Professor: “Uşaqlar arasında aritmiya, infarkt halları artıb”
Bakı. 8 iyul. REPORT.AZ/ “Son illərin göstəricilərinə əsasən, həm böyüklər, həm də uşaqlar arasında ürək-damar xəstəliklərinin sayı getdikcə artır. Bunun əsas səbəblərindən biri məhz insanlar arasında bu patalogiyanın daha çox yayılması ilə deyil, bizim diaqnostik imkanlarımızın artması ilə əlaqədardır”. “Report”un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev deyib. Onun sözlərinə görə, uşaqlardakı kardioloji xəstəliklərin yaşla asılılığı daha çoxdur: “Son zamanlar anadangəlmə ürək qüsurlu doğulan uşaqları daha çox müşahidə edirik. Sonrakı yaşlarda əsasən məktəbəqədər dövrdə ürək-damar sistemi tərəfindən ilk vaxtlarda aşkar edilməyən anadangəlmə ürək qüsurları, inkişaf uyğunsuzluqları meydan çıxa bilər. Məktəb yaşlarında isə funksional ürək-damar sistemi xəstəliklərinin tezliyi və qazanılma intensivliyi getdikcə artır”. ATU-nun mütəxəssisi qeyd edib ki, populyasiyada uşaqlarda anadangəlmə ürək qüsurları 0,8-1% təşkil edir: “Yəni, hər 100 doğulan uşaqdan təqribən birində anadangəlmə ürək qüsuru patalogiyası müşahidə olunur. Bunun da diaqnostikası, yaranma səbəbləri və qarşısının alınması səhiyyəmizin qarşısında duran ən əsas problemlərdən biridir. Bu xəstəliyi hansı səbəblər daha çox yarada bilər sualına gəldikdə, bu, multifaktorlu, yəni çox səbəbli bir patalogiyadır. Bunun əmələ gəlməsində konkret olaraq hər hansı bir amil əsas rol oynamır”. O bildirib ki, bu xəstəlikdə əksər hallada 70-80 % genetik faktorun rolu xüsusi vurğulanır: “Əgər valideyninin birində ürək-damar sistemində problem varsa, uşaqda da bu özünü biruzə verəcək. Qalan 20 % isə digər səbəblər təşkil edir. Bura əsasən, ananın özünün sağlamlıq vəziyyəti, xüsusilə də anada şəkərli diabetin olması, arterial hipertenziyanın, qan azlığının, qəbul edilən dərman preparatlarının, sinir sistemi xəstəliklərinin, böyüdüyü sosial şəraitin, stress, gərginlik, qidalanma kimi amillər də daxildir”. “Əgər ilk uşaqda anadangəlmə ürək qüsuru varsa, ikinci uşaqda bu 30 %, üçüncü uşaqda isə artıq bu göstəricinin 50 % yaranma ehtimalının artdığını demək olar. Yəni, valideynlərin, ən əsasda ananın sağlamlığı əsas rol oynayır. Anadangəlmə ürək qüsurları özü də ağırlıq dərəcəsinə görə bölünür. Elə uşaqlar var ki, onlara anadan olan kimi cərrahi müdaxilənin edilməsi mütlədir, amma elə problemlər var ki, onlar 1 yaşa qədər gözlənilməlidir. Uşaqlarda yüngül qüsurlar zamanı onları tez-tez müayinələrdən keçirtməklə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq olar. Valideynlər uşaqlarını 5 yaşına qədər ildə bir dəfə mütləq kardioloji müayinədən keçirməlidirlər”- deyə həkim əlavə edib. İbrahim İsayev onu da vurğulayıb ki, uşaqlarda arasında anadangəlmə ürək qüsurlarından sonra ən çox yayılan xəstəlik növü, məhz aritmiyalardır.
Uşaq Birliyi Rəhbərinin əmək funksiyası
Əmək funksiyası: Uşaq ictimai birlikləri və təşkilatının fəaliyyətini təşkil edir. Uşaq birlikləri təşkilatının rəhbəri iş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir. Öz işini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur. Təşəbbüslərə yaradıcı yanaşır, yeniyetmələrin qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır.
Uşaq Birlikləri Təşkilatlarının fəaliyyətinin məzmun və formasını, uşaqların yaş xüsusiyyətlərini, həyatın tələblərini nəzərə almaqla yeniləşdirir və dəyişdirir. Uşaq və yeniyetmələrin öz istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir. Ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır. Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə edir, öz professional biliklərini artırır. Uşaq təşkilatını maddi texniki bazasını qoruyur və inkişaf etdirir. Dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.
Bilməlidir:
Uşaq hərəkatının qanunauyğunluğunu, ənənələrini, uşaq və gənclərin hüquqlarını, tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini, uşaq birlikləri təşkilatının rəhbərlərinin vəzifələri qarşısında duran tələbləri.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə – iş stajına tələb qoyulmadan ümumi orta təhsili olanlar;
8-ci dərəcə – iş stajına tələb qoyulmadan orta ixtisas təhsili olanlar, uşaq birliyi təşkilatı rəhbərləri hazırlayan Respublika məktəbini bitirənlər:
9-cu dərəcə – a) ali təhsilli, iş stajına tələb qoyulmadan: b) 5 ildən çox iş stajı olan, orta ixtisas təhsilli: 10-cu dərəcə – ali təhsilli, 5 ildən çox iş stajı olanlar.
Professor: “Uşaqlar arasında aritmiya, infarkt halları artıb”
Bakı. 8 iyul. REPORT.AZ/ “Son illərin göstəricilərinə əsasən, həm böyüklər, həm də uşaqlar arasında ürək-damar xəstəliklərinin sayı getdikcə artır. Bunun əsas səbəblərindən biri məhz insanlar arasında bu patalogiyanın daha çox yayılması ilə deyil, bizim diaqnostik imkanlarımızın artması ilə əlaqədardır”. “Report”un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev deyib. Onun sözlərinə görə, uşaqlardakı kardioloji xəstəliklərin yaşla asılılığı daha çoxdur: “Son zamanlar anadangəlmə ürək qüsurlu doğulan uşaqları daha çox müşahidə edirik. Sonrakı yaşlarda əsasən məktəbəqədər dövrdə ürək-damar sistemi tərəfindən ilk vaxtlarda aşkar edilməyən anadangəlmə ürək qüsurları, inkişaf uyğunsuzluqları meydan çıxa bilər. Məktəb yaşlarında isə funksional ürək-damar sistemi xəstəliklərinin tezliyi və qazanılma intensivliyi getdikcə artır”. ATU-nun mütəxəssisi qeyd edib ki, populyasiyada uşaqlarda anadangəlmə ürək qüsurları 0,8-1% təşkil edir: “Yəni, hər 100 doğulan uşaqdan təqribən birində anadangəlmə ürək qüsuru patalogiyası müşahidə olunur. Bunun da diaqnostikası, yaranma səbəbləri və qarşısının alınması səhiyyəmizin qarşısında duran ən əsas problemlərdən biridir. Bu xəstəliyi hansı səbəblər daha çox yarada bilər sualına gəldikdə, bu, multifaktorlu, yəni çox səbəbli bir patalogiyadır. Bunun əmələ gəlməsində konkret olaraq hər hansı bir amil əsas rol oynamır”. O bildirib ki, bu xəstəlikdə əksər hallada 70-80 % genetik faktorun rolu xüsusi vurğulanır: “Əgər valideyninin birində ürək-damar sistemində problem varsa, uşaqda da bu özünü biruzə verəcək. Qalan 20 % isə digər səbəblər təşkil edir. Bura əsasən, ananın özünün sağlamlıq vəziyyəti, xüsusilə də anada şəkərli diabetin olması, arterial hipertenziyanın, qan azlığının, qəbul edilən dərman preparatlarının, sinir sistemi xəstəliklərinin, böyüdüyü sosial şəraitin, stress, gərginlik, qidalanma kimi amillər də daxildir”. “Əgər ilk uşaqda anadangəlmə ürək qüsuru varsa, ikinci uşaqda bu 30 %, üçüncü uşaqda isə artıq bu göstəricinin 50 % yaranma ehtimalının artdığını demək olar. Yəni, valideynlərin, ən əsasda ananın sağlamlığı əsas rol oynayır. Anadangəlmə ürək qüsurları özü də ağırlıq dərəcəsinə görə bölünür. Elə uşaqlar var ki, onlara anadan olan kimi cərrahi müdaxilənin edilməsi mütlədir, amma elə problemlər var ki, onlar 1 yaşa qədər gözlənilməlidir. Uşaqlarda yüngül qüsurlar zamanı onları tez-tez müayinələrdən keçirtməklə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq olar. Valideynlər uşaqlarını 5 yaşına qədər ildə bir dəfə mütləq kardioloji müayinədən keçirməlidirlər”- deyə həkim əlavə edib. İbrahim İsayev onu da vurğulayıb ki, uşaqlarda arasında anadangəlmə ürək qüsurlarından sonra ən çox yayılan xəstəlik növü, məhz aritmiyalardır.
Ibrahim Isayev Alim – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: İbrahim İsayev.
İbrahim İsayev — Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, professor, “əməkdar elm xadimi” [1] , Respublikanın “əməkdar həkimi”.
Mündəricat
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 3 İstinadlar
- 4 Xarici keçidlər
İsayev İbrahim İsa oğlu 10 fevral 1954-cü ildə anadan olmuşdur. 1961-1971-ci illər ərzində orta məktəbdə təhsil almışdır. 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1978-ci ildə bitirmişdir. 1978-1983-cü illər ərzində Əzizbəyov (Xəzər) rayonunun tibb müssisələrində praktiki səhiyyədə çalışmış və həmin il Azərbayjan Tibb Uuniversitetinin «Uşaq xəstəliklərinin propedevtikası» kafedrasında aspiranturaya daxil olmuş və onu bitirdikdən sonra, ardıcıl olaraq kafedrada baş laborant, assistent, dosent kimi fəaliyyət göstərimş, 1995-ci ildən hal-hazıra qədər həmin kafedranın müdiri vəzifəsində işləyir. 2000-2013-cü illər ərzində ATU-nun elmi katibi vəzifəsində çalışmış və 2013-cü ildən Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
Elmi fəaliyyəti
1987-ci ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 250-dən artıq elmi məqalə, 2 dərs vəsaiti, 6 tədris-metodik vəsait, 2 ixtira, 4 səmərələşdirici təklifin müəllifidir. O, ilk dəfə olaraq tibb universitetinin tələbələri üçün azərbaycan dilində «Uşaq xəstəliklərinin propedevtikası» (574 səh.) fənnindən dərslik hazırlayaraq dərj etdirmişdir. Onun rəhbərliyi ilə 10 nəfər tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır. Səhiyyənin, tibb elminin və tədrisinin inkişafındakı nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Əməkdar həkim», 2010-cu ildə isə «Əməkdar elm xadimi» fəxri adlarına layiq görülmüşdür. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının, ATU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, AMEA-nın «Biologiya elmləri» bölməsinin Əlaqələndirmə Şurasının, «Tibb» üzrə Problem Şurasının elmi katibi, o cümlədən MDB ölkələri Kardiorevmatoloqlar Asossiasiyasının, Azərbaycan Respublikası Kardioloqlar Asossiasiyasının, Türkdilli ölkələrin, Pediatriya Asossiasiyasının üzvüdür. 250- dən artıq elmi məqalənin, 3 dərsliyin, 2 dərs vəsaitinin, 6 tədris-metodik vəsaitin, 2 ixtiranın, 4 səmərələşdirici təklifin müəllifidir.
- İsayev İ.İ., Fətəliyeva M.M., Mustafayeva A.İ., Vəlibəyova F.M. “Uşaqlarda qeyri-paroksizmal taxikardiyalar zamanı ürək ritminin variabelliyinin dövri parametrlərinin xüsusiyyətləri” // Azərbaycan Tibb Jurnalı. Elmi – praktik jurnal, Bakı, 2011, № 2, s.49-52.
- M.M. Fətəliyeva, İ.İ.İsayev, A.İ. Mustafayeva. Qeyri-paroksizmal taxikardiyası olan uşaqlarada ürək ritminin variabelliyinin spektral parametrlərinin öyrənilməsi // Azərbaycan təbabətinin müasir nailiyyətləri. Рцblik elmi-praktiki jurnal. Bakı, 2011, № 2, s. 59-63.
- Isayev I.I., Muradova G.Ə., Mustafayeva A.İ. “Differensasiya olunmayan birləşdirici toxuma displaziyası olan uşaqlarda miokardın elektrik sabitliyinin vəziyyəti”, “Sağlamlıq” jurnalı, Bakı, №1, səh. 98-103
- Гусейнова Дж.О., Исаев И.И., Гаджиев А.Б., Рзакулиев Д.М. “Оценка первичного иммунологического исследования в зависимости от наличия перикардита и хелаторной терапии десфералом при гомозиготной β-талассемии у детей”, “Sağlamlıq” jurnalı, Bakı, №1, səh.103-107
- S.Q.Xanməmmədova, İ.İ.İsayev “Uşaqlarda metabolik sindrom”, Azərbaycan Tibb Elminin nailiyyətləri, Bakı, 2011,
- İ.İsayev, S.Q.Xanməmmədova, R.R.Məmmədova “Birləşdirici toxuma displaziyalarının daxili üzvlərinin patologiyası ilə əlaqəsi”, Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2012, Bakı, №2, s. 13-17
- İ.İ.Isayev, G. Ə.Muradova, M.M.Fətəliyeva, F.M.Vəlibəyova “Birləşdirici toxumanın displaziya sindromu olan uşaqlarda ürək-damar sisteminin vegetativ tənzimlənməsinin və QT intervalının dəyişmə xüsusiyyətləri”, Azərbaycan Tibb Jurnalı, 2013, №2, s.27-31
- İ.İ.İsayev, R,R.Məmmədova, S.Q.Xanməmmədova, M.Fətəliyeva“Uşaqlarda ürək damar sistemi patoloqiyasında birləşdirici toxuma displaziyasının rolu”, Azərbaycan Tibb Jurnalı 2012№ 4 s. 124-127
- И.И.Исаев, Г.М.Мурадова, А.И.Мустафаева, М.М.Фаталиева “Состояние спектральных параметров вариабельности сердечного ритма у dетей с недифференцированной исплазией соединительной ткани”, Worid of medicine and biology2012№4 s. 22-26
- İ.İ.İsayev, G.Ə.Muradova, M.M.Fətəliyeva, A.İ.Mustafayeva “Differensə olunmayan birləşdirici toxuma diplaziyası sindromu olan uşaqlarda ürək ritminin variabelliyinin dövrü parametrləri “, Azərbaycan təbabətinin muasir nailiyyətləri 2013№1, s. 96-100
- İ.İ.İsayev, S.Q.Xanməmmədova, A .İ.Mustafayeva « Uşaqlarda ürəyin kiçik anomaliyalarıi», Azərbaycan təbabətinin muasir nailiyyətləri 2013№1, s. 45-47
- S.Q.Xanməmmədova, İ.İ.İsayev “Uşaqlarda metabolik sindromun klinik, metabolik aspektləri”, Azərbaycan təbabətinin muasir nailiyyətləri 2013№1, s. 31-34
İstinadlar
- ↑Azərbaycan Tibb Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI [ölü keçid]
Comments are closed, but trackbacks and pingbacks are open.