Press "Enter" to skip to content

Leyla Bayramova

Qısa planda isə dərsin mərhələlərini əks etdirən təxmini vaxt bölgüsü, dərsin gedişatının geniş təsviri nəzərdə tutulmur. Burada dərsin mərhələlərinə dair əsas tezislər qeyd olunur, hər bir mərhələnin məzmunu plan şəklində, əlavə şərhlər verilmədən hazırlanır.

Ədəbiyyat müəllimi, sən bir günəşsən

Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.

Təlim fəaliyyətinin planlaşdırılması

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

MÜƏLLİMİN TƏLİM FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI

Planlaşdırma müəllimin tədris-metodiki işinin aynasıdır. Onun düzgün elmi-metodiki və pedaqoji-psixoloji tərtibi qaydaları vardır. Hazırda bu vəzifəni orta məktəb müəllimləri üçün tərtib olunan metodik vəsaitlər yerinə yetirir. Həmin vəsaitlərdə proqram materiallarının tədrisi ardıcıllığı, ayrılan saatlar, dərslərdə reallaşdırılacaq alt-standartlar, təlim üsulları, qiymətləndirmə növləri, dərsdə istifadə olunacaq iş formaları, mövzunun tədrisində fənlərarası və fəndaxili inteqrasiya, resurslar və b. məsələlər geniş şəkildə əks olunmuşdur. Həmin vəsait də Təhsil Nazirliyi tərəfindən təsdiq olunduğuna görə buradakı planlaşdırmada düzəlişin aparılmasını yalnız məktəb ədəbiyyat metodşurasının qərarı ilə həyata keçirmək olar.

Amma bu məsələdə ədəbiyyat müəllim də müəyyən bilik və bacarıqlara sahib olmalıdır. O, planlaşdırmada standartların, inteqrasiya imkanlarının, qiymətləndirmə məsələlərinin dəqiqləşdirilməsi işini həyata keçirə bilər. Təqdim olunan standartlar qrupunda, inteqrasiya məsələlərində, resurslarda əlavələr və dəyişikliklər apara bilər.

Təlimin, təhsilin, ədəbiyyat tədrisinin qarşısına qoyulan vəzifələrin uğurlu həlli planlaşdırmanın düzgün elmi-metodiki əsaslarla tərtibindən keçir.

Bunu nəzər alaraq biz aşağıda müəllimin təlim fəaliyyətinin planlaşdırılmasından və bu işin əsas xüsusiyyətlərindən danışmaq istəyirik.

Xatırladaq ki, ənənəvi metodikalarımız planlaşdırmanın 3 növündən söhbət açırdı. Buraya illik, yarımillik və gündəlik plan daxil idi. Onların adları kimi məzmunları da fərqli idi. Qeyd edək ki, illik planlaşdırma nə qədər səmərəli olsa da, ənənəvi kursda müəllimlər onun tərtibindən qaçır, onu artıq bir iş hesab edirdilər. Müəllimlər üçün işlək vəziyyətdə olanı isə yarımillik (buna təqvim-tematik plan deyilirdi) və gündəlik planlar idi. Ənənəvi kurs öz ömrünü başa vurduğundan o planlar daha işləmir və onlar tarixi-metodik əhəmiyyət daşıyırlar. Ona görə də diqqətinizi daha çox yeni kursda istifadə olunan planlara yönəldəcəyik.

Yeni kurs planlaşdırmanın iki növündən – perspektiv(illik)cari planlaşdırmadan(gündəlik) istifadə edir. Burada yarımillik planlaşdırmanın (təqvim-tematik planın) adı çəkilmir. Hazırda illik planlaşdırma tədris prosesi ilə bağlı məsələləri tam şəkildə əhatə etdiyindən köhnəyə ehtiyac qalmır.

Yeni kursda müəllimlərə illik planın iki variantı təklif olunmuşdur. Biz orta məktəbin müəllim üçün vəsaitlərində bu planlaşdırmanın bölmələrinə bir qədər sərbəst yanaşmaları da görürük. Onları da qəbul etmək olar. Amma qaydalara uyğun gələn illik planlaşdırma aşağıdakı şablonlara uyğun gələnləri hesab olunmalıdır.

İllik planlaşdırma ( I variant)
Tədris vahidi [1]
Standartlar
İnteqrasiya
Resurslar(təchizat)
Qiymətləndirmə

Qeyd: Bu cür planlar orta məktəbin ədəbiyyat müəllimləri üçün hazırlanmış müəllim üçün metodik vəsaitlərdə vardır. Onlara internetdə http://www.trims.edu.az səhifəsindən baxa bilərsiniz.

İllik planlaşdırma (II variant).
(Təqvim planın kurikulum əsasında nümunəsi) [2]
Tarix(həftələrlə)
h ü m hadis ələr
Tədris vahidinin adı
vzular
Tədris vahidi ü zr ə reallaş d ı r ılan standartlar
vzular ü zr ə reallaş d ı r ı lan standartlar
Strategiyalar
Fərdi yanaş ma
Qiymətləndirmənin ü sul v ə vasitələri
Tədris vahidi üçü n ayr ı lm ış vaxt
Hər mö vzu üçü n ayr ı lm ış vaxt
Resurslar

Həmin səhifədə bütün siniflər üçün ədəbiyyat dərsliklərinə və müəllimlər üçün vəsaitlər yerləşdirilmişdir.

Planlaşdırma həyata keçiriləndə proqram materiallın xüsusiyyətinə, şagirdlərin yaş və bilik səviyyələrinə və elmi-metodik, pedaqoji-psixoloji amillərə diqqət yetirilməlidir. Dərsliklər, müəllim üçün metodik vəsaitlər bu amilləri nəzərə alırmı? Mövzular üçün alt- standartlar seçiləndə “Ədəbiyyat və həyat həqiqətləri”, “Şifahi nitq”, “Yazılı nitq” məzmun xətlərindən seçimlər düzgün edilmişdirmi, fəndaxili əlaqələr gözlənilmişdirmi, təklif olunan alt-standartları, onların miqdarını, təlim-tərbiyə və inkişaf vəzifələrini yerinə yetirməsini yetərli saymaq olarmı, təlim materialının xarakteri imkan verərsə, təqdim olunan alt-standartları dəyişdirmək, çoxaltmaq və ya azaltmaq mümkündürmü, summativlər, sinifdənxaric oxu dərslərinin təşkili, layihələrin təqdimi məsələlərində simmetriyalar gözlənilmişdirmi suallarına ədəbiyyat müəllimi cavab tapmağı bacarmalıdır.

Adətən illik planlaşdırmada bu nöqtələrdə səhvlər, nöqsanlar, təhriflər özünü göstərir. Müəllim planlaşdırmada həmin nöqsanları görməli və onları metodşuranın dəstəyi ilə aradan qaldırmağı bacarmalıdır. Bəzən müəllimlərə qadağalar qoyulur ki, bir dərsdə uzağı 3- 4 standart reallaşdırıla bilər, çox olmaz. Bu tamamilə zərərli və elmi-metodik baxımından olduqca yanlış yanaşmadır. Belə ki, əgər proqram materialının xarakteri imkan verirsə, onu süni şəkildə azaltmaq və ya artırmaq olmaz. Məsələn, əsərin məzmunu üzərində iş dərslərində “Ədəbiyyat və həyat həqiqətləri” məzmun xəttindən 1.1. əsas standartının dörd (1.1.1-dən 1.1.5.-ə qədər də seçilə bilər. O baxır keçilən əsərə), şifahi və yazılı nitq məzmun xətlərinin hərəsindən isə bir və ya iki alt-standart (minimum 6 alt-standart) seçilə bilər.

Gündəlik planlar isə müəllimin birbaşa dərsə hazırlığı prosesini əks etdirən ən işlək sənəddir. Müəllimin dərsdə gördüyü işlərin məzmunu bu sənəddə əks olunur. həmin sənəd illik planda mövzunun tədrisi üçün nəzərdə tutulan işlərin necə yerinə yetirilməsi vəziyyətini əks etdirir. Müəllim üçün vəsaitlərdə proqram materiallarının tədrisinə dair tövsiyələr də verilmiş, dərs icmalları da təqdim olunmuşdur. Hər bir gənc müəllim unutmamalıdır ki, verilmiş mülahizələr, təqdim olunmuş icmallar rəsmi göstəriş deyildir, tövsiyə xarakteri daşıyır.

Məktəb təcrübəsi gündəlik planın iki növünü tanıyır: geniş plan – buna dərsin icmalı deyilir və qısa plan.

Geniş plan titul səhifəsindən, dərsin planındandərsin gedişi bölmələrindən ibarətdir. Dərsin planı dedikdə burada dərsin mövzusu, məqsədi, dərsdə istifadə olunan üsullar, təchizat məsələləri və dərsin mərhələləri üzrə təxmini vaxt bölgüsünü nəzərdə tutulur. Dərsin gedişi dedikdə isə həmin mərhələlərin hər birində görülən işlərə dair geniş qeydlərin aparılması başa düşülməlidir.

Qısa planda isə dərsin mərhələlərini əks etdirən təxmini vaxt bölgüsü, dərsin gedişatının geniş təsviri nəzərdə tutulmur. Burada dərsin mərhələlərinə dair əsas tezislər qeyd olunur, hər bir mərhələnin məzmunu plan şəklində, əlavə şərhlər verilmədən hazırlanır.

Təcrübəli müəllimlər qısa gündəlik plandan istifadə edirlər.
Gündəlik plan nümunəsi –(1)

Fəal(interaktiv) dərsin texnoloji xəritəsi.

Cədvələ diqqətlə baxın. O belə doldurulmalıdır: Yuxarıdakı rəngli sütunda başlıqların altında uyğun cavablar qeyd olunmalıdır. “Standartlarda” dərsdə reallaşdırılacaq alt-standartların rəqəmləri(kodları), “Mövzu”nun altında keçiləcək dərsin mövzusu, “İnteqrasiya”da fənlərarası inteqrasiya- fənnin adı və alt-standartı (tarix: 1.2.1, musiqi: 2.1.2 və s.), “Texnikalar”da dərsdə istifadə olunacaq üsullar, “İş forması”nda fərdi, cütlərlə, kiçik və ya böyük qruplarla iş formalarından uyğun gələnləri, “Resurslar”da dərsin gedişatına xidmət edən əyani vasitələr, sxemlər, cədvəllər, video çarxlar, kitablar, kliplər və s. qeyd olunur.

Dərsin təlim nəticələrində alt-standartların açıqlamaları qeyd olunur.

“Motivasiya”nın qarşısında nümayiş etdiriləcək vəsaitin adı və yönəldici suallar, “Tədqiqat sualı”nın qarşısında uyğun suallar( iki sualın verilməsini tövsiyə etmişdik. Bu sualların tərtibində də məzmun və təhlil suallarının fərqləndirilməsini xatırlayın), “Tədqiqatın aparılması” qrafasının qarşısında qrupların sayını və onlara təqdim olunacaq tapşırıqları, digər mərhələlərin də qarşısında uyğun olan işləri qeyd etmək lazımdır.

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Planlaşdırma

Paylaşıldı on 12:19 by Leyla Bayramova

X Mövzu: Planlaşdırma


Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlar:
Ø Məzmun standartlarına əsasən tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq
Ø Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
Ø İnteqrasiya imkanlarını müəyyən etmək
Ø Əlavə resurslar seçmək
Ø Təlim məqsədinə görə məqsədyönlü vaxt bölgüsü aparmaq
Ø Təlim məqsədinə görə nailiyyətlərin qiymətləndirilməsi növlərini müəyyənləşdirmək
İllik planlaşdırmanın aparılma qaydaları bağlı tövsiyyələr
-Standartlar qrupuna əlavə standartlar daxil etmək.
-Mövzuları dəyişdirmək və ya artırmaq.
-İnteqrasiya üçün əlavə imkanlar müəyyən etmək.
-Əlavə resurslar seçmək.
-Mövzular üzrə vaxt bölgüsündə dəyişikliklər etmək.
Standratlar
Təd r is v ahidi
İnteqrasiya
Qiymətləndirmə
Şagirdlərin qiymətləndirilməsinin illik planlaşdırılması

İllik planlaşdırmada qiymətləndirmə bölməsi həm şagirdlərin təlim fəaliyyətinin izlənilməsini, həm də onların nailiyyətlərinin yoxlanmasını nəzərdə tutur.Yəni illik planlaşdırma cədvəlində gündəlik dərslərdə şagirdlərin fəaliyyətini izləmək məqsədilə seçilmiş qiymətləndirmə üsulu, summativ qiymətləndirmə saatlarında isə onun üçün müəyyənləşdirilmiş yoxlama vasitəsi yazılır.


FƏAL DƏRSİN PLANLAŞDIRILMASI
1. Dərsin gözlənilən nəticələrini müəyyən etmək (alt-standart əsasında dərsin təlim nəticələrini müəyyənləşdirmək)
2. Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini müəyyənləşdirmək
3. Dərsin motivasiyasını hazılamaq (problem situasiyanın yaradılması, motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması)
4. Tədqiqat zamanı yeni biliyi toplamaq üçün istifadə olunan bilik mənbələrini müəyyənləşdirmək
5. Müəyyən edilmiş gözlənilən nəticələrə gətirə biləcək tədqiqat tapşırıqlarını hazırlamaq
6. Tədqiqat metodlarını müəyyənləşdirmək
7. Lazımi materialları və iş vərəqlərini hazırlamaq, tədqiqatın təqdimat formasını müəyyənləşdirmək
8. Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək
9. Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, şəkil, siyahı, kollaj, layihə və s.)
10.Güman edilən yeni nəticələri nəzərə alaraq əlavə məlumat, tapşırıqlar hazırlamaq
11.Dərsin hər mərhələsi üçün vaxtı müəyyən etmək
12.Dərsin yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq
13.Qiymətləndirmə formasını (üsulunu) seçmək, meyarları müəyyənləşdirmək
14.Müəllim və şagirdlərin tələbatlarına əsaslanan refleksiyanın gedişatını müəyyənləşdirmək
15.Dərsdə istifadə olunacaq texniki vasitələri müəyyənləşdirmək
16.Dərsdə istifadə olunacaq dəftərxana ləvazimatlarını hazırlamaq

-Dərsin planlaşdırılması üçün onun bütün komponentlərinin bir biri ilə uzlaşdırılması vacibdir.

-Təlim məqsədləri tapşırıqlarla bilavasitə əlaqəli olmalıdır. Ümümiləşdirmələrə əsasən dərsin tədqiqat sualı tərtib olunur. Bütün bunlar dərsin tamlığını və sistemliliyini (dərsin əvvəlinin və sonunun sıx əlaqəsi), təlim nəticələrinə nail olmasını təmin edir.

İllik planlaşdırma (2018-2019)

Hörmətli müəllimlər!
Azərbaycan tarixi və Ümumi tarixdən bütün siniflər üzrə (V-XI siniflər) illik planlaşdırmanı təqdim edirəm. İrad və təkliflərinizi gözləyirəm. Yeni təhsil fəaliyyətimiz mübarək olsun!

Yükləmək ücün qeydiyyatdan keçin!
Yükləmək ücün qeydiyyatdan keçin!

Oxşar xəbərlər

Formativ qiymətləndirmə-2

Müzakirə

6-cı sinif Qədim dünya tarixi (Perspektiv planlaşdırma)

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.

« Mart 2023 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Populyar xəbərlər

Qədim Yunanıstan haqqında interaktiv oyunlar

9-04-2020, 18:42

5-cilər üçün daha bir MİLYONÇU

7-04-2020, 18:18

DUEL (Online oyun)

6-01-2020, 21:51

6-cı siniflər üçün Milyonçu

23-11-2019, 22:20

7-ci siniflər üçün “Milyonçu”

21-11-2019, 18:51

6-cı siniflər üçün Milyonçu

6-11-2019, 09:16

5-ci lər üçün Milyonçu

24-10-2019, 21:18

8-ci siniflər üçün “Milyonçu”

21-10-2019, 22:16

5-cilər üçün yeni “Milyonçu”

27-02-2018, 22:13

İbtidai cəmiyyət (interaktiv oyun)

9-11-2017, 22:35

Xronologiya (Online-oyun)

3-11-2017, 23:59

Prometanda interaktiv tapşırıqlar

5-08-2017, 20:41

İnteraktiv tapşırıqlar

9-07-2017, 21:03

Milyonçu (6-cı sinif)

15-03-2017, 20:02

İnteraktiv oyun (6-cı sinif)

30-10-2016, 21:57

Qədim Azərbaycan (İnt-Oyun)

4-10-2016, 07:13

Sayta daxil ol

Kopspekt.az 0

26 06 2020

Təbliğat və Maarifləndirmə 0

28 05 2020

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN 0

28 05 2020

Respublika gününüz qutlu olsun! 0

19 05 2020

ONLİNE dərs (5) 0

14 05 2020

Qədim Roma (Online dərs) 0

11 05 2020

5-cilərlə ONLİNE dərs (İstiqlalımızın bərpası) 0

5-cilərlə ONLİNE dərs (DİRÇƏLİŞ) 0

30 04 2020

6-cı siniflərlə ONLİNE dərs 1

29 04 2020

İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SSRİ 0

27 04 2020

5-cilərlə ONLİNE dərs 0

23 04 2020

Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs) 0

19 04 2020

Ərəb işğalına qarşı mübarizə (Video dərs) 0

17 04 2020

Xaç yürüşləri (Video dərs) 0

16 04 2020

6-cı siniflər üçün dərs 0

12 04 2020

Пособие для абитуриентов 0

12 04 2020

5-cilər üçün ONLİNE dərs 0

10 04 2020

7-cilər üçün PULSUZ ONLİNE -DƏRS 0

Yazdı → Revan777
Xəbər → Böyük Summativ qiymətləndirmə V sinif Həyat .
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → Dating_Roovareria
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → maiaa
Xəbər → Prometanda interaktiv tapşırıqlar

Video

5-cilərlə ONLİNE dərs

27-04-2020, 20:30

Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs)

23-04-2020, 20:20

Ərəb işğalına qarşı mübarizə (Video dərs)

19-04-2020, 21:53

Xaç yürüşləri (Video dərs)

17-04-2020, 17:20

Ağqoyunlu dövləti (Video-dərs)

31-03-2020, 07:41

Azərbaycan Orta və Üst Paleolit dövründə (Video-dərs)

5-08-2019, 12:31

Atropatena video dərs(

17-05-2019, 02:15

Marketinq (Video dərs)

2-05-2019, 20:39

“Azadlıq hərəkatının yeni mərhələsi”

13-04-2019, 19:34

XIX əsrdə Azərbaycanda Milli mətbuat. (Video dərs)

11-04-2019, 21:42

Qədim Şumer

7-02-2019, 19:17

Assur dövləti

4-01-2019, 23:25

Əziz istifadəçilər ! Tarix.info saytı sizi tarixin maraqlı dünyasına səyahətə aparacaqdır. Bu saytda siz Azərbaycan tarixinin şanlı səhifələrini izləyəcəksiniz. Dünya tarixinin şəxsiyyətləri, üsyanları, dövlətləri və s. haqqında geniş məlumat toplayacasınız. Saytda müəllimlər, şagirdlər və tarixlə maraqlanan hər kəs üçün əlavə məlumatlar toplanılıb. Testlər, yeni dərs modelləri, təqdimatlar, əyləncəli oyunlar, video-audio dərslər və s. Bildiyiniz kimi tarix fənni müxtəlif mənbələr əsasında öyrənilir. Odur ki, verilən xəbərlərdə mübahisə doğuracaq məqamlara rast gələ bilərsiniz. Bunu isə verilmiş xəbərin müəllifi ilə məsləhətləşmək lazımdır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır. Tarixi gözünlər gör.

TARIX.INFO TARIXI GÖZÜNLƏ GÖR © 2010-2017

Comments are closed, but trackbacks and pingbacks are open.