Press "Enter" to skip to content

Gözəllik ilahəsi Nefertiti

GÜL TURAN

ilahə

    1. Qadın cinsinin tanrılığı, kişi tanrısından fərqləndirilən bir qadın tanrı. ilahələr bir çox mədəniyyətdə mövcuddur. Çox vaxt ilahələr, çoxlu tanrılar daxil siyasi sistemlərin bir hissəsi olur. Müxtəlif mədəniyyətlərdə panteonlar həm bir tanrı, həm də bir ilahə və bəzi hallarda biseksual tanrıları da əhatə edə bilər.

ilahələr çox vaxt qədim Roma, yunan mifologiyalarında, ibrani dinlərdə, hind-avropa dinlərində, feminist fikirlərdə belə öz yerini almışdır

2. Universitetdə oxuduğum zamanlarda məhşur qrupumuzdaki qız.çoxlu sayda oğlanla danışdığı üçün onu yaxından tanıyan tanımayan hamısı pis danışırdı haqqında.bilirəm burada hamımız hər kəsin cinsi həyatı şəxsidir qarışmaq olmaz fikrinə sadiqdirlər içi mən qarışıq nə işim var təbii ki camaatla,mən amma düşünürdüm ki,qız padruqalarından çox oğlanlarla söhbət editdiyi üçün,onlarla zarafatları tutduğuna görə qıraqdan belə deyirlər.sonra üç ayrı oğlanla ayrı zamanlarda yataq şəkillərini gördükdən sonra (bu oğlanlar özləri bəli,utanmadılar mənə göstərməyə hətta “fəxr etdilər” day bilmirəm belə də olmalıdı yoxsa yox orası hərənin öz fikri amma mən etməzdim ) bəzən dedi-qodunun doğru ola biləcəyinin şahidi oldum

Gözəllik ilahəsi Nefertiti

Misir fironları, ilahələr, qədim insanlar hələ də bizim marağımızı çəkir, bunlardan biri də özünəməxsusluluğu və gizliliyi, fərqli həyat hekayəsi ilə seçilən Misir fironu Exnatonun həyat yoldaşı Nefertitidir. Müxtəlif fikirlər olsa da e.ə. 1370-ci ildə Teb şəhərində anadan olduğu söylənən Nefertitinin adının mənası “gözəllik gəlir”, “ gözəldən gələn”, “gözəl olan” deməkdir. Əsl adının isə Tadupika olduğu güman edilir.

Onun həyatını araşdırmaq bizi 18-ci Sülalənin hakimiyyət dövrü Misirinə aparır. Tadupika o dövrdə Mesopotamiya və Qafqaz aralığında yerləşən Mitanni kralının qızı idi.Exnatonun atası 3-cü Amenxotep xəstə idi və Tadupikanın əlləri şəfalı olduğuna görə 15 yaşında Misirə göndərilir.Bununla da o Misir dilində “gözəl gəldi” -Nefertiti adı ilə tanındı və belə də tarixə keçdi.E.ə.1344-cü ildə Exnatonla evlənən Nefertiti şəxsi həyatı ilə ön plana çıxdığı qədər iqtidarda söz sahibi olması ilə qüdrətini tanıtdı.Bu dövrdə Firon Exnaton o zamana qədər Misirdə hakim olan çoxallahlılığa son qoyaraq tarixdə ilk dəfə təkallahlılığı yayan hökmdar oldu. Amon dinini yaymaqda ona arvadı Nefertiti də bu işdə ona çox kömək etmişdi.

Sirli gözəlin məqsədi yeni salınmış paytaxtda tanrı ilə evlənib onların mərtəbəsinə catmaq, hətta onlardan daha yüksək mərtəbələrə varmaq idi.O ölümü belə gözə almışdı bu uğurda. Çox güclü və qorxubilməz olması bəlkə də onu olduğu o yüksəkliyə gətirmişdi. Tanrılarla birgə olmaq, onlar kimi ölümsüz olmaq istəyi həmçinin hərdən onda qorxu hissi də yaradırdı: “ Tanrılar onlara çatdığım üçün məni cəzalandıracaqlarmı?”deyə qorxubilməzliyinə, hiyləgərliyinə baxmayaraq təşviş də keçirirdi.Ancaq yenə də ölümsüzlüyü və sonsuzluğu əldə etməklə müqəddəs güc sahibi olmaq ən böyük arzusu idi. O bu arzusuna çatdığını düşündüyü zaman e.ə. 1330-cu ildə müəmmalı bir şəkildə yaşadığı kimi müəmmalı şəkildə də vəfat etdi.

Nefertiti o qədər gözəl idi ki, hər kəs qibtə edirdi bu Misir ilahəsinə.Nefertitinin bu qədər məhşur olmasının tək səbəbi gözəlliyi deyildi. O həmçinin əri Exnatonla birgə Misiri idarə etmiş, hətta onun ölümündən sonra da bir müddət hökmranlığının davam etdiyi fərz edilir.

Michelle Moranın “Nefertiti Misir ilahəsi sonsuzluq qızıdır” adlı kitabında onun gözlərinin tünd, bədəninin qarabuğdayı rəngdə, almacıq sümüklərinin ovuc içinə sığacaq qədər və boyunun da balaca olduğu vurğulanır. Nefertitinin, qarşısındakı insanı öz təsiri altına alabiləcək cazibədarlığı vardı və o özünün qadınlığından məharətlə istifadə edirdi. Kişilərlə olduqca alçaq səs tonu ilə danışarmış ki, onu eşitmək üçün kişilər qarşısında əyilsin.

Qüsursuz gülüşlərə sahib olan Nefertitinin gülüş bəxş etdiyi hər kəs, xüsusilə də kişilər onun sevgisində qərq olurdular. Nefertiti nə qədər xoşbəxt görünsə də hər qadın kimi onun da içində yaşadığı sıxıntıları vardı.

1912-ci ildə alman arxeoloq Lüdviq Brokart tərəfindən Təll əl-Amarnada Tutmosun emalatxanasında Nefertitinin büstü aşkar olunmusdur. Büst dünyada askar olunmuş nadir tapıntılar sırasına daxildir. Arxeoloq büstlə rastlaşdığı zaman elə ilk gördükdə onun dəyərini anlamışdı. Arxeoloq bütün qeydlərində onu önəmsiz obyekt kimi qələmə verərək tədqiq üçün Almaniyaya aparır və az qala Nefertitinin qaçırdığı büstünü Berlində Dehlem muzeyindəki xüsusi kolleksiyasında sərgiləyir. Sonra 1920-ci ildə büstü həmin şəhərin Misir muzeyinə bağışlayır.

Ölümündən sonra da sirli Nefertiti haqqında deyilənlər hələ də insanı vahiməyə salır.

Onun büstəki təsvirində daxilindəki məyusluq, qəmginlik əks olunmuşdu. Hər kəsə maraqlı gələ bilər, dünyanın bütün sərvətinə sahib olan, gözəlliyi əsrlər keçsə belə insanı aciz qılan, hər kəsi özünə heyran qoyan, iqtidar sahibi bir qadın nəyə görə xoşbəxt deyil? Nefertitinin 6 qızı dünyaya gəlmişdi, lakin taxta çıxaracaq bir varisi yox idi. Misir fironu Exnaton 2-ci arvad almış və ondan Tutonxamon adlı oğlu dünyaya gəlmişdi. Nefertitinin xoşbəxtsizliyinin əsl səbəbi bu idi. Tutanxamonun əsrarəngiz məzar abidəsi və onun lənəti bu günə qədər öz sirlərini qoruyur.

Nefertiti haqqında bir çox düşüncələr dilə gətirilirdi. O, qızı Anxesenamunu ögey oğlu Tutanxamonla evləndirir və fironun həm ögey anası, həm də qaynanası olur. Misir tarixində bu cür ailə bağlarına cox rast gəlinirdi. Məqsəd isə sərvətin, mirasın bölünməməsi idi.

Nefertitinin büstü bəzən “Mono Liza”əsəri ilə müqayisə edilir. Hər iki əsərdəki qadının simasında müəmmalı gülüşlər əsrlər keçməsinə baxmayaraq ilk günkü kimi əsrarəngizliyini və möhtəşəmliyini qoruyur.

Nefertitinin mumiyası Misirdə Luksor-Krallar Vadisi adlanan yerdə misirşünas dr. Johann Fletşer tərəfindən tapılmışdır.Mumiyanın qolunun biri kəsikdir, bir fərziyəyə görə hələ yaşayarkən gövdəsinin sağ küncündən kəsici alətlə almış və bu yara nəticəsində öldüyü bildirilir. Bu mumiyanın ona aid olduğunu göstərən ən əsas amil isə mumiyanın qulağında iki sırğa dəliyinin olmasıdır. Çünki o dövrdə yeganə Nefertitinin qulağında 2 dəlik var imiş. Mumiya tapıldığında ona cox zərər verilmişdi. Bunun səbəbi isə Qədim Misir əhalisinin varlığına inandıqları digər həyatda belə Nefertitinin yaşamasını istəməyəcək qədər ona nifrət etməsi idi.

Nefertitinin ölümündən sonra ona aid olan portretləri də məhv edilmişdi.Mumiya tətqiq edildikdən sonra məzarına qoyulur və soyğun nəticəsində üzərindəki bütün lal-cəvahirat, qiymətli əşyalar aparılır. Ən pisi isə odur ki, mumiyanın xüsusilə üz hissəsi tanınmayacaq hala salınır. Və ona görə də bunun Nefertitiyə məxsusluğu şüphə altında qalır. Bir Misir atalar sözündə;” ölüləri anmaq, onları həyata qaytarmaqdır” deyə qeyd olunur. Nefertitinin həyata qayıtmasını kimsə istəməsə də onun sirlərlə dolu həyatı hələ də araşdırılır. Lənətlənmiş ilahə olaraq tanınan Nefertiti minlərlə il əvvəldən gəlib hələ də sirləri ilə insanları qorxudur, onun büstü isə hələ də insanlığı gözəlliyi ilə valeh edən ən böyük şedevrlərədəndir.

Mənə maraqlıdır, görəsən, Nefertiti bu gün yaşasaydı gözəl sayılardımı?İnanmıram.Gözəllik anlayışı çox dəyişib.

GÜL TURAN

ADRA, 1-ci kurs tələbəsi

“Olimpin ilahələri” – FOTOSESSİYA

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, rusiyalı həmkarlarımız “Olimpin ilahələri” kimi qələmə verdiyi siyahıya 12 atlet daxil edib.

“İlahələr” arasında snoubordçular və fiqurlu konkisürənlər üstünlük təşkil edir. Bu idman növlərinin hərəsinin 3 idmançısı gözəlliyi ilə diqqət çəkib. Digər 6 idman növü isə 1 idmançısı ilə fərqlənib. Bunlar hokkey, skeleton, fristayl, kerlinq, biatlon və xizəklə tramplindən tullanmadı.

12 ən gözəl arasında rusiyalılar say üstünlüyü qazanıb. Şimal qonşularımız siyahıda 6 idmançı ilə təmsil olunub. Digər 91 ölkədən isə yalnız 6-sı heyətindəki gözəllə öyünə bilər. Bu ölkələr Almaniya, Böyük Britaniya, Norveç, İtaliya, ABŞ və Avstraliyadı.

“Olimpin ilahələri”
1. Alevtina Ştareva (Rusiya) – hokkey
2. Anna Fernştadt (Almaniya) – skeleton
3. Alyona Zavarzina (Rusiya) – snoubord
4. Rouen Çeşir (Böyük Britaniya) – fristayl
5. Sofiya Fyodorova (Rusiya) – snoubord
6. Silye Norendal (Norveç) – snoubord
7. Anastasiya Brızqalova (Rusiya) – kerlinq
8. Doroteya Virer (İtaliya) – biatlon
9. Natalya Zabiyako (Rusiya) – fiqurlu konkisürmə
10. Medison Çok (ABŞ) – fiqurlu konkisürmə
11. Sofya Tixinova (Rusiya) – xizəklə tramplindən tullanma
12. Keylani Kreyn (Avstraliya) – fiqurlu konkisürmə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Comments are closed, but trackbacks and pingbacks are open.