Press "Enter" to skip to content

Musiqinin tədrisi metodikası

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ibtidai sinif müəllimi olmaq istəyənlər üçün yeni xəbər

Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ibtidai sinif müəllimi olmaq istəyənlər üçün ali məktəblərə qəbul zamanı musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərindən qabiliyyət imtahanlarının keçirilməsini təklif edir.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ibtidai sinif müəllimi olmaq istəyənlər üçün ali məktəblərə qəbul zamanı musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərindən qabiliyyət imtahanlarının keçirilməsini təklif edir.

Təhsil Problemləri İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, “İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili” mövzusunda aparılmış tədqiqat işinin yekunlarına əsasən, ibtidai siniflərdə fənlərin bir müəllim tərəfindən tədrisi təlimin keyfiyyətinə müsbət təsir göstərir. Ancaq əksər orta məktəblərin ibtidai siniflərində fənlər bir müəllim tərəfindən deyil, bir neçə müəllim tərəfindən aparılır. İbtidai siniflərdə fənlərin bir müəllim tərəfindən tədris edilməsi isə təlimdə inteqrativliyə əlverişli şərait yaradır, müəllimə işini müasir təhsilin əsas prinsiplərinə uyğun qurmasına kömək edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə Trend-ə bildirib ki, ali məktəblərə qəbul üçün hazırlanmış qəbul planına uyğun olaraq, ali təhsil müəssisələrində musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərinin hər biri üzrə ayrıca kadr hazırlanır. Bu ixtisaslar üzrə qəbul aparılarkən qabiliyyət imtahanları da keçirilir.

Musiqinin tədrisi metodikası

1. Şəxsiyyətin hərtərəfli inkişaf etməsi üçün onun yüksək bədii zövqə və mədəni vərdişlərə yiyələnməsi, estetik cəhətdən formalaşması vacibdir. Böyüməkdə olan nəslin tariximizə, adət və ənənələrimizə məhəbbət ruhunda tərbiyə edilməsində incəsənətin bütün növləri kimi musiqinin də xüsusi rolu vardir. Ailədə başlayan tərbiyə işi məktəbəqədər tərbiyə müəssisələrində davam etdirilir. Hərtərəfli inkişaf etmiş, yüksək bədii zövqlü, kamil insan yetişdirilməsinin bünövrəsi – məhz uşaq bagçasında qoyulur. Deməli, böyüməkdə olan nəslin bədii zövqünün formalaşmasının ilkiın mərhələsi məktəbəqədər tərbiyə müəssisələrində aparılır.

Musiqinin insan mənəviyyatına böyük təsiri vardir. Onun ecazkar qüvvəsi insanın müxtəlif anlardakı hisslərinə təsir etmək bacarığına malikdir çünki , insanın həyatı, sevinci və qəmi musiqidə əks olunur.

Musiqi həmçinin insan hisslərinin bölüşməsində də əvəz -olunmazdır. Belə ki, musiqi əsəri bir insan təfəfindın yaradılır, lakin bu musiqi başqa qəlblərə də yol tapa bilir. Hər bir əsərin də özünəməxsus musiqi dili vardır . Bəstəkar ətraf mühitə öz münasibətini bildirərək, onu rəngarəng musiqi dili ilə (yəni melodiyası, ritmi, harmoniyası və s. ifadə vasitələri ilə ) “izah” etməyə çalışır .Bu da bütün dinləyicilərə müxtəlif cür təsir edir.

Musiqi incəsənəti insan hisslərinə təsir etmək, onu düşündürmək, xarici aləmi dərk etmək kimi xüsusiyyətlərə malikdir. Məkətəbəqədər dövrdə uşaqlar ətraf aləm, Vətənimiz, xalqımız və s. haqqında müəyyən biliklərə yiyələnməklə yanaşı, bütün bunların musiqidə vəsf edilməsi ilə də tanış olurlar.

Musiqi məşğələlərində məktəbəqədər yaşlı uşaqların musiqi mədəniyyəti, istedadı və bacarığı üzə çıxır. Məşğələnin sistematik, cəlbedici və maraqlı keçirilməsi uşaqlardan diqqət, tez qavrama qabiliyyəti, cəldlik, çeviklik tələb edir. Bu cür qabiliyyət və bacarıqları formalaşdırıb inkişaf etdirmək üçün müəyyən vərdişlər aşılanmalıdır. Uşaqların əqli keyfiyyətlərinin formalaşmasındə, fiziki tərbiyəsində musiqi əsas vasitələrindən biridir.

2. Musiqi uşağın hərtərəfli inkişafına kömək edir. Musiqi tərbiyəsi üçün uşaqlarda musiqini dərk etmək qabiliyyəyini inkişaf etdirmək (yəni musiqini dinləməyi adət etdirmək ) lazımdır.Musiqi qavrama qabiliyyəti mahnının öyrədilməsində, oyunun aparılmasında və s. məşğələlərdə inkişaf etdirilir. Belə məşğələlər uşaqların musiqi təəssüratlarını zənginləşdirir və onlara zövq verir. Musiqi dinləmə uşaqlarda dərketməni, emosional həssaslığı inkişaf etdirir.Bu vaxt musiqi haqqında ilk təsəvvürlər toplanır,uşaqlar musiqi əsərlərinin məzmununa, xarakterinə, ifadəliliyinə görə əsərləri yadlarına salmağa və bunları fərqləndirməyi başlayırlar.

Məktəbəqədər yaşlı uşaqların hərtərəfli tərbiyəsi və təlimi prosesində estetik baxımdan cəlbedici, yadda qalan metodlardan, o cümlədən interaktiv təlim metodlarından istsfadə edilməsi zəruridir. Bu metodların tətbiqi uşağın müstəqil fikir söyləmək, başqaların fikrinə münasibət bildirmək, çoxluğun qərarını qəbul və ya inkar etmək, ya da öz qərarı üstündə durmaq kimi xüsusiyyətlərin inkişaf etdirilməsinə şərait və müstəqil, çevik olmsına və tənqidi təfəkkürünün inkişaf etməsinə zəmin yaradır.Bu zaman uşağın estetik tərbiyəsi – bədii zövqü inkişaf edir.

Musiqi tərbiyəsi prosesində uşaqlar müxtəlif fəaliyyətlərlə əlaqədar müəyyən bilik və bacarıqlara yiyələnirlər. Sadə oxumaq, musiqi – ritmik vərdişlərin təlimi müəyyən sistematik mümarisə alınmış bacarığı möhkəmləndirməyi tələb edir. Bu prosesdə uşaqlarda tədricən musiqi təsəvvürləri toplanır, onlar musiqi əsərləri ilə tanış olur və müəyyən vərdişləri mənimsəyirlər.Bu fəaliyyət prosesində fərdi maraq, meyl aşkara çıxır, uşaqların musiqi qabiliyyətləri aydınlaşır və inkişaf edir. Uşaq marağının və ehtiyacının maksimal dərəcədə ödənilməsi estetik tərbiyənin vəzifəsidir.

  1. Musiqi tərbiyəsi – tərbiyəvi prosesdir. Belə ki, tərbiyəşi musiqi təcrübəsinin toplanmasına,elementar musiqi məlumatlarının verilməsinə,bilik və vərdişlərin aşılanmasına kömək edir.

Musiqi tərbiyəsi yalnız məşğələlərlə həyata keçirilmir. Müxtəlif fəaliyyət növlərinin – mahnı oxuma, oyun və rəqslərin gündəlik həyata tətbiq olunması uşağın ümumi musiqi inkişafına kömək edir. Musiqini başqa növ fəaliyyətlərə də (əmək, idman məşğələlərində, müxtəlif oyunlar keçirilərkən və s. zamanı) müxtəlif tərzdə daxil etmək olar.

Məktəbəqədər tərbiyə müəssisələrində uşağın yaş səviyyəsini, onun xüsusiyyətlərini, uşaq orqanizminin ümumi inkişafını nəzərə alaraq musiqi tərbiyəsində aşağıdakı vəzifələr əsas tutulur:

  1. Musiqiyə maraq və sevgi tərbiyə etmək;
  2. Müxtəlif, rəngarəng musiqi əsərləri ilə tanış etməklə uşaqların musiqi dünyagörüşünü artırmaq;
  3. Uşaqları sadə musiqi anlayışları ilə tanış etmək .Mahnı oxuma, musiqi dinləmə, musiqili-ritmik hərəkətləri yerinə yetirmə, müxtəlif musiqi alətlərində çalmaq kimi vərdişləri inkişaf etdirmək;
  4. Uşaqların musiqi ritmini , düzgün eşitmə qabiliyyətini , ifadəli mahnı oxuma və hərəkətlərin düzgün ritmik yerinə yetirilməsini inkişaf etdirmək;
  5. Musiqi əsərini sadə, təbii ifa etməklə oxu və hərəkət vərdişlərini tərbiyə etmək;
  6. Musiqi əsərlərinnin seçilməsi və qiymətləndirilməsi baxımından alınmış ilk təəssüratlar əsasında musiqi haqqında təsəvvürlərin yaranmasına köməklik etmək;
  7. Musiqi fəaliyyətində yaradıcı fəallığı inkişaf etdirmək. Oyun və rəqslərdə, mahnı oxuma və musiqi alətlərində çalmada, improvizasiya və ritmik hərəkətlərdə xarakterik obrazları təcəssüm (təsvir ) etdirməyi bacarmaq.

YAZAR: Gülnar Nəzərli

  • ← Azərbaycan xalq musiqisi
  • Müxtəlif yaş qruplarında musiqi dinlənilməsi və mahnı öyrədilməsi →

Comments are closed, but trackbacks and pingbacks are open.