Press "Enter" to skip to content

Icra haqqında qanun

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilir.

“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

12-ci maddənin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab olunur və həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

“Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.

Icra haqqında qanun

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilir.

Modern.az xəbər verir ki, icra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir.

Eyni zamanda, qüvvədə olan qanunvericiliyə uyğun olaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.

Lakin indiyədək həmin nəzarət mexanizminin qaydasını nəzərdə tutam konkret normativ-hüquqi akt hazırlanmamışdı.

Təqdim edilən qanun layihəsində – “İcra məmurları haqqında” Qanunda bu nəzarətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilməsi müəyyən edilir. Qanun layihəsi qəbul olunarsa, həmin qaydanın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hazırlanması nəzərdə tutulub.

Qanun layihəsi Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi salınıb.

Fidan İlqarqızı

İpoteka qanunvericiliyində nə dəyişəcək? – DETALLAR AÇIQLANDI

Azərbaycan bankirlərinin ipoteka kreditləşməsi ilə bağlı qanunvericiliyə təklif etdikləri dəyişikliklərin detalları məlum olub. Bu barədə fins.az-a Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquq-ekspert komissiyasının rəhbəri Qorxmaz Ağayev məlumat verib. Onun sözlərinə görə, dəyişikliklər əsasən ipoteka kreditini vaxtında ödəməyən problemli müştərilər ilə bağlı hüquqitədbirlərin, daha dəqiq desək, ipoteka predmeti olan daşınmaz əmlaka tələbin yönəldilməsinin daha effektiv görülməsinə mane olan hüquqi boşluqların aradan qaldarılmasını əhatə edir.

“İpoteka haqqında” qanun

Bankirlər “İpoteka haqqında” qanunun dəyişdirilməsini təklif edir. Məsələn, qanundan ipoteka predmetinə tutmanın yönəldilməsi və bu zaman məhkəmə müdafiə tədbirlərini nəzərdə tutan 36-37-ci maddələrin çıxarılması təklif olunur. Bank mütəxəssislərinin fikrincə, bu maddələrdə göstərilən proseslər ipoteka saxlayanın məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırır və böyük vaxt itkisinə səbəb olur. Halbuki, Mülki-Prosessual Məcəllə ilə məhkəməyə müraciət etmə qaydaları müəyyənləşdirilib.

Əvəzində sözügedən qanunun 39-cu maddəsinin (Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi) 2-ci bəndinə dəyişiklik təklif edilir. Hazırda həmin bənddə bildirilir ki, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin vətəndaşa verilməsini məhkəmədə sübut etməlidir. Təklif olunan varianta görə isə, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin ipoteka qoyana yalnız göndərildiyini məhkəmədə sübut etməlidir. Çünki bir çox hallarda ipoteka qoyan bildirişi almaqdan suni bəhanələrlə imtina edir və bu da məhkəmə prosesinin uzadılmasına səbəb olur.

Girovda olan ipoteka predmetinə xitam verildikdə qanunvericiliyə uyğun olaraq bank öz tələbinin üstün ödənilməsi hüququ əldə edir. Bununla belə, ipoteka predmeti (xüsusən avtomaşın) cinayət törədilməsi və başqa hüquqpozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir. Bu halda bankların üstün təminat hüququ qorunmur.

Mülki Məcəllə

Bankirlərin Mülki Məcəlləyə təklif etdikləri dəyişikliyə görə isə, bundan sonra ipotekaya dair münasibətlər “İpoteka haqqında” qanunla tənzimlənməyən hissədə bu məcəllə ilə tənzimlənsin.

Həmçinin, təklif olunur ki, rəsmi dövlət reyestrinin aparılması qiymətli kağızlar bazarmı tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilsə də, bu ipoteka kağızlarına aid edilməsin. İpoteka kağızının rəsmi dövlət reyestri isə qanunvericiliklə müəyyən edilmiş qaydada ipotekanın dövlət qeydiyyatı reyestrində aparılsın

“İcra haqqında” qanun

Məsələn, “İcra haqqında” qanuna təklif edilən əlavəyə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi alındığı gündən icra məmuru dərhal icraata başlamaq haqqında qərar qəbul edir, məcburi qaydada ipoteka predmetini hərracda satmaq üçün “İpoteka haqqında” qanunda nəzərdə tutulmuş müddətdə icra tədbirləri həyata keçirir.

Bundan başqa, ipoteka predmetinə tələb yönəldildikdə müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən icra qurumunun depozit hesabına avans qaydasında ödənilir və satış baş tutduqda icra ödənişi hesabına, satış baş tutmadıqda isə ipoteka qoyanın hesabına ipoteka saxlayana qaytarılır.

Həmçinin “İcra haqqında” qanunda borclunun əmlakının satışına dair hərracın təşkili və keçirilməsi ilə bağlı xərclərin icra ödənişinə aid edilməsi barədə bəndin əlavə edilməsi nəzərdə tutulub.

Mülki Prosessual Məcəllə

Mülki Prosessual Məcəllənin də dəyişdirilməsi təklif olunur. Məsələn, hazırda bank kreditlərini təmin edən ipotekalarla bağlı bütün məhkəmə qətnamələrindən apellyasiya şikayəti qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Təkliflərdə bu müddətin 15 günə endirilməsi öz əksini tapıb.

Bundan başqa, hazırda apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Təklif olunan bu variantda isə bu müddətin də 2 dəfə azaldılması (1 aya endirilməsi) nəzərdə tutulur.

“Dövlət rüsumu haqqında” qanun

Bankirlər “Dövlət rüsumu haqqında” qanunu da dəyişmək istəyir. Dəyişikliyə əsadən, bundan sonra ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına ehtiyac olmayacaq.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanun

Bu qanuna təklif olunan dəyişiklik isə vətəndaşın hərracda satılmış ipoteka predmeti olan yaşayış sahəsindən icra qurumunun müraciəti və müvafiq akt əsasında çıxarılmasınə nəzərdə tutur.

“Notariat haqqında” qanun

“Notariat haqqında” qanuna təklif edilən dəyişiklik isə qanunvericilikdə nəzərdə tutulmuş hallarda yaşayış evinin və ya mənzilin tələbkara verilməsi barədə şəhadətnamənin verilməsini nəzərdə tutur. Bundan başqa, 18-ci maddənin 3-cü bəndində “avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair” sözlərinin “nəqliyyat vasitələrini idarə etmək hüququna dair”sözləri ilə əvəz edilməsi təklif olunur. Həmçinin təkliflərdə girov qoyulmuş əşyalara dair etibarnamələrin (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) yalnız girov saxlayanın (ipoteka saxlayanın) yazılı razılığı ilə verilməsi nəzərdə tutulur.

Bundan başqa, təklifə əsasən, yaşayış evi və ya mənzil qanunvericiliyə müvafiq olaraq icra sənədi əsasında tələbkara verildikdə (tələbkar tərəfindən hərracda alındığı hallar istisna olmaqla) bu barədə tələbkara şəhadətnamə verilir. Şəhadətnamə hərracın baş tutmaması barədə aktın surəti əsasında verilir.

Həmçinin, təklifə əsasən, ipoteka müqaviləsi üçün notariat kontorunda depozit hesabının açılması və istifadə olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun

Bu qanuna təklif olunan dəyişikliyə əsasən, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (“Forma-1”) verildikdən sonra onun etibarlılıq müddəti ərzində təkrar arayış verilə bilməz. Arayışın yararsız hala düşdüyü və ya itirildiyi hallarda qanunvericiliyə müvafiq qaydada yalnız arayışın dublikatı verilə bilər. Bundan başqa, ipotekanın dövlət qeydiyyatının o cümlədən ipoteka kağızı ilə rəsmiləşdirilmiş ipotekaya aid edilməsi təklif olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.