Süd və süd məhsulların xeyri və zərəri
1 carrot / 1 ədəd kök
Süd Məhsulları
De Paoli, Baltais və s. kimi süd məhsulları markalarının bütün çeşidlərini kəşf edin
Süd Məhsulları
De Paoli
İtaliyanın De Paoli şirkəti təbii süddən yüksək keyfiyyətli kərə yağı istehsal edir. Kərə yağı sentrofuqasiya prosesində əldə edilən süd kremindən ibarətdir
Süd Məhsulları
Baltais
Baltais yüksək keyfiyyətli süd məhsulları istehsal edən Latviya brendidir. Şirkət 100 ildən artıqdır ki, Latviyanın bu sahədə ən aparıcı brendlərindən biri sayılır. Zavod Latviyanın Tukums şəhərində yerləşir. Məhsulların istehsalında yalnız ekoloji təmiz tam süddən istifadə edilir və heç bir əlavə qatqılar yoxdur. Həmçinin assortimentdə orqanik məhsullar var. Orqanik ərazi-yalnız tam ekoloji təmiz olan ərazi adlanır. Orqanik ərazidə istehsal olunan məhsul Bio, Eko, Orqanik məhsul adlana bilər.
Süd Məhsulları
Balbiino
Balbiino Onu Eskimo 1995-ci ildən Estoniyanın ən böyük dondurma istehsalçısıdır. Bizdə olan dondurma çeşidləri: vanilli, karamelli, şokoladlı, püstə və halva ilə, moruqlu və mərcanı ilə.
Süd Məhsulları
Isigny Ste Mere
Isigny Ste Mere şirkəti 1932 – ci ildən fəaliyyət göstərir və nəinki Avropada, bütün dünya üzrə süd məhsullarının istehsalı üzrə məhşurdur.
Süd Məhsulları
Cesvaine
Cesvaines Piens süd məhsulları zavodu 1921-ci il Latviyada yaradılıb. Məhsullar ancaq Latviya südündən hazırlanır, tərkiblərində heç bir konservant və dad artırıcı yoxdur.
Süd Məhsulları
Spanish Cheese
İspaniya pendir markası olan “Spanish Cheese” məhsullarının keyfiyyətinə görə beynəlxalq səviyyədə mükafatlandırılmışdır. İstehsal olunan pendirlər unikal və eksklüziv çeşidlərdir. Çeşidlərə Manchego D.O.P. pendiri, iber pendiri, müxtəlif növ keçi pendiri, qoyun pendiri, truffle infiltrasiya edilmiş qurudulmuş qoyun pendirləri, Tuscan pesto, qara zeytun, Pimento d’Espelette, şabalıd kremi və ya qara sarımsaqlı unikal ətirli və ləzzətli İspan pendirləri daxildir.
Süd Məhsulları
Morozprodukt
Moroz Produkt – 1998 –ci ildə Belarusiya Respublikasında fəaliyyətə başlamışdır. Müxtəlif dadlarda hər zövqə uyğun dondurma məhsulları istehsal edir.
Süd Məhsulları
Oldenburger
Şimali Almaniyadan təmiz inək südündən hazırlanmış yüksək keyfiyyətli süd məhsulları
Süd və süd məhsulların xeyri və zərəri
Süd və süd məhsullarının insan orqanizminə çox böyük xeyri var. Belə ki, süd məhsulları maddələr mübadiləsinin tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd məhsullarının tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.
Qızmar yay günlərində müxtəlif xəstəliklərdən qorunmaq və sərinləmək üçün süd, qatıq, kefir, smetan, yoqurt kimi süd məhsullarından istifadə edirik. İstədiyimiz məhsulları ölkənin istənilən mağazalarından almaq mümkündür. Aldığımız məhsulların üzərində saxlama müddətinin 3-4 ay olduğunu görüb həmin məhsulu ləzzətlə yeyirik. Dədə-baba qaydası ilə evlərdə qoyulan qatığı 3 gün, pendiri 1 aydan artıq saxlamaq mümkün olmadığı halda, bəs bu firmaların məhsullarının son istifadə tarixi necə ola bilər ki, 3-4 ay müddətində olsun?
Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, süd və süd məhsullarının uzun müddət saxlanılması istifadəçilərin orqanizminə böyük zərər vura bilər. Qurum rəhbərinin fikrincə, saxlama müddəti uzun olan bütün məhsullar xəstəlik mənbəyidir. “Əvvəllər südü, qatığı 2-3 gündən artıq saxlamaq mümkün olmurdu. İndi müxtəlif firmaların istehsal etdiyi süd və süd məhsullarının üzərində saxlama müddəti 3, bəzən 6 ay yazılır. Təbii ki, bu, insanlar üçün təhlükə mənbəyidir. İstehlakçılar nəzərə almalıdırlar ki, saxlama müddəti uzun olan bütün məhsullar orqanizm üçün zərərlidir”, – deyən həmsöhbətimiz bu gün ölkə mağazalarında belə məhsulların varlığını təəssüflə qeyd edir.
Həkim terapevt Bəsti Əlməmmədova da saxlama müddəti uzun olan məhsulların orqanizm üçün zərərli olduğunu bildirir. “Ümumiyyətlə, qatıq, süd, yoqurt və s. bu kimi qida məhsullarının uzun müddət saxlanılması normal deyil. Bildiyiniz kimi, ağartı məhsullarının tərkibi vitaminlərlə zəngin olduğu üçün, bu məhsullar mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzinin fəaliyyətini tənzimləyir. Ağartı məhsulları qəbizlik, kolit, qastrit, qara ciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı orqanizmə böyük müsbət təsir göstərir. Ancaq bu məhsulların təbii formalarından istifadə etmək lazımdır”.
Həkimin ediyinə görə, süni məhsulların, firmalarda istehsal olunmuş qatıq, süd məhsullarının tərkibində süni qarışıqlar olduğundan, onları uzun müddət saxlamaq mümkün olur. “Bu da təbii ki, öz növbəsində orqanizmə ciddi zərər vurur. Süni məhsullar uzun müddət saxlanıldığı halda bağırsaq çöpü, diareya, həzm pozğunluğu, mədə ağrısı kimi fəsadlara səbəb olur”, – deyən Bəsti Əlməmmədova bildirib ki, süd məhsulları alarkən, son saxlama tarixinə fikir verilməlidir: “Ən yaxşısı isə təbii məhsullara üstünlük verilməlidir”.
Onun sözlərinə görə, kefirin qara ciyər, bronxit, hipertoniya və s. bu kimi xəstəliklər zamanı çox xeyirli olmasına baxmayaraq, mədə şirəsinin həddən artıq ifrazı zamanı bu məhsuldan istifadə etmək olmaz. “Daha bir süd məhsulu olan kəsmiyin tərkibində kalsium və fosfordan əlavə D vitamini olduğundan insan orqanizmi üçün önəmli məhsul sayılır. Bu səbəbdən 6 ayından sonra uşaqların qida rasionuna kəsmiyi əlavə etmək mütləqdir. Kəsmiyin müxtəlif növləri mövcuddur. Uşaqlar üçün kəsmik seçərkən az yağlılıqlı məhsula üstünlük vermək lazımdır”, – deyən B.Əlməmmədova hər hansı bir məhsulu alarkən son istifadə tarixinə mütləq diqqət yetirməyin vacibliyini vurğulayır. Onun sözlərinə görə, son istifadə tarixinə az qalmış və istifadə müddəti uzun olan məhsullar da orqanizm üçün təhlükəli ola bilər: “Havaların isti keçməsi qida məhsullarına da öz mənfi təsirini göstərir. Günün altında qalmış məhsullar istinin təsirindən tərkibini dəyişə bilər. Odur ki, məhsulu alarkən diqqətli olmaq lazımdır. Çalışmaq lazımdır ki, yayda qida rasionunda süni qidalara çox da yer verilməsin”.
Həkim yayda zəhərlənmədən qorunmaq üçün qidaya diqqət yetirməyi məsləhət görür: “Yay elə bir fəsildir ki, qəbul edilən istənilən tərkibi dəyişmiş qida məhsulu insanı zəhərləyə bilər. Bu mövsümdə ən çox meyvə-tərəvəzə, təbii qidalara üstünlük verilməlidir. Çox yağlı, turş, acı qidalardan uzaq olmaq lazımdır. Yayda bol maye qəbul etmək orqanizmi gümrah saxlayır”.
İngilis Dilində Yemək Reseptləri
Mətbəxinizə yeni ləzzətlər qatmaq istəyirsiniz, lakin, nə cür yeniliklər edəcəyinizi bilmirsiniz? Müxtəlif və çeşidli qaynaqlara müraciət etməyin ən ideal yolunun İngiliscə qaynaqlar olduğunu artıq hamımız bilirik. Əlbəttə ki, yemək reseptləri üçün də İngiliscə qaynaqlara müraciət edə bilərik. Həm müxtəlif dadlar kəşf edə bilərik həm bir çox qaynaqlarda bildiyimiz yeməklərin reseptlərini ətraflı şəkildə tapa bilərik. İngiliscə yemək reseptlərini oxuya bilmək üçün müəyyən qədər İngilis dili biliyinə hakim olmaq lazımdır, elə deyil? Ona görə də, əvvəla, sizlərə mətbəxdə istifadə olunan felləri və terminləri təqdim edəcəyik. Ondan sonra isə bu fellərin və terminlərin İngiliscə yemək təriflərində necə istifadə edildiyini nümunələrlə sizlərə göstərəcək və tərcümələrini bölüşəcəyik. İngiliscə yemək təriflərinə hakim ola bilməklə yanaşı, yeni dadlarla da tanış ola bilərsiniz.
İngiliscə Mətbəxlə Bağlı Fellər
İngiliscə Mətbəxlə Bağlı Terminlər
Limonlu Kek Resepti
Prep time / Hazırlama vaxtı: 10 minutes / 10 dəqiqə
Cook time / Bişirme vaxtı: 40 minutes / 40 dəqiqə
Ingredients / Tərkibi:
4 eggs / 4 ədəd yumurta
1,5 cup powdered sugar / 1,5 stəkan şəkər tozu
1 grated lemon peel / 1 ədəd rəndələnmiş limon qabığı
2 tablespoons lemon juice / 2 yemək qaşığı limon suyu
1/2 cup sunflower oil / 1/2 stəkan günəbaxan yağı
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
1 cup milk / 1 stəkan süd
3 cups flour / 3 stəkan un
1 packet of vanilla / 1 paket vanilya
1 packet of baking powder / 1 paket qabartma tozu
Preparation / Hazırlanması:
Preheat oven to 170 degrees. / Qaz sobasını əvvəlcədən 170 dərəcədə isidin.
Beat the egg and powdered sugar with a whisk until it becomes cream. / Yumurta və şəkər tozunu bir çırpıcı ilə krem halına gələnə qədər qarışdırın.
Add milk, sunflower oil and lemon juice and beat for another 2 minutes. / Süd, günəbaxan yağı və limon suyunu əlavə edərək 2 dəqiqə daha qarışdırın.
Add the sifted flour, baking powder, vanilla and grated lemon peel and mix well. / Ələnmiş un, qabartma tozu, vanilya ve rəndələnmiş limon qabığını üzərinə əlavə edib, yaxşıca qarışdırın.
Apply oil to the cake mold. / Keks qabına yağ tətbiq edin.
Pour the mixture into the greased cake mold. / Yağladığınız keks qabına qarışımınızı tökün.
Bake the lemon cake in a pre-heated 170 degree oven for 40 minutes. / Hazırladığınız limonlu keki əvvəlcədən isitdiyiniz 170 dərəcəli qaz sobasnda 40 dəqiqəlik bişirməyə buraxın.
After cooling, remove from the mold, slice the cake and serve it. / Soyuyandan sonra qabından çıxaırn, dilimləyin və servis edin.
Buğda Salatı Resepti
Prep time / Hazırlama vaxtı: 25 minutes / 10 dəqiqə
Ingredients / Tərkibi:
1 cup wheat / 1 stəkan buğda
1 red pepper / 1 ədəd qırmızı bibər
Half bunch of parsley / Yarım dəstə cəfəri
Half bunch of dill / Yarım dəstə şüyüd
1 carrot / 1 ədəd kök
2 fresh green onions / 2 ədəd təzə yaşıl soğan
3 pickled cucumbers / 3 ədəd xiyar turşusu
2 tablespoons sweet corn / 2 yemək qaşığı qədər qarğıdalı
Half of lemon juice / Yarım limon suyu
Olive oil / Zeytun yağı
Preparation / Hazırlanışı:
Soak the wheat in water the night before and then boil the wheat. / Bir gecə əvvəlcədən buğdanı suda gözlədin və daha sonra qaynadın.
Roast the red pepper, peel the shells and chop the red pepper julienne. / Qırmızı bibəri közləyin, qabıqlarını soyun və julyen kimi doğrayın.
Mince the parsley and the dill finely. / Cəfəri və şüyüdü xırda-xırda doğrayın.
Grate the carrot. / Kökü rəndələyin.
Chop the fresh green onions and the pickled cucumbers. / Təzə yaşıl soğanı və xiyar turşusunu doğrayın.
Mix all the ingredients, add the sweet corn, half of lemon juice, salt and olive oil. / Bütün məhsulları qarışdırın, qarğıdalını əlavə edin, yarım limon suyu, duz və zeytun yağını əlavə edin.
Mərcimək Supu Resepti
1 cup red lentils / 1 stəkan qırmızı mərci
1 medium size onion / 1 ədəd orta ölçülü soğan
1 carrot / 1 ədəd kök
1 tablespoon tomato or pepper paste / 1 xörək qaşığı pomidor və ya bibər tamatı
1 teaspoon salt / 1 çay qaşığı duz
1 teaspoon crushed pepper or red peppercorns / 1 çay qaşığı əzilmiş bibər və ya qırmızı istiot
6 cups of water / 6 stəkan su
2 tablespoons olive oil or butter / 2 xörək qaşığı zeytun yağı və ya kərə yağ
1 tablespoon sweet or spicy paprika / 1 xörək qaşığı şirin və ya acılı bibər
Preparation / Hazırlanışı:
Put everything for the soup in a medium pot and cook on medium heat until the lentils are soft, for about 25-30 minutes. Smoothen it with a blender. / Şorba üçün hər şeyi orta ölçülü qazana qoyun və mərcimək yumşalana qədər təxminən 25-30 dəqiqə orta istilikdə bişirin. Bir qarışdırıcı ilə hamarlaşdırın.
If you don’t have a hand blender or if you want to have a chunky soup, chop the onion finely and grate the carrot before you cook them. / Əl qarışdırıcınız yoxdursa və ya qarışıq bir şorba içmək istəyirsinizsə, soğanı xırda-xırda doğrayın və kökü bişmədən əvvəl rəndələyin.
Köftə Resepti
1 medium onion / 1 orta ölçülü soğan
1/2 bunch of parsley / 1/2 dəstə cəfəri
2 tablespoons butter / 2 xörək qaşığı kərə yağı
1 pounds ground meat / 1 kilo üyüdülmüş ət (qıyma)
1/2 cup soft bread crumbs / 1/2 fincan yumşaq çörək qırıntıları
1 egg / 1 ədəd yumurta
1 teaspoon salt / 1 çay qaşığı duz
3 to 4 tablespoons butter or margarine, for cooking meatballs / 3 – 4 xörək qaşığı kərə yağı və ya marqarin, küftə bişirmək üçün
3 tablespoons all-purpose flour / 3 yemək qaşığı un
1 cups beef broth or bouillon / 1 stəkan mal əti suyu və ya bulyon
Preparation / Hazırlanışı:
Cook onion in 2 tablespoons of butter. 1 pounds of ground meat, 1/2 cup soft bread crumbs, 1 egg, 1 teaspoon salt mix. / Soğanı 2 xörək qaşığı yağda bişirin. 1 kilo üyüdülmüş ət, 1/2 stəkan yumşaq çörək qırıntıları, 1 yumurta, 1 çay qaşığı duz qarışdırın.
Finely chop the parsley. Mix together and form into firm balls about 1-inch diameter. / Cəfəri incə doğrayın. Birlikdə qarışdırın və təxminən 1 düym diametrdə möhkəm toplar halına gətirin.
Cook in small batches with a little butter or margarine and shake pan frequently to help prevent sticking. / Kiçik tavada kərə yağı və ya marqarinlə xırda-xırda bişirin və yapışmanın qarşısını almaq üçün tez-tez tavanı silkələyin.
When all meatballs have been browned on all sides, stir flour into pan drippings. / Bütün köftələrin hər tərəfi qızardıldıqda unu tavaya qarışdırın.
Gradually stir in beef broth. Stirring constantly, cook over low heat until thickened. / Mal-qara bulyonunu tədricən qarışdırın. Davamlı qarışdırın, yavaş odda qalınlaşana qədər bişirin.
Çoban Salatı Resepti
Onion – one piece / Soğan – bir parça
Cucumber – one piece / Xiyar – bir parça
Tomatoes – two pieces / Pomidor – iki ədəd
Green pepper – one piece / Yaşıl bibər – bir parça
Lemon juice / Limon suyu
Olive oil-one tablespoon / Zeytun yağı – bir xörək qaşığı
Preparation / Hazırlanışı:
Wash all vegetables well. Chop your onion finely and put it in a bowl. Peel your cucumbers, cut them into cubes. / Bütün tərəvəzləri yaxşı yuyun. Soğanınızı incə doğrayın və bir qaba qoyun. Xiyarlarınızı soyun, kublara kəsin.
Then chop your tomatoes and add them to the mix. / Sonra pomidorlarınızı doğrayın və qarışığa əlavə edin.
Take the seeds off your peppers and put them into the salad. / Toxumları bibərinizdən çıxarın və salata qoyun.
Next, squish half a lemon over the salad, add two tablespoons of olive oil, and salt. / Sonra salatın üzərinə yarım limon büzün, üzərinə iki xörək qaşığı zeytun yağı və duz əlavə edin.
Put a pinch of parsley in to your salad. / Salatınıza bir çimdik cəfəri qoyun.
Finally, mix it up finely and serve. / Sonda yaxşıca qarışdırın və süfrəyə servis edin.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
Comments are closed, but trackbacks and pingbacks are open.