Mərkəzi İcra hakimiyyəti orqanları və Nazirliklər siyahısı
8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
İcra hakimiyyəti və onun orqanları
İcra hakimiyyətinin anlayışı: Hakimiyyətin bölgüsü prinsipinə görə icra hakimiyyəti dövlət hakimiyyətinin digər sahəsi (qolunu) təşkil edir. Hər bir hakimiyyət sahəsi kimi icra hakimiyyəti də öz saləhiyyəti çərçivəsində müstəqildir. Lakin hakimiyyətin bu sahəsi hakimiyyətin digər sahələri ilə, yəni qanunvericilik və məhkəmə hakimiyyəti ilə dövlət hakimiyyətinin həyata keçirilməsi prosesində qarşılıqlı fəaliyyət göstərir.
İcra hakimiyyəti müəyyən dövlət hakimiyyəti orqanları həyata keçirir. Onlara icra hakimiyyət orqanları deyilir. İcra hakimiyyəti orqanları dövlət orqanları sistemində xüsusi rol oynayır.
İcra hakimiyyəti orqanlarının dairəsi kifayət qədər genişdir. Həmin orqanlara aiddir:
– prezident;
– hökumət (Nazirlər Kabineti);
– nazirliklər, dövlət komitələri;
– yerli icra hakimiyyəti orqanları.
Bunlar icra hakimiyyəti orqanlarının sistemini təşkil edir. Bu sistem ierarziya (aşağıların yuxarılara tabe olması) prinsipi üzrə qurulur.
Prezidentin hüquq statusu: Konstitusiyanın 7-ci və 99-cu maddələrinə görə Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikası prezidentinə məxsusdur. Bu o deməkdir ki, prezident (latınca “preasidentis” – “başda oturan”) icra hakimiyyətinin başçısıdır. Prezident icra hakimiyyəti orqanları sistemində əsas və xüsusi yer tutur. O, icra hakimiyyətinin həyata keçirilməsində bilavasitə və birbaşa içtirak etmir.
Bununla bərabər, Azərbaycan Respublikasının prezidenti həm də eyni zamandqa dövlətin başçısıdır.
Azərbaycan Respublikasının prezidentinin dövlət hakimiyyəti orqanları sistemində statusu onunla müəyyən edilir ki, o eyni zamanda həm dövlət, həm də icra hakimiyyəti başçısıdır. ABŞ, Braziliya və digər xarici dövlətlərdə də prezident icra hakimiyyətinin və eyni zamanda dövlətin başçısıdır. Bizim ölkəmizdə prezident postu 1991ci ildə təsis olunmuşdur.
Azərbaycan Respublikası prezidentinin seçilməsi qaydası: Azərbaycan Respublikasının prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Prezident postu üçün namizəd olan şəxs üçün yüksək tələblər (şərtlər) müəyyən edilir və irəli sürülür.
Birincisi, prezidentliyə namizəd yalnız Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Namizədin milli mənsubiyyəti rol oynamır.
İkincisi, prezident seçilmək üçün yaş həddi (yaş senzi) müəyyən edilir: yalnız yaşı 35-dən aşağı olmayan şəxs prezident seçilə bilər. Maksimum yaş həddi nəzərdə tutulmur.
Üçüncüsü, prezidentliyə namizəd yalnız o şəxs ola bilər ki, o, Azərbaycan Respublikasının ərazisində on ildən artıq daimi yaşasın.
Dördüncüsü, prezidentliyə namizədin ali təhsili olmalıdır.
Beşincisi, prezidentliyə namizədin başqa dövlətlər qarşısında öhdəliyi olmamalıdır.
Altıncısı, prezidentliyə namizədin ikiqat vətəndaşlığı (eyni zamanda iki müxtəlif dövlətin vətəndaşı olmaq) olmamalıdır.
Yeddincisi, prezidentliyə namizəd ağır cinayətə görə məhkum olunmamlıdır.
Əgər prezidentliyə namizəd səsvermədə iştirak edən şəxslərin yarısından çoxunun (heç olmazsa 50%+1) səsini alarsa, prezident seçilmiş sayılır. Bəzən səsvermənin ikinci dövrəsi keçirilir.
Səsvermənin ikinci dövrəsində o namizəd prezident seçilmiş sayılır ki, o biri namizədə nisbətən çox səs toplasın.
Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması: Prezidentin vəzifədən kənarlaşdırılmasına impiçment (ingiliscə “impechment” – etimad göstərməmək, ittiham etmək) deyilir.
Prezident öz hərəkətlərinə görə məhkəmə məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti: O, prezidentin yuxarı icra orqanı sayılır və icra səlahiyyətlərinin həyata keçirilməsini təşkil edir. Nazirlər Kabineti prezidentə tabe olub, onun qarşısında məsuliyyət daşıyır.
Nazirlər Kabineti prezidentin və parlamentin iştirakı ilə formalaşdırılır. Belə ki, Baş Nazir parlamentin razılığı ilə prezident təyin edir.
Nazirlər Kabineti kollegial icra hakimiyyəti orqanıdır. Belə ki, bu orqan kollegiallıq prinsipi əsasında təşkil edilir və fəaliyyət göstərir. İclaslar Nazirlər Kabinetinin həyata keçirdiyi fəaliyyətin təşkilatı formasıdır. Nazirlər Kabinetinin iclaslarına bir qayda olaraq Baş Nazir sədrlik edir.
Yerli icra hakimiyyəti: Yerli icra hakimiyyət orqanlarına yerli icra hakimiyyətlərinin başçıları rəhbərlik edirlər.
Qəsəbələrdə və kəndlərdə icra hakimiyyətinin nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəliyə icra hakimiyyəti başçısı tərəfindən təyin olunmuş nümayəndə rəhbərlik edir. Onun əsas vəzifəsi icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərməkdən ibatətdir.
Fənn müəllimi: Fəls. dokt. Arıxov C.C.
Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Published by minfakt
AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax
İyun 8, 2012
2 thoughts on “ İcra hakimiyyəti və onun orqanları ”
Add yours
ggtg dedi ki:
gfrrfregrtgtg Bəyən Bəyən
ggtg dedi ki:
gcccccgcgcg Bəyən Bəyən
Cavab qoy Cavabı ləğv et
axtar
kateqoriya
- AMİ Zaqatala filialı
- Ana dili
- Ümumi
- Bürclər
- Cebr
- Coğrafiya
- Azərbaycan coğrafiyası
- Coğrafiyanın tədrisi metodikası
- Landşaftşünaslıq
- Materiklər coğrafiyası
- Meteorologiya
- Okeanların fiziki coğrafiyası
- Regionların soial-iqtisadi coğrafiyası
- Toponimika
- Yerşünaslıq
- İqtisadi coğrafiya
- Artistlər
- Bilirsinizmi .
- Mahnı sözləri
- Şəxsiyyətlər
- Arxeologiya
- Asiya tarixi
- Azərbaycan tarixi
- Konstitusiya
- Mənbəşünaslıq
- Qafqaz xalqlarının tarixi
- Türk xalqlarının tarixi
Mərkəzi İcra hakimiyyəti orqanları və Nazirliklər siyahısı
Mərkəzi İcra hakimiyyəti orqanları
Nazirliklər
Dövlət komitələri
Dövlət şirkətləri və dövlət xidmətləri
Nazirliklərin tabeliyində olan qurumlar:
Ekologiya və Təbii Sərvətlət Nazirliyinin tabeli qurumları
Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
Əmək və əhalinin Sosial müdafiəsi nazirliyi
Dövlət Sosial Müdafiə Fondu
Dövlət Əmək Müfəttişliyi xidməti
Dövlət Məşğulluq Xidməti
Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya xidməti
İqtisadiyyat Nazirliyi
Sahibkarlığa Kömək Milli Fondu
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Dövlət Baytarlıq xidməti
Aqrar İnkişaf Mərkəzi
Dövlət Fitosanitar XidmətiKənd Təsərrüfatı layihələri və kreditlərin idarə edilməsi xidməti
Texniki nəzarət xidməti
Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti xidməti
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət Xəzinədarlığı Agentliyi,
Dövlət Borcunun İdarə Edilməsi Agentliyi,
Dövlət Maliyyə Nəzarəti Xidməti,
Dövlət Sığorta Nəzarəti Xidməti,
Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Dövlət Avtomobil Nəqiyyatı xidməti
Dövlət Dəniz Agentliyi
Dövlət Mülki Aviasiya Agentliyi
Elektron Təhlükəsizlik xidməti
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi
Peşə Təhsili üzrə Dövlət Agentliyi
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu
Təhsil İnstitutu
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
Əmlak Məsələləri Dövlət Komitəsi
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti
Hərracların təşkili üzrə Auksion Mərkəzi
MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ NÜMUNƏVİ ƏSASNAMƏSİ
1. Mərkəzi icra hakimiyyəti orqanı (bundan sonra – Orqan) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.
2. Orqan öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və həmin Orqan haqqında Əsasnaməni rəhbər tutur.
3. Orqan öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Orqan müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Orqanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Orqan Bakı şəhərində yerləşir.
II. Orqanın fəaliyyət istiqamətləri
7. Orqanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. müvafiq sahənin inkişafını təmin edir;
7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Orqanın vəzifələri
8. Orqan, həmin Orqan haqqında Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;
8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;
8.6. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;
8.7. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.8. müvafiq sahədə tələbatın ödənilməsini təmin etmək;
8.9. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
8.10. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.11. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
8.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
8.13. müvafiq sahədə kadr hazırlığını təmin etmək;
8.14. Orqanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.15. Orqanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Orqanın hüquqları
9. Orqan öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
9.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
9.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Orqanın fəaliyyətinin təşkili
10. Orqanın mərkəzi aparatı və onun strukturuna daxil olan yerli və digər qurumları Orqanın vahid sistemini təşkil edir. Orqan öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Orqanın işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Orqanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya Orqan tərəfindən müəyyən edilir.
12. Orqanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (nazir, sədr və s.) rəhbərlik edir. Orqanın rəhbəri Orqana həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Orqanın rəhbərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır.
Orqanın rəhbərinin müavini ona Orqanın rəhbəri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yeririr və bunun üçün şəxsən məsuliyyət daşıyır.
14. Orqanın rəhbəri:
14.1. Orqanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Orqanın mərkəzi aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini təsdiq edir;
14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Orqanın yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. Orqanın mərkəzi aparatının işçilərini, yerli və digər qurumlarının rəhbərlərini və ya həmin qurumların rəhbərləri ilə yanaşı, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. Orqanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. Orqanı təmsil edir.
15. Orqanda Orqanın rəhbərindən (kollegiyanın sədri), onun müavinindən (müavinlərindən), Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının (əgər vardırsa) rəhbərindən və Orqanın rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Orqanın kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. Orqanın kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. Orqanın kollegiyası öz iclaslarında Orqanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
18. Orqanın kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Orqanın kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Orqanın kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
19. Orqanın kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Orqanın rəhbəri tərəfindən təsdiq edilir.
20. Orqanın kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Orqanın rəhbəri bu barədə bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Orqanın kollegiyasının üzvləri şəxsi fikirlərini bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Orqanın kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
22. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Orqanda ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə Orqanın rəhbəri tərəfindən təsdiq edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.