Ilham əliyevin azərbaycan modeli
Sürətli iqtisadi inkişaf Azərbaycanın beynəlxalq aləmdə diqqət mərkəzində olmasını təmin etmişdir. Bütün dünyanı sarsıdan qlobal böhran zamanı ölkəmizdə iqtisadi artım sürətinin 9,3 faiz səviyyəsində olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin, onun perspektivli inkişaf trayektoriyasının uğurlu olduğunu əyani şəkildə bir daha sübut etdi. Mürəkkəb böhran dövründə Azərbaycan modelinin uğurunun sirrini cənab İlham Əliyev özü belə izah edir: istehlak qiymətlərinin aşağı salınmasının vacibliyi və inflyasiyaya nəzarət; milli bankların dəstəklənməsi də daxil olmaqla maliyyə monitorinqi, kreditlərə və faiz dərəcələrinə nəzarət; təkcə neft sektoruna deyil, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi; sosial öhdəliklərin qətiyyətlə yerinə yetirilməsinə yönəldilmiş siyasət; sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi; ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sair.
Ilham əliyevin azərbaycan modeli
22 il bundan öncə dünya səhnəsində yeni yaranan Azərbaycan dövlətinin müstəqilliyi düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bunun isə kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi.
Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı”.
Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsi”nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin:
1. Müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi;
2. inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması;
3. qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.
Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.
İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər.
Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyllərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı.
Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Deyilənləri yekunlaşdıraraq göstərmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.
Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.
Yaradılmış möhkəm iqtisadi təməl siyasi və sosial-mədəni proseslərə də dinamizm verir, Azərbaycanın “mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır”.
Sürətli iqtisadi inkişaf Azərbaycanın beynəlxalq aləmdə diqqət mərkəzində olmasını təmin etmişdir. Bütün dünyanı sarsıdan qlobal böhran zamanı ölkəmizdə iqtisadi artım sürətinin 9,3 faiz səviyyəsində olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin, onun perspektivli inkişaf trayektoriyasının uğurlu olduğunu əyani şəkildə bir daha sübut etdi. Mürəkkəb böhran dövründə Azərbaycan modelinin uğurunun sirrini cənab İlham Əliyev özü belə izah edir: istehlak qiymətlərinin aşağı salınmasının vacibliyi və inflyasiyaya nəzarət; milli bankların dəstəklənməsi də daxil olmaqla maliyyə monitorinqi, kreditlərə və faiz dərəcələrinə nəzarət; təkcə neft sektoruna deyil, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi; sosial öhdəliklərin qətiyyətlə yerinə yetirilməsinə yönəldilmiş siyasət; sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi; ərzaq təhlükəsizliyi probleminə daimi nəzarət və sair.
Müşfiq Tükanov
iqtisad elimləri namziədi
Ilham əliyevin azərbaycan modeli
Tarix zaman və məkan kimi əzəli və əbədidir. Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu, ondan irəli gəlirdi ki, vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü.
Ümummilli lideri Heydər Əliyevin müdrik və zamanı önləyən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən cənab İlham Əliyevin mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti, polad iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, eləcə də bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına, həmçinin müharibədən yeni çıxmış ölkə olmağımıza rəğmən, respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, respublikamız hazırda da eyni templə inkişaf edir, beynəlxalq əlaqələr genişlənir və vətənimiz Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini hərtərəfli möhkəmləndirir. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir. Azərbaycanın iqtisadi möcüzələr ölkəsi, dünyanın ən islahatçı 10 ölkəsi sırasında qərarlaşması həyata keçirilən siyasətin uğurlu nəticələridir. Artıq Azərbaycanın liderliyi ilə regional çərçivədən çıxaraq beynəlxalq əməkdaşlığa xidmət edən mühüm enerji və nəqliyyat layihələri həyata keçirilib və keçirilməkdədir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordulardan biri kimi şöhrət qazanmışdır.Rəşadətli Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 44 günlük Vətən müharibəsində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə şanlı zəfər səhifələrindən biri kimi daxil olmuş Vətən müharibəsi ordumuzun gücünü bir daha göstərdi. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” ilə Rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etmiş,ərazi bütövlüyümüzü bərpa etmişdir. Tariximizin qürur mənbəyinə çevrilən Zəfərimiz bütün dünya azərbaycanlılarının böyük sevincinə səbəb olmuşdur. Bu fəxarətli xoşbəxt günləri millətimizə bəxş edən praqmatik siyasətçi, mahir diplomat və qalib sərkərdə cənab İlham Əliyev şəxsiyyətinin siyasi iradəsi və gərgin əməyidir.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Prezidentin milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər. Vətənimizin rifahı naminə səmərəli əməyi, işgüzar və şəxsi keyfiyyətləri, mürəkkəb məsələləri effektiv həll etmək bacarığı haqlı olaraq Cənab Prezidentə xalqın içərisində ictimai nüfuz və dərin hörmət qazandırıb. Doğma Azərbaycanda və onun hüdudlarından kənarda Cənab İlham Əliyevi ölkənin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərini müəyyən etməyi bacaran, zəngin biliyini və təcrübəsini ölkənin firavanlaşmasına və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı proqramların həyata keçirilməsinə sərf edən səriştəli və məsuliyyətli lider kimi tanıyırlar. 60 yaşınız mübarək Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
“Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilir – FOTO
Yanvarın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.
Kitabın ideya müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.
Nəşrə daxil olan sitatlar Azərbaycan Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən yayılmış nitqlərindən, çıxışlarından və müsahibələrindən götürülüb.
Kitab siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.