Press "Enter" to skip to content

Ilqar Cəfərov

AzərTAc xəbər verir ki, İlqar Cəfərov “Qəlbin harayı və ya itirilmiş uşaqlıq” silsilə fotoşəkillərinə görə “Ən yaxşı sənədli fotoşəkil silsiləsi” nominasiyasında qızıl medala layiq görülüb.

AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov VII Daşkənd Beynəlxalq Fotobiennalesinin qalibi olub – FOTO

AzərTAc xəbər verir ki, İlqar Cəfərov “Qəlbin harayı və ya itirilmiş uşaqlıq” silsilə fotoşəkillərinə görə “Ən yaxşı sənədli fotoşəkil silsiləsi” nominasiyasında qızıl medala layiq görülüb.

VII Daşkənd Beynəlxalq Fotobiennalesinə təqdim olunan 10 fotoşəklin hamısı müharibə illərində Dağlıq Qarabağ zonasında çəkilib. Bu fotoşəkillərdə erməni işğalçıları ilə hərbi münaqişəyə cəlb olunan Azərbaycan xalqının ağrı-acısı əksini tapıb, təcavüzkar Ermənistanın əsassız ərazi iddialarının qurbanlarına çevrilən qadınlar və uşaqlar təsvir olunub.

Qeyd edək ki, Azərbaycanın daha bir neçə nümayəndəsi beynəlxalq biennalenin qalibi olub. Rusiyalı Məsut Fatkulinin sədrlik etdiyi, İspaniya, Özbəkistan, Almaniya, İngiltərə, Fransa nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti “Ən yaxşı sənədli fotoqrafiya” nominasiyasında birinci yerə Azərbaycandan olan fotoqraf Zemfira Mahmudovanı layiq görüb. Bu nominasiyada üçüncü yeri də Azərbaycan təmsilçisi Arzu Mürvətova tutub.

Birinci yerlərin sahibləri qızıl medal və diplom, üçüncü yerin sahibi isə bürünc medal və diplom ilə mükafatlandırılıb.

VII Daşkənd Beynəlxalq Fotobiennalesi Özbəkistanın bir sıra nazirlik və idarələrinin dəstəyi ilə bu ölkənin Rəssamlar İttifaqı tərəfindən təşkil edilib. Bu il “Paralellər. İllüziya və reallıq” adı altında keçirilən müsabiqəyə dünyanın 32 ölkəsindən fotoqraflar öz yüksək bədii keyfiyyətli fotoşəkillərinin ən yaxşı nümunələrini təqdim ediblər. Səkkiz meydançada keçirilən fotobiennaledə tamaşaçılar həm xarici, həm də yerli fotoobyektiv ustalarının ekspozisiyası ilə tanış olublar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Ilqar Cəfərov

Ilqar Cəfərov проживает в городе Баку, Азербайджан. Рожден в год Свиньи по китайскому гороскопу, знак зодиака Рыбы. В настоящий момент Ilqar 28 лет, не женат. Из открытых источников получены следующие сведения: информация о высшем и среднем образовании.

Местожительство:

* Фактический адрес проживания определен с точностью до города: Азербайджан, Баку, Баку .

Среднее образование:

52 saylı orta məktəb (Школа №52), Азербайджан, Баку

Годы учебы: с 2000 по 2011

Высшее образование:

ADNSU (ADNA, бывш. АГНА, АзИНЕФТЕХИМ), Азербайджан, Баку

Факультет: Geoloji-kəşfiyyat fakültəsi (Геологоразведочный факультет)

Статус: Студент (бакалавр), Очное отделение

Социальные сети:

аккаунт не найден
аккаунт не найден
аккаунт не найден

Источник информации

Данная анкета получена из открытого общедоступного источника: авторизуйтесь для получения ссылки на источник

За достоверность указанной в анкете информации сайт ответственность не несет.

Если это ваша анкета, то вы можете удалить ее с этого сайта. Удалить анкету

İlqar Cəfərov

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.

İlqar Cəfərov 1960-cı ildə Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunu, 1991-ci ildə isə Moskvada, SSRİ jurnalistlər İttifaqının Foto-mərkəzi nəzdində foto-jurnalistika fakültəsini bitirib. 1991-ci ildən dövlət informasiya agentliyi AzərTAc-ın fotomüxbiridir. Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirakçısı və qalibi olub. Onun fotoşəkillərindən ibarət kitablar və kataloqlar nəşr edilib. Xaricdə və Azərbaycanda fərdi fotosərgiləri keçirilib.

Təəssüf ki, karyeraya start verdiyi müddətdə onun ölkəsinə qarşı silahlı münaqişə başlandı. Tezliklə o, dinc əhaliyə qarşı başlanan müharibənin qeyri-insani nəticələri barədə reportajlar hazırlamaq və bu faktları sənədləşdirmək tapşırığı ilə cəbhə bölgəsinə ezam edildi. İlqar Cəfərov Fizuli, Şuşa və Laçın rayonlarında xidmət etdikdən sonra Xocalıya yola düşür. O, Xocalıda yaşadığı hadisələri belə təsvir edir:

“Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin də cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalı idim!”.

İ.Cəfərovun albomuna daxil edilən fotoların unikallığı ondadır ki, bu şəkillərdə yalnız ayrı-ayrı anlar dondurulmayıb, ayrıca götürülmüş bir hadisə qeydə alınmayıb, onlar bütöv bir dövrü əks etdirir. Müəllif isə xronikaçı, salnaməçi rolunda çıxış edir. Fotoların əksəriyyətində cəmiyyətin kövrək qruplarına, o cümlədən uşaqlara və qadınlara qarşı qəddarlıqlar əks olunub. Fotoqraf Xocalıda gördüyü faciənin təsirindən bu günə kimi də çıxa bilmir:

“Başa düşürdüm ki, bir az soyuqqanlı olmaq lazımdır. Amma qətlə yetirilən qocaları, körpə, günahsız uşaqları görəndə dözmək olmurdu”.

Comments are closed, but trackbacks and pingbacks are open.