Press "Enter" to skip to content

Dedi ki, bir rola görə onu öldürə bilmərəm”

-Hə. O mahnını da, şeiri də çox sevirəm. Zakir Əliyev oxuyur. Həyatdır. Hər halda onu deyə bilərəm ki, ömrümü boşa yaşamadım. Sənətimdə uğurlu oldum, sevənlərim çoxdur. Rayondan gəlib tamaşalarımı izləyib, sonra yenə rayona qayıdırlar. Onlara minnətdaram. Boşa yaşamamışam. Onların sevgisini, hörmətini qazanıram. Mənim nə qədər tələbələrim var. Onlar itirib-axtarırlar, həyatlarında olmuşam. Ancaq despot müəllimlik etmirəm. Zəhlimliliyim də, qayğım da öz yerindədir. Lakin nəsə problemləri olsa, əlimdən gələni əsirgəmirəm. Mənim dostlarım var. Əfsuslar olsun ki, dünyadan köçürlər. Son bir iki ayda.

Onu necə söndürə bilərəm ki, heç kim bilməsin

Sevimli nömrə kimi yalnız Bakcell nömrəsi aktivləşdirə bilərsiniz.

Nömrəmin hansı tarif planında olduğunu necə müəyyən edə bilərəm?

Nömrənizin hansı tarifdə olduğunu təyin etmək üçün, lütfən Bakcell tətbiqindən istifadə edin yaxud my.bakcell.com səhifəsinə daxil olun.

Qiymətlərə ƏDV daxildir?

Bəli, bütün qiymətlərə, ƏDV daxildir.

Gizli nömrə ilə edilən zənglərin kim tərəfindən edildiyini öyrənə bilərəm?

Gizli gələn zənglər sizi narahat edirlərsə, və bu barədə məlumat əldə etmək üçün, yaşadığınız rayonun polis bölməsinə müraciət edin. Müvafiq tədbirlər yalnız polis tərəfindən görülə bilər.

Gizli zəngi necə aktivləşdirmək olar?

Gizli nömrə xidməti vasitəsi ilə zənglər zamanı nömrəni gizlətmək mümkündür. Xidmət 2 növə bölünür:

  • CLİR (Calling Line Identity Restriction) – Sizə bütün etdiyiniz zənglər zamanı nömrənizi gizlətməyə imkan verir.
  • SOCLİR (Subscription of CLİR) – Sizə etdiyiniz müəyyən zənglər zamanı nömrənizi gizlətməyə imkan verir.

Ətraflı məlumat BURADA .

PIN/PUK kodlar itirilibsə, bunları necə əldə etmək olar?

PIN/PUK kodlar haqqında məlumatı Bakcell Məlumat Mərkəzinin 555 qısa nömrəsinə zəng etməklə və yaxud Müştəri Xidmətlərinə yaxınlaşaraq əldə edə bilərsiniz. Nömrənin rəsmi sahibinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək vacibdir. Əlavə olaraq Siz heç bir ünvana müraciət etmədən Bakcell tətbiqindən və ya my.bakcell.com səhifəsindən istifadə edərək bu məlumatı əldə edə bilərsiniz.

Məlumat Mərkəzinə zəng edərək öyrənmək istəyirsinizsə, Siz, nömrə hansı sənədlə alınıbsa, onun tam məlumatını təqdim etməlisiniz, əks halda məlumat verilməyək.

Müştəri xidmətlərinə yaxınlaşaraq öyrənmək istəyirsinizsə, nömrənin rəsmi sahibinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlisiniz.

Qeyd: Nömrə Sizin adınızadırsa, PIN/PUK kodları sizə təqdim edəcəklər, əks təqdirdə, telefonu koddan açandan sonra kodlar Sizə təqdim edilməyəcək.

Nömrənin dublikatını hansı sənədlərlə əldə etmək olar?

Nömrənin dublikatını əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi yaxud ümum vətəndaş pasportu; xarici vətəndaşlar isə müvəqqəti yaşayış icazəsi, daimi yaşayış icazəsi yaxud xarici vətəndaşın pasportu) təqdim edilməlidir.

Nömrə itirilibsə, onu necə bağlamaq olar?

Siz Bakcell şirkətinin Məlumat Mərkəzinin 555 qısa nömrəsi ilə əlaqə saxlayıb, nömrənin rəsmi sahibinin şəxsiyyətini təsdiq edən sənədinin məlumatını ( əgər nömrə o sənədlə alınıbsa) təqdim etməklə bağlada bilərsiniz. Bundan əlavə, nömrənin rəsmi sahibi istənilən Bakcell Müştəri Xidmətlərindən birinə yaxınlaşaraq, şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək nömrəni bağlaya bilər.

İnternet SİM kartı nədir, necə almaq və istifadə etmək olar?

Bakcell şirkətinin İnternet SİM kartı planşetdlərdə, Bakcell Data Kartlarda yaxud smartfonlarda yalnız mobil İnternet, SMS və MMS xidmətlərindən istifadə etmək üçün nəzərdə tutulub və zəng etmək (onlayn zənglər istisna olmaqla) mümkün deyil.

İnternet SİM kartı istənilən Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən əldə etmək mümkünür.

Adıma olan nömrələrin siyahısını necə əldə edə bilərəm?

Adınıza olan nömrələrin siyahısını əldə etmək üçün, şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə istənilən Bakcell Müştəri Xidmətlərindən birinə yaxınlaşaraq, müraciət ərizəsini doldurmalısınız. Sizin müraciət müvafiq şöbə rəhbərinə yönləndiriləcək və cavab hazır olan kimi, sizə PULSUZ təqdim ediləcək.

4G (LTE) nədir?

4G LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiyadır. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. İnternetdə saytları açmaqdan tutmuş, filmlərin yüklənməsi, telefonda istifadə olunan proqramların yenilənməsi və hətta canlı video efirlərin təşkilinə qədər hər bir əməliyyat 4G şəbəkəsi ilə əvvəlkindən inanılmaz dərəcədə sürətlidir.

4G (LTE) şəbəkəsini necə aktivləşdirmək olar?

4G texnologiyasından yararlanmaq üçün, abunəçilərin həm SİM nömrəsi, həm də smartfonu 4G şəbəkəsini dəstəkləməlidir. Sizin mobil cihazınız SİM kart vasitəsilə 4G şəbəkəsinə qoşulur və Siz İnternetə çıxış əldə edirsiniz. 4G şəbəkəsindən istifadə etmək üçün 4G texnologiyasını dəstəkləyən telefonların menyusunda “LTE” və ya “4G” rejimi seçilməlidir. Əgər sizin SİM nömrəniz 4G şəbəkəsini dəstəkləmirsə, siz istənilən vaxt hər hansı Bakcell diler mərkəzində və Bakcell Müştəri Xidmətləri Mərkəzində 4G SİM nömrənizi əldə edə bilərsiniz. Xidmət haqqı 3.50 ₼ təşkil edir.

Bakcell-in 4G texnologiyasının əhatə dairəsi nə dərəcədə genişdir?

8000-dən çox 4G baza stansiyası malikdir, 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Həmçinin qeyd edək ki, Bakcell Bakı metro stansiyalarında 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.

Bakcell-in 3G texnologiyasının əhatə dairəsi nə dərəcədə genişdir?

3G şəbəkəmiz ölkə əhalisinin 99.3% ölkə ərazisinin isə 86.5%ni əhatə edir.

3G və 4G ilə mən hansı yeni xidmətlərdən istifadə edə bilərəm?

3G və 4G texnologiyası səs zəngləri ilə yanaşı, daha qabaqcıl xidmətlərdən yararlanmaq imkanını yaradır. Bu xidmətlər mobil mühitdə bütün video və məlumat ötürməni, yəni yüksəksürətli İnternet, video zənglər, mobil televiziya və s. kimi xidmətləri daxil edir.

3G şəbəkəsində İnternetin sürəti nə qədərdir?

3G İnternetinin “meqabayt” sürəti ən tələbkar İnternet istifadəçilərini belə razı salacaq. 3G texnologiyası sayəsində, Siz 42 Mbps qədər məlumat ötürmə sürətindən yararlana biləcəksiniz. Məlumat ötürmə sürəti istifadəçilərin sayı və baza stansiyasına qədər olan məsafədən asılıdır: şəbəkədən istifadə edən müştərilərin sayı və abunəçinin baza stansiyasına qədər məsafəsi nə qədər çoxdursa, o qədər də məlumat ötürmə sürəti aşağı olur.

4G şəbəkəsində İnternetin sürəti nə qədərdir?

Rəsmi kommunikasiyalarımıza əsasən Bakcell şirkəti özünün ultra-sürətli 4G şəbəkəsində LTE texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib.

Video zəng nədir?

“Video zəng” – səs və videonun eyni vaxtda ötürülməsini mümkün edən texnologiyadır. Bu texnologiya sayəsində, abunəçilər bir birini eyni vaxtda eşidib görmək imkanını əldə edəcəklər. Nəzərə alın ki, heç də bütün mobil telefonlar video zəng xidmətini dəstəkləmir. Video zəng funksiyasını dəstəkləyən ən populyar cihazlar Nokia və Samsung tərəfindən istehsal edilir.

Mən necə video zəng edə bilərəm?

Video zəngi etmək səs zəngini etmək kimi olduqca asandır. Sadəcə nömrəni yığmaq lazımdır. Yeganə fərq ondan ibarətdir ki, səs zəngi yox, video zəng funksiyasını seçmək lazımdır. Əgər Siz və zəng etdiyiniz abunəçi ən azı 3G texnologiyasını dəstəkləyən mobil telefonlarından istifadə edirsinizsə, telefonunuzu göz qabağında tutun və ekrana baxın.

Video zənglərin qiyməti neçəyədir?

Adi və video zənglər arasında qiymət fərqi yoxdur. Video zəng üçün əlavə haqq tutulmur.

Digər mobil operatorların nömrələrinə video zəng etmək mümkündürmü?

Digər mobil operatorların nömrələrinə video zəng etmək üçün həm zəng edən, həm də zəngi qəbul edən abunəçinin 3G yaxud 4G şəbəkəsi aktiv olmalı, video zəng funksiyasını dəstəkləyən və quraşdırılmış video zəng kamerasına malik 3G yaxud 4G telefonlarından istifadə edilməlidir. Bu halda sadəcə:

  1. Zəng etmək istədiyiniz abunəçinin nömrəsini daxil edin;
  2. Video zəng funksiyasını seçin;
  3. Video zənginiz, zəng etdiyiniz abunəçi dəstəyi qaldıran zaman başlanacaq.

Mən iPhone markalı telefon işlədirəm. 3G və 4G şəbəkəsini aktivləşdirdikdən sonra, sürətli İnternetdən istifadə edə bilirəm, lakin video zəngdən istifadə edə bilmirəm.

Video zəng – 3G və 4G texnologiyasının səs və videonun eyni vaxtda ötürülməsini mümkün edən ən maraqlı xidmətlərindən biridir. Ancaq nəzərə alın ki, heç də bütün mobil telefonlar, o cümlədən iPhone mobil cihazı video zəng xidmətini dəstəkləmir. Bununla belə, xüsusi proqramlar (application) vasitəsilə iPhone cihazlarında video zəng xidmətindən istifadə etmək olar. iPhone modellərində “Face Time” adlanan proqram mövcuddur. Bu proqram vasitəsilə yalnız Apple istehsalı olan cihazlara video zəng etmək olar. Qeyd edək ki, bu və digər proqramlar vasitəsilə iPhone cihazlarında video zəng funksiyasının yerinə yetirilməsi üçün Wi-Fi internet bağlantısının olması zəruridir.

Mən 3G yaxud 4G-dən istifadə etmək arzusunda deyiləmsə, şəbəkə bağlantısını ləğv edə bilərəm?

Siz istənilən zaman 3G yaxud 4G şəbəkəsini söndürə bilərsiniz. Nəzərə alın ki, 2G şəbəkəsinə qayıdan zaman şəbəkə rejimi “GSM” və ya “yalnız 2G” rejiminə qaytarılmalıdır.

Zəng etmək və ya zəngi qəbul etmək mümkün olmaması, və yaxud SMS göndərmək/almaq mümkün olmaması kimi problemlərlə üzləşəndə nə etməliyəm?

Bu cür hallarda sadəcə “2G” (GSM) şəbəkəsinə qayıdın. Abunəçinin cihazında ikili rejim (dual mode- həm 2G, həm 3G, həm 4G-nin aktiv oması) varsa, ekranda “SOS”, “No Network Coverage” (Şəbəkə xaricində), “Emergency Calls Only” (Yalnız fövqəladə zənglər) kimi mesajlar göstəriləcək və bu halda abunəçi öz telefonunu “2G only” (“yalnız 2G”) şəbəkə rejiminə keçirməlidir.

3G və 4G texnologiyasından CIN, Klass və Business daxil olmaqla bütün Bakcell abunəçiləri istifadə edə bilər?

3G və 4G texnologiyasından bütün Bakcell abunəçiləri faydalana biləcəklər. Müasir xidmətlərdən yararlanmaq üçün sadəcə həmin texnologiyaları dəstəkləyən mobil telefondan və SİM kartdan (4G texnologiyasından faydalanmaq üçün 4G SİM kartı olmalıdır) istifadə etmək lazımdır.

Video zənglər və 3G yaxud 4G İnternet xidmətlərindən rouminq zamanı istifadə etmək olarmı?

3G/4G texnologiyasına aid xidmətlər yalnız 3G/4G şəbəkəsinə malik və Bakcell ilə data/GPRS və 3G/4G rouminq müqaviləsi olan rouminq tərəfdaşların şəbəkələrində mümkündür. Bu standartları dəstəkləyən mobil telefonlardan istifadə edən abunəçilər, Bakcell-in rouminq tərəfdaşlarının 3G/4G şəbəkəsində qeydiyyatdan keçib, adi rejimdə rouminq xidmətlərindən istifadə edə bilərlər. Rouminq zamanı 3G/4G şəbəkəsində İnternetdən istifadə zamanı sərf olunan trafik, rouminqdə məlumatın ötürülməsinə dair müvafiq qiymətlərə əsaslanaraq hesablanır. Rouminqdə olarkən 3G/4G texnologiyasından istifadə, seçilmiş rouminq tərəfdaşın texniki imkanlarından asılıdır.

Bakcell Wi-Fi nədir? İstifadə qaydası və əhatə dairəsi.

Heç bir naqil yaxud kabel çəkmədən, divarları, qapıları və pəncərələri deşmədən evinizdə olan bütün cihazları yüksəksürətli İnternetlə təmin etmək artıq mümkündür.

Yeni Bakcell Wi-Fi modemlə evinizi tam internetləşdirə bilərsiniz. Bu modem sayəsində 32 cihazı (mobil telefonları, planşetləri, televizorları, kompyuterləri və s. simsiz İnternetə qoşulması olan cihazlar) eyni anda asanlıqla İnternetə qoşa bilərsiniz. Bizim Bakcell Wi-Fi paketlərinin sürəti yalnız 4G sürəti ilə işləyir. Əhatə dairəsi açıq yerdə 25-30 metrədək siqnal gücünə malikdir. Bakcell Wi-Fi cihazların satışı bütün Bakcell diler ünvanlarında həyata keçirilir.

Bakcell tətbiqi nədir?

“Bakcell”in yeni istifadəyə verdiyi özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı. Bu tətbiqi yükləyən Bakcell abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanları edə bilərlər: Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktivasiya etmək, istifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək, tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq, balans əməliyyatlarını icra etmək və hətta nömrəyə dair izahlı qaimə əldə etmək olur. Abunəçi istifadə etdiyi mobil cihazın modelindən asılı olaraq Android yaxud iOS platformasından mobil aplikasiyanı yükləyə bilər.

Daxil olan zənglərin izahlı qaiməsini necə əldə etmək olar?

İzahlı qaimədə yalnız çıxan zənglər, SMS-lər və ümumi istifadə barədə məlumat əldə etmək olur. SMS-in mətni əks olunmur. İzahlı qaiməyə baxmaq üçün Bakcell tətbiqindən istifadə edin yaxud, nömrə həqiqətən sizin adınızadırsa, şəxsiyyət vəsiqənizlə birgə Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşın.

Bakcell tətbiqində izahlı qaiməyə baxmaq mümkündür?

İstifadə tarixçəsi – abunəçiyə ödənişsiz şəkildə son 3 ayın izahlı qaiməsini əldə etmək şansı verir.

Adıma olan nömrənin izahlı qaiməsini digər bir şəxs əldə edə bilər?

Nömrənin rəsmi sahibindən başqa, heç kəs bu məlumatı əldə edə bilməz. İzahlı qaiməni əldə etmək üçün, nömrə həqiqətən sizin adınıza olmalıdır və bunu təsdiq etmək üçün siz şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz.

Bakcell İnternet paketləri haqqında məlumat.

Aylıq internet paketləri haqqında ətraflı məlumat BURADA .

Həftəlik internet paketləri haqqında ətraflı məlumat BURADA .

Gündəlik internet paketləri haqqında ətraflı məlumat BURADA .

Rouminq üçün sərfəli internet və danışıq paketləri.

Rouminqdə sərfəli internet, danışıq paketləri və hansı ölkədə hansı operatorda istifadə etmək qaydası ilə tanış olmaq üçün BURA daxil olub, endirimlər və xüsusi təkliflər bölümündən yararlana bilərsiniz.

Mobil cihazım itirilibsə, mən IMEI kodu necə öyrənə bilərəm?

Abunəçi IMEI kodların siyahısını istədikdə, şəxsiyyət vəsiqəsi ilə birgə Bakcell Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşmalıdır. Xidmət PULSUZDUR.

Telefonumun IMEI kodunun qeydiyyatdan keçdiyini necə dəqiqləşdirə bilərəm?

Telefonunuzun IMEI kodunun qeydiyyatdan keçməsini öyrənmək üçün, IMEI kodu 1677 nömrəsinə göndərə bilərsiniz, xidmət haqqı 0.30 ₼ təşkil edir və yaxud www.imei.az saytına daxil olub yoxlaya bilərsiniz.

Mənim saatım paketini Wi-Fi Hotspot kimi istifadə etmək mümkündür?

Digər cihazların Wi-Fi Hotspot ilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil.

Limitsiz İnternet paketi var?

Mənim Saatım İnternet paketi ilə siz özünüzə heç bir məhdudiyyət qoymadan, yüksəksürətli İnternetdən faydalana bilərsiniz, üstəlik cəmi 0.59 ₼-ə. İnternet paketin müddəti 1 saatdır. Paketi gün ərzində yalnız 1 dəfə, saat 01:00-19:00 ərzində əldə etmək mümkündür. Ətraflı məlumat BURADA .

Statik IP nədir?

Statik İP dəyişilməyən ünvan deməkdir. Adətən internet istifadəçiləri dinamik İP-dən istifadə edir. Bu zaman internetə hər daxil olub-çıxdıqda istifadəçinin İP ünvanı dəyişir. Bu isə statistik rəqəmlərlə çalışan, eləcə də nəzarət kameraları quraşdırmış istifadəçilərin işinə mane olur. Dinamik İP-dən fərqli olaraq Statik İP-də İP ünvanı dəyişməz qalır.

Statik İP qoşmaq mümkündür?

Bəli, qoşmaq mümkündür. Dəyəri 5 ₼ təşkil edir, istifadə müddəti 1 aydır.

Mən tarifimi necə ləğv edə bilərəm?

Təəssüflər olsun ki, tarifi ləğv etmək olmur, Siz digər bir tarifə keçid edə bilərsiniz. Digər tarifə keçid olunduqda, cari tarifdən çıxmış olursunuz.

Nömrəmin kimin adına olduğunu necə öyrənə bilərəm?

Siz *540# yığmaqla nömrənin kimin adına olduğunu öyrənə bilərsiniz. Xidmət haqqı 0.10 AZN təşkil edir .

“Dedi ki, bir rola görə onu öldürə bilmərəm”

OLAY əfsanəvi aktrisa, Xalq artisti Bəsti Cəfərova ilə müsahibəni təqdim edir:

– Xoş gördük sizi, Bəsti xanım. Necəsiz ? İşləriniz necə gedir?

– Yaxşıyam, sağ olun. İşlərim də normal gedir.

– Uzun müddətdir efirlərdə sizi az-az görürük. Sanki mətbuatdan uzaq qaçırsız. Səbəb nədir?

– Əslində uzaq qaçmıram. Ara-sıra televiziyaya çıxıram. Ola bilsin ki, kanallar çoxdur deyə, görməmisiz. Son aylar AzTV və İTV-yə həm qonaq kimi dəvət ediblər, həm də hər iki kanalda haqqımda iki saatlıq veriliş hazırlayıblar. Məmnuniyyətlə iştirak etmişəm. Ümumiyyətlə, mətbuatdan qaçmamışam. İşim də var, danışa da bilirəm. Amma sevmirəm ki, qonaq olduğum proqramdan bir sitat götürüb gündəm yaratsınlar. Həmişə işimi görmüşəm, tamaşaçılar gəlib izləyiblər. Mətbuat oynadığım tamaşaları işıqlandırıb. Həm də universitetdə birinci kurslara dərs deyirəm, bir az çətindir. Hələ başlanğıc olduğu üçün. Onu da qeyd edim ki, elə verilişlər var, özümü orada görmürəm. Hər kəsə hörmətim var. Bəzi verilişlər mənlik olmadığı üçün getmirəm.

– Yəni qonaq olacağınız verilişləri seçirsiz.

– Kanallarla bağlı da fikriniz belədir? Dəvət olunduğunuz TV-ləri də seçirsiz?

– Yox. Mənim işgüzar insana hörmətim böyükdür. Çünki çalışmağı sevirəm. Hər zaman da işimlə məşğul olmuşam. Ona görə də kanalları seçmirəm. Sadəcə bəzi proqramlarda özümü o formatda görmürəm. Deyim ki, Xalq artistiyəm buna görə seçim edirəm. Yox. Gənc yaşlarımda da televiziyaya dəvət olunanda seçim edirdim. Mənə təqdim olunan hər rolu oynamırdım. Hətta bəzi rejissorlar buna görə məndən küsmüşdü də. İstəyirəm az və keyfiyyətli olsun. Teatrda işlərim çoxdur, gözəl obrazları canlandırmışam. İxtiyarım yoxdur ki. Necə deyim? Bir sözlə, seçim edirəm.

– Verilişlərdən söz düşmüşkən. Biz son vaxtlar sənətçilərimizi daha çox sosial formatlı proqramlarda görürük. Ekspert kimi əyləşirlər və məsləhətlərini verirlər. Sizin fikriniz nədir bu mövzuda? Düzgün hesab edirsiniz?

– Hərə öz seçimini edir. Əvvəllər mən də bir neçə dəfə həmin proqramlarda qonaq olmuşam. Həmin verilişlərin aparıcısı olmaq, ekspert kimi əyləşmək çox ağırdır. Mən həssas insanam. Deyirlər, hərənin öz dərdi var. Lakin mən insanların dərdini özümünkü kimi qəbul edirəm. Gördüm ki, səhhətimdə problem yarandı, sonra getmədim. Sənətdə sözünü demiş insanları dəvət ediblərsə, deməli, onların məsləhətlərinə ehtiyac var. Hamıya hörmətlə yanaşıram. Ekspert kimi gedəndə belə hərə öz vaxtını sərf edir, tövsiyə verir. Hərdən mübahisələr olur, əsəbiləşir.

– Biz çox istərdik ki, sizi film və seriallarda görək. Amma rol almırsınız. Nədir səbəbi? Təklif gəlmir, yoxsa siz qəbul etmirsiz?

– Son illər təklif gəlmir. Ondan əvvəl də iki seriala dəvət almışdım. Amma komediya janrında idilər. Mən səhnədə həm faciə, həm dram, həm melodram oynayıram. Komediya tamaşalarım var və rol almağı sevirəm. Ekranda isə istəməzdim ki, komediyada rol alım. Səhnədə oynaya bilərəm, ekranda yox. Demirəm ki, bəyənmirəm, həmin seriallarda rol alan aktyorlara nəsə deyirəm. Xeyr. Sadəcə özümü komediya serialında görmürəm. Sözün düzü, başqa ölkələrin kanallarında da serial izləyəndə seçim edirəm. Komediyanı izləmirəm. Xoşladığım ekran işlərinə baxıram. Əgər layihədəki aktyor məni cəlb edirsə, izləyirəm. Lakin aktyor və aktrisa məni qane etmirsə, baxmıram. Həm də görüntünü sevən insanam. Sevirəm ki, gözəl aktyor və aktrisa olsun. Fikrimcə, filmi maraqlı edən də bu nüansdır. Mən surətpərəstəm. Sevirəm ki, səhnədə də, baxdığım seriallarda da gözəllik olsun.

– Son vaxtlar ard-arda yeni yerli seriallar təqdim edildi. Hiss olunur ki, bu sahədə inkişaf var. Məsələn, “Əqrəb mövsümü”, “Körpü” kimi layihələr bəyənildi. Siz bu ekran işlərini izlədiniz?

– Əfsuslar olsun ki, izləməmişəm. Hər halda rastlaşmamışam, tamaşa vaxtı yayımlanıb. “Əqrəb mövsümü” haqda çox yazı oxudum ki, yaxşıdır. Yaxşı aktyor heyəti var, izləyəcəm, fikrimcə, baxmağa dəyər.

– Gənc həmkarlarınızdan kimlərin fəaliyyətini yüksək qiymətləndirirsiz?

– Bir-bir ad çəkmək istəməzdim. Elə aktyor və aktrisalarımız var. Uğurlu tamaşaları olur. Mənim sonuncu tamaşamda da üç oğlum var, üçü də gəncdir. Görsəz ki, onlar səhnədə necə performans göstərirlər. Həm də 20 ildir ki, Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətim davam edir. Görürəm ki, istər öz kursumda, istərsə də, digər müəllimlərin kursunda yaxşı tələbələr yetişir. Demək ki, gələcəyimiz var. Arzu edirəm ki, onlar təhsillərini bitirdikdən sonra yaxşı teatrlara düşsünlər ki, inkişaf etsinlər. Çünki müəllimlərimiz səy göstərirlər.

– Universitetdən söz düşmüşkən Gülşad Baxşıyeva bir açıqlama vermişdi ki, istedadlı tələbələr ali təhsillərini başa vurduqdan sonra özlərinə teatrda yer tapa bilmirlər. Çünki bəzən direktorlar onları qəbul etmir. Hətta bir tələbəsini direktor boyu uzun olduğu üçün işə görürməyib. Bu haqda sizin fikriniz nədir?

– Biz teatrın içindəyik deyə hər şeyi aydın görürəm. Bu, direktorlardan asılı olan məsələ deyil. Gərək vakansiya olsun ki, tələbələri teatra qəbul etsinlər. Əgər ştat dolubsa, yer yoxdursa, hansı işləyən aktyoru çıxarsın? Gənclərə yer vermək lazımdır, lakin yaşlı aktyorlar da sənətə ömürlərini veriblər. Onları teatrdan təcrid etmək nə dərəcədə düzgündür? Buna görə də günahı rəhbərlikdə görmürəm. Mən oxuduğum 1976-80-ci illərdə 3-cü kursda oxuyanda, 19 yaşımda teatrımızın o vaxtki baş rejissoru Tofiq Kazımov dəvət etdi. İki il tələbə vaxtı aktrisa kimi teatra gəldim. Bir tamaşadan sonra “Quşu uçan budaqlar”da baş rol aldım. Onun ardınca da teatrda mütəmadi rollar oynayırdım.

Tək Tofiq Kazımov yox, digər rejissorlar da məni görüb, bəyənib ardıcılıq rollar təklif etdilər. Mənim teatra gəlişim isə təyinatla oldu. Sovet dövründə təyinat var idi, bizim məzun olduğumuz il 5 tələbə Akademik Milli Dram Teatrında işə götürüldü. Bu, olsa, gözəldir. Hər buraxılışda, müəllim hansı tələbənin nə səviyyədə olduğunu, hansı teatrda imkanlarını reallaşdıra biləcəyini müəyyən edir. Bu baxımdan istərdim ki, təyinatlar olsun, həmin istedadlı tələbələr teatra yol tapsınlar. Həm də istedadlı insanda həvəs böyükdürsə, hədəf təyin olunubsa, sənətdə qalır. Hərdən bunu maddiyyata yönəldirlər, deyirlər ki, aktyor sənətində qonorar azdır. Bir tələbəm var, hazırda hərbi xidmətdədir. O, ezamiyyətə gəlmişdi. Onunla danışırdıq. Bir dəfə demişdim ki, istedadlı aktyor üçün dolanışıq var. Dublyaj edə bilər, yaxud da indi teatrlar açılıb. Eyni anda bir neçə teatrda çalışar. Serialda, filmdə rol alar. Aktyor istəsə, öz imkanlarını realizə edib pul qazana bilər. Həmin tələbəm söylədi ki, sizin sözünüz yadımda qalıb, dördüncü kursda olanda şənliklərdə, böyük saraylardakı tədbirlərdə iştirak edirdik, rahatlıqla 1000-1200 qazana bilirdik. Yəni bu tərəfi də var. Yaxşı düşünmək lazımdır.

– Bir söz var, deyirlər ki, istedadlı insanların yolunu açmaq lazımdır, istedadsız onsuz da özünə yol tapacaq.

– Fikrimcə, istedadı nə qədər sıxsan da, özünü büruzə verəcək, yerini tapacaq. Mən 45 ildir ki, teatrdayam, görürəm ki, yaxşı aktyorun, aktrisanın qiymətini tamaşaçı da, rejissor da, tərəf müqabili də verir. Əgər istedad varsa, kimsə demir ki, bunu görməzdən gəlim. Karyeram müddətində müxtəlif rejissorlarla çalışmışam. Gənc yaşlarımda belə özümə hörmət görmüşəm. İnsan seçdiyi sənəti sevəndə, ona sayğı göstərəndə, bəhrəsini də görür. Səhlənkarlıq edəndə, məşqə gecikəndə, ciddi münasibət olmayanda sənət çox qəddardır. O, səni təpə bilər.

– Bəsti xanım, düşünürsüz ki, xarici görünüşün, boyun uzun və ya qısa olmasının aktyora bir təsiri olur?

– Mən rejissor deyiləm. Rol bölgüsü etmirəm. Amma hər bir işdə faktura böyük rol oynayır, eləcə də teatrda. Aktyor səhnəyə çıxanda birinci onun fiziki görünüşü öndə olur. Demirəm ki, bütün tələbələrim hündür boydur. Hazırda elələri var ki, ortaboyludurlar. Həm də fantaziyaları var, çalışqandırlar. Deyir ki, mən mütləq etməliyəm, necə ola bilər ki, siz tapşırasız onu yerinə yetirməyim. Belə tələbələr də var. İstedadlı, çalışqan. Belə olanda onun fiziki görünüşünün heç bir önəmi olmur. Bəzən elə rollar olur ki, deyir, surahi boyludur. O obrazı balaca adama verə bilməzsən də. Mən isə praktikamda elə adamlara rol verib oynatmışam ki. Az istedadı olub, böyük rol vermişəm, onun fərdiyyətinə otuzdurmuşam. Tamaşaçı da deyib ki, nə gözəl oynayıb. Yəni ki, onun şəxsi xüsusiyyətlərindən istifadə etmişəm, yaxşı da alınıb. Fikrimcə, sənətdə uzun, ya da qısa boylu olmağın bir fərqi yoxdur. Biz elə məşhur aktyorlar tanıyırıq ki, Rusiyada, Hollivudda. Çox uzun boylu deyillər, amma filmləri çox uğurludur.

– Teatrdan bir az uzaqlaşaq. Bəsti Cəfərova deyəndə gözümüzdə zəhmli, güclü bir xanım canlanır.

– Bilirsiz, mən intriqa etməyi heç vaxt sevməmişəm. 45 ildir bu teatrda başımı aşağı salıb rollarımla məşğul olmuşam. Televiziya tamaşalarında rol almışam.

– Amma daha çox obrazlarınızı teatrda canlandırmısız.

– Bəli. Televiziyada say hesabı ilədir. Düzdür, yaxşıdılar, yaddaqalandılar. O qədər də çox olmayıb. Əsas iş yerim, hədəfim səhnə olub. Səhnədə olmağı, orada gözəl görünməyi çox sevirəm. Hər insanın bir xarakteri var. Adətən deyirlər, teatr intriqasız olmaz. Heç kimlə qalmaqal etməyi sevməmişəm. Hərdən süni şəkildə məni intriqanın mərkəzinə gətiriblər. Mən istəyirəm ki, aktyorlar ürəkləri istəyən rolları oynasınlar. Mənim üçün rəqabət sözü yoxdur. Başqa sahədə, idmanda ola bilər. Sənətdə isə yox. Səhnəmiz çox böyükdür, hamıya yer tapılar. Kim kimi oynamağa qoymaz ki? Teatr tək Bəsti Cəfərovanın deyil. AzDrama-da istər məndən kiçik, istərsə də eyni yaş kateoqriyasında olan, ya da çox gənc aktyorlar var. Kimsə dünyanı tutub getmir. Hər bir aktrisanın da öz dövrü var. Teatra gəlib sənətini göstərir, işləri böyükdürsə, tarixdə iz qoyub gedir. Bir söz deyim indi maaşları kartla verirlər. Bizim dövrümüzdə, düzdür, arxaik vaxtlardan danışmıram (gülür).

Teatra ştat üzrə qəbul olunanda, cədvəlin sonunda idim, ayda iki dəfə maaş alırdıq, siyahının ən aşağısında idik. Vaxt necə tez keçdisə, artıq biz cədvəlin yuxarısındayıq və aşağıda gənc aktyorlar var. Nəsillər dəyişir, bir nəsil digərini əvəz edir. Mən teatra gələndə 19 yaşım var idi, indi də eyni yaşda gənclər gəlir. Ola bilər ki, mən zəhmliyəm. Lakin gənclərə, tələbələrimə qarşı aqressiyam yoxdur. Bəli, tələbkaram. Sevmirəm ki, dərsə geciksinlər. Ya da əlavə dərsə çağıranda gəlməsinlər. Çünki onlar üçün edirəm. İstəyirəm ki, öyrənsinlər, teatrda işləməyə başlayanda rejissor onlardan tələb edəndə aciz qalmasınlar, bacarsınlar. Gəncləri sevmək lazımdır. Buna görə də universitetdə dərs keçirəm. Gör-götür dünyasıdır, mən də böyük rejissorlarla işləmişəm, onlardan çox şey öyrənmişəm. İndi universitetdə qurduğum tamaşalarda aciz qalmıram. Hansı janr olsa da, əvvəlini başlayıram, quruluşum da yaxşı olur. Rejissor sənətinə nələr daxildirsə, onları edirəm. Yol cavanlarındır. Biz də estafeti eynilə ötürməliyik.

-Amma sualıma cavab istərdim. Bu qədər güclü olmaq çətin başa gəlmədi?

-Elə çətin oldu. Bu sualı mənə verəndə həmişə kövrəlirəm (qəhərlənir).

-Adətən güclü xanımlara yaxşı mənada həsəd aparırlar. Bilmirlər ki, bunun arxasında hansı əziyyət dayanıb.

-O qədər çətindir ki. Mən istərdim xanımlar elə zəif və zərif qalsınlar. Qoy, onlar, loru dildə desək, “ər çörəyi” yesinlər, ailələri ilə məşğul olsunlar. Xüsusilə də sənətdə olanda. Güclü olmasan, mümkün deyil ki, nəsə əldə edəsən. Bəzən deyirlər ki, sadəcə adımı desən, kifayətdir. Xeyr. Mən bütün mükafatlarımı çətinliklə qazanmışam. Heç biri asan başa gəlməyib. Dostum da, düşmənim də deyə bilər ki, teatra qədəm qoyduğum gündən işləmişəm. Fəxri adlarımı almağımda da mənim böyük-böyük rollarımın, zəhmətimin nəticəsi olub. Çox şadam ki, indi mənim üzərimdə tamaşalar qurulur. Bunu qazanmışam. Direktordan, rəhbərlikdən asılı olmayaraq. Əli İsmayılovun dövründə də çox gözəl obrazlarda oynayırdım. Bir tamaşaçı dedi ki, o rolları sizə tək gözəl olduğunuz üçün yox, həmin obrazları ancaq siz oynaya bilərsiz deyə verilir. Əməkdar artist də, Xalq artisti də olmuşam. Özü də çox gənc yaşımda fəxri ada layiq görülmüşəm. Universitet fəaliyyətimdə də dosent, professor oldum. Ancaq öz zəhmətimlə. Tələbələrimə də deyirəm ki, hər şeyin təməlində zəhmət durur.

-Bu qədər zəhmətkeşsiz. Həm övladınız, həm də sənətiniz üçün dayanmadan çalışırsız. Heç fasilə vermək istəmədiz?

-Bunu tez-tez deyirlər. Mən səhnədə olanda özümü yaxşı hiss edirəm. Bəlkə də bizi saxlayan elə səhnədir. İnsan kimi yoruluram. Bir şey bilirəm ki, mən aktyor ömrü yaşadım. Nə qədər ki, gücüm var, səhnədəyəm, insanlara bir mesaj ötürə, tələbələrimlə işləyə bilirəm və sənətdəyəm. Əlbəttə zaman gələcək sənəti tərk edəcəyəm.

-Uğurlu aktrisasız, bu, danılmazdır. Bəs Bəsti Cəfərova necə valideyndir?

-Çox yaxşı valideynəm. Nə qədər aktrisalığımı bəyənirlərsə, bir o qədər də valideyn kimi, ana kimi yüksək qiymətləndirirlər. Qızım da həmçinin. Qızım doğulandan özgə bir insana, dayəyə əmənaət etməmişəm. Heç kimə söz atmıram ki, dayə pisdir və sairə. Sadəcə mən belə etmişəm. Ona rəhmətlik anam nəzarət edib. Qızım dünyaya gələndə anam mənimlə yaşıd idi, yayda 64 yaşım olacaq. İndi özümü yüngül hiss edirəm, anam isə bir az kilolu idi. Ona görə hər şeyi özüm edirdim, sadəcə anam yanında olurdu. Ya mən qızımı anamgilə aparırdım, ya da o bizə gəlirdi. Bəzən anam özünü narahat hiss edəndə bacılarım yardımçı olurdu.

Qızım məktəbə başlayanda evimi dəyişdim, onun təhsil ocağına yaxın bir yerə köçdüm. Evimizin düz yanında Rəssamlıq Gimnaziyasına gedirdi, onu özüm aparıb, çıxanda da özüm gedib götürürdüm. İndi tələbələrimə də öyrədirəm ki, günü hissələrə bölmək lazımdır. Həmişə öz iş rejimimi qurmağı bacarmışam. Əvvəl daha çox məşğul idim, həm televiziyaya gedirdim, həm də burada məşq edirdim. Çatdıra bilirdim. İndi isə dərsim olan günlərə çəkiliş salmıram. Yenə də balanslaşdırmağı bacarıram.

-Bütün çətinliklərə, bu gərgin iş rejiminizə baxmayaraq çox gözəl görünürsüz. Bunu necə bacarmısız?

-Təşəkkür edirəm (gülür). Bilmirəm. Deyirlər, yaşa dolduqca, o insanlar kifirləşir ki, onun daxilində hansısa proseslər gedir. Açıq demək istəmirəm. Mənim heç kimə kinim olmayıb. Siyasət işlədib insanlardan istifadə etməmişəm. Hər zaman bir işi görəndə özümə arxayın olmuşam, onu da yerinə yetirmişəm. Teatrda elə situasiyalar olub ki, sənətimə qiymət verənlər mənə kömək ediblər. Ona görə yəqin belə qalmışam. Əgər dediyiniz kimi, doğrudan da gözələmsə. İnsan səhnədədirsə, tamaşaçı qarşısına çıxırsa, özünü qorumalıdır. Səhnədə gözəl olmağı, qəşəng geyinməyi çox sevirəm. Düzdür, nə qədər gözəl olsan da, yaxşı geyinsən də, mütləq istedadın olmalıdır. Çünki sənin həm geyiminə, həm gözəlliyinə baxacaqlar. Sənətin yoxdursa, 10 dəqiqədən sonra maraqlı olmayacaqsan. Mən oynadığım tamaşalarda sona qədər tamaşaçını fəth edə bilirəm.

-Sizin üçün qadın xoşbəxtliyi nədir?

-Ailə. Qadının mütləq ailəsi olmalıdır. Karyera yaxşıdır. Bunu mənə çox əvvəllər demişdilər. Əlbəttə istəyirdim ki, hər ikisi də olsun. Hərdən elə olur ki, Allah birini verəndə, biri olmur. Sənət yolunda qapılarımı taybatay açdı. Arzu etdiyim rolları oynadım, yaxşı rejissorlarla işlədim, 28 yaşında Əməkdar, 38 yaşında Xalq artisti oldum. Sənətimdə qazandım. Amma şəxsi həyatımda. Xoşbəxt anlarım, məhəbbətim oldu. Öz-özümə fikirləşəndə deyirəm ki, ən böyük məhəbbətim anam, qızım və teatr olub.

– Niyə biri oldu, biri yox?

– Ola bilsin ki, mən sənəti seçmişəm. Belə də demək olar.

– Gec ailə qurmuşduz?

– Yox. O qədər də gec deyildi. Sadəcə qızım 36 yaşım olanda dünyaya gəldi. Ona görə də gənc anayam (gülür).

– Yenə qayıdaq teatra. Bilirik ki, Həsənağa Turabovun dövründə sizin bəzi çətinlikləriniz olub. Aranızda intriqa yaratmağa çalışıblar, söz-söhbət yaradıblar. Onlar kimlər idi? Bəlkə indi danışasız.

– Mən köhnə palan tökmək istəməzdim. Olan olub, keçib. Allah Həsənağa Turabova rəhmət etsin. O, mənim teatrdakı ilk partnyorum olub. “Quşu uçan budaqlar”da mənim həyat yoldaşımı oynayırdı. Həsənağa Turabov sənətimi qəbul edirdi. Lakin sənətdə nə qədər yuxarı qalxırsansa, bir o qədər də dostun azalır. Demirəm ki, indi mənim dostum yoxdur. Var, lakin azdır. Hökümə Qurbanova və Amaliya Pənahova ilə işləyəndə görürdüm ki, heç kimlə qaynayıb-qarışmırlar. Sadəcə salam verib, keçirdilər. Deyirdim ki, mən belə olmayacağam, iş yoldaşlarıma əyləşəcəm, sadə olacam. Sonra baxdım ki, onlar düz edirmiş.

– Belə olmaq lazım imiş.

– Belə olmalıymış! Özüm də o qənaətə gəldim ki, çox dostun olub xəyanət görməkdənsə, hamıyla münasibətin olsun, bağlanma. Çünki bağlanırsansa, ayrılanda da çətin olur.

– Heç ağlınızdan keçmədi ki, birbaşa Həsənağa Turabovla danışıb, aradakı söz-söhbətə aydınlıq gətirəsiz?

– Bir görkəmli rejissorumuz var idi, dedi ki, nəsə danışıblar, Həsənağa Turabova nələrsə söyləyiblər. Niyə gedib özün danışmırsan? Elə sizin dediyiniz kimi söylədi. Cavab verdim ki, axı bilmirəm ona nə deyiblər? Necə gedim soruşum ki, sizə nə deyiblər, nəyə görə mənimlə münasibəti dəyişmisiz? Bilmirəm axı. O onunla həmin sözü deyən adamın arasında idi. İncimirəm ondan, Allah rəhmət etsin. Təsəvvür edin, tamaşanı locadan izləyirdi, mənim səhnəm gələndə çıxırdı ki, məni görməsin. Amma ən gözəl rollarımı da onun dövründə oynamışam.

– Direktorun soyuq münasibəti, bəhs etdiyiniz məqamlar. Sizi ruhdan salmadı?

– Yox. Çünki mən teatra qədəm qoyanda konsertlərdə fəaliyyət göstərirdim. İndiki Heydər Əliyev sarayında 1980-ci ildən mütəmadi verilişlər aparmışam, dövlət tədbirlərinin aparıcısı olmuşam. Bir-iki kuplet şeir demək yox. Onda format başqa cür idi. İki aparıcı olurdu, biri qadın, digəri kişi. Mən aparıcılığı sevməsəm də, Mədəniyyət Nazirliyi bunu lazım bilirdi. Məsuliyyətli iş idi, hər adam duruş göstərə bilmirdi. Bu işi mənə etibar edirdilər, onların etimadını yerə vura bilməzdim. Bir teatr mövsümündə əgər 6 dövlət tədbiri olurdusa, onun 4-də mütləq iştirak edirdim. Çox çətin idi, asan deyildi. Birincisi, 6 yaşımdan gözümdə problem var, eynək taxıram. Orada tez-tez mətn dəyişikliyi olurdu, mən də görmürdüm, eynək də taxmaq istəmirdim ki, yaxşı görünməz. Həmin mətni elə mənimsəməliydim ki, baxanda cümlələrin sırasını görə biləm. Sözü nəyə gətirirəm. Onda mənim bu faəliyyətim davam edirdi. Mənim dövrümdə mədəniyyət naziri əvvəl Zakir Nərimanoviç, sonra Polad Bülbüloğlu idi. Onlar məni yüksək qiymətləndirirdi, tamaşalara gəlirdilər ki, baş rollar oynayıram. Fəaliyyətimi dəyərləndirirdilər, o dövrdə Mədəniyyət Nazirliyi mənə dayaq oldu, tamaşalar göndərdilər. Yəni nazir tamaşa göndərirsə, direktor nə deyə bilər? Belə çıxmasın ki, onun başının üstündən iş görürdüm.

Yox. Sadəcə bilirdilər ki, mən oynamaq istəyirəm. Mərahim Fərzəlibəyovun dövründə o təqdimat aparanda deyirdi, Bəsti oynayırsa, bu tamaşanı qoyuram. Özüm də intriqaya getmədim. O, xəstələnəndə, ürək əməliyyatı olunanda da çox təəssüfləndim. Yeganə insandır ki, ona kinim qalmayıb. Baxmayaraq ki, mənə qarşı etdiyini etdi (gülür). Mənə söyləyirdilər ki, Həsənağa Turabov bakılıdır, bakılılar da sözə gedən olurlar. Mən də bakılıyam, bəlkə mən də sözə gedənəm, bilmirəm. Ən axırıncı dövrdə özü mənimlə bir tamaşa oynamaq istədi. Rejissor da əvvəl bunun baş tutmasını istəyirdi. Lakin onda artıq əməliyyat olunmuşdu. Rejissor da dedi ki, onu bir obraza görə öldürə bilmərəm.

– Amma vəfat edənə qədər danışmadız.

– Həsənağa müəllim rəhmətə gedəndə kiçik də olsa, bir peşmanlıq yaranmadı ki, kaş gedib danışardım?

– Olmadı. Çünki ilk addım atmağı sevmirəm. Həm də ona qarşı heç nə etməmişdim. Kim nə demişdisə, bir Allah, bir də özü bilir. Gedib nə deməliydim? Nədən peşman olmalıydım? Görkəmli aktyor, direktor idi. Ona qarşı nə edə bilərdim? Ümumiyyətlə mən aktrisayam. Burada həmkarlarıma nə edə bilərəm? Əlbəttə heç nə.

– Onda bu intriqanı yaradanlar sizin istedadınızı, uğurunuzu qısqananlar olub.

– Tək mənim olmur. Hər uğurlu insanın düşməni olur. Bir uğurun olursa, bir rolu oynayırsansa, xalq səni sevir, bütün işçilər dəyərləndirir. Mənim kostyumçum, qrimçim yeni tamaşa oynayanda sevinirlər. Fəxr bilirlər ki, mənim üçün nəsə hazırlayırlar, düşünürlər, qulluğumda dururlar. Belə pis başa düşülməsin. Mən də onları sevirəm. Mənim paltarlarımı geyindirən qadınla 20 ildir ki, birgə çalışırıq. Həyatda çox sadiq insanam. Siyasət işlətmirəm. Heç bir işimdə fikirləşmirəm ki, bunu edim, filankəs mənimlə yaxşı olsun. Bunu özümə yaraşdırmaram. Axı mən güclü qadınam (gülür).

– İndi güclü olduğunuzu deyəndə təbəssüm etdiz. Bir az əvvəl mən sizə bununla bağlı sual ünvanlayanda gözləriniz doldu. Sizi belə tez kövrəldən nə idi?

-Kövrəldən güclü xanım olmağın altındakı çətinliklərdir. Bəlkə də . Yox onu deməyəcəm. Çoxunun edə bilmədiyini mən edirəm, bunu da davam etdirirəm. Bu, çox çətindir. Bütün xanımlar xoşbəxt olsunlar, ailə səadətləri olsun. Yenə də təkrar edirəm “ər çörəy”i yesinlər. Bu bir ömürdür, qismətdir. Allahın yazısıdır. Mənim həyatım da bu idi. Nüsrət Kəsəmənli deyir, biri var idi.

-Hə. O mahnını da, şeiri də çox sevirəm. Zakir Əliyev oxuyur. Həyatdır. Hər halda onu deyə bilərəm ki, ömrümü boşa yaşamadım. Sənətimdə uğurlu oldum, sevənlərim çoxdur. Rayondan gəlib tamaşalarımı izləyib, sonra yenə rayona qayıdırlar. Onlara minnətdaram. Boşa yaşamamışam. Onların sevgisini, hörmətini qazanıram. Mənim nə qədər tələbələrim var. Onlar itirib-axtarırlar, həyatlarında olmuşam. Ancaq despot müəllimlik etmirəm. Zəhlimliliyim də, qayğım da öz yerindədir. Lakin nəsə problemləri olsa, əlimdən gələni əsirgəmirəm. Mənim dostlarım var. Əfsuslar olsun ki, dünyadan köçürlər. Son bir iki ayda.

– Ramiz müəllim. (Mərhum Xalq artisti Ramiz Novruz).

– O haqda danışa bilmirəm. Çünki biz universitetdə bir oxumuşuq, ondan iki kurs aşağı idim. İllərdir teatrda da birgə çalışırdıq. Son vaxtlarda isə “Xanuma”nı, “Filumena Marturano”nu oynayırdıq. Onun son tamaşası idi. Təsəvvür edin ki, pandemiyadan əvvəl tamaşanı hazırladıq, təqdim edilməsinə sayılı günlər qalmış dedilər ki, teatr bağlanır, oturun evdə. Açılanda da bu iş yenə yarımçıq qalmışdı. Paltarlarımız, hər şey hazır idi. Universitetdə tamaşanın rejissoru Nicat Kazımovu gördüm. Dedi ki, başlaycağıq, amma Ramiz müəllim xəstələnib. Öncə anlamadım ki, Ramiz müəllim necə xəstələnib. Hələ ikimiz də koronavirusa yoluxmuşduq, mən daha ağır keçirtdim, Ramiz isə yüngül. Ona görə bilmədim ki, belə ciddi xəstəliyi olar. Məşqlərə gəldi, eşitdim ki, xərçəngdir. O, böyük aktyor, həm də böyük şəxsiyyət idi. Səhnədə kimsənin edə bilmədiyini ustadcasına edirdi. Universitetdə çox az dərs dedi, çünki seriallara, filmə çəkilirdi. Vaxtı olmurdu, lakin gəncləri çox sevirdi. Biz işə başladıq, dedi, narahat olma, səni tək qoymaram, müalicə olunacağam. Onu da bilirsiz ki, Ramizin müalicəsi dövlət tərəfindən ən yaxşı klinikada, yüksək səviyyədə edildi, ən yaxşı dərmanları qəbul edirdi, qulluq olunurdu. Ümumiyyətlə aktyorlar xəsətlənəndə dövlət həmişə arxamızda durub. Çox optimist insan idi, müalicə olunurdu, məşqlərə gəlirdi. 2022-nin mart ayının 13-də ilk premyeranı oynadıq, sonra Beynəlxalq Teatr günündə açıq qapı elan olundu.

Tamaşanı 45 dəqiqə gec oynadıq, yenə də əyləşməyə yer yox idi. Ramiz o tamaşanı oynadı, o rolu da çox sevirdi, çox da gözəl oynayırdı. Martın 27-i ikinci dəfə həmin tamaşanı oynadıq, sonra özünü yaxşı hiss etmədi. Bir də ayıldım ki, gərək deyərdim, televiziya bu tamaşanı çəkərdi. İyun ayı üçün tamaşamız yenə olmalı idi. Ayın 18-də AzTV gəlib çəkməli idi, 12-i də “Xanuma”nı təqdim edəcəkdik. Cəfər Namiq Kamal onun dublyoru idi. Həmişə bir-birilərinə tapşırırdılar ki, sən oynayarsan. İkisi də bir-birini dublyor görürdü, şirin zarafat edirdilər. Ramiz həmişə mənə deyirdi ki, Bəsti bu gün sən oynayırsan? Mənim dublyorum yox idi (gülür). Sonra mən onu görəndə soruşdum ki, Ramiz sən oynayırsan? O, da mənim öz sözümü özümə qaytarıb dedi ki, etirazın var? Dedim, yox, fikirləşdim ki, “Xanuma”nı Cəfər oynayar, sən də iyunun 18-i “Filumena”nı. Dedi, sənə söyləməyiblər ki, 16-ı müalicəyə gedəcəm, bir gün sonra oynamağa gücüm olmaz. Sonra təklif etdi ki, sentyabrda sezon açılanda həmin tamaşanı məşq edərik. Ondan sonra da elə bildik ki, tamamilə sağalıb.

– Özü də video-açıqlama yaymışdı.

– Hə. Mən də elə sevindim. Bu xəstəlik dövründə onun ağrılarını biz də hiss edirdik. Məşqdə görürdük ki, halı var, ya yox. Axırıncı dəfə söhbət edəndə elə optimist danışırdı. Mən inana bilmədim. Fikirləşirdim ki, mütləq sağalacaq. İndi də telefonda şəklini görəndə çox acı gəlir. Son dövrlərdə televiziyada həm Telman Adıgözəlov, həm də Rafael Dadaşov haqqında sənədli film və veriliş çəkirdilər. Sənət yoldaşları kimi məni dəvət edirdilər. Borcumdur, onlar haqqında mən danışmalıyam da. Digər tərəfdən də deyirəm, ağlıma gəlməzdi ki, ya Telman, ya Rafael, ya da Ramiz haqqında keçmiş zamanda danışacam. Çünki onlar mənim əhatəmdə idilər, dostlarım, çox sevdiyim tərəf müqabillərim idilər. Mən aktrisayam, sənətimi sevirlər. Amma bizim teatrda elə aktyorlar var ki, mən də onların sənətinə pərəstiş edirəm. Nə yaxşı ki, mən həmin sənətçilərə sağlığında dahi olduqlarını deyirəm. Bu kompilment deyil. Həqiqəti söyləyirəm.

– Sağlığında qiymət verirsiz insanlara.

– Bəli. Cabir Novruzun gözəl şeiri.

– Fikrinizcə, dostlarınız sağlıqlarında layiq olduqları dəyəri görmədilər? Elə Telman müəllim.

– Yox. Sağlığında qiymət verirlər. Dövlət qiymətləndirir. Evlə də təmin edir, mükafatlar alırıq, təqaüdlər təsis edilir, xəsətlənəndə müalicə olunuruq. Dövlət qayğısı görürlər. Amma vaxtında o filmlər çəkilsəydi. Telman sənətdə o qədər də istədiyini edə bilmədi. Xalq tərəfindən sevildi, illərlə “Kinoklub”u apardı. Filmlərdə çəkildi. Səhnədə istədiyini edə bilmədi. O sənədli film sağlığında çəkilsəydi, qəlbi nə qədər şad olardı. İndi ruhu şad olsun ki, biz onu yada salırıq. Nə qədər ki, biz sağıq xatirəmizdə yaşadacağıq. Bu qənaətdəyəm ki, sənətkar ölmür. Dostlarım vəfat etdikdən sonra bunu dərk etdim. Bu, şablon söz deyil. Əsl sənətkar ikinci həyatını ölümündən sonra obrazlarında yaşayır. O, kino lentləri, çəkdiyi əzab yerdə qalmır. Ramiz Novruz Həzi Aslanovu, böyük şəxsiyyəti oynayıb. Eləcə də Rafael Dadaşov, Telman Adıgözəlov. İnsan yaşayır, iz qoyub gedir.

– Bir ara gündəm olmuşdu ki, təqaüd yaşı çatan aktyorlar teatrdan uzaqlaşdırılırlar. Buna narazılıqlarını bildirmişdilər ki, heç olmasa bu müddət bir az uzadılsın, heç olmasa 75 yaşa qədər olsun. Çünki səhnədən ayrılmaq çətindir.

– Çox çətindir. 65 yaşa qədər olan həddi düzgün saymıram. Başqa ölkələrdə də aktyora yaş limiti qoyulmur. Bizim bir aktyorumuz var idi, Gəraybəyli, düz 94 yaşına qədər səhnəyə çıxıb. Mən teatra təyin olunanda, “Əliqulu evlənir” tamaşası qurulurdu. Hamlet Qurbanova baş rol verildi, fəxri ifaçı isə Gəraybəyli oldu. Əsərdə belədir ki, o, mənimlə nişanlanmaq istəyir. Təsəvvür edin ki, mən 21 yaşındayam, o, 94. Özü də çox dəqiq aktyor idi. Əşrəf Quliyev belə bir səhnə vermişdi, skamya qurulmuşdu, nümayiş etdirirdi ki, yəni cavanam. Orada ayağını ayağının üstə atıb, əlini də çənəsinə qoymalıydı. Bunu Hamlet yaxşı edirdi, çünki ona nisbətən çox cavan idi.

Hərdən mən elə dayanırdım ki, Gəraybəyliyə nəsə olsa, onu tutum. Buna heç ehtiyac qalmırdı, öz balansını qoruyurdu. Rafiq Əzimova Allah ömür versin, 85 yaşı var, səhnədədir. İndi də oynayır. Ona demək olar ki, get otur evdə? Teatra həyatını qoyub. Onsuz da aktyor və aktrisalar səhnədən özlərini yaxşı hiss etməyəndə, yaddaşlarında nəsə problem yarananda gedirlər. Xüsusilə də aktrisalar. Biz bilirik də nəyi bacarırıq, nəyi yox. Onda “dayan” deyib, gedən olur. Aktyorları tetardan uzaqlaşdırmağı doğru hesab etmirəm. Çünki aktyor qüvvəsi olduğu müddətdə teatrda olmalıdır. Gənclərə örnək göstərməlidir. Bu bir məktəbdir.

– Bəsti xanım, teatrda yüzlərlə obraza həyat vermisiz. Kinoda fəaliyyətiniz azdır. Olub ki, ürəyinizdə deyəsiz, filan filmdəki rolu mən daha yaxşı oynayardım?

– Yox. Ürəyimdə elə bir şey olmayıb. Kimin qismətində nədirsə, oynayıb, əcəb edib. Məsələn, hər bir aktyor istəyər ki, sırf fəaliyyəti teatrda olmasın, kinoda da, televiziyada da işləsin, dublyaja getsin. Yalnız qazamc tərəfdən yox. Özünü hər eyrdə sınamalıdır. Mənim bəxtimə belə düşdü. Yaradıcılığımın əvvəlki dövrdə, filmlərə dəvət edilirdim. Yaraşıqlı, gözəl, gənc və arıq idim. Bir film var idi, onun üçün sınaq çəkişili etdik, ardınca türkmən aktrisa gəldi. Türkmənistandan lazım idisə də, mən də o tipli idim, çəkərdiz də (gülür). Sonra da çağırdılar, amma çəkmədilər.

Yaş artdıqca, teatrda fəaliyyətin genişləndikcə, içində bir eqo yaranır. Deyirsən, mən böyük rollar oynayıram, AzDrama-nın qadın qəhrəmanıyam. Sən məni çağırırsan, sınaq çəkilişlərinə hərdən dəvət edirlər, hərdən yox. İnsanın xətrinə dəyir. Məni dəvət edəndə artıq getməməyə başladım. Yoxsa deyirlər, gəlin, fotolarınızı çəkək. Mənim üzümü dəfələrlə görmüsüz, teatrda da, televiziyada da. Məcburam ki, hər film olanda poza verim, şəkil çəkdirim? Mən cəmi 1 filmdə rol almışam, o da “Günaydın, mələyim”. Deyəndəki, bir filmdə çəkilmişəm, telefonuma “Yaramaz” filminin heyəti ilə şəklimi göndərirlər.

– Vaqif Mustafayevin filmi.

– Bəli. Onu məmnuniyyətlə deyərəm, həmin filmə çəkilmişəm, Hamlet Xanızadənin katibəsini oynamışam. Amma filmi montaj edəndə həmin səhnələr lazım olmadı. Ona görə yox ki, mənlə düşmənlik ediblər. Xeyr. Sadəcə kinoda olur, lazım olmayıb, atıblar. Onda da yeni fəxri ada layiq görülmüşdüm. Bir jurnal var idi, orada da mənəm, bir də gürcü aktyoru Mamukadır. Hamı da elə bilir ki, mən də varam filmdə. Premyerası olanda baxıblar ki, qəzetdə şəklim var, özüm filmdə yoxam. Sadəcə afişalarda adım var idi, yazmışdılar ki, B. Cəfərova. İndi necə deyə bilərəm ki, “Yaramaz” filminə çəkilmişəm (gülür). Söyləyərlər ki, orada yoxsan. Deyim ki, kinoda böyük dəvətlər gəlib, imtina etmişəm. Yox. Ona görə də mən kamil teatr aktrisası oldum.

– Həm də professorsunuz. Kitab yazdız, müdafiə etdiz. O dövrdə müsahibə vermişdiz ki, onda dostlarınız belə əleyhinizə çıxışlar edib. Hələ də onlardan küskünsüz?

– Bəli, küskünəm. 2015-ci il idi. Hazırlaşırdım ki, kitabı müdafiə edim. Hələlik xatirələrimi yazmamışam, amma bu 45 ildəki yaxşıları da, pisləri də yazacam. Belə danışanda kimisə incitmək istəmirəm. Özüm haqda danışanda da kimsə nümunə götürürsə, o xasiyyətim yoxdur ki, kiməsə söz atım. Özümə dair nəsə deyirəmsə, bunu kiməsə ünvanlamıram. Sual verirsiz, özümə dair danışıramsa, kiminsə xətrinə dəyirsə, bu, mənim günahım deyil. Mən o qədər də reklam olunmağı, haqqımda yazılmasını sevmirəm. Əvvəllər olsa, müsahibə təkliflərini də çox qəbul etməzdim. Son zamanlar isə razılaşıram.

– Nə dəyişdi ki, sizin üçün?

-Görürəm ki. Allah gecindən versin. Baxıram sənətkarlarımız dünyadan köçürlər. Fikirləşirəm ki, imtina edirəm. Amma. Heç olmasa məndən sonra da nəsə qalsın da. Elə verilişlər olub ki, baxıram, deyirəm, gərək gedərdim. Çünki görürəm ki, oradakı qonaqların 70 faizi həyatda yoxdur. Amma lent qalır. Deyir, heç nə yaddan çıxmır, heç kəs unudulmur.

– Edilən yaxşılıq da, pislik də.

-Deyirlər, mən kinli adamam. Bunda bir qəbahət görmürəm, pis xüsusiyyət deyil. Bir balaca yaxşılıq et, onu qiymətləndirirəm. Pislik edirsənsə, onu necə unuda bilərəm? Deyirlər ki, kinli deyillər, o dəqiqə barışırlar. O insanın səmimiyyətinə inanmıram. Barışa, dqnışa bilərsən, amma edilənlər yaddaşda qalır axı.

– Sizin yaddaşınızda həmin şəxslərin etdikləri qalıb.

-Hə. Dediyim kimi, mən intriqa sevmirəm. Amma onda intriqanın mərkəzinə çəkib gətirdilər. Onda kitab nəşr etdirməliydim, ondan əvvəl icazə sənədi hazırlayırdım. Onda da bir hərf səhvi olmamalıdır. Bunu özüm hazırlayıram. Hər işi tək görürəm, özü də əl yazısı ilə hazırlayıb, redaktora verirəm, o, çap edir. Həmin vaxtda dedim ki, həm kitabımla məşğul olum, studiyada da uşaqlarla nağıl tamaşa qurum. Keçmiş tələbələrim də gəlib-gedirdi, teatrda oynayırdılar. Fikrimcə, qəbahətim də bu oldu. Birincisi neçə ilin aktrisasıyam, rejissorluq iddiasında deyiləm. Amma tamaşa qura bilərəm, nə qədər təcrübəm var. Universitetdə dərs deyirəm və tamaşanı da tələbələrimlə qururam. Pis iş görmürəm ki. Bir də gördüm ki, heç kəsə nəsə etməmişəm, öz işimlə məşğulam. Qəzetlərdə haqqımda nələr yazmadılar. Bir adam yox, o, bu. Qaralama kampaniyası apardılar. Məndən başqa Ramiz Novruz haqqında da yazdılar. Onun da 60 illik yubileyi olacaqdı. Hədəf biz deyilik. Hədəf direktor idisə, bizi niyə ortaya atdılar?

– Bəlkə paxıllıq.

– Onlar da səhnədə oynayırlar da. Mənim nəyim kimdən artıqdır ki? Mən də oynayıram, sən də. Səhnə böyükdür. Çıxsın, kim istəyir rol alsın. Ondan sonra olanlar oldu. Teatrda çox qədim dostum var idi ki, yox olub getdi. O dostluqlar ki, 40-41 ildir davam edirdi. Mənim günahım yox idi. Mərkəzdə olmamalı idim. Teatrın aparıcı aktrisasıyam, Xalq artistiyəm. Amma nəyisə həll etmirəm. Rejissor deyiləm ki, rol bölgüsü edim, ya da idarəetmə işləri ilə məşğul olmuram. Hərdən məni verilişə dəvət edəndə məndən çəkinə-çəkinə soruşurdular ki, demək istəyirsizsə, danışın, istəmirsizsə yox. İndi də fikrim odur ki, mənə o cür sözlər deyilməməli idi. Onların özləri də yaxşı bilirdi ki, hər zaman işləmişəm, mükafatlarım, rollarım, hamısı halalım idi. Sonra barışıq söhbətləri oldu, o adamlar yox, mətbuatdan zəng etmişdilər ki, barışın. Dedim, barışıqdan söhbət gedə bilməz. Necə ki, mən ömrümü bu sənətə həsr etmişəm. Kiminsə haqqı var ki, onu yerə vurub çilik-çilik etsin? Ondan sonra barışıqdan söhbət gedə bilər? Deyirlər ki, Bəsti Cəfərova kinlidir. Necə kin saxlamayım? Heç onlara qarğış da etmirəm, səhnə böyükdür, o adamlar mənim üçün yoxdular. Mənə pislik edən, sevmədiyim, fürsətcil adam olanda, onlardan uzaqlaşıram. Heç nə demədən uzaqlaşıb, görməzdən gəlirəm. Həmin insan mənim üçün yoxdur. Mənim sözüm varsa, üzünə deyərəm, arxasınca danışmaram. İndi də arxadan danışmıram ki, çəkirsiz, göstərəcəksiz (gülür). Mənə xoş olmadı haqqımda həmkarlarımın nəsə yazması, yazdırması. Gərək öz içimizdə mehriban olaq. Kənardan onsuz da hörmət edirlər. Adamlar var ki, onlarla illərdir danışmıram. Amma pislik etmirəm.

– Qisas hissiniz yoxdur.

– Bəli. Sadəcə həyatımdan çıxarıram. Qisas budursa. Həqiqəti deyirəm. Bir neçə il əvvəl də mənə bu sualı ünvanlayanda nə ad, nə soyad çəkdim. Dedim ki, bu hadisə baş verib. Necə deyə bilərəm ki, olmayıb? Bir dəfə verilişdə aparıcı dedi, o mənimlə bağlı sual verəndə, bir nəfər söyləyib ki, Bəsti artıq ölüb mənim üçün.

– Nurəddin Mehdixanlı söyləmişdi ki, mənim üçün Bəsti Cəfərova bitib.

-Bilmirəm. Mənə aparıcı söylədi ki, “ölüb” ifadəsi işlənib. Mən siz dediyinizi oxumamışdım. Kim deyib, heç bilmirdim də. Sadəcə fikirləşdim ki, kimdirsə, 2015-ci ildən qalanlardır. Bunlar olub, mətbuatda yazılıb. İnkar etsəm ki, olmayıb, xeyr, olub.

– Nurəddin müəllimlə də hələ danışmırsız?

– Bəsti xanım, çox fikirləşdiz.

– Fikirləşmədim. Sadəcə susdum. Danışmaq istəmirəm.

– Yaxşı. Onda gəlin müsahibəni xoş ovqatla sonlandıraq. Qarşıdan ad gününüz gəlir, dediz ki, yay aylarındadır. Nə arzulayırsınız?

– Bundan sonra nə arzu edə bilərəm? Hər bir valideyn kimi tək ad günümdə yox, ümumiyyətlə həyatdan istəyim qızımı xoşbəxt görməkdir. Uğurlu olsun. Maşallah işi yaxşıdır. İstəyirəm, ailə qursun, övladı olsun, nəvəm dünyaya gəlsin. Qalan arzularım qızımla bağlıdır. Allaha şükür ki, teatrdayam, işlərim var. Bundan sonra da ömür vəfa etsə, gücüm çatsa, bir-iki tamaşada da rol alacam.

Universitetdə dərs deyirəm. Allah mənə cansağlığı versin ki, qızımı yerbəyer edim. Əminamanlıq olsun, fəlakətlər, müharibə, itkilərimiz, şəhidlərimiz olmasın. Gənclərimizin toylarında əl qaldırıb oynayaq, şadlanaq, şahid olaq ki, gözəl ailə qururlar. Millətimizin davamı gəlir.

Fotolar/Video: Hüseyn Həsənov

İntihar edən müəllimin SON SÖZLƏRİ: “Heç kim pis heç nə deməsin çünki. “

BAKU.WS Publika.az-a istinadla xəbər verir ki, intihar edən 26 fevral 1993-cü il təvəllüdlü İsayeva Naida Namiq qızı Suraxanı rayon sakini olub. O, Suraxanı rayonunda qeydiyyatda olmaqla Hövsan qəsəbəsində ailəsi ilə yaşayırmış.

İntihar hadisəsi isə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında – Aşıq Molla Cümə küçəsi 19B ünvanında baş verib. Dünən həmin əraziyə gələn N.İsayeva binanın sonuncu – 16-cı mərtəbəsinə qalxıb və özünü oradan atıb.

İlkin araşdırmalar zamanı həmin binada və yaxınlıqda 27 yaşlı N.İsayevanın yaxınlarının yaşamadığı da dəqiqləşib.

Gənc müəllimin hansı səbəbdən intihar etməsi, həmin ərazini niyə seçməsi hələlik tam dəqiqləşməsə də, rəfiqəsi onun ölümündə əvvəl “Arxamca heç kim pis heç nə deməsin, çünki layiq deyiləm” mesajını paylaşdığını deyib.

O da məlum olub ki, intihar edən müəllim subay olub. O, 2009-cu ildə Bakı Humanitar Kolleci ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2013-cü ildə kolleci bitirib. 2018-ci ildə Xəzər rayonu 121 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi işə qəbul edilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.