Press "Enter" to skip to content

Mələk Heydərova: Artıq heç nə əvvəlki kimi olmayacaq – KÖŞƏ

– Məlumdur ki, işğalçı ölkə əsas hədəfdən – Dağlıq Qarabağ münaqişəsindən yayınmaq üçün müxtəlif üsullara əl atır. Tovuz rayonunda baş verən bu insident də əsas hədəfdən yayınmaq cəhdlərindən biridir. Çünki son zamanlar Azərbaycan cəmiyyətində və hakimiyyətində Dağlıq Qarabağın azad olunması ilə bağlı fikirlər səsləndirilmişdi və anti-terror əməliyyatlarının keçirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdü. Bu da onunla əsaslandırılmışdı ki, 1994-cü ildən bəri ATƏT-in Minsk qrupuna həvalə olunmuş məsələ həll olunmamış qalır. Yəni Azərbaycanla Ermənistan arasındakı bu münaqişənin həlli ilə bağlı heç bir addım atılmayıb. Buna görə də Azərbaycan cəmiyyəti haqlı olaraq tələblər irəli sürdü ki, Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirilsin və işğal altındakı torpaqlarımız azad edilsin.

Indiyə qədər yalnız kopyaladığım diskə necə yaza bilərəm?

Ermənişünas-alim, Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Qafar müəllim, iyulun 12-dən Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı nəticəsində cəbhədə vəziyyət yenidən gərginləşdi. Niyə təxribat Dağlıq Qarabağda yox, Tovuzda törədildi?

– Məlumdur ki, işğalçı ölkə əsas hədəfdən – Dağlıq Qarabağ münaqişəsindən yayınmaq üçün müxtəlif üsullara əl atır. Tovuz rayonunda baş verən bu insident də əsas hədəfdən yayınmaq cəhdlərindən biridir. Çünki son zamanlar Azərbaycan cəmiyyətində və hakimiyyətində Dağlıq Qarabağın azad olunması ilə bağlı fikirlər səsləndirilmişdi və anti-terror əməliyyatlarının keçirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdü. Bu da onunla əsaslandırılmışdı ki, 1994-cü ildən bəri ATƏT-in Minsk qrupuna həvalə olunmuş məsələ həll olunmamış qalır. Yəni Azərbaycanla Ermənistan arasındakı bu münaqişənin həlli ilə bağlı heç bir addım atılmayıb. Buna görə də Azərbaycan cəmiyyəti haqlı olaraq tələblər irəli sürdü ki, Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirilsin və işğal altındakı torpaqlarımız azad edilsin.

Əslində hakimiyyət də bu məsələni həll etmək üçün qərarlı addımlar atmaqda idi. Dəfələrlə dövlət başçısı belə fikirlər səsləndirmişdi ki, biz heç vaxt Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına izin verməyəcəyik. Azərbaycanda bu yöndə siyasi baxışlar formalaşmışdı. Təbii ki, erməni cəmiyyəti bundan narahat idi. Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın qərarlı addımlar atmasından ehtiyatlanaraq hadisələri başqa bir səmtə yönəltməyə cəhdi etdi.

– Erməni mətbuatının və müstəqil ekspertlərin mövcud vəziyyətlə bağlı qənaətləri necədir?

– Müxtəlif vaxtlarda ermənilərin necə bir cəmiyyət olduğu barədə fikirlər bildirmişəm. Ermənilər həddən çox şovinistləşmiş, milliyyətçilik xəstəliyinə düçar olmuş bir cəmiyyətdir. Belə bir toplumdan obyektiv bir fikir gözləmək ağılsızlıq olardı. Çünki ermənilər Azərbaycanın haqlı davasına, işğal altındakı torpaqlarının geri qaytarılmasına heç vaxt fikir bildirməyib. Hələ onlarda belə bir fikir olmayıb ki, biz başqalarının torpaqlarını işğal etmişik, geri qaytaraq və bölgədə bir barış, sülh olsun. Bu mənada erməni cəmiyyətindən hər hansı bir obyektiv qərar gözləmirəm.

Son zamanlar istər yerli, istərsə də xarici mətbuatda erməni ekspertlərin fikirləri yer alır. O çıxışlarda da Azərbaycan təcavüzkar ermənilərə atəş açan tərəf kimi göstərilir. Dünya ictimaiyyətinə o fikri təlqin etməyə çalışırlar ki, Azərbaycan Ermənistanı blokada vəziyyətində saxlayır və ölkənin iqtisadi inkişafına əngəl törədir. Ermənilər dünya ölkələrinə bu istiqamətə mesaj göndərirlər ki, Azərbaycana qarşı hər hansı sanksiyalar tətbiq edilsin. Hətta erməni ekspertlərdən biri 907-ci düzəlişi yada salır və Azərbaycana qarşı belə bir sanksiyanı yenə də gündəmə gətirməyə çalışırlar.

Xatırladım ki, bu, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Nə erməni, nə digər dillərdə olan mətbuatda erməni analitiklərinin obyektiv fikirlərinə rast gəlmişəm.

– Ermənilər ölən hərbçilərin sayını niyə gizlədir? Ümumiyyətlə, cəbhədəki itkilərlər bağlı konkret rəqəmlər varmı?

– Erməni mətbuatını izləyirəm, orada yayımlanan videolarda fərariliyin geniş vüsət aldığı göstərilir. Həmçinin cəbhə boyu yaşayan erməni əhalinin təşviş içində olduğu kadrlarda yer alır. Amma cəbhədəki ölümlərlə bağlı konkret həqiqəti əks etdirən rəqəmlər yoxdur. Rəsmi məlumatlara görə, iyulun 12-də başlayan əməliyyatlarda 4 erməni hərbçi həlak olub. Son günlərdə bir neçə nəfərin də öldüyü xəbəri verildi. Amma ermənilərin sosial şəbəkələrdəki paylaşımlarında ölüm sayının daha çox olduğu yazılır.

Hesab edirəm ki, Ermənistan informasiya müharibəsində yenilməmək və əhalisini təşvişdən qurtarmaq üçün ölüm faktlarını gizlədir. Bu faktlar əsgər yaxınlarının küçələrə axışıb öz yaxınları barədə məlumat almaq istəyəndə üzə çıxacaq. Belə məlumatlar da verilmir. Bu da onu göstərir ki, erməni hökuməti bu məsələdə obyektiv deyil.

– Həm İran, həm də Rusiya Ermənistanla Azərbaycan arasında vasitəçilik təklifi ilə çıxış edib. Bu təşəbbüsləri necə qiymətləndirirsiniz?

– Biz həm İranın, həm də Rusiyanın vasitəçilik etdiyi dövrü yaşamışıq. Bu, uzaq bir tarix deyil. İranın vasitəçiliyi ilə Şuşanı itirmişik. Rusiyanın vasitəçiliyinin də nə demək olduğunu çox gözəl anlayırıq. Hesab edirəm ki, bu insidentin arxasında duran dövlətlərdən biri Rusiyadır. Rəsmi Moskvanın Azərbaycanla bağlı öz maraqları var.

Məlumdur ki, Tovuz rayonu önəmli strateji koridordur. Bakı-Tiflis-Ceyhan neft kəməri və TANAP qaz boru xətti Tovuz rayonu ərazisindən keçir. Eyni zamanda gələcəkdə müəyyən layihələrin buradan keçəcəyi ilə bağlı planlar da var. Buna görə Rusiyanın vasitəçiliyini yaxın qoymaq olmaz.

Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanın tərəfindədir və bu dövlətlər arasında ikitərəfli hərbi ittifaq var. Eyni zamanda digər bir anlaşma da 49 illiyə bağlanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) çərçivəsində aparılmaqdadır. Bu təşkilata da Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan daxildir. Bu çərçivədə biz Ermənistanın müttəfiqini vasitəçi olaraq qəbul etsək, Rusiya öz maraqlarını həyata keçirməyə çalışacaq. Rusiyanın əsas məqsədlərindən biri, bölgədə öz hərbi varlığını yaşatmaq və buraya ordusunu hansısa formada yerləşdirməkdən ibarətdir. Buna qətiyyən izin vermək olmaz.

İran da zaman-zaman Ermənistana yardımlar edir, dəstək verir. Buna görə də bu iki dövlət vasitəçilikdə istisna olunur.

Əgər vasitəçilikdən söhbət gedirsə və belə bir alternativ qaçılmaz olarsa, Azərbaycanın ən böyük vasitəçisi, ən böyük dayağı Türkiyə ola bilər. Düşünürəm ki, Azərbaycan Türkiyə ilə çox ciddi danışıqlar aparmalıdır. Konfederativ əsaslarla dövlətlərin bütövləşməsi olmalıdır. Çünki Azərbaycanın indiki durumu və gələcəkdə olan təhlükələrin qarşısını almaq üçün olduqca vacib bir addım atılmalıdır. Türkiyə ilə konfederativ əsaslarda bütövləşməkdən başqa yolumuz yoxdur. Bu fikrimi də Azərbaycan cəmiyyətinin müəyyən təbəqələri dəstəkləyir.

– Hazırda Ermənistana açıq dəstək göstərən ölkələr varmı?

– İndiki halda Ermənistanın bu təcavüzkar hərəkətinə açıq dəstək verən ölkələri görmürəm. Bu da bizim çox böyük üstünlüyümüzdür ki, Ermənistanın bu təcavüzü dəstəklənmir. Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul olunub. BMT-yə üzv ölkələr bu qətnamələrin yerinə yetirilməsinə çalışmalıdırlar.

Amma biz bilirik ki, Ermənistanı müdafiə edən imperialist güclər var. Bu dövlətlər Tovuz hadisələrində açıq şəkildə ortaya çıxmasalar da, bəllidir ki, onların bəziləri Ermənistanın arxasında olacaq.

– Bəs Azərbaycana necə?

– Bu məsələdə Azərbaycanı dəstəkləməyən dövlətlər elə Ermənistanın yanında olan deməkdir. Ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət edib özlərinin haqlı olduğunu göstərməyə çalışırlar. Təcavüz nəticəsində mülki vətəndaşlarımızın, generalımızın şəhid edilməsi Ermənistanın haqlı olduğunun göstəricisidirmi?

Ermənistanı dəstəkləyən ölkələr müəyyən mənada tərəddüd içərisindədir. Vəziyyət durulandan sonra kimin Azərbaycanın, kimin Ermənistanın tərəfində olduğu aydınlaşacaq. Amma Türkiyə və Pakistan açıq şəkildə Azərbaycanın yanında olduqlarını bildiriblər. Ermənistan bilməlidir ki, onun bu təcavüzünün dərsi çox ağır ödəniləcək.

– Son hadisələrə xaricdə yaşayan soydaşlarımızın dəstəyini necə dəyərləndirirsiniz?

– İndiyə qədər Azərbaycandan kənarda olan soydaşlarımız, o cümlədən Güney Azərbaycanda yaşayan 35 milyondan çox cənublu qardaşlarımız tərəfindən heç vaxt bu dərəcədə dəstək olmamışdı. Azərbaycana hədsiz dərəcədə çox böyük dəstək var. Hətta Moskva bazarlarında olan soydaşlarımız ermənidən mal almamaqla bu dəstəklərini bildirirlər. Bu, çox qürurvericidir.

İki aydan çoxdur ki, mənim sədrliyimlə Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurası fəaliyyət göstərir. Bu məsələdə öz mövqeyimizi ortaya qoymuşuq. Bəyanat vermişik ki, Azərbaycan dövlətinin, hakimiyyətinin bu məsələdə tutduğu mövqeyi dəstəkləyirik və hər cür töhfə verməyə hazırıq. Qərbi Azərbaycanda, Rusiyada, Qazaxıstanda, Türkiyədə olan insanlar bizə zəng edib Azərbaycanın haqlı davasına dəstəklərini bildirirlər. Bu o deməkdir ki, Azərbaycan xalqı Dağlıq Qarabağı heç vaxt unutmayacaq və ərazi bütövlüyünün təmin olunması üçün əlindən gələn hər şeyi etməyə hazırdır.

İndiyə qədər Ermənistanda belə bir ovqat var idi ki, Dağlıq Qarabağ məsələsi onların xeyrinə həll olunub. Tovuz olayları bu fikri tamamilə dəyişdirib. Artıq ermənilər inandılar ki, torpaqlarımızı tərk etməsələr, biz İrəvana qədər gedib onların dərsini verəcəyik və Qafqazda ermənilərin vəziyyəti çox pis olacaq. Ermənilərin ideoloji aparıcıları da artıq fərqli fikirlər söyləməyə başlayıblar.Teleqraf

Mələk Heydərova: “Artıq heç nə əvvəlki kimi olmayacaq” – KÖŞƏ

İndiyə kimi həyatımızın hər dəqiqəsinə qədər planladığımızı düşünürdük. Bayramlar, yay tətili və yeni dərs il ilə bağlı hər bir xəyalı layihə var idi. Bəziləri belə planlı həyatdan da yorulurdu, deyinirdi. Var olmaq özünün planlı məzmunu ilə yorucu olmağa başlamışdı. Yeni sənaye dönəmi və onun texnologiyası yeni yaşam standartı yaratdı, biz hər şeyi eyni qaydada təkrar etməkdən yeknəsək günlər yaşayırdıq. Fərqli, plandan kənar, bilmədiyimiz heç nə baş vermirdi. Yalnız ənənəvi gündəlik qayğılar və Blokun təbirincə desək:

“Gecə, küçə, fənər, aptek,

Mənasız və tutqun işıq.

Yenə yüz il yaşasaq da

Sonu yoxdur. Alışmışıq. ”

Bəlkə, buna görə də adi, sıradan olan qayğıları şişirdib dağ boyda edirdik. Dağ ucaldıqca isə onun zirvəsinə çıxıb aşağı baxmağa gücümüz çatmırdı. Özümüz üçün, bəlkə də, azart naminə yaratdığımız problemlər koronavirus kimi içimizi yeməkdən başqa bir nəsnə deyildi. Bir tərəfdən hər şey gün kimi aydın idi. Digər tərəfdən isə insanlıq enişə, mənəvi qüruba doğru gedirdi. Özünü məhvə aparan insan dünyanı da öz arxasınca çağırırdı.

“Su da axmayanda iylənir” deyib Nizami.

Tarix insana o qədər hərəkətli və qorxulu günlər yaşadıb ki, sanki bilə-bilə durmağı özü seçdi. Dördüncü sənaye inqilabını yaşasaq da, daxilən bəsit qalmışdıq və mənəvi inkişaf dayanmış, çarəsiz qaldığı gerçəyi üzə çıxdı. Biz, yəni bütün insanlar bu günümüzlə razılaşıb hərəkət etməkdən qorxduq, çəkindik. Deyir: “sən saydığını say, gör fələk nə sayır”. Fələk də saya-saya Covid-19 dönəmində insan ölümlərini saydı. Saymaqla da gizlətdiyimiz çox tərəflərimizi aşkara çıxartdı.

İndi gələcəyimiz məchul, gələcəkdən xəbərsizik.

Ən böyük qorxumuz da elə budur. Bilmirik, nə və necə olacağıq. Qorxu idrakımızı tamam ələ alıb. Bu günə qədər həyatın axışına uyub gedirdik. Öyrəşdiyimiz seriallar, həmişəki kitablar, eyni janrda filmlər və bazar münasibətlərinin gətirdiyi dəyərlər. Müasir dövrün bizə yaşatdığı həyat tərzindən şikayətlənsək də, qurduğumuz komfortdan kənar yaşamın mümkünlüyünü düşünə bilmirdik. Koronavirus dünyanın altını üstünə gətirdiyi dönəmdə hər şey dəyişdi. İnsanlığı qorxuya salan da bu dəyişiklikdir. Çünki anladıq ki, artıq heç nə əvvəlki kimi olmayacaq.

Qara qu quşlu koronavirus.

Dünyanın siyasətində və iqtisadiyyatında gözlənilməyən və böyük dəyişikliklərə səbəb olan hadisələri “qara qu quşu” adlandırırlar. Bu deyim əslində lap qədim zamanlarda fəlsəfədə rast gəlinsə də, müasir insan bu yanaşma ilə akademik Nasim Nikolasın 2007-ci ildə yazdığı “Qara qu quşu” kitabı sayəsində yenidən tanış oldu. Dünyada hadisələrin gedişatını dəyişdirən ölümcül viruslara ad qoymaq adəti Covid-19-dan da yan keçmədi və XXI əsrin pandemiyası “Qara qu quşu” adını aldı. Əslində tarixdə bütün epidemiya və pandemiyaların öz adı olub. Məsələn, “qara ölüm”, “bahar çiçəyi”, “İspan qripi”. Yoluxucu viruslarla ilk tanışlıq elmdə öz adını tapana kimi kütlə ona yaratdığı emosiyaya uyğun ad qoyurdu.

“İspan qripi” vs “Covid-19”.

XX əsrin əvvəlləri dünya İspan qripi ilə çalxalandı. Can itkisinin dəqiq rəqəmləri indiyə qədər bilinmir. Ölümcül “İspan Qripi” ilə təxmini eyni illərə təsadüf edən birinci dünya müharibəsi də insanlığı çıxılmaz bir yola saldı. Ölüm! İnsanlar hansı yola getsələr də, qarşıda ölüm var idi. Hər tərəfdən ölüm iyi gəldiyi o günləri indi koronaviruslu günlərimizlə müqayisə etməyimizin tək bir səbəbi var – qorxu! Bəs, həqiqətəmmi, bizi ölüm qorxudur? .

Vur və ya qaç!

Qorxu hissi hər bir yeriyən və üzə bilən canlıda mövcud olan təbii hissdir. Bu hiss bizi qoruyur, bizi təhlükəli addımlardan kənar tutur. Qorxu ilə ya üz-üzə gəlirik, ya da ondan qaçırıq. Qaçmağa yerimiz yoxdursa məcbur qorxu ilə üzə -üzə dayanıb, müqavimət göstəririk. Bax elə bu dayanma nöqtəsindən dəyişim başlayır. Biz indi həmin nöqtədəyik. Gedəcəyimiz başqa yol yoxdu. Rəfə qaldıraraq, illərlə tozlarını silməyi unutduğumuz qorxular dörd divar arasında bir-biri qarşımıza keçir.

Vura və qaça bilmədikdə qorxu bizi kütləşdirir. Keyləşən insan nə qərar verəcəyini bilmir. İnsanı həyatını təhlükədən qoruyan bu hiss ömür boyu bu başqa-başqa şəkildə bizi izləyir. Əgər ki, biz heç bir qərar qəbul etmədən, susaraq ömrün pillələrinin addımlayırıqsa, bu da qorxudan irəli gəlir. Heç bir hərəkət etmədən yaşamaq qorxunun yaratdığı ən “qorxulu” reaksiyasıdır.

Etdiyimiz hərəkətin nə ilə nəticələnəcəyini dəqiq bilmirik. Bilinməyən nəticə qarşısında cızdığımız gerçəklikdə özümüzü güvəndə hiss edirik. Bu günə kimi özümüzün yaratdığımız güvən duyğusu ilə yaşamışıq. Alışdığımız həyat tərzi ilə duyğuluramızın yer dəyişməsi, ya da ümumiyyətlə yox olaraq yerini başqa hisslərə verməsi bizi qorxuya salır.

Əslində indi insanlar evdə divarları sədd sanaraq, bütün təhlükələrdən qorunduğunu düşünür. Rahatdır! Tələsəcək yeri, görüləcək işi yoxdur. Onun kimi digər insanların da bu vəziyyəti yaşaması bir az da güvən, rahatlıq hissi verir. Çünki qıcıqlandıracaq, üzəcək, bizi özümüzdən çıxardacaq heç bir hal yaşanmır. Təbii ölüm halından başqa. Ölüm və itirmək qorxusu bizi evə həbs etdi. Yaşadığımız qarışıq duyğular, öz yerini qorxuya verdi.

Gələcək təmiz ağ vərəq kimi qarşımızdadır. Bu gün sağ qalmağı düşünürük. Tək bizi maraqlandıran can savaşında ölməməkdir. Gələcəyi düşünə bilmirik. Çünki bizə məlum olan bütün həyat formaları və planları keçərli olmaya bilər. Gələcək boşdur. Boşluğu doldurmaq, yerində keçmişdən daha mükəmməl həyat inşa etmək gərəklidir. Ölüm qorxusu hələki bilinməyən gələcək qorxusunun qarşısına keçib. Bəs “sabah necə olacaq” qorxusu ilə tək qaldıqda nə olacaq? Ondan da sağ çıxa biləcəyikmi? Vücud olaraq bəlkə də, ruhən isə çoxumuz ölmüş olacağıq.

Yeni böyük depressiya illərinə xoş gəldin, İnsan!

İqtisadiyyatın, incəsənətin, elmin və tibbin sürətlə inkişaf etdiyi dördüncü sənaye inqilabı dövrünü addımlayırıq. XX əsrin əvvəlində yaşanan inkişafı sıçrayışının eynisini yaşayacağıq. Vacib sahələrdə edilən müvəqqəti dəyişikliklər daimi olaraq həyatlarımızda qalacaq. Dəyişimdən qorxaraq ona qarşı çıxanlar, dirənənlər depressiyanın nə olduğunu anlayacaqlar.

Əslində iqtisadi böhran və ya pulsuzluq insanı üzən amillərdən olsa da, depressiya üçün kifayətli səbəb deyil. Amma bu amillərin üzərində bir də mövcud vəziyyət ilə barışmasaq, bax onda depressiya baş verir. 1910-cu illərdə qripin və daha sonra müharibənin yerlə bir etdiyi dünya da yeni sistem qurulması çoxları tərəfindən inkar olunur. Otuz ilə yaxın insanlıq yeniliyə adaptasiya olmaq üçün savaşdı. Sonda dünya qazandı. İnsanlıq isə böyük depressiyaya girdi. Böyük depressiya illərində insan geriləmədi, əksinə bir neçə addım qabağa atladı. Sürətli inkişaf yeni insan tipləri yaratdı. Özlərini qəfəsdə siçan sananlar isə sonda məcbur olub yeni dünya düzənini qəbul etdi. Bəlkə də özünə bənzəyən Miki Maus da ona görə sevdi.

Tarixin ilk səsli cizgi filmi olan Mikki Maus elə o dövrün insanlarının protatipi idi. Siçan Mikkinin başına cizgi filmində min müsibət və bəla gəlir. Ancaq o bütün çətinlikləri aşaraq, qalib olur. Dəyişikliyin qarşısında qorxu və çaşqınlıq keçirdən insan özünü həmin cizgi filmində tapırdı və xoşbəxt sonluğa özünü inandırmağa çalışırdı. İnsanların ümidə, inama ehtiyac var idi. Güldürəcək, gələcəyin yaxşı olacağını vəd edəcək hər nəsnədən yapışırdı. ABŞ-da birinci depressiya dönəmində obraz – ağlayaraq gülən adam – Çarli Çaplin minlərlə insanın xilaskarı olmuşdu.

O günlərdə yaşanan hadisələri istehzalı şəkildə səssiz olaraq təqdim edən balaca adam Çaplin, insanların üzündə çətin vaxtlarda gülüş yaratmağı bacarmışdı. Ən çətin dönəmdə Çaplin qəmli gözləri ilə insanların rəğbəti qaza bilmiş, içdən bədbəxt olsa da insanları xoşbəxt etməyə müvəffəq olmuşdur. Bəs bunun sirri nə idi.

Halımıza yanan, gizlətdiyimiz və deməyə çəkindiyimiz duyğuları ifadə edən musiqi, şeir və filmləri özümüzdən bir parça hesab edirik və sevirik. Özümüzü hansısa qəhrəmanla eyniləşdir, identifikasiya yaşayırıq. Sevilməyin ilk qanunu sevdiyində öz əksini tapa bilməkdir. Yaşadığımız qorxuları, hissləri və çarəsizliyi özündə əks etdirə biləcək istənilən incəsənət nümunəsi seviləcək.

Vəba günlərinin ən yadda qalan ədəbiyyat ismi Kamyu demişkən: “hamımız dəli olacağıq, bu dəqiqdir”. Mən də deyərdim ki, gəlin bu dəlilikdən istifadə edək və tarixə yeni çaplinlər, mikki mauslar verək.

Sonda, çalışın qara qu quşlarının varlığına alışın və onlarla dost olun. Çünki gələcək Qara Qu Quşlarındadır.

Comments are closed, but trackbacks and pingbacks are open.