerinə yetirdi.

    Ləbibə getməmişdi. Yağışın altında gözləmişdi. Dani-yal sevindi, əlini uzadıb görüşmək istədi. Qızın soyuq baxışı onu tərpənməyə qoymadı. Dayandılar. Dinmədilər. Birdən Ləbibə dabanı üstə fırlanıb geri döndü. Daniyalın çağırışını eşitmədi, onun dediklərinə qulaq asmadı. Çiskinli havada, köhnə şəhərin dar küçələrində, döngələrdən birində görünməz oldu, əbədi yoxa çıxdı…

    Qız bir də saata baxdı. Qoca onun getməsini görmək, gecikmiş oğlanın həyəcanlarının şahidi olmamaq üçün pəncərədən geri çəkildi. Qatıq qabını götürüb qaşıqladı. Ancaq səbri çatmadı. Əyilib oğruncasına pəncərədən boylandı. Birdən onun sifəti işıqlandı. Oğlan gəlmişdi. Həmişəki kimi divar tərəfdə, pəncərənin altındakı balaca skamyada, ağacların ala-qaranlıq kölgəsində durmuşdular. Çisələyirdi. Damlalar irilənib yarpaqlardan süzülürdü. Onlar yağışdan qorunmaq üçün sıx yarpaqların altına çəkilmək istədilər. Quru yer tapmadılar. Ayaqlarının altındakı yarpaqlar xışıldadı. İri damlalar xəzəldə tappıldadı, ancaq onlar getmədilər. Küncə qısılıb plaşı başlarına saldılar. Damlalar plaşı döyəclədi.

    Qoca bədəninin giziltisini unudaraq pəncərəni azacıq araladı. Çiskinli havada, islaq yarpaqların arasından uzaq ulduzlar kimi tutqun görünən işıqlara baxdı. Sakitcə nəfəs alıb kresloda oturdu, şalı dizlərinə çəkdi…

    Maşınların təkərləri yaş yollarda şırıldayırdı. Çiskinli yağışın narın səpələntisi ağacların yarpaqlarında yeknəsəqliklə səslənirdi. Pəncərənin nəfəsliyindən içəri nəmli hava dolurdu. Bayırda xəzan yarpaqları, içəridə isə stolun üstünə və döşəməyə səpələnmiş pullar xışıldayırdı.

    ƏMİOĞLU

    Düz bir həftə idi ki, rayon maarif şöbəsi ilə baş mühasib Şeydayevin idarəsi arasında ayaq döyməkdən yorulmuşdum. Ancaq hələ də tələbnaməni yoxlatdıra bilməmişdim. Hesabdar hər gün sayğacı şaqqıldadıb bir səhv tapır, tələbnaməni təzədən köçürtdürür, mən yenidən növbəyə dayanır, gah fasiləyə düşür, gah da hesabdarı baş mühasib yanına çağırtdırdığından ləngiyir, beləliklə, iş günü qurtarır və mən sabahı gözləməli olurdum. Sözün düzü, direktorun əvəzinə zəhmət haqqı almağa gəldiyimə peşman olmuşdum. Əslində, mən bu bəhanə ilə rayon mərkəzindən azca aralı olan evimizə dəymək və ata-anamla görüşmək istəyirdim. İşlədiyim kənd uzaq olduğundan və yolun pisliyindən oralara maşın gəlmirdi. Rayon mərkəzinə getmək üçün cığırlarla dərələr aşıb çaylar keçmək və qırx beş kilometrlik yolu addımlamaq lazım idi. Mən elə bilirdim ki, rayona çatan kimi pulu alacam, bir gün evimizdə qaldıqdan sonra qayıdıb müəllimlərin zəhmət haqqını vaxtında özlərinə çatdıracam.

    Səhər tezdən qapını kəsdirib növbədə onuncu adam oldum. Bu gün hər şeyi qurtarıb pul alacağıma əmin idim. Ancaq hesabdar yenə bir şey tapıb məni geri qaytardı. Acığımdan tələbnaməni atıb küçəyə çıxdım. Şəhərdə qalmağa yerim də yox idi. Mehmanxana müdirinə yalvarmaqdan da üzümün suyu tökülmüşdü. Sabah da istirahət günü idi. Yox, yaxşısı budur, geri qayıdım. Qoy direktor özü gəlsin, müəllimlərin gözü yoldadır, axı onların ailəsi var, pul lazımdır!

    – Xoş gördük, İslam, niyə burda durursan?

    – Maaş almağa gəlmişəm.

    – Mən də. Bəs nəyi gözləyirsən?

    – Heç. Papiros çəkmək üçün çıxmışam.

    Doğrusu, başıma gələnləri ona demək istəmədim. Hər halda, özümü sındırmamağa çalışdım. Camal gülə-gülə məndən aralandı. Mən onun tünd mürəkkəbi rəngli drap paltosunun əyninə necə kip yatdığına baxdım. Bu palto onsuz da qıvraq olan Camalı bir az da çevik göstərirdi.

    Aradan on beş dəqiqə keçməmiş yanımdan güllə kimi ötdü. Elə bil sümüyü çırtlayırdı.

    O, ayaq saxladı. Təəccübümü gizlədə bilmədim:

    – Nə tələbnamə? – deyə gülümsündü və əlindəki kağızı mənə göstərdi. – Çek də yazdırmışam. Bəs sən banka getmirsən?

    – Yox, – deyə köksümü ötürdüm, – rəhmətliyin oğlu, kefdən danışırsan, heç hesabdarın torundan çıxa bilirəm ki?

    – Dayan, dayan, – o, qolumdan yapışıb məni bir az da kənara çəkdi. – Əmioğlunu görübsən?

    – Onda yarım ay buradasan.

    Camal əlini əlinə vurub qəhqəhə çəkdi. Onun incə dişləri parıldadı, xırdaca gözləri oynadı. Onsuz da saz olan kefi lap duruldu. Mənə elə gəldi ki, qonşu məktəbin direktoru Camal təcrübəsiz yoldaşını ələ salır və özünün üstünlüyündən həzz alır. Kəndə qayıdan kimi mənim burada boynumu büküb necə dayandığımı müəllimlərə danışacaq, əlini əlinə vurub indiki kimi şaqqanaq çəkəcək. Amma gözlədiyimin əksinə, Camal qolumdan tutub məni idarədən bir az da araladı və saatına baxdı.

    – Get, bu saat yarım litr araq al. – Mən diksindim. İnstitutu qurtarmağımıza baxmayaraq, hələ də dilimə içki dəyməmişdi. Camal bic-bic güldü. – Tənəffüsə çıxan kimi Şeydayevə ver, sonrası ilə işin olmasın.

    – Nə danışırsan, elə şey olar?

    – Olar, olar. Bura bax, qız kimi niyə qızardın? Sənə nə deyirəm, ona qulaq as. Özü də baş mühasibə yaxınlaşanda “yoldaş Şeydayev” zad demə. Bircə kəlmə “Əmioğlu” de, eşitdinmi? Di sağ ol, mən getdim, gecikirəm.

    Camal qırğı kimi sıçrayıb küçəni keçdi və azacıq sonra gözdən itdi. Hiss etdim ki, qulaqlarım güyüldəyir, bədənimi od və tər basır.

    Küçənin hər iki tərəfindən balaca arx axırdı. Altı və yanları sementlə suvanmış bu dördkünc arxın suyu yeknəsəqliklə şırıldayırdı. Papirosumu sümürüb kötüyünü arxa atdım. Papiros bir müddət suyun üzündə qaldı. Qıjoy və təmiz su onu ora-bura çırpa-çırpa ağzına alıb apardı və lilli burulğana saldı. Papiros yox oldu, azacıq sonra isə saralmış və islanmış halda bir az aşağıdan üzə çıxdı. Şübhəsiz, lillənib bata da bilərdi.

    Küçənin o üzündəki dükana yaxınlaşdım. Oğurluğa gedən adam kimi əvvəlcə ətrafıma boylandım, qorxa-qorxa içəri girdim. Ömrümdə ilk dəfə içki aldım. Tələsik paltomun qoltuq cibində gizlətdim və ayağım dolaşa-dolaşa qapıdan çıxdım. Mənə elə gəldi ki, hamı gözünü zilləyib baxır, bu saat qışqırıb güləcəklər.

    Şəhərin kənarındakı hamamın nazik və bir az da boğuq çıxan fit səsi nahar fasiləsinin çatdığını bütün rayon idarələrində işləyənlərə xəbər verdi. Mən yol kəsməyə hazırlaşan cani kimi döngədə gizləndim. Ancaq canilərdən fərqli olaraq qorxa-qorxa, ürkək baxışlarla boylana-boylana. Şeydayevin tələsik gəldiyini gördüm.

    İrəli çıxmaq əvəzinə geri çəkildim. Daldada gizləndim. Hiss etdim ki, ürəyimin döyüntüsü boynumun damarında çırpınır. Dəsmal çıxarıb tərimi sildim və elə bu vəziyyətdə də baş mühasiblə qarşılaşdım. Şeydayev diksinib geri çəkildi, üzümə təəccüblə baxıb qaş-qabağını tökdü:

    – Ay yoldaş, fasilə vaxtı adamın qabağını küçədə kəsməzlər, qanacağın olsun, bura idarədir?

    Hülqumum bir neçə dəfə qalxıb-endi, dodağım titrədi, öz səsimdən özüm ürkdüm.

    Şeydayev dayandı. Elə bil kişinin üzündəki maskanı çıxarıb təzəsini taxdılar. Özü də, dodaqları da, gözü də güldü. Sinəmi sıxan ağırlıq yox oldu, sinədolusu nəfəs aldım. İlk addım atılmışdı. Ancaq sonra nə etmək lazım gəldiyini müəyyənləşdirə bilmədiyimdən susurdum.

    Şeydayev əvvəlcə üzümə, sonra isə paltomun şişmiş sinəsinə baxdı. Elə bu an haradansa əsən külək, xoşbəxtlikdən paltomun yaxasını açdı. Araq şüşəsinin ucu göründü. Şeydayev təklif gözləmədən əlini uzadıb cibimdən şüşəni çıxartdı. Tələsik qoynunda gizlətdi.

    – Lap yerinə düşdü, əmioğlu, deyəsən, hal əhlisən. Gedək bizə, əla pitimiz var.

    – Çox sağ olun, toxam.

    – Yaxşı, məni gözlə. Qayıdan kimi birbaş yanıma gəl.

    Şeydayev gülümsündü. O aralanandan sonra uzaq yol yorğunu kimi süst düşdüyümü hiss edib bir daşın üstündə oturdum.

    Fasilədən sonra baş mühasib iki dəqiqənin içində tələbnaməni yoxladı, lazımi düzəlişlər edib qol çəkdi, çek yazdı. Mən sevincək ayağa durdum, qapıya doğru qaçdım, ancaq birdən dayanıb geri döndüm. Eşitmişdim ki, çox vaxt bankda pul olmur, ya da müdir qəsdən gələnləri əliboş geri qaytarır və deyir ki, get üç gündən, ya da bir həftədən sonra gəl. Bəzən bu get-gəl o qədər uzanır ki, çekin vaxtı qurtarır və adamlar yenidən baş mühasibin yanına gəlməli və təzədən çek yazdırmalı olurlar.

    Şeydayev, deyəsən, ürəyimdən keçənləri duydu. Gözlərini qıyıb gülümsündü:

    Verdim. Baş mühasib çeki əlinə alıb kənarındakı işarəni göstərdi.

    – Bilirsən bu nə deməkdir?

    – Bu o deməkdir ki, sən əmioğlumsan, səni ləngitmək olmaz. Ancaq xərci var.

    – Bir palazqulaq yüzlük.

    …Elə həmin gün evimizə belə dəymədən pay-piyada yola düşdüm. Axşama özümü kəndə çatdırıb müəllimlərin pulunu payladım.

    Aradan bir ay keçdi. Direktor məni yanına çağırdı.

    – İslam, maaş dalınca getmək istəmirsən?

    – Yox, əmioğlu, bu dəfə özün getsən yaxşıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.