Press "Enter" to skip to content

İngilis dili öyrənməkdə kömək olacaq proqramlar

9. Eat The Weeds – Son olaraq bu youtube kanalına baxmadan keçməyin deyirik. Çox fərqli videolarla zəngin kanal diqqətinizi çəkəcəkdir.

Sıfırdan İngilis Dilini Öyrənmək

Sıfırdan Ingilis dilini necə öyrənmək olar, İngilis dilini öyrənməyə haradan başlayaq və ya addım-addım ingilis dili öyrənmək istəyirəm, nə etməliyəm kimi suallar bizə verlməkdədir.

Bu səbəblə illərlə çalışdığımız və tələbələrimiz tərəfindən müvəffəqiyyətlə istifadə olunan bu addım-addım ingilis dili öyrənmə metodu sizinlə bölüşəcəyəm. Biraz uzun yazı ola bilər amma həyatınızda ingilis dilini öyrənmək yolunda təsir edəcək qədər lazımlı bir mövzu olacaqdır.

Sıfırdan ingilis dilini öyrənmək üçün Yol Xəritəsi

Bu yazı həyatınızı dəyişdirə bilər çünki bəlkədə ilk dəfə İngilis dilini qorxulacaq bir dil deyil sizin üçün açılacak yeni qapılar olacaqdır.

Hər gün ingilis dilini bilmədiklərinə görə hədəflərinə çatmayan insanlardan məlumat alırıq. İngilis dilini bilmirsənsə iş fürsəti yoxdur, İngilis dilini bilmirsənsə xaricdə təhisl yoxdur, İngilis dilin yoxdursa məsələ böyükdür.

Hərkəsin ingilis dilini sərbəst şəkildə danışa biləcəyi, beynəlxalq rəqabət və keyfiyyətli işçilərin və innovasiyaların artacağı və bununda ölkəmizə milyardlarla dolların gətirəcəyinə inanırıq. Bu izah etdiyimiz şəxsi bir məsələdən çxaraq ölkə məsələsinə çevrilir. Bu səbəblə mu problemlərin həll olunması lazımdır və buna görə də biz üzərimizə düşəni edirik.

Nə üçün İngilis dilini Öyrənə bilmirsiniz?

Yüzlərcə tələbəyə ingilis dilini öyrədən bir şirkət olaraq – British Centre, sizə ingilis dilini öyrənmək üçün 3 əsas səbəbləri göstərəcəyik. Bu 3 əsas problemi aştığınızda Ingiliz dili ilə aranızda bir problem qalmayacaqdır.

İngilis dilini öyrənə bilməməyinizin səbəbi sistem problemidir. Əgər sistem deyiriksə nəyi nəzərdə tuttuğumuzu izah edək. Tələbələrimizlə çalışdığımız məsələlərdə bunları aydınlaşdırdıq. Tələbələr nəyi, necə və hansı sırayla öyrənəcəklərini bilmirlər. Burada bəlkə heç fikirləşmədiyiniz açar olacaq mövzudan bəhs edəcəm. Sıra, Sıralama və nəyin hansı sırayla öyrənildiyi dil öyrənmə metodunda çox önəmlidir.

İngilis dilini öyrənərkən sıra nə üçün önəmlidir?

Sıranın həyatımızda büyük yeri var. Məsələ ilk öncə uşaq olarkən iməkləyirik, sonra yeriyirik və ya ilk olaraq kəlimələri deyirik, sonra cümlə qurmağı öyrənirik. Siz heç ana, ata demədən tam cümlə qurmağa başlayan uşak gördünüz? Sıranın vacibliyini göstərən biri də yemək reseptləridir. İngilis dilini öyrənməyə yemək bişirmək kimi baxa bilərsiniz. Yemək reseptlərində 2 nömrəli sıranı 6 nömrəli sıra ilə dəyişdirsəniz və ya başda edilməsi lazım olanı sonda edərsinizsə nə olar? Nəticdə yeyilməyəcək yemək olacaqdır. İngilis dilini öyrənən tələbələrin əksər problemi budur. Dil öyrənməyə səhv reseplə başlamaq. Yalnış reseptlə düzgün yemək bişirilməz. Buna görədə sizə nəyi hansı sıra ilə öyrənəcəyinizi izah edəcəm.

Nəyi necə öyrənəcəyinizi bilməmək.

Misal üçün 100 tələbədən 90ı necə reading çalışacağını, necə söz öyrənəcəyini, listening bacarığını necə inkişaf edəcəyini. writing necə çalışacağını, speakingi inkişaf etdirmək üçün nə edəcəyini bilmir. Bunları bilməyəndə də illəri boş keçirmək olur. 1 il 5 il tələbə ingilis dilini öyrənir amma az səmərəli olur.

Topu yuvarlayaraq dağa çıxartmaq

Tələbələrimizə ingilis dilini öyrənmək, topu yuvarlayaraq dağa çıxartmaq kimi deyirəm. Nə üçün? çünki, əgər buraxsanız sürətli şəkildə geri gedər. Əgər ingilis dilini öyrənmək mövzusunda ciddisinizsə hər gün ingilis dilində çalışmalar edərək hədəfinizə çatmış olarsınız. 1 ay öyrənib 1 ay öyrənməsəniz əvvəl öyrəndiklərinizdə yadınızdan çıxacaqdır.

İngilis dilini öyrənmək üçün British Centre -ə müraciət edin.

Ingilis dili öyrn

İngilis dilini müəllimsiz öyrənmək mümkündür. Bunun üçün bəzi proqramlar var ki, həmin proqramlar vasitəsilə rahatlıqla ingilis dili öyrənmək mümkündür. Proqramlar haqqında aşağıda məlumat vermişik 🙂

1.Duolingo-Duolingo dünyaca məşhur dil öyrənmək proqramıdır. İkidilli insanları yetişdirmək üçün nəzərdə tutulan bu proqramda bildiyiniz bir dil vasitəsi yeni dil öyrənə bilərsiniz. Duolingodan istifadə tamamilə pulsuzdur. Dil interaktiv üsulla danışma, dinləmə, oxuma və yazmaq qaydalarına əsasən öyrədilir. Gündəlik hədəfinizi müəyyənləşdirərək nə qədər məşğul olacağınızı da müəyyənləşdirə bilərsiniz. Bundan başqa günlərə uyğun olaraq nə qədər inkişaf etdiyinizi sxem vasitəsilə görə bilərsiniz. Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir. Proqramdan online şəkildə kompüterlə istifadə etməklə yanaşı telefon yaxud planşetinizə app-ları yükləyərək yolda, səyahətdə və s. istənilən yerdə , istədiyiniz zaman istifadə edə bilərsiniz. Tək ehtiyacınız olan şey internetdir.

2.Memrise-Memrise, Google Play Store tərəfindən 2017-ci ilin ən yaxşı tətbiqləri arasına seçilmişdir. Onlarla fərqli dili öyrənə biləcəyiniz proqramın təməl xüsusiyyəti heç bir dil məlumatı qaydası verməməsidir. Tamamilə günlük dil üzərindən təhsil etdirən Memrise-ın İngilis kursu 7 ayrı hissədən ibarətdir. 7 bölümü də bitirsəniz B1 / B2 arasında bir səviyyəyə sahib ola bilərsiniz. Tətbiqi pulsuz olaraq Google Play Store və App Store üzərindən yükləyə bilərsiniz.

3.Quizlet-Quizlet, yalnız bir dil öyrənmə tətbiqi deyil. İstədiyiniz hər hansı bir mövzunu Quizlet ilə öyrənə bilərsiniz. Quizlet məzmunu ilə tanış olmaq-test gününə hazır olmağınıza kömək edəcək mütəxəssislər tərəfindən hazırlanmışdır.

4.HelloTalk-Danışaraq dil öyrənmənizi təmin edən HelloTalk ilə dünyanın hər yerindən dil öyrənmək istəyən insanlarla görüşə bilərsiniz. Pulsuz olan proqram, həm yazılı, həm də səsli olaraq rabitə qurmanızı təmin edir.

5.Voscreen-İngilis dilini fərqli üsullarla öyrənməyin yollarından biri Voscreen-dir. Proqramın əsas funksiyası sizə videolar göstərərək istəsəniz alt yazılı istəsəniz yalnız səsli, həm ingiliscə, həm azərbaycanca tərcüməsinə baxa bilərsiz.Proqram videoları səsləndirir və sizə düzgün tərcüməni seçmək imkanı verir.

8.Busuu-Proqram sizə ana dili ingiliscə olan insanlarla danışaraq ingilis dilinizi inkişaf etdirməyi təklif edir. Bununla yanaşı müxtəlif interaktiv testlər, oyunlar və s. ilə siz dil bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

9.English Ninjas- Bu proqramın əsas funksiyası görüntülü, səsli zəng və ya mesajlaşmaq yolu ilə ingilis dili müəllimləriylə danışaraq öz dilinizi inkişaf etdirməyinizə kömək etməkdir.

10.English Grammar Test -Qrammatika biliklərinizi inkaf etdirmək üçün sizə hər biri 20 tapşırıqdan ibarət 60 test təqdim edir. Testləri həll etdikdən sonra siz hansı qrammatik biliklərinizin güclü, hansılarının zəif olduğunu və üzərində daha çox işləməli olduğunuzu bildirir.

Oxuduğunuz üçün təşəkkürlər.

İngilis dili öyrənmək üçün 14 Youtube kanalı

İkinci dil istər gündəlik həyatımızda istərsə də iş həyatımızda olduqca önəmlidir. Xüsusilə İngilis dili qlobal mənada qəbul görmüşdür. Hətta dünyanın hər yerində bu dili bilən hər kəsin işləyə biləcəyi, yaşaya biləcəyi bir gerçək belə vardır. Bu səbəbdən internetin nemətlərindən faydalana bilənlər üçün bu postumuzda yardımınıza çatacaq 14 youtube kanalını topladıq.

Bu youtube kanallarındakı videoların bəziləri gerçək amerikalı müəllimlər tərəfindən könüllü olaraq hazırlanmış, bəziləri isə ingilis dilli ölkələrin yerliləri tərəfindən yalnız hobbi məqsədli hazırlanmışdır. Orta hesabla hər gün nizamlı çalışaraq ingiliscənizin çox sürətlə inkişaf etdiyinin şahidi olacaqsınız. Dərslərin ingiliscə izah olunması heç ingiliscə bilməyənlər üçün ilk başlarda bir az çətinlik yaşada bilər, amma unutmayın, xaricdəki ingiliscə kurslarına getdiyiniz zaman da eyni vəziyyətlə qarşılaşacaqsınız. ��

– Dərsləri izləyərkən bilmədiyiniz sözlərin mənasına google translate’dən baxın və bir dəftərə qeyd edin, davamlı olaraq bu sözləri təkrar edin.
– Əgər mümkünsə gündə ən azı 1 saat məşğul olun.
– Tək bir qaynağa fokuslanmayın. Hər müəllimin ayrı bir stili var, kimisi qrammatika ağırlıqlı, kimisi reading ağırlıqlı dərs verir və s… O səbəblə hamısından bir şey öyrənə bilərsiniz.
– Speaking məşqləri edin. Yəni öyrəndiklərinizi səsli olaraq təkrarlayın.
– Və son olaraq bu dərsləri ehtiyacı olanlarla paylaşın, çünki bu dərslər xaricə gediş imkanı olmayanlar üçün çox böyük fürsətdir.

1. Teacher Phi – Bu kanalda öyrənmək istəyənlər üçün, beginner səviyyəsindən advanced səviyyəsinə qədər yüzlərlə dərs var.

2. Jennifer ES – Çox bəyəndiyimiz digər bir youtube kanalıdır. sağdakı playlist də mövzular kateqoriyalara bölünərək sıralanmışdır.

3. Learn American English Online – Bu youtube kanalında amerikalı bir müəllim tərəfindən hazırlanmış yüzlərlə qrammatika ağırlıqlı video yer alır.

4. Rachel s English – Tamamilə tələffüz dərsləri olan bu saytı, vurğu mövzusunda çətinlik çəkənlərə, bəzi fonetik hərfləri və sözləri söyləyə bilməyənlərə şiddətlə tövsiyə edirik. Bu saytdakı dərslərin hamısını izlədikcə və praktikada tətbiq etdikcə amerikan aksentinə qovuşmuş olacaqsınız…

5. Daily English Show – Müsahibə və altyazılı şəkildə minlərlə videonun olduğu bir youtube kanalıdır. Xüsusilə listening üçün çox faydalı bir kanaldır.

6. Real English – Yuxarıdakı kimi müsahibə və altyazı ağırlıqlı çox faydalı videoların olduğu bir youtube kanalıdır.

7. Sozo Exchange – Tələffüz ağırlıqlı videolarla zəngin bu kanal sizə bir çox yeni sözü tələffüzləri ilə birlikdə öyrənməyə kömək edəcəkdir.

8. English Cafe – Bir çox ingilizcə dialoqlarla zəngin faydalı bir kanaldır.

9. Eat The Weeds – Son olaraq bu youtube kanalına baxmadan keçməyin deyirik. Çox fərqli videolarla zəngin kanal diqqətinizi çəkəcəkdir.

10. Pod English – İngiliscəsi zəif olanlar üçün tövsiyə etdiyimiz bu kanalda dərslər kateqoriyalara bölünərək yerləşdirilmişdir.

11. Business English Pod – İş ingiliscəsi ilə maraqlananların diqqətini çəkəcəyini düşündüyümüz bir kanaldır.

12. Engvid – Videolarının əksəriyyəti qrammatikaya aid olan bu kanal olduqca maraqlı və sadə izahlı videolarla zəngindir.

13. English Class 101 – Bu kanal ingilis dilində qrammatikadan az çox başı çıxan, amma danışmaqda problemləri olanlar üçün çox faydalı bir kanaldır..

14. Learn Exmumbai – Qrammatika, tələffüz, vocabulary dərslərinin üstünlük təşkil etdiyi bir kanaldır.

Comments are closed, but trackbacks and pingbacks are open.