Press "Enter" to skip to content

Ilham əliyevin daxili siyasətinin əhəmiyyəti

https://static.report.az/photo/9dd79198-c67e-487c-985e-12f30f4d6e79.jpg

Avropa Parlamentinin vitse-prezidenti: “Biz İlham Əliyevin daxili və beynəlxalq siyasətini bəyənirik” – YENİLƏNİB

Avropa Parlamentinin vitse-prezidenti: “Biz İlham Əliyevin daxili və beynəlxalq siyasətini bəyənirik” – YENİLƏNİB “Azərbaycanda həyata keçirilən islahatlar və görülən işlər Azərbaycan dövlətinin suveren hüququdur”

9 Sentyabr , 2016 13:37

https://static.report.az/photo/9dd79198-c67e-487c-985e-12f30f4d6e79.jpg

*** saat 11:25 Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, dövlət başçısı Riçard Çarnetskinin Azərbaycanın dostu olduğunu qeyd edərək onun ölkəmizə bir neçə dəfə səfər etməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirib. Azərbaycanda həyata keçirilən islahatların və görülən işlərin Azərbaycan dövlətinin suveren hüququ olduğunu deyən Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski qeyd edib ki, “biz sizin daxili və beynəlxalq siyasətinizi bəyənirik”. Görüşdə beynəlxalq aləmdə ikili standartların mövcud olduğu, bir sıra məsələlərə qərəzli münasibət göstərildiyi qeyd edilib. Söhbət zamanı Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi məqsədilə hüquq və qanunvericilik sahəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb.

İlham Əliyev və Azərbaycanın Gənclər siyasəti

Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:
Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
1. İstedadlı gənclərə dövlət qayğısı;
2. Gənclərin sağlamlığının qorunması və fizik iinkişafı;
3. Gənclərin məşğulluğunun təmin edilməsi;
4. Gənc ailələrə dövlət yardımı;
5. Gənclər təşkilatlarına dövlət yardımı.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fakir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyət asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.
1997-ci ilfevralın 1-də “2 fevral” – Azərbaycan gəncləri gününün élan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə Azərbaycan gənclərinin 7 forumu keçirilmişdirki, bunlardan 5-i son 13 ilə təsadüf edir. 2017-ci il 15 sentyabr tarixli sərəncamla Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə “ Dövlət Proqramının qəbul edilməsi gənclər üçün yeni perspektivlərin reallaşmasına təkan verdi.
Bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlıdır. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Bu mənada öz ətrafında yüz minlərlə vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası da vətəndaşlarımızın ideya-siyasi tərbiyəsi ilə bağlı öz işlərini ən müasir səviyyədə qurur.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 700 minə yaxın üzvü var. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. O mənada ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməli, qoyulan yolu davam etdirməlidir. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır.

Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər YAP Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır.Yəni, istər ölkə sərhədlərindən kənarda, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların gənclər qurumları ilə əlaqələrin genişləndirilməsi, istərsə də daxildə bir sıra layihələrin uğurla həyata keçirilməsi görülən işlərin keyfiyyətindən xəbər verir. Bir sıra bayramlarda YAP rəhbərliyinin dəstəyi ilə partiyanın Gənclər Birliyi və onun yerli qurumları sosial aksiyalar həyata keçirirlər.Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir.Bu da onu göstərir ki, Azərbaycan gəncliyi bu qayğının nəticəsində daha da aktiv olmağa və bunu özəməlifəaliyyətlərində göstərməyə çalışır.Təbiiki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaqdır.Gənclər dədövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini beləi fadə etmişdir:“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz.Məndə sizə arxalanıram”.Qeyd edimki, ulu öndərin əsasını qoyduğu siyasətin Prezident tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən sosial rifahının yüksəlişini təmin edir.Cənab İlham Əliyevin prezident olduğu 15 ildə ölkəmizdə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsədə elm və təhsil sahələrində gənclərə, gənc nəsləyaratdığı şərait və verdiyi dəstək Azərbaycan gəncliyinə böyük stimul verir və məhz bu səbəbdəndirki, Vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq beynəlxalq müsabiqə, festival,konfranslara və idman yarışlarına ev sahibliyi edib..Bu mövqe ondan ibarətdirki, gəncliyimiz Prezidentin siyasətini birmənalı şəkildə dəstəkləyir və onun yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür.Bütün qənclər cənab Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyü siyasəti və gördüyü işləri dəstəkləyir.2018 il,aprelin 11-də keçiriləcək növbədən kənar prezident seçkilərində bütün azərbaycan gəncliyi və Sumqayıt gəncləri azərbaycanın gələcəyi naminə səslərini İlaham Əliyevə verəcəklər.

İNAMILA,İLHAMLA QƏLƏBƏLƏRƏ DOGRU!

Elmar Xelilov
Sumgayit Dövlet Universitetinin
dosenti,tarix üzrə fəlsəfə doktoru

Ilham əliyevin daxili siyasətinin əhəmiyyəti

“Qafqazinfo” politoloq, Mədəniyyət kanalının direkroru Ramil Qasımovun “Diplomatiyaya xidmət edən mədəniyyət (Prezident İlham Əliyevin mədəniyyət siyasəti)” yazısını təqdim edir:

Geosiyasi maraqların tez-tez toqquşduğu, katakilizmlərin cövlan etdiyi qloballaşan dünyada, ictimai-siyasi formasiyaların əvəzlənməsindən tutmuş iqtisadi tənəzzüllərə qədər narahatlıq yaradan bu dünyanın bir hissəsi olaraq milli mənafeləri qorumaq ağır missiyadır. Bundan ötrü qətiyyətli və ardıcıl mübarizə lazımdır. Və bu mübarizədə hər zaman hədəfi sərrast nişan alan bir silah var: həqiqətin özü! Təbii ki, bir gerçəklik də sözünü deyir: həqiqət barının tamını daddıranacan, qarşı tərəfi xeyrin lehinə yönəldənəcən dərin zəka, dəmir məntiq, siyasi-fəlsəfi mühakimə qabiliyyəti, milli təəssübkeşlik, alovlu vətənpərvərlik zirvəsindən doğruya işıq salmaq labüddür.

Prezident İlham Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətində parlaq səhifələrə nəzər salsaq yenə bir həqiqətə şahidlik etmiş olarıq: dövlət başçısı zəkası ilə bütün sferaları aydınlatmışdır. İctimai-siyasi sabitlik, yeni iqtisadi modelin uğurları, mükəmməl diplomatiya, çevik və balanslaşdırılmış xarici siyasət kursu, daxili əmin-amanlıq, humanizmə söykənən sosial siyasət prezidentin gerçəkləşdirdiyi ağır, fəqət şərəfli və taleyüklü missiyanın uğurlu taleyindən xəbər verir.

Əlbəttə, sadaladığımız istiqamətlərlə bərabər bir önəmli sahə də var: mədəniyyət. Milli mədəniyyət tarixinin araşdırılması, təşəkkülü və təbliği ulu öndər Heydər Əliyevin fəaliyyətində önəmli yer tuturdu. Bu ənənə bu gün də prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, milli mədəniyyətin təbliği beynəlxalq münasibətlərin tənzimlənməsinə, diplomatiyaya da xidmət edir.

Əlbəttə, 2003-cü ildən bəri gerçəkləşən mədəniyyət layihələrini bir yazıya sığışdırmaq qeyri-mümkündür. Ancaq bəzi məqamlara nəzər salmaqla görülən işlərin miqyasına və tarixi- siyasi əhəmiyyətinə bir daha diqqət yetirə bilərik.

2004-cü ilin yanvarında YUNESKO-nun iqamətgahında “Dədə Qorqud” dastanının 1500 illiyinə həsr olunmuş möhtəşəm tədbir də, Brüsseldə “Dədə Qorqud” abidəsinin açılış mərasimi də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin layiqli təbliğinə bariz nümunə idi. Elə həmin ildə Fransa senatının muzeyində 20 Azərbaycan rəssamının 70-dən çox əsəri nümayiş etdirildi. Salonlardan ucalan milli musiqimiz Fransa tamaşaçılarının könüllərini ehtizaza gətirdi. Aprelin 8-də Bakıda Türkiyə ilə dostluq, qardaşlıq münasibətlərinin, ədəbi əlaqələrin gücləndirilməsində əvəzsiz rol oynayacaq Atatürk mərkəzinin açılışı oldu.

“Azərbaycan Milli Ensklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnamənin təsdiq edilməsi haqqında” Prezident fərmanı imzalandı. Martın 15-də Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini qəbul edən dövlət başçısı milli ədəbiyyatın inkişaf perspektivləri və dünya ədəbiyyatına inteqrasiya ilə bağlı tövsiyələrini verdi.

Xarici İşlər Nazirliyində respublikanın xarici ölkələrdəki diplomatik nümayəndələrinin rəhbərliyi ilə görüşdə prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin təbliğat mexanizmləri ilə bağlı öz fikirləri bəyan etmişdi: “Azərbaycan haqqında reallıqlar, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Ümumiyyətlə, mən xarici mətbuatı mütəmadi qaydada izləyirəm. Azərbaycanı yalnız neft ölkəsi kimi təqdim edirlər, yaxud da ölkə haqqında erməni-azərbaycanlı münaqişəsi ilə bağlı məlumat verilir. Amma Azərbaycanın qədim tarixi var, mədəniyyəti var, mədəni irsi var. Bu gün mətbuat dünyada çox böyük rol oynayır. Biz istərdik ki, Azərbaycan haqqında gedən məlumat reallığa əsaslansın”.

2004-cü il sentyabrın 9-da Azərbaycan mədəniyyəti üçün ən yaddaqalan hadisə baş verdi. Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildi. Prezident İlham Əliyevin mədəniyyət sferasına xüsusi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri sayəsində milli mədəniyyətimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.

2008-ci ildə cəsurluq rəmzi olan Cavad xanın qəbri üzərində məqbərə ucaldıldı. Mərdəkanda 16-cı əsrə aid “Pir Həsən” ziyarətgahı, Binədə “Möhsün Səlim” məscidi, Buzovnada “Cümə” məscidi, Bakıda “Müqəddəs Məryəmin miladı” kilsəsi əsaslı təmir olundu. Tiflisdə Azərbaycan aydınları Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən düzəldildi.

2013-ci ildə Paris və Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı konsert və sərgilər reallaşdı. Romada mütəfəkkir şairin abidəsi ucaldıldı.

Muğam öz yaşından ulu, mənəvi-ruhi duyğuların simsarı olan, fəlsəfi təməl üzərində qərar tutmuş möhtəşəm sənət növüdür. Əksər türk-müsəlman dövlətlərində muğam sənəti intişar tapsa da, hər ölkənin muğamı ifa manevrinə, boğaz tərzinə görə fərqlənir. Amma dünyada ilk dəfə məhz Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz – muğam ocağı yaradıldı. Mehriban xanım Əliyevanın təşəbbüsü, prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin avqustunda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu. 2008-ci il dekabrın 27-də 7500 kv. metrlik sahədə qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirildi.

Azərbaycan musiqisi beynəlxalq konsert salonlarında əcnəbiləri heyrətə gətirir. Bakıda və regionlarda beynəlxalq musiqi festivalları keçirilir.

Prezident İlham Əliyevin mədəni irsimizə göstərdiyi diqqət, Mehriban Əliyevanın davamlı təbliğatı sayəsində muğam, aşıq sənəti, Novruz bayramı ənənələri, xalçaçılıq sənəti, tar ifaçılıq sənəti, çovqan oyunu, kəlağayı düsəldilməsi sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Azərbaycanın monumental tarixi abidələri, maddi mədəniyyət ocaqları, müasir standartlara uyğun şəkildə bərpa və təmir olunub. Bakı şəhəri özünün unikal memarlıq palitrası ilə qonaqları heyrətləndirir. Dünyanın nadir memarlıq inciləri siyahısında yer alan Heydər Əliyev Mərkəzi, Üç alov qüllələri ilə bərabər müxtəlif dövrlərin memarlıq məktəblərinin nümunələri də bir vəhdət tablosu yaradır.

Bakı beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilib. 2003-cü ildən bəri Azərbaycanda Beynəlxalq incəsənət, Beynəlxalq milli rəqs və musiqi, Beynəlxalq Mstislav Rastrapoviç, Gəncə Beynəlxalq musiqi, Qəbələ Beynəlxalq musiqi, Beynəlxalq caz, Avropa Tolerantlıq festivalları, Beynəlxalq Azərbaycan xalçası simpoziumu, Bakı Beynəlxalq memarlıq müsabiqəsi, kitab sərgisi, kino və teatr festivalları, idman və musiqi yarışmaları mütəmadi keçirilir.

Dövlət başçısının sərəncamı ilə Keşikçidağ, Yanardağ, Xınalıq, Atəşgah tarixi-mədəni qoruq kimi elan olunub. 2012-ci ildə Qobustan qoruğunun yeni inzibati binasının və müasir texnoloqiyalarla təchiz edilmiş ekspozisiyasının açılışı oldu. Qobustan qoruğunun ABŞ Dövlət Departamentinin “Museum Contest-2012” layihəsinə daxil etməsi qürurverici haldır. Eyni zamanda “Qala” Dövlət Qoruğunun bazasında Qala Etnoqrafik Muzey Kompleksi yaradılmışdır.

Azərbaycan Dövlət İncəsənət muzeyi əsaslı təmir olunmuş, müasir incəsənət muzeyi fəaliyyətə başlamışdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu tikilib istifadəyə verilmişdir.

Prezident bütün çıxışlarında dönə-dönə söyləyir ki: “Kitabxanalar Azərbaycan xalqının milli sərvətidir”. Bu milli sərvətin müasir texnoloji tələblərə uyğunlaşdırılmasından ötrü dövlət başçısının 20 aprel 2007-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı” elan olundu.

Mədəniyyətin önəmli qolu olan kinonun inkişafı da dövlətin və dövlət başçısının diqqət mərkəzində olan məsələlərdəndir. 2007-ci il fevralın 23-də “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalandı. 2008-ci il avqustun 4-də “Azərbaycan kinosunun 2008-2018-ci illərdə inkişafı üzrə Dövlət proqramı” qəbul olundu. Azərbaycan Dövlət Film Fondunun yeni inzibati binası tikilib istifadəyə verildi. “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası yaxşılaşdırıldı. “Nizami” kinoteatrı əsaslı şəkildə təmir olundu.

Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ilin avqustunda milli kinomuzun 120 illiyi təntənəli şəkildə qeyd olunacaqdır.

Prezidentin 15 fevral 2013-cü il tarixli fərmanı ilə “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir.

Dövlət başçısının digər bir fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası üzrə Milli Fəaliyyət Qrupu yaradıldı. “Azərbaycan 2020: mədəni irs üzrə prioritet inkişaf istiqamətlərindən biri kimi” devizi ilə keçirilən beynəlxalq konfransda daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, istifadəsi, təbliği sahəsində mövcud problemlərin və perspektivlərin müzakirəsi qabardıldı.

Ölkəmizdə mədəniyyətin siyasətinin əsas istiqamətlərindən biri teatr sənətinin inkişaf etdirilməsidir. 2006-cı ilin dekabrında MDB ölkələrində ilk dəfə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olundu. 18 may 2009-cu ildə isə “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət proqramı” təsdiq edildi. 2012-ci ildə Bakı II Beynəlxalq Teatr Festivalina ev sahibliyi etdi. Prezidentin 1 mart 2013-cü il tarixli fərmanı ilə martın 10-u “Milli Teatr günü” elan olundu.

Ötən il Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək ümumdünya sərgisinə (EXPO 2025) ev sahibliyi etmək üçün Bakının namizədliyi irəli sürülüb. Tarixi 1851-ci ilə gedib çıxan Ümumdünya sərgisi ən böyük və davamlı qlobal tədbir sayılır. Qeyd edək ki, ölkəmiz sözügedən sərgidə 2000-ci ildən iştirak edir.

Vaxtaşırı Azərbaycanda keçirilən Ümumdünya mədəniyyətlərarası dialoq Forumu da mədəniyyətlər, sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edir. 2008-ci ildən Mədəniyyətlərarası dialoqun qurulması məqsədilə Azərbaycan tərəfindən “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. “Bakı prosesi” və ümumdünya mədəniyyətlərarası Dialoq Forumu sülhün və əməkdaşlığın qorunmasına xidmət edir.

BMT Baş Assambleyasında qəbul edilmiş “Sülh naminə” dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi” adlı qətnamədə Bakıda 2 ildən bir reallaşan Ümumdünya mədəniyyətlərarası dialoq Forumuna istinadən bu tədbir mədəniyyətlərarası dialoqun təşviqi üçün aparıcı qlobal platforma kimi təsvir olunur. Bu platforma çərçivəsində “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 10-cu konfransında qəbul edilən qərara görə 2020-ci ildə Qəbələ İslam dünyasının turizm paytaxtı olacaq.

Mədəniyyət – xalqın təfəkkür tərzinin göstəricisidir. Ədəbiyyat – etnofəlsəfi düşüncənin təcəssümüdür. Və ədəbiyyatın, mədəniyyətin təbliği milli tanıtıma, dövlətçiliyə, diplomatiyaya xidmət edir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və I vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi önəm verirlər.

Mədəniyyət tarixində iz qoymuş, incəsənətə töhfə vermiş görkəmli sənətkarların yubileyləri ən yüksək səviyyədə təşkil olunur. Bədii-estetik zövqün formalaşmasında xidməti olan sənətçilər fəxri adlara, Prezident təqaüdünə layiq görülür.

Qürur duyuram ki, çalışdığım Azərbaycan Televiziyası, habelə Azərbaycan Televiziyasının Mədəniyyət kanalı dövlət başçısının mədəniyyət siyasətini layiqincə təbliğ edir və tamaşaçılara çatdıra bilir. Azərbaycan dilinin saflığının qorunmasında, ədəbi dilin qanunlarına riayət olunmasında, ədəbiyyat, incəsənət tariximizin araşdırılmasında Azərbaycan Televiziyası önəmli rol oynayır.

Prezident İlham Əliyev milli mədəniyyətin təşəkkülü ilə bərabər, mədəniyyət tariximizi yaradan insanlardan da qayğısını əsirgəmir. Mən də fəxrlə söyləyə bilərəm ki, o qayğıdan bəhrələnən gənclərdən biriyəm. Əməkdar artist fəxri adına, Prezident mükafatına, Azərbaycan Televiziyasının Mədəniyyət kanalının rəhbərliyi etimadına layiq görülmüşəm.

Aprel ayının 11-də keçirilən növbəti seçkilərdə Prezident İlham Əliyev daha bir inamlı qələbə qazandı. Xalqımız böyük ruh yüksəkliyi ilə seçkilərə qatıldı və öz səsini haqqın qalibiyyətinə, dövlətçiliyin qarantına, siyasi sabitliyə verdi. İlham Əliyev növbəti dəfə prezident seçildi. Bütün bunlar onu deməyə əsas verir ki, milli mədəniyyətin inkişafının miqyası daha da böyüyərək geniş vüsət alacaq, ölkəmizin beynəlxalq siyasi və mədəni nüfuzunun möhkəmlənməsi prosesi davam edəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.