Kütləvi informasiya vasitələri haqqında
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər;
VİRTUAL-KURS.COM
Yeni Tədris metodları: VİDEO DƏRSLƏR, ONLINE TESTLƏR.
Sayfalar
- Ana Səhifə
- İnformatika VİDEO DƏRSLƏRİ
- Riyaziyyat VİDEO DƏRSLƏRİ
- Blogger VİDEO DƏRSLƏRİ
- MBA VİDEO DƏRSLƏRİ
- MƏQALƏLƏR
- ONLINE Testlər
- informatika
- ƏLAQƏ
14.08.2020
İnformasiya sistemləri və onun elementləri
İnformasiya sistemləri
Sistem anlayışı:
- Sistem dedikdə bütöv bir obyekti əmələ gətirən hissələrin toplusu başa düşülür. Məsələn: Əməliyyat sistemi
- Sistemi təşkil edən hissələr isə sistemin elementləri adlanır.
- Ümumi sistemlər nəzəriyyəsinə görə istənilən gerçək obyektə (əşya və ya hadisəyə) sistem kimi baxmaq olar.
İnformasiya sistemi:
İnformasiyanın toplanması, saxlanması və əlçatan olmasını təmin edən sistemlərə informasiya sistemləri deyilir.
İnformasiya sistemləri 5 əsas komponentdən ibarət olur:
- Aparat təminatı
- Proqram təminatı
- Verilənlər
- İstifadəçilər
- Proses
İlk 3 komponent informasiya texnologiyaları kateqoriyasını təşkil edir.
İnformasiya sistemlərinin komponentləri:
- Aparat təminatı (hardware) – bura kompüter və onun hissələri, periferiya qurğuları daxildir;
- Proqram təminatı (software) – bu qola proqramlar aiddir;
- Verilənlər (data) – kompüterin yaddaşında saxlanılan nə varsa veriləndir. Adətən böyük həcmli verilənlər berilənlər bazasında saxlanılır;
- İstifadəçilər (uzers) – sistemdən istifadə edən insanlar;
- Proses (process) – hədəfə çatmaq üçün atılmış addımlar ardıcıllığıdır.
4 və 5-ci komponentlərə ətraflı baxaq:
İstifadəçilərin qrupları:
- Təsadüfi istifadəçi – xidməti vəzifəsi ilə bağlı olmadan informasiya sistemi ilə əlaqədə olan istifadəçi;
- Son istifadəçi – informasiya sistemi bu şəxslər üçün (onların istifadə etməsi üçün) nəzərdə tutulur;
- İnformasiya sistemləri (İS) heyəti – sistemi yaradanlar:
- Verilənlər bazasının inzibatçısı (database administrator) – bazanın yaradılması, qorunması kimi vacib işləri icra edir;
- Sistem analitiki (systems analyst) – informasiya sisteminin riyazi modelini qurur;
- Sistem proqramçısı (systems programmer) – sistem və ya şəbəkə proqramını işləyib hazırlayan mütəxəssis;
- Tətbiqi proqramçı (applications programmer) – bazada işləyən, sorğuları hazırlayan mütəxəssis.
- Daxili və ya xarici mənbələrdən informasiyanın daxil edilməsi;
- Giriş informasiyanın emalı və onun əlverişli şəkildə təqdim olunması;
- Müştərilərə təqdim edilməsi və ya başqa sistemə ötürülməsi üçün informasiyanın çıxışa verilməsi;
- Əks-əlaqə – giriş informasiyanın korrektəsi üçün sistemin istifadəçiləri tərəfindən emal edilmiş informasiya
- VBİS –lər informasiya sistemlərinin vacib tərkib hissəsidir. Bu sistemlər informasiyanın optimal şəkildə saxlanmasını, yüksəksürətli və effektiv axtarış aparılmasını, filtirləmələri təmin edir.
- Kiçik informasiya sistemlərində daha çox lokal VBİS-dən istifadə edilir. Böyük həcmə malik informasiya sistemlərində isə çoxistifadəçi rejimini dəstəkləyən müştəri-server arxitekturalı güclü VBİS-dən istifadə edilir.
- Çox istifadə edilən bəzi VBİS-lər: ORACLE, SQL Server, Informix, Sybase, DB2.
- İnformasiya və ölçmə sistemləri – araşdırılan obyekt haqqında məlumatlar xüsusi texnologiyalarla (sensorlar, radiodalğalar və s.) əldə edilir. İstifadə sahələri: kosmiq tədqiqatlar, tibb, seysmologiya.
- İnformasiya əldəetmə (axtarış) sistemləri – bura elektron lüğətləri, elektron ensklopediyaları, informasiya əldə etmək üçün nəzərdə tutulmuş müxtəlif sistemləri aid etmək olar;
- Sənədlərin idarəedilməsi (və ya elektron sənəd dövriyyəsi) sistemləri – bu sistemlərdən müəssisələrarası və ya müəssisədaxili yazışmalar zamanı istifadə edilir;
- Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD) – müxtəlif obyektlərin modellərinin (sadə alətlər, kosmik gəmilər, təyyarələr, . ) hazırlanması
- Ekspert sistemlər – hər hansı sahə üzrə biliklər (məlumatlar) bazası bu sistemlərin əsasını təşkil edir. Tibbi diaqnozların qoyulması, uzunmüddətli praqnozların verilməsi üçün bu sistemlərdən istifadə edilir;
- Avtomatlaşdırılmış idarəetmə sistemləri (və ya Sənayeyə nəzarət sistemləri) – müxtəlif texnoloji proseslərin və ya istehsalın tam şəkildə idarə edilməsinin təmin edən sistemlərdir;
- Coğrafi informasiya sistemləri – xəritələrin, sxemlərin, fəza verilənlərinin daxil edilməsini, saxlanmasını, əks etdirilməsini təmin edir;
- Öyrəcidi informasiya sistemləri – elektron dərsliklər, online testlər, öyrədici proqramlar (həmçinin təyyarə və kosmik gəmilərin idarə edilməsinin öyrədilməsi üçün vasitələr) bura daxildir.
- Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən verilənlərə coğrafi verilənlər və ya fəza verilənləri deyilir.
- Obyektlərin təsvir edilməsi zamanı müxtəlif atributlar (mətn, ədəd, qrafika, audio, video) istifadə edilir.
- Coğrafi informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin elmi, texniki, texnoloji, tətbiqi məsələləri ilə məşğul olan sahə geoinformatika adlanır.
- Coğrafi informasiya sistemlərində verilənlər bazası informasiya qatları şəklində təşkil edilir.
- Goğrafi informasiya sistemlərində təsvir edilən obyektlər 2 kateqoriyaya ayrılır:
- Kəsilməz obyektlər: relyef, yağıntı səviyyəsi, orta temperatur, .
- Diskret obyektlər: evlər, obyektlər, ərazi zonaları, .
GPS (Glogal Positioning Sysyem)
- Yer səthində və ya fəzada obyektlərin yerini, hərəkət sürətini təyin etmək üçün Qlobal Mövqetəyinetmə Sistemindən (GPS) istifadə edilir. Hal hazırda GPS-dən naviqasiya sistemlərində istifadə edilir.
- GPS kosmik, idarətetmə və istifadəçi olmaqla 3 əsas seqmentdən ibarətdir. Bu sistem peykdən qəbul etdiyi siqnallarla olduğu yerin koordinatlarını təyin edir.
Kadastr
- Hər hansı obyekt və ya hadisələr haqqında məlumatların (keyfiyyət, kəmiyyət göstəriciləri) saxlanıldığı coğrafi sistemlərə kadastr deyilir.
- Kadastrların yaradılması zamanı obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparılır.
- Katastrların növləri: su kadastrı, torpaq kadastrı, iqlim kadasrtı, meşə qadastrı, landşaft kadastrı, mineral resurslar kadastrı, .
QEYD: materialın hazırlanması zamanı əsasən orta məktəb İnformatika dərsliklərindən istifadə edilmişdir.
Kütləvi informasiya vasitələri haqqında
Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Kütləvi informasiya azadlığı
Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.
Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.
Maddə 2. Bu Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş bütün kütləvi informasiya vasitələrinə həmçinin onun hüdudlarından kənarda yaradılan kütləvi informasiya vasitələri məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə şamil edilir.
Maddə 3. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
kütləvi informasiya – axtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audio, audiovizual xəbər və digər məlumatlar;
kütləvi informasiya vasitələri – dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları; [1]
teleradio və kinoxronika proqramları – daimi adı, nömrəsi olan və ildə azı bir dəfə efirə buraxılan audio, audiovizual xəbər və materialların (verilişlərin) məcmusu; [2]
dövri mətbu nəşrlər – çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər; [3]
kütləvi informasiya vasitəsinin məhsulu – mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya vidioyazısının tirajı, yaxud tirajının bir hissəsi;
kütləvi informasiya vasitəsi məhsulunun yayılması – dövri mətbu nəşrlərin, teleradio proqramların, audio və ya videoyazılarının satılması və ya paylanması, teleradio proqramların yayımı, kinoxronika proqramlarının nümayişi;
ixtisaslaşmış kütləvi informasiya vasitələri – istehsalı (yayımı) üçün bu Qanunla xüsusi qaydalar müəyyən edilmiş kütləvi informasiya vasitələri;
//çıxarılıb////çıxarılıb////çıxarılıb// [4]
məsul redaktor – mətbu nəşrə rəhbərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən şəxs; teleradio təşkilatında verilişlərin (proqramların) yayımına icazə verən şəxs;
naşir – mətbu nəşrin məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən nəşriyyat, digər müəssisə (sahibkar), naşirə bərabər tutulan və əsas gəlir mənbəyi bu fəaliyyət növü olmayan fiziki və ya hüquqi şəxs;
yayıcı – redaksiya və ya naşirlə müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi informasiya vasitəsi məhsullarının yayılmasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
pornoqrafik materiallar – əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar;
oxşar ad – əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar. [5]
//çıxarılıb////çıxarılıb////çıxarılıb//
//çıxarılıb// [6]
Maddə 5. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyin [7]
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Televiziya və radio yayımı haqqında”, “Məlumat azadlığı haqqında”, “Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında”, //çıxarılıb// “Dövlət sirri haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası qanunlarından, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. [8]
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 6. Kütləvi informasiya vasitələrinin dili
Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri dövlət dilindən istifadə edirlər. [9]
Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiyanın istehsalı və yayımında Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış digər dillərdən istifadə etmək hüququ vardır. [10]
Maddə 6-1. Kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi [11]
Kütləvi informasiya vasitələri qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər.
KÜTLƏVİ İNFORMASİYA AZADLIĞININ ƏSASLARI
Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.
Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər. [12]
Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.
Maddə 9. Antiinhisar tədbirlər
Dövlət kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinə təminat verir, kütləvi informasiya vasitələri məhsullarının istehsalı və yayımı sahəsində inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısını almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görür.
Maddə 10. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Maddə 10-1. Gizli lent yazıları [14]
Gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
1) şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə.
2) məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur.
Maddə 11. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar [15]
Kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq şərt ilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına;
2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə;
3) təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat məlumatlarını yaymasına;
4) cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir.
Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllif açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun yaxud jurnalistin üzərinə düşür.
Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər:
1) insan həyatının müdafiəsi üçün;
2) ağır cinayətin qarşısını almaq məqsədi ilə;
3) ağır cinayət törətməkdə ittiham olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.
Bu maddənin birinci hissəsinin 3-cü bəndinin tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq hüququnu məhdudlaşdırmır.
Maddə 12. Müəlliflik hüququ və əlaqəli hüquqlarının obyektlərindən və oxucu məktublarından istifadə edilməsi
Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən kütləvi informasiya vasitələrinin istifadəsinə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə yol verilir.
Oxucu (dinləyici, tamaşaçı) məktubları dərc edilərkən (efirə verilərkən) onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa redaksiya oxucu (dinləyici, tamaşaçı) məktublarına cavab verməyə məcbur deyildir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa kütləvi informasiya vasitəsinin redaksiyası imtina etdiyi materiala dərc etməyə (efirə verməyə) məcbur edilə bilməz.
Maddə 13. Reklamın yayılması
Kütləvi informasiya vasitələrində reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və yayılır.
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN TƏŞKİLİNİN HÜQUQİ ƏSASLARI
Maddə 14. Kütləvi informasiya vasitəsinin təsis edilməsi [17]
Mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur.
Mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməyə borcludur. Müraciətdə aşağıdakılar göstərilməlidir:
mətbu nəşrin adı, məqsədi, dövriliyi, hüquqi ünvanı;
mətbu nəşrin təsisçisinin, varsa redaktorunun (baş redaktorunun) adı, soyadı;
mətbu nəşrin təsisçisi yaxud redaksiyası hüquqi şəxsdirsə, qeydiyyatdan keçirilmiş nizamnaməsi.
Dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi sənədlərə əlavə olunur. [18]
Mətbu nəşrin təsisçisi müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etmədən yayıldıqda yaxud müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanı həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər.
Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən (yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) və ya əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni və ya oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. [19]
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).
Bu maddənin beşinci hissəsində və bu Qanunun 21-ci maddəsində göstərilən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallardan başqa xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin kütləvi informasiya vasitələrini maliyyələşdirməsinə yol verilmir.
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər;
dövlət qeydiyyatından keçməyən yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə bilməzlər.
Teleradio yayımçısının təsis edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. [20]
Maddə 15.(Çıxarılıb) [21]
Maddə 16. İnformasiya agentliyi
Kütləvi informasiya vasitəsi redaksiyasının, naşirin, yayıcının bu Qanunla müəyyənləşdirilən statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə də şamil edilir.
İnformasiya agentliklərinin xəbər və materialları kütləvi informasiya vasitələrində və digər kütləvi informasiya agentliklərində yayılarkən mütləq həmin informasiya agentliyinə istinad edilməlidir. [22]
Maddə 17. Təsisçinin statusu
Təsisçi (həmtəsisçi) kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsini təsdiq edir, redaksiya ilə (redaktorla, baş redaktorla) müqavilə bağlayır, kütləvi informasiya vasitəsinin istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, onun maliyyə, avadanlıq və texniki təchizat məsələlərini həll edir.
Təsisçi kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək hüququna malikdir. Təsisçinin çıxış və bəyanatının maksimum həcmi redaksiyanın qeydiyyatdan keçirilmiş nizamnaməsində, yaxud təsisçi ilə baş redaktor (redaktor) arasında bağlanmış müqavilədə müəyyənləşdirilə bilər. Həmin çıxış, bəyanat və rəsmi məlumatlarla bağlı şikayət və iddialara görə təsisçi özü məsuliyyət daşıyır.
Təsisçi (idarə, müəssisə, təşkilat, dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər) ləğv olunarsa, əgər qeydiyyatdan keçirilmiş nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, redaksiya kollektivi eyni adlı kütləvi informasiya vasitəsi təsis etməkdə üstün hüquqa malikdir. [23]
Təsisçi bu Qanunda, nizamnamədə və redaksiya ilə (redaktorla, baş redaktorla) bağlanmış müqavilədə göstərilən hallar istisna olmaqla, kütləvi informasiya vasitəsinin istehsalına və ya yayımına müdaxilə etmir.
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri birgə təsisçi kimi fəaliyyət göstərirlər.
Maddə 18. Naşirin statusu
Naşir öz hüquqlarını bu Qanun, habelə Azərbaycan Respublikasının müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi əsasında həyata keçirir və həmin qanunvericiliyə uyğun şəkildə vəzifələr daşıyır.
Naşir eyni zamanda kütləvi informasiya vasitəsinin təsisçisi, redaksiyası, yayıcısı, redaksiya əmlakının mülkiyyətçisi ola bilər.
Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi
Kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. [24]
Prosesin tərkibi:
_____________________________
Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS):
__________________________
CASE proqramlaşdırma mühiti:
CASE (Computer Aided Software Engineering – kompüter dəstəkli proqram mühəndisliyi) – proqramlaşdırma mühiti mürəkkəb kompüter proqramlarının kodlaşdırılması, işlənib hazırlanması, modelləşdirilməsi kimi bütün mərhələlərini əhatə edir. CASE texnologiyalarının yaranmasına qədər mürəkkəb informasiya sistemlərinin yaradılması daha uzun və mürəkkəb proses idi.
Comments are closed, but trackbacks and pingbacks are open.