Press "Enter" to skip to content

Informasiya kommunikasiya texnologiyaları

Kompüterlər istehsalda geniş tətbiq olunur. Böyük zavodlarda istehsal prosesinin idarə olunması kompüterlər vasitəsilə aparılır. Eləcə də kompüterlər müxtəlif qurğuların normal işləməsinə, temperaturun və təzyiqin müəyyən olunmuş səviyyədə saxlanmasına nəzarət edir. Bəzi işlərin insan tərəfindən yerinə yetirilməsi çox təhlükəlidir, yaxud mümkün deyil. Bu işləri kompüterlərlə idarə olunan robotlar insanlar kimi, hətta onlardan da yaxşı görə bilir. Məsələn, kəskin istidə, yaxud şaxtada robotlar əvəzedilməzdir. Onlar təhlükəli kimyəvi maddələrlə həddən artıq çirklənmiş havada və tam qaranlıqda işləyə bilir.
Son vaxtlaradək xəstəxanalarda kompüterlərdən uçot və qeydiyyat məqsədilə istifadə olunurdu. İndi onlar xəstələrə qulluq göstərilməsində çox böyük rol oynayır. Müxtəlif sensorlar xəstənin orqanizmində baş verən dəyişiklikləri göstərə bilir. Xəstələrə diaqnoz qoyulması zamanı kompüter həkimlərin əsl yardımçısına çevrilir. Yekun qərarı həkim versə də, kompüterlər bu prosesi tezləşdirir və daha dəqiq diaqnoz qoyulmasına yardım edir.
Başqa sahələrlə müqayisədə təhsildə İKT-nin tətbiqinin bir sıra özəllikləri var. Belə ki, təhsil sahəsində kompüterlər bir neçə funksiyanı yerinə yetirir. İlk növbədə kompüterlər “İnformatika” fənninin tədrisində öyrənmə obyektidir. Burada kompüterin quruluşu, iş prinsipi, növləri, tətbiq sahələri, tarixi, proqram təminatı öyrənilir. Eyni zamanda, kompüterlər informatikanın əsasını təşkil edən alqoritmləşdirmə və proqramlaşdırmanın öyrənilməsində əvəzsiz vasitədir.
Son zamanlar tədris prosesində noutbuk, proyektor, interaktiv lövhə və başqa elektron avadanlıqlardan geniş istifadə edilir. Bu texnologiyalar müəllimlərin yeni bilikləri daha asan yolla çatdırmasında, şagirdlərin isə dərsləri daha əyani və rahat qavramasında böyük əhəmiyyət daşıyır.

İnformasiya-kommunikasiya texnologiyaları

Texnologiya” fənnində müxtəlif sahələrə aid bir sıra texnologiyalarla tanış olmuşsunuz. İnformasiyanın yaradılması, emalı, saxlanması, istifadəsi, ötürülməsi və idarə olunması ilə bağlı texnologiyaları ifadə etmək üçün “informasiya texnologiyaları” (İT), yaxud “informasiya-kommunikasiya texnologiyaları” (İKT) terminindən istifadə olunur. Son zamanlar “informasiya texnologiyaları” dedikdə, adətən, “kompüter texnologiyaları” nəzərdə tutulur. İnformasiya-kommunikasiya texnologiyaları çox sürətlə həyatımızın bütün sahələrini əhatə edir. Məsələn, 20 il bundan öncə kompüterlərə yalnız iş yerlərində rast gəlinirdisə, indi, demək olar ki, hər bir evdə kompüter var. Bu gün elm, təhsil, səhiyyə, maliyyə, istehsalat və başqa sahələri kompüterlərsiz təsəvvür etmək çətindir. Hazırda ən kiçik müəssisələrdə də məktubların, məruzələrin, maliyyə sənədlərinin, hesabatların hazırlanması zamanı kompüterlərdən istifadə olunur.

Kompüterlər istehsalda geniş tətbiq olunur. Böyük zavodlarda istehsal prosesinin idarə olunması kompüterlər vasitəsilə aparılır. Eləcə də kompüterlər müxtəlif qurğuların normal işləməsinə, temperaturun və təzyiqin müəyyən olunmuş səviyyədə saxlanmasına nəzarət edir. Bəzi işlərin insan tərəfindən yerinə yetirilməsi çox təhlükəlidir, yaxud mümkün deyil. Bu işləri kompüterlərlə idarə olunan robotlar insanlar kimi, hətta onlardan da yaxşı görə bilir. Məsələn, kəskin istidə, yaxud şaxtada robotlar əvəzedilməzdir. Onlar təhlükəli kimyəvi maddələrlə həddən artıq çirklənmiş havada və tam qaranlıqda işləyə bilir.
Son vaxtlaradək xəstəxanalarda kompüterlərdən uçot və qeydiyyat məqsədilə istifadə olunurdu. İndi onlar xəstələrə qulluq göstərilməsində çox böyük rol oynayır. Müxtəlif sensorlar xəstənin orqanizmində baş verən dəyişiklikləri göstərə bilir. Xəstələrə diaqnoz qoyulması zamanı kompüter həkimlərin əsl yardımçısına çevrilir. Yekun qərarı həkim versə də, kompüterlər bu prosesi tezləşdirir və daha dəqiq diaqnoz qoyulmasına yardım edir.
Başqa sahələrlə müqayisədə təhsildə İKT-nin tətbiqinin bir sıra özəllikləri var. Belə ki, təhsil sahəsində kompüterlər bir neçə funksiyanı yerinə yetirir. İlk növbədə kompüterlər “İnformatika” fənninin tədrisində öyrənmə obyektidir. Burada kompüterin quruluşu, iş prinsipi, növləri, tətbiq sahələri, tarixi, proqram təminatı öyrənilir. Eyni zamanda, kompüterlər informatikanın əsasını təşkil edən alqoritmləşdirmə və proqramlaşdırmanın öyrənilməsində əvəzsiz vasitədir.
Son zamanlar tədris prosesində noutbuk, proyektor, interaktiv lövhə və başqa elektron avadanlıqlardan geniş istifadə edilir. Bu texnologiyalar müəllimlərin yeni bilikləri daha asan yolla çatdırmasında, şagirdlərin isə dərsləri daha əyani və rahat qavramasında böyük əhəmiyyət daşıyır.

Hazırda sağlamlıq imkanları məhdud olan insanların təhsilində də kompüterlərdən geniş istifadə olunmağa başlanılıb.





Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva

Mənbə: İnformatika 7 Ümumtəhsil məktəblərinin 7 — ci sinfi üçün İnformatika fənni üçün Dərslik

  • Teqlər:
  • informasiya
  • , informasiya-kommunikasiya texnologiyaları
  • , informasiya texnologiyaları

Informasiya kommunikasiya texnologiyaları

Bu gün IT mütəxəssisləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. İnformasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə möhkəm bir şəkildə daxil olub. Hazırda İT mütəxəssisi peşəsinin nümayəndələri gündəlik həyatda və istehsalatda informasiya texnologiyalarının tətbiqinin hər bir aspektində iştirak edirlər. “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər. Bu ixtisas informatika və riyaziyyat ilə maraqlananlar üçün uyğun sahədir.

İxtisasın tarixi

Proqramlaşdırmanın ilk illərində proqramlaşdırma dilləri bir çox rəqəmlər seriyasından ibarət olduğu üçün, demək olar ki, ilk İnformasiya texnologiyaları mühəndisləri, əsasən, riyaziyyat yönümlü ixtisaslarda təhsil almış şəxslər idi.1950-cillərdə və 1960-cı illərin əvvəllərində əgər proqramçı olmaq istəsəydiniz, ilk öncə riyaziyyat üzrə bakalavr təhsili almalı idiniz.1060-ci illərdə isə ilk elektron kompüterlərin yaradılmasından sonra bu sahə ilə məşğul olan mütəxəssislər isə artıq mühəndislər, riyaziyyatçılar və statistikaçılar idilər. İllər ötdükcə isə daha asan proqramlaşdırma dillərinin yaranması bu sahəyə maraqlı olan digər şəxslərə də imkanlar açdı, mühəndislər, riyaziyyatçılar isə proqramlaşdırma ilə deyil, kompüter elmlərində daha mürəkkəb işlərlə məşğul olmağa başladılar.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şəbəkələrin idarə edilməsi;
  • ➝ Veb-saytların yaradılması;
  • ➝ Veb-saytlara texniki dəstək;
  • ➝ Alqoritmlərin və kompüter proqramlarının yazılması;
  • ➝ Sistem analizi;
  • ➝ Kiber təhlükəsizliyin təmin edilməsi;
  • ➝ Mövcud sistemə texniki dəstəyin göstərilməsi;
  • ➝ Hardware və Software problemlərinin aradan qaldırılması;
  • ➝ Proqram təminatının tətbiqi və digər proqramlar ilə düzgün qarşılıqlı əlaqənin təşkili;
  • ➝ Proqramlar ilə işləmək üçün təlimat və lazımi texniki sənədləri tərtib etmək;
  • ➝ Yazılan kodun bütün elementlərin düzgün işləməsini sınaqdan keçirtmək (test etmək);
  • ➝ Nöqsanları aradan qaldırmaq;
  • ➝ Ofis texnikasının tənzimlənməsi, bəzi avadanlıqların problemlərinin aradan qaldırılması;
  • ➝ Keyfiyyət menecmenti sistemindəki uyğunsuzluqların aradan qaldırılmasına və qarşısının alınmasına yönəlmiş tədbirlərdə iştirak edin;
  • ➝ Şirkətin bütün proqram məhsullarını quraşdırılması, konfiqurasiya edilməsi, saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • ➝ Xidmətlərin saxlanılması üçün müraciətləri qəbul etmək (Help Desk). Bunları müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirmək;
  • ➝ Hər bir istifadəçiyə onlayn qeydiyyatı və zəruri mənbələrə girişi təmin etmək üçün istifadəçi və qrup hesablarının planlaşdırılması, yaradılması və saz vəziyyətdə saxlanılması;
  • ➝ Təhlükəsizlik pozuntularını aşkar etmək və aradan qaldırmaq üçün şəbəkədəki hadisələrin yoxlanılması strategiyasını planlaşdırır və həyata keçirmək. Resursları idarə etmək və istifadəsinə nəzarət etmək

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət Universitetləri:

  • ➝ “ADA” Universiteti
  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • ➝ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Milli Aviasiya Akademiyası
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • → Odlar Yurdu Universiteti

Özəl Universitetlər :

  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Qərbi Kaspi Universiteti
  • ➝ “Naxçıvan” Universiteti

Kurslar :

  • ➝ Code Academy
  • ➝ ItCity Academy
  • ➝ Step IT
  • ➝ Tech Academy və s.

Bu ixtisas üzrə harada çalışmaq olar?

İxtisas üzrə mütəxəssislər:

  • ➝ Fərdi olaraq müxtəlif platformalar vasitəsilə sifarişlər qəbul edərək;
  • ➝ Özəl müəssisələrin İnformasiya texnologiyaları şöbələrində;
  • ➝ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi başda olmaqla digər nazirlik və dövlət müəssisələrində;
  • ➝ Müəllim olaraq yuxarıda qeyd etdiyimiz və digər müxtəlif universitet və kurslarda fəaliyyət göstərə bilərlər.
  • ➝ İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq informatika fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Riyazi biliklər;
  • ➝ Diqqətli olmaq;
  • ➝ Alqoritmik biliklər;
  • ➝ Sistemli düşüncə;
  • ➝ Analitik düşüncə;
  • ➝ Komanda ilə işləmək bacarığı;
  • ➝ Məsuliyyətli olmaq;
  • ➝ İntizamlı olmaq;
  • ➝ Data strukturlarına bələd olmaq;
  • ➝ Dil bilikləri (xüsusilə İngilis dili);
  • ➝ Dəyişikliklərə ayaq uydura bilmək;
  • ➝ Proqlamlaşdırma dilləri bilikləri ( hal-hazırda ən çox istifadə edilən dillər Python və JavaScript);
  • ➝ Müasir informasiya sistemlərini sınaqdan keçirmə metodlarını bilmək;
  • ➝ Məlumatla işləmə bacarığı: toplanması, işlənməsi, təhlili;
  • ➝ Güclü yaddaş;
  • ➝ Tənqidi düşüncə.

İxtisasın gələcəyi

Bildiyimiz kimi dünyadakı inkişaf etmiş ölkələrdə sənaye öz yerini informasiya axışına verməyə başlayıb. Bu halda informasiya texnologiyaları sürətlə inkişaf etməyə doğru gedir. Bu səbəbdən bir çox universitetlərdə bu ixtisasın adı eşidilməyə başladı və təkcə Amerikada ən az 200 universitetdə ixtisas üzrə təhsil verilməkdədir. Bu vəziyyət İnformasiya texnologiyaları ixtisasının önümüzdəki illərdə ölkəmizdə də önəmli bir yerə sahib olacağının göstəricisidir. Hazırda gələcəyin ixtisası olaraq tanınan bu ixtisasa Azərbaycanda da böyük tələbatın olmasına baxmayaraq, ixtisaslı kadrların azlığı müşahidə olunmaqdadır və bu da ixtisas sahiblərinə olan ehtiyacın daha da artmasına səbəb olur. Əmək bazarında bu ixtisas sahiblərinə günü-gündən artan ehtiyac, məzunların gələcəkdə işsiz qalma ehtimalının sıfıra yaxın olacağını deməyə imkan verir.

Əmək haqqı

İxtisas üzrə əmək haqqları peşə sahibinin bacarıqlarından, təcrübəsindən və tutduğu vəzifədən asılı olaraq 1000-3000 AZN arasında dəyişməkdədir.

Comments are closed, but trackbacks and pingbacks are open.