Kişini yataqda başdan çıxarmaq üçün. YOLLARI
Norvecin Bergen Universiteti alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, siqaret çəkən ataların uşaqlarında astma xəstəliyinin inkişafı riski heç vaxt siqaret çəkməyən kişilərin uşaqları ilə müqayisədə bi
Qarın quruldamasının səbəbi nədir və ondan necə qurtula bilərik?
Qarın quruldamasının səbəbi qalın bağırsaqda yaranan qaz sıxışması ilə çıxan səsdir. Tez-tez yemək yemək və maye qəbul etmək başlıca səbəblərdəndir.
AzNews.az xəbər verir ki, qidalanarkən tələsik davrandığımızda yemək və içəcəklə birlikdə hava da uduruq və bu hava bağırsaqlarda qaza səbəb olur. Bağırsaqlarda sıxışan qaz isə səs edərək quruldamaqla nəticələnir.
Bundan əlavə qarnımız ac olanda da quruldayır. Qarnınız açkən boş olan mədənin içindəki hava mədə hərəkətləri ilə iləri-geri hərəkət edər və sonunda da quruldama meydana çıxar.
Qarın guruldaması olanda ediləcək şeylər:
Qarın quruldamasından necə qurtula bilərsiniz?
Sizi utandıran bu qarın quruldamasından bir çay qaşığı zeytun yağı və ya limonlu çay içərək azad ola bilərsiniz. Əsas da razyana mədədəki qaz üçün son dərəcə şəfalıdır.
Səidə Vahid
AzNews.az
Kişini yataqda başdan çıxarmaq üçün. – YOLLARI
Evli olmaq cütlüklərin bir-birinin ağlını başından almağa mane olmur. Əyləncəli saatlar keçirmək hələ də sizin öz əlinizdədir. Bir az yaradıcı təxəyyülünüzü işə salın, bir az da xəyal gücü bəs edər. Hər gün bir-birini görməyə adət edən iki insan, bir-birini uzun müddətdir tanıyan iki bədənin seks həyatının bitdiyinə yəqin ki, siz də əminsiniz. Lakin bunun tam əksi ola bilər. Əgər özünüzə güvənirsinizsə, həyat yoldaşınızı başdan çıxarmağın vaxtıdır. Qadinsayti.az bunun bir neçə yolu ilə sizi tanış edir.
Diqqət yetirməniz lazım olan məqamı unutmayın: ərinizi başdan çıxararkən siz də başdan çıxmalısınız. Yoxsa yalnız onun istəklərini yerinə yetirməyə çalışan oyuncağa dönərsiniz və özü heç xoşbəxt ola bilməyən bir qadın olarsınız.
1. Yarıqaranlıq otaq
Yarıqaranlıq otaq çatışmazlıqların üstünü bağlayır. Beləliklə, həm göstərmək istəmədiklərinizi saxlayarsınız, həm də görmək istəmədiklərinizi görməzsiniz. Bu, həm də xəyal gücünü işlətməyə kömək olar.
2. Gözlərini bağlayın
Yalnız vizual görünüşlə başdan çıxmaya bilər. Xəyal gücü də bir çox şeyi həll edər. Gözlərini bağlayın və ona suallar verin. Bir neçə nümunə: “Hazırda nə geyinmişəm?”, “Nə rəngdir?”, “Toxunmaq istəyirsən?”
Hərəkətə keçən xəyal gücünün ilk tamamlayıcısı toxunuşlardır. Barmaqlarınızın uclarını dırnaqlarınızı hiss etdirəcək şəkildə bədənində gəzdirin. Əgər bu həzzin uzun müddət davam etməsini istəyirsinizsə, ayaqlarının arasını və qarnını ən sona saxlayın. Onun əllərini də öz bədəninizdə gəzdirin. Ancaq bu prosesi tamamilə siz idarə etməlisiniz. Əks halda kişinin toxunuşları ssenarini poza bilər. Siz onu özünüz üçün başdan çıxarmaq istəyirsiniz, dərhal boşalmasını deyil.
4. Özünüzü ona hiss etdirin
Yer üzündə qadın qoxusu ilə müqayisə edilən başqa bir qoxu yoxdur. Qulaqlarınızın arxasına öz qoxunuzu çəkin.
5. Alçaq səslə və yavaş danışın
Normal səsiniz, sürətli danışma gündəlik həyatın səsidir və sanki harasa tələsdiyinizi xatırladır. Alçaq səslə yavaş danışın. Bu, onu başdan çıxaracaq.
6. Onu tərifləyin
Əslində nə istədiyinizin bir əhəmiyyəti yoxdur. Bədənini, performansını, sizə necə həzz verdiyini izah edərək, onu tərifləyin.
Nə istədiyi önəmlidir
Böyük ehtimalla o, onsuz da sizə nələr istədiyini söyləyib. Amma yenə də soruşmağınız onun xoşuna gələcək. Burada əhəmiyyətli olan onun istədiklərinin sizin üçün dözülməz olub-olmamasıdır. Bu cür bir vəziyyətdə “Olar, lakin əvvəlcə. ” deyin və yuxarıda sıraladığımız maddələrdən birini etməyə başlayın. Aile.lent.az
Ailə və Uşaq Baxılıb: 46122 Tarix: 07 oktyabr 2016
f Paylaş
Digər yazılar
Evlilik “qorxu”su, yaxud 30 yaş sindromu
Maddi yetərsizlik qorxusu. Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, ö
Nişan üzüyünün tarixi
Nişan üzükləri haqqında. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir
Gəlinlik niyə ağ rəngdədir?
Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng d
Kişilərin seksual istəyinin pik nöqtəsi – saat neçədə olur?
ABŞ-ın Verciniya Universitetinin alimlərinin qadınların seksual istəklərinin pik nöqtəsi barədə araşdırmaları barədə artıq məlumat vermişdik. Bu məlumatın böyük marağa səbəb olduğunu nəzərə alaraq, oxucularımızı kişiləri
Seksin 12 QIZIL QAYDASI
seksin 12 qızıl qaydasını təqdim edir. Cinsi problemlərin səbəblərini bilsəniz, onları aradan qaldıraraq sağlam cinsi həyata sahib olarsınız. Danışın. Cütlüklərin danışaraq bütün qayğı və qorxuları, kədərli hadisələri, onlar
Kişilər yataqda niyə kök qadın seçir?
Hər bir qadın xəyalında arıq və incə bədən quruluşuna sahib olmağı arzu edir. Bunun üçün günlərlə pəhriz saxlayır. Pəhriz saxlmağın əsas səbəbi isə kişilərdir. Son aparılan araşdırmalar qadınları düşündürür. Çünki kişiləri
Aspirini bu qaydada qəbul edin, hamilə qalın!
Türkiyəli mütəxəssislər aşkar edib ki, aspirin hamiləlik şansını artırır. Bu, 1128 xəstə üzərində aparılan təcrübə zamanı öz təsdiqini tapıb. bildirir ki, Aile. bununla bağlı maraqlı məqamları təqdim edir. Aspirin uzun illərdi
Hamilə qalmaq istəyənlərə 7 MƏSLƏHƏT
Övlad sahibi olmaq hər qadının arzusudur. Xüsusən də yeni ailə quran xanımlar daha tez hamilə qalmaq istəyir. hamilə qalmaq istəyənlərə 7 məsləhət təqdim edir. Çox sevişin. “Bunu nənəm də bilir” deyib keçməyin
Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik tez-tez inkişaf edir
Norvecin Bergen Universiteti alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, siqaret çəkən ataların uşaqlarında astma xəstəliyinin inkişafı riski heç vaxt siqaret çəkməyən kişilərin uşaqları ilə müqayisədə bi
Xanımlar ən qorxulu kabusdan necə qurtula bilər?
Gündəlik alınan enerjinin xərclənən enerjidən çox olması qalan enerjinin bədəndə yağ olaraq yığılmasına və köklüyün meydana gəlməsinə səbəb olur. Ümumdünya Sağlamlıq Təşkilatının məlumatında qeyd olunur ki, obezli (həddən artıq köklük xəstəliyi) bədəndə sağlamlığı pozacaq ölçüdə piyin yığılması ilə müşahidə edilən xəstəlikdir. Mütəxəssislərin fikrincə, obezlik bədəndə çox miqdarda yağ yığılması nəticəsində ortaya çıxır və mütləq müalicə edilməsi lazımdır. Köklük qidalarla alınan enerji miqdarının, maddələr mübadiləsi və fiziki fəaliyyətlə istehlak edilən enerji miqdarını aşdığı vəziyyətdə ortaya çıxır. Köklük insan bədənində ürək-damar sistemi, tənəffüs sistemi, hormonal sistem, həzm sisteminə təsir edir və bir çox əhəmiyyətli narahatlığa zəmin yaradan bir xəstəlikdir.
Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterol, tənəffüs narahatlıqları, oynaq xəstəlikləri, mensturasiya nizamsızlığı, sonsuzluq, iqtidarsızlıq, öd kisəsi xəstəlikləri, bəzi xərçəng növləri köklüklə birbaşa əlaqəli olan xəstəliklərdir. Araşdıramalara görə, son 20 ildə köklük epidemiya kimi gəzən bir xəstəliyə çevrilib.
Açıqlanan rəqəmlərə əsasən, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Ölkəmizdə insanlar arasında artıq çəki 35,8%, piylənmə isə 21,9% təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.
Dietoloq Samir Quliyev bildirir ki, qadınların kökəlməsində qidalanmanın, stressin və bu kimi digər amillərin rolu böyükdür. “Köklük Bədən Kütlə İndeksi (BKİ) ilə ölçülür. Bunun üçün bədən ağırlığını boyun kvadratına bölmək lazımdır. Tutaq ki, bir xanımın çəkisi 70 kq, boyu 160 sm-dir. Bu, belə hesablanır. 70 / (1.60)2= 70 / 1.60 x 1.60 = 70 / 2.56 = 27.34 kq/m2” deyən həmsöhbətimiz bildirir ki, BKİ dəyəri 18.5 kq/m2 -dan aşağı olanlar arıq, 25-29.9 kq / m2 olanlar normal çəkili, 30-39.9 kq/m2 arasında olanlar çox kilolu, 40 kq/m2-dan çox olanlar xəstəlik dərəcəsində kök olanlardır. Quliyevin dediyinə görə, bədəndəki yağların hansı tərəfdə daha çox yığılması da sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Belə ki, qarın ətrafında yığılan yağlar, omba və bədənin digər tərəflərində yığılmış yağlara nisbətən sağlamlığı daha çox risk altında qoyur. Bu riski müəyyən etmək üçün bel ətrafı ölçü indeksindən istifadə etmək lazımdır. Bu ölçü aparıldığı təqdirdə bel ətrafı xəstəlik riskini müəyyən etmək mümkün olur. “Kişilərdə bel ətrafı 94 sm artmış risk, 102 sm-də isə yüksək risk hesab edilir. Qadınlar üçün isə bu rəqəm 80 sm artmış risk, 88 sm-dən yüksək riskdi. Bel ölçünüzü ölçdükdən sonra bu rəqəmləri əldə etmisinizsə, sizdə obezlik riski yüksəkdir. Müalicə üçün həkimə müraciət etməlisiniz”.
Həmsöhbətimiz hesab edir ki, köklükdən qorunma uşaqlıq yaşlarından başlanılmalıdır. Uşaq yaşlarından yaranan köklük sağlamlıq üçün daha təhlükəlidir. Onun sözlərinə görə, bu səbəbdən də ailə, məktəb və ətraf kafi və balanslı qidalanma mövzularında bilgili olmalıdır. Köklüyə müalicə fərdin dözümlülüyü və təsirli olaraq iştirakını tələb edən, müalicəsi zəruri, uzun və davamlı bir prosesdir. “Bəzi valideynlər köklüyü sağlamlıq kimi qəbul edirlər. Bu səbəbdən uşaqlarının kökəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Əslində isə normal sağlam insanın çəkisi boyuna uyğun olmalıdır. Bu barədə müxətlif cədvəllər var. Odur ki, uşaqlarınızın sağlamlığınızı istəyirsinizsə, həkimə müraciət edib, boy-çəki cədvəlini əldə edin. Və uşaqlarınızı bu cədvələ uyğun qidalandırın”.
S.Quliyev deyir ki, evdar qadınlar daha çox kökəlir. Bunun isə müxtəlif səbəbləri var. Bütün günü ev işləri, yemək, bişir-düşür ilə məşğul olan xanım heç bir pəhriz saxlamır, bununla yanaşı gün içində bir neçə dəfə əlavə qidalar qəbul edir. Bu da qadının zamanla kilo almasına gətirib çıxarır. Müsahibimiz evdar xanımlara məsləhət görür ki, daim gözəl bədən quruluşuna sahib olmaq üçün qidalara fikir vermək lazımdır: “Bəzən böyük bir depressiya özü ilə yemək istəyi gətirir. Bütün günü özünə qapılan xanım özünü yeməklə sakitləşdirir. Onun ən çox yediyi qidalar isə şirniyyat, çips, müxtəlif yağlı yeməklər olur. Depressiyadan çıxandan sonra xanım özünə güzgüdə baxanda istər-istəməz yenidən depresiyaya düşür. Gözəl qalmaq üçün ilk növbədə əsəblərinizi qoruyun, daha sonra isə qida rasionunuzu nəzarətdə saxlayın. Tez-tez, az-az yeyin. Çox maye qəbul edin. Şokolad, şirniyyat və spirtli içkilərdən uzaq olun”.
Məsudə Sultan
Comments are closed, but trackbacks and pingbacks are open.