Press "Enter" to skip to content

Fövqəladə hallarla bağlı davranış qaydaları

Təxliyə təbii fəlakətlər, istehsalat qəzaları, müharibələr və digər fövqəladə hadisələr zamanı əhalinin yaranmış təhlükələrdən mühafizə olunması məqsədi ilə fəlakət zonasından çıxarılaraq təhlükəsiz ərazilərə yerləşdirilməsidir. Təxliyədən qabaq və təxliyə zamanı əhali xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət etməlidir.

Mövzu 1 FÖVQƏladə hallarin (FH) TƏSNİfati

Lokal köçürülmə. Fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi – şəhər
mikrorayonları və ya kiçik tipli yaşayış məntəqələri olarsa bu növ köçürülmə
həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyeklətrin personalının sayı
on nəfərdən minə kimi ola bilər. Onları ən yaxın yaşayış məntəqələrində və
şəhərin fövqəladə haldan zərər çəkməmiş rayonlarında yerləşdirirlər.
Yerli köçürülmə.

Fövqəladə zona – aralıq şəhərlər, böyük şəhərlərin ətraf
rayonları, şəhərin özlərində olan zaman bu növ köçürülmə həyata keçirilir. Belə
halda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz
münə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalara
yerləşdirilirlər.
Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq köçürülmənin həyata
keçirilməsini belə təsnif etmək olar:

Ümumi köçürülmə

Qismən köçürülmə
Ümumi köçürülmə səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi
komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan
xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhalinin
köçürülməsini nəzərdə tutur.
Qismən köçürülmə isə ayrı kateqoriya insanların, yaranacaq təsirə daha
həssas olanların, əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət
sahələrində işləməyən əhalinin köçürülməsini nəzərdə tutur.
Köçürmənin göstərilən variantlarından birinin seçilməsi təhlükənin yayılma
miqyasından və xarakterindən, həmin ərazidə yerləşən istehsal obyektlərin
istifadə perspektivlərindən asılıdır.
Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin
köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:
Müharibə dövründə — Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra
hakimiyyəti başçısının təklifi üzrə — Azərbaycan Respublikasının Prezidenti və ya
Baş Naziri;
Sülh dövründə — ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun)
icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının

118
Prezidentinə və Baş Nazirinə məlumat verir. Fövqəladə vəziyyətin qüvvədə olduğu
müddət ərzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayış üçün təhlükəli olan
rayonlardan köçürülməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanına
əsasən həyata keçirilir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan
və cəbhəətrafı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra
hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onların tabeliyi
üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat
prinsipi — fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali
təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların
obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini
nəzərdə tutur.
Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin
işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə
mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən
köçürüldüyü rayona aparılırlar.
Qalan əhali isə ərazi prinsipi üzrə — yaşayış yerlərindən köçürülür.

Köçürmənin aşağıdakı növ üsulları vardır:
• Piyada üsul (əsas);
• Bütün növ nəqliyyat vasitələri ilə;
• Kombinasiyalı üsul.
Köçürüləcək əhalinin sayı nəqliyyatın vasitəsinin və nəqliyyat şəbəkəsinin
olmasından, onun buraxma imkanından və d. şərtlərdən asılı olaraq köçürmə
komissiyası tərəfindən müəyən edilir. İlk öncə tibbi müəssisələr, uzaq məsafələri
piyada gedişlə qət etmək imkanı olmayan şəxslər (hamilə qadınlar, 14 yaşına kimi
uşağı olan qadınlar, laborator şəraitdə müalicə olunan şəxslər, 65 yaşından böyük
kişilər və 60 yaşından böyük qadınlar), və həmçinin, öz fəaliyyətini fövqəladə
halda da davam etdirən azad növbəli müəssisələrin işçiləri və əməkdaşları
köçürülürlər. Qalanları isə piyada köçürülür
Köçürülənləri uzaq məsafəyə daşımaq üçün əsasən nəqliyyatdan istifadə
edilir. Köçürmə üçün istifadə olunan nəqliyyat vasitələri müxtəlif ola bilər: Avto

119
(şəxsi), dəmiryol, su və hava nəqliyyatı. Sərnişin nəqliyyatından da əlavə yük
maşınlarından, yük qatarlarından, yük təyyarə və gəmilərindən də istifadə olunur.

Nəqliyyat vasitələrindən ibarət maşın qatarı pərakəndə şəkildə deyil, 25-30
maşınlıq sıra ilə və dövlət yol polisinin müşaiyəti ilə hərkət edir.
Hərəkət zamanı dayanacaqlarda icazəsiz maşından maşına, qatardan qatara
keçmək qadağandır. Qəbuletmə məntəqələrinə çatdıqdan sonra maşınlardan
düşürülmə maşın qatarının rəhbərinin icazəsi ilə həyata keçirilir.
Əhalini piyada üsulla köçürməsi yollar, yol kənarları və yoldankənar qeyd
olunmuş marşrut üzrə həyata keçirilməlidir. Piyada sıraları idarələrdə
(müəssisələrdə, ərazi üzrə müəyyən yerlərdə) təşkil olunur. Onların sayı müxtəlif
ola bilər. Sıra, idarəedilməsini asanlaşdırmaq məqsədilə sex kollektivləri və digər
istehsal dəstələri olaraq 20-30 nəfərlik qruplara ayrılır. Hər sıraya bir rəhbər, hər
bir qrupa isə cavabdeh təyin edilir.

120
Hərəkətin orta surəti 4 km/saat-dan artıq olmur. Hər 1 – 1.5 saatdan sonra
10-15 dəqiqəlik istirahət, yolun yarısını qət etdikdən sonra isə 1 – 2 saatlıq böyük
istirahət nəzərdə tutulmalıdır.
Hərkət zamanı köçürülənlər müəyyən olunmuş qaydalara riayət
etməlidirlər:
sıranın rəhbərinin bütün göstərişlərini yerinə yetirməli;
sıranı icazə olmadan tərk etməməli;
tibb xidməti tərəfindən yoxlanılmayan mənbələrdən su içməməli.
Gecə hərəkət edən zaman sıradakı qonşuların geri qalmamasına, istirahət
zamanı yatıb qalmamasına nəzər yetirilməlidir.
Əhalinin köçürülməsinin əsas üsullarından biri kombinasiyalı üsuldur, bu
zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat
vasitələri ilə təhlükəli zonalardan dərhal çıxarılır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən
vəsiqə və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin
siyahısından ibarətdir.
Köçürmə düzgün təşkil etmək üçün vaxtında əhalini xəbərdar etmək
lazımdır. Qabaqcadan müəyyən olunmuş plana əsasən obyektlərin xəbərdar
edilməsi MM və FH idarəsi yerli rabitə xətləri, qoşulmuş səsucaldanlar və digər
texniki və hərəkətli əlaqə vasitələri ilə həyata keçirilir. Köçürülmə barədə əhali
xəbərdar olunduqda dərhal hazırlanmalıdırlar. Onlar özləri ilə ən vacib olanları
götürməlidirlər. Köçürmə zamanı ən lazımi şeyləri – paltar, ayaqqabı, alt paltarı,
yataq ləvazimatı, şəxsi sənədlər (pasport, hərbi bilet, nigah haqqında
şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnaməsi, təqaüd kitabçası, pul)
və bundan əlavə 2-3 günlük qida və içməli su götürürlər. Tez xarab olmayan,
saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət
bişirilməsi) tələb olunmayan ərzaq növləri – konserv konsentrat, qurudulmuş
çörək və s. məhsullar götürmək daha yaxşıdır.
Köçürülən yaşlı adamlar sənədlərdən: şəxsiyyət vəsiqəsi, hərbi bileti,
əmək kitabçasını və ya təqaüd vəsiqəsini, təhsili haqqında diplomu (attestatı),
evlənmə haqqında vəsiqəsini və uşaqların doğum şəhadətnaməsini özləri ilə
götürməlidir.

121
Uşaqlar üçün paltar və ayaqqabı seçərkən, bunların mühafizə
xüsusiyyətlərini və ilin fəslini nəzərə almaq lazımdır. Üç yaşadək olan uşaqlar
üçün uşaq ərzaq malları – uşaq yeməyi, quru süd, konservləşdirilmiş şirələr və s.
ehtiyatları hazırlanmalıdır.
Sənədlərdən – uşaqların yaş kağızlarını və məktəb gündəliklərini götürürlər.
Köçürülən uşaqların paltarı və ərzağı yığılmış çamadana (arxa çantasına)
çətələ (birka) bənd etmək və onun üzərinə uşağın soyadını, adını, atasının adını,
ev ünvanını və köçürülmə məntəqəsinin adını aydın surətdə yazmaq lazımdır.
Məktəbəqədər yaşlı uşaqların həmişə geydiyi paltarın daxili cibinə də bu cür
çətələ: uşağın adı, atasının adı, soyadı, təvəllüdü, ata və anasının ev və iş yerinin
ünvanları göstərilən vərəq qoyulur; bu məlumatlar yazılmış ağ parça qırığı uşağın
paltarının astarına (yaxanın altında) tikilsə, daha yaxşı olar.
Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisələrinin bazası
əsasında təşkil edilir, lazımi hallarda əlavə iaşə məntəqələri (yeməkxanalar) açılır.
Respublikada, şəhər və rayonlarda bütün köçürmə tədbirləri üzrə ümumi
hesablamalar aparılır, burada hər bir konkret fövqəladə hadisə təhlükəsi
yaranarkən və baş verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və
vasitələr hesablanıb müəyyən edilir.
Köçürülmə zamanı adamlar öyrəndikləri yaşayış yerlərini tərk etməyə,
əmlakının xeyli hissəsini evlərində qoyub getməyə, vərdiş etmədikləri şəraitdə
yerləşib yaşamağa vadar olacaqlar. Hamı başa düşməlidir ki, adamların həyatını
xilas etmək naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Buna görə
də müəyyən olunmuş sərəncamları yerinə yetirmək, bu mürəkkəb tədbirlərin
həyata keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülüb
gətirilmiş əhalinin həyat şəraitinin təmin olunması: radiasiya əleyhinə
daldalanacaqlar düzəldilməsi, tənəffüs üzvlərini qoruyan ən sadə mühafızə
vasitələri hazırlanması, ictimai binaların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı
materiallardan məişət əşyaları (çarpayı, kürsü, döşək və s.) düzəldilməsi
işlərində fəal iştirak etməli-yardım göstərməlidir.
Kimyəvi və radiasiya təhlükəli obyektlərdə qəza baş verən zaman
köçürülməni həyata keçirmək üçün qapalı nəqliyyatdan istifadə edilir. Az təhlükəli
qısa yollar seçilir. Fərdi mühafizə vasitələri geyilməlidir. Küləyə perpendikulyar

122
istiqamətdə hərəkət etmək, küləyin istiqaməti üzrə olan ərazilərdən əhalini
köçürmək lazımdır. Toplanış məntəqələrinə çatdıqdan sonra isə köçürülmüş
əhalinin zəhərlənmə dərəcəsini ölçmək gərəkdir.

Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən ciddi
nəzarətə götürülür, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən
marşrut üzrə nizama salır.
Köçürmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi həmçinin əhalinin
özünün mütəşəkkilliyindən və intizamından xeyli asılı olacaqdır.
Müharibə dövründə ehtimal edilən güclü dağıntı zonalarında işini davam
etdirən və onu təmin edən obyektlərin fəhlə və qulluqçularının köçürülməsi – onları
nəqliyyatın bütün növləri ilə şəhərdənkənar zonaya daşımaqla yerinə yetirilir.

Sülh dövründəki fövqəladə hallarda əhalinin köçürülməsi
işlərinin xüsusiyyətləri

Ə
halinin köçürülməsi, yəni təbii fəlakət və ya qəzalar nəticəsində təhlükə
yaranan sahələrdən adamların çıxarılması ölkəmizdə sülh dövründə geniş istifadə
edilən tədbirdir.
Köçürmə – təbii fəlakətlər, güclü istehsalat qəzaları və faciə zamanı əhalini
mühafizə etmək üsullarından biridir. Bu üsul əhalini iri şəhərlərdən, digər yaşayış
məntəqələrindən mütəşəkkil surətdə (nəqliyyatla və ya piyada) çıxarıb, Çernobı1
AES-da qəza nəticələri aradan qaldırılarkən olduğu kimi, başqa təhlükəsiz
rayonlarda məskunlaşdırmaqdan, həmçinin əhalinin ehtimal fəlakətli daşqın,
zəlzələ zonalarından, sel, marxal, geniş yanğınlar və s. digər kortəbii hadisələr
qorxusu yaranan rayonlardan çıxarılmasından ibarətdir.

Çernobıl AES-də baş verimş qəzadan sonraPripyat şəhərindən əhalinin
köçürülməsi

Köçürmə işlərini, xüsusən bu hadisələr gözlənilmədən baş verərkən, qısa
müddət ərzində mütəşəkkil surətdə yerinə yetirilməsini təmin etmək təsərrüfat
obyektləri rəhbərlərinin, fövqəladə komissiyaların və mülki müdafiə
qərargahlarının vacib vəzifələrindəndir.
Köçüurülmə tədbirlərinin müvəffəqiyyətlə həyata keçirilməsinə bu işlərlə
nail olunur:

təsarrüfat obyekti fəaliyyət göstərdiyi rayonun (ərazinin, iqlim şəraitinin)
hərtərəfli və əsaslı surətdə öyrənilməsi;

obyektdə istehsalat fəaliyyətinin və onun ərazidə yerləşməsinin
xüsusiyyətlərini nəzərə almaqla texnogen və təbii fövqəladə hallar
yaranması ehtimalının daim proqnozlaşdırlması;

müxtəlif fövqəladə hallara müvafiq gələn köçürmə tədbirlərinin tam və
diqqətlə planlaşdırlması;

köçürülməni təmin etmək üçün nəzərdə tutulan qüvvə və vasitələrin,
həmçinin fəhlə, qulluqçu və digər əhalinin fəaliyyətə hazırlanması;

gözlənilən təhlükə haqqında və fövqəladə hallar yarandığı barədə vaxtında
xəbərdarlıq edilməsi.
Sülh dövründəki fövqəladə hallar zamanı köçürmə müharibə dövründəki
köçürmə tədbirlərindən bir sıra xüsusiyyətlərlə fərqlənir. Bu xüsusiyyətlər
aşağıdakılardan ibarətdir:
• zədələnmə ocağının və radioaktiv maddələr (RM), güclü təsirli zəhərli
maddələr (GTZM), bakterial vasitələrlə (BV) zəhərlənmiş ərazi sahələrinin
nisbətən məhdud olması;
• baş vərə biləcək hadisələrin nüvə zərbələri nəticəsində olduğuna nisbətən
daha dəqiq proqnozlaşdırılması imkanı, bu, fəaliyyətin əvvəlcədən planlaşdırılması
imkanı; bu, fəaliyyətin əvvəlcədən planlaşdırılmasını asanlaşdırır;
• təbii fəlakətlərin, AES-də qəzaların əksəriyyətində güclü radioaktiv

124
çirklənmə zonalarının yaranmaması. Bu xüsusiyyət, həmçinin zədələnmə
ocaqlarının ərazicə məhdudluğu əhalinin köçürülməsi üçün təhlükəsiz yerləri daha
müəyyən etməyə imkan yaradır:
• köçürülən fəhlə və qulluqçuların, digər əhalinin köçürülmə yerlərində və
rayonlarında ancaq qısa müddət qalması;
• hər bir fövqəladə halın özünəməxsus fiziki xüsusiyyətlərə malik olması.
Zəlzələ zamanı əhalinin binaları tərk edərək təhlükəsiz yerlərə çıxarılmaq
üçün toplanış məntəqələrinə gəlməsi anından başlayaraq, ta xilasetmə işləri sona
yetənəcən mərhələ-mərhələ kompleks köçürülməsi davam etdiriləcəkdir.
Məsələn, zəlzələ vaxtı adamlar mənzillərini tərk edərək mümkün qədər cəld
bina və qurğulardan uzaqlaşıb açıq meydançalara, xiyabanlara, geniş küçələrə,
idman meydançalarına çıxmağa çalışacaqlar, sonra isə, lazım gələrsə, onlar
təhlükəsiz yerlərə aparılacaqlar. Belə hallarda köçürmə uzun müddət – xilasetmə
işləri aparılaraq uçqunlar altındakı adamlar oradan çıxarılan bütün müddət ərzində
davam edəcəkdir.
Daşqınlar baş verərkən əhalinin fəaliyyəti daşqını qabaqlama müddətindən
və keçən illər baş vermiş belə fəlakət zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla
təşkil olunur. Köçürülmə barədə fövqəladə komissiyannı xüsusi sərəncamı radio,
televiziya vasitəsilə, müəssisələrin, idarələrin, məktəblərin, MİS və evlər
idarələrinin müdriyyəti tərəfindən elan edilir. Adamlar daşqın zonasından
kənardakı ən yaxın yaşayış məntəqələrinə köçürülür, buradakı ictimai binalarda,
yaxud yerli əhalinin evlərində müvəqqəti yerləşdirilir.
Uşaqları təhlükəsiz sahələrdəki məktəblərə və müəssisələrə köçürürlər.
Kifayət qədər vaxt olduqda təhlükəli rayonlardan əhalini onların əmlakı ilə birlikdə
daşıyıb çıxarırlar.
Sel və ya sürüşmə təhlükəsi yaranarkən və vaxt imkan verərsə, təhlükəli
rayonların əhalisi təhlükəsiz rayonlara piyada, yaxud nəqliyyat vasitələrində
çıxarılır. Adamlarla birlikdə maddi sərvətlər, həmçinin kənd təsərrüfatı heyvanları
da çıxarılır.
Yanğınlar zamanı onun adamlara göstərdiyi psixololi təsiri nəzərə almaq
lazmdır: məlumdur ki, hətta kiçik bir yanğın zamanı yaranan çaxnaşma xeyli
təlafata səbəb olur. Məsələn, meşə yanğınları vaxtı adamlar yanğının yayılma
sürətini nəzərə almadan onun ön səddindən qaçıb uzaqlaşmaga çalışır, lakin çox
vaxt buna nail ola bilmirlər.
İ
stehsalat qəzaları cürbəcür ola bilər: Qəza baş verərkən ən vacib
vəzifələrdən biri – bu barədə vaxtında xəbərdarlıq etməkdir. Belə obyektin fəhlə və
qulluqçularının, həmçinin yaxınlıqdakı yaşayış evləri sakinlərinin köçürülməsi
burada xilasetmə işlərinin aparılması ilə birlikdə, eyni zamanda yerinə yetirilir.
Güclü təsirli ZM yayılarkən zəhərlənəcəyi ehtimal olunan rayonların əhalisi

125
buraya zəhərli hava buludu yatana qədər köçürülməlidir, belə hallarda əhali adətən,
evlər və evlərin küçə qapıları üzrə toplanıb köçürülür. Bu zaman adamların və
texnikanın hərəkəti zəhərlənmə təhlükəsinin dərəcəsi nəzərə alınmaqla təşkil
edilməlidir.
Məlumdur ki, AES-da radioaktiv maddələrin yayılması ilə baş verən
qəzalar zamanı stansiyanın ərazisindən kənarda da radioaktiv zəhərlənmə olur.
Belə hallarda fəhlələr, qulluqçular və əhali ionlaşdırıcı şüalanmaların çöldən
təsirinə məruz qalır, hava, qida və su ilə birlikdə orqanizmin daxilinə keçən
radioaktiv maddələr sayəsində isə radioaktiv şüalanma baş verir.
Ə
razidə radioaktiv zəhərlənmənin xeyli müddət qalacağı ehtimalı nəzərə
alınmaqla, belə hallarda stansiyadan 30 km-lik radiusda əhalinin köçürülməsi
mühafizənin əsas üsulu ola bilər. İlk növbədə məktəbə qədər və məktəb yaşlı
uşaqlar köçürülür. Bütün əhalinin təcili köçürülməsi də mümkündür. Belə hallarda
toplanış – köçürmə məntəqələri təşkil edilmir, əhali birbaşa evlərdən, küçə
qapılarından, mühafizə qurğularından toplanıb köçürülür.
Ə
hali avtomobillərdə, piyada surətdə və şəxsi nəqliyyat vasitələrindən
istifadə edilməklə iki mərhələ üzrə köçürülür: birinci mərhələdə – nəqliyyat
vasitəsilə təhlükəli radioaktiv zəhərlənmə zonasının kənar hüdudlarındakı nəzarət –
yoxlama məntəqələrinə gətirilib nəqliyyatdan düşürülür; ikinci mərhələdə –
dozimetrik nəzarətdən, tibbi müayinədən, lazımi hallarda isə sanitariya
təmizlənməsindən keçiriləndən sonra təmiz (radioaktiv maddələrlə çirklənməmiş)
nəqliyyat vasitələrində yeni məskunlaşma rayonlarına daşınır.
Azərbaycan Respublikasında bir sıra fövqəladə hallarda köçürmə işləri belə
planlaşdırılır:
• radioaktiv zəhərlənmə zonalarında – əhali sığınacaqlarda və bu məqsəd
üçün uyğunlaşdırılan binalarda radiasiyanın səviyyələri azalanadək daldalanır,
bundan sonra isə, köçürülmə xüsusi sərəncam əsasında yerinə yetirilir:
• güclü təsirli zəhərləyici maddələrlə zəhərlənmə zonalarından (konkret
olaraq Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərindən və bir sıra kənd
rayonlarından) 100 min nəfərə qədər əhalinin köçürülməyə hazır olmasını təmin
etmək. Göstərilmişdir: “Köçürülməyə dərhal, zəhərlənmə ocaqları yaranan andan
başlansın, əhali zəhərlənmə zonasından kənara piyada sürətdə, həmçinin idarə
mənsubiyyətindən asılı olmayaraq, bütün nəqliyyat vasitələrilə çıxarılsın;
• su qovşaqları və su anbarlarının bəndləri yaradılarkən yaranan daşqın
zonalarından köçürülməyə təxminən 10 min nəfər hazır olmalıdır. Buraya o
cümlədən, Mingəçevir, Şəmkir SES-ləri, Ağstafaçay və Ceyranbatan su
anbarlarının yarada biləcəyi daşqın zonalarınndan 100 nəfər əhali daxildir. Tövsiyə
olunur ki, köçürmə bu müddətlərdə başlansın və belə aparılsın: ehtimal edilən
fəlakətli daşqın zonasından – daşqın təhlükəsi yaranarkən dərhal, əhali plan üzrə

126
nəzərdə tutulmuş rayonlara köçürülsün; aztəhlükəli daşqın zonalarından – daşqın
təhlükəsi bilavasitə yaranarkən, əhali öz rayonunun daşqın təhlükəsi olmayan
yaşayış məntəqələrinə, lazımi hallarda isə qonşu rayonlara köçürülsün;
• təbii fəlakətlər (zəlzələ, sürüşmə, uçqun, sel, marxal) zonalarından
(yaşayış məntəqələrindən) əhalinin köçürlməsinə belə fəlakət qorxusu yaranarkən
dərhal, plan üzrə başlanır, köçürülən əhali, yaranmış konkret vəziyyətdən asılı
olaraq, təhlükəsiz sahələrdə yerləşdirilir. Bu zaman köçürüləcək əhalinin sayı hər
bir konkret vəziyyət nəzərə alınmaqla müəyyən edilir. Əhali piyada sürətdə, habelə
idarə mənsubiyyətindən asılı olmayaraq bütün nəqliyyat vasitələrində daşınır.
Yuxarıda sadalanan bütün hallarda zədələnmiş şəxslərin onlara ixtisaslı
yardım göstərilməsi üçün köçürülməsi – təcili tibbi yardım stansiyalarının
nəqliyyat vasitələrində və şəhər nəqliyyatının bütün növlərindən istifadə olunmaqla
yerinə yetirilir. Təbii fəlakət rayonlardan köçürülən əhaliyə tibbi xidmət ərazi
səhiyyə orqanları tərəfindən göstərilir, lazımi hallarda onlar qonşu rayonların
səhiyyə orqanların hesabına gücləndirilir.
Köçürülən əhali şəhərdənkənar zonadakı (təhlükəsiz sahələrdəki) şəhər və
yaşayış məntəqələrinin mənzillərində, inzibati binalarda, istirahət evlərində,
pansionatlarda, pioner düşərgələrində və abadlaşdırlmış çadır şəhərciklərində
yerləşdirilir.

Köçürmə orqanları


Köçürmə komissiyaları

Toplanış-köçürmə məntəqələri

Aralıq köçürmə məntəqələri

Köçürülənləri qəbuletmə komissiyası

Qəbuletmə məntəqələri

Əməliyyat qrupları

İdarəetmə qrupu

Köçürmə komissiyaları. Köçürmə və qəbuletmə komissiyalarının heyətinə
təhsil sahəsinin, sosial təminat, daxili işlər, rabitə, hərbi komissarlıq, FH-da
fəaliyyət, nəqliyyat orqanları administrasiyalarının (departament, idarə, xidmət,
şöbə) rəhbər şəxsləri daxil edilir. Köçürmə komissiyaları obyektin fəhlə və
qulluqçularının köçürülməsi və təxliyyəsi ilə bağlı bütün məsələləri həll edir. Hər

127
bir müəssisədə və qurumda rəhbərlərin iştirakı ilə köçürmə siyahısını müəyyən
edirlər. Bu siyahılar köçürülmə rayonlarında qeydiyyat, məskunlaşmaq üçün
passport (şəxsiyyət vəsiqələri) ilə birlikdə ən vacib sənəd sayılır.
Toplanış-köçürmə məntəqələri . Burada köçürülənlərin toplaşması,
qeydiyyatı və ətraf zonalara göndərilməsi həyata keçirilir. Toplanış-köçürmə
məntəqələri ictimai təyinatlı binalarda, nəqliyyata toplanmaq məntəqələrinin
yaxınlığında və piyada yolların əvvəlində yerləşir. Hər bir məntəqənin rayon
köçürmə komissiyası, ətraf zonalardakı nəqliyyatdan düşürülmə və piyada
yollarının son dayanacağıyla rabitə əlaqəsi təmin olunur. Bu məntəqələr
köçürülən əhalinin iş və ya yaşayış yerlərində hər 2000-3000 adam üçün bir
məntəqə hesabı ilə rayon (şəhər) icra hakimiyyəti başçısının qərarı əsasında
yaradılır. Buna uyğun olaraq da köçürülmə üçün ayrılan nəqliyyat vasitələrinin
sayı müəyyən edilir.
Aralıq köçürmə məntəqələri. Aralıq köçürmə məntəqələri mümkün dağıntı
(çirklənmə, zəhərlənmə) zonasından kənarda, onlara ən yaxın yaşayış
məntəqələrində, əlaqə yollarının yaxınlığında təşkil olunur. Bunlar mühəndislər
tərəfindən qabaqcadan hazırlanır, köçürülən əhalinin müvəqqəti yerləşdirilməsi
(dincəlməsi), onların yenidən qeydiyyatı, ehtiyac olduqda dozimetrik və kimyəvi
nəzarətin keçirilməsi, insanların tibbi müayinəsi üçün nəzərdə tutlmuşdur. Əgər
ehtiyac varsa məntəqədə ayaqqabı və paltarın xüsusi emalı və ya dəyişdirilməsi
həyata keçirilir.
Köçürülənləri qəbuletmə komissiyası. Köçürülənləri qəbuletmə komissiyası
köçürülmüş əhalinin qəbulunun, yerləşdirilməsinin, ilknövbəli həyat şəraitinin
təminin təşkili üçün yaradılır. Yerli rəhbərliyin qərarı ilə, yerli administrasiyanın
rəis müavinin rəhbərliyi əsasında şəhərkənarı zonada rayon (şəhər) köçürülənləri
qəbuletmə komissiyası təşkil olunur. Onların heyətinə yerli administrasiyanın
xidmət və şöbələrinin rəhbərləri və ya onların müavinləri, köçürülənlərin qəbulu,
yerləşdirilməsi və təminatı ilə əlaqəli işçilərin nümayəndələri daxil olur. Bu
komissiyada qəbulun və yerləşdirilmənin, yol və nəqliyyat təminatının qeydiyyatı
və məlumatı qrupları yaradılır.
Toplanış-qəbuletmə məntəqələri. Toplanış-qəbuletmə məntəqələri gələn
əhalinin qəbulu, qeydiyyatı və yerləşdirilməsi üçün nəzərdə tutlmuşdur. Onlar
ictimai administrasiya binalarının düşürtmə mənqələrinin (stansiyalarının)
yaxınlığında yerləşdirilir. Bu struktura köçürülənlərin qarşılanması, qəbulu,
yerləşdirilməsi, qeydiyyatı, göndərilməsi və müşaiyəti, ictimai asayişin qoruyan

128
qruplar, ərizələrin qəbulu masası, tibb məntəqəsi, ana və uşaq otağı, komendant
xidməti daxildir.
Əməliyyat qrupları. Lokal hərbi münaqişələr zamanı, bir qayda olaraq,
sərhəd zonalarından (40 km) əhalinin köçürülməsini tezləşdirmək tələb olunur. Bu
tədbilərin təşkili məsələləri bu halda əməliyyat qruplarına təhkim olunur. Onlar
yerli özünü idarəetmə orqanlarının və hərbi qurumların, fövqəladə hallarda
fəaliyytə
göstərən
orqanların

müvafiq
köçürmə
orqanlarının
nümayəndələrindən təşkil olunur. Bu qrupun heyəti əhalinin xəbərdarlıq
dəstələrindən, onların qeydiyyatı, nəqliyyat, ictimai asayış, insanların
yerləşdirilməsi dəstələrindən, ictimai qidalanmanın təşkili, ilkin lazımi əşyalarla və
tibbi təminat postlarından ibarətdir.
İdarəetmə qrupu. Piyada sıralarının hərəkətinin idarə olunmasını və yolda
asayişin təmin olunması məqsədilə rayon (şəhər) rəhbərliyinin qərarı ilə köçürmə
marşrutlarının və idarəetmə qrupunun rəhbərləri təyin edilir. Bu qrupa marşrut
üzrə köçürülən personalın çalışdığı obyektlərin, və həmçinin, ərazisindən
keçdikləri rayonun özünüidarəetmə qurumlarının nümayəndələri daxil olur. İşdə
lazımi əlaqəni təmin etmək məqsədilə qrupu hissələrə (şöbələrə) bölürlər: rabitə,
sıranın keçməsinin qeydiyyatı, ictimai asayişin mühafizəsi, tibbi yardım, hərəkətin
təmini və idarə olunması.

129
Mövzu 9

FH-DA ƏHALİNİN MÜHAFİZƏSİ. MM-İN MÜHAFİZƏ QURĞULARI.

Mülki müdafiə qurğularının təyinatı və təsnifatı, onların tikintisinin
təşkili.

Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və ya
maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər
kompleksinə mühəndis-mühafizə sistemi deyilir.
Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də
mühafizə qurğularının inşaatıdır.
Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların
daldanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh
dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə
edilməlidir.
Fövqəladə hallar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin
mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.
Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına,
yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif
edilir.
Təyinatına görə:
• İdarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;
• Əhalinin mühafizəsi üçün qurğular;
Tikilmə müddətlərinə görə :
• əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin
planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);
• teztikilən qurğular .
Mühafizə xassələrinə görə:

130
• Sığınacaqlar;
• Radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar);
• Sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalanacaqları
çatışmadıqda).
Yerləşdirilməsinə görə:
• Bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci
mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı
binalarında);
• Binadan ayrı tikilən qurğular.

Bina ilə birgə tikilən qurğular

Binadan ayrı tikilən qurğular.

Yüklənən konstruksiyaların materialına görə :
• dəmir –beton konstruksiyalı qurğular;
• daş divarlı qurğular;
• meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.

131
Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafizəsi üçün əvvəlcədən
sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh dövründə təsərrüfatının
ehtiyacları üçün istifadə edilməlidir.
Belə sığınacaqlar təsdiq olunmuş təsərrüfat və sosial planlara uyğun olaraq
nazirliklərin və baş idarələrin tikinti təşkilatları əsaslı təmir və ya yenidənqurulma
zamanı inşa edirlər.
Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı
olaraq 1ildən 1,5 ilə qədərdir.
Lazım gəldikdə tez tikilən sığınacaqların inşa edilməsi də planlaşdırılır ki,
onlarında mühafizə xüsusiyyətlərindən əvvəlcədən tikilən mühafizə qurğularınki
ilə eyni olmalıdır.
Teztikilən sığınacaqlar qısa müddətdə, birtipli layihələr üzrə, yerli tikinti
bazasından və materiallarından istifadə edilməklə sənaye üsulu ilə tikilməlidir.
Teztikilən sığınanacaqlardan əlavə hər yerdə sadə daldalanacaqların (üstü örtülən
xəndəklərin) kütləvi tikintisi nəzərdə tutulur. Bunların tikilmə müddəti şəhərlərdə
24 saat, kənd yerlərində isə 48 saat müəyyən edilmişdir.
Mühafizə qurğularının kütləvi qisa müddət ərzində tikilməsi üçün
əvvəlcədən tam bir kompleks təşkilatı və mühəndis tədbirləri həyata
keçirilməlidir. Bu tədbirlərə tikinti sahələrinin seçilməsi, yerli şəraitin aşkar
edilməsi, həcmi planlaşdırma və konstruksiya işlərinin məqsədyönlü həlli, material
və məmulatların alınma mənbələrinin müəyyən olunması, onların gətirilməsi və
quraşdırılması məsələləri daxildir. Buna görə də mühafizə qurğularının tikintisinin
təşkili qabaqcadan planlaşdırılır. Onların tikiləcəyi və yerləşdiriləcəyi sahələr
rayonun, obyektlərin MM planlarında qeyd edilir, ən mürəkkəb işlərin (dəmir
beton konstruksiyaların və üst örtüklərin quraşdırılması, qoruyucu qapıların
qoyulması və s.) hansı təşkilatlar tərəfindən yerinə yetiriləcəyi göstərilir. Sadə
işlərə isə bütün iş qabliyyətli əhali cəlb olunur. Mühafizə qurğularının tikilməsi
planında aşağıdakı əsas sənədlər olmalıdır:
1.
Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu, konstruktiv
həlli, tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması nəzərdə tutulan sexin
(sahənin) adı və sayı).
2.
Qurgunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri,
qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd).

132
3.
Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün
işçi qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcədə tikinti hissələri və materialların
daşınması üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi tələbat göstərilir).
4.
Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı (tikinti
üçün şəhər (respublika) müəssisələrindən alınası material və məmulatların adları
və miqdarı, habelə gətirilmə müddəti).
Daimi sığınacaqlar və radiasiya daldalanacaqları fondunun yaradılması
bütün vəzifəli şəxslərdən olan mülki müdafiə rəhbərlərinin ən vacib vəzifələrindən
biridir. Buna aşağıdakı yollarla nail olunur:
• Sülh dövründə mülki müdafiə sığınacaqlarının tikilməsi;
• Obyetlərdə və şəhərlərdə iki təyinatlı sığınacaqlar və radiasiya
daldalanacaqlarının tikilməsi və onlardan sülh dövründə təsərrüfat ehtiyacları və
əhaliyə xidmət göstərilməsi üçün istifadə olunması;
• əvvəl inşa edilmiş sığınacaq və radiasiya daldanacqlarının mühafizə
xassələrinin yüksəldilməsi və əlavə olaraq avadanlıqlaşdırılması;
• zirzəmilərin, digər yeraltı bina və qurğuların, şaxtaların, kahaların, dağ–
mədən yerlərinin, metro stansiyalarının və şəhərlərin yeraltı mühəndis
qurğularının sığınacağı və radiasiya daldalanacaqları kimi uyğunlaşdırılması yolu
ilə.
Yaranan təhlükə ilə əlaqədar mülki müdafiənin hazırlıq dərəcəsi artırılarkən
teztikilən sığınacaq və daldalanacaqların inşa edilməsi nəticəsində mühafizə
qurğuları fondunun yaradılması prosesi davam etdirilir.
İnşaat normaları və qaydalarının (İN və Q) tədbiq edilməsindən əsas
məqsəd şəhərlərinin və təsərrüfat obyektlərinin fövqəladə şəraitdə fəaliyyətə
əvvəlcədən mühəndis-texniki cəhətdən hazırlanmasıdır. Bu normalara daxildir: a)
əhalinin mühafizəsinə və ehtimal olunan təhlükəli hallarda tələfatın və dağıntıların
azaldılması; b) təsərrüfat obyektlərinin sabit işinin təmin edilməsinə və zədələnmə
ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) aparılması üçün
əlverişli şərait yaradılması.
Bu tələbələrin bütün nazirliklər, idarələr, sahibkarlar, layihə və tikinti
təşkilatları rəhbər tutmalıdır.
Layihələndirmə normalarında yeni təsərrüfat obyektlərinin yerləşdirilməsi,
müxtəlif binaların və qurğuların tikintisi, su, qaz, elektrik enerji təchizatı
sistemlərinin layihəsi və inşası, habelə vacibliyinə görə mühafizə qurğularının
yerləşdirilməsi üzrə konkret tələblər müəyyən edilmişdir.

133
Mühəndis-texniki tədbirlərin (MTT) həcmi və məzmunu şəhərlərin və
obyektlərin vacibliyindən, müasir zədələnmə vasitələrinin, ikinci zədələyici
amillərin ehtimal edilən təsirdən, eləcə də baş verə biləcək təbii fəlakətlərin və
qəzaların xarakterindən və miqyasından asılı olaraq müəyyən edilir.
MTT hər yerdə əvvəlcədən yerinə yetirilir sülh dövründə yerinə yetirilməsi
mümkün olmayan tədbirlərin icrası isə mülki müdafiə hazır vəziyyətə keçirilərkən
(xüsusi dövrdə) qısa müddətdə nəzərdə tutulur.
Partlayış zamanı izafi təzyiq ∆Pf=10 kPa bundan artıq ola biləcək ərazidə
yerləşən şəhər və obyektlər birlikdə ehtimal olunan dağıntılar zonası (EDZ) təşkil
edir.
Ehtimal olunan dağıntılar zonası ərazinin izafi təzyiq ∆Pf=30kPa və bundan
artıq ola biləcək hissəsi-ehtimal olunan güclü dağıntılar zonasını (EGDZ) təşkil edir.
Ehtimal olunan güclü dağıntılar zonasının hüdudları ilə ehtimal olunan
dağıntılar zonasının hüdudları arasındakı ərazi-ehtimal olunan zəif dağıtılar
zonasını (EZDZ) təşkil edir.
Ehtimal olunan dağıntılar zonasının ətrafındakı eni 20 km olan ərazi-ehtimal
olunan təhlükəli radioaktiv çirklənmə zonasını (ETRÇZ) təşkil edir.
Atom elektrik stansiyaları üçün ehtimal olunan təhlükəli radioaktiv
çirklənmə zonası-stansiyanın ehtimal olunan dağılma zonası və onun ətrafındakı
eni 20km olan ərazi təşkil edir.
Ehtimal olunan təhlükəli radioaktiv zəhərlənmə zonasına bitişik eni 100km
olan ərazi zolağı ehtimal olunan güclü radioaktiv zəhərlənmə zonası (EGRZZ)
hesab edilir.
Kimyəvi təhlükəli obyektlərə bitişik və GTZM tutumları dağılarkən bu
maddələrin təhlükəli konsentrasiyada yayılacağı ehtimal olunanə ərazi-ehtimal
olunan təhlükəli kimyəvi zəhərlənmə zonasını (ETGZZ) təşkil edir.
Ehtimal edilən daşqın (subasma) nəticəsində əhali arasında tələfat, binaların
dağılması, maddi sərvətlərin zədələnməsi və məhv olunması halları baş verə
biləcək əraziyə-ehtimal olunan fəlakətli daşqın (subasma) zonası (EFDZ) deyilir.
Ehtimal olunan dağıntılar təhlükəli kimyəvi zəhərlənmə, fəlakətli subasma,
təhlükəli radioaktiv zəhərlənmə (çirklənmə) kənarda yerləşən və yerli, habelə

134
köçürülən əhalinin həyat fəaliyyəti üçün yararlı olan əraziyə təhlükəsiz zona
deyilir.
Bütün zonaların xarici hüdudları, şəhərin (obyektin) layihə üzrə tikinti
ərazisində və ya həndəsi mərkəzindən hesablanmaqla müəyyən edilir.

Sığınacağın həcmi-planlaşdırma, konstruktiv və mühəndis texniki
avadanlıqları.

Sığınacaq – orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici
amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial
vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın
məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis
qurğusudur.
Yerləşmə yerinə və konstruksiyasına görə sığınacaqlar bina ilə birgə tikilən
və ayrı tikilən növləri ola bilər.
Bina ilə birgə tikilən sığınacaqlar sığınacaq meydançadakı ən azmərtəbəli
binaların altında yerləşdirilir. Onlar, üzərindəki bina ilə birgə vahid həcm təşkil edir
və adətən bu binanın özülü (fundamenti) rolunu oynayır. Birgə tikilən sığınacaqlar
zirzəminin (yarımmərtəbə) bütün sahəsində, ya da bir hissəsində yerləşdirilir,
bəzən isə binanın hüdudlarından kənara da çıxarıla bilər.
Binadan ayrı tikilən sığınacaqlar həcmi planlaşdırma və konstruksiyasına
görə əlahiddə olub, baş ərazində imkan daxilində uçqun altında qalmayacaq
sahələrdə (ehtimal edilən uçqun zonasından kənarda) yerləşdirilir.
Binadan ayrı tikilən sığınacaqlar torpağa tam dərinləşdirilmiş, qismən
dərinləşdirilmiş və yerdən hündür (torpaq suları olan yerlərdə) tikilə bilər. Belə
sığınacaqlar monolit və ya yığma monolit dəmir-betondan tikilməli, üstü hündür
torpaq qatı ilə örtülməlidir. Sığınacağın torpağa dərinləşdirilmiş hissəsi üçün
hidroizolyasiyası və drenaj düzəldilməsi nəzərdə tutulmalıdır.
Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici amillərdən
mühafizəni daha etibarlı təmin edir.

135
Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə, yerdən hündür
divarlara zərbə dalğasının təsiri sayəsində düşən yük artır və onların qoruyucu
xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabliyyətini artırmaq üçün onların
divarlarını torpaqla örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək lazımdır.
Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, üst
mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə su, digər
mayelər axması ehtimallarından mühafizə edilməlidir.
Əvvəlcədən tikilən sığınacaqlardan əsas və yardımçı otaqlar nəzərdə tutulur.
Müalicə müəssisələrindəki sığınacaqlarda bunlardan başqa bufet və sanitariya
otaqları da olur.
Sığınacaqların həcmi planlaşdırma həlli zədələyici vasitələrdən mühafizə
tələblərinə və qurğuların sülh dövründə istismarı şərtlərinə əsasən müəyyən edilir.
Bir qurğuda funksiyaların belə əlaqələndirilməsi həm iqtisadi cəhətdən sərfəlidir,
həm də sığınacaqlar fondunun daha tez yaradılmasına imkan verir.
Sığınacaqların həm planlaşdırma həlli qənaətcil, quraşdırma baxımından
sadə olmalı, sülh dövründə binalardan təsərrüfat ehtiyacları üçün istifadə
edilmənin normal şəraitini təmin etməli, daldalanan adamların otaqlara asanlıqla
girməsi, yerləşməsi və burada xeyli müddət qalmasına imkan verilməlidir.
Sadalanan təyinatlı otaqlar və oradakı mühəndis-texniki avadanlıq
daldalanan adamların sığınacaqda xeyli müddət qalması üçün lazımi şəraiti təmin
edir.
Bu təyinatlı otaqları müfəssəl nəzərdən keçirək.
a)
Əsas təyinatlı otaqlar.
Sığınma otaqları (SO) – əhalinin daldalanması və yerləşdirilməsi üçün bir,
iki və üçmərtəbəli taxtlar yerləşdirilən otaqlardır.
Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-
ayrılıqda sahəsi 25 kv.m-dən, ümumi sahəsi 75kv.m –dən az olmamalıdır.
Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar
qoyularkən hər adam üçün 0,5 kv.m, üçmərtəbəli taxtlar qoyularkən isə 0,4 kv.m
hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 kub.m
olmalıdır.

136
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə
ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük konstruksiyalarının ən aşağı
hissəsindəki məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən
2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli
taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85
m olan binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda
burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır.
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0, 45 × 0,
45 m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 × 1,8 m hesabı ilə müəyyən
edilir. Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci
mərtəbədə-1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı
mərtəbədə otağın üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı
hissəsindəki məsafə ən azı 0,75 m götürülür.
Daldalanan adamların oturrması və uzanması üçün yerlər stasionar ola bilər
(sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə
təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onlar sığınacaq
mühafizəyə hazırlıq rejminə keçilərkən düzəldilir. Sığınacağın geniş sahəli
otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.
İdarəetmə məntəqəsi (İM) – obyektin rəhbər heyətinin və MM qərargahının
yerləşməsi üçündür. Belə məntəqə ən böyük iş növbəsində 600 və bundan artıq
adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur.
İdarəetmə məntəqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik olan
sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından ibarət olur.
Adətən, idarəetmə məntəqəsi sığınacağın giriş yollarından birinin
yaxınlığındakı otaqlarda yerləşdirilir və odadavamlılııq həddi bir saatadək olan
arakəsmələrlə sığınacağın adamlar yerləşən digər otaqlarından ayırılır.
Tibb məntəqəsi (TM) – sığınacaqda daldalanan adamlara ilk tibbi yardım
göstərmək üçündür. Daldalanan adamların sayı 900-1200 nəfər olanda tibb
məntəqəsinin sahəsi 9 kv.m müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər
üçün tibb məntəqəsinin sahəsi 1kv.m artırılır.
Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 kv.m olan bir
sanitariya qovşağı nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə
olmalıdır.

137
b)
Yardımçı təyinatlı otaqlar:
Süzgəcli ventilyasiya otağı (SVO) – sənaye tipli (stasionar) süzücü
ventilyasiya avadanlığının yerləşdirilməsi üçündür.
Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarların yanında, giriş
yollarının və ya qəza çıxış yollarının yaxınlığında yerləşdirilir. Bu otağın ölçüləri
avadanlığın ölçülərindən və avadanlığa xidmət etmək üçün lazım olan sahədən
asılı olaraq müəyyən edilir.
Ən vacib və məsuliyyətli məsələ bayırdakı ehtimal olunan zəhərlənmələr,
yanğınlar şəraitində, eləcədə hermetik qurğuda adamların xeyli müddət qalması
nəticəsində içərisindəki havanın tərkibi pisləşərkən adamların tənəffüs üçün
yararlı hava ilə lazımi miqdarda təmin edilməsidir.
Yaranmış vəziyyət daldalanan adamları uzun müddət (bir neçə sutka)
sığınacağda qalmağa vadar edə bilər. Bu isə ancaq sığınacaqda normal-sanitar
gigiyena şəraiti olan hallarda, yəni havanın tərkibindəki karbon qazının miqdarı ən
çoxu 2%, oksigenin ən azı 15-16%, habelə temperatur ən çoxu 30ºS (dərəcə) və
rütubət ən çoxu 85% olmaqla yolverilən hədlərdə saxlanılarkən mümkündür. Onu
da nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20-25 l. oksigen udur, 20 l.
karbon qazı, təxminən 90 qram rütubət və 100 kkal istilik yaradır.
Havanın tərkibində oksigen və hava qazının lazımi miqdarını habelə normal
temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi
havaverici və ya havaverici-sorucu ventilyasiya sistemi vasitəsilə təmin olunur.
Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər:
• təmiz ventilyasiya rejimində (1-ci rejim);
• süzücü ventilyasiya rejimində (2-ci rejim);
• içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təcrid olunma rejimi
(3-cü rejim).
Təmiz ventilyasiya rejimi – havanın tərkibinin lazımi dərəcədə
dəyişdirilməsinin, bayırdan içəriyə verilən havanın tozdan, o cümlədən də
radioaktiv tozdan təmizlənməsini, eləcədə istiliyin və rütubətin kənar olunmasını
təmin etmək üçündür.
Bu rejimdə bayırdan sığınacağa verilən havanın miqdarı sığınacaq yerləşən
iqlim zonasından asılı olur.
Süzücü ventilyasiya rejimi – sığınacağa verilən havanın zəhərləyici
maddələrdən, o cümlədən də GTZM-dən, bioloji vasitələrdən radioaktiv

138
maddələrdən və adi tozdan təmizləmək üçündür. İçəriyə verilən havanın miqdarı
daldalanan hər adam üçün saatda 2 kub.metr, idarəetmə məntəqəsində işləyən
operativ heyətin tərkibindəki hər adam üçün saatda 5 kub metr və elektrik əl
ventilyatorlu SVQ-yə xidmət edən hər işçi üçün saatda 10 kub metr hesabı ilə
hesablanır.
Tam təcrid olunma rejimi – sığınacaqdakı havanın tərkibinin bərpa
(regenerasiya) edilməsilə birlikdə tətbiq olunur və kütləvi yanğınlar və ya ikinci
zədələyici amillər sayəsində ərazinin zəhərli qazlarla daha çox zəhərlənməsi
ehtimal olunan yerlərdəki sığınacaqlarda nəzərdə tutulur. Belə hallarda
sığınacaqda lazımi sanitar – gigiyena şəraiti içəridəki havanın tərkibinin bərpa
edilməsi hesabına yaradılır.
Havanın tərkibindəki oksigenin normal miqdarı havaya balonlardan (A-40)
oksigen əlavə etməklə bərpa olunur, yəni bu zaman karbon qazı udulur və
otaqdakı hava oksigenlə zənginləşir. Bu rejimdə 6 saatadək istifadə edilə bilər.
Regenerasiya vasitələrinin gücü onların iş müddətindən asılı olaraq hər
adam üçün saatda 25 l. oksigen sərfi və 20 l. karbon qazının udulması normasına
uyğun hesablanır.
Sığınacağın ventilyasiya sistemi aşağıdakılardan ibarətdir:
• Havagötürücü qurğular;
• Partlayışdan qoruyan genişləndirici kameralı qurğu;
• Tozəleyhinə (tozdan qoruyan) süzgəclər;
• Uducu süzgəclər;
• Elektrik əl ventilyatoru və ya elektrik ventilyatoru;
• Havapaylayıcı şəbəkə;
• Havatəmizləyici qurğu;
Havagötürücü qurğu bayırdan hava götürüb onu sığıncağa vermək üçündür.
Təmiz ventilyasiya və süzücü ventilyasiya rejimlərinin havagötürücü tərtibatları və
havaötürücü və boruları ayrı-ayrılıqda yerləşdirilməli və ventilyasiyanın ikinci iş
rejimi üçün hesablanmış klapanlı metal boru şəklində düzəldilən polad bənd
vasitəsilə öz aralarında birləşdirilməlidir.
Təmiz ventilyasiya rejimi üçün olan havagötürücü tərtibatın ağzı, adətən,
çıxış yolunun lağımına çıxarılır. Onu həmçinin uçqun ərazisində və sığınacağın ön
dəhlizində də (tamburunda) yerləşdirmək olar.

139
Təmiz ventilyasiya və süzücü ventilyasiyanın havagötürücüləri bir-birindən,
eləcə də sorucu ventilyasiya sistemi borusunun və sığınacaqdakı dizel elektrik
stansiyasında işlənmiş qaz borusu çıxışının ağzından ən azı 10m məsafədə
yerləşdirilməlidir.
İşlənmiş hava sığınacağın sanitariya qovşağından, dizel elektrik stansiyası
otağından, bilavasitə daldalanan adamlar yerləşən otaqlardan sorucu kanallar
vasitəsilə ya sığınacaqdakı havanın artıq təzyiqi hesabına və ya ventilyatorlarla
kənar edilir.

Fövqəladə hallarla bağlı davranış qaydaları

Təxliyə təbii fəlakətlər, istehsalat qəzaları, müharibələr və digər fövqəladə hadisələr zamanı əhalinin yaranmış təhlükələrdən mühafizə olunması məqsədi ilə fəlakət zonasından çıxarılaraq təhlükəsiz ərazilərə yerləşdirilməsidir. Təxliyədən qabaq və təxliyə zamanı əhali xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət etməlidir.

Binaların təxliyə planı

Hər bir binanın mütləq şəkildə təxliyə planı olmalıdır. Bu plan binadan təxliyə yollarını, hərəkətlərin ardıcıllığını özündə əks etdirən və hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə divardan asılan lövhədə əks olunmalıdır. Planın mətn hissəsində planın izahı və digər məlumatlar yer alır.

Sığınacaqlarda daldalanma qaydaları

Kütləvi qırğın silahlarının törətdiyi zədələyici amillərdən, bakterial vasitələrdən, yanğın zonalarındakı yüksək temperatur və zərərli qazlardan, habelə adi silahların törətdiyi təhlükələrdən əhalinin mühafizəsi üçün xüsusi mühafizə qurğularından – sığınacaqlardan istifadə olunur. Adətən sığınacaqlar kimi binalara bitişik və ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları və ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr və s. hazırlanır.

Əhaliyə mühafizə qurğularına sığınma barədə ilk məlumatı müvafiq orqanlar verir və bu orqanların göstərişlərinə əsasən hərəkət edilməlidir. Mülki müdafiə orqanları fövqəladə vəziyyət barədə əhalini vaxtında xəbərdar etmək məqsədilə sirenalar, istehsalat fitləri və digər siqnallardan xəbərdaredici vasitə kimi istifadə edir ki, bu zaman siqnalı eşidən hər kəs radio və ya televizoru işə salmalı, verilən məlumatları dinləməlidir.

Bu siqnal ictimai yerlərdə (mağaza, teatr, restoran, xidmət obyekti və s.) eşidilərsə, təşkilatın rəhbərliyindən heç bir göstəriş olmadığı halda küçəyə çıxmaq, yaxınlıqdakı sığınacağın və ya təbii daldalanacağın yerini müəyyən etmək (xüsusi yolkənarı işarələr və ya yaxınlıqdakı polis məntəqəsinin köməyi ilə) və orada daldalanmaq lazımdır.

Yerləşdiyiniz məkanları (evlər, şəxsi obyektlər) tərk edərkən elektrik və qaz cihazlarını şəbəkədən ayırmağı və ev heyvanlarını daldalamağı unutmayın.

Daldalanma prosesi mütəşəkkil şəkildə və cəld həyata keçirilməlidir. Sığınacaqların yeri və giriş yolları xüsusi işarələrlə göstərilir. Hər bir sığınacağa əhali bu işdə məsul olan manqa komandirinin göstərişi üzrə yerləşdirilir.

Fövqəladə hallar və mülki müdafiə orqanlarının göstərişi olmadan sığınacaqlardan və daldanacaqlardan çıxmaq qəti qadağandır.

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin üsullarından biri də fəlakət və ya qəza rayonlarından əhalinin köçürülməsidir. Müvafiq qurumlar xəbərdaredici siqnaldan sonra televiziya, radio və ya səsgücləndiricilər vasitəsi ilə əhaliyə toplanış-köçürmə məntəqəsinin nömrəsini və ünvanını, oraya toplanma vaxtını, istifadə olunacaq nəqliyyat vasitəsinin nömrəsini, son məntəqənin ünvanını bildirir. Yerli icra hakimiyyəti orqanları, habelə müəssisələrin, idarə və təşkilatların rəhbərləri köçürülən əhalinin təminatı üçün müvafiq tədbirlər görür.

Köçürülmə zamanı davranış qaydaları

Əhali köçürülmə haqqında göstəriş alan kimi elektrik və qaz cihazlarını xətdən ayırmalı, kənd təsərrüfatı heyvanlarını və yemlərini təhlükəsiz yerə yığmalı, fövqəladə hallara hazırlıq çantasını götürərək əvvlcədən elan olunmuş toplanış-köçürmə məntəqələrinə gəlməlidir. Hər kəs özünə aid olan cantanın üzərinə adını, soyadını, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanını qeyd etməlidir. Nitq qüsurlu insanların və uşaqların geyimlərinin astarına xüsusi məlumatlar (adı, soyadı, atasının adı, təvəllüdü, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanı) qeyd olunmuş parça tikilməlidir.

Köçürülmə zamanı köməyə ehtiyacı olan insanlara yardım olunmalı, rəsmi qurumların göstərişlərinə sözsüz əməl edilməlidir.

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkilinə dair nümunəvi dərs keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi fevralın 21-də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nümunəvi dərs nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.

Tədbiri giriş sözü ilə açan Universitetin elm və texnika işləri üzrə prorektoru, texnika elmlər doktoru, professor Arif Şərifov mülki müdafiənin təşkilinin vacibliyini, bu sahədə əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb, nümunəvi dərsin işinə uğurlar arzulayıb.

Nəzəri hissədə Bakı Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının nümayəndələri əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları barədə məlumatlar təqdimatlarla tədbir iştirakçılarına çatdırıb, mövzu ətrafında iştirakçılar tərəfindən verilən suallara cavab verilib.

Praktiki hissədə isə axtarış-xilasetmə avadanlığı, fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları nümayiş etdirilib, onların təyinatı və iş prinsipləri barədə məlumat verilib.

Comments are closed, but trackbacks and pingbacks are open.