Press "Enter" to skip to content

Qazma mühəndisliyi socar aqş

SOCAR AQS est sur Facebook. Pour entrer en contact avec SOCAR AQS, inscrivez-vous à Facebook aujourd’hui.

Facebook

Vous utilisez un navigateur qui n’est pas compatible avec Facebook. Vous avez été redirigé vers une version plus simple afin de bénéficier d’une expérience optimale.

SOCAR AQS est sur Facebook. Pour entrer en contact avec SOCAR AQS, inscrivez-vous à Facebook aujourd’hui.

SOCAR AQS est sur Facebook. Pour entrer en contact avec SOCAR AQS, inscrivez-vous à Facebook aujourd’hui.

SOCAR AQS

@SOCARAQSLLC

Afficher toutes les photos
À propos de SOCAR AQS

SOCAR AQS is an integrated drilling and well services management company established in 2007 between State Oil Company of Azerbaijan Republic (SOCAR), Nobel Energy and Absheron Qazma LLC (AQS).

The company has many years of experience in the field of oil and gas well drilling industry while providing advanced drilling technologies and applying new management methods. SOCAR AQS has pioneered innovative approach in the national drilling industry, and it has a proven track record of excellence in delivering safe and reliable solutions.

SOCAR AQS is a member of International Association of Drilling Contractors since 2009, and it has fully complied with all applicable international standards.

The following below values unite us as a company and inspire us to make further progress:

Safety
People-oriented
Integrity
Excellence
Innovation

Qazma mühəndisliyi socar aqş

Cənab Apparao Çerukuri yüksək təzyiqli qaz quyularının layihələndirilməsi, planlaşdırması və istismarı, üstün mühəndislik bacarıqlarının nümayiş etdirilməsi, QM komandasına rəhbərlik edilməsi, kompleks quyuların istismarı üzrə beynəlxalq miqyasda neft və qaz sahəsində 34 ildən çox təcrübəyə malikdir.

Cənab Çerukuri Hindistanda neft-qaz hasilatı sahəsində aparıcı şirkətlərdən biri olan “Oil and Natural Gas Corporation Limited”-də Qazma mühəndisi kimi işə başlamışdır. Karyerasını Assamda yerləşən “ONGC” şirkətində davam etdirərək KG hövzəsində Rəhbər Mühəndis (Qazma) vəzifəsinə yüksəlmişdir.

Daha sonra, o, Omanda “Petroleum Development of Oman (Shell JV)” şirkətində aparıcı qazma mühəndisi/qazma rəhbəri kimi beş il çalışmışdır. Bu müddət ərzində quruda istismar quyularının təslimini həyata keçirilmiş və zavod tipli qazma rejimində quyuların təslimini xeyli təkmilləşdirmişdir. Komandanın bir hissəsi neftin ikinci dərəcəli hasilatı metodu , qatı neft üçün kimyəvi həlledicinin tətbiqi, köpüklü sementləmə kimi bir neçə yeni texnologiyanı sınaqdan keçirmişdir. Kəşfiyyat quyusunun planlaşdırılması və istismarı, 24 klaster yatağı üçün quyu konstruksiyalarının hazırlanması və optimallaşdırılması kimi fəaliyyətləri də həyata keçirmişdir.

O, “BP Azərbaycan” şirkətinə Aparıcı Qazma Mühəndisi kimi qoşulmuş və 8 il fəaliyyət göstərmişdir. QM (qazma mühəndisləri) komandasına rəhbərlik etməklə, “Şahdəniz” layihəsində “Çıraq” neft yatağındakı genişlənmiş quyularda və sualtı yüksək təzyiqli dərin qaz quyularında yanakı quyu lüləsini istismara vermişdir. BP portfelində strateji əhəmiyyət kəsb edən kompleks Şahdəniz quyularının (Sualtı, dar PPFG (məsamə təzyiqi/layın qradient təzyiqi), dərin YT qaz) təslimini həyata keçirmişdir.

2021-ci ildə cənab Çerukuri SOCAR AQŞ-də Qazma Mühəndisliyi üzrə Direktor vəzifəsində fəaliyyətə başlamışdır.

Cənab Çerukuri Mühəndis Mexanikası üzrə bakalavr, Maliyyə üzrə magistr dərəcəsinə malikdir.

SOCAR AQŞ məzunlar üçün karyera imkanları yaratmağa davam edir

SOCAR AQŞ-nin 2022-ci il üzrə Təcrübə Proqramı uğurla başa çatıb. Proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Fransa Azərbaycan Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri təcrübə qazanmaq və karyerə yolunda uğurla addımlamaq üçün iştirak ediblər.

Satınalma və təchizat zəncirinin idarə edilməsi, geologiya və yeraltı əməliyyatlar, eləcə də qazma mühəndisliyi ixtisası üzrə yeni bilik və bacarıqlara yiyələnən 8 təcrübəçi proqramı uğurla bitiriblər.

Proqramın sonunda qazma mühəndisliyi ixtisası üzrə təcrübə qazanmaq imkanı əldə edən Həmzət Hudulov və Gündüz Mahmudov SOCAR AQŞ-nin onlara texniki biliklərdən əlavə praktiki iş bacarıqlarını aşıladığını, şirkət daxilində peşəkar mühəndislər ilə beynəlxalq standartlar və şirkət dəyərləri çərçivəsində əvəzolunmaz biliklər əldə etmək imkanları qazandıqlarını vurğulayıblar. Komanda rəhbərləri və mentorlar tərəfindən təcrübəçilərin inkişafına birbaşa nəzarət edilməsi və hər cür dəstəyin göstərilməsi onların bu peşə üzrə ixtisaslaşması yolunda əsas rollardan birini oynayıb. Hər iki təcrübəçi proqramı uğurla tamamladıqdan sonra Həmzət Hudulov gələcək üçün planlarını təhsil yönümlü seçdiyi halda, Gündüz Mahmudov SOCAR AQŞ ailəsinə qoşularaq karyerasını kiçik qazma mühəndisi kimi davam etdirir.

Geologiya və yeraltı əməliyyatlar şöbəsində təcrübə proqramına qoşulan Rövşən Ələsgərov, Əmir Əliyev və Toğrul Babayev proqram haqqında SOCAR AQŞ-də əldə olunmuş biliklərin onlara karyeraları ilə bağlı daha real və əsaslandırılmış qərarlar qəbul etməyə imkan verəcəyini və qazma sənayesində lider şirkət kimi ən yaxşı təcrübə imkanı olduğu fikirlərini bizimlə bölüşüblər. Təcrübə proqramını müvəffəqiyyətlə tamamlayan Əmir Əliyev və Toğrul Babayev öz təhsillərini davam etdirməyi qərara aldığı halda, Rövşən Ələsgərov peşəkar fəaliyyətini SOCAR AQŞ kollektivinə qoşularaq təcrübəçi geoloq rolunda davam etdirir.

Təcrübələrini satınalma və təchizat zəncirinin idarə edilməsi şöbəsində tamamlayan İlkin Səfərli, Günel Zeynallı və Sona Qənbərova nəzəri biliklərinin praktikada səmərəli istifadə edilməsi və layihələrin düzgün idarə edilməsi mövzusunda SOCAR AQŞ-nin töhfəsinin əvəzolunmaz olduğunu bildiriblər. Proqramı uğurla başa vuran təcrübəçilərdən İlkin Səfərli satınalma və təchizat zəncirinin idarə edilməsi komandasında gələcək karyera yoluna davam edir.

Təcrübəçilərlə görüşən Baş direktor Samir Mollayev onları proqramı bitirmələri münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu edib. Samir Mollayev SOCAR AQŞ-nin hər zaman gənclər üçün yeni fürsətlər yaratdığını, bundan sonra da təcrübə qazanma və karyera qurmaları istiqamətində onlara dəstək göstərəcəklərini bildirib.

Proqram sonunda hər bir iştirakçı sertifikatlarla təltif olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.