Press "Enter" to skip to content

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları

Dövlət idarəetməsinin prinsipləri dövlət idarəetməsinin ictimai-siyasi təbiətinin və digər elementlər qrupunun müəyyən elmi müddəalarda ifadə olunmuş, əsasən hüquqla təsbit olunan və insanların idarəetmə sahəsindəki nəzəri və praktiki fəaliyyətində tətbiq olunan qanunauyğunluqlar, münasibətlər və qarşılıqlı əlaqələrdir.
Dövlət idarəetməsinin prinsiplərinin ən mühüm fərqləndirici xüsusiyyəti onların sistemliliyindən ibarətdir. Hər hansı bir prinsipin xüsusiyyətlərini araşdırarkən onun digər prinsiplərlə qarşılıqlı əlaqələrini, bir-birini qarşılıqlı tamamlamasını və onlardan asılılığını nəzərə almaq lazım gəlir. Prinsiplər arasındakı mürəkkəb qarşılıqlı əlaqələr və qarşılıqlı təsirlər onların vahid sistemi çərçivəsində baş verir ki, burada onlar bir-birini tarazlayır və gücləndirir, öz təbiətini və tənzimləyici qabiliyyətini tam gücü ilə açıqlaya bilirlər.
Prinsiplərin sistemləşdirilməsi müəyyən elmi əsaslara malik olmalıdır. Qeyd edək ki, bu günə qədər prinsiplərin təsnifatı ilə bağlı vahid fikir yoxdur. Müxtəlif tədqiqatlarda dövlət idarəetməsinin siyasi, iqtisadi, təşkilati-hüquqi, texniki, funksional və bir çox başqa əsaslara görə prinsiplərini müəyyənləşdirirlər. Çox vaxt prinsiplər kimi nəyə və ya kiməsə irəli sürülən tələblər, adət və ənənələrdən irəli gələn və məqsədəuyğun hesab edilən qaydalar başa düşülür və bunlar öz aralarında müəllifin məntiqinə uyğun olaraq sərbəst şəkildə bağlı olurlar.

Səmərəli idarəetmə sistemlərinin prinsipləri ( Avropa ölkəsi təcrübəsi )

Mövzunun aktuallığı. Ölkəmiz öz müstəqilliyini elan etdikdən dərhal sonra dövlət idarəetmə islahatların həyata keçirilməsinə cəhdlər göstərilsə də, bu sahədə ciddi irəliləyişlərin əldə edilməsinə nail olmaq mümkün olmadı. Heç şübhəsiz ki, buna o dövr ölkədə mövcud olan sosial, iqtisadi və siyasi durumla yanaşı, hakimiyyətin səriştəsiz idarəçiliyi də imkan vermirdi. Həmin vaxtlar Azərbaycanın hərbi təcavüzə məruz qalması, erməni millətçilərinin xalqımıza qarşı soyqırım və işğalçılıq siyasəti nəticəsində ölkə ərazisinin iyirmi faizinin işğal edilməsi, bir milyon soydaşımızın öz yer-yurdundan didərgin düşməsi vəziyyəti daha da gərginləşdirirdi. Lakin xalqımızın təkidi ilə yenidən hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyevin əyilməz iradəsi və ölkə əhalisinin görkəmli lider ətrafında birləşə bilmək bacarığı sayəsində bu çətinliklərə tədricən son qoyuldu, ölkədə sabit şərait təşəkkül tapmağa başladı, ciddi uğurlar əldə edildi. “Azərbaycanda iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir, dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi.”[7]

Çox keçmədi idarəetmə sahəsində köklü islahatlara dəstək verəcək qanunlar, o cümlədən Dövlət qulluğu, dövlət qulluqçularının fəaliyyətini tənzimləyən qanunvericilik aktları qəbul olundu.[ 8, 9]

Qeyd edək ki, dövlət idarəçiliyi, o cümlədən səmərəli dövlət idarəçiliyi cəmiyyətin aparıcı qüvvələrinin daim diqqətini cəlb etmişdir. Digər idarəetmə formalarından fərqli olaraq, dövlət idarəçiliyi dövlət hakimiyyəti və orqanlarının köməyi ilə həyata keçirilir. Dövlət idarəçiliyinin həyata keçirilməsində mərkəzi yerdə siyasət dayanır. Bu baxımdan, dövlət idaərçiliyi problemi daha mürəkkəb xarakter daşıyır. İnsan maraqlarının hər şeydən öndə dayandığı demokratik cəmiyyətdə səmərəli dövlət idarəçiliyi problemi daha vacib məsələ kimi qarşıda dayanır. Odur ki, bu istiqamətdə araşdırılmaların aparılması, idarəetmənin təkmilləşdirilməsi, onun səmərəliliyinin artırılması yollarının təhlil edilməsi, qabaqcıl Avropa ölkələri təcrübəsinin tədqiqi və nəticələrə əsaslanmaqla müvafiq təklif və tövsiyyələrin hazırlanması çox aktualdır.

Bundan əlavə, səmərəli dövlət idarəçiliyi haqqında daha əhatəli təsəvvürlərə malik olmaqla, onun səmərəliliyinin yüksəldilməsi istiqamətində optimal addımların atılmasını təmin etmək mümkündür. Deməli, səmərəli dövlət idarəçiliyinin mahiyyətinin izah edilməsi, ölkəmizdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərinin araşdırılması faydalı olacaqdır.

Problemin işlənmə dərəcəsi. Rus tədqiqatçılarından Atamançuk Q.V., Menninq.E., Buqanova E.O, V.Q.Aseev dövlət idarəetməsinin səmərəliliyinə dair maraqlı tədqiqatlar həyata keçirmişlər. Q.V Atamançukun yaradıcılığında dövlət idarəetməsinin əsas prinsiplərinin və dövlət qulluqçusunun peşəkarlıq dərəcəsinin, bilik səviyyəsinin, psixoloji durumunun bu sahənin səmərəli idarəolunmasına təsiri geniş şəkildə araşdırılmışdır. Bundan əlavə dövlət idarəetməsində səmərəliliyin artırılması prosesinə bir texnoloji proses kimi yanaşan S.L.Rubenşteynin əsərlərində böyük diqqət ayrılmışdır. Müəllif dövlət idarəçiliyinin fəaliyyət prinsipləri, fəaliyyət istiqamətləri, etik davranışı və s. problemlərə dair maraqlı fikirlər irəli sürür.

Azərbaycan müəlliflərinin yaradıcılığında da, problemin bəzi tərəfləri araşdırılmışdır. Bu baxımdan prof. Ə.Nuriyevin, prof. X.Hüseynovanın, prof. F.Məmmədov, dos.E.Azadovun, dos. R.Əliyevanın təqiqatları maraqlıdır. Prof. Fuad Məmmədovun yaradıcılığında dövlət idaretmə mədəniyyəti idarəetmənin səmərəliliyinə təsir edən ən əsas amillərdən biri kimi araşdırılmış və qiymətli elmi nəticələr əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında işıq üzü görmüş “Dövlət idarəçilik nəzəriyyəsi” dərsliyi [Bakı, 2010., -552 s.] çox qiymətli mənbədir. Dərsliyin sonuncu fəsli “Dövlət idarəçiliyinin səmərəliliyi” adlanır.

Dissertasiya işinin məqsədi və vəzifələri: Dissertasiya işinin məqsədi səmərəli dövlət idarəetməsi pobleminin araşdırılmasından və onun əsas prinsiplərinin təhlil edilməsindən ibarətdir.

Bu məqsədin həyata keçirilməsi üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:

– problemin nəzəri əsasları və anlayışları nəzərədən keçirilməsi;

– dövlət idarəçilik nəzəriyyəsinin metodoloji əsaslarının araşdırılması;

– dövlət idarəetmə sisteminin təşkili və səmərəli fəaliyyətinin təmin olunması prinsiplərinin tədqiq edilməsi;

– dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsinin Avropa prinsiplərinın təhlil edilməsi;

– dövlət idarəçiliyi səmərəliliyinin əsas meyarların və amillərinin araşdırılması;

– idarəetmədə səmərəliliyin qiymətləndirilməsi probleminin araşdırılması;

– müasir Azərbycanda idarəemə islahatlarının əsas istiqamətlərinin nəzərdən keçirilməsi.

Tədqiqatın obyektini səmərəli dövlət idarəçiliyi, predmetini isə dövlət idarəetməsinin prinsipləri təşkil edir.

Tədqiqat işinin nəzəri və metodoloji əsasları: Tədqiqat işinin nəzəri və metodoloji əsasını dövlət idarəçiliyi sahəsində mütəxəssislərinin elmi – nəzəri konsepsiyaları, biliklər bazası, müvafiq mövzulu tədqiqatların tədqiqatlarının nəticələri və tövsiyyələri, beynəlxalq elmi-praktiki konfransların materialları təşkil edir. Tədqiqat zamanı tarixi və proqram-məqsədli yanaşma, kompleks və müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, analiz və sintez, induksiya və deduksiya metodlarından istifadə olunmuşdur.

Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hazırlanmış elmi materiallar və hesabatlar, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Statistika Komitəsi və s. dövlət təşkilatlarının materialları təşkil edir.

Nəticədə təhlillərdən problemə dair əldə edilmiş elmi ümumiləşdirmələr, təklif və tövsiyələr öz əksini tapmışdır.

Dissertasiya işinin həcmi və strukturu: Dissertasiya Giriş, 3 Fəsil, 8 paraqraf, NəticəƏdəbiyyat siyahısından ibarətdir.

I Fəsil. Səmərəli idarəetmə sistemlərinin əsas anlayışları

1.1.Səmərəli idarəetmə sistemlərinin əsas anlayışları

Dövlətin siyasi idarəetmə sahəsində fəaliyyəti ictimai münasibətlərin və insanların davranışının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır. Buradan da dövlət idarəçilik nəzəriyyəsinin hüquqi aspekti meydana çıxır. Bütövlükdə bu elmi siyasi-hüquqi bilik sahəsi kimi xarakterizə etmək olar. Lakin belə yanaşma düz olsa da, məhduddur və dövlət idarəçiliyinin elm sahəsi kimi bütün xüsusiyyətlərini əhatə etmir. Dövlət idarəçiliyinin sosial aspektini də nəzərə almaq lazımdır. Çünki dövlət idarəçiliyi insanla və insanların sosial mənafeyi ilə bağlıdır. Beləliklə, dövlət idarəetməsi bütövlükdə dövlətlə insanlar arasında siyasi-hüquqi və sosial fəaliyyət və münasibətlər sahəsidir. Dövlət idarəçilik nəzəriyyəsi isə siyasi-hüquqi və sosial elm sahəsidir. Dövlət idarəçiliyi anlayışının mahiyyəti belədir və o, özündə siyasi, sosial və hüquqi əlamətləri olan hadisə və prosesləri xarakterizə edir. Nəhayət, dövlət özündə yalnız siyasi hakimiyyəti deyil, həm də müasir cəmiyyətin təşkilinin ən yüksək formasını birləşdirir.

Beləliklə, dövlət idarəçilik nəzəriyyəsinin predmet sahəsi dövlət və cəmiyyətin idarəetmə və özünüidarəetmə subyekti və obyekti kimi qarşılıqlı fəaliyyət sferasını xarakterizə edən siyasi-hüquqi və sosial hadisə və proseslərin vəhdətindən ibarətdir. Bu predmet müəyyən edilərkən nəzərə alınır ki, dövlət idarəetməsi insanların birgə əmək, ictimai həyat və fəaliyyətini məqsədyönlü təşkiletmə və tənzimləmə kimi xüsusi funksiya yerinə yetirir. Beləliklə, dövlət idarəçilik nəzəriyyəsi özünəməxsus tədqiqat obyektinə və predmetinə malikdir. Bir elm sahəsi kimi o, dövlət idarəetmə prosesinin təşkili qanunauyğunluqlarını, bu zaman əhali, müəssisə və təşkilatlar arasında ortaya çıxan münasibətləri, dövlətin məqsədyönlü təşkiledici və tənzimləyici təsiri metodlarını, vasitələrini, onların işlənib hazırlanması və tətbiqinin əsaslarını öyrənir.

Dövlət idarəçiliyinin birbaşa dövlət, hakimiyyət və hüquqla bağlılığını, hüquq, sosial və siyasi elmlərin kəsişmə məkanında olduğunu və obyektə məqsədyönlü təşkiletmə, tənzimləmə təsiri göstərdiyini nəzərə alaraq belə hesab edirik ki, onun predmetinə əsasən aşağıdakı dörd qrup məsələlər aid edilə bilər :

Dövlətin mahiyyəti, tipləri və ictimai funksiyaları. Dövlət idarəçiliyinin mahiyyəti, cəmiyyətin idarə olunması sistemində yeri və xüsusiyyətləri; dövlət idarəçiliyinin məqsəd və funksiyaları, obyekt və subyektləri, obyektiv və subyektiv amilləri, dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi məsələləri.

Dövlət idarəçiliyinin təşkili, funksional və təşkilati quruluşu. Dövlət quruluşunun formaları, idarəetmə fəaliyyətinin və dövlət idarəetməsinin prinsipləri.

Dövlət idarəçiliyinin təmin edilməsi məsələləri – bura dövlət idarəçiliyinin normativ-hüquqi bazası və hüquqi tənzimlənməsi, dövlət idarəçiliyində qanunçuluq məsələləri, dövlət idarəçiliyinin informasiya təminatı, dövlət idarəçiliyinin insan potensialı və kadr təminatı, maliyyə təminatı, dövlət idarəçiliyində demokratiya və bürokratiya məsələləri və s. aid edilə bilər.

Dövlət idarəçiliyinin inkişafı, təkmilləşməsi və səmərəliliyinin artırılması məsələləri. Bura dövlət idarəçiliyində azadlıq və məsuliyyət, dövlət idarəçiliyinin metod və üsulunun təkmilləşməsi, obyektivliyinin artırılması, dövlət idarəçiliyinin səmərəliliyinin hesablanması və artırılması yolları, dövlət idarəçilik imkanlarının genişlənməsi və onun istifadəsi məsələləri aid edilir.

Demokratik cəmiyyətin tələblərinə uyğun dövlət idarəetmə sisteminin formalaşması və inkişafı hazırda Azərbaycan dövlətinin yeritdiyi sosial-iqtisadi siyasətin əsas məsələlərindən biridir. Bu siyasətin əsası daxili və xarici imkanlardan, elmi-texniki potensialdan geniş miqyasda və səmərəli istifadə etməklə ölkə iqtisadiyyatını sosial yönümdə əsaslı surətdə yenidən qurmaq və bazar münasibətlərinə uyğun sabit sürətlə inkişaf etdirməkdən, əhalinin həyat səviyyəsini yüksəltməkdən, yoxsulluğu və işsizliyi minimum səviyyəyədək aşağı salmaqdan ibarətdir. Bu vəzifələrin həlli xalqın mənafeyinə yönəlmişdir. Eyni zamanda bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi əhəmiyyətli dərəcədə dövlət idarəçilik sistemi kadrlarının bilik və bacarığından, iqtisadi və sosial məsələlər kompleksini necə dərk etməsi və həll etməsindən asılıdır. Müasir cəmiyyətdə dövlət hakimiyyəti orqanı milyonlarla insanın müxtəlif həyat fəaliyyətinin təşkiledici və idarəedici mərkəzidir. Dövlət idarəçiliyinin əsaslarının öyrənilməsi və onun idarə olunan əhali kütləsinin fəaliyyətinə tətbiqi dövlət işi ilə məşğul olanların müvəffəqiyyətli fəaliyyətinin əvəzolunmaz şərtidir. Praktiki fəaliyyətdə nəzəriyyəyə əsaslanmaq, nəzəriyyəni isə praktiki fəaliyyətlə canlandırmaq və xalqın dövlət müdrikliyini zənginləşdirmək dövlət idarəçiliyində hər hansı fəaliyyət və idarəetmə sferasına nisbətən daha çox tələb olunur.

Hazırkı dövlət idarəetmə kadrları dövlət idarəçilik nəzəriyyəsilə mükəmməl silahlanmalı, dövlətin müasir cəmiyyətdəki, idarəetmə sistemindəki yerini düzgün başa düşməli, dövlət idarəçiliyinin xüsusiyyətlərini və başqa idarəetmə formalarından fərqini bilməli, idarəetmə metodlarını mənimsəməlidirlər. Kadrlara dövlət idarəetməsi ilə əlaqədar olan bütün bu keyfiyyətlərin aşılanmasında dövlət idarəçilik nəzəriyyəsi mühüm rol oynamalıdır.

Eyni zamanda, dövlət idarəçilik nəzəriyyəsi inkişaf etmiş bir çox ölkələrin (Türkiyə, Avstriya, Almaniya, Fransa, Yaponiya), xüsusilə iqtisadi, coğrafi və sosial şəraiti müəyyən dərəcədə Azərbaycana oxşar olan ölkələrin qabaqcıl idarəetmə təcrübəsini öyrənməli, ümumiləşdirməli və Azərbaycanda yerli şəraitə uyğun istifadə olunması imkanlarını müəyyənləşdirməlidir.

Dövlət idarəçilik nəzəriyyəsi həmçinin Azərbaycanın öz müsbət təcrübəsinin, bu sahədə Heydər Əliyev Dövlət İdarəçilik Məktəbinin təcrübəsinin ümumiləşdirilməsi və təbliğinə diqqət yetirməlidir. Nəhayət, dövlət idarəçilik nəzəriyyəsinin qarşısında duran mühüm vəzifələrdən biri idarəetmə sisteminin elmi əsaslar üzərində qurulması, kadrların ixtisasının və peşəkarlığının artırılması, idarəetmənin təşkili formalarının, idarəetmə metodlarının təkmilləşməsi və səmərəliliyinin artırılması istiqamətində elmi tədqiqatlar aparmaq, müvafiq təklif və tövsiyyələr hazırlamaqdır. Azərbaycan Respublikasının dövlət idarəçilik sistemində baş verən yeniliklər mütəmadi olaraq öyrənilməli və tədris prosesində istifadə olunmalıdır.

Eyni zamanda dövlət idarəçiliyi müəyyən təminata malik olmalıdır.Burada hüquq və maliyyə təminatı ilə yanaşı kadr, informasiya, statistika və elmi-metodiki təminat da mühüm rol oynayır. Dövlət idarəçilik nəzəriyyəsi bütün bu prosesləri öyrənən elm sahələri ilə sıx əməkdaşlıq şəraitində inkişaf edə bilər.

Dövlət idarəçilik nəzəriyyəsi müxtəlif elmlərin predmetlərinin kəsişmə məkanında olduğundan bir çox elm sahələrilə sıx surətdə əlaqədardır. Buraya birinci növbədə fəlsəfə, iqtisadi nəzəriyyə, hüquq, iqtisadiyyatın dövlət tənzimlənməsi, maliyyə, kredit və vergi problemlərini öyrənən elm sahələri aid edilir.

İdarəetmə nəzəriyyəsinin çoxsaylı tanınmış alimlərin, praktik menecerlərin diqqət mərkəzində olduğunu isbat etmək üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Xüsusilə də, bu sahənin müstəqil bir elmi istiqamət kimi formalaşması prosesində ciddi diqqət mərkəzində olması onun olduqca böyük nəzəri və praktiki əhəmiyyət kəsb etdiyinə dəlalət edir. Cəmiyyətin və bütövlükdə, dövlətin rifahı məhz dövlət idarəçiliyinin elmi əsaslara söykənməsindən birbaşa asılıdır. Müasir siyasi sistemdə dövlətin rolu və yeri haqqında dərin diskussiyalar dövlət idarəçiliyi konsepsiyasının təkmilləşdirilməsi məsələsinə daha artıq diqqətin yetirilməsini zəruri etmişdir. Təbii ki, bu sahədə tarixən toplanmış biliklərin müasir reallıqlarla uzlaşdırılması əsas vasitə kimi nəzərdən keçirilir. Müasir mərhələdə dövlət idarəçiliyi nəzəriyyəsinin inkişaf tendensiyasına nəzər salsaq görərik ki, dövlət idarəçiliyinin keyfiyyəti və dövlət hakimiyyəti orqanlarının səmərəliliyi problemləri dünyanın, demək olar ki, bütün aparıcı ölkələrinin tədqiqatçılarının diqqət mərkəzindədir.

Dövlət idarəçiliyinin həyata keçirilməsində prioritet rolu siyasi rəhbərlik və sosial qrupların və vətəndaşların ictimai maraqlarının ümumiləşdirilmiş ifadəsi olan siyasət oynayır. Bu baxımdan, dövlət idarəçiliyinin səmərəliliyi anlayışının və kriteriyalarının müəyyənləşdirilməsi siyasi subyektin fəaliyyətinin idarəedici elementini ifadə edir. Bu da, təbii ki, özündə müəyyən siyasi aspektləri əks etdirir. Qeyd edək ki, səmərəliliyin mahiyyətini müəyyən edən bir neçə nəzəri-metodoloji yanaşmalar mövcuddur.

Müxtəlif fəaliyyət sahələrində səmərəlilik anlayışının özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, siyasətdə səmərəlilik müsbət və arzuolunan məqam kimi nəzərdən keçirilir. Hakimiyyət orqanlarının fəaliyyətinə münasibətdə bu anlayış, ictimai rəyin təşkili üsulu kimi təsirli siyasi simvola çevrilmişdir.

Ən ümumi formada səmərəlilik aşağıdakı kimi səciyyələndirilə bilər:

– nəticənin əldə edilməsi imkanı;

– təyinat üzrə əldə edilən nəticələrin əhəmiyyəti;

– əldə olunan nəticələrin sərf olunmuş əməyə nisbəti və s.[22, səh.69]

Ölkə daxilində idarəetmə ilə bağlı dövlətin qarşısında duran vəzifələrin müxtəlifliklərindən çıxış edərək, idarəetmənin obyektindən və səviyyəsindən asılı olaraq səmərəli dövlət idarəçiliyinin müxtəlif formalarını qeyd etmək mümkündür. Bunları qısaca olaraq aşağıdakı kimi səciyyələndirmək mümkündür:

– iqtisadi səmərəlilik. Bu, dövlətin həyata keçirdiyi iqtisadi siyasətin səmərəliliyini əks etdirir. Həmçinin cərəyan edən proseslərin və hadisələrin səmərəliliyi nəzərdə tutulur.

– sosial səmərəlilik. Dövlətin sosial siyasətinin, sosial problemlərinin həllinin səmərəliliyi nəzərdə tutulur. Dövlət idarəçiliyinin sosial səmərəliliyinin başlıca meyarı rolunda insanların yaşayış səviyyəsinin yüksəlməsi çıxış edir.

– ekoloji səmərəlilik. Bu səmərəlilik növü ətraf mühitdən istifadə və təbiəti mühafizə tədbirləri ilə bağlıdır.

– xarici iqtisadi səmərəlilik. Bu, beynəlxalq arenada qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı əks etdirir.

Elmi tədqiqat mövzusu kimi seçilmiş hər bir problemin özünəməxsus anlayışları mövcuddur və təhlillər zamanı onların yerli – yerində işlədilməsi böyük əhəmiyyət daşıyır. Bu isə tədiqat işində hər cür taftalogiyadan uzaq dəyərli elmi postulatların əldə olunmasına, obyektiv mühakimələrin və elmi müddəaların irəli sürülməsinə, müvafiq elmi ümumiləşdirmələrin təşəkkül tapmasına əlverişli şərait yaradır. Mövzunun əsas anlayışları aşağıdakılardır: dövlət, idarəçilik, hakimiyyət, səmərəlilik, innovasiya, kriteriya, qiymətləndirmə.

“Səmərəlilik” anlayışı latın dilində “effictions” məhfumu ilə uzlaşır və “həqiqi”, “yaradıcı” mənalarına uyğun gəlir. Əksər hallarda dövlət “idarəçiliyinin effektivliyi” anlayışı tətbiq edilir. Elmin inkişafı prosesində bu anlayışın məzmunu daha da zənginləşmişdir [1].

“Səmərəli dövlət idarəçiliyi” anlayışını daha dəqiq dərk etmək üçün səmərəliliyin meyarları məsələsinə aydınlıq gətirmək lazımdır. Təbii ki, burada dövlət idarəçiliyinin səmərəliliyinin meyarları nəzərdə tutulur. Beləliklə, dövlət idarəçiliyinin səmərəliliyi dedikdə, əsasında, bütövlükdə, idarəetmə sisteminin səmərəliliyinin qiymətləndirildiyi əlamətlər kompleksi başa büşülür. Bu zaman ayrı-ayrı idarəetmə qərarlarının səmərəliliyi də nəzərdə tutulur. Qeyd edilən anlayışın mərkəzi elementi rolunda “qiymətləndirmə” kateqoriyası çıxış edir. Onun səciyyəvi əhəmiyyəti insanlar tərəfindən idarəedən subyektin eyni fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi prosedurunun müxtəlifliyini əvvəlcədən müəyyənləşdirməkdən ibarətdir [4].

Səmərəli dövlət idarəçiliyi anlayışının səciyyəvi məzmununu “giriş-çıxış” nisbətinin modeli əsasında müəyyən etmək mümkündür. Bu model ümumilikdə siyasi sistemin fəaliyyətini səciyyələndirir. Sistemin “girişində” cəmiyyətin tələbləri yer alır. Bu tələblər müvafiq qərarların qəbulunu və idarəedici subyektin dəstəklənməsini şərtləndirir. “Çıxışda” həyata keçirilən qərarların və idarəedici subyektin nail olduğu məqsədlərin nəticəsi kimi obyektin real dəyişikliyi yer alır.

“Giriş-çıxış” sistem modelinin daxilində alt sistemlər formalaşırlar və fəaliyyət göstərirlər. Bunlar dövlətin ayrı-ayrı daxili idarəetmə orqanlarının fəaliyyətini ifadə edirlər. Bu kontekstdə “qismən səmərəlilik” və “tam səmərəlilik” anlayışlarından istifadə edilir. Qismən səmərəlilik problemlərin bir qisminin həllini səciyyələndirir. Bu, bir qayda olaraq, ümumi məqsədin ayrı-ayrı tərkib hissələrindən ibarət olur. İkinci halda isə, problemin, bütövlükdə, kompleks şəkildə uğurlu həllini ifadə edir. Bu da, öz növbəsində, idarəedici subyektin yekun məqsədini təşkil edir. Qeyd edək ki, dövlət idarəçiliyi sistemi üçün nəzərdən keçirilən anlayış, ümumilikdə, daha çox “tam səmərəlilik” kimi izah edilir. Təşkilati və inzibati idarəetmə nəzəriyyəsində səmərəlilik xalis müsbət nəticələrin sərf edilən əməyə nisbəti kimi müəyyənləşdirilir. İqtisadiyyat və menecment üzrə tədqiqatlarda səmərəliliyin qiymətləndirilməsinin iki məqamı qeyd edilir. Birinci məqam texniki səmərəliliyin, ikinci məqam isə iqtisadi səmərəliliyin qiymətləndirilməsi ilə bağlıdır. Texniki səmərəliliyin göstəricilərində qiymətləndirilən fəaliyyətin xarakteri öz əksini tapır. İqtisadi səmərəliliyin göstəriciləri qiymətləndirilən fəaliyyətin necə həyata keçirildiyini, resursların hansı səviyyədə sərf edildiyini səciyyələndirir. [3]

“Fəaliyyətin səmərəliliyi” anlayışının məzmunu istənilən fəaliyyətin nəticəsi, məhsuldarlığı kimi izah edilir. İqtisadiyyat elmində iqtisadi səmərəlilik kateqoriyası və onun qiymətləndirilməsinin kriteriyaları ətraflı şəkildə işlənib hazırlanmışdır. Müasir menecmentdə də həmçinin bazar rəqabəti şəraitində təşkilatın idarə edilməsinin əsasları müəyyən edilmişdir. Bu əsaslar həm də bizim nəzərdən keçirdiyimiz dövlət idarəçiliyinin səmərəliliyi anlayışının müəyyənləşdirilməsində istifadə edilə bilər.

1.2. Avropa ölkələrində səmərəli idarəetmə sistemi təcrübəsinin öyrənilməsi

Avropa ölkələrinin səmərəli idarəetmə təcrübəsinin öyrənilməsi həmim ölkələrlə qarşılqlı layihələrin həyata keçirilməsi zamanı özünü daha aydın biruzə verir. Bu baxımdan sosial müdafiə sistemi üzrə aparılan əməkdaşlıq diqqəti daha çox cəlb edir.

Avropa Komissiyasının ТACİS Proqramının təşkil etdiyi “Başlanğıc görüş” adlı silsulə seminar keçirilir. “Azərbaycanda Sosial Müdafiə və Pensiya İslahatları” layihəsi üzrə ТACİS Proqramı ilə birgə fəaliyyətinə dair məlumat verilir, fərdi uçot üzrə işçi qrupunun təklifləri (ərizə formasının yenidən işlənməsi, kompyuter proqramının təkmilləşdirilməsi, blank formalarının və bukletlərin çap olunması və s.) görüş iştirakçılarının nəzərinə çatdırılır. Bundan əlavə, Avropa Komissiyasının maliyyə dəstəyi ilə BMТ-nin Ərzaq və Kənd Тəsərrüfatı təşkilatı tərəfindən “Ərzaq və qida təhlükəsizliyi” mövzusunda seminarlar keçirilir.

Bakıya dəvət olunmuş Dünya Bankının sosial müdafiə sistemlərinin informasiya texnologiyaları üzrə məsləhətçisi A.Arzıbayev respublikanın sosial sığorta, sosial müdafiə və pensiya təminatı sisteminə aid qanun, fərman, sərəncam, qərar və digər materiallarla təmin edilmişdir. Onun tərəfindən iki ay müddətində hazırlanmış “Azərbaycan Respublikasının sosial müdafiə sistemində şəxsi sığorta hesabları: Konsepsiya və Qiymətləndirmə” layihəsində Azərbaycan Respublikasının Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən verilmiş rəy və təkliflərə, “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 908 nömrəli Fərmanından irəli gələn tələblərə uyğun olaraq düzəlişlər edilmişdir.
10 iyul 2003-cü ildə Avropa Komissiyasının ТACİS Proqramının “Azərbaycanda Sosial Müdafiə və Pensiya İslahatları” layihəsi tərəfindən “Sosial müdafiə islahatları və ictimaiyyətin məlumatlandırılması” mövzusunda seminar keçirilmişdir. Bu seminarda Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyətinun iştirakı təmin olunmuşdur. Seminarda “Fərdi uçot sisteminin Azərbaycan Respublikasında tətbiqi” mövzusunda çıxış edilmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”na, “Dövlət Sosial sığorta sistemində fərdi uçot haqqında” 27 noyabr 2001-ci il tarixli Qanuna uyğun olaraq keçirilən bu seminarda məqsəd ölkəmizdə fərdi uçot sisteminin qurulması ilə bağlı hazırlıq işləri barədə məlumat vermək, qarşıya çıxan problemlərin araşdırılması və onların həlli yolları haqqında müvafiq orqanlarla birlikdə ətraflı fikir mübadiləsi aparmaq olmuşdur. Seminarda fərdi uçotun zəruriliyi; fərdi uçotun hüquqi əsasları; fərdi uçotun qurulması problemləri; beynəlxalq təcrübə; görülmüş işlər; gələcək planlar mövzularında məruzə və çıxışlar dinlənilmişdir. Dövlət sosial sığorta sistemində fərdi uçotun qurulması bu sahədə vahid informasiya məkanını yaratmağa, pensiyaların təyin edilməsində fərdlərin sığorta olunduqları dövrü nəzərə almağa, pensiyaların təyin edilməsi prosedurlarını mövcud informasiya əsasında avtomatlaşdırma yolu ilə daha şəffaf, operativ, sadə və aydın etməyə, məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarəti gücləndirməyə, sosial müdafiə sahəsinə tələb olunan maliyyə vəsaitinin məbləğinin real məlumatlar əsasında hesablanmasına, DSMF-nin hesabına daxil olacaq və xərclənəcək vəsaitin daha dəqiq proqnozlaşdırılmasına kömək edəcəkdir. Bu, həmçinin vətəndaşlara sosial müdafiə sahəsində göstərilən xidmətlərin keyfiyyətini artırmağa, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların DSMF sistemində fərdi hesablara köçürülməsini sığortaolunanlar üçün maraqlı etməyə, vətəndaşların özləri haqqında dəqiq məlumatların fərdi uçot sistemində toplanmasında marağının, sosial müdafiə sisteminə inamının artmasına şərait yaradacaqdır.
23 iyul 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının sosial müdafiə sahəsinlə informasiya texnologiyaları üzrə məsləhətçisi A.Arzıbayev tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının sosial müdafiə sistemində fərdi sığorta hesabları: Konsepsiya və Qiymətləndirmə” layihəsinin təqdimatına həsr olunmuş mərasimin keçirilməsi təşkil olunmuşdur. Тəqdimat mərasimində Dünya Bankının Azərbaycan üzrə Ölkə Menecerinin əvəzi, İqtisadi İnkişaf Nazirliyinin “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı” Katibliyinin eksperti, Fondun Bakı şəhərinin rayon şöbələrinin müdirləri, Fondun mərkəzi aparatının departament direktorları və onların müavinləri, mətbuat nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Тəşkilatının İnkişaf Proqramı arasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi” layihəsinin imzalanma mərasiminin keçirilməsi təşkil edilmişdir [17 sentyabr 2003-cü il]. İkitərəfli sənədi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2003-cü il tarixli sərəncamı ilə verdiyi səlahiyyətə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri, BMTİP adından cənab Marko Barsotti imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında Pensiya İslahatı Konsepsiyası”na uyğun olaraq etibarlı sosial təminat sisteminin yaradılması üçün beynəlxalq təşkilatlara, maliyyə qurumları ilə qarşılıqlı əməkdaşlığın nəticəsi olan yeni layihə BMT İnkişaf Proqramı üçün prioritet sahələrdən biri olan “İnkişaf üçün İnformasiya Kommunikasiya Texnologiyaları” tematik sahəsinə aiddir.

İKT sosial və iqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün böyük imkanlar açır və onun tətbiqi demokratik idarəçilik və dövlət idarəçiliyinin inkişafında yüksək əhəmiyyət daşıyır. Layihə çərçivəsində icra olunacaq fəalyyət növləri Dövlət Sosial Müdafiə Fondunun potensialını əhəmiyyətli şəkildə artıracaq, Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin daha peşəkar, şəffaf tərzdə və vaxtında icra olunmasına kömək göstərəcəkdir. Layihə həmçinin. Fondun Bakıdakı Mərkəzi aparatı ilə şəhər və rayon şöbələri arasında səmərəli rabitə əlaqələrini və əməkdaşlığı təmin edəcəkdir. Bu proses vasitəsilə Fond kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanına malik olacaqdır ki, bu da yazışmaların daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilə bilməsinə şərait yaradacaqdır. Məlumat bazasına pensiyaçılar, ödəyicilər və işə götürənlər, eləcə də səmərəli idarəetmə sisteminin yaradılmasına imkan verən digər sistemlər daxil olacaqdır. Kompyuterlərdən istifadə və hərtərəfli məlumat bazasının yaradılması layihənin əsas hissəsini təşkil edir.

21 – 23 oktyabr tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, “Ukrayna pensiya islahatlarının tətbiqi” layihəsini həyata keçirən PADKO (Planlaşdərma və İnkişafda Beynəlxalq Əməkdaşlıq) kompaniyasının, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkil etdikləri “Postsosialist ölkələrində pensiya təminatı: nailiyyətlər, səhvlər, vəzifələr” mövzusunda Beynəlxalq Konfransın işində iştirak etmək üçün Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti 2003-cü il 19 oktyabr tarixində Ukraynanın paytaxtı Kiyev şəhərinə ezam edilmişdir. Тədbirdə ABŞ, Polşa, Macarıstan, Bolqarıstan, Xorvatiya, Makedoniya kimi ölkələrdən pensiya təminatı sahəsində tanınmış mütəxəssislər, habelə, MDB ölkələrinin və Litvanın pensiya və sosial fondlarının rəhbərləri iştirak etmişlər. Konfransda Ukrayna Pensiya Fondunun sədri cənab B.Zayçuk “Ukraynada pensiya islahatları: tətbiqin praktiki aspektləri” mövzusunda, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin həyata keçirdiyi: “Ukraynada pensiya islahatının tətbiqi” layihəsinin rəhbəri Qreq Mak Taqqart, Bolqarıstanın Milli Sosial Müdafiə İnstitutunun direktoru Yordan Xristoskov, MDB ölkələri pensiya və sosial müdafiə fondlarının nümayəndələri çıxış etmişlər.

Beynəlxalq Sosial Тəminat Assosiasiyası (BSТA) və İtaliyanın Milli Sosial Sığorta İnstitutu (INPS) və İstehsalatda bədbəxt hadisələrdən sığorta İnstitutu (INAIL) tərəfindən birgə təşkil edilən “Sosial sığorta haqlarının yığılması tələblərinin yerinə yetirilməsi” mövzusunda İşçi qrupunun iclasında iştirak üçün BSТA-nın Avropa Regional Ofisinin Direktoru xanım Mari Frans Laroqdan alınmış dəvət məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 2003-cü ilin 3 – 7 dekabr tarixlərində İtaliyanın Roma şəhərinə ezamiyyə səfərində olmuşlar. İşçi qrupuna daxil olan 12 üzv dövlətdən və Beynəlxalq Sosial Sığorta Assosiasiyasının yaxın əməkdaşlıq etdiyi bir sıra digər ölkələrdən gəlmiş mütəxəssislərin qatıldığı görüşdə “Sosial sığortanın hüquqi əsasları”, “Kimlər sosial sığorta ödənişlərini ödəməlidirlər, müxtəlif işçilər üçün qanuni sosial sığorta haqqlarının fərqi”, “Sosial sığorta ödənişlərinin yığılması, yığıma nəzarət, ödənişdən yayınma hallarına qarşı görülən tədbirlər”, Sosial sığortanın icrası necə təşkil olunur, onun məqsəd və vəzifələri, müfəttişlərin səlahiyyətləri” və digər mövzularda məruzə və çıxışlar dinlənilmişdir. Görüşdə Azərbaycan Respiblikasında sosial sığorta haqlarının toplanması sahəsində aparılan islahatlar barədə geniş müzakirələr aparılmış, bu istiqamətdə son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlərin səmərə verdiyini qeyd etməklə yanaşı, keçid dövrünü yaşayan ölkələrə məxsus bir sıra problemlərin Azərbaycanda necə həll olunduğu barədə məlumat vermişdir.

Ölkəmizdə sosial sığortadan yayınma hallarına qarşı görülən tədbirlər qeyd edilmiş, Şərqi Avropa ölkələrinin bu sahədəki təcrübəsindən Azərbaycanın da bəhrələnəcəyini xüsusi vurğulamışdır. Tədbirin sonunda çıxış edən Beynəlxalq Sosial Sığorta Assosiasiyasının prezidenti cənab Yohan Verstraten İşçi Qrupunun müzakirə etdiyi məsələlərin, aparılan təcrübə mübadiləsinin, mövcud problemlərin həlli üçün verilən təkliflərin iştirakçı ölkələrdə sosial sığorta işinin daha uğurlu qurulmasına kömək edəcəyinə inandığını bildirmiş, Azərbaycanı Beynəlxalq Sosial Sığorta Assosiasiyasına üzv olmağa dəvət etmişdir.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Bürosunun 6 – 7 may tarixlərində Cenevrə şəhərində keçirilmiş 88-ci iclasında bu beynəlxalq quruma tamhüquqlu üzv qəbul olunmuşdur. BSTA – bütün dünyada sosial müdafiə, sosial sığorta, sosial təminat və s. əlaqədar sahələrdə fəaliyyət göstərən rəsmi dövlət orqanları, agentlikləri, müəssisələri, institutları və digər qurumları birləşdirən, gəlir güdməyən bir beynəlxalq təşkilatdır. Təşkilat 1927-ci il oktyabr ayının 4-də Brüssel şəhərində təsis edilib və hazırda qərargahı Cenevrə şəhərində yerləşir. Assosiasiyanın bu gün dünyanın 153 ölkəsindən 354 üzvü vardır. Sosial müdafiə/sığorta – ictimai ədalətin təməllərindən biridir ki, bunsuz daimi əmin-amanlıq və həmrəylik prinsiplərinin təminatı qeyri-mümkündür. Məhz buna görə BSTA-nın yaradılması və bu günədək bu təşkilatın apardığı işlərin zəruriliyi danılmazdır. Respublikamızda aparılan islahatlar çərçivəsində DSMF-nin sosial müdafiə sahəsində beynəlxalq təcrübədən faydalana bilməsi və eyni zamanda digər dövlətin sosial müdafiə qurumları ilə əməkdaşlıq etməsi üçün BSTA-nın tamhüquqlu üzvü olmaq son dərəcə zəruri idi.

Asiya İnkişaf Bankının Maniladakı Baş ofisi tərəfindən 09 – 10 noyabr tarixlərində “Ev təsərrüfatlarının maliyyələşdirilməsi” mövzusunda keçirilən seminarda DSMF-nin nümayəndə heyəti iştirak etmişdir. Seminar çərçivəsində mənzil alınmasının maliyyələşdirilməsində dövlətin rolu, hüquqi baza, vergi siyasəti, riyeltor şirkətlərinin reytinginin müəyyənləşdirilməsi, mülkiyyət və öhdəliyin idarə edilməsi, risk menecmentinin və qiymət kalkulyasiyasının təşkili təcrübəsi, inkişaf edən ölkələrdə qarşıya çıxan maneələr mövzusunda təqdimatlar edilmiş və müzakirə aparılmışdır ki, bu da Azərbaycan iqtisadiyyatının hazırki mərhələsində həyata keçirilən islahatlarla üst-üstə düşdüyündən informasiya və təcrübə baxımından əhəmiyyətli idi.

Beynəlxalq Sosial Təminat Assosiasiyası Bürosunun fevralın 09-da keçiriləcək 90-cı iclasında iştirak etmək məqsədiylə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri 2005-ci il 08 – 11 fevral tarixlərində Cenevrə şəhərində ezamiyyə səfərində olmuşdur. İclasda BSTA Vitse-prezidenti vəzifəsinə seçki keçirilmiş, Büronun Strateji Komitəsi üzvlərinin, Texniki Komissiya rəhbərlərinin və bir sıra digər vəzifələrə rəhbərlər təyin edilmiş, Assosiasiya Şurasının 2005-ci il 15 sentyabrda keçiriləcək Sessiyasına hazırlıqla və Büronun növbəti iclası ilə əlaqədar məsələlər müzakirə edilmişdir.
Polşa Respublikasında sosial sığorta və pensiya islahatları sahəsində artıq müəyyən təcrübənin qazanıldığını və bu ölkədə pensiya islahatları sahəsində əldə edilmiş uğurların Beynəlxlaq Sosial Təminat Assosiasiyasının müxtəlif beynəlxalq tədbirlərində beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirildiyini nəzərə alaraq təcrübə və informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə Polşa Respublikasının Sosial Sığorta İnstitutu Prezidentinin dəvətinə əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu əməkdaşlarının Varşava şəhərinə 2005-ci il 12-15 iyun tarixlərində ezamiyyə səfəri həyata keçirilmişdir. Polşa Sosial Sığorta Fondunun Prezidenti xanım Aleksandra Viktorovla keçirilmiş görüş zamanı bu ölkənin sosial sığorta, pensiya təminatı sisteminin çoxsaylı aspektləri, sığortaolunanların fərdi uçotu sisteminin tətbiqi, bu sahədə aparılmış islahatlar, qarşıya çıxan çətinliklər, əldə olunmuş nəticələr barədə geniş müzakirələr aparılmışdır.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Beynəlxalq Sosial Təminat Assosiasiyası və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2017-ci il 7 – 9 sentyabr tarixlərində Bakıda “Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi” mövzusunda BSTA-nın Avropa Toplantısı keçirilmişdir. Toplantıda 23 Avropa, MDB və Baltikyanı dövlətlərin sosial sığorta və pensiya fondlarının rəhbərləri və səlahiyyətli şəxsləri, BMT, Avropa Şurası, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatların yüzə yaxın nümayəndəsi iştirak etmişdir. Məqsədi mövcud vasitələr barədə iştirakçılara aydın mənzərənin və bu sfera üzrə siyasətin bəzi vacib məsələləri barədə müzakirələrin aparılması olan Avropa Toplantısında Əməkçi miqrantların və onların ailələrinin sosial təminat hüquqlarının müdafiə edilməsi üzrə qanuni vasitələr, Sosial təminat sistemlərinin koordinasiyasının inzibati idarəedilməsi, Sosial müdafiə orqanları arasında qarşılıqlı inzibati yardım, Məlumat mübadiləsi və İKT-nin tətbiqi mövzuları üzrə bir sıra beynəlxalq ekspertlər təqdimatla çıxış etmişlər. Toplantının nəticəsi olaraq, “Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsinə dair BSTA və BPSFA-nın Bəyannaməsi” (Bakı Bəyannaməsi) 2005-ci il 22 dekabr tarixində Moskva şəhərində imzalanmışdır. Bəyannamə, iştirakçı dövlətlərin mövcud qanunvericiliklərinə əmək miqrantlarının sosial müdafiəsi ilə bağlı müddəaların daxil edilməsi, sosial sığorta haqlarının fərdi uçotunun aparılması və əmək miqrantlarının digər dövlətlərə köçüb getdiyi zaman bu məlumatların mübadiləsinin həyata keçirilməsi, sığortalılıq müddətlərinin qarşılıqlı tanınması və bütün sığortalılıq müddətlərinin birləşdirilməsi, qazanılmış hüquqlara uyğun olaraq hər bir dövlətin aidiyyatı orqanları tərəfindən pensiya və müavinətlərin proporsional şəkildə maliyyələşdirilməsi, sosial müdafiə, miqrasiya, sərhəd xidməti və digər orqanların əməkdaşlığının gücləndirilməsi və bu orqanlar arasında məlumat mübadiləsinin həyata keçirilməsi üçün zəruri işlərin görülməsinə təkan verəcəkdir.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının, Ukrayna Pensiya Fondunun və Ukrayna Əmək və Sosial Siyasət Nazirliyinin təşkilatçılığı ilə 27-28 aprel tarixlərində Xarkov şəhərində keçirilən “Yığım pensiya sistemi: beynəlxalq təcrübə və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın işində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyətinin iştirakı təşkil edilmişdir. Konfransın işində islahat təcrübəsi və pensiya islahatının maliyyə effekti: iqtisadi nəticələr və strategiya, pensiya islahatının uğurla keçirilməsinin şərtləri, pensiya fondlarının investisiya fəaliyyəti: tənzimləmə və nəzarətə dair məsələlər müzakirə olunmuşdur.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə 17 – 19 may tarixlərində Litva Respublikasının Vilnyus şəhərində keçirilmiş “Sosial təminat sahəsində islahatlar: İdarəedici orqanların öhdəlikləri” mövzusunda Avropa regional iclasında Fondun nümayəndə heyəti iştirak etmişdir. İclasda sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqanların sosial sığorta islahatları prosesinin iştirakçılarına çevrilməsi, bu orqanların sosial sığorta sahəsində siyasi qərarları qəbul edən orqanlarla qarşılıqlı əlaqə məsələləri müzakirə olunmuşdur. Səfər zamanı Fondun nümayəndə heyəti Litvanın Dövlət Sosial Sığorta Agentliyinin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirmişdir.

Cenevrə şəhərində 22 – 23 2017 –ci iyun tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyanın 93-cü Büro iclası keçirilmişdir. İclasın əsas məqsədi – BSTA-nın 2007-ci ildə keçiriləcək Baş Assambleyasına təklif olunacaq BSTA-nın fəaliyyət istiqamətlərinin prinsiplərini və məqsədlərini müzakirə edərək iş planlarını hazırlamaq idi. İclasda DSMF-nin nümayəndə heyəti iştirak etmişdir. BSTA rəhbərliyi Azərbaycanda sosial sığorta sahəsində islahatlardan və işlərin uğurla aparıldığından məlumatlı olduqlarını qeyd etməklə yanaşı BSTA-nın geniş imkanlarının Azərbaycanda tətbiq edilməsinə hazır olduqlarını bildirmişlər. İclasda Büronun növbəti, 94-cü iclasının 2007-ci ilin martında keçirilməsi qərara alınmışdır.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi dəvəti ilə 2006-cı il 26 – 27 iyun tarixlərində Amsterdam şəhərində “Sosial sığorta vəsaitlərinin investisiya qoyuluşu” üzrə işçi qrupunun iclasında Fondun nümayəndə heyəti iştirak etmişdir. İşçi qrupunun əsas məqsədi sosial və iqtisadi investisiyalar və investisiya proseslərinin müqayisəsi sahəsindəki investisiya qoyuluşları üzrə ekspertlərin fikirlərinin əsaslı təhlili idi. İclasda 3 əsas sahə üzrə müzakirələr aparılmışdır. Bunlar, qiymətli kağızlar portfeli və bazar xüsusiyyətlərinin müqayisəli təhlili, qısamüddətli məqsədlər və səmərəliliyin qiymətləndirilməsi idi. İclasda həmçinin investisiya qoyuluşu qaydaları, təmiz gəlirin qiymətləndirilməsində istifadə olunan üsullar, investisiya menecerlərinin qısamüddətli məqsədləri və s. kimi məsələlər müzakirə edilmişdir.Dövlət Sosial Müdafiə Fondunun dəvəti ilə Litva Respublikası Dövlət Sosial Sığorta Fondunun direktoru M.Mindauqasın başçılıq etdiyi nümayəndə heyətinin 26 – 29 oktyabr 2017 ci il tarixdə tarixlərində Respublikamıza səfəri olmuşdur. Oktyabrın 26-da Dövlət Sosial Müdafiə Fondunda nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə respublikamızda son illər həyata keçirilən irimiqyaslı sosial-iqtisadi islahatlar, ümumi daxili məhsulun artım tempi, əhalinin maddi-rifah halının yaxşılaşdırılması, beynəlxalq tələblərə cavab verən sığorta-pensiya sisteminin qurulması və fərdi uçotun tətbiqi haqda müzakirələr aparılmış, dövlətlərarası münasibətlərin inkişafına uyğun olaraq sosial sahədə də daim sıx əməkdaşlığın zəruriliyi vurğulanmış, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Litva Respublikasının Dövlət Sosial Sığorta Fondu İdarəsi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

Beləliklə, Avropa ölkələrinin sosial müdafiə sahəsindəki təcrubəsinin mənimsənilməsi bu istiqamətdə nailiyyətlərimizin əsas amillərindən biridir.

II Fəsil. Səmərəli dövlət idarəetməsinin prinsipləri, meyarları və amilləri

2.1 Dövlət idarəetmə sisteminin təşkili və səmərəli fəaliyyətinin təmin olunması prinsipləri

Səmərəli idarəetmə sistemi ilk növbədə, dövlət idarəçiliyinin məqsədlərinin, prinsiplərinin və təşkilati strukturunun müəyyənləşdirilməsini tələb edir. Dövlət idarəetməsinin məqsədləri haqqında yuxarıdakı fəsillərdə məlumat verilmişdir. Bu məqsədlərinin reallaşdırılması isə ilk növbədə dövlət idarəetməsinin prinsiplərində əks olunmuş əsas müddəalara əsaslanır.

Prinsiplər (latınca ilkin, əsas) nəzəriyyə və praktika ilə sınaqdan çıxarılmış ilkin müddəaları, bəşəriyyətin bir çox əsrlər ərzində təcrübə yolu ilə əldə etdiyi dövlət idarəetmə sisteminin elementləri arasındakı qanunauyğunluqları, münasibətləri, qarşılıqlı əlaqələri əks etdirir. Bu özünəməxsus anlayışda yalnız qanunauyğunluq, münasibət və əlaqələr deyil, həm də onlar haqqındakı biliklər də öz əksini tapmışdır.

Öz təbiətinə görə obyektiv və funksional olan prinsiplər insanlar tərəfindən dərk olunur, şərh edilir və onların şüurlu fəaliyyəti nəticəsində reallaşdırılır. Bu mənada prinsiplər həm də müəyyən dərəcədə subyektivlik elementlərini özündə saxlayır. Buna görə də prinsiplərin hüquqi formada ifadə olunmasının xüsusi əhəmiyyəti vardır. Belə ki, dövlət idarəetməsinin prinsipləri uyğun qaydada hüquqi normalarda təsbit olunduqca onların təsirliliyi daha da artır, obyektivlik xüsusiyyətləri özünü daha çox biruzə verir. Bu prinsiplərin normativ (qanunvericiliklə) təsbit olunması idarəetmə münasibətlərinə konkretlik və dayanıqlılıq verir, onların reallaşdırılması üçün kimin nə edəcəyinə aydınlıq gətirir və onlara ciddi əməl olunacağına zəmanətlər yaradır.
Dövlət idarəetməsinin prinsiplərindən danışdıqda nəzərdə tutulur ki, bu prinsiplər obyektiv idarəetmə hadisə və proseslərini, onların təbiətini açıqlamalı, həqiqəti dəqiq əks etdirməklə dövlət-idarəetmə reallıqlarının qanunauyğunluqlarını, münasibətləri və qarşılıqlı əlaqələrini elmi məntiqin tələb etdiyi formada əks etdirməli, elmi biliklərin idarəetmə praktikasında istifadə olunmasına kömək etməlidir. Dövlət idarəetməsinin prinsipləri aşağıdakı tələblərə cavab verməlidir:

  1. Dövlət idarəetməsinin yalnız əhəmiyyətli, başlıca, obyektiv-zəruri qanunauyğunluqlarını, münasibətlərini və qarşılıqlı əlaqələrini əks etdirməlidir;
    2. Dövlət idarəetməsinin yalnız dayanıqlı qanunauyğunluqları, münasibətləri və qarşılıqlı əlaqələrini xarakterizə etməlidir;
  2. Dövlət idarəetməsini tam sosial hadisə kimi xarakterizə edən ümumi xarakterli qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri əhatə etməlidir;
    4. Dövlət idarəetməsinin özünəməxsus xüsusiyyətlərini, onun idarəetmənin digər növlərindən fərqini əks etdirməlidir.[ 27, səh. 192]

Beləliklə, obyektiv şəkildə mövcud olan, dövlət idarəçiliyinin təşkili və fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıyan dövlət idarəetməsinin prinsipi anlayışına aşağıdakı kimi tərif vermək olar:

Dövlət idarəetməsinin prinsipləri dövlət idarəetməsinin ictimai-siyasi təbiətinin və digər elementlər qrupunun müəyyən elmi müddəalarda ifadə olunmuş, əsasən hüquqla təsbit olunan və insanların idarəetmə sahəsindəki nəzəri və praktiki fəaliyyətində tətbiq olunan qanunauyğunluqlar, münasibətlər və qarşılıqlı əlaqələrdir.
Dövlət idarəetməsinin prinsiplərinin ən mühüm fərqləndirici xüsusiyyəti onların sistemliliyindən ibarətdir. Hər hansı bir prinsipin xüsusiyyətlərini araşdırarkən onun digər prinsiplərlə qarşılıqlı əlaqələrini, bir-birini qarşılıqlı tamamlamasını və onlardan asılılığını nəzərə almaq lazım gəlir. Prinsiplər arasındakı mürəkkəb qarşılıqlı əlaqələr və qarşılıqlı təsirlər onların vahid sistemi çərçivəsində baş verir ki, burada onlar bir-birini tarazlayır və gücləndirir, öz təbiətini və tənzimləyici qabiliyyətini tam gücü ilə açıqlaya bilirlər.
Prinsiplərin sistemləşdirilməsi müəyyən elmi əsaslara malik olmalıdır. Qeyd edək ki, bu günə qədər prinsiplərin təsnifatı ilə bağlı vahid fikir yoxdur. Müxtəlif tədqiqatlarda dövlət idarəetməsinin siyasi, iqtisadi, təşkilati-hüquqi, texniki, funksional və bir çox başqa əsaslara görə prinsiplərini müəyyənləşdirirlər. Çox vaxt prinsiplər kimi nəyə və ya kiməsə irəli sürülən tələblər, adət və ənənələrdən irəli gələn və məqsədəuyğun hesab edilən qaydalar başa düşülür və bunlar öz aralarında müəllifin məntiqinə uyğun olaraq sərbəst şəkildə bağlı olurlar.

Elmi ədəbiyyatda çoxsaylı prinsiplərdən danışılır (məsələn, H.Emerson – on iki prinsip, A.Fayol – on dörd prinsip, D.Karneqi – iyirmi doqquz prinsip və s.). Bəzən bir-birinə uyğun gəlməyən prinsiplərlə yanaşı, bu prinsiplərin sistemləşdirilməsinin də müxtəlif qaydalarına rast gəlinir. Məsələn, elmi ədəbiyyatda prinsiplərin aşağıdakı kimi təsnifatına təsadüf olunur:

– ümumi prinsiplər – bura sistemlilik, obyektivlik, özünütənzimləmə, əks-əlaqə, tamamlama, optimallıq, informasiyanın kifayətliliyi, aşkarlıq, ehtimallılıq, demokratiklik, aparıcı həlqə, stimullaşdırma prinsipləri daxildir;
– xüsusi prinsiplər – burada cəmiyyətin alt sistemlərində və sferalarında (iqtisadi, sosial-siyasi, mənəvi) və müxtəlif hadisələrin, təşkilatların və institutların təhlilində tətbiq olunan prinsipləri qeyd etmək olar;
– təşkilati-texnoloji prinsiplər – bu prinsiplərə vahid rəhbərlik, mərkəzi, regional və yerli idarəetmənin əlaqələndirilməsi, konkretlik, əmək bölgüsü, ierarxiya, vahid komanda, səlahiyyətlərin həvalə olunması və s. prinsiplərini aid etmək olar.

Bəzi tədqiqatlarda isə dövlət idarəetməsinin prinsiplərini aşağıdakı kimi fərqləndirirlər:
a) sosial-siyasi prinsiplər (demokratiya; əhalinin dövlətin idarəetmə fəaliyyətində iştirakı; müxtəlif millətlərin bərabərhüquqluluğu; hər kəsin qanun qarşısında bərabərliyi; qanunçuluq; aşkarlıq və ictimai rəyin nəzərə alınması, obyektivlik). Prinsiplərin bu qrupu bütün idarəetmə fəaliyyəti sferalarını əhatə etməsi və bir qayda olaraq qanunvericiliklə təsbit olunması ilə xarakterizə olunur.
b) dövlət idarəetmə aparatının qurulmasının (sahə, funksional, ərazi) təşkilati prinsipləri. Bu prinsiplər səlahiyyətlərin dövlət idarəetmə orqanları arasında bölüşdürülməsi üçün baza rolunu oynayır və bununla da səmərəli fəaliyyət göstərən, paralelliyə və təkrarlanmaya imkan verməyən vahid dövlət idarəetmə mexanizmini yaratmağa imkan verir.

  1. c) dövlət idarəetmə aparatının fəaliyyətinin təşkilati (normativ fəaliyyət, vahid rəhbərlik, kollegiallıq, idarəetmə əməyinin bölünməsi, qəbul olunmuş qərarlara görə məsuliyyət, operativ müstəqillik) prinsipləri. Prinsiplərin bu qrupu konkret dövlət idarəetmə orqanlarının fəaliyyətinin məzmununu müəyyənləşdirməyə, idarəetmə proseduralarının təsirliliyini, idarəetmə qərarlarının səmərəliliyini təmin etməyə yönəlmişdir.[25, Səh 93]

Lakin, əgər prinsiplərin obyektiv mahiyyətə malik olan və dövlət idarəetmə sistemində rolu və yeri ilə müəyyən olunmuş qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri əks etdirdiyi fikri ilə razılaşsaq, onda aydındır ki, hər bir prinsipin xarakteri, onların sistemləşdirilməsi (bir-biri ilə əlaqəsi) də müəyyən, kifayət qədər dolğun əsaslara malik olmalıdır.
Q.V.Atamançuk qeyd edir ki, dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin birinci əsası elə qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələrin seçilməsini nəzərdə tutur ki, bunlar bütün dövlət idarəetmə sisteminə xas olub, dövlətin və cəmiyyətin möhkəm bağlılığını təmin edir. Dövlət idarəetməsinin belə, müəyyən mənada universal qanunauyğunluqları, münasibətləri və qarşılıqlı əlaqələri dövlət idarəetməsinin ümumsistem prinsipləri adlandırılır.
Dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin ikinci əsası dövlət idarəetməsinin məqsədləri, funksiyaları, strukturu, prosesi kimi elementlər qrupunu təşkil edən qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələrin təhlili və elmi xüsusiyyətləri ilə bağlıdır. Əgər dövlət idarəetməsinin təbiəti dövlət idarəetmə sisteminin bütün elementlər qrupuna təsir göstərən ümumsistem prinsiplərində öz əksini tapırsa, onda aydındır ki, hər bir element qrupunda onların nizamlı strukturunu müəyyənləşdirən hansısa spesifik qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələr mövcud olmalıdır. Çünki, müxtəlif element qruplarının necə təşkil olunmasından (statik və dinamik halda) asılı olaraq, dövlət idarəetmə sistemində onların imkanları, fəaliyyətlərinin məzmunu meydana çıxır. Dövlət idarəetməsinin eyni elementlərindən (məqsədlərindən, funksiyalarından və.s.) ictimai həyatda tamamilə müxtəlif sosial rollara malik, kifayət qədər fərqli strukturlar (elementlərin kombinasiyasını) yaratmaq mümkündür (məsələn, idarəetmə fəaliyyətinin eyni elementləri dövlət idarəetməsinin avtokratik, liberal və ya demokratik üslublarını formalaşdırır). Bu baxımdan dövlət idarəetməsinin element qruplarının təşkilinin qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələrinin aşkar edilməsi və elmi dərkinə dövlət idarəetməsinin struktur prinsipləri kimi baxmaq olar.

Dövlət idarəetməsinin struktur prinsipləriniümumsistem prinsipləri daha çox diqqəti cəlb edir.

Dövlət idarəetməsinin struktur prinsiplərini aşağıdakı növlərə ayırmaq olar:

– struktur-məqsədli prinsiplər – dövlət idarəetməsinin “məqsədlər ağacı”nın rasional şəkildə qurulması ib bağlı qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri əks etdirən prinsiplər;

– struktur-funksional prinsiplər – dövlət idarəetməsinin funksional strukturunun qurulması ilə bağlı qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri xarakterizə edən prinsiplər;

– struktur-təşkilati prinsiplər – dövlət idarəetməsinin təşkilati strukturunun qurulması ilə bağlı qanunauyğunluqlar, münasibətlər və qarşılıqlı əlaqələr;
– struktur-prosessual prinsiplər – dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının idarəetmə fəaliyyətinin səmərəli təşkili ilə bağlı əsas qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri ifadə edən prinsiplər.[22, səh. 69.]
Dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin üçüncü əsası aşağıdakıları əhatə edir. Məlumdur ki, dövlət idarəetməsinin müxtəlif alt sistemlərində (ərazi, sahə, funksional və.s.), xüsusilə dövlət-idarəetmə fəaliyyətinin müxtəlif ixtisaslaşdırılmış aspektlərində təşkilatın yaxud bu və ya digər idarəedici elementlərin özünəməxsus, bəzən unikal qanunauyğunluqları, münasibətləri, qarşılıqlı əlaqələri mövcud ola bilər. Məsələn, dövlət qulluğunun prinsipləri, idarəetmə heyəti ilə işin prinsipləri, dövlət idarəetməsinin informasiya təminatı prinsipləri, dövlət idarəetməsinin texnologiyalaşdırılması prinsipləri, inzibati proses prinsipləri və s. fərqləndirmək olar. Burada bir şeyi nəzərə almaq lazımdır ki, dövlət idarəetməsinin digər prinsipləri ümumsistem və struktur prinsiplərinə zidd olmamalı və dövlət idarəetməsinin tamlığını möhkəmləndirməyə kömək etməlidir.
Dövlət idarəetməsinin struktur prinsiplərinin müəyyənləşdirilməsi çətin və mürəkkəb məsələdir. Dövlət idarəetməsinin struktur-məqsədli prinsipləri dövlət idarəetməsinin “məqsədlər ağacı” ilə bağlı olub aşağıdakıları özündə birləşdirir:
1. Dövlət idarəetməsinin məqsədlərinin əsas parametrlər üzrə razılaşdırılması, onların ziddiyyətli olmaması;

  1. Məqsədlərin bir-birini qarşılıqlı tamamlaması (hər bir məqsəd digərinə nail olmağa kömək edir və onu gücləndirir);
  2. Lokal məqsədlərin ümumi ( strateji ) məqsədlərə tabeçiliyi prinsipi ( dövlət idarəetməsinin məqsədlər “ağacında” ierarxiyanın mövcudluğu);
    4. Məqsədlərdən birinin reallaşmasının nəticələrinin digər məqsədlər üçün mənbəyə çevrilməsi (dövlət idarəetməsinin “məqsədlər ağacında” əks olunmuş məqsədlərə nail olunmaq üçün hərəkət ardıcıllığının gözlənilməsi);
    5. Məqsədlərin dövlət idarəetmə funksiyaları və dövlət orqanlarının idarəetmə funksiyaları üzrə paylanması (dövlət idarəetməsinin “məqsədlər ağacının” dövlət idarəetməsinin funksional strukturuna keçməsinin təmin edilməsi).
    Dövlət idarəetməsinin funksional strukturunu təşkil edən struktur- funksional prinsiplərə aşağıdakıları aid etmək olar:
  3. hüquqi normaların köməyi ilə funksiyaların müəyyən edilməsi – dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının idarəetmə funksiyalarının müəyyənləşdirilməsi;
    2. uyğunlaşdırma – bu prinsip eyni bir orqanın səlahiyyətləri çərçivəsində eyni səviyyəli funksiyaların uyğunlaşdırılması, eyni zamanda bu orqanın idarəetmə funksiyalarının digər orqanların idarəetmə funksiyalarına və ya bütövlükdə dövlət idarəetməsinin təşkilati strukturuna uyğunlaşdırılmasını nəzərdə tutur;
    3. funksiyaların təmərküzləşdirilməsi – bu prinsip müəyyən orqanlara elə idarəetmə funksiyalarının və uyğun olaraq resursların verilməsini nəzərdə tutur ki, həmin orqanın dövlət-idarəedici təsirləri idarəolunan obyektləri həqiqətən də geniş və güclü şəkildə yönəldə, təşkil edə və tənzimləyə bilsin;
    4. idarəetmə funksiyalarının kombinə olunması – müxtəlif idarəedici komponentlərin idarəetmə funksiyalarının çoxluğu elə təşkil olunmalıdır ki, təkrarlanmavə paralelliyə yol verilməsin;
  4. idarəetmə funksiyalarının kifayətedici müxtəlifliyi – bu prinsip tələb edir ki, idarəetmə sisteminin bu və ya digər komponentinə düşən idarəetmə funksiyaları sayma və məzmununa görə onun idarəetmə tələbatlarına cavab verməlidir;
    6. idarəedici təsirlərin idarəolunan komponentlərin, başlıcası isə idarəetmə obyektlərinin real tələbatlarına uyğunluğu prinsipi.[23, səh. 60]

Dövlət idarəetməsinin təşkilati strukturunun qurulmasına aid edilən struktur-təşkilati prinsiplərə aşağıdakılar daxildir:

  1. dövlət idarəetmə proseslərinin tamlığını, təsirliliyini və razılaşdırılan olmasını təmin edən dövlət hakimiyyəti sisteminin vəhdəti prinsipi;
    2. təşkilati strukturun ərazidən, istehsal və xidmət sahiblərindən, ictimai həyat fəaliyyəti sferalarından asılılığını şərtləndirən ərazi-sahə prinsipi;
    3. dövlət idarəetmə sistemində dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkilati baxımdan real şaquli və üfüqi qarşılıqlı əlaqələrini açıqlayan təşkilati əlaqələrin müxtəlifliyi prinsipi;
    4. ayrı-ayrı dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının təşkilati quruluşunun özünəməxsusluğundan irəli gələn kollegiallıqla təkbaşına rəhbərliyin əlaqələndirilməsi prinsipi;
  2. dövlət idarəetməsinin təşkilati strukturunda tabeçiliyin və qarşılıqlı idarəetmə təsirlərinin həcmini və məzmununu açıqlayan ierarxiya və xətti-funksional prinsip.

Dövlət idarəetmə fəaliyyətini təşkil edən və geniş tətbiq olunan struktur-prosessual prinsiplərə aşağıdakıları aid etmək olar:

  1. dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının idarəetmə fəaliyyətinin elementlərinin (metodlar, forma və mərhələlər) onların funksiyalarına və təşkilinə uyğunluğu prinsipi;
  2. idarəetmə fəaliyyəti və onun nəticələrinə görə şəxsi məsuliyyətin konkretləşdirilməsi;
    3. səmərəli idarəetmə fəaliyyətinin stimullaşdırılması.

Dövlət idarəetməsinin ümumsistem prinsiplərinə obyektivlik, demokratiklik, hüquqi tənzimləmə, qanunilik, hakimiyyət bölgüsü, kütləvilik prinsipini aid edirlər.
Dövlət idarəetməsinin obyektivlik prinsipi ilkin prinsip olub, bütün idarəetmə proseslərində obyektiv qanunauyğunluqların və ictimai qüvvələrin real imkanlarının nəzərə alınmasını tələb edir.

Bu prinsip dövlət idarəetmə sisteminin aşağıdakılardan asılılığını əks etdirir:
1. cəmiyyətin, ilk növbədə onun idarəolunan obyektlər kimi çıxış edən komponentlərinin xarakterindən, inkişaf səviyyəsindən və qanunauyğunluqlarından;
2. verilən tarixi zaman kəsiyində qarşıya qoyulan və həll olunan icti¬mai məqsədlərdən;
3. idarəetməyə cəlb olunacaq mövcud vəsait və ehtiyatlardan;
4. idarəetmənin sistemli ictimai hadisə kimi fəaliyyətinin və inkişafının daxili qanunauyğunluqlarından.[22 səh. 131]

Obyektivlik prinsipi həm də idarəetmə məqsədlərinin reallaşdırılması, cəmiyyətin obyektiv şərtləri və subyektiv amili ilə bağlı dövlət idarəetməsinin təşkili, fəaliyyəti və inkişafının qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələrini özündə əks etdirir. Bu prinsipin (subyektiv qaydada) pozulması adətən böyük itkilərə səbəb olur, cəmiyyətin səylərini əsaslandırılmamış və neqativ tərəfə yönəldir, inkişafı ləngidir, dövlət-idarəedici təsirlərin insanlar tərəfindən qəbul olunmamasına gətirib çıxarır.

Ümumsistem prinsipləri arasında dövlət idarəetməsinin kütləvilik (publik, ictimai) prinsipini də qeyd etmək lazımdır. Bu prinsip də demokratik, hüquqi dövlətçiliyi əks etdirir və dövlət idarəetməsinin cəmiyyətlə, vətəndaşlarla əlaqəsini təmin edir. Bu prinsip aşağıdakıları özündə əks etdirir:
1. müxtəlif orqanların tərkibinin müəyyənləşdirilməsi və onların fəaliyyətində iştirak hüququnu reallaşdırmaq baxımından dövlət idarəetməsinin vətəndaşlar üçün əl çatan olması;

  1. dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin açıqlığı və şəffaflığı. Açıqlıq idarəetmənin kənar yoxlama üçün açıq olduğunu, şəffaflıq isə onun yoxlama və nəzarət məqsədi ilə “kənar baxış” üçün tam şəffaf olduğunu nəzərdə tutur. Ümumiyyətlə, dövlət idarəetməsinin həyata keçirilməsi açıq və şəffaf olmalıdır. Yalnız müstəsna məsələlər, məsələn milli təhlükəsizliklə bağlı suallar gizli və məxfi qalmalıdır. Açıqlıq və şəffaflıq iki vacib funksiyanı yerinə yetirir. Bir tərəfdən onlar yanlış (səhv) idarəetmə və korrupsiyanı azaltmaqla cəmiyyətin maraqlarını müdafiə edir, digər tərəfdən isə şəxsi hüquqların müdafiəsinin mühüm aləti olub inzibati qərarlar haqqında izahat verilməsini tələb edir, maraqlı tərəflərə qərardan şikayət etmək və ona yenidən baxılmasını tələb etmək imkanı verir. Açıqlıq və şəffaflıq eyni zamanda qanunun aliliyinin, qanun qarşısında bərabərliyin və hesabatlılığın təmin olunmasının zəruri alətləridir.
    3. əsas dövlət idarəetmə prosesləri üzərində ictimai nəzarət (o cümlədən kütləvi informasiya vasitələri ilə), hesabatlılıq. Ümumiyyətlə hesabatlılıq dedikdə şəxsin və ya orqanın tələb edən şəxs (fiziki və ya hüquqi) qarşısında öz hərəkətlərini izah etməli və əsaslandırmalı olduğu nəzərdə tutulur. Hesabatlılıq qanunun aliliyi, açıqlıq və şəffaflıq, qərəzsizlik və qanun qarşısında bərabərlik prinsiplərinə layiqincə əməl olunduğuna əmin olmağa kömək edən alət hesab olunur. Hesabatlılıq çox vacibdir, çünki bu, dövlət idarəçiliyində səmərəlilik, məhsuldarlıq, etibarlılıq və öncədən görülə bilmə kimi dəyərlərə (prinsiplərə) əməl olunacağına zəmanət verir
  2. dövlət idarəetməsində konstitusiya ilə müəyyən edilmiş cəmiyyət maraqlarına, vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasına nəzarət, xüsusilə məhkəmə nəzarəti. Dövlət idarəetmə sisteminin hesabatlılığını, dövlət hakimiyyət orqanlarının öz səlahiyyətlərindən qanuna və mövcud qaydalara uyğun istifadəsini təmin etmək üçün nəzarət tələb olunur. Nəzarətin məqsədi dövlət hakimiyyət orqanlarının nəticəli işlədiyinə, öz funksiyalarını səmərəli, vaxtında yerinə yetirdiyinə, xüsusi və ümumi normativ-hüquqi aktlarla müəyyən edilmiş prinsip və prosedurlara əməl olunduğuna əmin olmaqdan ibarətdir. Başqa sözlə desək, nəzarət “qanun üzrə idarəetmə” prinsipini təmin etmək məqsədi ilə həyata keçirilir ki, bu da həm ictimai maraqların, həm də insan hüquqlarının müdafiəsinin mühüm alətidir.

Müasir dövlətdə demokratiklik prinsipi xüsusi əhəmiyyət kəsb edir. Bu prinsipin qəbul olunması dövlət idarəetməsində xalq hakimiyyətini əks etdirir. Bu prinsip hər şeydən əvvəl, dövlətlə cəmiyyət arasında, dövlət idarəetməsi və cəmiyyətin müxtəlif elementləri arasında daimi və dərin qarşılıqlı əlaqələrin yaradılmasını tələb edir. Bu prinsip xalqın suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi olduğunun etiraf edilməsini, hər bir insanın və vətəndaşın hüquq və azadlıqlarına təminatların verilməsini nəzərdə tutur. Bu prinsip cəmiyyətdə dövlət orqanları tərəfindən referendumların, seçki kompaniyalarının keçirilməsindən daha çox dövlət idarəetməsinin bütün elementlərinin (siyasət, məqsədlər, funksiyalar, strukturlar, proseslər, idarəetmənin nəticələri və.s.) insanların (ölkə vətəndaşlarının) tələbatları, maraqları və məqsədləri ilə müəyyənləşdirildiyini nəzərdə tutur.

Əgər dövlətin cəmiyyətə xidmət etdiyini, dövlət və yerli özünüidarəetmə orqanlarının insanların idarəetmə tələbatlarının, maraqlarının və məqsədlərinin ödənilməsinə yönəldiyini qəbul etsək, onda belə nəticəyə gəlmək olar ki, dövlət idarəetməsində hər şey tənzimlənən olmalıdır. Hüquqi dövlətin mahiyyəti də dövlət idarəetməsi vasitəsi ilə həyata keçirilir. Bu baxımdan dövlət idarəetməsinin hüquqi tənzimləmə prinsipindən danışmaq olar. Bu prinsip, hər şeydən əvvəl, dövlət idarəetməsinin məqsədlərinin, funksiyalarının, strukturunun, prosesinin, prinsiplərinin qanunvericiliklə müəyyənləşdirilməsini tələb edir.
Bununla əlaqəli olan digər bir prinsip dövlət idarəetməsinin qanuniliyi (qanunun aliliyi) prinsipidir. Əgər dövlət idarəetməsinin hüquqi tənzimlənməsi onun rasionallığının, təsirliliyinin və səmərəliliyinin mühüm amilidirsə, bu yalnız qanunların və normativ hüquqi aktların hamılıqla və tam yerinə yetirildiyi şəraitdə mümkün olur. Qanunilik olmadan hüquqi dövlətdən danışmaq olmaz. Bu prinsip özündə bir sıra metodoloji və praktiki müddəaları əks etdirir: birincisi, bu prinsip nəzərdə tutur ki, dövlət idarəetməsinin fəaliyyəti və inkişafı möhkəm hüquqi əsaslara malikdir, qanunla müəyyən edilir və qanunların praktiki həyata keçirilməsindən ibarətdir; ikincisi, bu prinsip dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkilati strukturunda, məzmununda, fəaliyyət elementlərində hüquqi tənzimləmə yolu ilə vaxtında və düzgün dəyişikliklərin aparılmasının aktuallığını şərtləndirir; üçüncüsü, bu prinsip idarəetmə orqanlarının normativ fəaliyyətində, xüsusilə hüquqi aktların qəbulu və icrası ilə bağlı fəaliyyətdə ciddi qaydaların olmasını tələb edir; dördüncüsü, dövlət qulluqçularının fəaliyyətində nizam-intizamın yaradılması və qorunmasının əsasmı təşkil edir.
Dövlət hakimiyyətinin demokratik, hüquqi təşkili yalnız dövlət idarəetməsində dövlət hakimiyyətinin bölgüsü prinsipinin gözlənildiyi halda mümkündür. Demokratik hüquqi dövlətlərdə hakimiyyət qanunverici, məhkəmə və icra hakimiyyətinə bölünür.

Göründüyü kimi dövlət idarəetməsinin prinsiplərinin aşkara çıxarılması və şərhi çox mürəkkəb intellektual prosesdir. Onların dövlət idarəçiliyi praktikasına tətbiqi də çox çətin, lakin həll edilməsi olduqca vacib problemdir.

2.2.Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsinin Avropa prinsipləri

Avropa İttifaqına (Aİ) daxil olan üzv dövlətlərdə hökümətin işinin bir çox cəhətləri acquis communautaire (Avropa İttifaqının qanunlar toplusu) ilə tənzimlənir. Aİ-na üzvlük nəzərdə tutur ki, üzv dövlətlərin hər bir inzibati vahidi və ya istehsal sahəsi acquis communautaire-yə hörmət edir. Üzv dövlətlərin milli dövlət idarəetmə orqanları acquis communtaire-ni tətbiq edir və ona əməl edirlər. Aİ-nın üzvlüyünə namizəd olan dövlətlər də mükəmməl idarəetmənin ümumi prinsiplərinə əməl etməli, bu birlik tərəfindən müəyyən edilmiş inzibati standartlara cavab verməlidirlər. Namizəd dövlətlər üzvlük barədə Aİ tərəfindən Kopenhagendə, Madriddə və Lüksemburqda müəyyən edilmiş meyarlara cavab verməlidirlər. Avropa Birliyinə daxil olmaq istəyən Mərkəzi və Şərqi Avropa ölkələrinin dövlət idarəetmə sisteminin islahatları Kopenhagen və Maastrixdə müəyyən olunmuş meyarlara uyğun olaraq aparılır.

Acquis communautaire – nin müxtəlif sahələri islahatların məqsədlərini və mahiyyətini kifayət qədər aydın müəyyən edir. Namizəd dövlətlər öz daxili hüquqi sistemlərini Avropa İttifaqının qanunvericiliyinə uyğundaşdırılmalı və yalnız bundan sonra bu qanunları tətbiq etməli və onlara əməl etməlidirlər. Qanunvericiliyin tətbiqində meydana çıxan problem və gecikmələr əsasən lazımi potensialın olmaması ilə bağlı olur.

Avropa İttifaqının üzvü olan dövlətlər üçün dövlət idarəetməsinin vahid prinsipləri “Avropa İnzibati Məkanı” (AİM) üçün zəmin hazırlamışdır. AİM dövlət idarəetməsinin həyata keçirilməsi üçün ümumi standartlardan ibarət olub qanunlarla müəyyən edilir və xüsusi tədbirlər sistemi, hesabatlılıq prosedurları və mexanizmləri vasitəsi ilə tətbiq olunur. Aİ-na daxil olmaq istəyən dövlətlər bu standartları nəzərə almalı və dövlət idarəetmə sistemlərini təkmilləşdirməlidirlər. AİM-nın acquis communautaire-nın tərkib hissəsi olmadığına baxmayaraq, namizəd dövlətlər dövlət idatəetmə sistemini təkmilləşdirərkən bunlara əsaslanmalıdırlar. Üzv dövlətlərə gəldikdə isə bu standartlar həmin ölkələrin konstitusiyasına daxil edilmiş, bir sıra normativ-hüquqi sənədlərdə öz əksini tapmış və tətbiq olunmuşdur ( məsələn, inzibati proseslər, proseduralar və qaydalar haqqında qanun, informasiya azadlığı və dövlət qulluğu haqqında qanunlar).

Aydındır ki, inzibati sahədə acquis communautaire – nin tətbiqi yalnız uyğun sahədəki institusional potensial və mövcud resurslardan asılı deyildir. Bütövlükdə namizəd dövlətlərin idarəetmə sisteminin üfüqi strukturları da Aİ-nın tələblərinə cavab verməlidir, çünki onlar ümumi dövlət idarəetmə sisteminin etibarlı fəaliyyətini təmin edən əsas strukturlardır.

Acquis communautaire-nin tətbiqi yalnız uyğun sahədəki institusional potensial və mövcud resurslardan asılı deyildir. Bütövlükdə namizəd dövlətlərin idarəetmə sisteminin üfüqi strukturları da Aİ-nin tələblərinə cavab verməlidir, çünki onlar ümumi dövlət idarəetmə sisteminin etibarlı fəaliyyətini təmin edən əsas strukturlardır.

Aquis communautaire – də milli idarətmə sistemlərinin üfiqi quruluşu barədə normativlər yoxdur, buna görə də Aİ-na daxil olmaq üçün dövlət idarəetməsində islahatların aparılmasının məqsəd və orientirləri (hədəfləri) çox da dəqiq deyildir. Buna baxmayaraq, zaman keçdikcə demokratik dövlətlərdə mükəmməl idarəetmənin əsas məsələləri üzrə ümumi razılığa gəlmək mümkün olmuşdur. Bunlara aşağıdakıları aid etmək olar: qanunun aliliyi, hüquqi inam, hesabatlılıq və şəffaflıq, həmçinin kifayət qədər təşkilati imkan və vətəndaşların idarəetməyə cəlb olunması prinsipləri.

Bu sahədə acquis communautaire-nin olmamasına baxmayaraq, mövcud konsensusun köməyi ilə Aİ-nın üzvü olan və öz hüquqi ənənənələri və inzibati quruluşları ilə fərqlənən bütün dövlətlərin hamısı üçün dövlət idarəetməsinin eyni prinsipləri müəyyənləşdirilmişdir. Tədricən bu prinsiplər milli məhkəmə sistemlərinin və müasir Avropa məhkəməsinin səyləri ilə təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. İdarəetmə tədbirləri üçün ümumi prinsiplərin və standartların konstitusiya və qanunlarda öz əksini tapmasına baxmayaraq bu standartlar məhz məhkəmələr tərəfindən işlənib hazırlanır və təkmilləşdirilir, hər bir konkret halda dövlət idarəetməsinin praktiki tədbirlərinin məqbul hesab oluna biləcək səviyyəsini müəyyənləşdirir. Ənənəvi olaraq idarəetmə fəaliyyətinin standartları suverən dövlətlərin milli sərhədlər çərçivəsində müəyyən edilir və təkmilləşdirilir. Onlar milli konstitusiyalı quruluşun, milli parlamentin qanunvericilik fəaliyyətinin, milli hakimiyyət orqanlarının və milli məhkəmələrin qərarlarının nəticəsində meydana çıxmışdır. Aİ çərçivəsində isə bu proseslər getdikcə daha çox dövlətüstü (fövqəldövlət) xarakter daşımağa başlıyır və buna görə də Aİ-nın üzvü olan dövlətlərdə Avropa məhkəməsinin bütün Avropa və Aİ-nın ixtiyari üzvü üçün müəyyən etdiyi ümumi məcburi idarəetmə standartlarına əməl edilməsi tələb olunur. Lakin dövlət idarəetməsi standartlarının razılaşdırılması və harmonikləşdirilməsi heç də Aİ ölkələrində dövlət idarəetməsinin əsaslarının unifikasiya olunması demək deyildir. Qeyd etmək vacibdir ki, milli dövlət idarəetmə sistemləri öz quruluşundan asılı olmayaraq Aİ-nın üzv-dövlətləri üçün eyni olan standartları etiraf etməli və onlara əməl etməlidirlər.

Müxtəlif milli dövlət idarəetmə sistemlərində özünəməxsusluqların olması ilə yanaşı AİM-da inzibati hüququn ümumi prinsipləri müəyyənləşdirilmişdir. Burada inzibati hüquq dedikdə dövlət idarəetməsinin təşkili və menecmentində tətbiq olunan, inzibati sistemlə vətəndaşlar arasındakı münasibətləri tənzimləyən prinsip və qaydaların məcmusu nəzərdə tutulur. Qərbi Avropa ölkələri üçün ümumi olan inzibati hüquq prinsiplərini aşağıdakı kimi sistemləşdirmək olar:

1) etibarlılıq və öncədən görülə bilmək imkanının olması( hüquqi əminlik);

2) açıqlıq və şəffaflıq;

4) səmərəlilik və nəticəlilik.[20, səh. 30]

Digər prinsiplər və sadaladığımız bu prinsiplərdən irəli gəlir.

Etibarlılıq və öncədən görüləbilənlik. Dövlət idarəetməsinin etibarlılığını təmin etməyin çoxcəhətli mexanizmi hüququn aliliyi prinsipindən ibarətdir. Qanunun aliliyinin mahiyyəti ondan ibarətdir ki, dövlət idarəetmə orqanları öz funksiya və öhdəliklərini qanuna uyğun olaraq yerinə yetirməlidirlər. Hüququn aliliyi prinsipinin tətbiqi səlahiyyət anlayışı ilə sıx bağlıdır. Dövlət hakimiyyət orqanları yalnız onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərar qəbul edə bilərlər. Bu həm də onların cavabdehliyini müəyyənləşdirir.

Dövlət idarəetməsinin vaxtında həyata keçirilməsi etibarlılıq və öncədən görüləbilənlik prinsipinə yardım edir. Qərar qəbulunda və zəruri tədbirlərin görülməsində gecikmələrin olması narazılıqların yaranmasına səbəb olar, ictimai və şəxsi maraqlara ziyan vura bilər. Belə gecikmələr çox vaxt dövlət qulluqçularının səriştəsizliyi və səmərəsiz fəaliyyəti ilə bağlı olur. Buna görə də dövlət qulluğunun peşəkarlığı dövlət idarəetməsinin etibarlılığına kömək edir. Dövlət qulluğunun peşəkarlığı qərəzsizlik və peşə müstəqilliyinə əsaslanır. Dövlət qulluqçularına özlərinin maraqlı olduğu və ya istənilən tərəfin maraqlarını təmsil etdikləri işlərlə bağlı qərar qəbulunda iştirakını qadağan edən hüquqi normalar qərəzsizliyi gücləndirməyə kömək edir. Dövlət qulluğunda vəzifələrə təyinetmə qulluqda irəliləmənin siyasi patronaja və ya proteksionizmə əsaslanan sistemlərindən imtina edilməsi və peşəkarlıq keyfiyyətləri və nailiyyətlərə əsaslanan sistemlərə keçilməsi dövlət qulluqçularının hüquq və vəzifələrini daha dəqiq müəyyənləşdirir, sistemin açıqlığını və ədalətliliyini təmin edir, etibarlı inzibati tədbirlər sistemini müəyyən etməklə dövlət qulluqçularını korrupsiyadan, məcburiyyətdən azad edir və onların peşəkarlığına müsbət təsir göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlət qulluğunun müstəqilliyi heç də tam müstəqil fəaliyyət və fikir azadlığı kimi başa düşülməməlidir. Peşəkarlıq standartları və hüquqi normalar mövcuddur ki, bunlara əməl etmək və onlar əsasında fəaliyyət göstərmək lazımdır.

Açıqlıq və şəffaflıq. Açıqlıq idarəetmənin kənar yoxlama üçün açıq olduğunu, şəffaflıq isə onu yoxlama və nəzarət məqsədi ilə “kənar baxış” üçün tam şəffaf olduğunu nəzərə tutur.Açıqlıq və şəffaflıq bir tərəfdən inzibati tədbirlərlə qarşılaşan hər bir şəxsə bu tədbirlərin nəyə əsasən tətbiq olunduğunu öyrənməyə imkan verir, digər tərəfdən isə nəzarət orqanlarına yoxlamalar aparmağı asanlaşdırır. Açıqlıq və şəffaflıq eyni zamanda qanunun aliliyinin, qanun qarşısında bərabərliyin və hesabatlılığın təmin olunmasının zəruri alətləridir.

Ümumiyyətlə, dövlətlə idarəetməsinin həyata keçirilməsi açıq və şəffaf olmalıdır. Yalnız müstəsna məsələlər, məsələn milli təhlükəsizliklə bağlı suallar gizli və məxfi qalmalıdır. Şəxsi məlumatlar da üçüncü şəxsə verilməməlidir. Əslində isə dövlət orqanları lazım olduğundan daha çox məsələləri məxfi elan etməyə çalışırlar. Qeyd edək ki, XVIII əsrin sonlarından başlayaraq İsveç istisna olmaqla demək olar ki, bütün dövlətlərdə məxfilik və ehtiyatlılıq dövlət idarəetməsinin ənənəvi norması olmuşdur. XX əsrin 60-cı illərindən başlayaraq digər demokratik ölkələr də hökümətin açıqlığına diqqət yetirməyə başladılar ki, bu da hazırda dövlət idarəetməsinin xüsusilə qiymətli və vacib norması hesab edilir. Əvvəllər demokratik qərb ölkələrinin əksəriyyətində açıqlıq prinsipi aşağıdakı qaydada həyata keçirilirdi: əvvəla, normativ hüquqi aktlar yalnız rəsmi mətbuatda dərc olunduğu gündən qüvvəyə minirdi, inzibati qərarların icrasına yalnız bu qərarların aid olduğu şəxslərə məlumat verildikdən və rəsmi sübut olunduqdan sonra icazə verilirdi.

Açıqlıq və şəffaflıq iki vacib funksiyanı yerinə yetirir. Bir tərəfdən onlar yanlış idarəetmə və korrupsiyanı azaltmaqla cəmiyyətin maraqlarını müdafiə edir, digər tərəfdən isə şəxsi hüquqların müdafiəsinin mühüm aləti olub inzibati qərarlar haqqında izahat verilməsini tələb edir və bununla da maraqlı tərəflərə qərardan şikayət etmək və ona yenidən baxılmasını tələb etmək imkanı verir.

Bu prinsiplər bir sıra üsullarla tətbiq edilir. İnzibati tədbirlər əsaslandırılmış olmalı və səlahiyyətli orqanlara tapşırılmalıdır. İctimaiyət dövlət registrlərinə açıq çıxış imkanlarına malik olmalıdır. Hakimiyyət nümayəndələri ictimaiyyətlə ünsiyyətə başlamazdan əvvəl özlərini təqdim etməlidirlər. Dövlət qulluqçuları sahibkarlıq fəaliyyətindən gəlirlərinin müəyyən dərəcədə məhdudlaşdırılması ilə razılaşmalı, onlar haqqında qabaqcadan xəbər verməli və yerinə yetirilməsinə icazə almalıdırlar. Açıqlıq prinsipinin tətbiqinin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, dövlət idarəetmə orqanları həmişə öz qərarlarını əsaslandırmağa borcludurlar. Normativ hüquqi akt və ya qərar həmişə səbəblərin sadalanması ilə müşayiət olunmalıdır. Bu, dövlət orqanının qərar qəbulu zamanı əldə rəhbər tutduğu daxili qanunauyğunluğu başa düşməyə və normativ sənəd çərçivəsində mövcud faktlar və onların məzmunu arasındakı əlaqəni müəyyənləşdirməyə kömək edir. Göstərilən səbəblər üçün faktlar və sübutlar gətirilməli, təklif olunan tədbirlər isə əsaslandırılmalıdır ki, bu da maraqlı tərəfə inzibati qərardan şikayətin hazırlanması və verilməsinə imkan yaradır. Bütün bunlar yalnız açıqlıq, şəffaflıq və hesabatlılıq şəraitində mümkündür.

Hesabatlılıq. Ümumiyyətlə hesabatlılıq dedikdə şəxsin və ya orqanın tələb edən şəxs (fiziki və ya hüquqi) qarşısında öz hərəkətlərini izah etməli və əsaslandırmalı olduğu nəzərdə tutulur. Hər bir orqan öz hərəkətlərinə görə digər inzibati, qanunverici və məhkəmə orqanları qarşısında məsuliyyət daşımalıdır.Hesabatlılıq prinsipinə görə heç bir orqan digər orqanlar tərəfindən nəzarət və yoxlamadan azad edilə bilməz. Bunun üçün çoxsaylı mexanizmlər mövcuddur: məhkəmə araşdırmaları, yuxarı inzibati orqana şikayət və müraciət, insan haqları üzrə müvəkkilin (ombudsmanın) araşdırmaları, xüsusi komissiya və ya şura tərəfindən yoxlamalar, parlament komissiyasının yoxlamaları və s. Hesabatlılıq aliliyi, açıqlıq və şəffaflıq, qərəzsizlik və qanun qarşısında bərabərlik prinsiplərinə layiqincə əməl olunduğuna əmin olmağa kömək edən alət hesab olunur. Hesabatlılıq çox vacibdir, çünki bu, dövlət idarəçiliyində səmərəlilik, məhsuldarlıq, etibarlılıq və öncədən görülə bilmə kimi dəyərlərə (prinsiplərə) əməl olunacağına zəmanət verir.

Dövlət idarəetmə sisteminin hesabatlılığını, dövlət hakimiyyət orqanlarının öz səlahiyyətlərindən qanuna və mövcud qaydalara uyğun istifadəsini təmin etmək üçün nəzarət tələb olunur. Nəzarət insititutlarının və mexanizmlərinin köməyi ilə vəzifəli şəxslərin fəaliyyətinin monitorinqi və yoxlanılması həyata keçirilir. Yoxlamanın məqsədi dövlət hakimiyyət orqanlarının nəticəli işlədiyinə, öz funksiyalarını səmərəli, vaxtında yerinə yetirdiyinə, xüsusi və ümumi normativ-hüquqi aktlarla müəyyən edilmiş prinsip və prosedurlara əməl olunduğuna əmin olmaqdan ibarətdir. Başqa sözlə desək, nəzarət “qanun üzrə idarəetmə” prinsipini təmin etmək məqsədi ilə həyata keçirilir ki, bu da həm ictimai maraqların, həm də insan hüquqlarının müdafiəsinin mühüm alətidir.

Nəzarət təşkilatları və mexanizmləri çox müxtəlif formada və adda ola bilər: məhkəmələr, prokurorluq, ombudsman, daxili və xarici təftiş komissiyaları, müfəttişliklər, standartların təyin olunmasına cavabdeh orqanlar, parlament komissiyaları, kütləvi informasiya vasitələri və s. Bütün bunlar dövlət idarəetməsi və dövlət qulluğunun hüququn aliliyi, şəffaflıq, hesabatlılıq, səmərəlilik və nəticəlilik kimi prinsiplərinin gücləndirilməsinə yönəlmişdir. Başqa sözlə desək onlar ayrı-ayrı insanların hüquqlarının, həmçinin ictimai maraqların müdafiəsinə, qərar qəbulu prosesinin keyfiyyətinin yüksəldilməsinə və nəhayət dövlət idarəetməsinin etibarlılığının, təhlükəsizliyinin və qanunçuluğun gücləndirilməsinə yönəlmişdir. Heç bir sosial sistemdə dövlət idarəçiliyində olduğu qədər müxtəlif nəzarət və yoxlama formaları mövcud deyildir. Bu, dövlət idarəetməsi və dövlət qulluğunun müasir demokratik cəmiyyətlərdə xüsusi rol oynadığını göstərir.

Səmərəlilik və nəticəlilik. Hesabatlılığın özünəməxsus ölçmələrindən biri idarəetmə fəaliyyətinin səmərəliliyindən ibarətdir. Dövlət idarəetməsi və dövlət qulluğu üçün səmərəliliyin vacib və dəyərli olduğu nisbətən son dövlərdə etiraf olunmağa başlanılmışdır. Məhsuldarlığa gəldikdə isə dövlət idarəetməsində bu anlayışdan dövlət xidmətlərinin istehsalı və göstərilməsinə müntəzəm olaraq başlandığı vaxtdan istifadə olunur. Bu gün bir çox ölkələrdə idarəetmə fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin öyrənilməsinə getdikcə daha çox diqqət yetirilir. Səmərəliliyin mahiyyətini istifadə olunan resurslarla alınan nəticələrin ən yaxşı nisbətini təmin edən idarəetmə bacarığı kimi ifadə etmək olar. Nəticəlilik isə ictimai problemlərin uğurlu həllini, qanunvericilik və hökümət tərəfindən dövlət idarəetmə sistemi qarşısında qoyulan məqsədlərə nail olmanı təmin etmək kimi başa düşülür. Nəticəlilik mövcud dövlət siyasətinin, həmçinin bu siyasətin dövlət idarəetmə sistemi və dövlət qulluğu tərəfindən necə yerinə yetirildiyinin təhlili və qiymətləndirilməsini nəzərdə tutur. Son dövrlərdə dövlət idarəetməsinin səmərəliliyi və nəticəliliyi prinsipi qərbi Avropanın bir sıra ölkələrinin konstitusiyasında (məsələn, 1978-ci ildə İspaniyada) öz əksini tapmışdır.

İdarəetmə fəaliyyətinin xüsusiyyəti kimi səmərəlilik qanunun aliliyi prinsipi, həmçinin cəmiyyətin siyasi, demoqrafik dəyərlərini əks etdirən prosedur və qaydalara əməl olunması ilə sanki ziddiyyət təşkil edir. Dövlət sektorunun menecerləri çox vaxt normativ-prosedur qaydalarını səmərəliliyə manelər kimi hesab edirlər. Təsdiq olunmuş prosedurlara əməl olunması resurslardan qənaətlə istifadəyə uyğun gəlməyə bilər və xərclərlə idarəetmə tədbirlərinin nəticələri arasındakı nisbətə mənfi təsir göstərə bilər. Bu ziddiyyət böyük problemlərə səbəb olur. Lakin bu münaqişənin həllinin müəyyən institusional və hüquqi yolları mövcuddur.İnstitusional tədbirlər içərisində xidmətlərin istehsalı və göstərilməsinin müqavilə yolu ilə özəl sektora verilməsini qeyd etmək olar ki, bu zaman dövlət idarəetməsi siyasətin hazırlanması və müqavilə şərtlərinə əməl olunmasına nəzarəti öz əlində saxlayır.

Bu prinsiplər artıq qeyd etdiyimiz kimi Avropa ölkələrinin normativ hüquqi aktlarında öz əksini tapır, bu ölkələrin, o cümlədən daim inkişaf edən Avropa İttifaqının dövlət idarəetmə sistemi möhkəmlənərək müasir şəraitə uyğunlaşır. Avropa İttifaqında dövlət idarəetmə sistemini tənzimləyəcək, prosedur və təşkilati məsələlərə cavabdehlik daşıyacaq heç bir formal rəsmi orqan və rəsmi imzalanmış acquis communautaire yoxdur.[23, səh.41] Lakin Aİ-nın üzv dövlətləri bu prinsipləri acquis kimi qəbul edir və ona əməl edirlər.

İlkin mərhələdə əsasən ümumavropa bazarlarını əhatə edən Avropa Birliyi tədricən Roma müqaviləsində nəzərdə tutulduğu kimi Avropa İttifaqına çevrilmişdir ki, bu da yalnız iqtisadi sahədə fəaliyyət göstərmir, həm də Avropa xalqları arasında sosial və iqtisadi əlaqələri möhkəmləndirməyə çalışır və ona yalnız mal və xidmətlərin ümumi bazarı kimi baxılmır. Roma müqaviləsinin bəyan etdiyi dörd tip azadlıq (malların, xidmətlərin, insanların və kapitalın azad hərəkəti) nəzərdə tutur ki, Ai-nın üzv-dövlətlərinin milli dövlət idarəetmə sistemləri Müqavilənin bütün müddəalarını səmərəli şəkildə həyata keçirmək üçün çalışacaq, bir-birinə yaxınlaşacaq və bu azadlıqları təmin edəcək əsas elementə çevriləcəklər. Bu ölkələrin dövlət idarəetmə sistemlərinin daim yaxınlaşmasının daha bir mənbəyi üzv-dövlətlərin vəzifəli şəxslərinin, həmçinin dövlətlər və Avropa Komissiyası arasında daimi əməkdaşlığından ibarətdir. Dövlət idarəetmə sistemləri arasında əməkdaşlığın olması Maaxstrit Müqaviləsi ilə nəzərdə tutulmuşdur. Əməkdaşlıq və təcrübə mübadiləsi qeyri-formal tərəfdaşlıq münasibətlərini möhkəmləndirir və tədricən elə şərait yaradır ki, müxtəlif dövlət idarəetmə sisteminə malik tərəfdaşlar millətlərarası öhdəliklərini yerinə yetirmək üçün yanaşmalarını razılaşdırmağa məcbur olurlar. Hökümətlərarası münasibətlər idarəetmənin ümumi prinsiplərinin və menecment formalarının dərk olunmasına, tətbiqinə və yayılmasına kömək edir ki, bu da öz növbəsində Avropa İttifaqı ölkələrində ideal dövlət qulluqçusu və onun davranışının modelinin yaranmasına müsbət təsir göstərir.

Yuxarıda sadalanan prinsiplərin həm hüquqi dövlət quruculuğunda, həm də dövlət hakimiyyəti və dövlət qulluqçularının gündəlik fəaliyyətində necə və nə dərəcədə real tətbiq olunması baxımından istənilən inzibati sistemi qiymətləndirmək olar. Bu prinsiplərin həm də müəyyən standartlar kimi çıxış etməsinə əsaslanaraq dövlət idarəetmə sisteminin etibarlılığını, dövlət qulluqçularının və hakimiyyət orqanlarının hesabatlılıq dərəcəsini, inzibati qərarların qəbulu prosedurlarının praktiki əsaslandırılmasını, həmçinin onlardan şikayət verilmə imkanlarını da qiymətləndirmək olar.Mövcud qanunvericilik və normativ qaydada müəyyən olunmuş proseduralarla yanaşı dövlət qulluğu dövlət idarəetməsinin ən vacib elementlərindən biri hesab olunur.

2.3. Dövlət idarəçiliyi səmərəliliyinin qiymətləndirilməsi meyarları

Dövlətçilik ölkənin əsas fundamental dəyəridir. Dövlət idarəçiliyinin cəmiyyətin həyatında oynadığı rolu azaltmaq qeyri-mümkündür. Onun müxtəlif tarixi dövrlərdə müxtəlif ölkələrin sosial-iqtisadi inkişafına güclü təsirinin olması mütəxəssislər tərəfindən dəfələrlə qeyd olunmuşdur. Dövlət idarəetməsi əhəmiyyətli dərəcədə ölkənin müasir sosial-iqtisadi vəziyyətini və onun gələcəyinin keyfiyyətini müəyyən edir. Əgər tarixi dəyişikliklərin miqyası genişlənirsə, onda dövlət kimi ictimai orqanizmin dəqiq, fasiləsiz və nizamlı fəaliyyətinin təmin edilməsində idarəetmənin də rolu artmış olur. Hazırkı şəraitdə isə dəyişikliklər cəmiyyətin bütün vacib sferalarını – siyasət, iqtisadiyyat, mənəvi həyat, müxtəlif ceşidli və mürəkkəb ictimai münasibətlər kompleksini əhatə edir, dövlət idarəetməsini rolu əhəmiyyətli dərəcədə artır və ölkədəki vəziyyət əhəmiyyətli dərəcədə idarəetmənin səmərəliliyindən və keyfiyyətindən asılı olur.

Güclü və iş qabiliyyətli hakimiyyət uğurlu dəyişikliklərin birinci şərtidir və stabil, güclü dövlətin yaranmasında bütün vətəndaşlar maraqlıdırlar. Belə hakimiyyət olmazsa, iqtisadi artim üçün şərait yaratmaq, inkişaf etmiş bazar, həqiqi demokratiya, mədəniyyət və mənəviyyat formalaşdırmaq, ölkənin bütövlüyünü qoruyub saxlamaq olmaz.

Dövlət idarəetməsi bazar mexanizmlərinin səmərəsiz və məqsədəuyğun olmadığı hallarda sosial, iqtisadi, ekoloji və digər sahələrin tənzimlənməsini, dövlətçiliyin möhkəmləndirilməsi və olkənin beynəlxalq aləmdə mövqelərinin güclənməsini təmin etməlidir.

Lakin yeni iqtisadi və siyasi sistemin formalaşmasına maneçilik törədən bir sıra səbəblər də var ki, bunlardan ən başlıcası dövlət idarəçiliyinin səmərəliliyinin aşağı olmasından ibarətdir. Dövlət idarəetməsinin səmərəliliyinin artırılması Azərbaycan dövlətinin gələcəyini müəyyən edən başlıca amil olduğu üçün çox mühüm strateji məsələdir. Buna görə də dövlət idarəetməsinin köklü təkmilləşdirilməsi, iqtisadiyyatda dövlətin iştirakina yenidən baxilmasi, dövlətin təsərrüfat subyektləri ücün qanunilik, nizam-intizam, davranış normaları baxımından zəmanətçiyə çevrilməsi tələb olunur.

Dövlət idarəetməsinin səmərəliliyinin ilkin şərti onların obyektlərinin dərk olunmasından, onun daxili asılığından və mexanizmdən asılı olaraq dövlət idarə etməsinin məqsədlərinə, strukturuna, texnologiyaya, prinsiplərinə uyğun qurulmuş elementlerinin nəzərə alınmasından ibarətdir. Dövlət idarə etməsinin obyektiv əsası kimi təbii coğrafi şəraiti qeyd etmək lazımdır. Hər bir xalq yer kürəsində müəyyən ərazidə yerləşir və bu ərazinin təbii şəraiti (relyef, torpaq, su və digər ehtiyatlar) insanlara istehsal fəaliyyəti texnologiyasını, ictimai həyat formasını diktə edir. Dövlət idarəçiliyinin ikinci obyektiv əsası təbiətlə uzun müddətli qarşılıqlı əlaqəsi nəticəsində formalaşmış təbii, ictimai şəraitdir. İnsanların coğrafi yerləşməsi, sahələrarası xüsusiyyətləri, şəhər və kəndin təssərrüfat texnologiyası, komnikasiya növləri, əmək və məişət, birgə yaranmış dəyərlər, adət və ənənələr və s. təbii ictimai şəraitin məhsulu kimi çıxış edir. Dövlət idarəetməsinin üçüncü obyektiv əsası subyektiv amillər tərəfindən yaradılmış mədəni tarixi irsdən ibarətdir. Tarixi inkişafı keçirməzdən və tarixi inkişafın hər bir dövründə insanlar, insan birlikləri, dövlətin müəyyən dairəsində və müxtəlif fəaliyyət çərçivəsində mənimsəmə texnologiyasına malik olub. Bütün bunlar birlikdə real əmək məhsuldarlığının səviyyəsini müəyyən etmişdir. Dövlət idarəetməsinin obyektiv əsası olan təbii coğrafi, təbii ictimai və təbii mədəni şərair qarşılıqlı əlaqəli kompleks şəklində təsir göstərir. Dövlət idarəetmə nəzəriyyəsində subyektiv amil kimi məsuliyyətə malikdir. Burada dövlət idarəetməsi özü subyektiv amil kimi onun tərkib hissəsi formasında çıxış edir. Tarazlaşdırılmış inkişafın əsas amili kimi tələb olunur ki, dövlət müxtəlif vəsaitlərlə buna təsir göstərir. Tənzimləmə uzunmüddətli və qısamüddətli inkişaf mərhələsini asılılıq səviyyələri üzrə maraqları razılaşdırır, iqtisadiyyatın sahələrini idarə edir, müxtəlif sahələrin nisbətinə nəzarət edir, aktiv pul-kredit siyasəti, vergi siyasətini həyata keçirir, qiymət və xərclərə nəzarət edir. Təbii olaraq istehsalın art-ması üçün investisiyalar məşğulluğun üstünlüyü, vergilərin iştirakının stimullaşdırılması, büdcə kəsrinin hesaba alınmasını və dövlət sifarişlərinin həyata keçirilmə-si vasitəsilə istehsalın gücünü yüksəldir.

Səmərəlilik hazırda insan fəaliyyətinin əsas xarakteristikalarından biri, iqtisad elminin ən mühüm kateqoriyasıdır.

Səmərəlilik (efficiency) – nadir amillərin məsrəfi ilə əmtəə və xidmətlər buraxılışı arasındakı nisbətdir. Bu nisbəti fiziki (texnoloji səmərəlilik) və ya dəyər (iqtisadi səmərəlilik) baxımından ölçmək mümkündür.

Səmərəliliyin düzgün qiymətləndirilməsi və uçotu üçün səmərəliyin meyarı və göstəricilərinin müəyyənləşdirilməsinin mühüm əhəmiyyəti var. Meyar qiymətləndirmə ölçüsü, qiymətləndirmənin əsas prinsipidir və hadisəni rəqəmlərin dili ilə səciyyələndirir, onun kəmiyyət müəyyənliyini göstərirlər.

Qeyd edək ki, dövlət idarəçiliyinin səmərəliliyinin qiymətləndirilməsi dövlət orqanları, həm də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyinin səmərəliliyinin qiymətləndirilməsi cəmiyyətə dövlət institutlarının fəaliyyətinin keyfiyyətinə nəzarət etmək imkanı verir. Qiymətləndirmə dövlət orqanlarının rəhbərlərinə və qulluqçularına isə özünənəzarət və idarəetmə prosesinin təkmilləşdirmə imkanı verir. Səmərəliliyin qiymətləndirilməsi problemi dedikdə, idarəçilik fəaliyyətinin və qəbul olunan qərarların analizi başa düşülür. Səmərəli dövlət idarəçiliyinin meyarları subyektiv dəyərlər sistemi əsasında formalaşır. Qeyd edək ki, bu dəyərlər ictimai-dövlət quruluşunda, siyasi kursda, idarəetmə sisteminin siyasi qaydalarında və normalarında əks olunurlar və milli dövlət maraqlarını ifadə edir. Əksər hallarda belə dəyərlər qismində həm də hakim siniflərin və ya üstün milli-etnik qrupların maraqları təqdim edilir. Dövlət idarəçiliyinin dəyərləri, məqsədləri, konsepsiyaları və prinsipləri, idarəetmə sisteminin normativ bazası və nəhayət, ictimai təlabatlar və maraqlar kimi dövlət idarəçiliyinin səmərəliliyinin meyarları ictimai-dövlət quruluşunun, siyasi rejimin və konkret şəraitin şərtləndirdiyi dəyişkən xarakterə malikdirlər. Qeyd edək ki, beynəlxalq təcrübədə dövlət idarəçiliyinin səmərəliliyinin qiymətləndirilməsi üçün müxtəlif inteqral göstəricilər tətbiq edilir ki, bunlar da müvafiq beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmışdır. Bu göstəriciləri aşağıdakı kimi nəzərdən keçirmək mümkündür [5]: 1. GRİCS (Governance Research Indicator Country Snapshot) göstəricisi. Bu göstərici dövlət idarəçiliyinin səmərəliliyini ölkələrarası müqayisədə qiymətləndirir. Göstərici dövlət idarəçiliyinin altı parametrini ifadə edən çoxsaylı dəyişikliklər əsasında işlənmişdir. Bu parametrlər ümumi müəyyənləşdirmə əsasında seçilmişlər. Onlara əsasən, dövlət idarəçiliyi ənənələrin və institusional təşkilatların məcmusu kimi başa düşülür və bunları özündə əks etdirir: a) seçki prosesi, hökumətin nəzarəti və dəyişməsi; b) hökumətin siyasəti formalaşdırmaq və həyata keçirmək bacarığı; c) cəmiyyətdə sosial və iqtisadi fəaliyyətə rəhbərlik edən institutlara vətəndaşların və dövlətin münasibəti.

Qeyd edək ki, qiymətləndirmə aşağıdakı altı indeks üzrə aparılmalıdır:

– səsvermə hüququ və hesabat. Bu indeks özündə siyasi proseslərin, insan azadlıqlarının və siyasi hüquqların müxtəlif aspektlərini analiz edən göstəriciləri əks etdirir.

– siyasi sabitlik və zorakılığın olmaması. Bu indeks hökumətin mümkün qeyri-sabitlik ehtimallarını ölçür.

– hökumətin səmərəliliyi. Bu indeks dövlət xidmətlərinin keyfiyyətini əks etdirir, dövlət qulluqçularının peşəkarlığını dövlət qulluğunun siyasi təsirlərdən asılılıq səviyyəsini və s. ölçür;

– qanunvericiliyin keyfiyyəti. Bu indeksin mahiyyəti həyata keçirilən siyasətlə bağlıdır.

– qanunun aliliyi. Bu indeks vətəndaşların dövlətin qanunlarına etimadının səviyyəsini ölçür. İnformasiya cəmiyyəti problemləri,

– korrupsiyaya nəzarət.[23, səh 30]

Bu indeks cəmiyyətin korrupsiyaya münasibətini müəyyənləşdirir. 2. Bu qrup göstəricilər dövlət siyasətinin, işgüzar mühitin, tənzimləmə keyfiyyətinin, korrupsiya səviyyəsinin, dövlət qulluqlarının və s. müqayisəli analizini almağa imkan verir. 3. Üçüncü qrup göstəricilər idarəetmə keyfiyyətinin müqayisəli qiymətləndirməsini həyata keçirmək üçün nəzərdə tutulur. 4. Qeyri-şəffaflıq göstəriciləri ölkənin qeyri-şəffaflığının kapital qoyuluşunun səmərəliliyinə və dəyərinə təsirini qiymətləndirməyə imkan verir. 5. Dövlət idarəçiliyinin səmərəliliyinin göstəriciləri. Bu göstəricilər dövlət qulluqçularının və əhalinin vəziyyətinin öyrənilməsi əsasında ölçülür. Dövlət idarəçiliyinin səmərəliliyinin qiymətləndirilməsi dövlət idarəçiliyinin modernləşdirilməsi açıq dinamik sosial sistem kimi dövlət idarəçiliyinin formalaşmasını şərtləndirən optimal parametrlərlə bağlıdır. Səmərəli dövlət idarəçiliyi modelini formalaşdırmaq üçün siyasi sistemlə dövlət hakimiyyəti, vətəndaş cəmiyyəti institutları, sosial-iqtisadi standartlar və sosial-mədəni normalar arasındakı əlaqələri kompleks analiz etmək tələb olunur. Siyasi və sosial mühitin dəyişdiyi şəraitdə xaricdən gələn impulslara effektiv cavab vermək iqtidarında olan adekvat dövlət idarəçiliyi sisteminin yaradılması problemi aktuallaşır. Bununla, həmçinin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin balanslaşdırılmış göstəricilər sisteminin və meyarlarının işlənib hazırlanması zərurəti meydana gəlir.

İqtisadiyyatın səmərəlilik meyarı müxtəlif iqtisadi sistemlərdə müxtəlif cür qiymətləndirilir. Bazar iqtisadiyyatında səmərəlilik konsepsiyası bazarların resursları nə qədər yaxşı yerləşdirməsini qiymətləndirmə meyarı kimi istifadə olunur.

İqtisadiyyatın bütün sahələrində səmərəliliyin uçotunun proqnozlaşdırılması üçün istifadə oluna bilən mənfəət, rentabellik, fondtutumluluq və s. kimi göstəricilərdən hər biri səmərəliliyin səviyyəsi və dinamikasını qiymətləndirmək üçün istifadə oluna bilməz. İstənilən sistem ayrı-ayrı elementlərin vaciblik dərəcəsinə bölgüsünün, tabeliliyini və onlar arasında səbəb-nəticə əlaqələrinin olmasını nəzərdə tutur.Bu, bütövlükdə səmərəlilik göstəriciləri sisteminə də aiddir.

İctimai istehsalın əsas göstəriciləri bunlardır: ictimai əməyin məhsuldarlığı (məcmu ictimai məhsulun maddi istehsal sahəsində çalışanların sayına nisbəti kimi müəyyənləşdirilir), fond verimi (milli gəlirin əsas fondların orta illik dəyərinə və dövriyyə vəsaitlərinə nisbəti), fond tutumu (fond veriminin əksi olan göstərici); ictimai istehsal səmərəsini səciyyələndirən adambaşına düşən milli gəlir, iqtisadi artım sürəti; 1 manatlıq ictimai məhsula düşən istehsal və tədavül xərcləri və maddi, maliyyə və əmək məsrəflərinə qənaətdir.

Sosial-iqtisadi səmərəlilik istehsalın məqsədi və ona çatılması vasitələrinin nisbəti kimi müəyyənləşdirilir. O, bir tərəfdən həmin sosial sistemin sabitlik dərəcəsini, onun öz zəminində təkrar istehsal imkanlarını, digər tərəfdən isə inkişafını davam etdirmək qabiliyyətini göstərir. Nəticə kimi ümumi daxili məhsul, məcmu ictimai məhsul və ya milli gəlir götürülür. Yəni bir neçə müxtəlif ölçülər var. Məsrəflər kimi ya məcmu iş vaxtı fondu və ya cəmiyyətin məcmu işçisinin orta siyahı tərkibi götürülür. Bir sıra hallarda məsrəflər kimi yalnız canlı əmək məsrəfinin deyil, həm də kapital, təbii resurslar, yəni iqtisadiyyatdakı bütün məsrəflərin məcmusunu götürmək nəzərdə tutulur. İstənilən halada səmərəlilik göstəricisi ziddiyyətli alınar: yuxarıda, surətdə, əgər milli gəlir və ya son məhsul götürülərsə belə, məsrəflərlə ölçülən nəticə, məxrəcdə isə elə həmin məsrəflərin özü, lakin nəticənin əldə olunmasının mənbəyi kimi, olur. Bununla belə, ümumi milli məhsul vəya adambaşına düşən milli gəlir statistik hesabatlarda çox vaxt sosial-iqtisadi səmərəliliyin göstəricisi rolunda çıxış edir.

Bölgünün səmərəliyini müəyyənləşdirdikdə yalnız nəticəni deyil, həm də məsrəfləri nəzərə almaq lazımdır. Bölgü (satış) məsrəflərinə daşınma, saxlama və idarəetmə xərcləri daxildir. Bundan başqa, istehsalçıların məhsula tələbi yaratmaq və saxlamaq üçün ticarət məsrəfləri də (məhsulun reklamı və başqa differensasiya üsullarına məsrəfləri) olur. Ən böyük bölgü səmərəliyi tədavül xərcləri minimallaşanda, ticarət məsrəfləri isə ümumi bazar tələbinin saxlanılması üçün zəruri olan səviyyədə saxlanıldıqda əldə olunur.

Milli iqtisadiyyatın səmərəliliyinin təhlili zamanı ictimai istehsalın ekstensiv və intensiv yollarla və ya onların uzlaşması ilə genişlənə bilməsi vacibdir. Ekstensiv yol iqtisadi artım amillərinin kımiyyət dəyişməsini, istehsal sahəsinin genişlənməsini nəzərdə tutur. Bu halda istehsal həcminin artırılması əmək predmetləri, alətləri və iş qüvvəsinin sadəcə artırılması ilə əldə olunur. İstehsalın intensiv inkişaf üsulu ekstensivdən onunla fərqlənir ki, istehsal həcminin artırılması sadəcə olaraq cəmiyyətin məhsuldar qüvvələrinin miqdarca artırılması hesabına deyil, onların keyfiyyətcə təkmilləşməsi, yəni daha səmərəli istehsal vasitələrinin tətbiqi və əldə olan resurslardan daha yaxşı istifadə hesabına əldə olunur. Elmi-texniki tərəqqinin təsiri altında əmək alətləri və predmetlərinin səmərəliliyi artır, istehsalın təşkilinin yaxşılaşdırılması isə onlarda daha rasional istifadə etməyə imkan verir ki, bu da iş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı istehsalın artmasına rəvac verir. İntensiv inkişaf yolu bundan ibarətdir və onun üçün istehsalın səmərəlilinin yüksəldilməsi səciyyəvidir, çünki bu yolda istehsal nəticələrinin artım sürəti resurs məsrəflərinin artım sürətini üstələməlidir.

Nəticədə milli iqtisadiyyatın səmərəliliyinin artırılmasının, elmi-texniki tərəqqinin sürətləndirilməsi ilə yanaşı, əsas amilləri resursa qənaət, məhsulun keyfiyyətinin yüksəldilməsi, insan kapitalının fəallaşdırılması, təkrar istehsal prosesinin hərtərəfli tarazlığının və proporsionallığının təmin edilməsidir.

Dövlət səviyyəsində səmərəlilik – siyasi sistemin strateji məqsədlərinə nail olmaq üçün istifadə olunmuş müxtəlif resurslarla (xərclərlə) əldə edilən nəticələr arasındakı nisbət ilə ölçülə bilər.

Sosial-siyasi aspektdə idarəçilik fəaliyyətinin nəticəsi səmərəli olduğu halda, qənaətli və rentabelli olmaya da bilər. Dövlət təşkilatlarında fəaliyyət onun nəticələrini və əhalinin geniş dairəsində müxtəlif ictimai prosesləri əhatə edir. Odur ki, dövlət idarəçiliyinin səmərəliliyi anlayışı məqsədyönlü və məqsədə uyğun sosial-siyasi fəaliyyətin mahiyyətini əks etdirir.

Deməli, dövlət idarəçiliyinin səmərəliliyi anlayışı ictimai məqsədlərə nail olmaqla əlaqədar dövlət resurslarının istifadəsi və nəticələri arasındakı nisbəti xarakterizə edir. Beləlilə, dövlət idarəçiliyinin səmərəliliyi dedikdə, dövlət resurslarının məhdudluğu şəraitində ictimai tələbatların və mənafelərin ödənilməsində mümkün olan ən yaxşı nəticələrin əldə edilməsi ilə əlaqədar olan məqsədyönlü və səmərəli fəaliyyəti başa düşülür.

“Dövlət idarəçiliyinin səmərəliliyi” kateqoriyası: “İctimai məqsədlər”, “nəticələr”, “ictimai tələbatlar və mənafelər” vasitəsilə müəyyən edilir. Bunlar siyasi aspektdən dövlət idarəçiliyinin spesifik əlamətlərini əks etdirir. “İctimai məqsədlər” siyasi əhəmiyyətli məqsədlərdir. “Nəticələr” cəmiyyətin bütün üzvlərinin tələbat və mənafelərinin ödənilməsi ilə əlaqədar xidmət və proseslərdən ibarətdir. “Dövlət resursları” dedikdə dövlətin hüquqi-normativ əsaslandırılmalara söykənən iqtisadi, siyasi, ideoloji və informasiya kapitalı başa düşülür.

“Dövlət idarəçiliyinin səmərəliliyi” anlayışının spesifik məzmunu “giriş-çıxış” modelinin nisbəti ilə müəyyən olunmaqla dövlətin bütövlükdə siyasi siste-minin səmərəliliyini xarakterizə edir. Sistemin “giriş”ində ictimai tələbatlara müvafiq qərarların qəbul edilməsi və dövlətin etibar etdiyi resursların istifadəsi əsasında mümkün olan qərarların reallaşdırılması prosesləri durduğu halda, “çıxış”da məqsədlərə nail olmaq üçün həyata keçiriləcək qərarlarin reallaşdırılması nəticəsində əldə edilmiş real keyfiyyət dəyişiklikləri və onların qiymətləndirilməsi durur.

“Dövlət idarəçiliyinin səmərəliliyi” anlayışı müəyyən edildikdən sonra, onun səmərəliliyinin meyarlarının aydınlaşdırılmasının zəruriliyi ortaya çıxır. Dövlət idarəçiliyinin “səmərəlik meyarları” elə göstəricilərin məcmusudur ki, onların əsasında dövlət idarəçiliyi sistemi qiymətləndirilir. Səmərəlik meyarları aydınlaşdırılarkən “qiymətləndirmə” anlayışına xüsusi fikir verilməlidir.

Dövlət idarəçiliyində “giriş-çıxış” sistemi modelinin tərkibi formalaşdırılarkən, idarəetmə sisteminin bütün pillələrində idarəçiliyin səmrəliliyinin təhlili nəzərdə tutulur. İdarəetmənin bütün pillələrində müvafiq qərarların işlənməsi və tətbiqinə uyğun olaraq “natamam səmərəlik” və “tam səmərəlilik” anlayışları istifadə olunur. Dövlət idarəçilik sistemi üçün xarakterik, əsas qəbul edilən “ tam səmərəlilki” anlayışıdır. Tam səmərəlilik əsas məqsədə nail olmaq üçün problemlərin kompleks həlli ilə əlaqədar göstəricilərlə xarakterizə olunur.

Dövlət idarəçiliyində tətbiq olunan ümumi sosial səmərəlilik meyarlarına aşağıdakılar aiddir:

– beynəlxalq təcrübə ilə müqayisə olunan əmək məhsuldarlığının səviyyəsi;

– milli sərvətin artım tempi və miqyası;

– inkişaf etmiş ölkələrin standartları ilə miqyasda əhalinin hər nəfərinə düşən gəlirin məbləği ilə ölçülən beynəlxalq yaşayış səviyyəsi;

– ictimai münasibətlərin təhlükəsizliyi və dayanıqlılığı.[24, səh. 201]

Dövlət idarəçiliyinin səmərəliliyinin ümumiləşdirilmiş sosial səmərəlilik meyarları hər bir ölkənin daxilində ictimai həyat fəaliyyətinin səviyyələri və sferaları üzrə xırdalana bilər. İqtisadiyyat sahəsində – ETT əsasında ictimai istehsalın dinamik inkişafının təmin edilməsi ön plana çəkilir. Sosial sahədə – sosial ədalət prinsipi əsasında sosial problemlərin həlli ictimai münasibətlərin hər bir ölkədə özünəməxsus forma və qanunauyğunluqları ilə uzlaşdırılmalıdır. Mənəviyyat sfera-sında – hər bir işçinin fiziki, əxlaqi və estetik keyfiyyətləri, demokratik cəmiyyətdə azad şəxsiyyət kimi formalaşması diqqət mərkəzində olmalıdır.

Dövlət idarəçiliyi üçün mühüm əhəmiyyət kəsb edən məsələ siyasi sferadan irəli gələn sosial səmərəlilik meyarıdır. Bu və ya digər meyarlardan fərqli olaraq onun mahiyyəti ondan ibarətdir ki, cəmiyyətin sosial-iqtisadi, mənəvi əxlaqi inkişafı dövlət idarəçiliyinin bütün formaları, metodları və vasitələri ilə tam təmin edilməlidir. Dövlət idarəçiliyi sistemində qərarların işlənib hazırlanması və həyata keçirilməsində gündəlik fəaliyyət nəticəsində sosial-iqtisadi və mənəvi-estetik dəyərlərin qorunması və daha da artırılması ümumi sosial səmərəlilik meyarlarının məzmununu təşkil edir. Meyarlar probleminə baxıldıqda, ən əvvəl, dövlət idarəçiliyi sisteminin bütövlükdə ictimai proseslərin subyekti kimi təhlil və qiymətləndirilməsi üçün dövlətin hər tərəfli fəaliyyətinin sosial səmərəliliyi meyarlarının təsnifatı verilməlidir.

Dövlətin fəaliyyətinin bütün sahələrinin kompleks əhatəli təhlili və qiymətləndirilməsi nöqteyi nəzərindən idarəçiliyin sosial səmərəlilik meyarlarının dövlət və yerli özünü idarəetmə orqanlarının bir tam sistem halında məcmusu kimi keyfiyyətcə qiymətləndirilməsi üçün aşağıdakı meyarlardan istifadə edilə bilər:

– məqsədə uyğunluq, dövlət idarəçiliyi sistemində idarəetmə tədbir və təsir-lərinin qarşıda duran məqsədlərə uyğunluğunun müvafiq nəticələrinin ölçülməsi.

– dövlət idarəçiliyinin sosial səmərəliliyinin, idarəetmə məsələlərinin həllinə və qərarlarının yerinə yetirilməsinə sərf olunan vaxtın miqdarı. Bu vaxt idarəçilik fəaliyyətinin daxili proseslərini, yəni, bilavasitə informasiyanın işlənməsini, ötürülməsini, habelə “giriş”dən “çıxış”a qədər dövlət idarəçilik sisteminin bütün təşkilati strukturunu əhatə edir.

– dövlət idarəçilik sisteminin fəaliyyətinin üslubu. Bu üslub idarəçilik fəaliyyətində qarşıda duran məqsədlərə nail olmaq üçün resursların hansı formalar, metodlar və vasittələrlə istifadə olunması və birbaşa praktiki tətbiqi nəticələri ilə xarakterizə olunur. Bu meyarla qiymətləndirmə konstitusiyada nəzərdə tutulan və digər hüquqi aktlara necə əməl olunmasına əsaslanmalıdır. İdarəetmə üslubunun formalaşmasında şəxsiyyətin rolu xüsusi nəzərə alınmalıdır. Bu eyni zamanda idarəetmə strukturunun təşkili fəaliyyət səviyyəsindən asılıdır. Burada kompleks yanaşma xüsusi aktuallıq kəsb edir. Belə ki, bu yanaşma dövlət idarəçiliyinin bu meyar üzrə səmərəliliyini müəyyən etmiş olur.

– dövlət idarəçiliyinin sosial səmərəliliyinin bu meyarı dövlət idarəçilk subyektinin təşkilati mürəkkəbliyidir. Bu mürəkkəbliyin dövlət idarəçiliyinin sosial-iqtisadi və funksional təşkilati xarakteristikalarına təsiri şübhə altına alına bilər. Lakin dövlət idarəçiliyi sistemində hər hansı təşkilati strukturun mürəkkəbliyinin onun və idarə olunan obyektlərin, habelə, ictimai qrupların həyat fəaliyyətinə çox böyük təsiri inkar edilməzdir. Yerli özünü idarəetmə orqanları nəzərə alınmaqla dövlət idarəçiliyinin bütün pillələrində informasiyanın yuxarıdan aşağı və aşağıdan yuxarı axınının mürəkkəbliyi idarəetmə prosesinin əlaqələndirilməsinə təsir etməklə nəticə etibari ilə dövlət idarəçiliyinin səmərəliliyini müəyyən edə bilər.

– dövlət idarəçiliyi sisteminin saxlanması və fəaliyyətinin təmin edilməsinə sərf olunan iqtisadi, sosial, texniki, kadrlar və s. xərclərin məcmusundan ibarətdir. Bu meyarla idarə olunan obyektlərə, kommunikasiyalara çəkilən xərcləri, idarəetmə problemlərinin mürəkkəbliyi nəticəsində idarəetmə xərclərinin təhlili və qiymətləndirilməsində idarəetmə obyektlərinin qarşılıqlı təsirləri nəzərə alınmalıdır. Buradan da, məntiqi olaraq yuxarıda göstərilən xərclərə idarəetmə heyətinin saxlanmasına, onların ezamiyyətinə, müasir informasiya texnologiyalarının tətbiqinə çəkilən xərclər və ictimai inkişafla əlaqədar digər xərclər aid edilməlidir.

– idarəetmə orqanlarında və dövlət qulluğunda vəzifəli şəxsin nüfuzu qərar-ların hazırlanması və yerinə yetirilməsi ilə əlaqədar təminatın ölçüsü.

– idarəetmə orqanlarına və vəzifəli şəxslərə veriləcək informasiyaların məq-sədəuyğunluğu və dəqiqliyi.

– idarəetmə fəaliyyətinə mənəvi-ideoloji təsirin və bilavasitə ətraf mühitə və insanlara idarəetmə orqanlarının və vəzifəli şəxslərin ideya-mənəvi təsirliliyi və dövlətə inamın formalaşdırılması.

Beləliklə, yuxarıda göstərilən meyarların qarşılıqlı əlaqələri “məqsəd-zaman-üslub-mürəkkəblik-xərclər” formulu ilə ifadə edilərək, ictimai proseslərin idarəetmə subyekti kimi dövlətin fəaliyyəti və təşkilatçılığı ilə xarakterizə olunur.

2.4. Dövlət idarəçiliyinin səmərəliliyinə təsir edən amillər.

Dövlət idarəçiliində səmərəliliyin artırılmsın atəsir edən ən mühüm amil mükəmməl idarəetmə islahatlarının islahatların həyata keçirilməsidir. Dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların səmərəliliyinin göstəriciləri arasında aşağıdakıları qeyd etmək olar :

– əhalinin təqdim olunan dövlət xidmətlərinə münasibəti;

– dövlət qulluğunun nüfuzuna münasibət;

– dövlət və özəl sektorlarda aparıcı vəzifələrdə çalışanların əmək haqqlarının nisbəti. [3]

Qeyd etdiyimiz göstəricilər özünə əhalinin, müəssisə və təşkilatların planlaşdırılan və həyata keçirilən yoxlamalarının geniş dairəsini daxil edir. Belə yoxlamalar daha aktual məsələlərin müəyyənləşdirilməsini şərtləndirir. Bu o məsələlərdən ibarət olur ki, onların həllinin vacibliyi xüsusi qeyd edilir. Bu da bütövlükdə dövlət idarəçiliyinin səmərəliliyinin yüksəlməsində müəyyən rol oynayır.

Beləliklə, dövlət idarəçiliyinin səmərəliliyinin qiymətləndirilməsi meyarlarının işlənib hazırlanması və onların müvafiq qaydada tətbiq edilməsi mühüm praktik əhəmiyyətə malikdir. Dünyanın əksər ölkələrində belə qiymətləndirmələr dövlət orqanlarının fəaliyyətinin monitorinqinin və nəzarətinin elementləri rolunda çıxış edir. Dövlət idarəçiliyi sahəsində mümkün innovativ texnologiyaların tətbiqi dövlət idarəçiliyi sahəsində innovasiyaları dövlət siyasətinin həyata keçirilməsi prosesində meydana çıxan problemlərin aradan qaldırılmasının yeni standartlarının və ya yollarının tətbiqi kimi anlamaq olar. Beləliklə, dövlət idarəçiliyində innovasiya dedikdə, problemlərin aradan qaldırılmasının daha səmərəli və yaradıcı metodlarının tətbiqi nəzərdə tutulur. Ümumiyyətlə, inzibati islahatların həyata keçirilməsi dövlət idarəçiliyi sahəsində innovativ texnologiyaların tətbiqi ilə sıx bağlıdır. Hər şeydən öncə qeyd edək ki, müasir elmi ədəbiyyatda innovasiyanın mahiyyətinə dair müxtəlif yanaşmalar mövcuddur. Öncə qeyd edək ki, innovasiya ingilis mənşəli olub, “innovation” sözündəndir, mənası yeniliklərin tətbiqi deməkdir. Yəni, bu və ya digər problemin həllində, insanın və cəmiyyətin tələblərinə cavab verəcək yeni üsulların yayılmasını və tətbiq edilməsini nəzərdə tutur [4].

Dövlət idarəçiliyinin səmərəliliyinin ümumsistem amillərini 4 qrupa bölmək olar:

  1. dövlətin strateji məqsədləri, baza dəyərləri, hüquqi konsepsiyası və ictimai sistemin inkişaf modeli, siyasi kursu.
  2. dövlət hakimiyyəti və idarəetmə sisteminin təşkili, onun vahid orqanizm (sistem) kimi fəaliyyəti, vahid siyasi və hüquqi mühitin formalaşdırılması.
  3. dövlət aparatının mövcud təşkilinin vəziyyəti və onun öncül formaları, metodları, idarəçilki fəaliyyətinin üslubu, peşəkarlıq, əhalinin hakimiyyətə inamı və dövlət idarəçiliyində iştirakı.
  4. cəmiyyətin iqtisadi, siyasi, sosial sabitliyi.[24.səh. 123]

Dövlət idarəçiliyinin formalaşdırılmasının mühüm amillərindən biri olan “xid-mət və layiqlik sistemi” əsas götürülməklə korrupsiyaya qarşı proqramın hazırlanması, regional və yerli hakimiyyət orqanlarının məsuliyyətinin gücləndirilməsi aşağıdakıları nəzərdə tutur:

– dövlət idarəçiliyinin vətəndaş həmrəyliyinə xidmət kimi formalaşdırılması;

– dövlət idarəçiliyinin bütün pillələrində dövlət aparatının yeniləşməsi sisteminin formalaşdırılması;

– dövlət aparatı və dövlət qulluğu sistemi üçün ixtisaslı və vicdanlı adamların süçilməsi;

– dövlət məmurlarının ststuslarının düzgün müəyyənləşdirilməsi;

– dövlət aparatı sistemində vəzifə bölgüsünün düzgün müəyyən edilməsi;

– dövlət qulluqçularının müvafiq iş rejiminin və qarşılıqlı nəzarət əlaqələrinin formalaşdırılması;

– dövlət qulluqçularının özbaşınalıqlardan, səriştəsiz rəhbərlərdən və kütləvi informasiya vasitələrində gedən böhtan xarakterli məlumatlardan hüquqi müdafiəsi;

– dövlət aparatının saxlanması xərclərinin səmərəliliyi, çoxsaylı xidmətlərin özünü ödəmə əsasında, büdcə məsrəflərinin ümumi məbləğinin azaldılması;

– dövlət orqanlarının öz funksiyalarını yerinə yetirməsilə əlaqədar xərclər smetasının, kadrların hazırlanması üzrə kontraktlar təcrübəsinin genişləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin intensivləşdirilməsi və əmək haqlarının artırılması yolu ilə aparat işçilərinin sayının azaldılması;

– dövlət idarəçiliyi sistemində inzibati etikanın və dövlət qulluqçusu imicinin yüksəldilməsinə diqqətin artırılması.

Dövlət idarəçiliy sisteminin səmərəliliyinin yüksəldilməsi aşağıdakı problemlərin həllini tələb edir:

– dövlət qulluğunun və idarəetmə sisteminin vahidliyi prinsipinin regional səviyyələrdə pozulması hallarının aradan qaldırılması;

– dövlət və bələdiyyə xidmətlərinin qanunvericilik mexanizmlərinin qarşılıqlı əlaqəsinion işlənib hazırlanması;

– Azərbaycan Respublikasının “dövlət qulluğu haqqında” qanunun təkmilləşdirilməsi;

– dövlət qulluqçularının sosial və hüquqi vəziyyəti ilə ona tapşırılan məsuliyyətin uyğunsuzluğunun aradan qaldırılması;

– dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi;

– müasir, o cümlədən böyük miqyaslı dövlət proqram və layihələrinə uyğun olan texnologiyalardan geniş istifadə edilməsi;

– dövlət orqanlarının fəaliyyətinə vətəndaş cəmiyyəti tərəfindən hüquqi və təşkilati nəzarətin səmərəliliyinin yüksəldilməsi;

– dövlət qulluğu sferasında kadr siyasətinin səmərəliliyinin yüksəldilməsi;

– dövlət qulluqçularının hazırlanması və professionallığın inkişaf etdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi;

– dövlət qulluğunun müvafiq resurslarla təmin edilməsi.[23, səh 89]

Dövlət quluğu və dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi üçün yaxın illərdə aşağıdakı məsələlər həll edilməlidir:

– dolayı xərclərin payının azaldılması, mövcud büdcə xərclərinin artırılmaması şərti ilə birbaşa pul ödəmələri planında dövlət aparatının maliyyələşmə sisteminə yenidən baxılmsı;

– dövlət aparatı işçilərinin sayının minimum səviyyədə məhdudlaşdırılması;

– regional səviyyələrdə dövlət qulluqçularının vəzifə artımının, o cümlədən kadr ehtiyatlarının və kadrların vahid dövlət qulluğu sistemində yerdəyişməsinin səmərəli mexanizminin işlənib hazırlanması.

– dövlət qulluqçularının hazırlanmasının, peşəkarlıq səviyyələrinin artırılmasının və onların qiymətləndirilməsinin müasir infrastrukturlarının və normativ əsaslarının yaradılması;

– dövlət qulluqçularının intizam və madddi məsuliyyətə cəlb edilməsinin, həmçinin onun yerinə yetirilmə mexanizminin əsaslarının dəqiq müəyyənləşdirilməsi;

– intizam-nəzarət təşkilatlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi

Bu məsələlərin hökumət Prezident Administrasiyası dövlət hakimiyyət orqanları tərəfindən həll edilməsi dövlət qulluğunun fəaliyyətinin yaxşılaşdırılması və dövlət hakimiyyətinin bütün qollarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün əsaslı şərait yaradır.

Cəmiyyətin iqtisadi, siyasi və sosial sabitliyi – dövlət idarəçiliyinin səmərəliliyinin müəyyən edən əsas amillərdən biridir. Aydındır ki, belə olmadıqda dövlət orqanlarından qalmaqalların aradan qaldırılması və optimal qərarın seçilməsinin mümkünlüyü şəraitində maksimum çalışmaq tələb olunur. Geniş mənada stabillik anlayışı sosial mühitin dəyişməsi zamanı dövlət sisteminin öz institutlarını və əsas funksiyalarının qorunmasını təmin edir.

Siyasi və iqtisadi sistemin, həm də ictimai münasibətlərin stabilliyi ölkədə ümumi sabitliyin təminatıdır. Belə şəraitdə vətəndaşların həyat fəaliyyəti ilə əlaqədar normativ dəyərlər bazası qorunmuş olur. Cəmiyyətin stabilliyi vəziyyətində vətəndaşların tələbatları və mənafeləri daha tam nəzərə alınma imkanı əldə edir. Belə bir şəraitdə dövlət idarəçiliyinin iqtisadi və sosial tənzimlənmə mexanizmi tam istifadə olunaraq əhalinin hər cür ehtiyac, gözlənilən tələbat və mənafeləri təmin edilir. Cəmiyyətdə stabilliyin təmin edilməsi dövlət hakimiyyətinin legitimliyindən və dövlət idarəçiliyinin struktur bölmələrinin fəaliyyətinin səmərəliliyindən çox asılıdır.

Sosioloji tədqiqatlar göstərir ki, cəmiyyətdə gərginlik və münaqişələrin başlıca düyünü vətəndaşların gəlirlərinin bir-birindən kəskin fərqlənməsidir.

Beləliklə, dövlət quruculuğu sistemində dövlət idarəçiliyinin səmərəliliyi sistemin bütün səviyyələrində tələb olunan fəaliyyətdən asılıdır. Ayrıca təşkilatdan tutmuş cəmiyyətin yerli səviyyəsinə qədər, yerli səviyyədən regional səviyyəyə qədər, regional səviyyədən sosial sistemə qədər və onun siyasi təşkilatı olan dövlətə qədər. Bu səviyyələrin hər birində səmərəlilik özünün müvafiq meyarları ilə ölçülür. Bu meyarlar məqsədlərlə nəticələr arasındakı nisbəti xarakterizə etməklə idarə edənlərlə idarə olunanların mənafelərinin, məqsəd və vəzifələrinin uyğunluğu arasındakı nisbəti ifadə edir. Dövlət idarəçiliyi sisteminin səmərəliliyinin ən yüksək meyarı onun funksiyalarının tam reallaşdırılmasıdır. Onun ümumiləşdirilmiş ifadəsi – cəmiyyətin bütün üzvlərinin, bütün vətəndaşların hüquq və azadlıqlarının mənafelərini və təhlükəsizliyini təmin edən siyasi sistemin və cəmiyyətin qorunub saxlanılmasından ibarətdir.

Dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi yuxarıda göstərilənlərlə yanaşı bir sıra kompleks tədbirlərin yerinə yetirilməsini tələb edir:

– düşünülmüş məqsədlərə müvafiq kadr potensialının, maliyyə yardımının və yüksək təşkilatçılığın təmin edilməsi;

– elektron informasiya şəbəkələrindən, professional elmi nəşrlərdən və elmi-praktiki konfranslardan istifadə edərək, optimal modellərin seçilməsi;

– dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi ilə əlaqədar aparılacaq tədqiqatların prespektiv istiqamətlərinin müəyyən edilməsi;

– planlaşdırılan tədbirlərin həyata keçirilməsi üçün zəruri işçilərdən ibarət komandanın formalaşdırılması ;

– tətbiqi nəzərdə tutulan tədbirlərin planlaşdırılması və müvafiq layihələrin işlənib hazırlanması. Komandanın üzvləri layihənin həyata keçirilməsilə əlaqədar məqsədlər, miqyas, funksiyaların bölüşdürülməsi və layihənin həyata keçirilməsi ilə əlaqədar vahid fikrə gəlməlidirlər;

– layihə üzrə işin maksimal həcmi ilə əlaqədar toplanmış rəqəmlərin, informasiyaların təhlili;

– layihələrin yerinə yetirilməsinin mümkün alternativ variantlarının mütəmadi olaraq müzakirə edilməsi;

– hərtərəfli düşünülmüş qərarla layihənin nəticələrinin tətbiqi;

– layihənin nəticələrinin tətbiqinin qiymətləndirilməsi və bununla əlaqədar informasiyanın yayılması;

– layihənin bütövlükdə dövlət təşkilatlarında və dövlət istehsal birliklərində tətbiqinin müqayisəli iqtisadi səmərəliliyinin müəyyən edilməsi.

Beləliklə, dövlətin bütövlüyü və cəmiyyətin birliyi dövlət idarəçiliyinin nəticəsi kimi xalqın təhlükəsizliyinin və maddi rifah halının təmin edilməsi şəraitinin yaradılmasının əsasıdır. Buradan dövlət hakimiyyətinin və idarəçiliyinin fundamental mahiyyəti aşkarlanır.

III Fəsil. Avropa ölkələrində səmərəli idarəetmə nümunələri və müasir Azərbaycanda idarəetmənin əsas mahiyyəti

3.1.Avropa ölkələrində səmərəli idarəetmənin qabaqcıl nümunələri

Avropa ölkələrində İdarəetmə sistemlərinin qabqacıl nümunələri müxtəlif sahələr üzrə nəzərdın keçirilməsi vacibdir.

  1. Daxili sahədə: menecmentin səmərəli təşkili, işçilərin peşəkarlığının artırılması, istehsalın və xidmətin səmərəli təşkili, proseslərə düzgün nəzarət, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün təşkili, daimi təkmilləşdirmə sisteminin formalaşması və innovasiyaların təşviqi, səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sistemi, xərclərin azaldılması, risklərin azaldılması və stabilliyin yaranması, resursların səmərəli istifadəsi və ona düzgün nəzarət və s.
  2. Xarici sahədə: müştərilərin razı qalması, tərəfdaşlar və investorlar qarşısında inamın yaranması və tenderlərdə uğurlu iştirak, bazardakı dəyişikliklərə çevik uyğunlaşma imkanı, bazarlara rəqabət qabiliyyətli məhsul və xidmətlərin çıxarılması, satışın və gəlirlərin artması, ixrac potensialının artması və dünya bazarında asan ticarət imkanı, qanunvericiliyin tələblərinin yerinə yetirilməsi, marketinq siyasətinin düzgün təşkili və s.

III. 1. İSO 9001 standartının səmərəsinə dair əyani sübutlar. İSO-nun 2003-cü ildə 15 ölkədə 5000-dən çox müəssisə arasında apardığı araşdırma nəticəsində məlum olub ki, həmin müəssisələr İSO 9001 standartını tətbiq etməklə aşağıdakı səmərəli müəssisələrin sayına görə nəticələri əldə ediblər:

– keyfiyyətin yüksəldilməsi— 1000;

– düzgün prosedurlar — 1100;

– müştəri məmnunluğu — 1000;

– yüksək imic — 1000;

– xərclərin azaldılması — 600;

– məhsuldarlığın yüksəldilməsi — 700;

– vaxtında daşınma — 800;

– gəlirlərin artması — 600 və s.

İspaniyada 400 müəssisə arasında aparılan sorğunun nəticələrinə görə isə müəssisələrin əldə etdikləri səmərəli nəticələr aşağıdakı 4 əsas göstərici üzrə təsnifləşdirilmişdir:

– təchizatçılarla qarşılıqlı əlaqələrin inkişafı — 60 faiz;

– logistik xərclərin azalması — 30 faiz;

– uyğunsuzluqların azalması — 80 faiz;

– vaxtında daşınma — 58 faiz;

– idarəetməyə sərf olunan vaxtın azalması – 40 faiz.

– satışın artması — 45 faiz;

– investisiya cəlbi — 35 faiz;

– bazar payının artması — 45 faiz.

— loyallıq — təkrar alışın artması – 50 faiz;

— məmnunluğun artması — 80 faiz;

— şikayətlərin azalması-63 faiz.

– təkliflərin verilməsi — 62 faiz;

– işdə sağlamlıq və təhlükəsizlik — 60 faiz;

– komanda halında işləmək-60 faiz;

– işdən razılıq-47 faiz.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrin bir çoxunda, o cümlədən — Böyük Britaniyada ilk standartlar birliyi (Britaniya Standartlar İnstitutu; BİS) 1901-ci ildə, ABŞ-da təşkil olunan Amerika Standartlar Komitəsi (Amerika Mühəndislik Standartlar Komitəsi) 1918-ci ildə, Almaniyada Alman Standartlar Birliyi (DİN) 1917-ci ildə, İsveçdə İsveç Standartlar Komissiyası (SİS) 1922-ci ildə, Fransa Standartlar Birliyi (ANFOR) 1926-ci ildə fəaliyyətə başlamışdır.

Bir neçə il sonra standartlaşdırmanın beynəlxalq əhəmiyyətini nəzərə alan ölkələr vahid orqanın yaradılması təşəbbüsü ilə çıxış etmişlər. Nəhayət 1946-cı il oktyabrın 14-də Böyük Britaniyanın paytaxtı London şəhərində, SSRİ də daxil olmaqla, 25 ölkənin standartlaşdırma üzrə orqanlarının rəhbərləri bir araya gəlmişdir. 65 nümayəndədən ibarət konfrans iştirakçıları Beynəlxalq Standartlaşdırma Təşkilatının (İnternational Organization for Standardization – İSO) təsis edilməsi ilə bağlı qərar qəbul etmişlər.

1970-ci ildə standartlaşdırmanın dünya iqtisadiyyatında aparıcı rolunu nəzərə çatdırmaq məqsədilə İSO-nun direktoru Farux Sunter (Türkiyə) 14 oktyabrın Ümumdünya Standartlaşdırma Günü kimi qeyd olunması təklifini irəli sürmüşdür. Bu təklif dəstəklənərək, həmin günün təsis edilməsi barədə qərar qəbul edilmişdir. 1970-ci ildən dünyanın bütün elmi-texniki cəmiyyətləri 14 oktyabr tarixini Ümumdünya Standartlaşdırma Günü kimi qeyd edir.

Beləliklə, ölkəmizi idxal ölkəsindən ixrac ölkəsinə çevirmək üçün müasir iqtisadiyyatın açarı sayılan beynəlxalq standartların tətbiqini həyata keçirmək günün prioritet məsələsidir.

3.2.Azərbaycanda idarəetmə islahatlarının zəruriliyi, məqsədləri vəzifələri və prioritet istiqamətləri

Şübhəsiz ki, keçid dövrünün ən mürəkkəb məsələsi dövlət idarəetmə sisteminin islahatları olmuşdur. 90-cı illərdə post-sosialist ölkələrinin, o cümlədən Azərbaycanın siyasi, iqtisadi və sosial mühitində baş verən dəyişikliklər bir çox sahələrdə olduğu kimi dövlət idarəçiliyi sahəsində də mühüm problemləri aşkara çıxardı. O dövrdə dövlət idarəetməsinin inkişafı artıq ictimai özünüdərkin inkişafından geri qalır və çox vaxt dövlət hakimiyyəti cəmiyyətin tələbatlarının ödənilməsi sahəsindəki funksiyalarının yerinə yetirilməsini təmin edə bilmirdi. Artıq obyektiv şərait yeni düşüncə tərzi, insanların davranışının və əməkdaşlığının yeni formalarını və buna uyğun olaraq subyektiv amilin də yeni qaydada inkişaf etməsini və təşkil olunmasını tələb edirdi. İslahatların həyata keçirilməsinin zəruriliyi də qeyd olunan aspektlərlə əlaqədardır.

Keçmiş dövlət idarəetmə sisteminin əsasını mərkəzi partiya orqanları və xalq deputatları sovetləri təşkil edirdi ki, onlar da ciddi ierarxik tabeçilik prinsipi üzrə qurularaq qəbul olunan qərarlar üçün kollektiv məsuliyyət daşımaqla bütün hakimiyyət funksiyalarına inhisarı öz əlində saxlayırdı. Dövlətçiliyin yeni təməlini isə artıq başqa demokratik prinsiplər təşkil edir ki, bunlar da şəxsiyyətin hüquq və azadlıqları, mülkiyyət çoxnövçülüyü, hakimiyyət bölgüsü, xalq qarşısında məsuliyyət, çoxpartiyalılıq, hüququn, qanunların aliliyindən ibarət idi. İş üslubunun tamamilə dəyişdirilməsi tələb olunurdu. Əgər əvvəlllər nazirliklərin nümayəndələri qərarları partiya orqanlarının göstərişləri əsasında işləyib hazırlayırdılarsa, indi artıq yalnız qanunilik prinsipinə əməl olunmalı idi. Əvvəlki sistemdə məxfilik məqsəd kimi qarşıya qoyulurdusa, demokratik dövlətdə əksinə, aşkarlığın olması olduqca vacib şərtə çevrilmişdi. Başqa sözlə desək, onilliklər ərzində dövlət bütövlükdə cəmiyyətə deyil nomenklaturanın kiçik imtiyazlı qurupuna xidmət etmiş, cəmiyyətə güclü təzyiqlər göstərmişdi və buna görə də keçid dövrünün əsas məsələsi dövləti hansı yolla əhali ilə işə yönəltmək sualına cavab axtarmaqdan ibarət olmuşdur.

Beləliklə, mərkəzləşdirilmiş inzibati-amirlik iqtisadiyyatından və totalitar rejimdən bazar iqtisadiyyatına və demokratik hüquqi dövlətə keçid sosial və iqtisadi problemlərin həllinə yönəlmiş çoxşaxəli fəaliyyətlə məşğul olan bir institut kimi dövlətin rolu və funksiyalarının köklü surətdə dəyişdirilməsini tələb edirdi. Dəyişikliklərin ilkin mərhələsində müxtəlif sahələrdə dövlət nəzarətinin zəiflədilməsi aydın zərurət kimi görünürdü və belə təsəvvürlər üstünlük təşkil edirdi ki, dövlət idarəetməsinin islahatları, hər şeydən əvvəl bazar münasibətlərinin formalaşdırılmasına şərait yaratmaq üçün dövlətin iqtisadi münasibətlərə müdaxiləsinin məhdudlaşdırılmasından ibarət olmalıdır. Lakin artıq 90-cı illərin ortalarında praktika göstərdi ki, belə yanaşma həddən artıq sadələşdirilmişdir və transformasiya olunan cəmiyyətin real təlabatlarına uyğun deyildir. Təhlillər göstərmişdir ki, postsosialist ölkələrində dövlətin rolunun azaldılması eyni zamanda əsas dövlət institutlarının zəifləməsi və insan inkişafının səviyyəsinin artımı üçün həlledici əhəmiyyətə malik olduğu sahələrdə dövlətin aktiv fəaliyyətinin dayandırılması ilə müşayiət olunmuşdur. Keçid dövrünün sosial məhrumiyyətlərinin ağırlığı bir çox hallarda bu ölkələrin əhalisi üçün dözülməz həddə gəlib çatmış, zəif, səmərəsiz dövlət isə bu çətinlikləri azaltmaq və ya minimallaşdırmaq bacarığına malik olmamışdır. Keçid dövrünün paradoksu bundan ibarətdir ki, iqtisadiyyata və cəmiyyətin həyatınin bir çox sahələrinə dövlətin müdaxiləsinin nisbi azaldıldığı şəraitdə dövlətin potensialının gücləndirilməsi ən vacib və təxirəsalınmaz məsələlərdən birinə şevrilir. Başqa sözlə desək, yeni şəraitdə dövlətin qarşısında duran məsələlər onun səmərəliliyinin artırılmasını tələb edirdi.

Mərkəzi və Şərqi Avropa ölkələrinin, MDB dövlətlərinin təcrübəsi göstərir ki, dövlətin rolunu vəzifələrinin dəyişdirilməsi onun zəifləndirilməsi və ya sadəcə ixtisar olunduğu hallarda deyil, onun demokratik potensialının inkişaf etdirildiyi, xüsusi halda dövlət idarə etmə sisteminin çox cəhətli və sistemli islahatlarının aparıldığı hallarda demokratik dəyişikliklər daha uğurlu olmuş və bu mürəkkəb prossesin sosial məsrəfləri daha az olmuşdur.

Hazırki dövrdə idarəetmə islahatlarının keçirilməsinə tələbat bir sıra amillərlə müəyyən olunur: sosial problemlərin daha yaxşi həll olunması, ölkənin iqtisadi inkişafında özəl sektorun rolunun daha da gücləndirilməsi, dövlət budcəsinə yüküun ağırlaşması, yoxsulluğun azaldılması,regionların inkişafı, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunmaq niyyətləri, informasiya texnologiyalarının inkişafı, ölkələr arasında investisiyalar, bazarlar ve intellektual kapital uğrunda rəqabətin güclənməsi va s. İnzibati idarəetmə sisteminin inkişafını təmin etmək üçün hökumətin gələcəyə yönəlmiş milli inkişaf siyasətini işləyib hazırlamaq qabiliyyətini gücləndirmək, dövlət siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq fəaliyyətin və resursların planlaşdırılmasını təmin etmək, hökumətin işinin planlaşdırılmış nəticələrə uygun olaraq qiymətləndirilməsinə nail olmaq, dovlət təşkilatlarınin rəhbərlərinin müstəqilliyinin genişləndirilməsi və təşkilatın işinə görə onların məsuliyyətinin artırılması, dövlət qulluqçularının peşəkarlıq kefiyyətlərinin, stimullaşdırma sisteminin ve etik normalara uyğunluğunun yaxşılaşdırılması tələb olunur. Qeyd olunanlar ölkəmizdə böyük uğurla həyata keçirilir.

Azərbaycanda idarəetmə islahatlarının əsas məqsədləri aşağıdakılardır:

– Qanunvericilik sahəsindəki islahatlar kompleks şəkildə həyata keçirilməsi və hakimiyyətin bölgüsü prinsipinin reallaşdırılmasını, hakimiyyət qollarının razılaşdırılmış qarşılıqlı fəaliyyətini, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunmasının təmin etməsi.

– İslahatlar dövlət idarəetməsinin səmərəliliyini və şəffaflığını təmin etməlidir. Səmərəli və şəffaf dövlət idarəetməsinin yaradılması siyasi, sosial və iqtisadi sahələrdə həyata keçirilən islahatlarada yeni təkan verəcəkdir. Bu, eyni zamanda dövlət hakimiyyətinin bölgüsünü, ictimai və xüsusi xarakterli məsələlərin səmərəli və ədalətli həllində onların razılaşdırılmış qarşılıqlı fəaliyyətinə əsaslanan demokratik, plüarist və açıq idarəetmə sisteminin formalaşdırılması.

– İslahatlar çərçivəsində hakimiyyətin qeyri-mərkəzləşdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilməsi . Bu da dövlət resurslarından səmərəli və rasional istifadə üçün imkanlar yaradır. Qeyri-mərkəzləşdirmə və idarəetmə aparatının ölçülərinin azaldılması prosesləri qərarların qəbulu və icrası üçün zəruri olan funksional vəzifələrin uyğun səlahiyyətlərlə qarşılıqlı əlaqələndirilməsi. Xidmətlərin göstərilməsi vəzifəsi bunu təmin edə biləcək və əhaliyə ən yaxın olan səviyyəyə ötürülməsi. Funksiyaların sahə nazirliklərindən və təşkilatlarından ərazi idarəetmə orqanlarına və ya yerli özünüidarəetmə orqanlarına ötürülməsi dövlət idarəetmə orqanlarında strukturların, səlahiyyətlərin və funksiyaların təkrarlanmasının qarşısının alınması.

– Dövlət idarəetməsi islahatlarının gedişində dövlət orqanları sistemi təkmilləşdirilir,peşəkar dövlət qulluğu sistemi inkişaf etdirilir, İslahatlar dövlət qullugunun peşəkarlığının, səmərəliliyinin, hesabatlılığının artmasına gətirib çıxarmışdır. Dövlət aparatına ictimai inam əsasən dövlət qulluçularının hesabatlılığından, həmçinin dövlət idarəetməsi sahəsində qərarların qəbulu prosesinin şəffaflığından asılı olur. Dövlət qulluğunun ictimai məsuliyyəti və şəffaflığı islahatların keçirilməsinin zəruri şərti olub son nəticədə dövlət idarəetmə sisteminin səmərəliliyinə zəmanət verir. Peşəkar, səriştəli və stabil dövlət qulluğu yaradılmadan səmərəli dövlət idarəetmə sistemi təşkil etmək mümkün deyildir. Odur ki, peşəkar dövlət qulluğunun yaradılması prosesində ilk addım isə ixtisasın və peşəkar səriştənin təkmilləşdirilməsi, etik normalara əməl olunması.

– İslahatlar dövlət idarəetməsinin səmərəliliyini artırmaqla yanaşı ölkənin siyasi, sosial və iqtisadi inkişafının mühüm amilləri olan demokratik institutların hərtərəfli inkişafını təmin etməlidir. Dövlətin iqtisadi və siyasi məsuliyyəti yalnız inkişaf etmiş demokratik institutların mövcud olduğu şəraitdə yaranır ki, bu institutlar dövlətin cəmiyyətlə sıx əlaqələrini təmin edir, dövlətin diqqətini cəmiyyətin tələbatlarına yönəldir. Demokratik institutlar digər strukturlarla birlikdə həyata keçirilən islahatların uğur qazanması üçün məsuliyyət daşıyırlar. Demokratik institutlarla əməkdaşlıq strategiyası qeyri-hökumət təşkilatlarının, yerli icmaların, müstəqil kütləvi informasiya vasitələrinin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara (həmçinin dövlət orqanlarının elektron informasiya sistemlərindən istifadə etməklə) çıxışın genişləndirilməsindən ibarətdir. Odur ki, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, ictimai hərəkatlar, birliklər və kütləvi informasiya vasitələri kimi demokratik institutlar üçün dövlət orqanlarının fəaliyyəti ilə bağlı açıq diskusiyaların aparılmasına, dövlət idarəetmə qərarlarının qəbulu, icrası və monitorinqində, nəticələrin qiymətləndirilməsində iştirak etmək üçün şəraitin yaradılması.

– İslahatlar Azərbaycanda davamlı iqtisadi artıma və səmərəli bazar iqtisadiyyatının formalaşdırılmasına şərait yaratmışdır. Bu, mövcud insan, təbii, maddi və material resurslarından daha yaxşı istifadə etməyə, yoxsulluğu əhəmiyyətli dərəcədə azaltmağa imkan vermişdir. Bazar iqtisadiyyatında başlıca rolu özəl sektor oynamalı, bu sahədə dövlətin rolu isə ilk növbədə özəl sektorun fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. Dövlət xərclərinin azaldılması onların səmərəliliyinin artırılması ilə eyni vaxtda baş verməli, vəsaitlər yalnız dövlət xidmətlərinin özəl sektor tərəfindən əvəz oluna bilmədiyi sahələrdə cəmləşdirilməlidir. Nəzərdə tutulan məqsədlərə nail olmaq üçün institutsional islahatlar həyata keçirilməli, vətəndaş cəmiyyətinin, özəl sektorunun və xarici investorların təşəbbüskarlığını stimullaşdırmaq üçün əlverişli şərait yaradılmışdır. Odur ki, islahatlar iqtisadiyyatın real sektorunda məşğulluq səviyyəsinin yaxşılaşmasına, əhalinin gəlirlərinin artmasına və yoxsulluğun azaldılmasına yardım etməlidir.

Bunları nəzərə alsaq Azərbaycanda dövlət idarəetməsinin islahatlarının başlıca vəzifəsi kimi aşağıdakıları qeyd etmək olar:

– dövlət idarəetmə orqanlarının xalq qarşısında cavabdehliyinin, şəffaflığının və hesabatlılığının təmin edilməsi;

– dövlət qərarlarının qəbulu prosesinə ictimaiyyətin cəlb olunması;

– hökumətin işində dövlətin inkişafının strateji planlaşdırılması sisteminin tətbiq edilməsi;

– konkret məqsədlərə nail olmağa yönəlmiş dövlət idarəetmə sisteminin qurulması;

– resursların prioritet məsələlərin həllinə cəmləşdirilməsi;

– dövlət xidmətlərinin göstərilməsi üçün rəqabət şəraiti yaratmaqla onların keyfiyyətinin yüksəldilməsi və s.

Dövlət idarəetmə islahatlarının həyata keçirilməsi ilə bağlı iki əsas yanaşma mövcuddur ki, onların arasında fərq əsasən şərtidir və çox vaxt bir-birini tamamlayırlar. Yanaşmalardan biri (praktiki olaraq Azərbaycanda hazırda reallaşdırılan) funksiyaları və iş metodlarını təkmilləşdirmək yolu ilə mövcud çatışmazlıqların tədricən aradan qaldırılmasından, digəri isə cəmiyyətin gələcək tələbatlarını nəzərə almaqla strateji məqsədlərə nail olmaq üçün dövlət idarəetməsinin inkişaf strategiyasının işlənib hazırlanmasından ibarətdir (doğrudur, Azərbaycanda dövlət idarəetmə sisteminin islahatlarının ilk konsepsiyası 1999-cu ildə işlənib hazırlanmışdır, lakin bu sənəd rəsmi şəkildə təsdiq olunmamış və tam həcmdə reallaşdırılmamışdır). Sonuncu halda dövlətin cəmiyyətin inkişafının müasir meyllərinin təhlil olunması, dünya təcrübəsinin ümumiləşdirilməsi tələb olunur ki, bu da müasir dövrdə dövlət idarəetməsinin parametrlərinin müəyyənləşdirilməsinə imkan verməlidir.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycanda dövlət idarəetmə sisteminin islahatlarının ilk konsepsiyası 1999-cu ildə işlənib hazırlanmışdır. Lakin ötən müddət ərzində yeni konsepsiyanın və strategiyanın işlənib hazırlanmasına ehtiyac yaranmışdır. Bu gün və Azərbaycan şəraitində dövlət idarəetmə islahatlarına milli resurs kimi baxmaq olar ki, bu da ondan cəmiyyətin maraqları baxımından şüurlu və düşünülmüş şəkildə istifadə olunmasını tələb edir. İslahatlar yolu ilə səmərəli dövlət idarəetmə sisteminin yaradılması Azərbaycanın stabil və balanslaşdırılmış (tarazlı) inkişafının, onun beynəlxalq aləmdə rəqabət qabiliyyətliliyinin və ictimai rifahının yüksəldilməsinin, Avropaya və dünyaya inteqrasiya olunmasının sürətləndirilməsinin başlıca şərtidir. Buna görə də fikrimizcə, Azərbaycanda dövlət idarəetmə islahatlarının elə konsepsiya və strategiyası işlənib hazırlanmalıdır ki, onun reallaşdırılması əsas parametrlərinə və fəaliyyətin nəticələrinə görə respublikamızı əksər inkişaf etmiş ölkələr səviyyəsinə çatdıra bilsin.

Dövlət idarəetmə islahatlarının məqsədi bir tərəfdən ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən mövcud dövlət idarəetmə sistemini əhəmiyyətli dərəcədə yenidən qurmaqdan, digər tərəfdən isə Azərbaycanın suveren dövlət kimi hələ yaratmadığı bir sıra dövlət idarəetmə institutlarının yaradılması və inkişaf etdirilməsindən ibarətdir. İslahatların məqsədi tədricən dövlət idarəetməsinin elə sisteminin yaradılmasından ibarətdir ki, bu sistem Azərbaycanda sosial stabilliyə, inkişaf etmiş mədəniyyətə və demokratiyaya, yüksək həyat səviyyəsinə malik hüquqi, demokratik dövlətin formalaşdırılması prosesini başa çatdırmağa imkan versin. İslahatların məqsədi həm də elə dövlət idarəetmə sistemi yaratmaqdan ibarətdir ki, bu sistem insanların tələbatlarına və istəklərinə yaxın olsun, onun fəaliyyətinin başlıca prioriteti xalqa, milli maraqlara xidmət etməkdən ibarət olsun. Belə dövlət idarəetmə sistemi xalq qarşısında hesabat verməli, şəffaf, səmərəli və elmi əsaslarla qurulmalıdır. Beləliklə, islahatlar prosesində elə tədbirlər həyata keçirilməlidir ki, onlar elmi və resurs cəhətdən əsaslandırılmış olmaqla Azərbaycanın unitar dövlət quruluşuna, dövlət aparatının struktur islahatlarına, dövlət orqanlarının fəaliyyəti üzərində müxtəlif nəzarət formalarının yaradılmasına, onların vətəndaşlarla, ictimai birliklər, siyasi partiyalar və bütövlükdə cəmiyyətlə əlaqələrinə uyğun olan vahid dövlət sisteminin islahatlarının başa çatmasına gətirib çıxara bilsin. Buna görə də islahatları uğurla davam etdirmək üçün dövlət idarəetmə sisteminin bütün əsas elementlərini, institutlarını və cəhətlərini əhatə edən, elmi-praktiki cəhətdən dəqiq əsaslandırılmış yeniləşdirmə modeli kimi tələb olunur ki, bu da öz əksini islahatların Konsepsiyasında tapmalıdır.

Konsepsiya islahatların məqsədlərini, başlıca istiqamətlərini, metod və vasitələrini müəyyənləşdirməlidir. Onun məzmunu icra hakimiyyəti orqanları sisteminin struktur quruluşunu və fəaliyyətini optimallaşdırmağı nəzərdə tutmaqla, onların qanunvericilik və digər normativ-hüquqi aktların passiv icraçısından dövlət siyasətinin işlənib hazırlanması və reallaşdırılmasının səmərəli siyasi mexanizminə çevrilməsini, iqtisadi və sosial islahatların sürətləndirilməsi yolu ilə dövlət və ictimai əhəmiyyətli proseslərin idarəolunma səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin edəcək qarşılıqlı razılaşdırılmış tədbirlər kompleksindən ibarət olmalıdır. Burada başlıca məsələ icra hakimiyyəti sistemində və dövlət qulluğu sahəsndə struktur, funksional dəyişikliklərin prioritetlərini müəyyən etmək və onun reallaşdırılmasına kömək edəcək şəraitin yaradılmasından ibarətdir.

Azərbaycan Respublikasında qanunvericilik və icra hakimiyyətləri tərəfindən aparılan islahatların prioritet istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

– dövlətin sahibkarlıq subyektlərinin iqti­sadi fəaliyyətinə müdaxiləsinin məhdudlaşdırılması, o cümlədən izafi dövlət tənzimlənməsinin dayandırılması;

– icra hakimiyyəti orqanlarının təkrar edilən funksiya və səlahiyyətlərinin ləğv edilməsi;

– iqtisadiyyat sahəsində özünütənzimləyən təşkilatlar sisteminin inkişafı;

– iqtisadi fəaliyyətin, nəzarət və yoxlamanın tənzimlənməsi dövlət əmlakının idarəedilməsi funksiyalarının ayrılması və dövlət təşkilatlan tərəfindən vətəndaşlara və hüquqi şəxslərə xidmət göstərilməsi;

– ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları arasında səlahiyyət bölgüsünün müəyyənləşdirilməsi.[33]

2005-ci ildə Dövlət Qulluğu məsələləri üzrə Komissiya yaradılmış və bu qurum 2006-cı il yanvarın 16-dan etibarən TASİS (Avropa İttifaqı) ilə birgə «Azərbaycanda dövlət qulluğu sahəsində islahatlara dəstək» adlı birgə layihə hazırlayıb həyata keçirmişdir. Qanunçuluq, aşkarlıq, şəffaflıq, nəzarət və səmərəlilik prinsiplərinə əsaslanan hərtərəfli inzibati islahatlar, strategiyanın tətbiqinə və inkişafına yönələn bu layihənin əsas məqsədi -Azərbaycanda dövlət qulluğunun idarəolunma üslubuna, üsul və metodlarına, kadr təminatına dəyişikliklər etməklə beynəlxalq stantdartlara uyğun müasir və səmərəli dövlət qulluğu strukturunu yaratmaqdan ibarət olmuşdur. Layihə, həmçinin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin səmərəli təşkili, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi istiqamətinə öz töhfəsini vermiş və bu gün də verməkdədir.

DQMK dövlət idarəçiliyi sahəsində kadrların hazırlanması və yerləşdirilməsi məqsədi ilə bir sıra normativ sənədlər qəbul etmişdir ki, onlar günümüzün reallığını özündə yaxşı əks etdirməklə inzibati sahədə islahatların aparılmasında mühüm rol oynayırlar. Belə sənədlərə «Müsabiqə şəffaflığının artırılmasına dair tələblər» (17 oktyabr 2007-ci il), «Söhbət qrupunun üzvlərinin davranışına dair» (17 oktyabr 2007-ci il), «Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi qaydaları» (7 fevral 2008-ci il), «Dövlət orqanlarında inzi­bati vəzifələrin altıncı-doqquzuncu təsnifatına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrlarının formalaşdırılması qaydaları» (30 aprel 2008-ci il), «Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi qaydaları» (1 oktyabr 2009-cu il) və s. nümunə göstərmək olar.

Yuxarıda deyilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, inzibati dəyişikliklərin yeni əsaslarının axtarışı Konstitusiya qəbulundan sonrakı siyasi, hüquqi və mədəni islahatların aparılmasının bütün dövrlərində müşahidə olunmuşdur. Dövlət idarəçiliyi sahəsində inzibati islahatların aparılmasının ən aktiv dövrü 2000-ci ildən sonrakı dövrə təsadüf edir. Məhz bu illərdə Azərbaycan Respublikasında dövlət idarəçiliyinin səmərəliliyinin radikal şəkildə artırılması məqsədilə ic­ra hakimiyyətində köklü dəyişiklilklər aparılmış, paralel strukturlar ləğv edilmiş, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində mühüm işlər görülmüşdür.

Yeni inzibati islahatların xarakterik xüsusiyyəti və prioritet istiqaməti cəmiyyət həyatının bütün sahələrinə hüquqi normalar çərçivəsində nəzarət edə bilən güclü icra hakimiyyətinin yaradılmasıdır. Gələcək islahatların əsası kimi bu gün Azərbaycan dövləti üçün ənənəvi olan oriyentirlər seçilmişdir: möhkəm dövlət, zəngin vətəndaş, sosial həmrəylik. Güclü dövlət yaratmaq ideyasının tərəfdarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: «Bu gün biz dünyada hörmət qazanmış ölkəyik. İnsanların həyat şəraitinin günbəgün yaxşılaşdığı ölkəyik, özü də bütün bunlar bizim əhalimizin 1 milyon qaçqın-köçkün olduğu bir şəraitdə baş verir. Bildiyiniz kimi, Ermənistanın bizim ölkəyə qarşı təcavüzü nəticəsində ərazimizin bir hissəsi işğal olunmuşdur. Bu, dünyanın, sayı ilə müqayisədə qaçqın-köçkünlərin ən yüksək faiz təşkil etdiyi ölkədir»

Qeyd edək ki, Azərbaycan torpaqlarının bir hissəsi bu gün işğal altında olduğundan, 1 milyona yaxın Azərbaycan vətəndaşı məcburi köçkün həyatı yaşadığından güclü dövlət hakimiyyətinə ciddi ehtiyac vardır. Azərbaycan iqtisadiyyatı gücləndikcə dövlətin sosial oriyentasiyası da genişlənir. Lakin bu dövlət totalitar mənada deyil, müasir anlamda, dünyanın bu gün qəbul etdiyi mənada güclü olmalıdır, yəni o, demokratik, sözün əsl mənasında, hüquqi, sosial dövlət olmalıdır. Bu dövlətin ali məqsədi Konstitusiyamızın 12-ci maddəsində qeyd edildiyi kimi, insanın hüquq və azadlıqlarının qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi olmalıdır.Fərəhli haldır ki bu istiqamətdə ciddi uğurlar əldə edilmişdir.

Nəticə

Beləliklə, problemin nəzəri və metodoloji əsasları və anlayışları, dövlət idarəçilik nəzəriyyəsinin metodoloji əsasları nəzərdən keçirildi. Səmərəli dövlət idarəetməsinin prinsipləri, meyarları və amilləri təhlil edildi, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsinin Avropa prinsipləri tədqiq olundu.

Bundan əlavə, idarəetmə prosesində səmərəliliyin qiymətləndirlməsi və müasir Azərbycanda idarəetmə islahatlarının əsas istiqamətləri, ölkəmizdə dövlət idarəetməsində səmərəlilik probleminin vəziyyəti, idarəetmə islahatlarının zəruriliyi, məqsədləri, vəzifələri və prioritet istiqamətləri təhlil edildi.

Qeyd edək ki, iqtisadiyyatın səmərəlilik meyarı müxtəlif iqtisadi sistemlərdə müxtəlif cür qiymətləndirilir. Bazar iqtisadiyyatında səmərəlilik konsepsiyası bazarların resursları nə qədər yaxşı yerləşdirməsini qiymətləndirmə meyarı kimi istifadə olunur.

Sonda aşağıdakı nəticələr əldə olundu:

  1. Səmərəli dövlət idarəetməsinin prinsiplərini problemi dövlət idarəetməsinin efektli fəaliyyətinin təmin edilməsinə təsir edən amillər və bu idarəetmənin qiymətləndirməsi meyarları vəhdətdə nəzərdən keçirilməlidir. Onları bir birindən ayırmaq və ayrılıqda təhlil etmək məqsəduyğun deyildir.
  2. Dövlət idarəetməsi prinsipləri [ümumsistem və struktur-funksional prinsiplər, xüsusi və təşkilati-texnoloji prinsiplərvə və s.] ölkədə demokratiklik şəraitinin və demokratik qanunların mövcudluğu ilə şərtlənir.
  3. Ölkədə həyata keçirilən islahatlar səmərəli dövlət idarəetməsinə istiqamətlənməli və strateji məqsəd idarəetmə sisteminin təkmilləşdirilməsi olmalıdır.
  4. Səmərəli dövlət idarəçiliyinin Avropa prinsipləriniə nail olunması yalnız demokratik qanunların qəbul edilmməsi ilə şərtlənmir. Burada ən əsas məqamlardan biri bu prinsiplərin fəaliyyət mexanizminin mövcud olmasıdır.

gələcəkdə «effektiv dövlət» anlayışına vətəndaş cəmiyyəti atributlarının da daxil edilməsi ən vacib məsələlərdəndir. Çünki yüksək vətəndaş cəmiyyəti quruculuğuna nail olan dövlət daha qüdrətli və ədalətli olur.

  1. Dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsi üçün dövlət qulluğunun prinsipləri, idarəetmə heyəti ilə işin prinsipləri, dövlət idarəetməsinin informasiya təminatı prinsipləri, dövlət idarəetməsinin texnologiyalaşdırılması prinsipləri, inzibati proses prinsipləri və s. fərqləndirmək olar. Burada bir şeyi nəzərə almaq lazımdır ki, dövlət idarəetməsinin bu prinsipləri ümumsistem və struktur prinsiplərinə zidd olmamalı və dövlət idarəetməsinin tamlığının möhkəmləndirilməsinə xidmət etməlidir.

Yeri gəlmişkən qeyd edək ki, müxtəlif ölkələrin dövlət idarəçiliyinin keyfiyyət göstəricilərinin və onların tədricən yaxşılaşmasının monitorinqi dövlət idarəçiliyi mexanizmlərinin təkmilləşdirilməsi sahəsində ən əsas məsələdir. Lakin bu, sadə məsələ deyil, belə ki, dövlət idarəçiliyi məsələlərinin bir çox aspektləri var və hər aspekt üzrə göstəricilərin ölçülməsi müəyyən çətinliklərlə bağlıdır.

Beləliklə, dövlət idarəetməsinin əsas prinsipləri yalnız o zaman demokratik xarakterli ola bilər ki, ölkədə demokratik cəmiyyətin bərqərar olması təmin edilsin. Bu prinsiplərdən [ümumsistem və struktur-funksional prinsiplər, xüsusi və təşkilati-texnoloji prinsiplər və s.] hansılar daha önəmlidir sualını irəli sürmək absurddur. Demokrtik cəmiyyət üçün xarakterik olan bu prinsiplərə vəhdətdə əməl olunmalıdır və onlardan hər biri digərinin inkişafına mane olmamalı və onun inkişafına təkan verməlidir. Yalnız belə olan halda bəşəriyyətin ən böyük dəyərlərindən olan əsl demokratik cəmiyyətə nail olmaq olar.

ƏDƏBİYYAT

1.Azərbaycan Respublikasının Konstitusiyası, Bakı 1995

2.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanı.

  1. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasınn Qanunu, Bakı, 21 iyul 2000;

4.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu., Bakı, 31 may 2007.

5.“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı.

6.İlham Əiyev. İnkişaf məqsədimizdir. IV kitab.Bakı., Azərnəşr., 2009. -400 s.

7.İlham Əiyev. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxış. Bax.://Dövlət idarəçiliyi. Nəzəriyyə və təcrübə., N:4 (56)., səh.8.

8.Mehdiyev R Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti., Bakı., 2008.-215 s.

9.Abdullayev E.İ., Hüseynova N.Ş. Dövlət qulluğu. B.: ABU, 2007

10.Ələkbərov Ə., İbrahimov F. Menecment. Ali məktəblər üçün dərslik., Bakı., 2004. S. 14

  1. “Dövlət idarəçilik nəzəriyyəsi”. Dərslik., Bakı., 2010., “Elm və təhsil”, -552 s.

12.Ronald Y. Azadov E. Dövlət idarəetməsində islahatlar: nailiyyətlər, problemlər, prespektivlər.Bakı, 2005, 340 s.

13.Məmmədov F.T. İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi. Bakı. 2013, Apostrof, 672 s

14.Hüseynova X.Regional idarəetmə proqramları: nəzəri və praktik məsələlər, Bakı, “Ozan”., 2012, 224 s.

15.Nuruyev Ə. Regional idarəetmənin əsasları

16.Rzayev Ə.H. Azərbaycan Respublikasında dövlət qulluğu: nəzəriyyə və praktika. – B.: Elm, 2005

Xaric dildə

17.Мэннинг Н. Реформа государственного управления: международный опыт, М., Изд-во «Весь Мир», 2003, 127 c.

  1. Социальные технологии: толковый словарь, 2-е изд., М., 1995, c. 45.
  2. Бурганова Э. О. Внедрение ключевых показателей эффективности // Персонал Микс, 2005, № 6, c. 6-16
  3. 20. Бутова Т. В., Щукин И. А. Современные методы повышения эффективности государственного управления, http://www.sociosphera.com

21.Асеев В.Г. Мотивация профессиональной деятельности государственных служащих. // Психология и акмеология профессиональной деятельности кадров государственной службы. М.: РАГС, 1998. – С. 8-27.

22.Атаманчук Г.В. Государственное управление.- М., 2000 c.204

23.Атаманчук Г.В Теория государственного управление, М., 1997

  1. Василенко И. А. Государственное и муниципальное управление; Юрайт,2011. – 416 c.
    25. Кушлин В. И. Государственное регулирование экономики; Экономика, 2013. – 496 c.
  2. Пронкин, С.В. и др. Государственное управление зарубежных стран; М.:
  3. 27. Литвак Борис Государственное управление. Лучшие мировые практики; Синергия, 2012. – 224 c.
    28. Холопов В. А. Государственное и муниципальное управление; Феникс,2013. – 368 c.
    Глазунова Н.И. Система государственного управления. М., 2002. – 453 с.
  4. Dulman G.A. Good public servant, who doesn’t exist // Rossiiskaja Gazeta, 2005, November

İnternet resursları

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

• Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”;

• Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli,935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”;

• Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”

• “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunu;

İstinad edilən normativ hüquqi-aktlar

• Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”

• Əmək Məcəlləsi

• Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrləri, təlimat xarakterli sənədləri və s.

KARGÜZARLIĞIN TƏŞKİLİ MƏSƏLƏSİ

• Yerli təhsili idarəetmə orqanlarında və təlim-tərbiyə müəssisələrində kargüzarlıq işinin aparılmasına və vətəndaşların müraciətlərinə baxılmasına dair zona müşavirələrin(treninqlərin) keçirilməsi barədə Təhsil nazirliynin 27.10.2015-ci il tarixli 1024№-li əmrinə əsasən keçirilmiş müşavirələrdən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi treninq keçirildi.

• Müəssisələrdə sənədlərlə işləmə prosesi, sənədlərin hazırlanması, onların qəbulu, təsnifatı, icra üçün verilməsi, icrasına nəzarətin aparılması , ümumiyyətlə kargüzarlığın təşkili məsələsinə geniş yer verilir.

• Müəssisədə işin təşkili sənədlərin düzgün aparılmasından çox asılıdır. Sənədləşmə idarəetmənin əsasını və hərəkət formasını təşkil edir.

• Bu sahədə çoxlu problemlər,çətinliklər meydana çıxmışdır.Bu çətinliklərin mövcud olması, iş prosesinin gedişinə mənfi təsir göstərir və idarəetmə sisteminin fəaliyyətini zəiflədir.

• İdarəetməninin inkişafının formalaşdırılması sənədlərin hazırlanmasından, sənədləşdirmədən, sənədlərlə işin təşkilindən birbaşa asılıdır.

Kargüzarlıq prosesının gedişi qanunlarla, normativ aktlarla, vahıd dövlət kargüzarlıq sistemi ilə və xidməti sənədlərin hazırlanmasın-da istifadə olunan dövlət standartları ilə tənzimlənməlidir.

• Kargüzarlıgın texniki təşkilli və onun aparılmasının mədəni səviyyəsi müəssisənin idarəetmə fəaliyyətinə müsbət təsir göstərir.O,sadə və çevik olmalıdır.Sənədlərin hazırlanması zamanı səliqəli və diqqətli olmaq tövsiyə edilir.

• Müəssisələrdə kargüzarlıq işi kortəbii şəkildə deyil, normativ sənədlər əsasında aparılır. Qısa tərif versək, kargüzarlıq idarəetmə prosesində idarəetmə funksiyasını yerinə yetirən sənədləşdirilmə və sənədlərlə işin təşkilinə deyilir.

• Sənədlərin tərtibindən başlayaraq icrası başa çatdırılanadək olan dövr sənəd dövriyyəsi adlanır. Hər bir idarənin öz xüsusiyyətinə uygun olaraq sənədləşmə aparılır. Kargüzarlıq işi elmi əsaslar üzərində düzgün qurularsa, heç bir rəsmiyyətçiliyə və süründürməçiliyə yol verilməz.

Kargüzarlığın anlayışı və mahiyyəti

• “Kargüzarlıq” dedikdə, dövlət aparatında və müəssisələrdə sənədlərlə işləmə prosesi, sənədlərin hazırlanması, onların qəbulu, təsnifatı, icra üçün verilməsi, icrasına nəzarətin aparılması, sənədlərin saxlanması kimi başa düşülür. Kargüzarlıq işləri kortəbii şəkildə deyil, normativ sənədlər əsasında aparılır. Kargüzarlıq idarəetmə prosesində idarəetmə funksiyasını yerinə yetirən sənədləşdirmə və sənədlərlə işin təşkilinə deyilir.”Kargüzarlıq” sözü “kar” – iş, “güzar” – görmək, yəni idarəetmədə dəftərxana işlərini görmək sözündən ibarətdir:

Təşkilatlarda kargüzarlıq işinin aparılması, dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar tərəfindən həyata keçirilməsi:

• Kargüzarlığın aparılması işi bu məqsəd üçün ayrılan əməkdaşlar tərəfindən həyata keçirilir və rəsmiləşdirilir.

• Kargüzarlığın aparılmasına nəzarət təşkilatın rəhbərliyi tərəfindən həyata keçirilir.

• Tabe müəssisələrdə kargüzarlığın aparılması qaydalarına riayət olunmasına nəzarət, onun tabe olduğu orqan tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli,935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təlimata 10 nömrəli əlavə

Daxil olan sənədlərin qeydə alınması kitabı

Sənədin daxil olma tarixi və nömrəsi Sənədi göndərən Sənədin tarixi və nömrəsi Sənədin qısa məzmunu Kim baxmışdır və dərkənar İcraçı Alınma barədə imza və tarix Sənədin kargüzarlıq xidmətinə qaytarılması tarixi Sənədin saxlandığı işin nömrəsi, vərəqlərinin sayı

Qeydiyyat vərəqəsinin nümunəsi
QEYDİYYAT VƏRƏQƏSİ (üz tərəfi)
Təşkilatın adı
Sənədin nömrəsi _______________və Kargüzarlıq xidmətinə daxilolma №-si
tarixi «____» _____________ il «____» _____________ il
______________________________________________________________________________________
Sənədin qısa məzmunu
Kimə göndərilmişdir. Dərkənarın müəllifi və məzmunu Sənədin forması, növü, vərəqlərinin,
barədə əlavələrinin sayı, müşayiət məktubu
(arxa tərəfi)
__________________________________________________________________________
İcranın gedişi
__________________________________________________________________________
İcranın nəticələri
Sənədlərin hazırlanmasına dair tələblər

• Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin (qərarlar, sərəncamlar, əmrlər) yaranması üçün hüquqi əsasları olmalıdır.

• «İşlətmək üçün kağız formatları» — 9327 — 60 dövlətlərarası standart üzrə A4 (210×297 mm) və A5 (210×148 mm) formatlı blank və kağızlardan istifadə edilir.

• Sənəd dövriyyəsi böyük olan təşkilatlarda ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilir və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s.) yazılır.

• İki və ya daha artıq təşkilat adından hazırlanan sənədlər blanksız tərtib edilir.

• Sərəncam mahiyyətli sənədlər üçün blanklar «Sərəncam sənədləri sistemi. Formulyar-nümunə» — 6.38-90 dövlətlərarası standart üzrə hazırlanır.

• Blanklar 1 nömrəli ağ yazı kağızından hazırlanmalıdır. Müstəsna hallarda açıq rəngli, zəif boyalı kağız işlətməyə yol verilir.

• Təşkilatlarda tez-tez təkrarlanan birtipli sənədlər (bildiriş, məktub və s.) tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər.

Təşkilat blankının nümunəsi

Azərbaycan Respublikası Dövlət gerbinin təsviri («Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
Poçt indeksi _________, Bakı şəhəri,
__________________________küç., _____,
«___» ______________ ______il Tel: ______________________________
Faks:_________________________
Elektron poçtu _____________________________
№ ___________

• Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəlli Fərmanı ilə təsdiq edilmiş” Dövlət hakimiyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparıması dair” təlimata əlavə və dəyişikliklər edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”qüvvəyə minmişdir.

• Bakı Şəhəri üzrə Təhsil İdarəsində, həmçinin Təhsil İdarəsinin tabeliyində olan bütün müəssisələrdə kargüzarlığın Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun şəkildə aparılması təmin edilmişdir.

SƏNƏDLƏRİN HAZIRLANMASI ÜÇÜN ÜMUMİ TƏLƏBLƏR

• 7. 9327-60 dövlətlərarası standart üzrə A5 formatlı sənədlərin mətni bir sətirarası intervalla, mətbəə üsulu ilə nəşr edilən sənədlərin mətni iki sətirarası intervalla, qalan sənədlərin mətni isə bir yarım sətirarası intervalla çap edilməlidir.

• 8. Sənədin hər abzasının birinci sətri sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilməlidir.

Sənədin mətni
Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər

• 1.Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədi ilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsi ilə həyata keçirilir.

• 2. Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır.

• İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, soyadı və adı daxildir.

• 3.Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir (məsələn: Direktor (imza) (adı və soyadı).

• 4. Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə göstərilir (məsələn:

• 350№li məktəbin direktoru (imza) (adı və soyadı) (tarix)

• 5.Təşkilatlara göndərilən sənədlər göndərən təşkilatın rəhbəri və ya onun müavinləri tərəfindən imzalanır.

• 6.Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanmalıdır.

7.Əgər sənədi imzalamalı olan şəxs yoxdursa, sənəd onun müavini və ya vəzifəsini icra edən şəxs tərəfindən imzalanmalıdır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi «əvəzinə» sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.

8. Əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə lazımi hallarda başqa sənədlərə imza qoyulması ilə bərabər Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür vurulur.

9. Möhür vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır
Göndərilən sənədlər

Göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir:

I. sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı yazılır;

II. sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya onun struktur bölməsinin adı yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikasının Təhsil Nazirliyinə);

III. sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikası Təhsil Nazirliyinin ___________________ (struktur bölməsinin rəhbəri) cənab________________);

IV. Məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin nömrəsi) tam şəkildə göstərilir.

V. Əgər sənəd fiziki şəxsə göndərilirsə, əvvəlcə onun poçt ünvanı, sonra soyadı və adı göstərilir. Təşkilatlara göndərilən sənədlərdə sənədi alanın poçt ünvanı yazılmır.

VI. Sənədin nömrəsi bir qayda olaraq, işin nomenklatur üzrə nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir.

Sərəncam mahiyyətli sənədlər

• Sərəncam mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd növü daxilində verilən qeyd nömrələri onların nömrələridir.

• Sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək zəruri olduqda, sənədin razılaşdırılması tələb olunur.

• Razılaşdırma təşkilat daxilində və ya müxtəlif təşkilatlar arasında həyata keçirilir. Bunun üçün sənədlər imzalanmazdan əvvəl, onlara müvafiq vəzifəli şəxslər tərəfindən viza verilməlidir.

• Təşkilat daxilində razılaşdırma müvafiq struktur bölmələrinin rəhbərləri arasında həyata keçirilir.

• Sərəncam mahiyyətli sənədlərin layihələrində icraçı tərəfindən birinci nüsxədə mətnin axırıncı vərəqinin arxasında viza qoyulur.

• Göndərilən sənədlərdə vizalar təşkilatda qalan nüsxədə qoyulur. Vizanın tərkibinə viza verən şəxsin soyadı və adı, onun şəxsi imzası və tarix daxildir.

• Sənədlə əlaqədar qeydlər ayrıca vərəqdə yazılır. Bu zaman viza aşağıdakı kimi göstərilir:
a. (imza) (adı və soyadı)
c. Qeydlər əlavə olunur.
d. (adı və soyadı)
Sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və stenoqrafiya işlərinin həyata keçirilməsi.

• Sənədlərin surətlərinin çıxarılması üçün müvafiq rəhbər vəzifəli şəxsin göstərişi və ya icazəsi tələb olunur.

• Struktur bölməsinin rəhbəri surətlərin miqdarını, göndəriş ünvanlarını müəyyən edir və sifariş blankını imzalayır. Sənədlərin surətlərinin aidiyyəti tərəflərə verilməsi təşkilat rəhbərliyinin icazəsi ilə həyata keçirilir.

• Sənədin surətləri kompüter (makina) üsulu ilə təşkilatın blankında deyil, adi vərəqdə hazırlanarsa, blankın rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə köçürülür. Surətin birinci vərəqinin yuxarı sağ küncündə «Surət» qeydi yazılır.

• Əsli imzanı eynən təkrarlamayan, kompüter (makina) üsulu və surətçoxaldıcı texniki vasitələrin köməyi ilə əldə edilmiş surətlər, onların əsli ilə düz olmasını təsdiq edən vəzifəli şəxs tərəfindən imzalanır və müvafiq hallarda möhürlənir.

• Surətlərin təsdiq edilməsi üçün sənədin «imza» rekvizitindən aşağıda sol sahədə «Düzdür» təsdiqləyici imza əlavə edilir, surəti təsdiqləmiş şəxsin vəzifəsi, onun şəxsi imzası, adı və soyadı təsdiq edilmə tarixi göstərilir və möhür vurulur (məsələn: Düzdür: Kargüzarlıq xidmətinin rəhbəri (imza) (adı və soyadı) (tarix).

• Surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir, surətləri çıxarıldıqdan sonra qaytarılaraq işlərə daxil edilir. Sənədin əsli və çoxaldılmış əlavəsinin nüsxələri eyni nömrə ilə qeydə alınır.

• Təşkilat rəhbərinin yanında keçirilən iclasların və müşavirələrin stenoqramları hazırlanır, müvafiq qaydada rəsmiləşdirilir və kargüzarlıq xidmətində saxlanılır

Aşağıdakı sənədlər xüsusi nəzarətə götürülür:
• Bilavasitə qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər;

• Dövlət hakimiyyəti orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər;

• Təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər.
Sənədlərin icrasına nəzarət, nəzarət vərəqələrində qeydlər edilməklə aparılır (13 nömrəli əlavə)

• Ümumtəhsil məktəbinə aid sənədlərin aparılması və saxlanması Qaydaları””Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 11-ci bəndinə uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinə şamil edilir.

• Bu “Qaydalar” məktəb sənədlərinin aparılması və saxlanması ilə bağlı ümumi tələbləri müəyyən edir.

• Ümumtəhsil məktəbində həyata keçirilən müxtəlif istiqamətli fəaliyyətlərin yekun nəticələri, bir qayda olaraq, məktəb sənədlərində rəsmiləşdirilir.

Laboratoriyada sənədləşmə idarəetməsi

Müəlliflik hüququ proqramlarımızda istifadə olunan biznesin avtomatlaşdırılmasının unikal üsullarını qoruyur.

Biz təsdiqlənmiş proqram təminatı naşiriyik. Bu, proqramlarımızı və demo versiyalarımızı işlədən zaman əməliyyat sistemində göstərilir.

Biz kiçik biznesdən tutmuş böyük şirkətlərə qədər bütün dünyada təşkilatlarla işləyirik. Şirkətimiz beynəlxalq şirkətlər reyestrinə daxil edilib və elektron etibar nişanına malikdir.

Sürətli keçid.
İndi nə etmək istəyirsən?

  • Bu proqramı necə satın alacağınızı öyrənin
  • Proqramın ekran görüntüsünə baxın
  • Proqram haqqında videoya baxın
  • Demo versiyasını yükləyin
  • Proqramın konfiqurasiyalarını müqayisə edin
  • Proqram təminatının dəyərini hesablayın
  • Bulud serverinə ehtiyacınız varsa, buludun qiymətini hesablayın

Proqramın ekran görüntüsü

Laboratoriyada sənədlərin idarə olunması videosu

Bu video öz dilinizdə altyazı ilə baxıla bilər.

Laboratoriyada sənədlərin idarə olunması videosu – На русском:

Demo versiyasını yükləyin

Proqrama başlayarkən dili seçə bilərsiniz.

Sərfəli qiymətə Premium səviyyəli proqram

1. Konfiqurasiyaları müqayisə edin

2. Valyuta seçin

JavaScript söndürülmüşdür

3. Proqramın dəyərini hesablayın

Siz yalnız bir dəfə ödəyirsiniz. Aylıq ödəniş yoxdur!
Tək istifadəçi proqramı
Əlavə istifadəçilər
Bölmələr Şəxs
Pulsuz texniki dəstək saatları
Bölmələr Saat
Əlavə texniki dəstək saatları
Bölmələr Saat
Ümumi birdəfəlik ödəniş:

4. Lazım gələrsə, virtual server icarəsi sifariş edin

Bütün işçilərinizin eyni verilənlər bazasında işləməsi üçün sizə kompüterlər arasında lokal şəbəkə lazımdır (simli və ya Wi-Fi). Ancaq proqramın buludda quraşdırılmasını da sifariş edə bilərsiniz, əgər:

Birdən çox istifadəçiniz var, lakin kompüterlər arasında yerli şəbəkə yoxdur.
Bəzi işçilərin evdən işləməsi tələb olunur.
Bir neçə filialınız var.
Tətildə olsa da, işinizə nəzarət etmək istəyirsiniz.
Günün istənilən vaxtı proqramda işləmək lazımdır.
Böyük xərclər olmadan güclü bir server istəyirsiniz.

Proqramın özü üçün yalnız bir dəfə ödəyirsiniz. Və bulud üçün ödəniş hər ay edilir.

5. Müqavilə imzalamaq

Müqavilə bağlamaq üçün təşkilatın təfərrüatlarını və ya sadəcə pasportunuzu göndərin. Müqavilə sizə lazım olanı alacağınıza zəmanətdir. Müqavilə

İmzalanmış müqavilə skan edilmiş surət və ya fotoşəkil şəklində bizə göndərilməlidir. Orijinal müqaviləni yalnız kağız variantına ehtiyacı olanlara göndəririk.

6. Kartla və ya başqa üsulla ödəyin

Kartınız siyahıda olmayan valyutada ola bilər. Problem deyil. Proqramın dəyərini ABŞ dolları ilə hesablaya və mövcud məzənnə ilə öz doğma valyutanızda ödəyə bilərsiniz. Kartla ödəniş etmək üçün bankınızın internet saytından və ya mobil proqramından istifadə edin.

Mümkün ödəniş üsulları

Bank köçürməsi
Kartla ödəniş
PayPal vasitəsilə ödəyin
Beynəlxalq transfer Western Union və ya hər hansı digər

  • Təşkilatımızdan avtomatlaşdırma biznesiniz üçün tam investisiyadır!
  • Bu qiymətlər yalnız ilk alış üçün keçərlidir
  • Biz yalnız qabaqcıl xarici texnologiyalardan istifadə edirik və qiymətlərimiz hər kəs üçün əlçatandır

Proqramın konfiqurasiyalarını müqayisə edin

Populyar seçim
İqtisadi Standart Peşəkar
Seçilmiş proqramın əsas funksiyaları Videoya baxın

Bütün videolara öz dilinizdə subtitrlərlə baxmaq olar

Virtual server icarəsi. Qiymət

Bulud serverinə nə vaxt ehtiyacınız var?

Virtual server icarəsi Universal Mühasibat Sisteminin alıcıları üçün həm əlavə seçim, həm də ayrıca xidmət kimi mümkündür. Qiymət dəyişmir. Bulud server icarəsi sifariş edə bilərsiniz, əgər:

  • Birdən çox istifadəçiniz var, lakin kompüterlər arasında yerli şəbəkə yoxdur.
  • Bəzi işçilərin evdən işləməsi tələb olunur.
  • Bir neçə filialınız var.
  • Tətildə olsa da, işinizə nəzarət etmək istəyirsiniz.
  • Günün istənilən vaxtı proqramda işləmək lazımdır.
  • Böyük xərclər olmadan güclü bir server istəyirsiniz.

Əgər hardware fərasəti varsa

Əgər hardware fərasətiniz varsa, o zaman avadanlıq üçün tələb olunan spesifikasiyaları seçə bilərsiniz. Müəyyən edilmiş konfiqurasiyanın virtual serverinin icarə qiyməti dərhal hesablanacaq.

Əgər hardware haqqında heç nə bilmirsinizsə

Texniki cəhətdən savadlı deyilsinizsə, o zaman aşağıda:

  • 1 nömrəli paraqrafda bulud serverinizdə işləyəcək insanların sayını göstərin.
  • Sonra sizin üçün nəyin daha vacib olduğuna qərar verin:
    • Ən ucuz bulud serverini icarəyə götürmək daha vacibdirsə, başqa heç nəyi dəyişməyin. Bu səhifəni aşağı diyirləyin, orada buludda server icarəsi üçün hesablanmış dəyəri görəcəksiniz.
    • Xərclər təşkilatınız üçün çox münasibdirsə, onda siz performansı yaxşılaşdıra bilərsiniz. 4-cü addımda server performansını yüksək səviyyəyə dəyişdirin.

    Avadanlıq konfiqurasiyası

    JavaScript deaktiv edilib, hesablama mümkün deyil, qiymət siyahısı üçün tərtibatçılarla əlaqə saxlayın

    1. İstifadəçilərin sayı

    Virtual serverdə işləyəcək insanların sayını göstərin.

    2. Əməliyyat sistemi

    Əməliyyat sistemi nə qədər yenidirsə, onun üçün bir o qədər güclü avadanlıq tələb olunur.

    3. Məlumat mərkəzinin yeri

    Fərqli şəhərlərdə müxtəlif tutumlu və qiymətli serverlər var. Sizə ən uyğun olanı seçin.

    4. Server performansı

    Zəhmət olmasa avadanlığın tələb olunan performansını seçin. Seçiminizdən asılı olaraq, müxtəlif prosessor və RAM spesifikasiyası mövcud olacaq.

    Əsas performans Yüksək performans

    5. CPU

    Virtual serverdəki prosessor nə qədər güclü olarsa, proqramlar əməliyyatları bir o qədər tez yerinə yetirəcək.

    Prosessor nüvələrinin sayı: 1 əd

    6. Təsadüfi giriş yaddaşı

    Bir serverin buludda nə qədər çox RAM varsa, bir o qədər çox proqram işlədə bilərsiniz. Həm də daha çox istifadəçi rahat işləyə biləcək.

    Təsadüfi giriş yaddaşı: 2 GB

    7. Sərt disk

    7.1. Disk sürəti

    Bulud serverində gecikmədən işləmək üçün yüksək sürətli SSD disk seçmək daha yaxşıdır. Proqram məlumatları sabit diskdə saxlayır. Disklə məlumat mübadiləsi nə qədər sürətli olarsa, proqramlar və əməliyyat sisteminin özü bir o qədər sürətli işləyəcək.

    7.2. Disk tutumu

    Daha çox məlumat saxlaya bilmək üçün xüsusi server üçün böyük həcmdə disk yaddaşı təyin edə bilərsiniz.

    Disk tutumu: 40 GB

    8. Rabitə kanalının eni

    Rabitə kanalı nə qədər geniş olsa, bulud serverinin təsviri bir o qədər tez görünəcək. Faylları bulud serverinə köçürsəniz və ya virtual serverdən faylları yükləsəniz, bu parametr hostinqlə məlumat mübadiləsi sürətinə təsir edəcəkdir.

    Məlumat ötürmə dərəcəsi: 10 Mbit/s

    Virtual server icarə qiyməti

    Valyuta

    Zəhmət olmasa bulud serverinin icarə qiymətini hesablamaq üçün hansı valyutanı seçin. Qiymət bu valyuta ilə hesablanacaq və gələcəkdə istənilən valyuta ilə ödəniş etmək mümkün olacaq. Məsələn, bank kartınız olan birində.

    Qiymət:

    Bulud serverinin icarəsini sifariş etmək üçün aşağıdakı mətni kopyalamaq kifayətdir. Və bizə göndərin.

    Seçilmiş seçimlər

    Qiymət:

    Laboratoriyada sənədlərin idarə edilməsini sifariş edin

    Laboratoriyada sənədlərin idarə edilməsi effektiv sənədləşmə işinin yaradılmasına əsaslanır, laboratoriyada mövcud sənədlər yüksək orqanlar tərəfindən təyin olunmuş bütün tələb və qaydaların yerinə yetirilməsi ilə ciddi şəkildə aparılmalıdır. Belə idarəetmə sənədlərin strukturunun daxil edilməsi nəzərə alınmaqla həyata keçirilir. Bu gün demək olar ki, hər bir laboratoriya müxtəlif nümunələrin sənədləri, mühasibat və idarəetmə üçün jurnallar, müxtəlif fakturalar, müqavilələr, analiz formaları, prosedurlar ilə yüklənir. Siyahıda göstərilən sənədlərdən bəziləri xarici məsuliyyətdir, bəziləri isə laboratoriyanın öz tələbləridir. İşin əsas məqamı gündəlik alınan məlumatlardır, sənədlər və məlumatlar şəklində təqdim olunur. Sənədlər və məlumatlar, laboratoriyanın özündə və xaricində ünsiyyətin ortaya çıxdığı idarəetmədə keyfiyyət elementlərinin vacib hissələridir. Məlumat tez-tez sənədləşdirilir; kağız sənədlər, proqramlar, qrafiklər, diaqramlar, video qeydlər, kompüter sənədləri şəklində ola bilər. Təcrübədə laboratoriyada, bu elementlərlə əlaqəli olaraq, sözlərə laboratoriya sənədləri deyilir. Nəticələrin etibarlılığını, vaxtında və tam təhlükəsizliyini təmin etmək üçün sənədlər ciddi şəkildə izlənilməli və nəzarət edilməlidir. Sənədləşmə idarəetməsindən istifadə edərək bu nəticəni əldə edə bilərsiniz. Bu idarəetmə sistemi elektron sənədləşdirmə idarəetmə sistemi və əllə idarəetmə vasitəsi ilə bir neçə yolla həyata keçirilə bilər və ehtiyac olduqda vaxtaşırı olaraq dəyişdirilə bilər. Bu şöbədə çox şey laboratoriyanın maliyyə imkanlarından, işçilərin səriştəlilik dərəcəsindən asılıdır. Elektron sənədlərin idarə edilməsinə mütəxəssislərimiz tərəfindən xüsusi olaraq yaradılmış proqram təminatı daxil edilməlidir USU Software. Bu proqramda Sənədləşmə axını və idarə olunması prosesinin hamısını aparmalısınız. Baza hər hansı bir müştəriyə yönəldilmişdir və funksionallığı baxımından çox əhəmiyyətli imkanlara malikdir. Avtomatlaşdırılan baza, Sənədlərin idarə edilməsinin qurulmasına kömək edir. Hər hansı bir laboratoriyada ən son texnologiya ilə rəqabət edə bilmək üçün xüsusi bir Sənəd idarəetmə proqramı quraşdırılmış olmalıdır. USU Software, hər kəsin onu satın almasına imkan verən və lazım olduqda mobil tətbiq qurma imkanı verən çevik bir qiymət siyasətinə malikdir. İşgüzar səfərdə olarkən laboratoriyanızda baş verənlər haqqında məlumat əldə etmək, işçilərin işini izləmək, maliyyə imkanlarını nəzərdən keçirmək və planlaşdırmaqla yanaşı analizlərin nəticələrini əldə etmək imkanı əldə edəcəksiniz. Laboratoriya sənədlərində müəyyən növlər və ya növlər var. Vacib növlərdən biri də maliyyə fəaliyyətlərini əks etdirən maliyyə uçotu və idarəetməsidir. Satınalma sənədləri, idarəetmədə lazımi mənbələri təmin etmək üçün müəyyən miqdarda ilkin məlumatları əhatə edir. Görülən işin həqiqətini doldurarkən müxtəlif məlumat qeydiyyatı formaları lazımdır, müxtəlif ifadələr, jurnallar, dəftərlər ola bilər. Kadr sənədləri, kadr qeydlərinin əmək fəaliyyətini əks etdirir. Qanunvericiliklə müəyyən edilmiş kadr sənədlərinin müəyyən bir hissəsi. Qanuni sənədlər laboratoriyanın müxtəlif podratçılar və ümumiyyətlə işçilərlə hüquqi əlaqələrini tənzimləyir.

    USU Proqramını satın alaraq laboratoriyanızda idarəetmə qura biləcəksiniz. Aşağıdakı siyahıya əsasən proqramın bəzi mümkün funksiyaları ilə tanış olaq. Müasir bir fürsət, xəstələrin proqramda təyin olunmuş vaxtda görüş və ya müayinə üçün qeydiyyata alınmasıdır. Lazım gələrsə, tam maliyyə uçotunu və nəzarətini aparacaq, hər hansı bir analitik hesabat hazırlayacaq, xərcləri və gəliri xərcləyəcəksiniz, laboratoriyanın bütün maliyyə tərəflərinə baxacaqsınız. Müştərilər, mövcud cədvələ uyğun olaraq, seçilən filialın hər hansı bir işçisinə İnternetdə müstəqil olaraq qeydlər edə bilərlər. Göstərilən xidmətlər və aparılan təhlillər üçün bütün qiymətləri görmək. Tədqiqat üçün müxtəlif reagentlərin və materialların avtomatik və əl ilə silinməsi mövcuddur.

    Analiz apararkən hər növü müəyyən bir rənglə vurğulayacaqsınız. Bu, fərqli analizlər üçün fərqli rənglər verməlidir. Proqram bütün xəstələrin test nəticələrini izləyir. İşə başlamaq üçün tələb olunan əsas məlumatları ötürə biləcəksiniz. Məlumat yüklənməsindən istifadə. Funksiya lazımi işi daha sürətli bir zamanda tamamlamağa kömək edir. Kütləvi və fərdi SMS poçtu qura biləcəksiniz, nəticələrin hazır olduğunu müştəriyə bildirə və ya görüşün tarixini və vaxtını xatırlada bilərsiniz.

    Baza müasir dizaynda, çox rəngli şablonlarla bəzədilib. Direktor üçün təşkilatın fəaliyyətini müxtəlif tərəflərdən təhlil etməyə və işləri idarə etməyə kömək edən müəyyən bir sıra rəhbərlik hesabatları təqdim olunur. Ayrıca, hər bir xəstə üçün hər hansı bir şəkil və sənədin saxlanılması mümkün olacaqdır. Mobil tətbiqetmə, göstərilən xidmətlər barədə şirkətlə mütəmadi əlaqə quran müştərilər tərəfindən də istifadə edilə bilər. Müasir inkişaflarla işləmək xəstələrin cəlb olunmasına kömək edəcək və müasir bir laboratoriya statusu almağa layiqdir.

    Hər hansı bir tədqiqat üçün tələb olunan formanın doldurulmasını fərdiləşdirə bilərsiniz. Müştəri məmnuniyyəti qiymətləndirmə sistemini uyğunlaşdıra bilərsiniz. Müştəri telefonda bir SMS almalıdır, lazımi vəzifə işçilərin işlərini qiymətləndirmək olacaqdır. Müxtəlif bio-materialların daşınma vəziyyətini izləyə biləcəksiniz. İşimizi sürətləndirmək və asanlaşdırmaq üçün təşkilatımız telefona quraşdırıla bilən bir mobil tətbiqetmə hazırladı. Xəstə araşdırmaya göndərildikdə həkimlərin maaş dərəcələrini və mükafatların yığılmasını avtomatik olaraq hesablayacaqsınız. Ödəniş terminalları ilə əlaqə qurmağı bacaracaqsınız. Müştərilərin yalnız filialda deyil, ən yaxın terminalda da ödəniş edə bilməsi üçün. Bu cür ödəmələr avtomatik olaraq proqramda görünəcəkdir. Bütün nəticələr veb saytına yüklənəcəkdir, burada xəstənin lazım olduqda onları görə və ya yükləyə bilər. Proqramın heç vaxt öz-özünə başa düşə biləcəyi sadə və intuitiv bir interfeysi var!

Comments are closed, but trackbacks and pingbacks are open.