Press "Enter" to skip to content

Təhsil Nazirliyi TQDK-nın açıqladığı imtahan nəticələrinə münasibət bildirib

Sinif rəhbəri tədbirlər planı hazırlayarkən aylıq və ya illik plan şəklində hazırlaya bilər. Aşagıda göstərdiyimiz tədbirlər planı nümünə üçün verilir və tövsiyyə xarakterlidir.

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbəri tədbirlər planı hazırlayarkən aylıq və ya illik plan şəklində hazırlaya bilər. Aşagıda göstərdiyimiz tədbirlər planı nümünə üçün verilir və tövsiyyə xarakterlidir.

  • 15 sentyabr-Bilik günü
  • 15 sentyabr Azərbaycan-Türk qardaşlığının Zəfər günü
  • 16 sentyabr-Beynəlxalq yaşıllaşdırma günü
  • 18 sentyabr -Milli Müsiqi Günü
  • 20 sentyabr-Neftçilər günü
  • 21 sentyabr-Beynəlxalq sülh günü
  • 25 sentyabr-Beynəlxal lal-karlar günü
  • 26 sentyabr-Beynəlxalq dəniz günü (Xəzərim )
  • 27 sentyabr –Beynəlxalq turizm günü
  • 30 sentyabr-Beynəlxalq internet günü
  • 30 sentyabr-Beynəlxalq maşınqayırma günü
  • 30 sentyabr- 15-30 sentyabr tarixlərində keçirilmiş tədbirlərlə bağlı məruzə hazırlayaraq məktəb rəhbərliyinə təqdim etmək və bir nüsxəsini “sinif rəhbərinin sənədləri “qovluğunda yerləşdirmək.
  • Oktyabr
  • 1 oktyabr-Beynəlxalq ahıllar günü
  • 1 oktyabr-Prakurorluq işçilərinin peşə bayramı
  • 1 oktyabr-Beynəlxalq müsiqi günü
  • 5 oktyabr –Beynəlxalq Müəllimlər günü
  • 6 oktyabr –Beynəlxalq arxiv günü
  • 9 oktyabr-Müstəqil Azərbaycanın ilk hərbi birləşmələrinin yarandığı gün
  • 9 oktyabr –Beynəlxalq poçt günü
  • 10 oktyabr –Beynəlxalq psixoloji sağlamlıq günü
  • 13 oktyabr-Dəmiryolu işçilərinin peşə bayramı
  • 14 oktyabr-Beynəlxalq kənd təsərrüfatı günü
  • 16 oktyabr-Beynəlxalq ərzaq günü
  • 17 oktyabr –Beynəlxalq yoxsulluqla mübarizə günü
  • 18 oktyabr-Müstəqillik günü
  • 21 oktyabr –Məktəblilərin beynəlxalq kitabxana günü
  • 24 oktyabr-Birləşmiş Millətlər Təşkilatı günü
  • 25 oktyabr-Qadınların sülh uğrunda mübarizə günü
  • 27 oktyabr-Zəngilan rayonun işğalı günü
  • Noyabr
  • 1 noyabr –Kənd təsərrüfatı işçiləri günü
  • 6 noyabr-Televiziya və Radio işçiləri günü
  • 6 noyabr-Müharibə və hərbi konfliklər zamanı ətraf aləmin qorunması günü
  • 7 noyabr-” Əsrin müqaviləsi” ilə ilk neftin hasil edilməsi
  • 8 noyabr-Bakı Metropaliten işçilərinin peşə bayramı
  • 9 noyabr-Bayraq günü
  • 12 noyabr- Konstitusiya günü
  • 13 noyabr-Beynəlxalq gözdən əlillər günü
  • 14 noyabr-Beynalxalq diabet günü
  • 16 noyabr-Beynəlxalq tolerantlıq günü
  • 17 noyabr-Milli dirçəliş günü
  • 20 noyabr –Beynəlxalq uşaq günü
  • 20 noyabr –Vertalyot faciəsi (1990)
  • 21 noyabr-Beynəlxalq televiziya günü
  • 21 noyab-Beynəlxalq siqaretdən imtina günü
  • 29 noyabr-Fələstin xalqı ilə Beynəlxalq həmrəlik günü
  • Dekabr
  • ü 1 dekabr-Beynəlxalq QİÇS-lə mübarizə günü
  • ü 2 dekabr-Beynəlxalq qul əməyindən imtina günü
  • ü 3 dekabr-Beynəlxalq əlillər günü
  • ü 6 dekabr-Rabitə və İnformasiya Texnalogiyaları işçilərinin peşə bayramı
  • ü 7 dekabr-Beynəlxalq Mülki Aviasiya günü
  • ü 10 dekabr-İnsan Hüquqları günü
  • ü 11 dekabr –Beynəlxalq dağlar günü
  • ü 11 dekabr –Beynəlxalq uşaq televiziyası günü
  • ü 12 dekabr –Ulu Öndər Heydər Əliyevin anım günü
  • ü 16-dekabr-Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramı
  • ü 18 dekabr –Beynəlxalq Miqrant günü
  • ü 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü
  • ü 31 dekabr-Yeni il
  • YANVAR
  • ü 20 yanvar-Qanlı yanvar soyqrım günü
  • ü 29 yanvar-Gömrük işçiləri günü
  • Fevral
  • ü 2 fevral-Respublika Gənclər günü
  • ü 2 fevral-Ümumdünya su –bataqlıq əraziləri günü
  • ü 07 fevral-Mübariz İbrahimovun ad günu
  • ü 11 fevral-Vergi xidməti işçilərinin peşə bayramı
  • ü 21 fevral-Beynəlxalq ana dili günü
  • ü 22 fevral-Avtomobil yol işçiləri günü
  • ü 26 fevral –Xocalı faciəsi günü
  • Mart
  • ü 3 matr-Beynəlxalq yazıçılar günü
  • ü 5 mart-Bədən Tərbiyəsi Günü
  • ü 8 mart-Beynəlxalq qadınlar günü
  • ü 10 mart –Milli Teatr günü
  • ü 12 mart-Daxili Qoşunlar günü
  • ü 15 mart-Ümumdünya İshelakçılar günü
  • ü 21 mart-Beynəlxalq poeziya günü
  • ü 21mart Beynəlxalq yer günü
  • ü 21 mart-İrqi-ayrı seçkiliyin (Diskriminasiya) ləğv edilməsi uğrunda Beynəlxalq mübarizə günü
  • ü 21-22 mart Novruz bayramı
  • ü 22 mart-Beynəlxalq su resursları günü
  • ü 23 mart-Beynalxalq metroloqlar günü
  • ü 24 mart-Vərəmə qarşı beynəlxalq mübarizə günü
  • ü 27 mart-Beynəlxalq tetr günü
  • ü 28 mart-Təhlükəsizlik orqanlarının işçilərinin peşə bayramı
  • ü 31 mart –Azərbaycanlıların soyqrım günü
  • Aprel
  • ü 1 aprel –Beynəlxalq gülüş günü
  • ü 1 aprel-Beynəlxalq geoloqlar günü
  • ü 2 aprel-beynəlxalq uşaq ədəbiyyatı günü
  • ü 3 aprel-Kəlbəcərin işğalı günü
  • ü 12 aprel- Aviasiya və Kosmanavtika günü
  • ü 18 aprel-Tarixi abidələrin mühafizəsi günü
  • ü 23 aprel-Beynəlxalq kitab və müəllif hüquqları günü
  • ü 24 aprel-Gənclərin Beynəlxalq Həmrəylik günü
  • ü 29 aprel-Beynəlxalq rəqs günü
  • May
  • ü 1 may-Beynəlxalq zəhmətkeşlər (Əməkçilər) günü
  • ü 3 may –Beynəlxalq söz və mətbuat azadlığı günü
  • ü 8 may- Beynəlxalq Qırmızı aypara və Qırmızı Xaç günü
  • ü 8 may- Şuşanın işğalı günü
  • ü 9 may- Faşızm üzərində Qələbə günü
  • ü 10 may-Gül Bayramı (Ulu Öndər Heydər Əliyevin anadan olduğu gün)
  • ü 12 may-Beynəlxalq tibb bacıları günü
  • ü 15 may-Beynəlxalq ailə günü
  • ü 15 may-Beynəlxalq astranomiya günü
  • ü 17 may-Laçının işğalı günü
  • ü 17 may-Ümumdünya informasiya cəmiyyəti günü
  • ü 18 may beynəlxalq muzeylər günü
  • ü 21 may –Beynəlxalq kosmos günü
  • ü 22 may-Beynəlxalq biomüxtəliflik günü
  • ü 23 may-Ekalogiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı
  • ü 28 may-Respublika günü
  • ü 31 may-Beynəlxalq siqaretsiz gün
  • İyun
  • ü 1 iyun-Uşaqların beynəlxalq müdafiyəsi günü
  • ü 2 uyun -Milli Aviasiya Günü
  • ü 5 iyun –Ətraf mühitin mühafizəsi günü
  • ü 14 iyun-SON zəng günü
  • ü 15 iyun-Milli Qurtuluş günü
  • ü 18 iuyn -Azərbaycanda İnsan Hüquqları günü
  • ü 20 iyun Ümumdünya qaçqınlar günü
  • ü 20 iyun-Qaz təsərrüfatı işçilərinin peşə bayramı
  • ü 22 iyun-Anma günü-Faşıst almaniyasının SSRİ-yə hücümü
  • ü 23 iuyn-Dövlət qulluqçuları günü
  • ü 26 iyun- Azərbaycan Sillahlı Qüvvələr günü
  • ü 26 iyun-Narkotiklərlə beynəlxalq mübarizə günü
  • İYUL
  • ü 2 iyul –Polis işçilərinin peşə bayramı
  • ü 9 iyul –Azərbaycan Diplomatlarının peşə bayramı
  • ü 22 iyul –Milli Mətbuat günü
  • ü 23 iyul-Ağdamın işğalı günü
  • AVQUST
  • ü 1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan dili günü
  • ü 2 avqust –Milli Kino Günü
  • ü 5 avqust –Hərbi-Dəniz Donanması Günü
  • ü 18 avqust-Sərhəd qoşunları günü
  • ü 23 avqust-Xüsusi Dövlət Mühafizə Xidməti işçiləri günü
  • ü 23-25 avqust Fizuli və Cəbrayıl rayonlarının işğalı günləri
  • ü 31 avqust – Qubadlı rayonunun işğalı günü

Təhsil Nazirliyi TQDK-nın açıqladığı imtahan nəticələrinə münasibət bildirib

Bakı. 5 iyun. REPORT.AZ/ ” Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrinin şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir”. Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib. “Mediada təqdim olunan məlumatlar sistemli olmadığından və daha çox populist xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil”, – cavabda qeyd olunub. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə “Report”a açıqlamasında deyib ki, TQDK-nın buraxılış imtahanlarının nəticələri ilə bağlı yaydığı statistikaya əsasən, 11-ci sinif məzunları ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilirlər: “Ümumilikdə məzunların ana dili fənni üzrə 20,8 faizi 5 aldığı halda, ingilis dili fənni üzrə 28,2 faiz məzun əla qiymət alıb. Ana dili fənni üzrə 2 alanların sayı ingilis dili üzrə 2 alanların sayından daha çoxdur ki, bu da bir sıra suallar yaradır”. Onun fikrincə, buraxılış imtahanlarının nəticələrinin təhsilin keyfiyyət göstəricisi kimi qəbul edilməsi doğru deyil: “Belə bir absurd nəticənin səbəbi TQDK tərəfindən imtahanlarda sualların çətinlik səviyyəsinin müxtəlif olmasıdır. Subyektiv səbəblərdən TQDK müxtəlif illərdə çətinlik səviyyəsinə görə fərqlənən imtahanlar keçirir. 11-ci sinif məzunlarının ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilməsi inandırıcı görünmür”. Qeyd edək ki, TQDK-nın buraxılış imtahanları ilə bağlı açıqladığı statistikaya görə, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3”, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i “4” və “5” qiyməti alıblar. Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3”, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84%-i “4” və “5” qiyməti alıblar. Eyni zamanda, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3”, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62%-i “4” və “5” qiyməti alıblar. Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3”, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68%-i “4” və “5” qiyməti alıb.

Comments are closed, but trackbacks and pingbacks are open.