Press "Enter" to skip to content

Məktəbəqədər ingilis dili və rus dili dərsləri

5-6-7-8-ci siniflər Dərslər həftədə 2 dəfə 90 dəqiqə olur Fərdi və qrup şəklində olur Qrammatika və danışıq daxildir.

Ingilis dili məktəbəqədər

STİMUL ümumi ingilis dilini Beynəlxalq standartlar əsasında öyrənmək istəyənləri, dil üzrə əsas bacarıqlarını, Danışıq, Dinləmə, Yazma və Oxuma, Qramatika və Söz Ehtiyyatını artırmağı (Reading, Writing, Listening, Speaking, Grammar, Vocabulary) hədəfləyən hər kəsi kurslarımızdan faydalanmağa dəvət edir.

Proqrama əsasən ingilis dili kurslarının tədrisi 3 fərqli paketlə, Standart, İntensiv və Tam intensiv formada həyata keçirilir. Standart paketdə həftədə 3 saat dərs (seçim əsasında həftədə 2 dəfə, hər dərs 1 saat yarım və ya həftədə 3 dəfə, hər dərs 1 saat), 2 saat Film saatı və əlavə olaraq 3 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur. İntensiv və Tam intensiv tədris zamanı həftəlik dərs saatları artırılır. Dərslər fərdi və ya qrupda olmaqla tədris olunur.

Conversation Clubs

Səviyyələr üzrə Danışıq klubunun (Conversation Club) üstün cəhətləri:

  1. Hər Səviyyə üzrə fərqli günlər və saatlarda təşkil olunur (məqsəd yuxarı və aşağı dil biliyi olan tələbələr arasında kompleks yaratmamaqdır);
  2. 10 ildən çox iş təcrübəsi olan yerli moderatorlar və Avropalı könüllülər tərəfindən keçirilir;
  3. 14 yaşdan yuxarı arzu edən bütün tələbələrimizə iştirak ödənişsizdir

Keçirilmə vaxtları:

  1. Şənbə günləri – Beginner və Elementary səviyyələri üzrə saat 11:00; Pre-Intermediate, Intermediate və Upper-Intermediate səviyyələri üzrə saat 12:30
  2. Bazar günləri – Pre-Intermediate və yuxarı səviyyələri üzrə saat 14:00;

Film günləri:

  1. Hər dərs günü dərsdən sonra film izləmə və filmin dizkusiya-müzakirəsi

Ödəniş:

Kursun Adı

Həftəlik tədris müddəti / Saat

Aylıq Qiymət / AZN

Dərs

Danışıq Klubu və Film Saatı

CƏMİ Saat

Fərdi tədris

Standart Qrup / 2-5 nəfər

Ümumi İngilis dili kursları (standart paket) + kitab hədiyyə

Biznes İngilis dili

Neft və Qaz üçün İngilis dili

Texniki İngilis dili

Hüquqşünaslar üçün İngilis dili

Tibbi İngilis dili

Kursa başlamadan öncə ingilis dili səviyyənizi müəyyənləşdirəcək Placement test və şifahi danışıq yoxlama keçirilir.

Ümumi İngilis dili hər səviyyə üzrə 32 dərs saatı nəzərdə tutulub.

General English

Dünya standartlarına uyğun olaraq (TEFL – Teaching English as a Foreign Language) ingilis dilinin tədrisi 6 mərhələdən ibarətdir. Bizim Tədris mərkəzində bu standartlara uyğun olaraq ingilis dili 6 mərhələdə tədris olunur.

  • Başlanğıc Səviyyə (Beginner level)
  • Elementar Səviyyə (Elementary level)
  • Aşağı Orta Səviyyə (Pre-Intermediate level)
  • Orta Səviyyə (Intermediate level)
  • Yüksək orta Səviyyə (Upper Intermediate level)
  • Mükəmməl səviyyə (Advanced level)

1-ci səviyyə – Beginner

Bu səviyyə sıfırdan başlayaraq təhsil alan tələbələr ücün nəzərdə tutulur. İlkin səviyyədə dilin öyrənilməsində sonrakı mərhələ üçün əsas qoyulur və təhsil prosesinin özünə maraq yaradılır. Material düşünülərək və metodiki səviyyədə verilir. Leksika bölməsi dəqiqliklə hazırlanmışdır. Praktik tapşırıqların məqsədi ünsiyyət təcrübəsinin inkişafı və onun real vəziyyətlərdə əminliklə istifadəsidir. Proqrama fonetika, qrammatikanın əsasları və danışıq daxildir. Təhsili bitirdikdən sonra tələbə çətin olmayan mətnləri oxuya bilər və məişət mövzularında söhbətlər apara bilər.

Məşğələlərdə mövcud olan dostluq atmosferi dil baryerindən azad olmaq imkanı verir. Tədris Britaniyanın və ABŞ-ın aparıcı nəşriyyat evlərinin ən müasir dərs vəsaitləri üzrə aparılır.

Əsas məqsədlərimiz aşağıdakılardan ibarətdir:

  • Tələbələri ingilis dilinin ilkin qrammatik qaydaları ilə tanış etmək
  • Söz ehtiyatı yaratmaq
  • Oxumağı və yazmağı öyrətmək

Bu səviyyədə tələbələr aşağıdakıları öyrənəcəkələr:

  • Gündəlik sadə ifadələrdən istifadə etməyi
  • Özünü təqdim etməyi və sadə suallar verməyi
  • Gündəlik məsələlərə (tələbənin özü və ailəsi haqqında ən əsas məlumatlar, alış-veriş, iş həyatı və s.) aid cümlələri və ifadələri başa düşməyi

Kursa daxildir:

  • Oxu, yazı, dinləmə və danışıq: Burada özünü təqdimetmə və salamlama, adlar, ölkələr və millətlər, iş və iş yeri, musiqi, filmlər, televiziya programları, əyləncə, dəvətlər, zaman işlədilərək cümlələrin qurulması və s. öyrədilir.
  • Dinləmə – adları, ölkə adlarını, gündəlik iş cədvəli haqda söhbətləri və s. dinləməkdən ibarətdir.
  • Oxu – məşhur şəxslər, iş axtaranlar, onlayn alış-veriş və digər mövzularda olan qısa mətnlərdən (300-600 söz həcmində) ibarətdir.
  • Yazı hissəsi şəxsi suallar, sinif yoldaşının tərcümeyi-halı, müxtəlif ölkələrdə qiymət fərqləri və s. mövzularda sualların yazılmasından ibarətdir.

Qrammatikanın öyrədilməsi: “Wh”-lə başlanan suallardan, “be/do” felləri ilə düzələn cümlələrdən, “hə/yox” sualları və “be/do” ilə olan cavablardan, mübtəda, əvəzlik, sifətlərlərdən, indiki zamanda olan cümlələrdən və s. ibarətdir.

2- ci səviyyə – Elementary

“ Elementary ” mərhələsi inglis dilinin qrammatikası və danışıq təcrübəsi haqqında əsaslı məlumatı olan amma kifayət qədər söz ehtiyyatı olmayan tələbələr üçün nəzərdə tutulur. Proqram 4 növ istiqamətin inkişafı üçündür.

  • Müəllimlə tələbənin söhbəti (nitq qavrama qabiliyyəti)
  • Oxuma
  • Məktublar
  • Danışıq

Bu səviyyədə əsas məqsəd

  • Danışıq və yazıdakı dəqiqliyi və səlisliyi artırmaq
  • Oxu qabiliyyətini inkişaf etdirmək
  • Yazı qabiliyyətini inkişaf etdirmək

Bir dərsdə 30-35 yeni söz daxil olmaqla gündəlik həyatda istifadə olunan mövzular işlənilir, həmçinin ingilis dilinin əsaslı qrammatikası (əsas zaman formaları və qrammatik konstruksiyalar), dərsdə və evdə aparılan söhbətlər və ev tapşırığı çərçivəsində yazılı tapşırıqlar bura daxildir. Kursu bitirdikdən sonra tələbə mətnin və danışığın əsas məzmununun anlayışını, səyahətlərdə və adi həyat situasiyalarında danışmağı, eşidilənlər və oxunanlar əsasında qısa məlumatlar verilməsini, adi və şəxsi məktubların yazılmasını həyata keçirə bilər.

İlk dərslərdən ingilis dili ilə düzgün məşğul olmaq haqqında təsəvvür verən xüsusi metodikadan istifadə edilir. Proqramda bütün 4 dil vərdişlərini ( dinləmə qabiliyyəti, danışıq qabliyyəti, oxumaq, yazmaq) inkişaf etdirən dərs materiallarının geniş spekterindən istifadə edilir.

3-cü səviyyə – Pre-İntermediate

Pre-İnremediate səviyyəsini bitirdikdən sonra tələbə hər hansı yazılı və ya şifahi məlumatın məzmununu tamamilə anlayır, şəxsi fikrini bildirir, oxuduqları və yazdıqları əsasında ətraflı məlumatlar əldə edir, müəyyən çətinlikdə olan şəxsi və rəsmi yazışmalar aparır, ingilis dilində ədəbiyyat oxuya bilir, xarici səfərlərdə tərcüməçisiz keçinə bilir. Bu kursda alınmış təhsil tələbəyə Beynəlxalq imtahan olan PET (Preliminary English Test) müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

Bu səviyyədə tələbələr kursumuz tərəfindən təşkil olunan və Amerikalı və Britaniyalı müəllimlər tərəfindən aparılan danışıq klubları və müzakirələrdə fəal iştirak edə bilərlər.

4-cü səviyyə – Intermediate

“ Pre-İntermediate “ səviyyəsində ingilis dili haqqında bəzi təcrübələri olan tələbələr üçün nəzərdə tutulur. Təhsilə qrammatika haqqında biliklərin artırılması, söz ehtiyyatının çoxaldılması və danışıq maneələrinin aradan götürülməsi (danışıq təcrübəsi) daxildir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir. İntermediate səviyyəsini bitirdikdən sonra tələbə aşağıdakı qabiliyyətləri əldə edir.

  • Telefon zənglərinə cavab vermək
  • Yazışmalar aparmaq
  • İngilisdilli tanışlarla söhbət etmək
  • Müsahibələrdə iştirak etmək
  • Bu dildə hesabat təqdim etmək
  • İşguzar danışıqlarda iştirak etmək
  • Bu səviyyəyə uyğun ədəbiyyat oxumaq

5- ci səviyyə – Upper-İntermediate

”İntermediate” səviyyəsində müəyyən bir təcrübəyə malik olan tələbələr üçün nəzərdə tutulur. Təhsil ingilis dilinə praktik və azad şəkildə yiyələnmə, xarici dilli vətəndaşların danışıqlarının tamamilə başa düşülməsinə yönləndirilir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir.Kursu bitirdikdən sonra tələbə müxtəlif mövzularda (məişət mövzularından profesional səviyyəyə qədər) dildən sərbəst şəkildə istifadə edə bilir, xarici vətəndaşlarla rahat ünsiyyət qura bilir, xüsusi və bədii ədəbiyyat oxuya bilir, mətnin məzmununu ümumiləşdirə və izah edə bilir, oxunmuş mətnin icmalını qura bilir.

Bu kursda əldə edilmiş bilikləri tələbəyə Kembric CAE (Cambridge Advanced English) və TOEFL (Test Of English as a Foreign Language) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

6- cı səviyyə – Advanced

“Advance“ kursu tələbələrə biliklərini mükəmməlləşdirmək və onları profesional səviyyəyə çatdırmaq üçün nəzərdə tutulur. Elementar səviyyədən başlayaraq biz tələbəni Advanced (yüksək) səviyyəsinə çatdırırıq ki, bu da ona aşağıdakıları imkan verir.

  • a. İngilis dilinə sərbəst sahib olma
  • b. İngilis ədəbiyyatını sərbəst oxumaq
  • c. Şifahi və yazılı – öz fikirlərini sərbəst, gözəl və qrammatik cəhətdən düzgün ifadə etmək.

Təhsil əsasən söz ehtiyatının artırılması, nitq tərzləri və dil formalarına yönləndirilmişdir. Bu səviyyə böyük söz ehtiyatı və qrammatika haqqında tam biliklər verir. Kursu bitirdikdən sonra tələbə müxtəlif situasiyalarda (xarici vətəndaşla eyni səviyyədə) danışıq dilinə yiyələnə bilir, hər hansı bir səviyyədə və mövzuda sinxron tərcümələr edə bilir. Kursda əldə edilmiş biliklər tələbəyə TOEFL (Test of English as a Foreign Language), CAE (Cambridge Advanced English) və CPE (Certificate Proficiency İn English) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

Hər səviyyənin proqramı 1 ay yarım olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət 1 ay ola, bəzən 2 ayadək davam edə bilər.

İxtisaslaşdırılmış ingilis dili kursları

İxtisaslaşdırılmış xüsusi kurslar xarici dili biznes, neft, tibb, hüquq və digər ixtisaslaşdırılmış istiqamət və sahələrdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş kurslardır. Bu kursları keçmək istəyən tələbələrin müəyyən bilik səviyyəsi (3-cü səviyyə və daha yüksək) olmalıdır.

  • Biznes ingilis dili
  • Texniki ingilis dili
  • HR professionallar üçün ingilis dili
  • Maliyyə və Bank işi üzrə ingilis dili
  • Hüquqşünaslar üçün ingilis dili
  • Mühəndislər üçün ingilis dili
  • Tibbi ingilis dili
  • Kurort menecmenti və turizm üçün ingilis dili
  • Türkiyənin TUS proqramı üzrə inglis dilindən hazırlıq kursları

Biznes ingilis dili kursu

Bu kursun əsas məqsədi işgüzar ingilis dilinin öyrənilməsidir və işguzar ingilis dilini inkişaf etdirmək istəyən şəxslər üçün uyğundur. Bu kurs vasitəsilə siz ümumi ingilis dili biliklərini möhkəmləndirə, qrammatik biliklərini inişaf etdirə və söz ehtiyatlarını artıra biləcəksiniz. Bu kurs həmçinin Cambridge Business English Certificate (“BEC”) imtahanına hazırlaşan tələbələr üçün uygundur.

Texniki ingilis dili kursu

Bu kurs, əsasən, aşağıdakı sahələri əhatə edir: texniki terminologiya, müştəri/iş yoldaşları ilə ünsiyyət, neft və qaz sənayesinin tendensiyaları, layihələrin idarə edilməsi. Bu kurs bir sıra əsas sənaye dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib, və sizə dünyanın ən vacib sahələrinin birində uğur qazanmaq üçün lazım olan əminliyi verəcək.

Xüsusi QEYD: Müəllimlərimiz müxtəlif xarici və yerli Universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, PhD dərəcəli, həmçinin CELTA, TEFL, TESOL, TKT, İELTS, TOEFL və s. beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir. Müəllimlərimizin bilik və təcrübəsiylə tanış ola bilməyiniz üçün ödənişsiz olaraq sınaq dərslərimizdə iştirak şansı yaratmışıq.

Korporativ müştərilərin ofisində də dərslərin təşkili də mümkündür.

Məktəbəqədər ingilis dili və rus dili dərsləri

Azərbaycan bölməsi və rus bolməsi məktəbəqədər təhsil həftədə 3 dəfə 1 saat 30 dəqiqə.
4-14 yaş arası uşaqlar üçün ingilis dili və rus dili heftede 3 dəfə 1 saat 30 dəqiqə
Rus bölməsi üzrə müəllimə Sevda xanım

Əlaqədar şəxs
Səadət
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş Paylaş
Tarix: 14.11.2020

Siz derse gele bilmirsinizse biz size gelerik. Evinizde dersler. 5yashindan yuxari her kes derslerde ishtirak ede biler. Ovladiniz qisa zamanda ingilis dilinde danishacaq. Derslere zemanet verilir. Reading-

Peşəkar təlimçi heyəti tərəfindən tədris olunan Magistratura hazırlığı üzrə İngilis dili təliminə siz də qoşula bilərsiniz. Təlimlər peşəkar təlimçi heyəti tərəfindən 0-dan peşəkar səviyyəyə qədər tədris edilir. İlk

0 dan ingilis dili qrupları yığılır. Həftədə 2 gün 20 manat qrupla Həftədə 2 gün fərdi 55 manat

İngilis dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın aparıcı

5yashindan yuxari her kes derslerde ishtirak ede biler. Ovladiniz qisa zamanda ingilis dilinde danishacaq. Derslere zemanet verilir. Reading- Oxuma Writing-yazma Grammar-

Dərslər 90 dəqiqə ərzində fərdi və grup şəkilində keçirilir.8-12 hazırlıq müddətində 5000 söz bazası və müyyən olunmuş səviiyədə sərbəst danışıq öyrədilir. Dil səviyyəm sıfırdır,işləyirəm vaxt yoxdur,bacarmaram,bu kurs

• 5,6,7,8-ci siniflər üçün İngilis dili hazırlığı • Dərslər həftədə 2 dəfə 90 dəqiqə olur. • Fərdi və qrup şəklində keçirilir. • Dərslər online dır.

İngilis dili kurslarına Xüsusi Endirim Vaxtını dəyərləndirib ingilis dili kursuna yazıl. Dostunu da gətir Xüsusi endirimlərimizdən yararlan! “Piramida” Təhsil Mərkəzi “0”-dan mükəmməl səviyyəyə

Ünvan: Hövsan Hərbi Şəhərcik 1-9-cu sinifler ve ferdi dil öyrenmek isteyenler ucun evde hazirliq. Sagirdler ucun-40 AZN Dil oyrenmek isteyenler ucun- 80AZN Instruktor: Feride xanim ADU (tercume fakultesi)-

Yeni İngilis dili Qrupumuza qeydiyyat başladı! Mart ayının 27-i başlayacaq Yeni ingilis dili Qrupumuza qeydiyyat başladı. – Qrupun dil bilik səviyyəsi “Başlanğıc” “0”-dan mükəmməl səviyyəyə qədər

“Siz də artıq İngilis dilini öyrənmək istəyirsiniz? O halda, Perfect Academy sizin üçün ən yaxşı seçimdir! Bizim akademiyada, peşəkar müəllim kadromuzla İngilis dilini asanlıqla öyrənəcəksiniz. Həmçinin, bizim

Yeni İngilis dili Qrupumuza qeydiyyat başladı! Fevral ayının 21-i başlayacaq Yeni İngilis dili Qrupumuza qeydiyyat başladı. – Qrupun dil bilik səviyyəsi “Başlanğıc” “0”-dan mükəmməl səviyyəyə

PAKETLƏR(dərslər ONLAYN keçilir) •GENERAL ENGLİSH-(50 azn) •ONLY SPEAKİNG -(30 azn.həftədə 4 dəfə.60-80 dəqiqə.İngilis dili danışığı inkişaf etdirmək istəyənlər,eləcə də İELTS SPEAKİNG,DOKTORONTURA SPEAKİNG VƏ S

Azerbaycan ve rus bolmelerinden olan mekteb sagirdlerine ingilis dili uzre dersler kecirem. ADU.da tehsil almisam. Xaricde tecrube proqrami kecmisem. Orta mektebde calisiram.12 illik repetitor tecrubem var. Ders

‘Anlıyorum ama konuşamıyorum’ diyenlere Onlayn İngiliz dili dersleri ‘Biraz İngilizce biliyorsun ama pratiğe ihtiyacın var…’ ‘Çok kelime biliyorsun, ama konuşamıyorsun…’ ‘Nerede ve nasıl başlayacağını da

1-4 sinifler uchun online ingilis dili hazirligi.Heftede 3 defe

Kurslar məlumatlar

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Məktəbəqədər və ingilis dili dərsləri

Salam. Mən professional yüksək dərəcəli masajist xanımam. Öz şəxsi lüks şəraitli mənzilimdə sizlərə röyanızda və xəyallarınızda təsvir etdiyiniz bir masaj servisi təklif edirəm. Təmiz şərait,təmiz dəsmal,örtüklər və

Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universitetinin Sherqshunasliq Fakultesini bitirmishem. Ereb dili uzre ixtisaslashmisham. Ereb dilini qisa muddetde yuksek seviyyede oyredirem.

Hər Kəsə Salam Rus Dilindən hazırlıq keçmək istəyənlər müraciət edə bilər Dərlərin Formatı online Proqrama daxildir (Danış ,yazı qrammatika oxu dinləmə ödəniş üsulu kartla Tələbələrin şagirlərin yaş həddi 18-40

0-dan peşəkar səviyyəyə qədər Corel Draw Kursu “Piramida” Təhsil Mərkəzi “0”-dan peşəkar səviyyəyə qədər Corel Draw Kursu təklif edir. CorelDRAW — Bir çox dizayner və rəssam tərəfindən vektor

Eziz və hörmetli valideynler 25 illik ibtidai sinif müəəlimi və ibtidai sinif şagirdlerine repetitorluq tecrübem sayesinde derslerinden geri qalmiş, ev tapşiriqlarinin hellinde çetinlik çeken ve biliyinin möhkenmesini

5-6-7-8-ci siniflər Dərslər həftədə 2 dəfə 90 dəqiqə olur Fərdi və qrup şəklində olur Qrammatika və danışıq daxildir.

Yanvar və Fevral ayları ərzində qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Kibertəhlükəsizlik və Etik hacker təlimləri 250₼ deyil, 150₼ olacaq. Dərslər peşəkar təlimçi heyəti tərəfindən praktiki əsaslarla keçirilir

•Buraxılış imtahanına hazırlıq ( 9-cu sinif) •İbtidai sinif hazırlıqı •Dərslər həftədə 3 dəfə , 1saat olmaq ilə Whatsapp zəng ilə görüntülü keçirilir. •Fərdi 60azn. •Əlavə məlumat üçün nömrənin whatsappina yazın

Adobe Illustrator proqramı üzrə kurs Piramida Təhsil Mərkəzi “Dizayner peşəsinə yiyələnmək istəyənlər üçün ” vektor qrafikasına daxil olan Adobe Illustrator proqramı üzrə kurslar təşkil edir. Adobe

Tipsi qaynaq Sellaki Gellak Ünvan İnsacilar metrosu Baku malın üzəbe üz

Təlim prosesi aşağıdakı kimidir: Sertifikatlanmış peşəkar təlimçi tərəfindən keçirilir Mövzu – 1C Mühasibatlıq Təlim müddəti 10 saatdır Tədris proqramı həftədə 2 dəfə keçirilir Təlim günləri həftənin 2-ci və 4-cü

Riyaziyyat fənni üzrə 8-ci daxil də daxil olmaqla 1-8 sinif sagirdlərinin hazırlığı (ev tapşırıqlarının yerinə yetirilməsinə yardım etməklə yanaşı). Azərbaycan və rus bölmələri üçün. Əyani və onlayn şəkildə.

Alman dili öyrədirəm. İstənilən səviyyədə. Tam olaraq Online! Həftədə 2 dəfə. Hər dərs – 1 saat. Qymət: 1-3 nəfərlik qrupda – 50 AZN, Fərdi – 80 AZN. Email:

online dərs keçirəm ədəbiyyatdan və Azərbaycan dilindən (5-11 ci sinif şagirdlərinə) Saata görə ödəniş dəyişir (Yeni qurup yaranır, qurupda max 3 – 4 nəfər olur) Həftədə 2dəfə 1saat -15 azn Həftədə 2dəfə 1 saat 30

Salam hormetli beyler sizleri pesakar massaja devet edirem.Massaj ev seraitinde olur.Gelmezden 1 saat once zeng edin. Hormetle Aysel.

Xidmetler.az Bakida və Azərbaycanda xidmət sahələrini bir yerə toplayan platformadır. Saytda müxtəlif xidmət növləri və onlara aid xidmətlər tapa bilərsiz. Biznesiniz və ya eviniz üçün xidmetler, temir tikinti xidmeti, yukdasima xidmeti, kuryer xidmeti, reklam dizayn çap xidmetleri, turizm və digər müxtəlif xidmət növləri var. Xidməti saytda yerləşdirmək pulsuzdur. Biznes, Ev və ofisləriniz üçün xidmət sifariş etmək indi çox asan oldu. Xidmetler.az saytı ilə sizə lazım olan xidməti asanlıqla tapa bilərsiz. Usta təmir xidməti, yükdaşıma xidməti, çatdırılma xidməti, tərcümə xidməti, vergi mühasibat xidmətləri, hüquqi xidmətlər və digər xidmət növləri var.
Sayt rəhbərliyi elanlara və reklam bannerlərinə görə məsuliyyət daşımır.
© 2016 XiDMETLER.AZ | info [@] xidmetler.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.