İngilis Dili
A lot of-dan sonra gələn sayılan isim, felidə cəm gəlir, sayılmayan və ya mücərrəd isim tək,felidə tək gəlir. a lot of ancaq təsdiq cümlədə, many, much sualda və inkarda işlənə bilir. a lot of heç vaxt sualda inkarda işlənmir, many, much a lot of olmasa təsdiqdə işlənə bilir, a lot of “a lot” kimi zərfdir, bu zaman feldən sonra gəlir və zərf olur.Hər ikisi çox tərcümə olunur.
İngilis dili tərcümə xidməti
Azərbaycan ingilis dili tərcümə istiqaməti hazırda populyar tərcümə istiqamətidir. Azərbaycan-ingilis və ingilis azərbaycan dili istiqamətləri yanaşı və eyni zamanda rus-ingilis, ingilis-rus dili üzrə də peşəkar tərcüməçilərlə çalışırıq.
İngilis dili haqqında
İngilis dili dünyada geniş yayılmış bir dil olaraq ən çox istifadə olunan dillər siyahısındadır. Hind-Avropa dillərinin german dillərinə aid olan bu dil 410 milyon insanın doğma dilidir. Dünyada 1 milyard insan ingilis dilində danışır.
BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin ana dili, İngiltərənin, faktiki Böyük Britaniyanın rəsmi dilidir. Eyni zamanda ABŞ-ın (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dilidir. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.
İngilis dili tərcümə xidmətlərimiz
Şirkətimiz azərbaycan ingilis dili tərcümə istiqaməti ilə yanaşı, ingilis dilindən rus dilinə, rus dilindən ingilis dilinə, ingilis dilindən türk və əks istiqamətdə tərcümə xidmətləri təklif edir. Hazırda ingilis dilini bilən insanların sayı çoxluq təşkil edir. Lakin peşəkar tərcümə, xüsusəndə texniki, tibbi, elmi və digər sənədlərin tərcüməsi yüksək peşəkarlıq tələb edən iş sayılır. Sənədlərinizin tərcüməsini hər zaman peşəkarlara etibar edinki, partnyor və müştəriləriniz tərəfindən dəyərləndiriləsiniz.
Texniki, tibbi, hüquqi, maliyə, elmi tərcümə və kitabların tərcüməsi əsas prioritetimizdir. Digər prioritet xidmətimiz saytların və digər internet resursların tərcüməsi, məzmunların yerləşdirilməsi, eyni zamanda müxtəlif dillərdə unikal məzmunların yaradılması və məqalə yazarlığıdır.
İngilis dili üzrə tərcümə istiqamətləri:
- Azərbaycan dilindən ingilis dilinə tərcümə
- İngilis dilindən azərbaycan dilinə tərcümə
- İngilis dilindən türk dilinə tərcümə
- Türk dilindən ingilis dilinə tərcümə
- Rus dilindən ingilis dilinə tərcümə
- İngilis dilindən rus dilinə tərcümə
- İngilis dilindən ukrayna dilinə tərcümə
- Ukrayna dilindən ingilis dilinə tərcümə
- və ingilis dilindən digər dillərə və əks istiqamətdə tərcümə Etdiyimiz tərcümələrin nümunələri ilə burda tanış ola bilərsiz.
by Hasan Alisoy
İsim canlı və cansız əşyaların adını bildirir.İsim sadə,düzəltmə və mürəkkəb olur.
Sadə isim(simple noun) bir kökdən ibarət olur. Ex: a book,a pen.
Düzəltmə isimlər (the derivative nouns) kök və şəkilçidən ibarət olur.
İsim düzəldən şəkilçilər bunlardır.
-er,or feldən isim düzəldir: teacher,worker,writer.
-ness sifətdən isim düzəldir: happiness,kindness,darkness.
-ment feldən isim düzəldir – development,department.
Mürəkkəb isimlər ( Compound nouns) iki və daha çox sözdən ibarətdir.
İsimlər iki qurupa bölünür:Ümümi isimlər (Common Nouns) ,xüsüsi isimlər (proper nouns).
Eyni qəbildən olan əşyaların adını bildirən isimlərə ümumi isimlər deyilir.Ex: a city, a
country , a lake, peace, weather.
Ümumi isimlər özləri də 2 qrupa bölünür :
I.Konkret isimlər (concrete nouns)
II.Mücərrəd isimlər (abstract nouns).
- Konkret isimlər–konkret əşyaların adını bildirən isimlərdir: a pen, bread , a city;
Konkret isimlər özləri də iki qrupa bölünür :
- Sayılan isimlər (countable nouns )
- Sayılmayan isimlər (uncountable nouns)
Sayılan isimlər – tək və cəm olur.
Saya bildiyimiz bütün isimlər sayılandır,cəmlənir,tək halda mütləq “a” , ”an” qeyri-müəyyənlik artiklı ilə işlənməlidir.Çox mənasında “many” ilə, az mənasında “few” ilə işlənir və many – dən, few-dan sonra gələn sayılan isim cəm gəlir,feli də cəm olur.
Ex: Many books are on the table.Few pens and so on
- Sayıla bilməyən isim heç vaxt cəmlənmir,özündən sonra fel təkdə gəlir,heç vaxt “an ,a” qeyri-müəyyənlik artiklı ilə işlənmir.Çox mənasında much, az mənasında little ilə işlənir, qarşısında rəqəm işlənmir.
Ex :much milk , little butter.
bütün maddi isimlər:
ərzaq adları,maye adları : (su, yağ, neft, benzin)
material adları (silk-ipək, cotton-pambıq, wool-yun, wood-taxta, paper-kağız,
metal adları (iron-dəmir, silver-gümüş, gold-qızıl, bronze-bürünc) sayılmayan isimlərdir.
Mücərrəd isimlər-adətən gözlə görünməyən, əl ilə toxunulmayan isimlərdir.
Bunlar: hərəkət ,vəziyyət və keyfiyyət adları bildirir,sayılmır,cəmlənmir “a” , ”an” qeyri-müəyyənlik artikilı ilə işlənmir,özündən sonra fel təkdə olur: (yalnız a good knowledge, a single cloud, a terrible storm, a long distance, a long period, a thick population, a long silence, a good salary, a bad empression, a hard life – qarşılarında sifət gələrsə artikilla işlənirlər).
A lot of həm sayılan, həm sayılmayan, həm də mücərrəd isimlə işlənə bilirlər, a lot of həm many, həm də much ilə sinonimdir.
A lot of-dan sonra gələn sayılan isim, felidə cəm gəlir, sayılmayan və ya mücərrəd isim tək,felidə tək gəlir. a lot of ancaq təsdiq cümlədə, many, much sualda və inkarda işlənə bilir. a lot of heç vaxt sualda inkarda işlənmir, many, much a lot of olmasa təsdiqdə işlənə bilir, a lot of “a lot” kimi zərfdir, bu zaman feldən sonra gəlir və zərf olur.Hər ikisi çox tərcümə olunur.
Ex: He reads much. He reads a lot.-hər ikisi zərfdir.
much isimdən əvvəl işlənəndə əvəzlikdir: much bread – çox çörək.
Bundan başqa ingilis dilində kollektiv isimlərlər də var ki,onlar bir deyil bir ad altında bir neçə nəfər olduğunu bildirir.
Ex: family, crowd (izdiham) company, crew (ekipaj, heyət).Onlar sayılan isimlərdir, tək və cəm olurlar. Bu isimlər cəm olsa fel də cəm gəlir. Ancaq family sözündən sonra fel tək də ola bilər, cəm də. Əgər ailə bütövlükdə götürülərsə fel təkdə olur, ailənin üzvüləri ayrı-ayrılıqda götürülərsə fel cəm olur. (hər iki halda family heç bir cəmlik qəbul etmir)
My family is large.my family are early risers. Mənin ailəm(yəni ailə üzvülərim erkən qalxandır).
İngilis dilində mövcud olan police, cattle, poultry sözləri topluluq bildirən isimlər adlanır. Bu isimlər cəm şəkilçisi qəbul etmir, lakin həmişə cəmlik bildirir, özlərindən sonra fel cəmdə gəlir.Cəmlik bu isimlərin mənasındadır.
The police were there.
The cattle were grazing in the meadow of layer
Topluluq bildirən “people” ismi də həmişə cəmdədir, özündən sonra fel də cəm gəlir.Xalq mənasında tək olur, “s” qəbul edə bilir.
Cəm olarkən topluluq bildirib,amma təkdə olan isimlər money, youth, linen bir qayda olaraq həmişə tək formada işlədilir və özündən sonra gələn feli də təkdə tələb edir.Çox mənasında “much” ilə, az mənasın da little ilə işlənir, sayılmır: Money makes money.
Proper nouns (xüsusi isimlər)
Eyni qəbildən olan adları bir-birindən fərqləndirmək üçün onlara verilən adlara xüsüsi isimlər deyilir.Xüsüsi isimlərə insan adları, coğrafi adlar, gəmi, mehmanxana, meydan, klub, teatr, jurnal adları , Az-dilindən fərqli olaraq ayların və həftənin günlərinin adları xüsüsi isimlərdir.
Plural nouns (Cəm isimlər)
İsimlərin cəm forması –S,-es şəkilçisi vastəsiilə düzəldilir. “-s,-es” Az dilində -lar2 şəkilçisinə uyğun gəlir. a boy-boys, a girl- girls, a pen-pens. Sonu s, ss ,sh,ch,tch,x hərifləri ilə bitən isimlərin cəmi -es vasitəsilə düzəldilir.
Ex: a box-boxes , bench-benches, a bus – buses.
İngilis dilində 7 isim var ki,onların cəm forması arxaik üsulla ,yəni kökdəki saitin dəyişməsi ilə düzəlir.
a woman-women [ w i m i n ]
Bir isimin cəmi isə həm kökdəki saitin tələffüzünün dəyişməsi və həm də -en şəkilçisi vastəsiilə düzəldilir:a child – children
Tərkibində man və ya woman sözü olan mürəkkəb isimlərin cəmini düzəldərək man-men, woman – women sözünə çevrilir.
Ex: postman-postmen, woman-writer, women , writer.
Tərkibində man morfemi olan German, Roman, Norman kimi sözlərin cəmi onların sonuna adi qayda ilə “-s” artırmaqla düzəlir.
Ex: German –Germans,Roman -Romans.
Əgər isimin sonu f ,və ya fe ilə bitərsə həmin isimlərin cəm formasını düzəldərkən f, fe –v çevrilir və sonra –es şəkilçisi əlavə edilir, es (z) oxunur.
Wife –wives [ w a i v z ]
f, ff ilə qutaran bir qisim isimlər vardır ki,onların cəm formasını düzəldərkən isimin sonuna sadəcə olaraq “ – s “ şəkilçisi artılılır , f və ff dəyişmir.
a roof-roofs – ( dam)
a chief – chiefs – ( rəis,başçı)
cliff – cliffes – ( qaya)
a handkerchief – handkerchifs -(əl dəsmalı)
Bu isimlər isə iki formaya malikdir:
Hoof – hoofs – hooves – ( mal dırnağı)
scarf – scarfs – scarves – ( şərf )
İsim “ O ” hərfi ilə qutararsa həmin ismin cəm formasını düzəltmək üçün onun sonuna “ -es ” şəkilçisi artırılır.
QEYD: aşağıdakı isimlərin cəmi adi qayda ilə düzəlir, ismin sonuna yalnız “s” əlavə edilir,
İsimin sonu “ y ” hərfi ilə qutararsa və “ y ” hərfindən əvvəl samit gələrsə nəmin ismin cəm formasını düzəldərkən “ y ” hərfi “ i ” ilə əvəz edilir.
“ y” hərfindən əvvəl sait gələrsə “ y” hərfi dəyişmir,və cəm forması yalniz “ s ” əlavə etməklə düzəlir.
Ingilis dili lüğəti – Basic English (Android ƏS telefonlar üçün)
Dostlar bu gün sizlərə MobiApp kateqoriyasından daha bir mobil aplikasiya haqqında danışmaq istərdim. Bu applikasiya Basic-English adlanır ki, Siz bu applikasiya vasitəsilə 2000-ə yaxın söz öyrənə bilərsiniz və ya söz bazanızı inkişaf etdirə bilərsiniz. Bildiyiniz kimi ketfiyyətli və dolğun luğət və tərcümə proqramlarının bir çoxu pulludur. Lakin bu proqram həmin pullu proqramlardan heç də fərqlənmədiyi halda pulsuzdur. Siz bu proqram vasitəsilə istənilən sözün səslənişini və cümlədə işlənmə mexanizmini və qrammatik açıqlamasını tapa bilərsiz. Bundan başqa bu proqram vasitəsilə özünüz sözlər əlavə edib yaddaşda saxlaya bilərsiniz ki, bu da ingilis dili hazırlıq kurslarına gedənlər üçün lüğət rolunu oynaya bilər ki, sonradan istənilən yazdığınız sözü çox asan formada tapa bilərsiniz. Aşağıdakı prt sc olunmuş şəkillərdən istifadə qaydasını öyrənə bilərsiniz. Bundan başqa Android əməliyyat sistemli mobil telefonunuzda “Scanner Barcode” proqramının köməkliyi ilə barkodu skan edib asanlıqla bu proqramı taparaq telefonunuza yükləyə bilərsiniz.
Related Posts
Noy 27 2010 Yanvar 5, 2018
Comments are closed, but trackbacks and pingbacks are open.