Press "Enter" to skip to content

Sosial informatikanın elmi-nəzəri əsasları araşdırılır

İnformasiya proseslərinin texniki təminatının bütün mərhələlərində informatika üçün əsas məsələ səmərəlilik məsələsi olmuşdur. Aparat vasitələri üçün səmərəlilik dedikdə, məhsuldarlığın dəyərə nisbəti nəzərdə tutulur. Proqram vasitələri üçün səmərəlilik istifadəçinin məhsuldarlığını ifadə edir. Proqramlaşdırmada səmərəlilik dedikdə, vahid vaxt ərzində proqramçının hazırladığı proqram kodunun həcmi nəzərdə tutulur. İnformatikada hər şey ciddi şəkildə səmərəliliyə yönəldilmişdir. İnformatika üçün bu və ya digər əməliyyatın necə icra edilməsi əsas olmasa da, vacibdir. Əsas məsələ odur ki, verilmiş əməliyyatı necə icra etməli ki, səmərəli olsun.

İNFORMATİKANIN ƏSASLARI (Dərs vəsaiti) Bakı – 2014 Giriş

Müasir dünya günbəgün virtuallaşmaqdadır. Yəni bu günədək həlli mümkün olmayan məsələlərin həlli mümkün olmaqdadır. Bu prosesin təməlində kompüterləşmə və informatlaşma dayanır.

Taxıl, polad, elektrik kimi, kompüter də İnsan həyatının ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bütün dünya ölkələri bu prosesin içində yeni məzmun kəsb edən mövcudluq formasına keçməkdədir.

Fizika, kimya, biologiya kimi fundamental təbiətşünaslıq elmlərindən biri olan

―İnformatika‖nın meydana gətirdiyi kompüter texnikası bəşəriyyətə informasiya-kommu- nikasiya texnologiyalarından (İKT-dən) bəhrələnmək imkanı yaratmışdır.

Hal-hazırda Cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu kompütersiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət və özəl qurumlar öz fəaliyyətlərində müasir İKT-dən get-gedə daha dolğun istifdə etməyə çalışırlar. Sosial-iqtisadi, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. fəaliyyət sahələri İKT-dən istifadə etməklə yeni məzmun kəsb etmişdir.

Bu baxımdan, İnformatika elminin tədrisi və təbliği son dərəcə aktuallaşmışdır. İnformatikanın ümdə məqsədi alqoritmik mədəniyyət formalaşdırmaqdır. Bu isə yeni düşüncə tərzi, dünyəvi biliklərə yiyələnmək, ümumbəşəri dəyərlərə sahib çıxmaq imkanı- nın reallaşması deməkdir.

İnformatika, Cəmiyyətin istifadəsinə təqdim etdiyi təməl ideyalar və prinsiplər əsasında yaradılmış bütün aparat və proqram vasitələrindən və bunlara söykənən İKT-dən hərtərəfli və səmərəli istifadə üsulları barədə biliklər sistemidir.

İnformatika təlimi get-gedə konkret aparat-proqram vasitələrinin xarakteristikasını arxa plana keçirməli və əsas diqqəti təməl ideyaların və prinsiplərin şərhinə yönəltməlidir.

Maddə, enerji və informasiya təbiətin təməl mahiyyətləri sayılır. Maddə və enerjinin dünyəvi və bəşəri rolu çoxdan dərk edilsə də, canlı və cansız təbiətdə informasiyanın rolu xeyli gec başa düşülmüşdür.

Maddə, enerji və informasiya kimi təməl mahiyyətlərin insana xidmət etməsində ən ümumi elmi instrument olan riyaziyyatın mühüm rolu vardır. İnsanın əldə etdiklərinin əksəriyyəti riyazi metodların tətbiqi ilə mümkün olmuşdur. Min illərdən bəri istifadə

edilən riyaziyyata nisbətən informatika olduqca gənc elm olub son bir-neçə on illik tarixə malikdir. Buna baxmayaraq, informatika riyaziyyat və digər elm sahələrini bəşəriyyətin həyatına daha dərin nüfuz etdirərək daha dərin dəyişikliklər törədə bilmişdir. Bu dəyişikliklərin olduqca böyük müsbət cəhətləri olsa da, təhlükəli tərəfləri də yox deyildir. Odur ki, informatikanın tədrisi həm də informatikanın yaratdığı imkanlardan ağılla və ehtiyatla istifadə edilməsi məsələlərini əhatə etməlidir.

Dərs vəsaiti 8 bölmədən ibarətdir.

Birinci bölmə ―İnformatikanın obyekti, predmeti və metodu‖ adlanır. Burada Dünyanın maddi-enerji və informasiya mənzərəsi, təbiətdə və cəmiyyətdə informasiyanın yeri və rolu, informatlaşdırmanın aparat və proqram aspektləri, informasiya cəmiyyəti və informatikanın predmeti və metodu barədə ardıcıl və yığcam məlumat verilərək müasir dövrün ümumi informasion anlamı barədə bitkin təsəvvür yaratmağa cəhd edilmişdir.

İkinci bölmə ―İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası‖ adı altında verilmişdir. Dərs vəsatinin ikinci bölməsində ―İnformasiya‖nın təməl elmi anlayış olması, onun fizikada, biologiyada, kibernetikada və informatikada mənalandırılması müxtə- lifliklərinin səbəbləri, informasiyanın kəmiyyət xarakteristikaları, təqdimatı və kodlaşdırılması məsələləri araşdırılmışdır.

Üçüncü bölmə ―İnformasiya emalının texniki vasitələri‖ adlandırılmışdır. Bu bölmədə ədədi informasiya emalı qurğuları və informasiya emalının instrumental vasitələrinin inkişafı, fərdi kompüterlərin aparat təminatı, informasiyanın kompüter yaddaşında təsviri, kompüterin təşkili və fəaliyyəti yığcam şəkildə nəzərdən keçirilmişdir.

Dördüncü bölmə ―Kompüterin hesabi və məntiqi əsasları‖na həsr edilmişdir. Dördüncü bölmədə ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi, məntiqin əsasları və kompüterin məntiqi əsasları, ədədi, mətni, qrafik və səs informasiyasının kompüterdə təqdim və təsviri öz əksini tapmışdır.

Beşinci bölmə ―İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının əsasları‖ adlanır. Bu bölmədə alqoritmləşdirmənin əsasları və proqramlaşdırma, o cümlədən, Visual Basic və VBA dillərində proqram layihələrinin hazırlanmasına nümunələr verilmişdir.

Altıncı bölmə ―Kompüter sistemlərinin proqram təminatı‖nı özündə əks etdirir. Altıncı bölmədə kompüter sistemlərinin proqram təminatının tipologiyası, sistem proqram təminatı, o cümlədən əməliyyat sistemləri, proqramlaşdırma texnologiyalarının instru-

mentariyası və tətbiqi proqram təminatı, o cümlədən, tətbiqi proqram təminatına
nümunələr kimi mətn redaktoru, elektron cədvəllər və qrafik redaktor barədə yığcam məlumat öz əksini tapmışdır.

Yeddinci bölmə ―Kompüter şəbəkələrinin arxitekturası‖ adlanır. Dərs vəsaitinin yeddinci bölməsində kompüter şəbəkələrinin qurulması və fəaliyyətinin təməl prinsipləri şərh edilmişdir.

Səkkizinci bölmə ―İnformasiya sistemləri və texnologiyaları‖na həsr edilmişdir. Burada informasiya emalının müasir üsulları, informasiya sistemlərinin baza texnologiya- ları, o cümlədən, VB texnologiyaları, mətn axtarışı texnologiyaları, Veb texnologiyaları şərh edilmişdir.

Bölmə 1. İnformatikanın obyekti, predmeti və metodu

    1. Dünyanın maddi-enerji mənzərəsi.Fizika və kimyanın təsvir etdiyi dünya mikro, makro və meqa aləmlər iyerarxiyasından ibarətdir. Bu təsvirə görə, Kainat maddi- enerji mahiyyətli varlıqdır. Bu varlıq elementar zərrəciklərdən qalaktikalaradək, bioloji sistemlərdən insana, cəmiyyətə və texnikayadək son dərəcə mürəkkəb strukturlar iyerarxiyasıdır.
    2. Dünyanın informasiya mənzərəsi.Bizi əhatə edən aləm maddi-enerji mahiyyətli olsa da onun informasiya təsviri daha əhəmiyyətlidir. Çünki müxtəlif təbiətli mürəkkəb sistemlərin qurulması və fəaliyyət göstərməsi yalnız informasiya aspektində izah edilə bilir. Bu aspekt əvvəlcə kibernetikada, sonra isə biologiyada tədqiqat təməli kimi seçilmişdir. 20-ci əsrin sonlarından etibarən isə bu təməl üzərində dünyanın informasiya mənzərəsi yaradılmışdır. Beləliklə, informasiya mənzərəsi dünyanın maddi-enerji mənzərəsini tamamlamışdır.
    3. İnformasiyabiətdə. Termodinamikanın ikinci qanununa görə, qapalı sistemə kənar təsir olmadıqda həmin sistem termodinamik tarazlığa can atır. Yəni quruluş dağılır, qaydasızlıq, xaos yaranır. Qaydasızlıq ölçüsü olan entropiya artır, sahmanlılıq ölçüsü olan neqentropiya 1 azalır. Bu baxımdan, Kainatı ―istilik ölümü‖ deyilən fəlakət gözləyir. Lakin sonrakı tədqiqatlar bu təhlükənin əsassız olduğunu sübut etmişdir. Belə ki, təbiətdə gedən proseslər bir istiqamətli deyil, dissipativ xarakterlidir, yəni bir-birinə qarşı gedən iki istiqamətli proseslərdir. Çünki yalnız bütövlükdə Kainat mütləq bütöv qapalı sistemdir, qalan bütün sistemlər hissəvi açıq sistemlərdir. Odur ki, Kainatın tərkibi və quruluşu daim dəyişmədə, mütəmadi inkişafda mövcuddur. Lakin inkişaf heş də həmişə tərəqqi anlamında başa düşülən deyil. Belə ki, inkişaf tərəqqi, durğunluq və tənəzzül şəklində təzahür edən prosesdir. Yalnız tərəqqi halında informasiya artır. Durğunluq və tənəzzül

    Artıq sübut olunmuşdur ki, informasiyanın alınması və emalı canlı orqanizmin həyat fəaliyyəti üçün əsas şərtdir.

    1 neqativ entropiya, anti entropiya, informasiya

      1. Canlıtəbiətinformasiya. Canlı aləmin əsas və başlıca əlamətlərindən biri müxtəlif informasiyanı qəbul etmək, ötürmək, yadda saxlamaq və müəyyən mənada emal etmək qabiliyyətidir. Bu qabiliyyət heyvanlara, bitkilərə və hətta bakteriyalara da xasdır. Canlılar informasiyanı təkcə qəbul etmir, həm də ətrafa informasiya ötürə bilir. İnformasiya hiss üzvləri vasitəsilə dərk edilir ki, bunların da hər biri ayrıca informasiya daşıyıcısıdır. Bu baxımdan, informasiya daşıyıcısı dedikdə, informasiyanı saxlayan və ya ötürən ixtiyari maddi mühit nəzərdə tutulur. Bütün canlıların, o cümlədən, insanın həyat fəaliyyəti informasiya mübadiləsi mühitində baş verir. İnsanın danışıq dili canlı təbiətdə ən mükəmməl informasiya mübadiləsi üsuludur ki, bunun da tarixi milyon ilə yaxındır. İnformasiya mübadiləsi dedikdə, məzmununa məhəl qoyulmadan xəbər ötürmə və ya qəbuletmə prosesi nəzərdə tutulur. İnsanın danışıq dili, ilk növbədə, informasiya mübadiləsi funksiyasını icra etsə də, bununla yanaşı, bilik toplanmasının da mühüm vasitəsi kimi çıxış etməkdə idi. Bilik – predmet və hadisələrin dərk edilmiş və yadda saxlnılmış xassələri, əlaqə və münasibətləri sistemidir. İnformasiya mübadiləsi hiss üzvlərinin işidirsə, biliyin yaranması, yığılması və təkmilləşdirilməsi də beynin işidir. Bu baxımdan, bəşər tarixi həm də bilik toplanması tarixidir. İnsanın inkişafı informasiyanın qəbulu, saxlanması, emalı və ötürülməsinin vasitə və üsullarının inkişafı ilə birbaşa bağlıdır.
      2. Genetikinformasiya. İstənilən canlı orqanizm, o cümlədən, insan irsi ötürülən genetik informasiya daşıyıcısıdır. Genetik informasiya hüceyrəni təşkil edən DNK molekullarının ayrı-ayrı hissələrində (genlərdə) saxlanır. Hər bir gen orqanizmin müəyyən quruluş və fəaliyyət sahəsinə cavabdehdir. Orqanizmin təşkili səviyyəsi genlərin sayı ilə müəyyən edilir. İnsan orqanizmində 20 mindən artıq gen vardır.
      3. İnsaninformasiya. İnsan informasiya dünyasında yaşayır. O, ətraf aləmi öz hiss üzvləri vasitəsilə informasiya alaraq dərk edir. Aldığı informasiyanın 90%-ni görmə hissi ilə, 9%-ni eşitmə, 1%-ni digər 2 hiss üzvləri ilə əldə edir. Hiss üzvləri ilə aldığı infor- masiyanı insan yaddaşında saxlayır. İnsan təfəkkürü (düşüncəsi) beyində gedən informasiya emalı prosesi kimi təsəvvür edilir. İnsan təfəkkürü dünyanın informasiya modelini yaradır.
        1. İnformasiya və cəmiyyət.İnsanlar arasında ünsiyyət informasiya mübadiləsi şəklində baş verir. İnformasiya mübadiləsi yazılı, şıfahi və jestlərlə həyata keçirilə bilir. İnformasiya dil vasitəsi ilə ötürülür. İnformasiyanın başa düşülməsi üçün dil ümumi olmalıdır. Dillərin çoxluğu informasiyanın ötürülməsi imkanlarını genişləndirir və seçim imkanlarını artırır. İnsan cəmiyyəti tarixinə, müəyyən mənada, informasiyanın yığılması və emalı tarixi kimi baxmaq mümkündür. Dərketmə prosesi informasiyanın alınması, saxlanması və emalı proseslərinin məcmusudur. Alınmış informasiya müxtəlif daşıyıcılarda (saxlayıcılarda), kitablarda, audio-video kassetlərdə, maqnit və lazer disklərində saxlanır.
          1. İnformasiya prosesləri texnikada.İnformasiya prosesləri təbiətə, insana və cəmiyyətə xas olduğu kimi, texnikaya da xasdır. Texniki qurğuların normal fəaliyyəti idarəetmə prosesləri ilə bağlıdır ki, bu da mahiyyətcə, informasiyanın alınması, caxlanması, emalı və ötürülməsi proseslərinin məcmusundan ibarətdir. Bəzi hallarda idarəetmənin əsas ağırlığını insan öz üzərinə götürməli olur. Digər hallarda idarəetmə sırf maşının işidir.
          2. İnformatlaşdırmanın aparat və proqram vasitələri.İnformasiyanı rəqəm forma- sında kodlaşdıran, emal edən, saxlayan, ötürən xüsusi texniki qurğular, kompüter, printer, skaner, modem və s. yaradılmışdır. Bu qurğular informatlaşdırmanın aparat vasitələridir. İnformatlaşdırma dedikdə, müxtəlif profilli mütəxəssislərin peşəkar fəaliyyətində, tədrisdə, elmi-tədqiqatda, idarəçilikdə, inzibatşılıq fəaliyyətində, məişətdə, asudə vaxtda müasir informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur.

          informatlaşdırmanın proqram vasitələri deyilir.

            1. İnformasiya və kommunikasiya texnologiyaları.Kompüterdə mətn redaktoru- nun köməyi ilə sənəd hazırlamaq üçün mətn informasiyasının emalı texnologiyasından, qrafik redaktordan istifadə etməklə şəklin redaktə edilməsi üçün qrafik informasiyanın emalı texnologiyasından, elektron cədvəllərdən istifadə etməklə müxtəlif hesablamaların aparılması üçün isə ədədi informasiyanın emalı texnologiyasından istifadə edilir.

            Lazımi informasiyanın qlobal kompüter şəbəkəsi olan İnternetdə axtarılması və əldə edilməsi kommunikasiya texnologiyalarından istifadə edilməsini tələb edir.

              1. İnformasiya cəmiyyəti.Fərdi kompüterlərin kütləvi istehsalı və İnternetin misilsiz sürətlə genişlənməsi inkişaf etmiş dünya ölkələrində informasiya cəmiyyətinin bərqərar olmasını əhəmiyyətli dərəcədə sürətləndirmişdir. İnformasiya cəmiyyətində əsas resurs informasiyadır. İstənilən fəaliyyəti yalnız informasiyanın köməyi ilə səmərəli etmək mümkündür. İnformasiya cəmiyyətində əhalinin böyük hissəsi informasiyanın emalı sferasında məşğul olur, gündəlik həyatında və istehsal fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə edir.
                1. İnformatika.Dünyanın tədqiqinə informasiya yanaşması informatika çərçivəsin- də həyata keçirilir.

                istismarı ilə bağlı ideya və metodlar sistemi nəzərdə tutulur.

                8
                İnformatikaya verilən bəzi təriflərlə tanış olaq:

                İnformatika – informasiya və informasiya prosesləri, informatlaşdırmanın aparat və proqram vasitələri, informasiya və kommunikasiya texnologiyaları və həmçinin, informat- laşdırma proseslərinin sosial aspektləri haqqında kompleks elmdir.

                İnformatika – hesablayıcı texniki vasitələrin köməyi ilə verilənlərin yaradılması, saxlanması, təkrar istehsalı, emalı və ötürülməsi, həmçinin həmin texniki vasitələrin fəaliyyəti və idarə edilməsi prinsipləri haqqında kompleks texniki elmdir.

                İnformatika – informasiyanın ümumi xassələrini və kompüter sistemlərinin köməyi ilə onun yaradılması, saxlanması, axtarışı, dəyişdirilməsi və istifadə edilməsi qanuna- uyğunluqlarını və üsullarını öyrənən elmdir.

                İnformatika – ixtiyari 3 təbiətli obyektlərdəki informasiya və onun elektron vasitə-

                lərin tətbiqi ilə yığılması, saxlanması, işlənməsi və təqdim edilməsi haqqında elmdir.

                İnformatika – təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən hadisələrlə bağlı olan informasiya prosesləri haqqında elmdir.

                İnformatika – informasiyanın ümumi xassələri və qanunauyğunluqları, həmçinin, informasiyanın axtarışı, ötürülməsi, saxlanması, emalı və insan fəaliyyətinin müxtəlif sferalarında istifadə edilməsi metodları haqqında elmdir. Bu, elm kimi, EHM-in meydana gəlməsi nəticəsində formalaşmışdır. Başqa sözlə, informatikanın yaranması verilənlərin maşın daşıyıcılarında qeyd edilməsi, yığılması, emalı və ötürülməsi ilə bağlı olan yeni informasiya texnologiyalarının meydana gəlməsi və yayılması ilə şərtlənmişdir.

                İnformatikanın tərkibinə: informasiyanın kodlaşdırılması nəzəriyyəsi, proqram- laşdırma dilləri və metodlarının işlənib hazırlanması, informasiyanın ötürülməsi və emalı proseslərinin riyazi nəzəriyyəsi daxildir.

                Bu təriflər göstərir ki, informatikanın fəaliyyət dairəsi ―kompüter haqqında elm‖ olmaqdan daha genişdir.

                Beləliklə, informatikanın obyekti – informasiya prosesləri, predmeti – bu proseslərin substratı olan informasiyanın emalı, metodu isə sözügedən emal prosesinin səmərəli 4 avtomatlaşdırılmasıdır.

                3 texniki, bioloji, sosial

                4 optimal
                Bütün bu deyilənlər göstərir ki, İnformatika, ilk növbədə, yeni məsələlərin həllini, ikinci növbədə isə ənənəvi məsələllərin yeni qoyuluşda həllini gerçəkləşdirməyə dair biliklər sistemidir.

                İnformatikanın predmetini aşağıdakılar təşkil edir:

                -hesablayıcı texniki vasitələrin aparat təminatı;

                -hesablayıcı texniki vasitələrin proqram təminatı;

                -aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələri;

                -insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələri.

                Qarşılıqlı fəaliyyət vasitələri informatikada interfeys adlandırılır. Buna görə də aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələrinə aparat-proqram interfeysi, insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələrinə isə istifadəçi interfeysi deyilir.

                İnformatika elminin əsas məsələsi hesablayıcı texniki vasitələrin aparat və proqram vasitələri ilə işin qayda və metodlarını sistemləşdirməkdən, sistemləşdirmənin məqsədi isə qabaqcıl və səmərəli texnologiyaların seçilməsindən, tətbiqindən və inkişaf etdirilməsin- dən ibarətdir.

                İnformatika praktiki elmdir. Bu o deməkdir ki, informatikanın nailiyyətləri təcrübədə yoxlanılır və səmərəlilik kriterisi üzrə qiymətləndirilərək tətbiq edilir. Bu baxımdan, informatikanın əsas məsələsinin tərkibində aşağıdakı əsas istiqamətləri ayırırlar:

                -hesablayıcı sistemlərin arxitekturası (verilənlərin avtomatik emalı üçün nəzərdə tutulmuş sistemlərin yaradılması qaydaları və metodları);

                -hesablayıcı sistemlərin interfeysləri (aparat və proqram təminatlarının idarə edilməsi qaydaları və metodları);

                -proqramlaşdırma (məsələ komplekslərinin işlənib hazırlanması qaydaları və metodları);

                -informasiyanın qorunması (verilənlərin qorunması priyomlarının ümumiləşdirilməsi, mühafizə metodları və vasitələrinin işlənib hazırlanması);

                -avtomatlaşdırma (aparat-proqram vasitələrinin insan müdaxiləsi olmadan fəaliyyət göstərməsi);

                -standartlaşdırma (aparat və proqram vasitələri arasında və müxtəlif hesablayıcı

                sistem tiplərinə aid olan verilənlərin təsviri formatları arasında uyuşanlığın təmin edilməsi).

                İnformasiya proseslərinin texniki təminatının bütün mərhələlərində informatika üçün əsas məsələ səmərəlilik məsələsi olmuşdur. Aparat vasitələri üçün səmərəlilik dedikdə, məhsuldarlığın dəyərə nisbəti nəzərdə tutulur. Proqram vasitələri üçün səmərəlilik istifadəçinin məhsuldarlığını ifadə edir. Proqramlaşdırmada səmərəlilik dedikdə, vahid vaxt ərzində proqramçının hazırladığı proqram kodunun həcmi nəzərdə tutulur. İnformatikada hər şey ciddi şəkildə səmərəliliyə yönəldilmişdir. İnformatika üçün bu və ya digər əməliyyatın necə icra edilməsi əsas olmasa da, vacibdir. Əsas məsələ odur ki, verilmiş əməliyyatı necə icra etməli ki, səmərəli olsun.

                Sosial informatikanın elmi-nəzəri əsasları araşdırılır

                İnsanların sosial həyatının informasiya kommunikasiya texnologiyalarından (İKT) asılılığı, bununla əlaqədar yaranan problemlər və sosial dəyişikliklər alimləri düşündürməkdədir. Sosiologiya ilə informasiya texnologiyalarının sintezi əsasında yaranan sosial informatika üzrə tədqiqatlarda əsas məqsəd İKT vasitəsilə insanın sosial-iqtisadi həyatında və cəmiyyətin inkişafında mümkün təhlükə və imkanların qiymətləndirilməsidir.

                AMEA İnformasiya Texnologiyaları İnstitutunda sosial proseslərin İKT vasitəsilə analizinə başlamaq üçün sosial informatikanın elmi-nəzəri əsasları araşdırılır.

                İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu sahə üzrə cəmiyyətdə informasiyanın təsiri məsələləri, sosial proseslərdəki qanunauyğunluqlar, bu proseslərin analizi üçün nəzərdə tutulan metod və vasitələr araşdırılır. Sosial informatika sahəsində İKT vasitələrindən istifadə etməklə ölkədə və dünyada baş verən sosial proseslərin modelləşdirilməsi və proqnozlaşdırılması üçün ümumi intellektual sistem yaradılır.

                © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
                Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

                Bizi sosial şəbəkələrdə izləyin

Comments are closed, but trackbacks and pingbacks are open.