Press "Enter" to skip to content

Seçilmiş Əsərləri

sahəsində işləmiş, “Azərnəşr”də baş redaktor vəzifəsində

Əfəndiyev İlyas

səsi, öz yazı üslubu olan orijinal bir yazıçı kimi təsdiq etdi.

1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram

Teatrı İ.Əfəndiyevin “İşıqlı yollar” pyesini tamaşaya qoydu.

Əsər Teatrın 1948-ci ildə Moskvaya qastrolu zamanı paytaxt

sənətsevərlərinə göstərilmişdir. Həmin pyes yazıçının ilk

müstəqil səhnə əsəri idi. Gənc dramaturq görkəmli rejissor

Adil İsgəndərovun təklif və təkidilə “Bahar suları” pyesini

yazır. Lakin əsərin tamaşası birmənalı qarşılanmadı, pyes

haqqında müxtəlif mülahizələr irəli sürüldü.

“Bahar suları” pyesi haqqında müəllif yazmışdır:

“. Dramaturgiyada “konfliktsizlik” nəzəriyyəsi ifşa olunandan

sonra, bizim Akademik Dram Teatrında tamaşaya qoyulan ilk

konfliktli əsər mənim “Bahar suları” pyesim oldu. Bu əsərdə

müsbət obrazlarla bərabər, mənfi tiplər də var idi. Pyes

Akademik Teatrda müvəffəqiyyətlə gedirdi. “Kommunist”

qəzeti Əli Vəliyevin təşəbbüsü ilə böyük disput təşkil

etmişdi. Disput olduqca canlı keçirdi. Çıxış edənlər tamaşaya

yüksək qiymət verirdilər. Birdən bizim yazıçı yoldaşlardan o

zaman məsul vəzifədə olan biri özünü qaranəfəs disputa

yetirərək çıxışında sübut etməyə çalışdı ki, guya müəllif

əsərdəki mənfi tipləri göstərməklə bizim cəmiyyətimizə

böhtan atmışdır, bizdə Nəcəf kimi adamlar yoxdur, tək-tük

varsa da, göstərmək lazım deyil. ” Lakin əsərin müzakirəsində

iştirak etmiş Əli Vəliyev, S.Vurğun, eyni zamanda

ədəbiyyatşünaslar əsərin bir sıra məziyyətlərini göstərməklə,

müəllifin düz yol tutduğunu təsdiq etmişlər.

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və

bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75

illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı

xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev “Şərəf Nişanı” ordeni

ilə təltif edilmişdi. 1954-cü ildə tamaşaya qoyulmuş

“Atayevlər ailəsi” dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli

atılmış uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı

qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə

aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük

rəğbətlə qarşılanmışdır. Pyesi tamaşaya Tofiq Kazımov

Sanki İ.Əfəndiyev ilə T.Kazımov bir-birini kəşf etmişdi, onlar

biri digərini çox gözəl başa düşürdülər. Müasirlik duyğusu çox

güclü olan bu iki sənətkarda oxşar cəhətlər, intellektual

səviyyə, birgə yaradıcılıq axtarışları Azərbaycan teatrı tarixinə

parlaq səhifələr yazmışdır. Yaradıcılıq intuisiyası çox geniş

olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə nüfuz

etməyi bacaran İ.Əfəndiyev arasındakı yaradıcılıq əlaqələri

uzun illər davam etmişdir.

İ.Əfəndiyev “Atayevlər ailəsi” tamaşası haqqında yazmışdır:

“Atayevlər ailəsi”nin quruluşu üzərində Tofiqin ilk

müvəffəqiyyəti, rolları aktyorlar arasında çox sərrast

bölməsindən başladı. Hansı rolu hansı aktyorun daha təbii ifa

edə biləcəyini düzgün tə‘yin etmək hissi, yaradıcılıq intuisiyası

Adil kimi, Tofiqdə də çox güclü idi. “Atayevlər ailəsi” Tofiqin

Akademik Teatrımızda ilk müvəffəqiyyətli quruluşu oldu”. Bu

vaxta qədər bir dramaturq və xırda hekayələr müəllifi kimi

tanınmış İ.Əfəndiyev 1958-ci ildə ilk dəfə iri həcmli “Söyüdlü

arx” romanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük

uğur qazandırdı. 1953-1958-ci illərdə İ.Əfəndiyev Azərbaycan

Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi vəzifəsində

çalışarkən ədəbiyyata gələn istedadlı gənclərin inkişafını qayğı

ilə izləmiş, bacardığı qədər onların yeni əsərlərinin çapına,

kitablarının buraxılmasına kömək göstərmişdi.

O, 1954-cü ildən etibarən Yazıçılar İttifaqı Rəyasət heyətinin

üzvü olmuş, 1958-ci ilin axırlarında Yazıçılar İttifaqı idarə

heyətinin məsul katibi seçilmişdir. İttifaqın işində yaxından

iştirak edən ədib, Respublika yazıçılarının II qurultayında

(1954) “Azərbaycan sovet dramaturgiyası”, III qurultayında isə

(1958) “Azərbaycan dramaturgiyasının inkişafı” mövzularında

İ. Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş

sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun

hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji

ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı

eyni bir qısa dövr ərzində hekayələr yazmaqla yanaşı,

iste‘dadlı bir dramaturq kimi də fəaliyyət göstərir, iri həcmli

roman və povestlərlə bərabər oçerklər üzərində də işləyir,

publisistik məqalələr qələmə almaqla yanaşı, konfrans və

qurultaylarda məruzələrlə çıxış edir. Bir sözlə, İ.Əfəndiyevə

hekayədən faciəyə, romandan komediyaya, məqalədən pyesə

keçmək heç də çətinlik törətmir, bu, yazıçı üçün adi bir haldır.

İ.Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət

nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının

müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və

yaradıcılıq intellektindən xəbər verir.

1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri

adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən

məhzuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında

janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr

əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi

keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan

nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət

qazanmış “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost”

(1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə

baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest və

romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram

əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi

məhzuldar yaradıcılıq yolu keçir. Bu illərin məhzulu olan “Sən

həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində

lirik-psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam

etdirən dramaturq “Mənim günahım” (1967), “Unuda

bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Qəribə

oğlan” (1973), “Bağlardan gələn səs” (1976) və s. pyeslərini

yazır. Ölməz sənət nümunələri kimi Azərbaycan

dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq

pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu

pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, “İlyas

Əfəndiyev teatrı” yaratdı.

“İlyas Əfəndiyev teatrı”nın uğurlarından söhbət açarkən,

təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə

olmuş “Unuda bilmirəm” pyesi 1981-ci ilə qədər, yalnız

Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır.

İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə

Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox

müraciət edən dramaturq, 1971-ci ildə mövzusu tarixi

keçmişimizdən götürülmüş “Mahnı dağlarda qaldı” pyesini

yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə

İ.Əfəndiyev 1972-ci ildə Respublika dövlət mükafatına layiq

1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının

anadan olmasının 60 illiyini təntənə ilə qeyd edir. Yubileylə

əlaqədar olaraq ədib Oktyabr İnqilabı ordeni ilə təltif olunur.

Azərnəşr onun dörd cildlik “Seçilmiş əsərləri”ni nəşr edir.

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış

İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət

heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri

adına layiq görülmüşdür.

Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda qeyd

olunarkən “Yazıçı” nəşriyyatı 1984-1985-ci illərdə oxucularına

gözəl bir hədiyyə hazırlamış, ədibin 6 cildlik “Seçilmiş

əsərləri”ni nəfis şəkildə 40 min nüsxə tirajla çap etmişdir.

Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə alınan ədib həmin il

Lenin ordeni ilə mükafatlandırılmışdır. 1990-cı ildə

Azərbaycanın Milli Teatrı öz tarixində ilk dəfə olaraq xarici

ölkəyə – Türkiyəyə qastrol səfərinə çıxmışdır. Bu səfər zamanı

Teatr İstanbul və Ankara şəhərlərində teatr həvəskarlarına

İ.Əfəndiyevin “Bizim qəribə taleyimiz” və “Sevgililərin

cəhənnəmdə vüsalı” əsərlərinin tamaşasını göstərmişdir.

Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə

mətbuatı onlarla sanballı məqalələr vermişdir.

60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə

də məhzuldar bir yazıçı kimi yazıb yaradır, hər il yeni-yeni

əsərlər nəşr etdirir, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet

rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza

bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirir, onları

yeni zamanın kontekstində oxuculara təqdim edirdi. O. “Hacı

Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı

Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirir,

“Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988),

“Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı”

(1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994)

və s. pyeslərini tamaşaya qoydurmuş[3], bir sıra yeni

kitablarını nəşr etdirmişdi.

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun

aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80

illiyini təntənəli surətdə qeyd etdi. Ədəbiyyatın inkişafında

xidmətlərini nəzərə alan müstəqil Azərbaycan Respublikasının

Prezidenti yazıçını “Şöhrət” ordeni ilə təltif etdi.

Respublikamızın sənət adamları arasında İ.Əfəndiyev birinci

sənətkar idi ki, həmin ordenlə mükafatlandırılmışdı. Heydər

Əliyev cənabları yazıçıya göndərdiyi təbrik məktubunda ədibin

yaradıcılığına yüksək qiymət verərək yazmışdı: “Sizi-

Azərbaycanın görkəmli dramaturq və nasirini 80 illik

yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Dünya

mədəniyyətinə ölməz dahilər bəxş etmiş qədim Odlar

yurdunda xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə

ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz

sayəsində bu şərəfə nail olmuşsunuz.

Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, Milli

teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu

parlaq şəkildə sübut edir. Sizin yaratdığınız obrazlar

xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik

aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil

Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən

faydalanacaqdır”. Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-

şirinli günlərini yaşamış sənətkarımız İlyas Əfəndiyev 1996-cı il

oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və

Fəxri Xiyabanda dəfn olunmuşdur. “İlyas Əfəndiyev əslinə-

nəslinə yaraşan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də

namuslu ömür sürdüyünü özü bəyan etmirdi, qələmdən

ayrılmadan son günlərinəcən halal zəhmətlə, hər cür

intriqalardan, həsəddən və nifrətdən uzaq bir aləmdə – sənət

dünyasında yaşadığı həyatla sübut edirdi”.

İ.Əfəndiyevin insani keyfiyyətlərindən söhbət açan akademik

Kamal Talıbzadə yazır: “İlyas ömrünün axırına qədər

evlənmədi, baxmayaraq ki, çox cavan ikən dul qalmışdı, həm

də gözəl, yaraşıqlı kişi idi. Övlad üçün özünü oda-közə vuran,

onun üçün xoşbəxt gələcək haqqında düşünən narahat ata

idi. Oğullar da atalarına borclu qalmadılar, atalarını sözün əsl

Yazıçının iki övladı vardır. Xalq yazıçısı, filologiya elmləri

doktoru Elçin görkəmli nasir, dramaturq və ədəbiyyatşünas

alimdir. Uzun müddət “Vətən” cəmiyyətinin sədri, Yazıçılar

Birliyin katibi olmuş Elçin həm də görkəmli dövlət xadimidir.

O, Respublika Baş Nazirinin müavini vəzifəsində çalışır. Kiçik

oğlu Teymurçin Əfəndiyev tanınmış ədəbiyyatşünas alim,

professordur. O, uzun illərdir ki, Ə.Hüseynzadə adına

Mədəniyyət və İncəsənət Universitetində çalışır, indi həmin

İ.Əfəndiyev ata və ana fədakarlığı ilə böyütdüyü övladlarına

bağlı bir insan idi. O, oğulları ilə fəxr edir, onların uğurları, ailə

səadəti ilə fərəhlənir, baba sevinci ilə yaşayırdı. Nəvəsi

Yalçının kinoda çəkilməsi, Üzeyir bəyin uşaqlığını oynaması

ona böyük sevinc bəxş etmişdir.

Yazıçının qardaşı Mustafa Əfəndiyev nəşriyyat-poliqrafiya

sahəsində işləmiş, “Azərnəşr”də baş redaktor vəzifəsində

çalışmışdır. O, həm də bacarıqlı tərcüməçi idi. L.N.Tolstoyun

“Hacı Murad” və “Uşaq hekayələri”, M.Qorkinin “Günəşin

övladları”, A.Çakovskinin “Mühasirə”, R.Kiplinqin “Mauqli”,

V.İvanovun “Zirehli qatar 14-69”, S.Uluqzadənin “Mirvari” və

s. kitablar onu Azərbaycan oxucusuna iste‘dadlı tərcüməçi

kimi tanıtmışdır. Digər qardaşı Tofiq Əfəndiyev görkəmli

yazıçıdır. Onun “Ağ çiçəklər”, “Dağ yolu”, “Cənub mehi”,

“Prokuror”, “Münaqişə”, “Qara qapılar” kitablarında

toplanmış hekayə, povest və romanları oxucular tərəfindən

həvəslə oxunur. Qardaşlarından digəri hüquq-mühafizə

orqanlarında çalışır. Tibb institutunu bitirmiş bacısı tanınmış

həkimdir. Onun oğlu Çingiz Əlioğlu istedadlı şairdir. 60-cı

illərdə ədəbiyyata gəlmiş 55 yaşlı Çingiz Əlioğlunun səsi

respublikadan kənarda da eşidilməkdədir.

Yazıçının nəvələri təhsillərini uğurla davam etdirirlər və yəqin

ki, onlar da Əfəndiyevlər ailəsinin şan-şöhrətini daha da

Filoloq Timuçin Əfəndiyevin atasıdır.

Yazıçı Elçinin atasıdır.

“Şöhrət” ordeni — 24.05.1994[4]

“İntizar”(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə birgə yazmışdır.)

“Sən həmişə mənimləsən”, yaxud “Boy çiçəyi”(1964)

“Odlu səhradan gəlmiş şeytan”

“On manatlıq lüstr”

“Məhv olmuş gündəliklər”(1969)

“Mahnı dağlarda qaldı”(1971)

“Qəribə oğlan”(1973)

“Bağlardan gələn səs”(1976)

“Bizim qəribə taleyimiz”(1988)

“Sevgililərin cəhənnəmdə vüsalı”(1989)

“Tənha iydə ağacı”(1991)

“Ağıllılar və dəlilər”(1992)

“Hökmdar və qızı”(1994)

“Qoruqlarda”

“Zəmidə bir turac səslənirdi”

“Kənddən məktublar” kitabından

“Aydınlıq gecələr” kitabından

“Apardı sellər Saranı”

“Qəhrəman ilə bülbülün nağılı”

“Kiçik bir poema”

“Qoca tarını çaldı”

“Yarımçıq qalmış portret haqqında mahnı”

“Su dəyirmanı”

“Sən ey böyük yaradan” kitabından

“Vəzir Allahverdi xan və Bəhlul Danəndə”

“Sən ey böyük yaradan”

“Həyatın əbədi ahəngi”

Müxtəlif illərin hekayələri

“Berlində bir gecə”

“Qəhrəmanımın nişanlısı”

“Şəhərdən gələn ovçu”

“Qırçı və qırmızı çiçək”

“Səməd Vurğun haqqında hekayə”

“Qaçaq Süleymanın ölümü”

“Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”

“Geriyə baxma, qoca”(1980)(avtobioqrafik əsərdir)

“Dağlar arxasında üç dost”(1963)

“Sarıköynəklə Valehin nağılı”(1976-1978)

Atayevlər ailəsi (film)

Bircəciyim (film, 1986)

Bizi dağlarda axtarın (film, 1976)

Bizim qəribə taleyimiz (film, 2005)

Çarvadarların izi ilə (film, 1974)

Geriyə baxmağa dəyər (film, 1985)

Gözlə məni (film, 1980) (əsərin müəllifi) (İ.Əfəndiyevin

“Mahnı dağlarda qaldı” əsəri əsasında çəkilib)

Hökmdarın taleyi (film, 2008)

Körpüsalanlar (film, 1964) (əsərin müəllifi) (İ.Əfəndiyevin

“Körpüsalanlar” əsəri əsasında çəkilib)

Ləyaqət hücrəsi (film, 2011)

Mənim günahım (film, 1985)

Sən həmişə bizimləsən (film, 1997)

Sən həmişə mənimləsən (film, 1987)

Tikdim ki, izim qala. III film (film, 1998)

Yun şal (film, 1965)

1.Bizim qəribə taleyimiz (iki hissəli dram) (quruluşçu rejissor –

Mərahim Fərzəlibəyov, quruluşçu rəssam – Elçin Aslanov,

bəstəkar – Emin Sabitoğlu, mahnıların mətni – Çingiz Əlioğlu,

rejissor assistenti – Mehriban Ələkbərova);

2.Sən həmişə mənimləsən. (quruluşçu rejissor – Tofiq

Kazımov, bəstəkar – Emin Sabitoğlu. Rollarda: Əli Zeynalov,

Amaliya Pənahova, Eldəniz Zeynalov, Səfurə İbrahimova,

Ətayə Əliyeva, Kamil Qubuşev).

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Seçilmiş Əsərləri

Nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azər¬baycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979) İlyas Məhəmməd oğlu Əfəndiyevin (1914-1996) seçilmiş əsərlərinə onun hekayələri, povestləri və bir romanı daxil edilmişdir.

531 pages, Paperback

Published January 1, 2015

Book details & editions
Loading interface.
Loading interface.

About the author

İlyas Əfəndiyev

46 books 17 followers

Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) — nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979).
Həyatı[redaktə]

Poçt markası (1997).
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.
Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, “səs hüququndan” məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: “Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar”.

Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. Anaya məhəbbət, ataya hörmət ailədə ciddi əməl olunan qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz vəzifəsi var idi. Uşaqlar kiçik yaşlarından zəhmətə, əməyə alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana mülayim və rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı hörmət hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq ananın təsirindən irəli gəlmişdi. Bütün müsəlman ailələrində olduğu kimi Əfəndiyevlər ailəsində də ata əsas şəxsiyyət idi və bütün problemləri o həll ed

Comments are closed, but trackbacks and pingbacks are open.