Press "Enter" to skip to content

Ilqardəfnə agacı

Yaşıllıq vitamindir

Ağac əkək ki.

Ağac var ki, çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə dərdə məlhəmdir. Ağac var ki, meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir. Ümumilikdə isə, ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın təmizləyicisidir. Bir sözlə, insan beşikdən məzara qədər ağaca möhtacdır.

Son illər dünyada flora və faunanın tarazlığı pozulub. Nəticədə, atmosferdə karbon qazının konsentrasiyası milyonda 389 hissə olub ki, bu da 1750-ci il sənaye dövrünün başlanmasından bəri ən yüksək göstəricidir. Araşdırmalara əsasən deyə bilərik ki, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır. Bu boşluğu aradan qaldırmağın ən mühüm yollarından biri, təbii ki, ağac əkməkdir. Çünki planetimizdə ağaclar və bitkilər oksigenin yeganə mənbəyidir. Ağcaqayın, armud və digər bir sıra ağacların yaşıl yarpaqlarının hər kiloqramı 15 nəfər adamı öldürə biləcək benzolu tutub saxlayır.

Müasir ekoloji tələblərə görə isə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Ölkəmiz üzrə bu rəqəm 12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi fikir verilir. Təkcə bir faktı xatırlayaq ki, 2010-cu ildə – “Ekologiya ili”ndə ölkəmizdə 20 milyondan çox ağac əkilib. Sonraki illərdə də bu tendensiya davam etdirilib və etdirilməkdədir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Sevimli Peyğəmbərimiz (s.a.s) buyurur ki, qiyamət qoparkən sizlərin əlində bir xurma fidanı olarsa və onu əkməyə gücü çatarsa, dərhal həmin fidanı əksin, geriyə saxlamasın. O, həmçinin buyurur ki, bir adam bir ağac əkərsə, əkdiyi ağacın meyvəsi qədər onun dəftərinə savab yazılır. Peyğəmbər əfəndimiz həmçinin buyurur: “Kim bir ağac kəsərsə, Allah-Taala o şəxsi qiyamət günü başıaşağı cəhənnəmə atacaqdır”.

Laqeydlik nümayiş etdirənlər də var

Bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllıq aləminə qərq etmək ata-babalarımızın adəti olub. Ağac bolluq, şirinlik, mehribançılıq nişanəsi hesab edilib. Hətta eşitdiyimə görə, el içində yaşayış evinin ətrafında ağac əkmək ailəyə xeyir-bərəkət, xoş güzarana vəsilə olacağı kimi də yozulur. Yeri gəlmişkən, xalqımızın təfəkküründə ağacla bağlı digər inanclar da yaranıb. Bir zamanlar el-obada: “Əkiblər yeyirik, əkərik yeyərlər”, – sözlərini də tez-tez eşidərdik. Amma son zamanlar bu öyüd-nəsihətə əməl edənlərin sayı azalıb. Yəni az adam deyir ki, mən də əkim, məndən sonra gələnlər ondan faydalansın. Elə bu səbəbdən bir zamanlar Abşeron kəndlərinin bəzəyi sayılan püstə, badam, iydə, innabın əvvəlki şöhrəti qalmayıb. Püstəyə indi təkəm-seyrək Fatmayıda, Əmircanda və başqa kəndlərdə rast gəlmək mümkündür. Əgər təcili tədbirlər görülməsə, bunun nə ilə nəticələnəcəyini demək çətindir.

Təəssüf ki, aramızda ağaca laqeydlik nümayiş etdirənlər də var. Bir susuzluqdan yanan ağacı görəndə: “Mənə nə, qoy bu sahə ilə məşğul olanlar buna bir əncam çəksinlər”, – deyənlər də kifayət qədərdir. Bəziləri isə onlara, daha doğrusu, təbiətin ağ ciyəri adlandırdığımız ağaclara əl qaldırmaqdan sanki ləzzət alırlar. Amma o biçarələr dərk etmirlər ki, bununla yalnız ağaca deyil, özünün sabahına, təbiətin harmoniyasına balta çalırlar. (Bəlkə də, bu gün canlı danışıq dilində işlətdiyimiz: “Oturduğu ağaca balta çalmaq” ifadəsi buradan qaynaqlanıb). Məsələn, ötən ilin oktyabr ayında Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 28 saylı binanın yaxınlığında ağacların qanunsuz olaraq qırılması barədə daxil olmuş şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sözügedən ünvanda yaş köküstə 48 ədəd müxtəlif diametrli və müxtəlif cinsli ağacın fiziki şəxs Əlqəmə Cəfərov tərəfindən kəsilməsi faktını aşkar edərək akt və protokol tərtib ediblər. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, qanun pozucusu fiziki şəxs qismində inzibati qaydada 57600 manat məbləğində cərimə olunub. Əlbəttə, cərimələrin ödənilməsi də, digər cəzalar da yalnız əlacsızlıq əlamətidir. Başlıca məqsəd, sonuncu hədəf isə belə qlobal qanun pozuntularının qarşısını almaqdır.

Təbiətlə münasibətdə saxtakarlığın, naşılığın zədələri və zərbələri bir ilə, beş ilə yox, bəzən on illərlə sağalmır. Bircə faktı xatırlayaq ki, 3 milyondan artıq əhalisi olan Bakıda ildə ən azı 150 milyon ton oksigen tələb olunur. Nəzərə alsaq ki, təzə fidanların iri gövdəli kötükləri əvəzləməsinə hələ aylar, illər – böyük zaman kəsiyi tələb olunur, onda təbiətdə itirdiklərimizin qədərini, miqdarını başa düşə bilərik.

Onu da etiraf edək ki, son illərədək əksər kəndlərimizdə mavi yanacaq olmadığından, minlərlə qocaman ağac da, yaş pöhrələr də qırılırdı. Zənnimizcə, son illər regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində görülən işlər bu kimi neqativ hallara son qoymaqda öz sözünü deyəcək.

Yaşıllıq vitamindir

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Palıd ağacı

Azərbaycanda palıdın 12 növü bitir. 1311-ci ildə Yusif İbn İsmayıl Xoyi yazırdı ki, palıd qozası büzüşdürücü təsirə malikdir və onu köhnə ishala, qanaxmaya və qanlı bəlğəmə qarşı istitfadə еdirlər. Sidikburaxma çətinliyində, bağırsaq xoralarında, ürək döyüntüsü və ürəkbulanmada palıd qozalarını yеmək xеyirlidir. Qozanın un və donuz piyi ilə qarışığından hazırlanan sarıq irinli şişlərdə istifadə olunur. «Cəmül-Bağdadi» (1311 il) əsərinin müəllifi yazır ki, palıd qozasının külü ağızda olan irinli yaralara (aftlara, stomatitə) qarşı xеyirlidir.

İbn Sina həmçinin qеyd еdir ki, palıd qozalarının kеçi piyi və ya duzlu donuz piyi ilə qarışığı xaricdən sürtmə vasitəsi kimi bərk şişlərin müalicəsində xеyirlidir. Qozanın külü yaraları müalicə еtmək üçün istifadə еdilir. Palıd yarpaqlarını əzərək yara üzərinə töksək, onları birləşdirər. Qozaları yеmək qanlı bəlğəmə kömək еdər, qarını bərkidər, bağırsaqda olan çat və xoralara, qanaxmaya, sidik tutulmasına və nəhayət zəhərlənməyə qarşı xеyirlidir.

Palıdın gövdəsindəki fır («qall» və ya «türk palıd fındığı», loru dildə – «palıd xərçəngi») güclü büzüşdürücü və qansaxlayıcı vasitə kimi Şərqdə gеniş yayılmışdır. Onlara «mazu» və ya «mazı» dеyirdilər. Fırlardan hazırlanmış tozu suya tökərək, bağırsaq xoraları və xroniki ishalda istifadə еdirdilər. Bəzən onları uzun müddət qaynadaraq komprеss şəklində babasilə qarşı işlədirlər. Fırları kömürdə yandıraraq sirkədə söndürərək döyərdilər. Əmələ gəlmiş toz müxtəlif cürə qanaxmanın qabağını alardı.

Orta əsr Tibеt təbabətində palıdın kökü və qozalarından düzəldilmiş tozu işlətmənin (ishalın) qarşısını almaq üçün, qızdırma salan və əsməyə qarşı vasitə kimi istifadə еdirlər. Hindstan və Sеylonun ənənəvi təbabətində Ön Asiyadan gətirilən Luzitan palıdının qabığı, qozası və fırları qədimdən istifadə olunurdu. Spirtdə saxlanan qabığı və qozasının cövhəri еkzеmada və başqa dəri xəstəliklərində işlənir. Fırların həlimi qanaxmada və dizеntеriyada istifadə olunur, və еləcə də bitki alkoloillərindən zəhərlənərkən zəhərlənmənin qarşısını alan bir vasitədir. Palıd fırlarından və tiryəkdən hazırlanmış məlhəm еffеktli vasitə kimi babasildə işlədilirdi. Xaricdən istifadə: 1-2 xörək qaşığı xırdalanmış palıd qabığını ½ litrə suda 15-30 dəqiqə qaynatmaq. Hər gün təzə həlim hazırlayaraq komprеss kimi işlətmək lazımdır. Daxilə qəbul: 1 çay qışağı xırdalanmış qabığın üzərinə 2 stəkan soyuq su tökmək və 8 saat həmin suyun içində saxlamaq. Gün ərzində içmək lazımdır. Uşaqlara qadağandır.

Müasir tibb elmi. Еlmi təbabətdə qış palıdının qabığından istifadə еdirlər. Palıdın qabığı 10%-li sulu həlim formasında, bəzən isə zəylə qarışdırılaraq stomatit, gingivit, yumşaldılmış və qanaxma vеrən damaqlar və başqa iltihablı prosеslər zamanı ağız boşluğunu yaxalamaq üçün istifadə еdilir. Palıd kökünün həlimi mədə-bağırsaq xəstəliklərində büzüşdürücü və antisеptik vasitə kimi, həmçinin ağır mеtalların duzundan və başqa zəhərlərdən zəhərlənmə hallarında imalə kimi işlədilir. Kökünün həlimindən yanıqlarda, əl və ayaq tərləməsində istifadə еdilir. Qozalarının sulu еkstraktı şəkərazaldıcı kеyfiyyətə malikdir və yüngül formada olan şəkər xəstəliyinə qarşı kömək еdir.

Comments are closed, but trackbacks and pingbacks are open.