Press "Enter" to skip to content

Dərsləri müşahidə ulum üzrə mütəxəssisin fikirləri

Tədqiqatın müzakirəsi mərhələsində təqdimatlar müzakirə edilir və əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən qiymətləndirmə aparılır. Əksər hallarda bu mərhələ unudulur,

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Ağustos 2017 Pazar

İbtidai sinif kurikulumu

Paylaşıldı on 01:02 by Leyla Bayramova
Azərbaycan dili
1.4. Fəaliyyət xətləri

Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

· Problemin həlli
· Mühakiməyürütmə və əsaslandırma
· Tədqiqetmə
· Tətbiqetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
· dinlədiyi sadə fikrə münasibət bildirir;

· müşahidələrə əsaslanan danışığında, dialoji nitqində sadə nitq etiketlərindən və mimikalardan istifadə edir;

· mətndəki yaxınmənalı sözləri izah edir və cümlədə işlədir;
· kiçikhəcmli mətni düzgün oxumaqla məzmununu nəql edir, əsas fikri müəyyənləşdirir;
· nəzm və nəsri fərqləndirir;

· hərfləri sözləri və kiçikhəcmli mətnləri hüsnxət qaydalarına uyğun yazır, müşahidə xarakterli mətn qurur əməli yazılar yazır;

· səs və hərfi fərqləndirir, sözləri hecalara ayırır, böyük və kiçik hərfi fərqləndirir, ad, əlamət, hərəkət bildirən sözləri, məqsəd və intonasiyaya görə cümlələri tanıyır və fərqləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqini müvafiq mimika və jestlərlə müşayiət edir.
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələri adlandırır.
2.1.2. Mətndəki müəyyən olunmuş sözləri yaxınmənalı sözlərin köməyi ilə izah edir.
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri cümlədə işlədir.
2.1.4. Mətndən sadə bədii ifadələri seçir.
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur.
2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir.
2.2.3. Mətnin şəkilli planını tutur.
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
2.2.5. Mətnnin məzmununu nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.

3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır.
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (açıqca) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Səs və hərfi fərqləndirir.
4.1.2. Sözləri hecalara ayırır.
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.
4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.
II sinif
II sinfin sonunda şagird:
· dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır;

· müşahidə etdikləri, eşitdikləri, oxuduqları haqqında danışığında, dialoji nitqində situasiyaya uyğun nitq etiketlərindən, jest və mimikalardan istifadə edir;

· mətndəki yaxınmənalı və əksmənalı sözləri fərqləndirir, frazeoloji ifadələrin mənasını izah edir;

· kiçikhəcmli mətni düzgün və sürətli oxuyur, əsas fikrə münasibət bildirir, mətni hissələrə ayırır, bədii mətni janrlara görə fərqləndirir;

· hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse və sadə əməli yazılar yazır;

· sait və samit səsləri fərqləndirir, sözlərin sətirdən-sətrə keçirilməsi, böyük hərflə yazılması qaydalarını tətbiq edir, ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır, onların yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən

istifadə edir, cümləni digər nitq vahidlərindən fərqləndirir, məqsəd və intonasiyaya görə qurduğu cümlələri müvafiq durğu işarələri ilə tamamlayır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib- anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitq situasiyalarından asılı olaraq müvafiq jest və mimikalardan istifadə edir.
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin adlarını müvafiq məna qrupuna aid edir.
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah edir.
2. 2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur.
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir.
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət və orfoqrafiya normalarına riayət edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse yazır.

3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (məktub, açıqca, elan) yazır.

4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir.

4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar) məqamına uyğun tətbiq edir.

4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən istifadə edir.

4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır.
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.

4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə qurur və müvafiq durğu işarələri ilə tamamlayır.

III sinif
III sinfin sonunda şagird:
· dinlədiyi fikirləri müqayisəli təhlil etməklə mövqeyini şərh edir;

· müşahidə etdiklərinə, eşitdiklərinə, oxuduqlarına münasibət bildirməklə nəql edir, dialoqlarda iştirak edir, situasiyaya uyğun jest və mimikalardan istifadə edir;

· sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir;

· müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnləri fərqləndirir, mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir, əsas fikri həyatla əlaqələndirir;

· hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa və sadə əməli yazılar yazır;

· sait və samit səsləri xüsusiyyətinə görə fərqləndirir, sözlərin böyük hərflə yazılmasına dair qaydaları tətbiq edir,

· yeni sözlərin mənasını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir;
· qrammatik mənalarına görə sözləri qruplaşdırır;

· cümlədə sözlərin düzgün ardıcıllığını müəyyənləşdirir, baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir;

· məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi fikirləri müqyaisəli təhlil edir.
1.1.2. Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql edir.
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq şəklində təqdim edir.

1.2.3. Ədəbi-bədii nümunələri ifa edərkən müvafiq situasiyaya uyğun jest və mimikalardan istifadə edir.

Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin xarakterik əlamətlərini adlandırır.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir
2.2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir.
2.2.3. Mətnin geniş planını tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət etməklə səliqəli və sürətlə yazır.
3.1.2. Sadə redaktə işləri aparmaqla mətni köçürür.
3.1.3. Verilmiş mətnin planını tutur və məzmununu yazır.
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır.

3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, anket, dəvətnamə) yazır.

4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə fərqləndirir.

4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bayramlar və tarixi günlər) məqamına uyğun tətbiq edir.

4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir.

4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır.
4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir.
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir.
4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş cümləni müxtəlif məqamlarda işlədir.
IV sinif
IV sinfin sonunda şagird:
· dinlədiyi fikirlər barədə yekun rəy bildirir və onu əlavələrlə inkişaf etdirir;

· müşahidə etdikləri, eşitdikləri, oxuduqları fakt və hadisələr haqqında məzmuna uyğun jest və mimikalardan istifadə etməklə təqdimatlar edir, dialoji mətnlər qurur;

· mətndəki terminləri, obrazlı ifadələri fərqləndirir;

· müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir, verilmiş mətnə dair yaradıcı plan tərtib edir, məzmununu yaradıcı şəkildə davam etdirir, mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir;

· orfoqrafiya qaydalarına riayət edir, sadə əməli və kiçikhəcmli mühakimə xarakterli yazılar yazır;

· sadə fonetik təhlil aparır, sözlərin böyük hərflə yazılışına dair qaydaları tətbiq edir, sözlərin mənasını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir, sözləri qrammatik mənalarına görə qruplaşdırır;

· cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir, məqsəd və intonasiyaya görə cümlənin növlərinə aid təqdimatlar edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müxtəlif fikirləri ümumiləşdirməklə yekun rəy bildirir.
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf etdirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1.Müşahidə etdiyi, oxuduğu, eşitdiyi fakt və hadisələr haqqında kiçik təqdimatlar edir.
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir.

1.2.4. Nitqini canlı və obrazlı etmək məqsədi ilə məzmuna müvafiq jest və mimikalardan istifadə edir.

Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə müqayisə edir.
2.1.2. Mətndəki terminləri fərqləndirir.
2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir.
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların xarakterinə uyğun) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.

2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi ilə yaradıcı plan tutur.

2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir.
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.
3. Yazı
Şagird:
3.1. Yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1. Yazısında orfoqrafiya normalarına riayət edir və əsas durğu işarələrindən yerində istifadə edir.

3.1.2. İxtisar və əlavələr etməklə mətni üzündən köçürür.
3.1.3. Verilmiş mətni genişləndirərək məzmununu yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır.

3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, ərizə, dəvətnamə) yazır.

4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə fonetik təhlil aparır.

4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bəzi mürəkkəb adlar) məqamına uyğun tətbiq edir.

4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını, yazılışını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir.

4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma) fərqləndirir.
4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir.
4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.
4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir.
Riyaziyyat
1.2. Məzmun xətləri

Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissəsidir.

Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.

Mövcud dünya təcrübəsinin öyrənilməsi və təhlili əsasında riyaziyyat təliminin aşağıdakı məzmun xətləri təyin edilmişdir:

· Ədədlər və əməllər
· Cəbr və funksiyalar
· Statistika və ehtimal
1.4. Fəaliyyət xətləri

Standartlar tərtib edilərkən onların hər birində riyazi proseslərin elementləri kimi fəaliyyət yönümlü aşağıdakı 5 xəttin daxil edilməsi çox vacibdir:

· Problemlərin həlli
· Mühakiməyürütmə və isbatetmə
· Ünsiyyətqurma
· Əlaqələndirmə
· Təqdimetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
· say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
· toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir;

· toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığı nümayiş etdirir;

· ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
· ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;

· müəyyən əlamətlərdən asılı olaraq kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında mühakimələr yürüdür;

· əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir;
· sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır;
· eyni adlı kəmiyyətləri müqayisə edir;
· standart və standart olmayan ölçü vahidlərindən istifadə edir;
· əşyalar və hadisələr haqqında məlumatlar toplayır;
· toplanmış məlumatlara əsasən proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 20 dairəsində bir-bir düzünə və tərsinə sayır.
1.1.2. 20 dairəsində iki-iki ritmik sayır.
1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.
1.1.4. Hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir.
1.1.5. Əşyalar çoxluğundan tələb olunan sayda əşyanı ayırır.
1.1.6. 20 dairəsində ədədlər arasındakı münasibətləri “>”, ”
1.1.7. Ədədləri model, sxem, diaqram, qrafik və riyazi ifadələrlə təsvir edir.
1.1.8. Sayı 10-dan 20-yə qədər olan əşyalar qrupunu onluq və təklik tərkibinə ayırır.
1.1.9. Sıra saylarından istifadə edir.
1.2. Toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Toplamanı iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirir.

1.2.2. Çıxma əməlini qrupun əşyalarının bir hissəsinin götürülərək qalığın müəyyənləşdirilməsi kimi modelləşdirir.

1.2.3. «Əlavə etmək», «artırmaq», «cəm», «oldu» ifadələrini toplama ilə, «üstündən götürmək», «azaltmaq», «fərq», «qaldı» ifadələrini isə çıxma əməli ilə əlaqələndirərək əşyalar çoxluğu ilə nümayiş etdirir.

1.2.4. «Ədəd (dənə) çox», «ədəd (dənə) az» ifadələrini toplama və çıxma ilə düzgün əlaqələndirir.

1.2.5. Toplama və çıxma əməllərinin komponentlərinin və nəticələrinin adlarını bildiyini nümayiş etdirir.

1.2.6. Toplama və çıxma əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.

1.3. Toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığını nümayiş etdirir.

1.3.1. İki qrupun əşyaları arasında sayca müqayisə aparır və müqayisənin nəticəsini “çoxdur”, “azdır”, “bərabərdir” sözlərinin köməyi ilə ifadə edir.

1.3.2. Sıfrın necə alındığını əşyalar üzərində nümayiş etdirir.

1.3.3. 20 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla (yazılı, şifahi, sətirdə, sütunda, saymaqla) yerinə yetirir.

1.3.4. Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.
1.3.5. Həyati problemlərin həllində təxminetmə bacarığı nümayiş etdirir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Sadə ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Şifahi şəkildə söylənmiş riyazi fikri yazılı ifadə edir.
2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.2. Ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Sadə ədədi bərabərsizliklərlə bağlı mühakimələr yürüdür.
2.2.2. Tənliklər haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.3. Müəyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə dəyişikliklər haqqında mühakimələr yürüdür.
2.3.1. Əlamətlərinə görə (forma, ölçü və rəng) dəyişmələri müəyyən edir.
2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.
3. Həndəsə
Şagird:
3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir.
3.1.1. Əşyaları əlamətlərinə (ölçüsünə, formasına, rənginə) görə fərqləndirir.
3.1.2. Əşyanın fəzada vəziyyətini müəyyənləşdirir.
3.1.3. Əşyanın yerinin dəyişdirilməsinə aid praktik tapşırıqları yerinə yetirir.
3.2. Sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır.
3.2.1. Sadə həndəsi fiqurlar formasında olan əşyaları tanıyır.
3.2.2. Sadə həndəsi fiqurları əlamətlərinə (rənginə, formasına, ölçüsünə) görə təsnif edir.
3.2.3. Məsələlərin həllində və sxematik təsvirində sadə həndəsi fiqurlardan istifadə edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətləri müqayisə edir.
4.1.1. Hadisələrin vaxtını müqayisə edir.
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.
4.1.3. Əşyaların kütləsini müqayisə edir.
4.1.4. Qabların tutumlarını müqayisə edir.
4.2. Standart və şərti ölçü vahidlərindən istifadə edir.
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidlərindən istifadə edir.
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.
4.2.4. Tam saatları müəyyən edir.
4.2.5. Pul vahidlərindən (manat, qəpik) hesablamalarda istifadə edir.
4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə kiloqramla ifadə edir.
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü vahidindən istifadə edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Əşyalar və hadisələr haqqında məlumatlar toplayır.
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir.
5.1.2. Suallar əsasında topladığı məlumatları təqdim edir.
5.2. Məlumatlar əsasında proqnozlar verir.
5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə qanunauyğunluğu müəyyən edir.

5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və ədədlər çoxluğunda nizamı pozan (çatışmayan) elementi islah (bərpa) edir.

II sinif
II sinfin sonunda şagird:

· ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir;

· hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;

· 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir;

· ədədi və dəyişəni olan sadə ifadələrin qiymətini hesablayır;
· ifadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
· asılı kəmiyyətlərin dəyişməsi haqqında mühakimələr yürüdür;
· istiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
· sadə həndəsi fiqurları tanıyır və təsvir edir;
· eyni adlı kəmiyyətlərin müqayisəsini aparır;
· alətlər vasitəsilə kəmiyyətlərin ölçüsünü vahidlərlə ifadə edir;
· müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir;
· toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədədlər və əməllər

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir.

1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır.
1.1.3. 100 dairəsində ədədləri müxtəlif formalarda təsvir edir.
1.1.4. 100 dairəsində ədədlərin müqayisəsinin nəticəsini “>”, ”
1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayır.
1.1.6. Ədədin cüt və təkliyini müəyyənləşdirir.
1.2. Hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.

1.2.2. “Dəfə çox”, “dəfə az” ifadələrini uyğun olaraq vurma və bölmə əməlləri ilə düzgün əlaqələndirir.

1.2.3. Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Toplama və çıxma əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.
1.2.5. Vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.7.Vurma və bölmə əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.8.Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir.
1.2.9. Bölmə əməlini ədədin bərabər ədədlərin çıxılması kimi modelləşdirir.
1.2.10. Toplamanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.

1.3. 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir.

1.3.1.100 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla şifahi yerinə yetirir.
1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.
1.3.3. 2, 3, 4 və 5-ə vurma və bölmə cədvəllərindən hesablamalarda istifadə edir.
1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslandırır.
1.3.5. Toplama və çıxmaya aid ikiəməlli, vurma və bölməyə aid isə sadə məsələləri həll edir.
1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1.Mötərizəsiz, mötərizəli və ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur.
2.1.5. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.2. İfadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Ədədi ifadələrin müqayisəsini “>”, ”
2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.3. Asılı kəmiyyətlər arasındakı əlaqəni müəyyən edir.
2.3.1.Qiymət, miqdar, dəyər arasındakı asılılığa dair məsələ həll edir.
2.3.2. Asılı kəmiyyətlərdən birinin dəyişməsinin digərinə təsirini şərh edir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.1.1.Həndəsi fiqurlar üzərində konstruktiv bacarıqları nümayiş etdirir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konus formalı əşyaları qruplaşdırır.
3.2. Sadə həndəsi fiqurları tanıyır.
3.2.1.Bucaq haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.2.2.Müxtəlif əlamətlərə görə həndəsi fiqurları təsnif edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsini aparır.
4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.
4.1.2. Tutum anlayışını şərh edir.
4.1.3. Qabların tutumunun müqayisəsini aparır.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.
4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.
4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.
4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.
4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir.
4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir.
5.1.1. Suallar əsasında topladığı məlumatlara şərhlər verir.
5.2. Toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.
5.2.1. Ədədlər, əşyalar və hadisələr ardıcıllığında qanunauyğunluğu müəyyən edir.

5.2.2. Hadisələrin baş verməsi ilə bağlı “ola bilməz”, “ola bilər”, “mütləq”, “yəqin ki” ifadələrindən istifadə etməklə fikir yürüdür.

III sinif
III sinfin sonunda şagird:

· ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir;

· hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;

· hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığı nümayiş etdirir;
· riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir;
· ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir;
· sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir;
· istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir;
· sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir;
· eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir;
· ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür;
· məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir;
· proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.

1.1.1. 1000 dairəsində ədədləri oxuyur və yazır.

1.1.2. 1000 dairəsində ədədlərin yazılışında hər bir mərtəbədəki rəqəmə görə mərtəbə vahidlərinin sayını və mərtəbə qiymətini müəyyən edir.

1.1.3. 1000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini “>”, ”
1.1.4. 1000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.
1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.
1.1.6. 1000 dairəsində düzünə və tərsinə on-on, yüz-yüz ritmik sayır.
1.1.7.Verilmiş rəqəmlərin köməyi ilə müxtəlif üçrəqəmli ədədlər düzəldir.
1.1.8. Tamın hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.

1.2. Hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.

1.2.1. Vurma və bölmənin müxtəlif mənalarını başa düşdüyünü nümayiş etdirir.
1.2.2.Vurmanın paylama xassəsindən hesablamalarda istifadə edir.
1.2.3.Vurmanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Cəmin ədədə bölünməsi qaydasını şərh edir.
1.2.5. Cəmin ədədə bölünməsi qaydasından hesablamalarda istifadə edir.
1.2.6. Qalıqlı bölməni yerinə yetirir.
1.2.7. Qalıqlı bölmənin mahiyyətini şərh edir.
1.2.8. Hesab əməlləri arasında qarşılıqlı əlaqəni izah edir.
1.2.9. Hesab əməlləri arasında qarşılıqlı əlaqədən çalışmaların həllində istifadə edir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1. 1000 dairəsində şifahi toplama və çıxmanı yerinə yetirir.
1.3.2. 1000 dairəsində yazılı toplama və çıxmanı yerinə yetirir.
1.3.3. Hesablamalar zamanı təxminetmə bacarığını nümayiş etdirir.

1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.

1.3.5. 1000 dairəsində ikirəqəmli və üçrəqəmli ədədləri birrəqəmli ədədə vurma və bölmə əməllərini yerinə yetirir.

1.3.6. Sadə və ən çoxu üçəməlli məsələləri həll edir.
1.3.7. Ədədin hissəsini tapır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir.

2.1.1. Mötərizəsiz və mötərizəli ədədi ifadələrin hesablanmasında əməllər sırasından düzgün istifadə edir.

2.1.2. Dəyişəni olan ifadələri yazır, oxuyur.
2.1.3. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.1.4. Məsələyə uyğun ifadə və ifadəyə uyğun məsələ qurur.
2.1.5. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.
2.2. Ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir.
2.2.1. Ədədi ifadələrin müqayisəsinin nəticəsini “>”, ”
2.2.2. “Məchul”, “tənlik”, “tənliyin həlli” anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
2.2.3. Sadə tənlikləri həll edir.
2.3. Sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir.

2.3.1. Dəyişəni olan ifadənin qiymətinin dəyişənin qiymətindən asılı olduğunu başa düşdüyünü nümayiş etdirir.

2.3.2. Kəmiyyətlər arasındakı sadə asılılıqları başa düşdüyünü nümayiş etdirir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Həndəsi fiqurların sadə yerdəyişmələri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

3.1.2. Əşyaların və həndəsi fiqurların müxtəlif tərəflərdən görünüşləri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.
3.2.1. Sadə müstəvi fiqurları tanıdığını nümayiş etdirir.
3.2.2. Sadə müstəvi fiqurları xətkeşin köməyi ilə çəkir.
3.2.3. Sadə fəza fiqurlarının bəzi xassələrini bildiyini nümayiş etdirir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın müqayisəsinin nəticəsini şərh edir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.
4.2.1. Kəmiyyətlərin vahidləri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
4.2.2. Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir.
4.2.3. Çoxbucaqlının tərəflərinin uzunluqları cəmini hesablayır.
4.2.4. Vaxtı və vaxt aralığını müəyyənləşdirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.
5.1.1. Müşahidə, ölçmə və təcrübə yolu ilə məlumatları toplayır.
5.1.2. Toplanmış məlumatları cədvəl və diaqramların köməyi ilə təqdim edir.
5.1.3. Toplanmış məlumatların təhlili əsasında nəticələr çıxarır.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Müşahidə və sınaqlar əsasında hadisələrin baş verməsi ilə bağlı ehtimal irəli sürür.
IV sinif
IV sinfin sonunda şagird:

· ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir, sadə kəsrləri tanıyır və şərhlər verir;

· hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir və onlardan istifadə edir;

· ədədlər üzərində hesab əməllərini yerinə yetirərkən və məsəslə həlli zamanı təxminetmə bacarıqları nümayiş etdirir;

· riyazi ifadələrdən istifadə edir və şərhlər verir;
· ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir;
· sadə funksional asılılıqları riyazi ifadə edir və şərhlər verir;

· istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir və şərhlər verir;

· sadə həndəsi fiqurların bəzi xassələrini bilir və onlardan çalışmaların həllində istifadə edir;
· eyni adlı kəmiyyətlərin müqayisəsini aparır və müqayisənin nəticəsini şərh edir;
· ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür və nəticəni qiymətləndirir;
· məlumatların təhlili üçün müvafiq metod seçir və tətbiq edir;
· toplanmış məlumatlara əsasən proqnozlar verir, sadə ehtimal anlayışını başa düşür və tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:

1.1. Ədəd anlayışını, ədədin sturukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü və sadə kəsrləri tanıdığını nümayiş etdirir.

1.1.1. 1000000 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. Mərtəbə və sinif anlayışlarına əsasən ədədin yazılışında rəqəmin qiymətini müəyyənləşdirir.
1.1.3. 1000000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini “>”, ”
1.1.4. 1000000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.
1.1.5. 1000000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.
1.1.6. Sadə kəsrləri modelləşdirir.
1.1.7. Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.
1.1.8. Kəmiyyətin hissələrini kəsrlərin köməyi ilə təsvir edir.
1.2. Hesab əməllərinin xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Hesab əməllərinin xassələrindən hesablamalarda istifadə edir.
1.2.2. Məsələlərin həllində hesab əməlləri arasındakı əlaqələrdən istifadə edir.

1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini bildiyini nümayiş etdirir.

1.2.4. Qalıqlı bölməni yerinə yetirir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarıqları nümayiş etdirir.
1.3.1. Çoxrəqəmli ədədlər üzərində şifahi və yazılı hesablamalar aparır.

1.3.2. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.

1.3.3. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.
1.3.4. Sadə və ən çoxu dördəməlli mürəkkəb məsələləri həll edir.
1.3.5. 1000000 dairəsində ədədləri tələb olunan mərtəbələrə qədər yuvarlaqlaşdırır.
1.3.6. Hesab əməllərinin nəticələrini təxmini müəyyən edir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Hesablamalarda riyazi ifadələrdən istifadə edir.
2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasında əməllər sırasından istifadə edir.
2.1.2. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.

2.1.3. Ədədlərdən, dəyişənlərdən və simvollardan istifadə edərək hesab əməllərinin köməyi ilə müxtəlif riyazi ifadələr tərtib edir.

2.2. Ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir.
2.2.1. Ədədi ifadələrin müqayisənin nəticəsini “>”, ”
2.2.2. Sadə tənlikləri həll edir.
2.2.3. Məsələni riyazi modelləşdirərkən tənliklərdən istifadə edir.
2.2.4. Kəmiyyətlərin müqayisəsi zamanı bərabərsizliklərdən istifadə edir.
2.3. Sadə funksional asılılıqları riyazi ifadə edir.
2.3.1. Asılı dəyişənlərdən birinin dəyişməsinin digərinə necə təsir etdiyini şərh edir.
2.3.2. Sadə funksional asılılıqları həyati məsələlərlə əlaqələndirir.

2.3.3. Müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi) arasındakı funksional asılılıqları şərh edir.

2.3.4. Kəmiyyətlər arasındakı asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Əşya və fiqurların yerdəyişmələri haqqında təsəvvürlərini şərh edir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konusun açılış şəkillərini müəyyənləşdirir.
3.1.3. Əşya və fiqurların müxtəlif tərəflərdən görünüşlərini təsvir edir.
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.
3.2.1. Çoxbucaqlının perimetri və sahəsi anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
3.2.2. Sadə həndəsi fiqurların təsnifatını aparır.
3.2.3. Həndəsi fiqurlardan çalışmaların həllinin modelləşdirilməsində istifadə edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın, perimetrin, sahənin müqayisəsinin nəticəsini şərh edir.
4.1.2. Eyni sahəyə malik olan müxtəlif ölçülü fiqurlar haqqında şərhlər verir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür .

4.2.1. Uzunluğu, kütləni, tutumu, perimetri, sahəni, bucağı müvafiq vahidlər və alətlərin köməyi ilə müəyyənləşdirir.

4.2.2. Eyni adlı kəmiyyətlərin vahidləri arasındakı əlaqədən hesablamalarda istifadə edir.
4.2.3. Vaxtı saat, dəqiqə və saniyə dəqiqliyi ilə təyin edir.
4.2.4. Pul vahidlərindən məsələ həllində istifadə edir.
4.2.5. Uzunluq, kütlə, tutum, perimetr, sahə, bucaq ölçmələrinə dair məsələlər həll edir.
4.2.6. Sürət anlayışını başa düşdüyünü nümayiş etdirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.
5.1.1. Müxtəlif üsullarla topladığı məlumatları şərh edir.
5.1.2. Məlumatlar əsasında, mühakimə yürüdür.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Ehtimalın doğruluğuna inanmaq üçün təcrübələr aparır.
5.2.2. Hadisənin baş vermə ehtimalı haqqında mühakimələr yürüdür.
Təsviri incəsənət
1.2. Məzmun xətləri

Kurikulumda təsbit olunmuş məqsəd və vəzifələri aşağıdakı məzmun xətləri vasitəsilə həyata keçirmək nəzərdə tutulur :

· Cəmiyyət və təsviri incəsənət
· Təsviri və dekorativ yaradıcılıq
· Estetik reaksiya
1.4. Fəaliyyət xətləri

Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların vasitəsilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə nümayiş etdirilir. Buna görə Təsviri incəsənət fənni üzrə məzmun standartları müəyyənləşdirilərkən, aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

Dərsləri müşahidə edərkən. Kurikulum üzrə mütəxəssisin fikirləri

Təxminən 1999-cu ldən Azərbaycanda fəal təlimlə bağlı öyrədici kurslar fəaliyyət göstərir. Bu o deməkdir ki, fəal təlim haqqında müəllimlər müəyyən məlumatlara, bilgilərə malikdir. Artıq 5-ci ildir ki, respublikanın ümumtəhsil məktəblərinin ibtidai siniflərində fənn kurikulumları tətbiq olunur. Fənn kurikulumlarının tərkib hissələrindən olan təlim strategiyalarının müəyyən bir hissəsi fəal təlimlə bağlıdır. Bu gün müəllimlərin müasir təlim metodlarına dair məlumat əldə etmək imkanları genişdir (Y.Kərimov, Z.Veysova, S.Hüseynoğlu, B.Həsənli, F.Yusifov, Z.Zeynalov və s. müəllifliyi ilə metodik vəsaitlər, elmi-metodik jurnallar, qəzetlər, internet səhifələri və s.). Bu qədər informasiya bolluğuna baxmayaraq, dərsdinləmələr zamanı təlim prosesində dərsin mərhələləri, müasir təlim metodlarından istifadə, KSQ və BSQ-ya aid testlərin tərtibi ilə bağlı bəzi problemlərin mövcud olduğu müəyyən edildi. Bunları nəzərə alaraq həmin problemləri yaradan səbəblər və onların aradan qaldırılması ilə bağlı mülahizələrimizi oxucuların nəzərinə çatdırmaq istəyirik.

Motivasiya. Problemin qoyuluşu metodik ədəbiyyatlarda göstərildiyi kimi, 3-5 dəqiqədən ibarət olub dərsin başlanğıc mərhələsini təşkil edir. Motivasiya sövqedici xarakterə malik olub, şagirdi qarşiya qoyulan məqsədə sövq etmək və buna uyğun problem qoymaqdır. Müşahidələr göstərir ki, həmin mərhələdə müəllimlər müxtəlif üsullardan (şəkillərdən, bədii, cizgi, sənədli filmlərdən və s.) istifadə etsələr də, dərsin məqsədini, şagirdin yaş xüsusiyyətini, vaxtı nəzərə almırlar. Məsələn, II sinifdə Azərbaycan dili dərsində dostluq mövzusuna uyğun olaraq , “Şərikli çörək” filmindən uşaqlar arasında bir çörəyin bölüşdürülməsi kadrı nümayiş etdirilir. Kadr bəlkə də qoyulan problemə uyğundur, lakin burada yaş xüsusiyyəti nəzərə alınmamışdır. Filmdəki uşaqların görkəmi, üzlərindəki ifadə, müharibə əhvali-ruhiyyəsi 7 yaşlı şagirdlərdə psixoloji gərginlik yaradır.

Bu gün müəllimlərin əksəriyyəti imkan daxilində dərsdə İKT vasitələrindən istifadəyə önəm verir, elektron dərs nümunələri hazırlayırlar. Əlbəttə, bu təqdirəlayiqdir. Müşahidələr göstərir ki, bəzən əyaniliyə, texniki vəsaitə aludəçilik təlim məqsədini kölgədə qoyur. Rəngarəng, animasiyalı slaydlar, gözoxşayan iş vərəqləri ilk baxışda xoş təəssürat yaradır. Lakin mahiyyətinə vardıqda məlum olur ki, bu yalnız formadır, məzmun təlim məqsədinə xidmət etmir.

İkinci bir məsələ, dərsdə motivasiya yaradılır, problem qoyulmur. Məsələn, şagirdlərə cizgi filmi göstərlir (bəzən bu dərsin 10-12 dəqiqəsini təşkil edir) və birbaşa dərsin ikinci mərhələsinə (tədqiqatın aparılması) keçilir. Tədqiqat sualı yoxdursa, şagirdlər nəyi tədqiq edəcəklər? Təlim nəticələrinin (təlim məqsədi) özəyi məhz tədqiqat sualında öz əksini tapır.

Digər bir məsələ, tədqiqat sualından birbaşa qrup işinə başlanmasıdır. Halbuki həmin ərəfədə mətn (və ya qaydalar, təriflər və s.) oxunmalı, ehtiyac varsa, müəllimin mövzu ilə bağlı şərhi verilməlidir.

Tədqiqatın aparılması mərhələsində müəllimlər üsul və formalardan düzgün, dərsin məqsədinə uyğun istifadə etməkdə çətinlik çəkirlər. Onların ən çox tətbiq etdikləri iş forması qrup, üsul (metod) isə beyin həmləsi , müzakirə, bəzi hallarda BİBÖ-dur. Sorğu zamanı məlum olur ki, fərdi və kollektiv iş formaları ənənəvi təlimi xatırlatdığı üçün onlardan istifadə etməkdən çəkinirlər. Əlbəttə, şagirdlərdə müxtəlif sosial bacarıqların (əməkdaşlıq, bir-birini dinləmə və s.) formalaşmasında qrup işinin rolu danılmazdır. Lakin nəzərə almaq lazımdır ki, şagirdin potensial imkanlarının müəyyən edilməsində fərdi iş mühüm əhəmiyyətə malikdir.

Tədqiqatın aparılması mərhələsində məlum olduğu kimi, standartın reallaşmasına, qarşıya qoyulan məqsədə çatmaq üçün iş vərəqlərindəki tapşırıqlar mühüm əhəmiyyət kəsb edir. Tapşırıqlar, metodik ədəbiyyatlarda göstərildiyi kimi, düşündürücü olmalı, şagirdlərin yaradıcı, tənqidi, məntiqi təfəkkürünün inkişafına xidmət etməlidir. Əgər 4-5 nəfər şagird qruplaşıbsa, demək hansısa bir problemi həll etməlidir. Müşahidələr göstərir ki, iş vərəqlərindəki tapşırıqlar çox bəsit olduğundan göstərilən tələblərə cavab vermir. Məsələn, riyaziyyat dərsində 5 nəfərdən ibarət olan qrupa (nəzərə alsaq ki, qrup işinə 10-15 dəqiqə vaxt verilir) 2-3 misalın həll edilməsi tapşırılır. Bəlkə də bu təlim məqsədinə xidmət edən tapşırıqdır. Ancaq bu misalların həlli üçün iş forması düzgünmü seçilib?! Qeyd etmək lazımdır ki, riyaziyyat dərslərində əksər hallarda istər müəllim, istərsə də şagirdlər tərəfindən riyazi ifadələrin adı çəkilmir. Şagirdlər təqdimetmə zamanı misal və ya məsələlərin cavablarını oxumaqla kifayətlənir, məqsəddə nəzərdə tutulan şərhetmə, izahetmə və s. bacarıqlar reallaşmamış qalır.

Tədqiqatın aparılması mərhələsində nəzərdən qaçan məsələlərdən biri də qrup işi və ya cütlərlə iş zamanı vaxtın elan olunmaması, tapşırıqlarla bağlı təlimatların verilməməsidir. İş vərəqləri tərtib edilərkən əlavə ədəbiyyatlardan, müxtəlif resurslardan istifadə demək olar ki, yox dərəcəsindədir.

Tədqiqatın aparılması mərhələsində həmçinin fənlərin xüsusiyyətinə uyğun olaraq (riyaziyyat, həyat bilgisi və s. ) praktik xarakterli çalışmalara geniş yer vermək lazımdır.

Tədqiqatın mübadiləsi mərhələsində yol verilən nöqsanlardan biri də qrup liderinin (lider sözünün qrup nümayəndəsi ifadəsi ilə əvəzedilməsi daha məqsədəmüvafiqdir) təqdimatı ilə bağlıdır. Məlum olduğu kimi, qrup nümayədəsi qrupun gördüyü işi, yəni birgə yerinə yetirdikləri tapşırığın nəticəsini təqdim edir. Müəllimlər bəzi hallarda təqdimata müdaxilə edir, bəzən isə təqdimetmə prosesində ”Sən bu tapşırığı necə elədin?, Bu barədə sən nə fikirləşirsən? necə edərdin?” və s. kimi suallarla şagirdə (təqdimedənə) müraciət edir.

Tədqiqatın müzakirəsi mərhələsində təqdimatlar müzakirə edilir və əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən qiymətləndirmə aparılır. Əksər hallarda bu mərhələ unudulur,

Nəticə və ümumiləşdirmə mərhələsində müəllim yenidən tədqiqat sualına müraciət edir və şagirdlərlə birlikdə tədqiqat prosesində alınan nəticələri ümumiləşdirir.

Yaradıcı tətbiqetmə şagirdlərin araşdırılan problemlə bağlı müstəqil fikir söyləməsinə, münasibət bildirməsinə şərait yaradır. Bu mərhələdə fərdi iş formasına müraciət edilməsi məqsədəuyğundur.Bu forma onların potensial imkanlarını öyrənməkdə, formativ qiymətləndirmə aparmaqda müəllimə kömək edir.

İstər müəllimləri, istərsə də valideynləri ən cox maraqlandıran məsələlərdən biri də ev tapşırığı ilə bağlıdır. Ehtiyac varsa, ev tapşırığı verilə bilər. Bu tapşırıqlar forma etibarilə bütün sinif, ayrıca fərdlər, cütlər və qruplar üçün nəzərdə tutula bilər. Tapşırığın məzmununa gəldikdə isə burada müxtəliflik gözlənilməlidir. Tapşırıqların yaradıcı, axtarışa sövq edən, düşündürücü olması daha məqsədəuyğundur. Zərurət yarandıqda təkrarlayıcı tapşırıqlar vermək olar. Bu zaman formativ qiymətləndirmənin nəticələri əsas götürülməli, fərdilik nəzərə alınmalıdır. Müşahidələr zamanı məlum oldu ki, ev tapşırıqları əsasən dərslikdəki və ya iş dəftərindəki çalışmaların yerinə yetirilməsindən ibarətdir.

Bu ildən I siniflər üçün yeni dərslik komplekti tərtib edilərkən iş dəftəri nəzərdə tutulmayıb. Tədricən sonrakı illərdə dıgər siniflərdə də dərsliklər yeniləşdikcə iş dəftəri olmayacaq. Ancaq o vaxta qədər II, III və IV siniflərdə iş dəftərlərindən istifadə edilməlidir. Bir daha vurğulamaq istərdik ki, iş dəftəri ev tapşırıqları üçün nəzərdə tutulmayıb. İş dəftərlərindəki tapşırıqların evdə yerinə yetirilməsi şagirdin həm fiziki, həm də zehni cəhətdən yüklənməsi deməkdir. İş dəftərindən sinifdə, təlim prosesində şagirdlərin potensial imkanları nəzərə alınmaqla istifadə edilməlidir.

Müşahidələr göstərir ki, şagird nailiyətlərinin qiymətləndirilməsində də bəzi boşluqlar vardır. Müəllimlərlə müsahibələr göstərir ki, diaqnostik qiymətləndirmə əsasən dərs ilinin əvvəlində (bu da azlıq təşkil edir). aparılır. Formativ qiymətləndirmə ilə bağlı onu demək olar ki, bu ildən jurnal nümunəsi, buna uyğun olaraq şagirdlər üçün məktəbli kitabçası çap olunduğundan ümid edirik ki, artıq birmənalı şəkildə şagirdlərin fəaliyyəti məzmun standartlarından irəli gələn meyarlarla qeyd olunacaq. Summativ qiymətləndirmə nümunələrinin hazırlanmasında da bəzi nöqsanlara yol verilir. Summativ qiymətləndirmələr məzmun standartlarına əsasən tərtib edilmiş qiymətləndirmə standartlarına uyğun tərtib olunmalıdır. Müşahidələr göstərir ki, test və tapşırıqlar hazırlanarkən dərslikdəki mövzular əsas götürülür. Məqsəd dərslikdəki materialları mənimsətmək deyil, məzmun standartlarını reallaşdırmaqdır.

Bu yazıda deyilənlər heç də o demək deyildir ki, fənn kurikulumlarının tətbiqində uğurlarımız yoxdur. Artıq beş ildir ki, respublikada “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Qürur hissi ilə demək olar ki, həmin müsabiqədə ibtidai sinif müəllimləri yüksək nəticələr göstərir, müsabiqə üçün ayrımış yerin təxminən 30% onların payına düşür. Bu çox gözəl göctəricidir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, müsabiqədə iştirak etməyib, dərslərini müasir səviyyədə quran müəllimlərimiz də çoxdur. Sadəcə bu deyilənlər gələcəkdə dərsləri daha yüksək səviyyədə təşkil etmək üçün tövsiyəedici xarakter daşıyır. Yekun olaraq aşağıdakı tövsiyələri müəllimlərin nəzərinə çatdırmaq istəyirik:

1. “Kurikulum” və “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalları, “Təhsil problemləri” qəzetində dərc olunan materiallardan təlim prosesində yaradıcı şəkildə istifadə etmək;

2. İş təcrübəsi ilə bağlı mətbuatda yazılar dərc etdirmək;

3. “Kurikulum. az” portalındakı metodiki materiallardan yararlanmaq, portaldakı “forum”, “facebook”un fəal iştirakçısı olmaq;

4. Dərsləri müasir tələblərə uyğun təşkil etmək, elektron dərslər qurmaq məqsədi ilə müxtəlif kurslarda (fəal təlim, İKT, İntel, Smart lövhə, Mimio və s.) iştirak etmək;

5. Məktəbdə informasiya bankı yaratmaq, nümunəvi dərslərin sayını artırmaq, onların məktəb daxilində, eləcə də rayon miqyasında müzakirəsini keçirmək.

6. Təcrübə mübadiləsi aparmaq məqsədi ilə İKT imkanlarından istifadə edərək Kurkulum Mərkəzi ilə, eləcə də rayonlararası teleforumlar təşkil etmək.

Təhsil islahatı: uğurlar, problemlər və onların həlli yolları

Bakı, 30 yanvar (AZƏRTAC). Əsası 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” Azərbaycan təhsil sistemində əsaslı dönüş yaratmışdır. Fənyönümlü təhsil sistemindən şəxsiyyətyönümlü təhsilə keçilmişdir.

İslahatın gətirdiyi yeniliklər təhsilin idarə olunmasında, məzmununda, təlim strategiyalarında, qiymətləndirmədə əksini tapmışdır.

2008/2009-cu tədris ilindən ümumtəhsil məktəblərinin ibtidai siniflərində fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilməyə başlamışdır. Artıq ötən tədris ilində ibtidai təhsil səviyyəsi üzrə ilk buraxılış olmuşdur. Ötən 4 ildə hansı uğurlara nail olduq?

Fənlər üzrə yeni təhsil proqramlarına (kurikulumlara) uyğun, müasir tələblərə cavab verən, şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafına, onların şəxsiyyət kimi formalaşmasına imkan yaradan dərslik komplekti hazırlanmışdır.

Təlim prosesində müəllimin funksiyası dəyişməyə başlamışdır. Onların tədqiqatçılığı, yaradıcılığı üstün keyfiyyət kimi dəyərləndirilmişdir. Şagirdlərinə bilik və bacarıqları mənimsəməkdə istiqamət vermək onların ən yaxşı keyfiyyətlərindən biri hesab edilmişdir. Artıq yeni tələblərə uyğun fəaliyyətini quran müəllim işini təşkil edərkən şagirdlərin maraqlarını, potensial imkanlarını nəzərə almağa, intellektual inkişafını təmin etməyə çalışır. Onların böyük əksəriyyəti fənlərin tədrisi zamanı müasir təlim metodlarından, informasiya-kommunikasiya texnologiyalarından (İKT), müxtəlif resurslardan istifadə edirlər.

Təlimdə İKT-dən istifadə müəllim fəaliyyətindəki yeniliklərdən biridir. Zamanın tələbinə uyğun olaraq təlimin keyfiyyətini və səmərəliliyini artırmaq, şagirdlərdə təlimə maraq yaratmaq məqsədi ilə müəllim müxtəlif kurslarda iştirak edir, peşəkarlığını artırır, müasir texnologiyalardan istifadə etməklə elektron dərslər qurur.

Fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi şagirdlərin təlim fəallığının artmasına, idraki bacarıqlarının yüksəlməsinə, tədqiqatçılıq, təhliletmə, mühakiməyürütmə, müqayisəetmə, tətbiqetmə, izahetmə, təsviretmə, təqdimetmə, müstəqil və birgə fəaliyyət bacarıqlarının formalaşmasına səbəb olmuşdur.

Təhsil islahatı valideynləri təlim prosesində fəal iştiraka, təhsildəki yeniliklərlə maraqlanmağa, yeniliklərə münasibət bildirməyə sövq etmiş, valideyn-məktəb əlaqələrinin güclənməsinə zəmin yaratmışdır. Əlbəttə, islahatın tətbiqi ilə bağlı bəzi problemlər də mövcuddur. Müəllimlər fənlər üzrə yeni təhsil proqramları (kurikulumları) ilə işləmək üçün 10 günlük təlim kurslarından keçərək fəaliyyət göstərirlər. Lakin 10 gün müddətində hərtərəfli biliklərə yiyələnmək qeyri-mümkündür. Odur ki, müəllimlərin sonrakı illərdə işini düzgün qurması üçün onların sistemli və ardıcıl olaraq kurslara cəlb olunmasına ehtiyac yaranır. Təlimin müasir tələblərə uyğun təşkil olunması üçün məktəblərdə maddi-texniki bazanın gücləndirilməsi, siniflərin kompyuter və proyektorla, imkan olarsa, elektron lövhələrlə, müxtəlif resurslarla təmin olunması zəruri hesab edilir.

Birinci sinif şagirdlərinin əksəriyyəti məktəbəqədər təhsil müəssisələrindən gəlmədiyindən onlar təlim şəraitinə uyğunlaşmaqda, intellekt tapşırıqlarının, məntiqi, mühakimə xarakterli çalışmaların icrasında çətinlik çəkirlər. Təhsildə kurikulum islahatının mahiyyəti barədə valideynlərlə maarifləndirmə işləri zəif təşkil olunur. Bu sahədə məktəb rəhbərləri, müəllimlər, eyni zamanda, kütləvi informasiya vasitələri təbliğatı gücləndirməlidir.

Regionlarda Kurikulum İnformasiya Mərkəzlərinin yaradılması, məktəblər və rayonlararası təcrübə mübadiləsinin təşkili, fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqinə dair elektron praktik dərslər də daxil olmaqla metodiki vəsaitlərin işlənib hazırlanması, İKT-dən məqsədyönlü və səmərəli istifadəyə dair təlim və seminarların keçirilməsi, siniflərin sayı qədər məktəblərin proyektorla təmin olunması, birinci sinfə qəbul olunacaq şagirdlər üçün məktəbə hazırlıq kurslarının təşkil olunması, Valideyn-Müəllim Assosiasiyası ilə əlaqənin gücləndirilməsi, reklam çarxlarının hazırlanması, KİV-də təbliğatın aparılması fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların) uğurlu tətbiqi baxımından faydalı hesab edilir.

Təhsil Problemləri İnstitutu

ibtidai təhsilin kurikulumu

şöbəsinin müdiri, dosent

Comments are closed, but trackbacks and pingbacks are open.