Press "Enter" to skip to content

İlqar Fəhmi

“Ümidlərin izi ilə” (Şəmil Sadiq, Müşfiq Xan) – 1

İlqar Fəhmi

Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi) — şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

Mündəricat

İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib.

1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə “Axırıncı qatar” (“İtlər”) pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, “Ölüm növbəsi” (2009, rejissor Fikrət Əliyev), “Aktrisa” (2010, rejissor Rövşən İsax), “Dərvişin qeydləri” (2011-2012, rejissor Eldar Quliyev) “Axırıncı dayanacaq” (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb.

2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə “Bakı tarixindən kollaj” əsərinə görə “Humay” mükafatına layiq görülüb.

Onun romanı əsasında çəkilən “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.

Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.

Uzun illər AYB-nin “Ulduz” jurnalında işləyib. Bir müddət Xəzər Universitetində “Creative Writing” (Yaradıcı yazı) fənnindən dərs deyib.

Hazırda Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə katibi vəzifəsində çalışır [1] .

2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayimlanan “Məclisi-Üns” ədəbi verilişinin aparıcı-redaktorudur.

2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru təyin edilib. [2]

  • Sənli sözüm gəldi sənə (şeir). 2000
  • Ölüm gözəldi, yoxsa sən? (şeir). 2001
  • Yenə də qəzəllər (şeir). 2005
  • İlk sui-qəsd (Çənlibel tülküsü – 1-ci kitab) (roman). 2005
  • Qarğa yuvası (Çənlibel tülküsü – 2-ci kitab) (roman). 2006
  • Kölgədə əqrəb (Çənlibel tülküsü – 3-ci kitab) (roman). 2007
  • Akvarium (roman). 2006
  • Aktrisa (roman). 2005
  • Aqvalanq (roman). 2008
  • Bakı tarixindən kollaj (roman). 2007
  • Karmen (povest). 2005
  • Səndən nigaranam (povest). 2009
  • Maygülü (povest). 2013

Pyesləri

  • Axırıncı qatar. 2000
  • Krupye və Ulduz. 2009
  • Tut ağacı. 2010
  • Müsibəti-Fəxrəddin və. 2011
  • Son reportaj. 2013
  • Zümrüd parıltısı. 2013
  • Şahnamə. 2014

Kinoromanlar

  • “Pejo 307”. 2008
  • Evtanaziya. 2009
  • Vampir. 2010

Filmoqrafiya

  1. Qaydasız döyüş (film, 2009) — (serial; ANS)
  2. Hörümçək toru (film, 2011) — (ÇARX FİLM; Space TV)
  3. Sirat körpüsü (film, 2007)
  4. Məcnunlar (film, 2008) — (İTV)
  5. 100000 AZN (film, 2009) — (tammetrajlı bədii film; İTV)
  6. Ölüm növbəsi (film, 2009) — (tammmetrajlı bədii film. “Azərbaycanfilm” kinostudiyası. Dövlət sifarişi)
  7. Aktrisa (film, 2011) (tammetrajlı bədii film. “Pozitiv-media” şirkəti. Dövlət sifarişi) – əsərin və ssenarinin müəllifi
  8. Çaqqal nəfəsi (film, 2012) — (çoxseriyalı bədii film; Kaspi Global – ATV kanalı. Dövlət sifarişi )
  9. Dərvişin qeydləri (film, 2013) — (tammmetrajlı bədii film. “Azərbaycanfilm” kinostudiyası. Dövlət sifarişi)
  10. Axırıncı dayanacaq (film, 2014) — (tammmetrajlı bədii film; “Azərbaycanfilm” kinostudiyası. Dövlət sifarişi)
  11. Gecə qonağı (film, 2015) — (tammmetrajlı bədii film)
  12. Bakı gecələri (film, 2015) — (kinoalmanax; “Azərbaycanfilm” kinostudiyası. Dövlət sifarişi)
  13. Dəfnə ağacı (teleserial, 2016)
  14. Qayıdış (Tammetrajlı bədii film) 2016
  15. Əlvida, Şmidt! (film, 2019)

İstinadlar

  1. ↑ ” ” Ulduz”da yeni təyinatlar”. Azərbaycan Yazıçılar Birliyi (azərb.). ayb.az. 03.09.2014 15:25 . İstifadə tarixi: 2014-09-04 .
  2. ↑https://axsam.az/?name=xeber&news_id=99745

September 15, 2021
Ən son məqalələr

Şah Abbas və Xurşid Banu (opera)

Şah Abbas Məscidi (İrəvan)

Şah Abbas karvansarası

Şah Abbas karvansarayı (Gəncə)

Şah Abbas meydanı

Şah Abbas məscidi (Bakı)

Şah Abbas məscidi (Gəncə)

Şah Abbas məscidi (Keşlə)

Şah Abbas məscidi (Ordubad)

Şah Abbas məscidi (Tovuz)

Ən çox oxunan

Firəngiz Əhmədova

Firəngiz Əlizadə

Firəngiz (film, 1975)

Firəngtoyuğukimilər

Fischer-Waldheim

ilqar, fəhmi, paşayev, ilqar, əliabas, oğlu, şair, yazıçı, kinodramaturq, azərbaycan, yazıçılar, birliyinin, yaradıcılıq, məsələləri, üzrə, katibi, ilqar, əli, abbas, oğlu, paşayevilk, adı, ilqar, paşayevdoğum, tarixi, avqust, 1975, yaş, doğum, yeri, bakı, azə. Pasayev Ilqar Eliabas oglu Ilqar Fehmi sair yazici kinodramaturq Azerbaycan Yazicilar Birliyinin Yaradiciliq meseleleri uzre katibi Ilqar FehmiIlqar Eli Abbas oglu PasayevIlk adi Ilqar PasayevDogum tarixi 18 avqust 1975 46 yas Dogum yeri Baki Azerbaycan SSR SSRIVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliTehsili BDUFealiyyeti yazici sair kinodramaturqilqarfehmi tk Mundericat 1 Heyati 2 Eserleri 2 1 Pyesleri 2 2 Kinoromanlar 3 Filmoqrafiya 4 IstinadlarHeyati RedakteIlqar Fehmi 1975 ci ilde Baki seherinde anadan olub Bakinin Zire kendindendir 1992 1996 ci illerde Baki Dovlet Universitetinin Huquq fakultesinde tehsil alib sonradan Belarusiya Dovlet Iqtisad Universitetini bitirib 1995 ci ilden bedii yaradiciliqla mesgul olur Uzun iller Baki ve Abseronda eruz meclislerinin istirakcisi olub Muxtelif edebi eserlerden ibaret on sekkiz kitabi derc edilib 2002 ci ilde Axirinci qatar Itler pyesi Cennet Selimova terefinden sehnelesdirilib Olum novbesi 2009 rejissor Fikret Eliyev Aktrisa 2010 rejissor Rovsen Isax Dervisin qeydleri 2011 2012 rejissor Eldar Quliyev Axirinci dayanacaq 2013 2014 rejissor Fikret Eliyev ve basqa ssenarileri dovlet sifarisi ile Azerbaycan Medeniyyet ve Turizm Nazirliyi terefinden ekranlasdirilib 2003 cu ilde Azerbaycan Gencler Idman ve Turizm Nazirliyinin Ilin en yaxsi genc sairi mukafatina 2007 ci ilde Resul Rza edebi mukafatina 2008 ci ilde Rusiyada MDB olkeleri genc sairleri arasinda kecirilen Poeziya yarisinin diplomuna 2011 ci ilde ise Baki tarixinden kollaj eserine gore Humay mukafatina layiq gorulub Onun romani esasinda cekilen Aktrisa filmi 2011 ci ilde Kann kinofestivalinda ilk defe Azerbaycan pavilyonunun acilisinda numayis etdirilib Eserleri bir cox xarici olkelerde nesr edilib Uzun iller AYB nin Ulduz jurnalinda isleyib Bir muddet Xezer Universitetinde Creative Writing Yaradici yazi fenninden ders deyib Hazirda Azerbaycan Yazicilar Birliyinin Yaradiciliq meseleleri uzre katibi vezifesinde calisir 1 2014 cu ilden Azerbaycan Dovlet Televiziyasinda yayimlanan Meclisi Uns edebi verilisinin aparici redaktorudur 2017 ci ilde Heyder Eliyev fondunun desteyi ile Dovlet televiziyasinda hazirlanan Mugam televiziya musabiqesinin munsifler heyetinin uzvu 2019 cu ilde ise layihenin icraci direktoru teyin edilib 2 Eserleri RedakteSenli sozum geldi sene seir 2000 Olum gozeldi yoxsa sen seir 2001 Yene de qezeller seir 2005 Ilk sui qesd Cenlibel tulkusu 1 ci kitab roman 2005 Qarga yuvasi Cenlibel tulkusu 2 ci kitab roman 2006 Kolgede eqreb Cenlibel tulkusu 3 ci kitab roman 2007 Akvarium roman 2006 Aktrisa roman 2005 Aqvalanq roman 2008 Baki tarixinden kollaj roman 2007 Karmen povest 2005 Senden nigaranam povest 2009 Maygulu povest 2013Pyesleri Redakte Axirinci qatar 2000 Krupye ve Ulduz 2009 Tut agaci 2010 Musibeti Fexreddin ve 2011 Son reportaj 2013 Zumrud pariltisi 2013 Sahname 2014Kinoromanlar Redakte Pejo 307 2008 Evtanaziya 2009 Vampir 2010Filmoqrafiya RedakteQaydasiz doyus film 2009 serial ANS Horumcek toru film 2011 CARX FILM Space TV Sirat korpusu film 2007 Mecnunlar film 2008 ITV 100000 AZN film 2009 tammetrajli bedii film ITV Olum novbesi film 2009 tammmetrajli bedii film Azerbaycanfilm kinostudiyasi Dovlet sifarisi Aktrisa film 2011 tammetrajli bedii film Pozitiv media sirketi Dovlet sifarisi eserin ve ssenarinin muellifi Caqqal nefesi film 2012 coxseriyali bedii film Kaspi Global ATV kanali Dovlet sifarisi Dervisin qeydleri film 2013 tammmetrajli bedii film Azerbaycanfilm kinostudiyasi Dovlet sifarisi Axirinci dayanacaq film 2014 tammmetrajli bedii film Azerbaycanfilm kinostudiyasi Dovlet sifarisi Gece qonagi film 2015 tammmetrajli bedii film Baki geceleri film 2015 kinoalmanax Azerbaycanfilm kinostudiyasi Dovlet sifarisi Defne agaci teleserial 2016 Qayidis Tammetrajli bedii film 2016 Elvida Smidt film 2019 Istinadlar Redakte Ulduz da yeni teyinatlar Azerbaycan Yazicilar Birliyi azerb ayb az 03 09 2014 15 25 Istifade tarixi 2014 09 04 https axsam az name xeber amp news id 99745Menbe https az wikipedia org w index php title Ilqar Fehmi amp oldid 6006777, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

İlqar Fəhmi

Şair, yazıçı və tərcüməçi İlqar Fəhmini ədəbi aləmdə tanımayan yəqin ki, azdır. Onu tanımayanlar üçün qeyd etmək istərdim ki, İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə seksiyasının rəhbəri və «Ulduz» jurnalının şöbə müdiridir. 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur. Yaradıcılığa qəzəllə gəlib. İndiyə qədər “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən”, “Aktrisa” kitabları çıxıb. Bu yaxınlarda isə İlqar Fəhminin yeni kitabı- “Bakı tarixindən kollaj” bədii-estetik romanı işıq üzü görüb. Qeyd edək ki, fraqmentar roman üslubunda yazılan əsər Bakı tarixinə və onun mədəni irsinə subyektiv bir baxışı əks etdirir. Elə buna görə də İlqar Fəhmini tapıb, ondan sonuncu romanı və bəzi şeylər haqqında müsahibə aldıq.

– İlqar, dünyanın qloballaşdığı bir dövrdə Bakını ayırmaq nəyə lazımdır?

– Hər bir sənətkar üçün özünü ifadə etməyə müəyyən obrazlar, simvollar lazımdır. Mənimçün də Bakı əslində bir obraz, bir rəmzdir, demək istədiklərimi onun vasitəsiylə ifadə edirəm. Bəzən mənə deyirlər ki, sənin yazdığın Bakı o vaxtkı Bakını xatırlatsa da, əslində xeyli fərqli görünür. Razıyam. Mən Bakının tarixi barədə publisistik əsər yazmıram. Bunu məndən qabaq da çox ediblər. Mənim yazdığım öz içimdəki Bakıdır, öz içimdəki şəhərdir, yəni mənim şəhərimdir. Daha dəqiq desək, əsl Bakının mənim içimdən süzülüb keçən formasıdır.
– Sənin sonuncu kitabın olan “Bakı tarixindən kollaj”, 2006-cı ildə ədəbiyyat üzrə nobel mükafatını alan türk yazarı Orxan Pamukun “İstanbul; Xatirələr və Şəhər” kitabından nə ilə fərqlənir?
– Hər iki əsəri oxuyanlar bu fərqi o saat hiss edəcəklər. Birincisi Pamukun yazdığ həqiqi İstanbulun tarixi və bu tarixlə bağlı düşüncələrinin əks olunduğu sırf publisistik əsərdir. Pamuk orada öz şəhərinin, ailəsinin, qohumlarının və özünün tarixini araşdırır, nəyisə yadına salır, nəyisə götür-qoy edir, düşünür, baş verən hadisələrdən nəticə çıxarır. Və bu nəticələr bir çoxları üçün gözlənilməz olur, yəni hamının yaşadığı həyatın ən dərin qatlarına düşməyi bacarır. Lakin mənim yazdığım yenə də təkrar edirəm ki, real Bakının tarixi deyil, mənim öz içimdə yaratdığım, yalnız mənə məxsus olan Bakının estetikləşdirilmiş tarixidir. Belə demək olarsa, Pamukdan fərqli olaraq, mən öz şəhərimi realist üslubda yox, sırf bədii-estetik üslubda yazmışam.
– Yaradıcılığa qəzəllə başlamışdın. Ümumiyyətlə, ədəbiyyatı qəzəldən, muğamdan ayrı təsəvvür edirsənmi?
– Mənimçün qəzəl artıq bir qədər arxa plana keçib. Nə bilim, bəlkə də bunu demək düzgün deyil, amma mən on ilə yaxın bir müddətdə qəzəllə məşğul olduqdan sonra elə bil yoruldum. Həm də qəzələ başlayanda, nə cür yazmaq arzusundaydımsa, ona nail oldum, elə bil içim boşaldı.
Bir şair dostum o vaxt mənə demişdi ki, nə oldu, biz bütün ömür boyu yazırıq, yorulmuruq, sən niyə beş-on ilə həvəsdən düşdün. Dedim ki, sən ömür boyu, bəlkə həftədə bir dəfə iki-üç saat qəzələ vaxt sərf edirsənsə, mən günün on saatını qəzəllə məşğul oluram. Belə götürəndə sənin bir ömür ərzində buna həsr elədiyin vaxtı mən on ildə sərf etmişəm. Mən bir işə başlayanda o qədər aludə oluram ki, müəyyən vaxtdan sonra o iş də mənimçün maraqdan düşür. Əvvəllər qəzəllə məşğul olduğum dövrlərdə, qəzəldən başqa heç nə oxumurdum, evdə qəzəl kitablarından başqa heç bir şeir kitabı yox idi. Sonra da nəsrlə eyni aludəliklə məşğul olmağa başladım, elə olurdu ki, gündə iki üç roman oxuyurdum. Amma axır vaxtlar deyəsən nəsrdən də yorulmaq üzrəyəm. Baxaq görək bundan sonra nəylə məşğul olmaq olar. Yəqin ki, ssenarilər yazmağa başlayacam. Daha doğrusu, artıq başlamışam, amma hələlik cəmisi bir ssenarim film olaraq çəkilib ortaya çıxıb. Qalanları hələ istehsalatdadır.
O ki qaldı muğama, mənimçün muğam sadəcə qəzəlin ifadə üsulu idi. Mən ona ayrıca sənət kimi baxa bilmirəm.
– Zahir Əzəmət iddia edir ki, “AYB-də İlqarın heç nə yaza bilməyəcəyi haqqında ona dediklərimiz özünü doğrultdu. Üstündən illər keçdi. Amma İlqarın çap etdikləri yalnız AYB-yə qədərki yazıları oldu.”…
– Dostum Zahir əgər şeiri nəzərdə tutursa, haqlıdır, AYB-yə gələndən sonra mən demək olar ki, şeir yazmamışam. O ki qaldı nəsrə, mən AYB-dən əvvəl yalnız «Aktrisa» romanını yazmışdım, 2003-cü ildə. Yerdə qalanlar isə, yəni «Çənlibel tülküsü», «Qarğa yuvası», «Akvarium», «Bakı tarixindən kollaj», «Karmen» və sair – bunların hamısı axır iki-üç ildə yazılıb. Zahir sadəcə tarixləri səhv salır, ya da axır vaxtlar yazdıqlarım onun xoşuna gəlmir. Yəqin ki, haqlıdır, yazdıqlarım heç özümün də xoşuma gəlmir. Əgər xoşuma gələn heç olmasa bircə nəsr nümunəsi də yazsam, daha nəsr yazmaram. Qəzəl kimi. Axırıncı üç-dörd qəzəlim xoşuma gəlmişdi, onunçün daha qəzəl yazmağa həvəsim qalmadı. Yəni bir şeyə nail olandan sonra, o şey mənimçün ölür.
– Bəlkə elə sən rəhmətlik maştağalı şair Əlibala kimi, axırda pambıq qəzəli yazmamaq üçün nəsrə keçmisən?
– Allah Əlibala Səyyaha rəhmət eləsin. Mənə qəzəli sevdirən o cür səmimi sənətkarlar olub. «Pambıq» şeiri də çox əladır. Məncə o vaxt sovet rejimini elə gözəl səviyyədə parodiya edən şeir yazılmayıb. Məncə o şeirin yazılmasının tarixçəsi də oxucular üçün maraqlı olar. Hadisə belə olub. Yetmişinci illərdə gənc qəzəlxan Əlibala Səyyah necə olursa Yazıçılar Birliyinin qəbul komissiyasına gəlir, qəzəllərini təqdim edir, amma ona deyirlər ki, bilirsən, bunlar köhnəliyin qalığıdır, sən ictimai mövzularda yaz, müasir cəmiyyətin yaşadığı hadisələri əks elətdir, sosializm quruculuğundan, pambıqdan, neftdən yaz. Əlibala da gedir, bir həftədən sonra gəlir ki, yazmışam və «pambıq» rədifli qəzəlini oxuyur:

Cəhd eylə, könül, toplaginən yar ilə pambıq,
Qoyma ki yarın toplaya əğyar ilə pambıq.

Şeiri o vaxt mənə oxusa da, tam yadımda qalmayıb, axırıncı misrası isə beləydi:

Qardaş olacaq ölkədə əşar ilə pambıq.

Bu şeri oxuyandan sonra onu qəbul komissiyasından qovurlar ki, bəs bizi ələ salmısan.
Mən onun kitabı çıxanda vərəqlədim, amma o şeir rastıma çıxmadı. Çox təəssüf elədim. Gərək «Pambıq» qəzəlini də kitaba salaydılar.
– Fikir vermişəm, qəzəllərində saqidən, şərabdan qaçırsan. Ancaq nəsrində bol-bol yeyib-içən obrazlar var…
– Mən qəzəllə nəsrdə biri birinə əks priyomlar işlədirdim. Əgər qəzəldə klassik şərq formasını, yəni əruz vəznini, klassik qafiyə sistemini saxlayıb məzmununu müasirləşdirirdimsə, nəsrimdə əksinə edirəm, müasir qərbin nəsr formalarını götürüb içini bizim şərq təfəkkürü ilə işləyirəm. Onunçün qəzəldə qaçdığım mövzular nəsrimdə özünə yer tapır.
– Ümumiyyətlə bizdə qəzəldəki meyi düzgün başa düşürlərmi?
– Hər bir rəmz əvvəl yaradılanda onun alt qatı olur, lakin sonra daşlaşır, sonrakı yazarlar onun mahiyyətinə varmadan, sadəcə gözəl obraz kimi istifadə edirlər. Şərqdə «Rümuzat» adlı elm olub. O vaxtkı tədris müəsisələrində ədəbiyyatla məşğul olmaq istəyən şəxslərə «Bəyan», «Məani», «Hikmət» «Fəlsəfə» və sair bu cür elmlərlə bərabər «Rümuzat» elmi də tədris olunub və bu tədrisi başa vuran adam nəinki mey, klassik şərq şeirində işlənən bütün rəmzlərin mənasını bilirdi, işlədəndə də buna uyğun işlədirdi. Lakin müasir dövrdə istər mey istərsə də başqa klassik rəmzlər – zülf, şanə, xal, saqi, meyxanə, səhra və sairləri sadəcə bir obraz kimi işlənir. Onların əsl mənasını isə çox az adam bilir.
– Hələ Azərbaycan Respublikasının Prezidenti, bir qrup Azərbaycan yazarlarına təqaüd haqqında sərəncam verməmiş, bəzi qəzetlər təqaüd alacaq yazarların adlarını açıqladılar. Hətta həmin siyahıda bir nəfərin adını iki dəfə yazdılar. Sonra məlum oldu ki, başqa bir siyahı da var və həmən siyahıda elə adlar var ki, ikinci dəfə təqaüd alırlar. İçəridən biri kimi gənc yazarlara təqaüd verilməsinə münasibətin necədir?
– O sən deyən siyahı internetə qoyulanda, heç yazıçılar birliyinin özündə də kimlərə təqaüd verilib-verilmədiyi dəqiq bilinmirdi, siyahi hələ təsdiq olunmamışdı. Kiminsə ağlına gəlmişdi, götürüb istədiyi adamları yazıb doldurmuşdu ora, yerləşdirmişdi internetə, dostumuz Aydın Xanın adını da iki dəfə yazmışdı. O ki qaldı təqaüdlə bağlı mənim fikirlərimə, şəxsən məni ən çox qıcıqlandıran başqa məsələdir. Əlbəttə ki, bir çox yazarlarımız var ki, bunlar keçmişdə də, elə indi də əbədiyyata böyük xidmətlər ediblər, bununçün də AYB onları təqaüd siyahısına salmağa borcluydu. Lakin bu adamların içində bir çoxları, ümumiyyətlə, maddi problemlərini çoxdan həll edib, ya bizneslə məşğuldur, ya ailə üzvləri yüksək vəzifələrdə çalışır, qısası, ayda üç-dörd min manat gəliri var. Onları hamı tanıyır. Şəxsən mənə elə gəldi ki, heç olmasa, on üç-on beş yazar bu təqaüddən gənc və ya maddi vəziyyəti çox ağır olan yazarların xeyrinə imtina edəcək. Lakin belə olmadı, sənəd qəbulu başlayan kimi, ən birinci elə həmin adamlar cumdular AYB-yə. Elə bil ki, bu iki yüz manatı almasalar, dünya dağılacaq. Məsəlçün, sənəd qəbulu başlayan gün, səhər tezdən bir məşhur şairimizi gördüm ki, qoltuğunda sənədlərlə dolu qovluq AYB-nin pilləkənlərini az qala qaça-qaça qalxırdı, elə bil ki, beş dəqiqə geciksəydi, adını siyahıdan çıxaracaqdılar, acından öləcəkdi. Amma hamı bilir ki, bu adam iki yüz manatı bir oturuma restoranda xərcləyənlərdəndi. Nə bilim vallah, bəlkə mən düz demirəm, amma heç olmasa sənət adamları gərək «Bir tük də qənimətdi» prinsipiylə hərəkət eləməsinlər.
– Bir qism yazarlar İslam dinindən imtina elədilər… Onlar müsəlman idilər?
– Bununla bağlı o vaxt bir qəzetdən zəng vurub mənim fikrimi soruşdular, dedilər ki, bir qrup gənc yazar İslamdan imtina edib, dedim İslamdan imtina etməkçün gərək əvvəlcə müsəlman olasan. Məndən balerina olanda, dostum Seymur Baycandan da müsəlman olar. Zarafat edirəm, ümumiyyətlə, isə bu etiraz aktıydı, buna da əlbəttə hamının haqqı var. Şəxsən mən hamının haqqına hörmətlə yanaşan adamam. Belə işlərdə ən pisi odur ki, konkret adamların hansısa hərəkəti xoşa gəlməyəndə, yaranan etiraz, yaxud nifrət həmin konkret adamlara yox, ümumilikdə ideyaya yönəlir. Bunu mən bəyənmirəm. O vaxt bir tanışım mənə dedi ki, mollaların cahilliyini görüb xristianlıqı qəbul eləmişəm.
Hansısa molla xoşuna gəlmirsə, buna İslam neyləsin?
– «Ədalət» qəzetinin «3-cü ədəbi hərəkat» əlavəsi və «Ulduz» jurnalı… kim yaxşı baş redaktordur? Aqil Abbas, yoxsa Elçin Hüseynbəyli?
– Aqil Abbas gənc yazarlara o qədər müstəqillik vermişdi ki, onun baş redaktorluğunu demək olar ki, hiss eləmirdik. Onunçün də, onu kiminləsə müqayisə eləmək, mənə çətindir.
– Ürəyin “qurbağa” istəmir ki?
– Mənimçün yazı yazmaq elə qurbağa gölünə girmək kimi bir şeydi. Qurbağa istəməsəm, yaza bilmərəm.

Söhbətləşdi: Seyid Ramin

Azərbaycanda son 15 ilin üç romanı seçildi

Axar.az 2000-ci ildən bəri çap olunmuş hansı əsərin daha çox bəyənildiyini öyrənmək üçün fəal oxucular arasında belə bir sorğu keçirib:

“Azərbaycan ədəbiyyatında son 15 ildə yazılıb çap edilən bəyəndiyiniz 3 nəsr əsəri hansıdır?”

50 oxucunun verdiyi cavabları və nəticəni təqdim edirik:

Fatimə Kərimli: “Küləyi dişləyən” (Mirmehdi Ağaoğlu)

Cavid Qədir: “Kərpickəsən kişinin dastanı” (Şərif Ağayar), “Küləyi dişləyən” (Mirmehdi Ağaoğlu)

Gündüz Qaralov: “Tiranlar və Kölələr” (Əlisa Nicat), “Aftafalı antrakt” (Şərif Ağayar), “Tək dahi” (Dilqəm Əhməd)

Azər Vəli Qədimoğlu: “Yad dildə” (Pərviz Cəbrayıl)

Əzizə Bağırova: “Amneziya” (Əli Əkbər)

Səbinə Məmmədli: “Quqark” (Seymur Baycan)

Elvin Bayramlı: “Aftafalı antrakt” (Şərif Ağayar), “Yaddaş kartı” (Kənan Hacı)

Nuranə Axundzadə: “Quqark” (Seymur Baycan),”Unutmağa kimsə yox” (Kamal Abdulla), “Ağ qoç, qara qoç” (Anar)

Şahverdi Şirinli: “Yarımçıq əlyazma” (Kamal Abdulla), “Yad dildə” (Pərviz Cəbrayıl), “Dolu” (Aqil Abbas)

Tariyel Əliyev: “Bozqırdan uçuruma” (Dilqəm Əhməd)

Rövşən Uğur: “Quqark” (Seymur Baycan), “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey)

Səməni Abbasova: “Yarımçıq əlyazma” (Kamal Abdulla)

Zaur Xudiyev: “Yolçu” (Nəriman Əbdürrəhmanlı), “Quqark” (Seymur Baycan), “Haramı” (Şərif Ağayar)

Türkan Zamanova: “Akvarium” (İlqar Fəhmi), “100 il inqilab” (Sayman Aruz), “Labirint” (Kamal Abdulla )

Azadə Mirzəyeva: “Xaç kölgəsində” (Orxan Muxtarlı), “Bir ovuc torpaq” (Varis), “Etiraflar vadisi” (Çingiz Abdullayev), “Görünməyən izlər” (Elxan Elatlı)

Sənubər Heydərova: “Bulud Pinəçisi” (Murad Köhnəqala), “Quqark” (Seymur Baycan), “X günü” (Xalid Kazımlı)

Sahil Əsədbəyli: “Quqark” (Seymur Baycan), “18.6 sm” (Seymur Baycan), “Mustafa” (Qan Turalı)

Kamran Şeyxzamanlı: “Mənim Mübarizəm” (Seymur Baycan), “Düşmənimin xatirinə” (Rafiq Tağı), “Aşma” (Ağalar Məmmədov)

Rəşad Babalı: “Quqark” (Seymur Baycan), “On bir gecə” (Rasim Qaraca), “Üzü cəhənnəmə” (Ülviyyə Tahir)

Elnarə Sultan: “100 il inqilab” (Sayman Aruz), “Odərlər” (Şəmil Sadiq), “Şəhər meri” (Məqsəd Nur)

Şəlalə Göytürk: “Şübhəsiz metamorfoz” (Çingiz Abdullayev), “Leyli və Məcnun” (Rafiq Tağı); “Yuxularım” (Murad Köhnəqala)

Yeganə Vəliyeva: “Ehram” (Əlisa Nicat), “Yad dildə” (Pərviz Cəbrayıl)

Kürçaylı Məmmədov: “Yad dildə” (Pərviz Cəbrayıl), “Əyri evin qadını” (Rasim Qaraca), “İntihar hörüyü” (Şəhriyar Del Gerani)

Nicat Həsənəliyev : “Aftafalı antrakt” (Şərif Ağayar), “Quqark” (Seymur Baycan)

Abdul Tağı: “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey)

Əhməd Həsənov: “Yad dildə” (Pərviz Cəbrayıl)

İlqar Kamil: “Aktrisa” (İlqar Fəhmi)

Mehman Həsən: “Yəhudi əlifbası” (Seyran Səxavət), “Sirr” (Vüqar Zifəroğlu), “Göz muncuğu” (Anar)

Aytən Vəlizadə: “Sonuncu ölən ümidlərdir” (Varis), “Bir ovuc torpaq” (Varis)

Aynur Cavid: “Yarımçıq əlyazma” (Kamal Abdulla), “Yad dildə” (Pərviz Cəbrayıl), “Yolçu” (Nəriman Əbdürrəhmanlı)

Qurban Məmmədli: “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey); “Mustafa” (Qan Turalı); “On bir gecə” (Rasim Qaraca)

Aynur Zərrintac: “93 – Tanrıların qürubu” (Əli Əkbər)

Pərvin Eyvazov: “Ümidlərin izi ilə” (Şəmil Sadiq, Müşfiq Xan); “Prezident ovu” (Çingiz Abdullayev); “Unutmağa kimsə yox” (Kamal Abdulla)

Xəyalə Əfəndiyeva: “Səhra savaşı” (Vaqif Sultanlı); “Nekroloq” (Seyran Səxavət); “Maestro” (Səfər Alışarlı)

Leyla Həşimova: “Qatil üçün nekroloq” (Müşfiq Xan); “Günahsız günahkarlar” (Arzu Soltan); “Şəhər” (Sevinc Elsevər); “İtimiz və atam” (İntiqam Soltan)

Əyyub Məmmədov: “Quqark” (Seymur Baycan); “Haramı” (Şərif Ağayar); “Sarı gəlin” (Əli Əkbər)

Şəhla Aslan: “Ağrı” (Aslan Quliyev); “Yolçu” (Nəriman Əbdürrəhmanlı); “Doqquz hekayə” (Qan Turalı)

Fəridə Əliyeva: “Arxalı canavar” (Elxan Elatlı)

Araz Səməd: “Zorlanmışlar” (Əsəd Qaraqaplan); “Barış” (Hədiyyə Şəfaqət)

Nərmin Tağıyeva: “Qarğa yuvası” (İlqar Fəhmi)

Günay Əliyeva: “Görüş” (Mirmehdi Ağaoğlu); “Savaşroman” (Əsəd Qaraqaplan); “Mustafa” (Qan Turalı)

Məzahir Məmmədov: “Kim dali, yaxud yaşasın söz azadlığı” (Anar); “10 sentyabr” (Rəşad Məcid)

Leyla Aslanova: “Sonuncu divarın daşları” (Çingiz Abdullayev); “Aktrisa” (İlqar Fəhmi)

Məmməd Əbülfəzoğlu: “Əlifba bayramında qətl” (Zahid Sarıtorpaq)

Orxan Fərəcli: “Gilə” (Əli Əkbər); “Omaroğlunun qayıtması” (Vaqif Nəsib); “Quqark” (Seymur Baycan); “Nekroloq” (Həmid Herisçi); “Qadın corabları” (Cəlil Cavanşir)

Şəhanə Müşfiq: “Unutmağa kimsə yox” (Kamal Abdulla), “Sehrbazlar dərəsi” (Kamal Abdulla); “Dərdin sarı çəpkəni” (Zahid Sarıtorpaq)

Orxan Əzim: “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey)

Yusif Ulduzoğlu: “Seçilmiş cəza” (Elxan Elatlı); “Cəhənnəmdən gələn səs” (Elxan Elatlı)

Emin Səfərov: “Qaranlıq günəş” (Zaur Pənahov)

Məcid Həsənli: “Quqark” (Seymur Baycan); “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey)

Axar.az bəyənilən kitabları aldıqları ballara görə təqdim edir:

1) “Quqark” (Seymur Baycan) – 11

2) “Yad dildə” (Pərviz Cəbrayıl) – 6

3) “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey) – 5

“Yarımçıq əlyazma” (Kamal Abdulla) – 3

“Mustafa” (Qan Turalı) – 3

“Unutmağa kimsə yox”(Kamal Abdulla) – 3

“Yolçu” (Nəriman Əbdürrəhmanlı) – 3

“Aftafalı antrakt” (Şərif Ağayar) – 3

“On bir gecə” (Rasim Qaraca) – 2

“Haramı” (Şərif Ağayar) – 2

“Aktrisa” (İlqar Fəhmi) – 2

“Küləyi dişləyən”(Mirmehdi Ağaoğlu) – 2

“100 il inqilab” (Sayman Aruz) – 2

“Bir ovuc torpaq” (Varis) – 2

“Sehrbazlar dərəsi” (Kamal Abdulla) – 1

“Labirint” (Kamal Abdulla) – 1

“Ağ qoç, qara qoç” (Anar) – 1

“Göz muncuğu” (Anar) – 1

“Kərpickəsən kişinin dastanı” (Şərif Ağayar) – 1

“Sonuncu ölən ümidlərdir” (Varis) – 1

“Göz muncuğu” (Anar) – 1

“Etiraflar vadisi” (Çingiz Abdullayev) – 1

“Şübhəsiz metamorfoz (Çingiz Abdullayev) – 1

“Prezident ovu” (Çingiz Abdullayev) – 1

“Sonuncu divarın daşları” (Çingiz Abdullayev) – 1

“Ehram” (Əlisa Nicat) – 1

“Tiranlar və Kölələr” (Əlisa Nicat) – 1

“Bulud Pinəçisi” (Murad Köhnəqala) – 1

“Yuxularım” (Murad Köhnəqala) – 1

“Əyri evin qadını” (Rasim Qaraca) – 1

“Tək dahi” (Dilqəm Əhməd) – 1

“Bozqırdan uçuruma” (Dilqəm Əhməd) – 1

“Nekroloq” (Seyran Səxavət) – 1

“Yəhudi əlifbası” (Seyran Səxavət) – 1

“Səhra savaşı” (Vaqif Sultanlı) – 1

“Akvarium” (İlqar Fəhmi) – 1

“Qarğa yuvası” (İlqar Fəhmi) – 1

“Şəhər meri” (Məqsəd Nur) – 1

“Aşma” (Ağalar Məmmədov) – 1

“Dolu” (Aqil Abbas) – 1

“Odərlər” (Şəmil Sadiq) – 1

“Ümidlərin izi ilə” (Şəmil Sadiq, Müşfiq Xan) – 1

“Amneziya” (Əli Əkbər) – 1

“93 – Tanrıların qürubu” (Əli Əkbər) – 1

“Sarı gəlin” (Əli Əkbər) – 1

“Gilə” (Əli Əkbər) – 1

“Yaddaş kartı” (Kənan Hacı) – 1

“Doqquz hekayə” (Qan Turalı) – 1

“X günü” (Xalid Kazımlı) – 1

“Üzü cəhənnəmə” (Ülviyyə Tahir) – 1

“İntihar hörüyü” (Şəhriyar Del Gerani) – 1

“Xaç kölgəsində” (Orxan Muxtarlı) – 1

“Sirr” (Vüqar Zifəroğlu) – 1

“Görünməyən izlər” (Elxan Elatlı) – 1

“Arxalı canavar” (Elxan Elatlı) – 1

“Seçilmiş cəza” (Elxan Elatlı) – 1

“Cəhənnəmdən gələn səs” (Elxan Elatlı) – 1

“18.6 sm” (Seymur Baycan) – 1

“Mənim Mübarizəm” (Seymur Baycan) – 1

“Düşmənimin xatirinə” (Rafiq Tağı) – 1

“Qoca Məcnun” (Rafiq Tağı) – 1

“Ağrı” (Aslan Quliyev) – 1

“Maestro” (Səfər Alışarlı) – 1

“Qatil üçün nekroloq” (Müşfiq Xan) – 1

“Günahsız günahkarkar” (Arzu Soltan) – 1

“Şəhər” (Sevinc Elsevər) – 1

“İtimiz və atam” (İntiqam Soltan) – 1

“Zorlanmışlar” (Əsəd Qaraqaplan) – 1

“Barış” (Hədiyyə Şəfaqət) – 1

“Görüş” (Mirmehdi Ağaoğlu) – 1

“Savaşroman” (Əsəd Qaraqaplan) – 1

“Kim dali, yaxud yaşasın söz azadlığı” (Anar) – 1

“10 sentyabr” (Rəşad Məcid) – 1

“Əlifba bayramında qətl” (Zahid Sarıtorpaq) – 1

“Omaroğlunun qayıtması” (Vaqif Nəsib) – 1

“Nekroloq” (Həmid Herisçi) – 1

“Qadın corabları” (Cəlil Cavanşir) – 1

“Dərdin sarı çəpkəni” (Zahid Sarıtorpaq) – 1

“Qaranlıq günəş” (Zaur Pənahov) – 1

Comments are closed, but trackbacks and pingbacks are open.